Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Ətrafların sıxılmaqdan azad edilməsi qaydaları

Yüklə 1,25 Mb.
səhifə3/6
tarix11.11.2022
ölçüsü1,25 Mb.
#68630
növüQaydalar
1   2   3   4   5   6
C fakepathFH zaman ilk tibbi yard m

3. Ətrafların sıxılmaqdan azad edilməsi qaydaları

Kraş sindromu zamanı ilk yardım kompleksşəkildə aparılır: 1) Qısa müddət ərzində zədələnmiş şəxsin dağıntı altından azad edilməsi; 2) Elastik kompressiya, zədələnmiş nahiyyənin soyudulması, ətrafların immobilizasiyası; 3) Travmatik şok əleyhinə tədbirlər; 4) Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması.

Zədələnmiş ətrafda şişkinliyin aradan götürülməsi üçün elastik kompressiyadan istifadə edilir. Zərərçəkən dağıntı altından çıxarıldıqdan dərhal sonra elastik bintin köməyi ilə barmaqlarından başlayıb mərkəzə doğru tamamilə bintlənir. Elastik bint qansaxlayıcı jquta nisbətən yüngül, sərbəst bağlanır.

Cəld göstərilən ilk yardım, düzgün immobilizasiya, yerli soyudulma travmatik şokun inkişafını ləngidir. Zərərçəkmişdə ümumi agrısızlaşdırma aparılır. Yadda saxlamaq lazımdır ki, vaxtında və düzgün aparılan ilk yardım xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır. Zərərçəkmiş ilk yardım göstərildikdən sonra yaxınlıqda olan xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. Kraş sindromunun müalicəsi xəstəxanada kompleks şəkildə aparılmalıdır.

4. Fərdi tibbi mühafizə vasitələri – FTMV FTMV – fövqəladə hallar zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur.

Bu vasitələrin köməyi ilə adamların həyatını xilas etmək, zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial vasitələr) təsirinə qarşı orqanizmin dayanaqlığını(müqavimətini) artırmaq mümkündür. Bunlara radioprotektorlar, antidotlar (zəhər əleyhinə dərman) və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir.

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin