Kapital vəkreditin hərəkəti balansı. Dövlət və xüsusi ka-
pitalın ixracını və idxalını, həmçinin verilmiş və alınmış bey-
nəlxalq kreditlərin nisbətini ifadə edir. Bu bölmədə borc kapita-
lının ixracı (kreditlər, qısamüddətli avuarlar və s.) və sahibkarlıq
kapitalının (birbaşa investisiya-xaricdə, müəssisələrin alınması
və tikilməsi, həmçinin portfel investisiya qiymətli kağızlarda
ifadə olunmuş investisiya) ixracı əks olunur.
Kapital və kreditin hərəkəti müxtəlif müddətə baş verir.
Odur ki, tədiyyə balansının bu bölməsində əməliyyatlar qısa və
uzunmüddətli kimi fərqləndirilir.
Qısamüddətli əməliyyatlara aşağıdakılar aiddir:
- əmtəə və valyuta formasında bir ilə qədər müddətə ve-
rilmiş kreditlər;
- xarici banklarda olan cari hesablar üzrə (yəni qısamüd-
dətli avuarlar üzrə hərəkət);
- xarici və milli pul vəsaitlərinin idxalı və ixracı. Uzun-
müddətli əməliyyatlara aşağıdakılar aiddir:
- xaricdə qiymətli kağızların alqı-satqısı ilə əlaqədar ödə-
mələr və daxilolmalar;
- xaricdə müəssisə və daşınmaz əmlakı alqı-satqısı ilə əla-
qədar əməliyyatlar;
- uzunmüddətli kreditlərin (o cümlədən dövlət istiqrazla-
rının) alınması və verilməsi.
Kapital və kreditlərin alınması balansına «səhvlər» və
«nəzərdən qalanlar» maddəsi əlavə olunur. Burada, böhran
dövründə nəzərə alınmamış qısamüddətli kapitalın hərəkəti əks
olunur.
46
Tədiyyə balansının bir hissəsi də ehtiyat aktivləridir. Eh-
tiyat aktivləri dedikdə, dövlətin rəsmi qızıl-valyuta ehtiyatları
nəzərdə tutulur. Qızıl-valyuta ehtiyatlarının həcmi tədiyyə ba-
lansının cari vəziyyətindən birbaşa asılıdır.
1998-ci ildə Azərbaycan Milli Bankının Rusiya böhranı
fonunda manatın ucuzlaşmasının qarşısını almaq üçün, gördü-
yü tədbirlər beynəlxalq ehtiyatların 74,8 milyon dollar azalma-
sına səbəb olmuşdur. 1999-cu ilin iyulundan Azərbaycan Milli
Bankının valyuta bazarına müdaxiləsinin azalması, həmin ildə
beynəlxalq ehtiyatları 143,7 milyon dollar artırmağa imkan ver-
mişdir. Digər tərəfdən manatın real məzənnəsinin əsas ticarət
tərəf-müqabilləri ilə müqayisədə azalması daxili istehsalçılar
üçün maneəyə çevrilmişdir.
Hesablaşma balansı ölkənin xarici ölkələrə müəyyən tari-
xə və ya müəyyən müddət üzrə tələblərin və öhdəliklərin nisbə-
tidir. Hesablaşma və tədiyyə balansları arasında fərqlər aşağı-
dakılardır:
- hesablaşma balansında ölkənin xaricə olan bütün tələb-
ləri və öhdəlikləri əks olunur. Tədiyyə balansında isə yalnız
faktiki daxilolmalar və ödəmələr əks olunur;
- hesablaşma balansında bütün alınmış və verilmiş kredit-
lər əks olunur. Tədiyyə balansında isə yalınz haqqı ödənilmiş
kreditlər əks olunur;
- tədiyyə balansında yalnız haqqı ödənilmiş idxal və ixrac
ə
ks olunursa; hesablaşma balansında mal dövriyyəsinin ödən-
məyən (kredit hesabına) hissəsi də əks olunur;
- bu balansların son saldosu (aktiv və ya passiv) üst-üstə
düşmür.
Tədiyyə balansına təsir edən amillər aşağıdakılardır: - ölkələrın iqtisadi inkişafınının qeyri-bərabərliyi;
- iqtisadiyyatın dövrü tərəddüdü;
- xaricdə dövlət xərclərinin artması;
- iqtisadiyyatın hərbiləşdirilməsi və silahlanma;
- kapitalın hərəkətinin miqyası və əhəmiyyətinin artması;
47
- beynəlxalq ticərətdəki dəyişikliklər;
- valyuta-maliyyə amilləri;
- inflyasiya.