Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “TƏSDİq ediRƏM”


 QUYULARIN ƏSASLI VƏ CARİ TƏMİRİ PROSESİNDƏ TƏTBİQ



Yüklə 308,89 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix22.06.2022
ölçüsü308,89 Kb.
#62034
1   2   3   4   5
4. QUYULARIN ƏSASLI VƏ CARİ TƏMİRİ PROSESİNDƏ TƏTBİQ 
OLUNAN MAŞIN VƏ AVADANLIQLAR 
 
4.1. Quyuların təmiri prosesində tətbiq olunan maşın və avadanlıqlar. 
Quyuların təmiri zamanı endirmə-qaldırma əməliyyatlarını aparmaq prosesində 
tətbiq olunan maşın və avadanlıqların təsnifatı. Səyyar və stiasionar qaldırıcı 


qurğular. Quyuların təmirinə sərf olunan vaxtın xronoqramması. Qaldırıcı qurğunun 
telləndirilməsinin və sürətlərinin optimal seçilməsinin nəzəri əsasları. Qaldırıcı 
qurğuların kinematik sxemləri, əsas mexanizmləri və texniki göstəriciləri. 
Kəlləçarxlar, tal blokları, qarmaqlar. Qaldırıcı qurğuların möhkəmliyə hesabı. 
Quyularda təmir işlərini aparma və qulluq etmək prosesində tətbiq olunan 
avadanlıqlar kompleksi. 
Təmir prosesində istifadə olunan mexanizm və alətlər. Boruların və 
stansiyaların açılıb-bağlanmasında istifadə olunan mexaniki və əl açarları. 
Spayderlər. Açarların konstruksiyası. Texniki göstəriciləri və hesablanmasının 
əsasları. 
Elevatorlar. 
Onların konstruktiv icraları, texniki göstəriciləri və 
hesablanmasının əsasları. 
Tutucu alətlər. Metçik və zənglərin konstruksiyaları və texniki göstəriciləri. 
Boru və ştanq tutqaclarının növləri, konstruksiyaları və texniki göstəriciləri. 
Quyularda əmələ gəlmiş qum tıxaclarının yuyulması üçün nasos qurğular, 
onların kinematik sxemləri, əsas mexanizmləri və texniki göstəriciləri. Quyuların 
əsaslı təmiri prosesində istifadə olunan atqıya qarşı avadanlıqlar.
Layın hidravliki yarılması üçün avadanlıqlar kompleksinin sxemi. 
Avtosistemlər. Onların kinematik sxemləri. Tərkib mexanizmləri və texniki 
göstəriciləri. 
Qumqarışdırıcı qurğular, onların kinematik sxemi, konstuksiyaları və texniki 
göstəriciləri. 
Elektrik qaldırıcılarla quyu lüləsini və quyudibi zonanı istilik ilə stasionar və 
periodik emal üçün avadanlıqlar kompleksi. 
4.2. Quyuların qazılması və istismarı prosesində istifadə olunan kompressor 
maşın və avadanlıqları.
Kompressorların əsas məqsədi və təzyiqlərə görə bölgüsü (tipləri). 
Kompressorların əsas terminləri və təsnifatı. Pistonlu kompressorların təsnifatı, 
tipləri, iş prinsipləri və sxemləri. Pistonlu kompressorların nəzəriyyəsinin əsasları. 
Kompressor maşınlarda qazların sıxılma prosesləri. Kompressorun məhsuldarlığı, 
faydalı iş əmsalı, sıxılma dərəcəsi və sıxılma zamanı qazın temperatur dəyişməsi. 
Pistonlu kompressorların əsas düyün və hissələri. Pillələr üzrə təzyiqin əlverişli 
paylanması. Bucaqvari kompressorlar və onların müvazinətləşdirilməsi. V-şəkilli iki 
silindrli, W-şəkilli üç silindrli kompressorların müvazinətləşdirilməsi. Qaz mühərrikli 
pistonlu kompressorlar. Şaquli pistonlu kompressorlar. Turbokompressorlar, onların 
iş prinsipi və tətbiq sahələri. Turbokompressorların əsas hesabı, gücünün təyini. 
Mərkəzdənqaçma və rotasion tipli kompressorlar. Rotasion tipli kompressorlar. Neft-
mədən kompressor stansiyaları. 

Yüklə 308,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin