Azərbaycan Dövlət İqtisad Universitetinin nəznində Bakı Sosial İqtisad kolleci


Ə.H.Ələkbərov, M.Ə. Vəliyev, S.H.Pürhani



Yüklə 16,14 Kb.
səhifə4/4
tarix29.12.2021
ölçüsü16,14 Kb.
#48973
1   2   3   4
menecccc

Ə.H.Ələkbərov, M.Ə. Vəliyev, S.H.Pürhani rəhbərliyin spesifik strategiyalar işləməsinə imkan yaradan qərar və hərəkətlərin məcmusudur.

İdarəetmə sahəsində görkəmli mütəxəssis Piter Laqranj strateji planlaşdırma prosesini strateji idarəetmə qərarlarının qəbul edilməsinə köməklik edən vasitə adlandırır.

Strateji qərar qəbulu prosesində proqnozlaşdırma, planlaşdırma və layihələşdirmədən geniş istifadə olunur.

Proqnozlaşdırma - geniş mənada gələcəyə kəşfiyyatdır. Bu formada yanaşmada proqnozlaşdırmanın tədqiqat obyekti hadisələrin perspektiv inkişafına həsr olunmuş xüsusi elmi araşdırmaların həyata keçirilməsidir. Proqnozlaşdırmanın reallaşdırılması elmi, ekspert və ekstropolyasiya metodlarına əsaslanır.

Planlaşdırma - məqsədə uyğun formada gələcək haqqında məlumatların direktivə çevrilməsi, müəyyən vasitələrin köməkliyi ilə nəzərdə tutulan məqsədə nail olunması üçün insan fəaliyyətinin gələcəyə layihələşdirilməsidir.

Proqramlaşdırma - bu sonradan planlaşdırmaya çevrilən, yaxud planın həyata keçirilməsi üçün konkret tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi üçün əsas qaydaların müəyyənləşdirilməsidir.

Layihələşdirmə - gələcəyin konkret surətinin və hazırlanmış proqramların konkret detallarının yaradılmasıdır.

Bütün bu deyilən dörd anlayış - proqnozlaşdırma, planlaşdırma, proqramlaşdırma və layihələşdirmə - ümumi idarəetmədə birləşdirilir, çünki onların hər birinin əsasını strateji və taktiki qərar qəbulu prosesi təşkil edir.

Strateji planlaşdırma prosesini aşağıdakı mərhələlərə bölmək olar:

-     müəssisənin vəzifəsinin müəyyənləşdirilməsi;

-     müəssisənin   fəaliyyətinin   məqsəd   və   məsələlərinin formalaşdırılması;

-     daxili quruluşun təhlili və qiymətləndirilməsi;

-     xarici mühit amillərinin təhlili;

-     müvafiq üsul və ilkin riyazi qoyuluşun seçilməsi;

 

-     Strateji alternativlərin təhlili;



-     strategiyanın seçilməsi;

-     seçilmiş strategiyanın həyata keçirilməsi;



-     nəticələrin obyektiv qiymətləndirilməsi; (strategiyanın qiymətləndirilməsi).
Yüklə 16,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin