Azərbaycan Dövlət Pedaqoji Universiteti


-1791-ci illər Osmanlı-Rus müharibəsi



Yüklə 57,41 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü57,41 Kb.
#41508
1   2   3   4   5   6
XVIII əsrdə Rusiyanın xarici siyasəti-1

1787-1791-ci illər Osmanlı-Rus müharibəsi (Hicri təqviminə görə 1293-cü ilə uyğun olduğu üçün Osmanlı tarixində '93 Harbi' adlanır) — Rusiya İmperiyasının Avstriya və Türkiyə (Osmanlı İmperiyası) ilə apardığı müharibə.

Krımın Rusiyaya qatılması 1787-ci ildə Osmanlı ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Avstriya Reç Pospolitanın birinci bölüşdürülməsinə razı olduğu üçün Rusiyanın müttəfiqinə çevrilmişdi.

Osmanlı dövləti Prussiya, Hollandiya və İngiltərə tərəfindən müdafiə olunacağına, İsveç və Polşanın da Rusiyaya müharibə edəcəyinə ümid bəsləyirdi.Lakin bu ümid doğrulmadı. Fransa və başqa Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən ibarət ultimatum göndərdi. Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda müharibə elan etdi.Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı üçün uğursuz oldu. Suvorovun ordusu nəinki qalanı müdafiə etdi, üstəlik Oçaqovo qalasını ələ keçirdi.1789-cu ildə Avstriya da Osmanlıya müharibə elan etdi.Avstrya qoşunları Banat vuruşmasında darmadağın edilsə də, ruslar Fokşan və Rımnik döyüşlərində rusların köməyi ilə türkləri məğlub etdilər.Belqradı ələ keçirən Avstrya Osmanlı ilə sülh bağlayaraq müharibədən çıxdı. Müharibəni davam etdirən Rusiya isə Suvorovun komandanlığı altında 1790-ci ildə İsmayıl qalasını ələ keçirdi.

Bü döyüşdə Kutuzov yaralandı və bir gözünü itirdi.Avstriyanın müharibədən çıxdığını görən Rusiya İsveçlə, sona isə Qərb dövlətlərinin təzyiqi ilə1791-ci ildə Yassıda Osmanlı ilə sülh bağladı.



  • Sülhün şərtlərinə görə:

  1. Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Rusiyanın əlinə keçdi.

  2. Dnest çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu.

  3. Dnestrin mənsəbindən Krımadək bütün Qara dəniz sahilləri Rusiyaya verildi.

  4. Osmanlı Krım haqqında iddialarından əl kəçdi və onun Rusiyaya mənsub olduğunu təsdiq etdi.

Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi.Osmanlıların həm Balkanlarda, həm də Qafqazda mövqeyi zəiflədi.
1791-ci il dekabrım 29-da Yassıda sülh müqavilə­si bağlandı. Cənubi Buqdan tutmuş Dnestr çayına kimi Qara dəniz sahilləri Rusiyaya keçdi. Osmanlı Krımın Rusiyaya qatılmasını təsdiq etməli oldu. Ru­siya Qara dənizin şimal sahillərində qəti surətdə möh­kəmləndi.

Polşanın bölüşdürülməsində Rusiyanın iştirakı. 1769-cü ildə Prussiya kralı II Fridrix Yekaterinaya müraciət edərək Polşa (Reç Pospolita) torpaqlarını Avs­triya, Prussiya və Rusiya arasında bölüşdürməyi təklif etdi. Lakin Yekaterina Rusiya üçün daha əlverişli məqam gözləyərək qəti cavab verməyə heç də tələsmirdi. Rusiya Türkiyə ilə müharibədə Prussiya və Avstriyanın bitərəfliyini təmin etdikdən sonra Reç Pospolitanm bölüşdürülməsinə razılıq verdi.

Birinci bölüşdürülmə 1772-ci ildə Rusiya, Avs­triya və Prussiya dövlətləri arasında həyata keçirildi. Bu bölüşdürməyə görə Qərbi Ukrayna (Qalitsiya) Avs­triyaya, Polşanın Baltik dənizi sahilləri Prussiyaya, Belorusiyanm şərq hissəsi Polotsk, Vitebsk və Minsk şəhərləri ilə birlikdə Rusiyaya verildi. 1773-cü ildə Polşa seymi bu bölüşdürməni təsdiq etməli oldu. Polşa 1793-cü ildə ikinci dəfə Prussiya və Rusiya arasında bölüşdürüldü. Prussiya Qdansk, Torn və Poznan şəhərləri də daxil olmaqla qədim Polşa torpaqlarına, j Rusiya isə Minsk ilə birlikdə Belorusiya torpaqlarının bir hissəsinə və Sağsahil Ukraynasına yiyələndi. Buna cavab olaraq Polşada Tadeuş Kostyuşkonun başçılığı altında 1794-cü ildə milli-azadlıq üsyanı baş versə də. müdaxiləçilər tərəfindən amansızcasına yatırıldı.

1795-ci ildə Avstriya, Prussiya və Rusiya arasın­da Polşa üçüncü dəfə bölüşdürüldü. Belorusiyanın qərb hissəsi, Litva və Kurlandiya Rusiyaya keçdi. Varşava ilə birlikdə Polşanın şimal-qərb hissəsində olan polyak torpaqlarını Prussiya işğal etdi. Krakov­la birlikdə Polşanın cənub-qərb hissəsi Avstriyaya keçdi. Polşanın bölüşdürülməsini bu dövlətlərin işğalçı­lıq siyasətinin nəticəsi kimi qiymətləndirmək lazımdır. Son bölüşdürmədən sonra Polşa öz dövlət müstəqilliyini itirdi.




Yüklə 57,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin