Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 57,41 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü57,41 Kb.
#41508
1   2   3   4   5   6
XVIII əsrdə Rusiyanın xarici siyasəti-1

Niştad sülhü. Lakin müharibə qurtarmamışdı. Qarşıda İsveçle dəniz döyüşləri dururdu. Yeni yaranmış rus donanması 1714-cü ilin iyulunda Qanqut burnu yaxınlığında və 1720 -ci ildə Qrenqam adası yaxınlığında İsveç donan­ması üzərində qələbə çaldı. 1721-ci il avqustun 30-da Finlandiyanın Niştadt şəhərində sülh müqaviləsi imzalandı. Sülh müqaviləsi­nə görə Baltik dənizinin sahiliboyu bir sıra əraziləri Rusiyaya qatıldı. Niştadt sülhü bağlandıqdan sonra Senat I Pyotra imperator titulu verdi, Rusiya isə rəs­mi surətdə Rusiya imperiyası adlanmağa başladı.

Şimal müharibəsi başa çatdıqdan az sonra, yəni 1722-ci ildə I Pyotr Səfəvi dövlətinin zəifləməsindən is­tifadə edərək Dərbənddən Rəştə qədər Xəzəryanı əraziləri işğal etdi.



Avropada qüvvələr nisbətinə vacib dəyişikliklər gətirdi İsveç böyük dövlət statusunu itirdi Rusiyanın beynəlxalq əhəmiyyəti olduqca artdı, o, sahildə birinci dərəcəli limanlar almaqla və Baltik dənizində güclü hərbi donanmaya malik olmaqla böyük Baltik dənizi dövlətinə çevrildi Rusiyanın Qərbi Avropa ilə ticarət əlaqələri üçün əlverişli şərait yarandı, onun beynəlxaq siyasətdə artan rolunun ifadəsi I Pyotrun imperator elan edilməsi oldu Rusiya qitənin şərqində və şimalında üstün mövqeni ələ keçirdi.

2.XVIII əsrin ikinci yarısında Rusiyanın xarici siyasəti


Xarici siyasətin istiqamətləri. XVIII əsrin ikinci yarısında Rusiyanm xarici siyasətində təcavüzkarlıq meylləri daha da kəskinləşərək ol­duqca təhlükəli xarakter almışdı. Çarizm xarici siyasət sahəsin­də üç əsas məsələni həll etməyə can atırdı:

1) Sağsahil Ukraynasını və Belorusiyanı Polşadan geri almaq;

2) Baltik dənizi sahillərində yeni əraziləri-Litva və Latviyanı işğal etmək;

3) Qara dəniz ətrafı torpaqla­ra yiyələnmək və bu bölgədə öz mövqeyini daha da möhkəmləndirmək.



Rusiya-Osmanlı müharibələri. Yeddiillik müharibədə (1756-1763) rus qoşunla­rının qələbələri bu müharibədə Rusiyanın müttəfiqi olan həm Avstriya və Fransaya, həm də Rusiyanın düşməni olan Prussiyaya böyük təsir etmişdi. Rusiya­nın Polşa torpaqlarının bir hissəsini özünə birləşdirmə­si, Polşada Rusiyanın nüfuzunun qüvvətlənməsi Avs­triyanı, eləcə də Prussiyanı çox narahat edirdi. Bun­dan sonra Rusiyanın Osmanlı ilə müharibəyə başlayaca­ğı labüd idi.

Polşadakı hadisələr Rusiya ilə Osmanlı arasında müharibə başlanmasını sürətləndirdi. Fransa səfiri Osmanlı hökumətini inandırırdı ki, Polşada Rusiya nü­fuzunun güclənməsi Osmanlı üçün olduqca təhlükəlidir. Osmanlını İngiltərə də müdafiə edirdi. 1768-1774-cü illər Osmanlı-Rus müharibəsi Dunay, Krım, və Cənubi Qafqaz istiqamətinə aparılırdı.Osmanlı qoşunları 1769-cu ildə Rusiyanın içərilərinə hərəkət etsə də sonrakı hərbi əməliyyatlar uğurlu alınmadı.Əsas hərbi əməliyyatlar 1770-1771-ci illərdə oldu.Rus qoşunlarının baş komandanı Rumyantsev 1770-ci ilin yayında Larqa və Kaqul çayları yaxınlığındakı döyüşlərdə qələbə qazanaraq Dunayın sağ sahilinə keçdi. Bessarabiya, Valaxiya və Moldova ruslar tərəfindən tutuldu. Rus donanması 1770-ci ilin iyununda Xios yaxınlığındakı Çeşmə buxtasında Osmanlı donanmasını məğlub etdi. Avstriya Rusiyanın Balkanlarda güclənməsini istəmirdi. Rusiyada baş verən Puqaçov üsyanı və Avropa dövlətlərinin Rusiyaya təzyiqi onu danışıqlara başlamağa məcbur etdi.1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında Bolqarıstanın Kiçik Qaynarca kəndindəsülh bağlandı. Buq və Dnepr arasındakı ərazilər, Krımdakı Kerc, Yeniqala, Kubana qədər olan torpaqlar Rusiyaya keçdi.Krım xanlığı Osmanlı asılılığından çıxaraq müstəqil oldu.(sonralar 1783-cü ildə Rusiya tərəfindən işğal olundu. Kiçik Qaynarca sülhü Krım xanlığının işğalını asanlaşdırdı. Krım xanlığı xeyli zəiflədiyindən Osmanlı da ona hərbi yardım edə bilmədi).Rusiya Azov qalasını möhkəmləndirmək hüququ aldı.Rus ticarət cəmiləri Bosfor və Dardanel boğazlarından sərbəst keçə bilərdi.Rus gəmilərinə ilk dəfə Qara dənizdə üzmək hüququ verildi.Osmanlı 4,5 milyon rubl təzminat ödəməli idi.Valaxiya və Moldova Rusiya "himayəsinə" verilirdi.Osmanlı bu knyazlıqların idarə olunması haqqında şərtlərə əməl etməli idi.1676-1681-ci illerde Bağçasaray sülh müqavilesi bağlanmışdı,qeyd edek ki , bu müqavilə Rusiya-Osmanlı arasında bağlanan ilk müqavilə idi.

1768-ci ildə sultan İstanbuldakı rus səfirindən tə­ləb etdi ki, Rusiya öz qoşunlarını Polşadan çıxarsın. Rədd cavabı alan sultan, rus səfirinin həbs edilib, zin­dana salınmasını əmr etdi. 1768-ci ildə Osmanlı Rusiyaya mü­haribə elan etdi. Osmanlı qoşunları Ru­siyanın içərilərinə doğru hərəkət et­sələr də, 1769-cü il kampaniyası türklər üçün uğursuz oldu.

Sonrakı 1770-ci ilin hərbi əməliyyatları həm quru­da, həm də dənizdə Rusiyanın üstünlüyü şəraitində keçdi. Rus qoşunlarının komandanı P.A.Rumyantsev 1770-ci ilin yayında Larqa və Kaqul çayları yaxınlı­ğındakı döyüşlərdə türk qoşunlarını məğlubiyyətə uğ­ratdı. Hərbi əməliyyat Dunay çayının sağ sahilinə keçi­rildi. Ruslar Akkerman, Bendera və başqa şəhərləri ələ keçirdilər.

Eyni zamanda admiral Q. A. Spiridovun koman­danlığı altında rus donanması Aralıq dənizinə daxil oldu. 1770-ci il iyunun 26-da Xios yaxınlığındakı Çeşmə buxtasında rus donanması türk donanmasını ağır məğlubiyyətə uğratdı. Nəticədə quruda rus qoşunlarının əməliyyatlarını xeyli asanlaşdı. Dolqorukovun komandanlığı altında ikinci ordu Krımı tutdu. A.V.Suvorovun komandan olduğu yeni qoşun hissələri Turtukay və Qozluca yaxınlığında Osmanlı üzərində yeni qələbələr qazandılar.

Avropa dövlətlərinin hədə-qorxusu və Y. Puqaçovun başçılığı altında kəndli müharibəsinin başlanması Rusiyanı sülh danışıqlarına başlamağa məcbur etdi.

1774-cü il iyulun 10-da Kiçik Qaynarca kəndində Osmanlı ilə sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən Krım, Kuban və Bucaq tatarları Osmanlının tabeliyindən çıxdılar. Krımda Kerç və Yeniqala, Qara də­niz sahilində Kinburn Rusiyaya keçdi. İlk dəfə olaraq rus gəmilərinə Qara dənizdə üzmək ixtiyarı verildi. Rusi­ya Azovu möhkəmləndirmək hüququ alırdı. Osmanlı rus ticarət gəmilərinə Bosfor və Dardanel boğazlarından sər­bəst keçmək hüququ vermiş və 4,5 milyon manat təzmi­nat ödəmişdi. Bundan başqa, Rusiya Valaxiyanı və Moldaviyanı öz himayəsinə alırdı və Osmanlı bu knyazlıqların idarə olunması «kondisiyalarına» əməl etməli idi.

Krım xanlığının işğalı. 1768-1774-cü illərdəki müharibənin nəticələri ilə qənaətlənməyən II Yekaterina 70-ci illərin ikinci yarısında Potyomkinin ya­xından iştirakı ilə hazırlanan və «yunan layihəsi» ad­lanan geniş planlar irəli sürmüşdü. Bu layihəyə əsasən Osmanlı Avropadan qovulmalı və yunan imperiyası bər­pa edilməli idi. Həmçinin Dunay knyazlıqları Valaxiya və Moldaviya Osmanlıdan asılı olmayan «Dakiya»ya çevrilməli idi. Bu layihə həyata keçirilməsə də, Rusiyanın gələcək işğalçılıq planlarından xəbər verirdi.

Kiçik Qaynarca sülhünün şərtləri çarizmin Qara dəniz ətrafındakı çölləri Rusiyaya birləşdirməsini və Krıma yiyələnməsini çox asanlaşdırdı. Krım müstəqil xanlıq kimi tanınmışdısa da, o öz qüvvəsi ilə özünün istiqlaliyyətini müdafiə edə bilmir­di. Krım xanlığı rus-türk müharibəsi nəticəsində Osmanlının yardımından məhrum edildiyindən dövlət daxi­lən xeyli zəifləmişdi. Yerli feodal çəkişmələri də bu prosesi sürətləndirmişdi. İri feodalların bəziləri Osmanlıdan, bəziləri isə Rusiyadan kömək umurdular. 1779-cu ildə Rusiya Krımda ticarət və sənətkarlıqla məşğul olan xristian əhalisinin, demək olar ki, hamısını buradan çı­xarmaqla ölkənin sosial-iqtisadi inkişafına güclü zərbə vurmuş oldu.

Çar hökuməti Krımda xanlıq hakimiyyəti uğrunda gedən mübarizədən məharətlə istifadə etdi. Şahin Girey (Gəray) Krıma yeridilmiş rus qoşunlarının köməyi­lə xan elan edildi.

Sonuncu Krım xanı Rusiyanın adamı olduğundan xalqın dərin nifrətini qazanmışdı. Bu təhlükədən ehtiyat edən Rusiya hökuməti Krıma göndərdiyi knyaz Potyomkin vasitəsilə 1783-cü üdə Şahin Gireyi hakimiyyətdən əl çəkməyə məcbur etdi. Beləliklə, Krım xanlığı «Tavrida» adı ilə Rusiyaya ilhaq edildi. Bu müvəffəqiyyətlərə görə, Potyomkinə «Tavriçeski» ləqəbi verildi.

Qara dəniz ətrafındakı məhsuldar çöllər Rusiya­nın əlinə keçdi və bura Novorossiya adlandırıldı. Rus mülkədarları buraya axışmağa başladılar, Onlar Krım­da, xüsusilə sahil boyunda və məhsuldar vadilərdəki ən yaxşı yerləri əllərinə keçirdilər. Qara dəniz ətrafındakı qaratorpaq çöllərdə qısa bir zamanda iri əyanlara və ge­nerallara məxsus böyük təsərrüfatlar yaradıldı. Çöllər sürətlə əhali ilə dolduruldu. Buraya köçənlər içərisində rus kəndliləri, yunanlar, ermənilər və b. var idi. İmperatriçanın sevimlisi olan və yeni işğal olunmuş bölgənin general-qubernatoru təyin edilən Potyomkin daha çox varlanmışdı. Novorossiyskdə və Krımda yeni şəhərlər və qalalar meydana gəlirdi. Qara dəniz sahillərində rus­ların mövqeyini möhkəmləndirmək məqsədilə Xerson, Nikolayev və Sevastopol kimi yeni şəhərlər salınmışdı və Qara dəniz donanması yaradılmışdı.

II Yekaterina başa düşürdü ki, Osmanlı Krımın əldən getməsinə razı ol­mayacaqdır. Ona görə də Osmanlıya qarşı müharibəyə hazırlaşaraq Avstriya ilə ittifaq bağlamışdı. Krımı və Qara dəniz sahilini möhkəmləndirmək üçün görülən işlər, donanma yaradılması və qalalar tikilməsi də Türkiyə ilə müharibənin başlanmasını sürət­ləndirdi.


Yüklə 57,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin