Azərbaycan dili- test tapşırıqları a variantı



Yüklə 4,22 Mb.
səhifə6/6
tarix22.05.2020
ölçüsü4,22 Mb.
#31379
1   2   3   4   5   6
Azərbaycan dili 600 SUAL CAVABLARIYLA


İKİNCİ YARIMİL ÜZRƏ YEKUNLAŞDIRICI TESTLƏR

A variantı

1. Hansı sözlərdə səslərin sayı hərflərin saymdan çoxdur? 1. Qulaq 2. Aynurə 3. Üzvlük 4. Neftçi 5. Hökmdar

A)4,5 B)3,5 C)l,2,3 D)2,4 • E) 1,2,4

2. Hansı fikir düzgün sayıla bilməz?



A) Düzgün tələffüz orfoepik norma ilə tənzimlənir.

B) Orfoepik norma yalnız şifahi nitqdə təzahür edir.

C) Nitq həm şifahi, həm də yazılı şəkildə mövcuddur.

D) Orfoepiya normaları, əsasən, gündəlik danışıqda pozulur.

E) Dilin dəyişməsinə və yeniləşməsinə daim ehtiyac vardır.

3. Yanlış fikri göstərin.

A) Nitqin düzgünlüyü nitq mədəniyyətinin birinci şərtidir.

B) İltisaqi dillərdə mənsubiyyətə görə dəyişmə mümkündür.

C) Ahəng qanunu morfonoloji hadisədir.

D) Orfoqrafiya normalarına əməl edilməsi yazılı nitq üçün vacibdir.

E) Ədəbi dilimizdə publisistik üslub XIX əsrin I yarısında formalaşmışdır.

4. Yanlış fikirləri seçin.

1. Rəsmi sənədlərin dili publisistik üsluba aiddir.

2. Klassik ədəbiyyatın dilində ərəb-fars tərkibləri çox işlənmişdir.

3. Şifahi danışıqda qrammatik norma pozulmur.

4. Sözə əvvəlcə cəm, sonra mənsubiyyət şəkilçisi qoşula bilər.

5. Xalq danışıq dilində yarımçıq cümlələrdən az istifadə olunur.

6. Müəyyən miqdar saymdan sonra işlənən isim cəm şəkilçisi qəbul etməz.

A)l,4,5 B)2,4,5 C) 1, 3, 5 D) 3, 4, 6 E) 1, 2, 6

_X sinif 1 119

5. Nitq mədəniyyəti haqqmda göstərilən fikirlərdən hansı doğrudur?

A) Həssashq nitq mədəniyyətinin əsas şərtidir.

B) Nitq mədəniyyəti yalnız yazılı nitqdə özünü büruzə verir.

C) Nitq mədəniyyətinin əsas predmeti dildir.

D) Nitqin ifadəliliyi ümumi (ictimai) xarakter daşıyır.

E) Nitqin qoruyucusu, daşıyıcısı xalqdır.

6. Bir hərfə görə fərqlənən sözlər nə adlanır?

A) omonim B) antonim C) sinonim

D) çoxmənalı söz E) paronim

7. Düzgün olmayan fikri göstərin.

A) Ədəbi dilin tabe olduğu qayda-qanunlar sisteminə ədəbi dilin normaları deyilir.

B) Dildə ən çox dəyişiklik leksik normada baş verir.

C) Mahmud Kaşğari XIX əsrin dilçisidir.

D) Nitq etiketləri, əsasən, məişət-danışıq üslubunda özünü göstərir.

E) Ərəb dili flektiv dillər qrupuna aiddir.

8. Nitq mədəniyyətinin şərtləri baxımından dəqiq olmayan ifadəni göstərin

A) maraqlı söhbət B) cəlbedici hərarət C) imtiyazlı təbəqə D) cazibəli nitq E) cəsarətli rəhbər

9. Hansı nümunədə dəqiqlik gözlənilmişdir?

A) həzin günlər B) üçkünc kvadrat C) məharətli yaradıcılıq D) tanış məhəllə E) sevimli məhsul

10. "İnzibati xətalara dair dövlət qanunu" birinci oxunuşda qəbul edildi cümləsi ilə bağlı hansı fikir doğru deyil?

A) Cümlədə yalnız almma sözlər işlənmişdir.

B) Rəsmi-publisistik üsluba aiddir.

C) Müəyyən şəxsli sadə cümlədir.

D) Mübtədası mürəkkəb, xəbəri sadədir.

E) Nitqin bütün normaları və şərtləri gözlənilmişdir.

120 Azərbaycan dili / Test tapşırıqları_

11. Hansı fikir doğrudur?

A) Mimika həm də yazılı ədəbi dilə xasdır.

B) Fonetik normada daha çox dəyişiklik baş verir.

C) Nitqin ifadəli olmaması nitqin düzgünlüyünə xələl gətirmir.

D) Sözlər lüğətdə quruluşuna görə düzülür.

E) Etimoloji təhlillə sözün tərkibi araşdırılır.

12. Sözlərdən biri dilimizə latın dilindən keçmişdir:

A) samovar

B) qalstuk

C) mitinq

D) respublika

E) futbol

13. Düzgün cavab hansıdır?

A) Yazının ən qədim növü hərfi yazıdır.

B) Sillabik yazı əşyəvi yazıdır.

C) Hallanma yalnız iltisaqi dillərdə özünü göstərir.

D) Ədəbi dilin normaları müəyyən tarixi təkamülün nəticəsidir.

E) Piktoqrafik yazı ən çevik və əlverişli yazı növüdür.

14. Dil haqqındakı hansı mülahizəni nitqə aid etmək olmaz?

A) insana məxsus olmasını

B) sözlər vasitəsilə yaranmasını

C) ünsiyyət vasitəsi olmasını

D) cəmiyyətdə ona ehtiyac olmasmı

E) ictimai hadisə olmasını

15. İfadələrin birində nitqin dəqiqliyi pozulub:

A) səmimi dostlar

B) qəmli baxışlar

C) incə naxışlar

D) ağıllı tələbə

E) kəskin qılınc

Xsinif

16. Sözlərdən birində üç leksik şəkilçi vardır:



A) yazılmışsınız

B) yazıçıhğm

C) qayğısızlıqdan

D) narazıhğımız

E) evdəkilərdən

17. Söz birləşmələrindən yalnız birinin əsas tərəfi həqiqi mənada işlənmişdir:

A) dağın başı B) bulağın gözü C) çaym qolu

D) paltarm ətəyi E) suyun üzü

18. Sözlərdən biri sintaktik yolla yaranmışdır:

A) naümid B) keyfiyyətli C) ağsaqqal

D) qırıcı E) evdar

19. Bunlardan biri frazeoloji birləşmələrin antonimliyinə nümunə sayıla bilməz:

A) yerə-göyə sığmamaq - qəm dəryasına batmaq

B) xoşu gəlmək - acığı gəlmək

C) üz ağartmaq - üz qaraltmaq

D) dil-dil ötmək - ağzma su almaq

E) cin atına minmək - özündən çıxmaq

20. Cümlələrin birində vulqar sözdən istifadə edilmişdir:

A) Ev yağmalandı

B) Ə, qoduq, mənim üstümə şeşələnirsən?

C) Cizgi filmi maraqla qarşılandı.

D) Qız əski ilə stolun üstünü sildi.

E) Kolxoz təsərrüfatı özünü doğrultmadı.

122 | Azərbaycan dili / Test tapşırıqları

B variantı

1. Almma sözlər hansılardır?

1. Vedrə 2. İlğım 3. Solğun 4. Mitinq 5. Kitab A) 1, 2,4 B) 2, 3, 5 C) 1, 4,5 D) 3, 4 E) 2, 3, 4

2. Nümunələrdən biri dialekt sözü deyih

A) tanıq B) zir Q qəməlti

D) deşdəbəkur E) yerpənək

3. Ön şəkilçisi qəbul etmiş əsl Azərbaycan sözü:

A \ 1


A) namərd

B) bivəfa

C) nadinc

D) anormal

E) baməzə

4. Mənaca bir-birinə əks olan sözlər nə adlanır?

A) antonim

B) omonim

C) sinonim

D) paronim

E) çoxmənalı söz

5. Yazıhşı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxm mənalar bildirən sözlər nə adlanır?

A) antonim B) sinonim Q omonim

D) çoxmənah söz E) paronim

X sinif

6. Cərgələrdən biri sinonimə nümunə sayıla bilməz:

A) haqqmda - barəsində B) qarımaq - qocalmaq C) alçaq - hündür D) gizlin - oğrun

E) gecikmək - yubanmaq

7. Cümlələrin birində omonim işlənmişdir:

A) Bənövşə çalışqan şagirddir.

B) Arzum təyyarəçi olmaqdır.

C) Bakıda güclü küləklər əsir.

D) Anar uşaqlann gözüdür.

E) Diş ağrısma dözmək olmur.

8. Çoxmənalı sözlərlə bağlı fikirlərdən biri səhvdir:

A) Əsas məna ilə bağlı əlavə mənalarda bildirən sözlər çoxmənalı söz adlanır.

B) Çoxmənalı sözlər dominant və məcazi mənalar əsasmda yaranır.

C) Çoxmənalı sözlər omonimlərə bənzəyir.

D) Çoxmənalılıq yaradan sözlər müxtəlif nitq hissəsinə aid olur.

E) Elə sözlər vardır ki, həm çoxmənalı söz, həm də omonim kimi işlənir.

9. Hansı sözün vurğusu düzgün qoyulmamışdır? A) avtobus B) vəsiqə C) bağlayıcı D) fonetika E) metafora

10. Vurğu qəbul etməyən şəkilçilər sırasma daxil edilə bilməz:

A) şühudi keçmiş zaman şəkilçisindən sonra işlənən - lar2 cəm şəkilçisi

B) felin inkar şəkilçisi

C) fel şəkilçilərinin hekayətini düzəldən idi hissəciyi

D) fel şəkilçilərinin rəvayətini düzəldən imiş hissəciyi

E) feli bağlama şəkilçisi olan - madan2

Azərbaycan dili / Test tapşırıqları_

11. Hansı sözlərdə səslərin sayı hərflərin saymdan azdır?

1. Xoşbəxt 2. Həqiqət 3. Xasiyyət 4. Zəif 5. Novruz A)l,3,5 B)l,2 C)2,3,4 D) 1,2,5 E) 3,4

12. Frazeoloji birləşmələrin biri omonimlik yarada bilir:

A) gözləriyoldaqalmaq

B) özündən çıxmaq

C) can vermək

D) dilotu yemək

E) yerə-göyə sığmamaq

13. Həm çoxmənalı, həm də omonim olan sözlər hansılardır? l.Yar 2. Al 3. Tut 4. Göz 5. Baş

A) 1, 2, 5 B) 2, 3 C) 1, 3,4 D)l,2,3 E)3,5

14. Köhnəlmiş sözlərlə bağlı səhv fikri müəyyənləşdirin.

A) Köhnəlmiş sözlər dilin lüğət tərkibinin qeyri-fəal hissəsinə aiddir.

B) Köhnəlmiş sözlər iki qrupa ayrılır: tarixizmlər, arxaizmlər.

C) Tarixi inkişaf prosesində əşya və ya hadisənin ömrünü başa vurması ilə əlaqədar onlarm adları da unudulub tarixizmə çevrilir.

D) Əşya və ya hadisənin admı ifadə edən söz köhnələrək yenisi ilə ifadə olunur. Bu cür köhnəlmiş söz arxaizm adlanır.

E) Arxaizmdən elmi-publisistik üslubda geniş istifadə olunur.

15. Sözlərdən biri arxaizmdir:

A) zir B) hancarı C) əlardan D) güz E) qəmbər

Xsinif 125

16. Alınma sözlərlə bağlı səhv fikir hansıdır?

A) Ön şəkilçilərdən də istifadə olunur.

B) Ahəngin gözlənilməsinə təsadüf edilmir.

C) Fleksiya hadisəsi özünü göstərir.

D) / səsindən istifadə olunur.

E) Uzun saitlər işlənir.

17. Əsl Azərbaycan sözləri ilə bağlı fikirlərdən biri səhvdir:

A) Kökü fel olan və feldən düzələn sözlər əsl Azərbaycan sözləridir.

B) Əsl Azərbaycan sözlərində vurğu, əsasən, axırmcı hecaya düşür.

C) Ahəng qanunu bu sözlər üçün çox səciyyəvidir.

D) Bu sözlərdən bəzilərinin sonunda o, ö, e səsləri işlənə bilər.

E) Bu sözlərin əvvəlində iki samit yanaşı işlənmir.

18. Əsl Azərbaycan sözü hansıdır?

A)bülbül B)gülüş C) dilbər D) gülzar E)naxoş

19. Ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözləri: 1. İşvə 2. İnam 3. İnsan

4. Ilıq 5. Insaf

A)l,3,5 B)l,2,3 C) 2,4

D) 3, 4 E) 2, 3, 5

20. Dialekt sözləri və terminlər üçün ortaq xüsusiyyət:

A) məcazi məna daşımaq

B) bədii üslubda daha çox işlənmək

C) ədəbi dilin lüğət tərkibinə daxil olmaq

D) məhdud dairədə işlənmək

E) omonimlik yaratmaq

126 [ Azarbaycan dili / Test tapşırıqları_

C variantı

1. Nitq mədəniyydti dedikdə başa düşülür:

A) dilinfonetikqaydaları

B) dilfaktı, dilhadisələri

C) insanlarm dilin normalarına yiyələnməsi və gündəlik ünsiyyətdə ona əməl etməsi

D) orfoepik qayda -qanunlar

E) konkret predmeti olan elm sahəsi

— TT .. . j . ,...... . _

2. Hansı nıtqm dəqıqlıymı gostərır?

A) qapmı döymək B) ömrünü yelə vermək

C) dərsə gəlmək D) Qış gəlir E) at ilxısı

3. Verilən fikirlərdən biri səhvdir:

A) Dil ünsiyyət vasitəsi olub, mücərrəd işarələr sistemindən ibarətdir,

B) Nıtq unsıyyət prosesıdır.

C) Dil əsasdır, nitq ondan törəmədir.

D) Dil tarixən çox dəyişikliklərə uğrayır, nitq isə ona nisbətən az dəyişkəndir.

E) Nitq fəaliyyəti nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktlarm sistemidir.

4. Bunlardan biri möhkəm qayda-qanunlara tabe olmayan nitq formasıdır ki, fəaliyyət sahəsinin genişliyi ilə fərqlənir:

A) dialekt B) şivə C) xalq danışıq dili

D) ədəbi dil E) loru dil

5. Ədəbi dilə aid edilmiş fikirlərdən biri düzgün deyil:

A) Tarixən müəyyənləşmiş möhkəm qayda-qanunlara tabe olan nitq formasıdır.

B) Ədəbi dil və ədəbi nitq anlayışları paralel işlənə bilməz.

C) Ədəbi dilin iki təzahür forması var: şifahi, yazılı

D) Şifahi ədəbi dil orfoepik normalara tabe olur.

E) Yazılı ədəbi dil orfoqrafik normalara tabedir.

X sinif 1 127

6. "Dədə Qorqud" dastanında "Uşun qoca oğlu Seyrək boyu"nda Seyrəyin dilindən deyilən aşağıdakı nümunə nitq etiketlərindən hansma aiddir?

Ana, ağzın qurusun! Ana, dilin çürüsün!

A)alqış B) görüşmə C) müraciət D) qarğış E) söyüş

7. Nümunədə nömrələnmiş hansı sözü nitq istisnası hesab etmək olar?

1 2 3 4 5 6 7

Atını səyirt, sabah Dərman Məhəmməd burda olmalıdır. (V.Nəsib) A)l,2 B)2 C)3 D)4,7 E) 5,6

8. Azərbaycan ədəbi dilində (onun normalarmda) əsas şərt kimi gözlənilən nədir?

A) aydmhq B) daxili fleksiya

C) lüğət tərkibinin vahidliyi D) normalara riayət etmək

E) iltisaqilik

9. Hansı tələffüz şəkli səhv verilib?



A) gələ bilməz [gələnməz]

B) qoymurlar - [qoymullar]

C) buludlar - [bulutdar]

D) unudulmayıb - [unudulmuyub]

E) sonra - [so:ra]

10. Hansında leksik norma pozulmuşdur?

A) Anam başımm üstündə dua oxuyurdu.

B) Yuxum mütləq çin olacaq.

C) Uzaqda toz buludu qalxırdı.

D) Otağa çiçəklərin bihuşedici ətri dolurdu.

E) Qulağıma hardansa bir səs gəldi.

128 l Azərbaycan dili / Test tapşırıqları

11. Bir neologizmin izahı səhvdir:

A) saxlanc - lüğət tərkibi

B) əyləc - tormoz

C) durum - vəziyyət

D) dürlü - müxtəlif

E) dönəm - mərhələ

12. Hansmda qrammatik norma pozulmuşdur?

A) beş-altı adam

B) Məktəblilərdənəm.

C) Güldürülməlidir.

D) Mən tarixi kitablar oxumağı xoşlayıram.

E) Şuşadan gələn dəhşətli xəbərlər bu gün hər bir adamları sarsıtmaqdadır.

13. Nitq normaları haqqmdakı yanlış fikri seçin.

A) Norma tarixi kateqoriyadır.

B) XX əsrin 30-cu illərinə qədər dilimizin fonetikasmda "sağır adlı bir səs var idi.

C) Ədəbi dilin normasmda, bir qayda olaraq, sabitlik olur.

D) Fonetik normada nisbi sabitlik özünü daha çox göstərir.

E) Leksik normada inkişaf olduqca ləng gedir.

14. Biri natiqlik sənətinin tələblərinə daxil deyil:

A) jest və mimikadan istifadə etməmək

B) auditoriyanın səviyyəsini nəzərə almaq

C) nitqin intonasiyasına, ritminə fikir vermək

D) mümkün qədər yığcam danışmaq

E) nitqə əvvəlcədən hazırlaşmaq

Xsinif

15. Nümunədə nömrələnmiş hansı sözü nitq istisnası hesab etmək olar?



1 2 3 4 5 6

«Omaroğlunun fikri neçə sənə geri addamışdı». (V.Nəsib) A)l,2 B)4 C)5,6 D) 5 E) 1,3

16. Natiqliyin belə sahəsi yoxdur:

A) bədii B) akademik C) siyasi

D) iqtisadi E) işgüzar

17. Nitq etiketlərindən biri rəsmi və qeyri-rəsmi olmaqla iki yerə bölünür:



A) müraciət etiketləri B) görüşmə etiketləri

C) ayrılma etiketləri D) təbrik etiketləri

E) alqışlar

•■■-. i -..i^fyV.-v':^ ■:. ■ :V)

18. Bunlardan yalnız biri orfoqrafik normalarla nizamlanır: A) sözün ədəbi dildəki tələffüzü B) sözün mənası C) cümlədə sözlərin sırası D) sözün vurğusu E) defis işarəsindən istifadə

.-*<,>■;.<> ■■;uüc tr^x^d-^^yrfi'^-Hr.!:-;-^-"',^'^ H^r-k'^'t:"^': '■" '■'^ *'■"*

19. Hansı cavabdakı etiketlər artıq qeyri-fəaldır?

A) Bəy! Xanım!

B) Cənab! Müəllim!

C) Qadanalım! Günaydm!

D) Yoldaş! Vətəndaş!

E) Xeyirli olsun! Uğur olsun!

20. Biri təbrik etiketi deyil:

A) Təbrik edirəm! B) Gözünüz aydm! C) Mübarək olsun! D) Mübarəkdir! E) Uğur olsun!

130 Azərbaycan dili / Test tapşırıqları_

D variantı

1. Hansı nümunə orfoepik normaya uyğun deyil?

A) [məılumat] B) [qol-qanad] C) [tədris]

D) [mayil] E) [armudu]

2. Hansı fikir yanlışdır?

A) Heç də bütün sözlər yazıldığı kimi deyilmir.

B) Bəzi qoşasamitli sözlər yazıldığı kimi deyilir.

C) Şifahi danışıqda orfoqrafik normalara əməl edilir.

D) Orfoepiyanın tələbinə uyğun yazı norması tənzimlənə bilər.

E) Bədii üslubda söz sırası pozula bilər.

3. Nitq etiketləri ilə bağh səhv fikri göstərin.

A) Hər bir xalqın dilində onun milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq işlənən ifadələrə nitq etiketləri deyilir.

B) Nitq etiketlərinə nitq yarlıqları da deyilir.

C) Nitq etiketlərindən yerli-yerində istifadə olunması ünsiyyətin normal gedişinə kömək edir, səmimi münasibət yaradır.

D) Bütün nitq etiketləri əsrlər, minilliklər boyu sabit qalır, ünsiyyətdən çıxmır.

E) Müraciət etiketləri rəsmi və qeyri-rəsmi olmaqla iki yerə ayrılır.

4. Hansı nümunədə qrammatik norma pozulub?

A) Payız gəldi, quşlar uçub getdilər.

B) Sizinlə bərabər, mən də cavabdehəm.

C) Xalqm böyük hissəsi ona hörmət edərdilər.

D) Onun cavabı hamını valeh etdi.

E) Yarpaqlar tökülür, çəmən saralır.

X sinif


5. Leksik normanm pozulduğu nümunə hansıdır? A) müdrik rəhbər B) düşüncəli insan C) kəşfiyyat planı D) deyilmiş söz

E) yüksək xasiyyət

6. "Ritorika" da deyilir:

A) nitq istisnalarma B) özləşmə meyllərinə

C) nitq etiketlərinə D) natiqlik elminə E) ədəbi dilin normalarma

7. Aşağıdakı nitq etiketlərindən biri son vaxtlar geniş miqyasda yayılıb:

A) Yoldaş! B) Vətəndaş! C) Xanım!

D) Cənab! E) Əfəndi!

8. Verilən bayatıda nitq etiketlərinin hansı növünə uyğunluq var? Ay dönübdü hilala, Haram düşmdz halala, Namərdin bağçasında Nə gül bitsin, nə lala.

A) alqış B) söyüş C) müraciət D) qarğış E) təbrik

9. "Kənd xoruzları səs-səsə verib qışqırışırdüar" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) qrammatik C) leksik və qrammatik

D) leksik E) fonetik və qrammatik

10. Hansı nümunədə həmcins mübtədalarla xəbərin uzlaşması pozulub?

A) Nə tez keçdı ıllər, aylar.

B) Əsgərlər, zabitlər və çavuşlar bir yerə yığışdı.

C) Dəftər, kitab və qələm çantada idi.

D) Dostlar və tanışlar orada idilər.

E) Dağlar, təpələr və düzlər qarla örtülmüşdü.

132 | Azərbaycan dili / Test tapşırıqları_

11. Aşağıdakı sözlərdən biri vəziyyət mənasındadır:

A) durum B) bilgi C) toplum D) ömürlük E) mövqe

12. "Dədə Qorqud" dastanmda boyların sonunda Dədə Qorqudun dilindən verilən aşağıdakı parça nitq etiketlərindən hansma aiddir?

Coşğun axan gözəl suyun qurumasın ! Qanadlarının ucu qırılmasınl Allah səni namərdə möhtac etməsin! Çaparkən ağ-boz atın büdrəməsin!

A) təbrik B) görüşmə C) qarğış D) alqış E) müraciət

13. Hansı cümlədə qrammatik norma pozulmamışdır?

A) Qapıları taybatay açm.

B) Göydə uçan beş durnalar, Bizim ellər yerindəmi?! ("Koroğlu")

C) Xeyli adamları tapıb gətirmişdilər.

D) Bu dörd variantları Həsən tərtib edib.

E) Payız gələndə otlar saralırlar.

14. Qrammatik normanm pozulması sayılmır:

A) söz sırasınm pozulması

B) şəkilçilərin yerində düzgün işlədilməməsi

C) uzlaşma əlaqəsınm pozulması

D) durğu işarələrinin düzgün qoyulmaması

E) miqdar saymdan sonra gələn ismin cəmdə işlənməsi

15. Hansı cumlədə soz sırası pozulmuşdur?

A) Onların kəndi Kürün qırağmda idi.

B) Təzə idman meydançası yaratdıq.

C) Uşaqlar səyahətə hazırlaşırdılar.

D) Göyərçin çox faydalı quşdur.

E) Bürüyür göyləri qara buludlar.

_X sinif |

16. Söz sırası daha çox nə vaxt pozulur?

A) müəliifin dilində B) rəsmi sənədlərin dilində

C) elmi əsərlərin dilində D) şifahi danışıqda

E) işgüzar sənədlərin dilində

17. Hansı fikir yanhşdır?

A) Qrammatik norma sözlərin nitqdə düzgün əlaqələndirilməsini tələb edır.

B) Cümlə üzvlərinin sıralanması təsadüfi xarakter daşıyır.

C) Dil ünsiyyət vasitəsi olub, mücərrəd işarələr sistemindən ibrətdir.

D) Leksik normanın pozulması nitqin dəqiqliyinin pozulmasına səbəb olur.

E) Uzlaşma, əsasən, mübtəda ilə xəbər arasında olur.

18. Orfoqrafik normaya uyğun yaztlmayan sözü göstərin. A) istiqlaliyyət B) üslubiyyət C) əhvalat

D) üçrəngli E) mədəniyyət

19. V.Nəsibin "Nənəmə" şeirindən götürülmüş bu parçada işarələnmiş sözlər nitq mədəniyyətində necə adlanır? Eşitsən şəhərin qeylü-qalını,

Tezcə başına sal nəmər şalını, Obaşdan çıxgınən ırca bır yerə...

A) nitq etiketləri B) vulqarizm C) nitq istisnaları

D) varvarizm E) dialektizm

20. Olsaydı məndəki qəm Fərhadi-mübtəladə (M.Füzuli) misrasında nəzmin tələbinə uyğun olaraq ədəbi dilin hansı norması pozulub?

A) orfoepik B) orfoqrafik C) fonetik

D) qrammatik E) leksik

| Azərbaycan dili / Test tapşırıqları_

İLLİK MATERİAL ÜZRƏ YEKUNLAŞDIRICI TESTLƏR

A variantı

1. Sitat kimə məxsusdur? "Bir millətin malını, dövlətini və hətta vətənini

əlindən alsan, ölüb-itməz, amma dilini alsan,fövt olar və ondan bir nişan qalmaz "

A) F.Köçərliyə B) K.D.Uşinskiyə C) Ə.Hüseynzadəyə

D) İsa bəy Aşurbəyliyə E) N.İ.İlminskiyə

2. Bu kimin vəsiyyətlərindəndir? "...ey türk oğulları, bir ovuc torpağı

dünyanın var-dövlətinə, dilinin bir sözünü ləl-cəvahirata dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın..."

A) Şah İsmayıl Xətayinin B) Məmməd Səid Ordubadinin C) M.Kaşğarinin D) Məhəmməd peyğəmbərin

E) C.Məmmədquluzadənin

3. Kitab mağazasının qarşısma vurulmuş kitab, Jurnalistlər Birliyinin

qarşısma vurulmuş qələm şəkilləri ayrı-ayrılıqda hansı yazı növlərinə

aid edilməlidir? Ardıcıllığı ilə göstərin.

A) piktoqrafik, ideoqrafik B) əşyəvi, ideoqrafik

C) sillabik, ideoqrafik D) sillabik, piktoqrafik

E) ideoqrafik, piktoqrafik

4. V.Q.Belinskinin A.S.Puşkin haqqındakı fikri ("O, rus ədəbiyyatmm

felidir") qrammatik baxımdan necə başa düşülməlidir?

A) felin cümləni tamamlamağa iqtidarlı olması

B) fellərin lüğət tərkibinin ən milli hissəsi olması

C) felin hərəkət, dinamika bildirməsi

D) felin mühüm nitq hissəsi olması

E) başqa dillərə felin keçə bilməməsi

X sinif 135

5. Dil haqqmda bir fikir səhvdir:

A) Dilsiz cəmiyyət ola bilmədiyi kimi, cəmiyyət olmadan da dil yarana bilməzdi.

B) Dil ünsiyyət vasitəsidir.

C) Dilin və şüurun yaranması ayrı-ayrı ictimai proseslərdir.

D) Dil insan cəmiyyətində əmələ gəldiyi üçün ictimai hadisə sayılır.

E) Heyvanlarm səs siqnallarmdan istifadə etməsi heç də onlarda səsli dilin olmasmı göstərmir.

6. Hansı söz yerində işlənməmişdir?

Eyləsən tutiyə təlim ədayi-kəlimat, Dili insan olur, əmma özü insan olmaz.

A)eyləsən B) tutiyə C) təlim D) ədayi-kəlimat E) dili

7. Atası və anası azərbaycanlı olan bir körpə Londonda dünyaya göz açsa,

ətrafmda olanların hamısı ingilis dilində damşsa, o, hansı dildə danışmağa başlayacaq?

A) azərbaycanca B) rusca C) ingiliscə D) farsca E) ərəbcə

8. Bu qiymətli fikirlər kimə məxsusdur?

"Dil ağızda nədir: hünər sahibi xəzinəsinin qapısına açardır. Nə qədər ki bu qapı bağlıdır, heç kəs bilmir ki, bu xəzinə sahibi cəvahir satır, yoxsa zir-zibil... " A) Əssar Təbriziyə B) Sədi Şiraziyə C) Sokrata D)HəzrətƏliyə E) Taleyrana

9. Yazı haqqında bir fikir səhvdir:

A) İnsanların uzaq məsafələrlə ünsiyyət saxlamaq ehtiyacı yazının kəşf olunmasma gətirib çıxardı.

B) Yazı səsli dilin norma ilə qavrayışmı təmin edən işarələr sistemidir.

C) Yazmm ilk forması əşyəvi yazı hesab olunur.

D) Şəkli və fikri yazı növlərində yaxınlıq çoxdur.

E) Sillabik yazı fikri yazmm ilk mərhələsi hesab edilir.

10. Görkəmli türk alimi Rza Nur "Azərbaycan" sözünün mənşəyini Xəzər tayfasınm adı ilə bağlayır. Bu elmi fakt dilçiliyin hansı sahəsinə aid edilməlidir?

A) etimologiyaya B) dialektologiyaya C) leksikoqrafiyaya D) morfologiyaya E) leksikologiya

136 | Azərbaycan dili / Test tapşırıqları_

11. Şehli otun üstündə və ya nəm torpaqda ovun ayaq izlərini ovçu hansı yazı kimi oxumalıdır?

A)əşyəvi B)ideoqrafik C) piktoqrafik

D) sillabik E) fonoqrafik

12. Nöqtələrin yerinə hansı söz yazılmalıdır?

... səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir. A) dil B) dilçilik C) nitq D) yazı E) lüğət

13. M.Kaşğari "Divan"ı ilə bağlı bir mülahizə yanlışdtr:

A) Türk dünyasmın ilk ensiklopediyası sayılır.

B) Lüğət Məhəmməd peyğəmbərin kəlamı ilə başlayır.

C) Lüğətdə 9000-dən artıq söz və ifadə toplanıb.

D) Əsərin yeganə əlyazması 1915-ci ildə Türkiyədə üzü köçürülən nüsxədir.

E) Əlyazma Məhəmməd Əssari tərəfindən köçürülmüşdür.

14. Bir neçə səsin bir işarə ilə verilməsi hansı yazı növünə aiddir? A) piktoqrafik B) sillabik C) əşyəvi

D) ideoqrafik E) piktoqrafik və fonoqrafik

15. Nəqliyyat yolunda qoyulmuş nida işarəsi hansı yazı növünə aiddir?

A) piktoqrafik B) sillabik C) hərfi

D) ideoqrafik E) əşyəvi

16. Bunlardan biri lüğətçi deməkdir:

A) leksikoqrafiya B) leksikoqraf C) leksikologiya D) etimoloq E) dialektoloq

X sinif |

17. Bunlardan ikisi lüğətçilik sahəsində son dövrün (XX əsr) ən böyük hadisələrinin müəllifidir:

1. Cəmaləddin ibn Mühənna 2. Hinduşah Naxçıvani

3. Hüsam Təbrizi 4. S.M.Qənizadə

5. H.Hüseynov 6. Q.Qarabəyov

7. Ə.Orucov

A)l,2 B)3,4 C)5,7 D)4,7 E) 6,7

18. Azərbaycan dilinin ilk elmi qrammatikasını yazmış bu alimin əsərləri ingilis və fransız dillərinə tərcümə olunmuş, London və Parisdə çap edilmişdir:

A) M.Kazım bəy B) N.İ.Aşmarin C) V.V.Radlov D) B.V.Çobanzadə E) P.M.Melioranski

19. Bu lüğətlərin biri Heydər Hüseynovun rəhbərliyi ilə çıxmışdır:

A) "Azərbaycan dilinin izahlı lüğəti"

B) "Ərəb və fars sözləri lüğəti"

C) "Azərbaycan dilinin orfoqrafiya lüğəti"

D) "Rusca-azərbaycanca lüğət"

E) "Dıalektolojı luğət"

20. Dialekt, şivə və dialektologiya haqqmda bir mülahizə yanltşdır:

A) Yerli-məhəlli danışığa dialekt və ya şivə deyilir.

B) Dilimizin tarixini, onun keçdiyi inkişaf yolunu öyrənməkdə dialektlər etibarlı mənbə sayıla bilməz.

C) Dialekt və şivələri öyrənən dilçilik sahəsi dialektologiya adlanır.

D) Bədii əsərlərin dilində işlənən məhəlli əlamətlərə dialektizm deyilir.

E) Dialektlər tarixən ana dilimizdə olub, sonra istifadədən çıxan sözləri də qoruyub saxlayır.

Azərbaycan dili / Test tapşırıqları

B variantı ;

1. XIII-XIV əsrlərdə yaşayıb-yaratmış lüğətçilərimiz:

1. Mirzə Kazım bəy 2. Cəmaləddin ibn Mühənna

3. Hinduşah Naxçıvani 4. Xətib Təbrizi

5. Hüsam Təbrizi

A)l,2,4 B)2,3,5 C) 3, 4, 5 D) 1, 4 E) 2, 5

2. "Təlim dilinin mütləq öz Azərbaycan türkcəmizlə olması; türkcə bilməyənlərin milli məktəblərimizdə türkcə öyrənmələri" tələblərini irəli sürən kim idi?

A) N.Nərimanov B) C.Məmmədquluzadə

C) Ö.F.Nemanzadə D) M.Ə.Sabir E) H.Zərdabi

3. Biri qıpçaq qrupuna daxil deyil: A) qazax B) tatar C) başqırd

D) qumuq E) özbək

4. Bir cavabdakı nümunə o biriləri ilə eyni qrupa daxil olmayan rürk dillərinin birindəndir:

A) Gel gör beni aşk neylədi?

B) Beylər bu vatana nasıl kıydmız?

C) Sansm dün girdik yaza.

D) Oquzxan tarixi şaxs del, ol leqendar qaxraman

E) Bolalar xursand buldulər.

5. Eyni budaqdan olan dillərin lüğət tərkibi, fonetik və qrammatik quruluşlarımn bir-birinə yaxm olmasmm əsas səbəbi:

A) budaqdan baş verən ayrılma vaxtmm nisbətən yaxınlığı

B) dillərin hamısımn eyni dil ailəsinə daxil olması

C) bir kökdən törəməsi

D) ayrılma vaxtınm uzaqlığı (bu vaxt minilliklərlə ölçülür)

E) dillərin qrammatik quruluşlarmın olduqca ləng inkişafı

_X sinif | 139

6. Azərbaycan və Türkiyə türkcəsində işlənən sözlərin qarşılaşdırılmasmda bir səhvə yol verilib:

A) qarı (qoca qadm) - qarı (həyat yoldaşı)

B) küçük (it balası) - küçük (kiçik)

C) alçaq (yaramaz) - alçaq (sadə)

D) düşmək (enmək) - düşmək (enmək)

E) qızmaq (isinmək) - qızmaq (hirslənmək)

7. Leksikoqraf nə deməkdir?

A) dilçilik B)lüğətçilik C) dilçi D) lüğətçi E) tərcüməçi

8. Xüsusiyyətlərdən biri iltisaqi dillərə aid edilə bilməz::

A) Türk mənşəli sözlər iltisaqilik tələblərini bir qanun kimi yerinə yetirir.

B) Kökə eyni zamanda bir neçə sözdüzəldici və sözdəyişdirici şəkilçi artırıla bilər.

C) Adlara əvvəlcə mənsubiyyət, sonra kəmiyyət və hal şəkilçilərı artırılır.

D) -ıcı4 feldən sifət düzəldir, deməli, sifətə artırıla bilməz.

E) Ön şəkilçilər bəzən öz sözlərimizə də artırıla bilər.

9. Hansı sadə sözdür?

A)sıravi B) inqilabi C) elmi

D) Təbrizi E) mədəni

10. İfadələrdən birində morfoloji dialektizm var: A) ahrsa B) gəlibsən C) deyibdir

D) gəlmisən E) gəler

140 | Azarbaycan dili / Test tapşırıqları

11. Yaxın mənalı sözlərdən əmələ gəlmiş mürəkkəb söz hansıdır?

A) gülə-gülə B) əyri-üyrü C) yorğan-döşək

D) eniş-yoxuş E) dağustü

12. Düzəltmə sözlər cərgəsini göstərin.

A) yağır, ağır, məfhum B) şübhəsiz, zərflik, bağlayıcı

C) göyçək, dilək, istək D) sığınacaq, qaşqabaq, soraq

E) artıq, azlıq, balıq

13. Düzətmə isim hansıdır?

A) qaldıncı

B) qayıqçı

C) onuncu

D) qorxulu

E) cəsarətli

14. Hansı qarşılaşdırılmada qanunauyğunluq pozulmuşdur?

A) bülbül-çalağan

B) sərçə-qartal

C) qoca - ahıl

D) gul - kol

E) tülkü - qurd

15. Azərbaycan dili və farscadakı sözlərin qarşılaşmasında səhvə yol verilmişdir:

A) ilan - yılan

B) gül - qol

C) bülbül-bolbol

D) sülh-solh

E) Nigar - Niqar

X sinif | 141

16. Hansı cərgədə ahəng qanunu pozulmuşdur? A) külək, çörək

B) qulaq, dodaq

C) büro, ilan

D) çörək, ələk

E) ağac, odun

17. Leksik şəkilçi hansıdır?

A) -dı4


B) -mış4

C) -ımız4

D) -kən

E) -lar2


18. Sintaktik üsulla yaranmış söz hansıdır?

A) əzgil B) yarımçıq C) şirindil

D) söhbətcil E) qurtuluş

19. Mürəkkəb sözlərdən biri antonim mənalı sözlərin birləşməsi yolu ilə yaranmışdır:

A) ağsaç B) uzunqol

C) künc-bucaq D) dost-tanış

E) enişli-yoxuşlu

20. Mürəkkəbsözləryaranır:

A) morfoloji yolla

B) çoxmənalılıq hesabına

C) sintaktik yolla

D) omonimləşmə hesabına

E) fonetik tərkibin dəyişməsi hesabma

142 [ Azərbaycan dili / Test tapşırıqları_

C variantt

1. Milli mədəniyyətin, nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısıdır:

A) dövlət başçıları B) xalq C) dilçilər

D) natiqlər E) yazıçılar

2. Hansı ifadə dəqiqdir?

A) beş dəst parta B) iki cüt ayaqqabı C) bir damcı çörək

D) üç parça kitab E) bir tikə yağış

3. Bəzən ifadəlilik məqsədilə nitqin ümumi tələblərinin pozul-masma hansı nitq təzahüründə yol verilə bilər?

A) məişət üslubunda B) rəsmi sənədlərin dilində C) bədii üslubda D) elmi əsərlərin dilində

E) şifahi nitqdə

4. Bunlardan biri şifahi ədəbi dilə aiddir:

A) klassik ədəbiyyatm dili

B) elmi-kütləvi əsərlərin dili

C) bədii əsərlərin dili

D) nitqlər, çıxışlar, mühazirələr

E) rəsmi sənədlərin dili

5. Aşağıdakılardan biri orfoqrafik norma ilə tənzimlənir:

A) sözün tələffüzü

B) vurğudan asılı olaraq bəzən sözün fərqli leksik məna daşıması məqamları

C) söz hissələrinin sətirdən sətrə keçirilməsi

D) sözün leksik mənasının fərqləndirilməsi

E) səslərin sözdə hərflərlə ifadə olunması

X sinif 1

6. Hansı cərgədə bütün sözlər orfoqrafik normaya uyğundur? A) heyf, gicitkən, lahiyə B) əhəng, əski, əlbətdə

C) qırqavul, qulluqçu, kəsgin D) konkret, şakalad, şirniyyat E) əskik, aşpaz, ekskursiya

7. Alınma sözlər daha çox hansı sahədə işlənir?

A) dialekt və şivələrdə B) elm sahəsində, terminologiyada C) mətbuatda D) bədii əsərlərin dilində

E) xalq danışıq dilində

8. Cümlələrdən birində nitqin dəqiqliyi şərti pozulmuşdur:

A) Yadıma düşdü ki, kəndə baş çəkməliyəm.

B) O zaman faytonçu Dadaş məşhur bir adam idi.

C) Bu əhvalat qəlbimi çox təsirləndirdi.

D) Doğma Vətənin hər qarış torpağı əzizdir.

E) Geniş talada hündür bir palıd ağacı vardı.

ı

9. Sözə əvvəlcə mənsubiyyət, sonra cəm şəkilçisi qoşulub. Bu zaman hansı norma pozulmuş olur?



A) həm leksik, həm də qrammatik

B) ofroqrafik və orfoepik

C) fonetik

D) yalnız leksik

E) qrammatik

10. Qrammatik normanın pozulmasma daha çox hansı şəraitdə təsadüf olunur?

A) rəsmi sənədlərin mətnində B) bədii əsərlərin dilində C) elmi üslubda D) şifahi danışıqda

E)mətbuatda

144 Azərbaycan dili / Test tapşırıqları_

11. Hansı cümlədə ifadəlilik hiss olunur?

A) Araz çayı öz mənbəyini Ağrı dağmdan götürür.

B) Amu-Dərya Orta Asiyanm ən böyük çayıdır.

C) Çaym ahəngdar səsi sakitcə uyuyan meşəyə layla çalırdı.

D) Çaylar düzənlik və dağ çayları olmaqla iki yerə bölünür.

E) Samur çayı dağ çaylarmdan biridir.

12. Mən Mehman əsərini çox xoşlayıram cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) orfoqrafik B) orfoepik C) leksik D) morfoloji E) sintaktik

;

13. Partiya lideri təsis qurultaymda məruzə ilə çıxış edir. Onun çıxışı natiqliyin hansı sahəsinə aiddir?



A)bədii B)akademik C) işgüzar D) siyasi E) inzibati

14. "Norma tarixi kateqoriyadır" dedikdə nə başa düşülür?

A) ədəbi dilin normalarındakı sabitlik

B) dilin qrammatik quruluşunda müəyyən tarixi inkişafın, dəyişmənin olması

C) ədəbi dilin normalarmda tədrici bir inkişafın, təkmilləşmənin olması

D) leksik normada nisbi sabitliyin daha tez pozulması

E) başqa dillərin təsirindən müəyyən enib-qabarmalarm olması

15. Natiqin nitqində sənətində məqbul sayılmtr:



A) mimika və jestlərdən istifadə etmək

B) eynitipli intonasiyadan istifadə etmək

C) başqalarının fikirlərindən sitat gətirmək

D) emosional danışıq

E) xalq şeiri nümunələrindən istifadə

_X sinif 1

16. Antik natiqliyin görkəmli nümayəndələri kimi verilmiş şəxslərdən biri yanltşdır:

A) Platon

B) Aristotel

C) Makedoniyalı İsgəndər

D) Demosfen

E) Siseron

17. Jestlər barədə verilənlərdən biri yanltşdır:

A) Natiqlik sənətinin mühüm şərtlərindən biridir.

B) Nitqə emosional güc verir.

C) Əl-qol hərəkətləri nitqin intonasiyasma, ritminə uyğun olmalıdır.

D) Bütün natiqlər eyni jest sistemindən faydalanırlar.

E) Yerinə düşən jestlər nitqin təsirliliyini artırır.

18. Nitq etiketləri uyğun olmalıdır:

A) yazı mədəniyyətinə

B) insanın yaşına, mövqeyinə

C) tələffüz qaydalarına, lüğət tərkibinə

D) xalqm milli təfəkkürünə, etnoqrafiyasma

E) dilin qrammatik qayda-qanunlarına

19. Biri görüşmə etiketidir:

A) Gözünüz aydın! B) Xoş gəldiniz! C) Bağışlayın! D) Xoş gəlmisiniz! E) Buyurun!

20. Aşağıdakı nitq etiketlərindən biri artıq ünsiyyətdən çıxmaqdadır:

A) Cənab! B) Bəy! C) Xanım!

D) Yoldaş! E) Qardaşoğlu!

Azərbaycan dili / Test tapşırıqları_

D variantı

1. O kddərhndi əvəzinə o, qəm dəryasına batdı deyilərsə, nitqin hansı şərtinə əməl olunar?

A) düzgünlüyünə B) dəqiqliyinə

C) ifadəliliyinə D) düzgünlüyünə və dəqiqliyinə

E) aydmlığma

2. Ədəbi dillə bağlı səhv fikri müəyyənləşdirin.

A) Ədəbi dil möhkəm qayda-qanunlara tabe olur

B) Ədəbi dilin tabe olduğu qayda-qanunların sistemi ədəbi dilin normaları adlanır.

C) Ədəbi dilin formalaşmasında bədii ədəbiyyatm mühüm rolu olmuşdur.

D) Xalq danışıq dili ədəbi dil sayıla bilməz.

E) Ədəbi dil şifahi yox, yazılı formada təzahür edir.

3. S.Vurğunun Göz kimi durulur qaynar bulaqlar misrasmda nəzmin tələbinə uyğun ədəbi dilin hansı norması pozulmuşdur?

A) qrammatik B) fonetik C) leksik

D) fonetik və leksik E) fonetik və qrammatik

4. Bunlardan biri natiqliyin sahələri sırasmda yoxdur: A) publisistik natiqlik B) bədii natiqlik

C) akademik natiqlik D) siyasi natiqlik

E) işgüzar natiqlik

5. Nitqin ifadəliliyi natiqliyin hansı sahəsində daha qabarıq şəkildə özünü göstərir?

A) bədii natiqlik B) siyasi natiqlik

C) işgüzar natiqlik D) akademik natiqlik

E) inzibati-idarə natiqliyi

_X sinif | 147

6. H.Arifin Sıxlaşır getdikcə saçlarımda dən misrasmda nəzmin tələbinə uyğun olaraq ədəbi dilin hansı norması pozulmuşdur? A) fonetik B) leksik C) fonetik və leksik D) qrammatik E) qrammatik və leksik

7. Nümunə natiqliyin hansı sahəsinə aid edilməlidir?

Cənablar! Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünün pozulması faktına öz münasibətini bildirməlidir.

A) siyasi natiqlik

B) bədii natiqlik

C) akademik natiqlik

D) işgüzar natiqlik

E) inzibati-idarə natiqliyi

8. Hansı söz birləşməsində leksik norma pozulmuşdur?

A) qızğm mübahisə

B) soyuq münasibət

C) intizarm sonu

D) büzüşüb bir tərəfdə oturmaq

E) onun halma qalmaq

9. Biri rəsmi müraciət etiketi deyil:

A) Müəllim! B) Xanım! C) Vətəndaş hakim!

D) Cənab! E) Əzizim!

10. Nitq etiketlərinin ikinci adı:

A) nitq istisnaları

B) nitq normaları

C) nitq fəaliyyəti

D) nitq yarhqları

E) nitq mədəniyyəti

148 Azərbaycan dili / Test tapşırıqları_

11. "Arifdünən qardaşı ilə Bakıya getdi" cümləsində məntiqi vurğulu sözü göstərin.

A) Arif


B) dünən

C) qardaşı ilə

D) Bakıya

E) getdi


12. Məntiqi ardıcıllığı gözləməklə cərgəni tamamlaym. us, sayru, duş,...

A) peyğəmbəri

B) maş

C) açıqca



D) yetərsay

E) tanıq


13. Almma sözlərə xas olan xüsusiyyətləri göstərin.

1. Vurğunun son hecaya düşməsi

2. Sözün "r" samiti ilə başlaya bilməsi

3. Ahəng qanununun gözlənilməsi

4. Uzun saitlərin işlənməsi

5. Sözün əvvəlində iki samitin yanaşı işlənməsi A) 1, 5 B) 2,4, 5 C) 3, 4, 5

D) 2, 3 E) 1, 3, 5

14. Frazeoloji sinonimlər olan cərgəni göstərin.

A) ürəyi düşmək - gözü düşmək

B) bel bağlamaq - boynundan atmaq

C) burnunun ucu göynəmək - həsrət çəkmək

D) əldən düşmək - gözdən düşmək

E) gözə gəlmək - başa gəlmək

Xsinif 149

15. Biri həm çoxmənalı, həm də omonim olan sözlər sırasında verilə bilməz:

A)dolu B)yol C) quru D) at E)baş

16. Hansı sözlərdə vurğu axırıncı hecaya düşmür?

1 2 3 4 5 6

aqil, alarsan, gəlsələr, anamla, yazmaram, relyef A) 1, 3, 6 B) 2, 4, 5 C) 1, 4, 6

D) 2, 5, 6 E) 1, 3,4

17. Sözlərdən üçünün də omonim olduğu cərgəni göstərin. A) yaş, baş, su B) çal, yağ, bağla C) göz, baş, qol D) kök, say, tük E) üz, yol, sol

18. Köhnəlmiş sözlərdən ibarət cərgəni göstərin.

A) ətək, ələk, yataq

B) divan,bağ,çimərlik

C) güz, varmaq, əsən

D) məkə, zir, qəmbər

E) qəlbi, yuxa, doqqaz

19. Biri omonim şəkilçilər sırasmda verilə bilməz: A) -mah2 B) -ar2 C) -ır4

D) -an2 E) -ıq4

20. Morfoloji yolla yaranmış sözü göstərin.

A) yarımada

B) ağsaqqal ^

C) asta-asta

D) qəhrəmancasma



E) əlüzyuyan

II YARIMİL ÜZRƏ YEKUNLLAŞDIRICI TESTLƏR

İLLİK MATERİAL ÜZRƏ YEKUN TESTLƏR

A

B

C

D

A

B

C

D

B

C

C

A

C

A

B

A

B

B

B

C

B

C

C

D

E

D

A

C

E

E

C

D

C

D

C

B

B

A

E

E

E

D

C

D

A

E

D

A

A

D

E

B

C

D

A

B

C

C

A

E

C

A

C

D

B

B

D

A

D

C

A

C

B

D

B

D

B

B

E

E

A

D

B

E

C

B

A

E

E

B

A

B

D

D

D

D

A

B

D

C

E

C

D

B

C

D

E

D

B

A

D

D

C

C

D

D

B

D

A

E

B

C

D

B

D

E

D

B

B

A

C

C

E

D

E

C

D

E

B

C

A

D

D

E

E

D

E

E

E

C

E

D

A

B

A

D

E

E

B

D

A

B

E

C

D

D

D

D




1Orxon-Yenisey əlifbası hərfi yazıya aiddir.

2XX əsr Azərbaycan ədəbiyyatmda dialekt təzahürləri müşahidə

olunmur.


3XX əsr Azərbaycan ədəbiyyatmda dialekt təzahürləri müşahidə

olunmur.

Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin