AZƏrbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5.07 Kb.
Pdf просмотр
səhifə1/19
tarix01.08.2017
ölçüsü5.07 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

BAKI  2015
AZƏRBAYCA RESPUBLİKASININ
İNSA
A
(OMBUDSMAN)
B
Ə
B
A
A
KOMİSSARLIĞI
Azərbaycan Respublikasında
cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə
saziş qurumlarının tövsiyələrinin 
icra vəziyyətinin qiymətləndirilməsi

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
professor Elmira Süleymanovanın ümumi redaktəsi ilə
TƏRTİB EDƏNLƏR:
Judith Bueno de Mesquita Beynəlxalq ekspert
Pərvanə Bayramova Ekspert
Rəşid Rumzadə Ekspert
LAYİHƏNİN MƏSLƏHƏTÇİLƏRİ:
Alfonso Barragues Texniki məsləhətçi, Gender, İnsan Hüquqları və Mədəniyyət şöbəsi, BMT-nin Əhali Fondu
İda Krogh Mikkelsen Proqram müşaviri, Gender, İnsan Hüquqları və Mədəniyyət şöbəsi, BMT-nin Əhali Fondu
Təqdim olunan hesabat Azərbaycan Respublikasında xüsusi olaraq Cinsi və Reproduktiv Sağlamlıq və hüquqlar 
(CRSH)  üzrə  saziş  qurumlarının  tövsiyələrinin  icra  vəziyyətinin  təhlilinə  həsr  olunmuş  ilk  qiymətləndirmənin 
nəticələrini əks etdirir. Tədqiqat BMT-nin Əhali Fondu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 
Bütün hüquqlar qorunur. Hazırkı nəşrdə əks olunmuş bütün məzmun, təhlil, rəylər və tövsiyələr yalnız müəlliflərə 
aiddir və BMT-nin Əhali Fondunun, BMT-nin digər qurumlarının və ya Azərbaycan Respublikasının İnsan Hüquqları 
üzrə Müvəkkili (Ombudsman) Aparatının mövqeyini əks etdirmir.
© BMT-nin Əhali Fondu (UNFPA) 
© Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

İxtisarların siyahısı
 ............................................................................................................................................
Minnətdarlıq
 ......................................................................................................................................................
Ön söz
 ...............................................................................................................................................................
Xülasə
 ...............................................................................................................................................................
Giriş
 ..................................................................................................................................................................
Fəsil 1. Azərbaycanın beynəlxalq insan hüquqları öhdəlikləri
 ....................................................................
Fəsil 2. Əsas cinsi və reproduktiv sağlamlıq və hüquqlara dair məsələlər və dövlətin insan hüquqları və 
aidiyyəti beynəlxalq standartlar kontekstində hesabatlılılığı
 ......................................................................
Reproduktiv sağlamlığa dair məlumat və xidmətlər 
 .........................................................................................
Abort
 .................................................................................................................................................................
Ana sağlamlığı
 ..................................................................................................................................................
Qadına qarşı zorakılıq
 ........................................................................................................................................
Cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli və yaşa uyğun təhsil 
 ...............................................
İIV/QİÇS
 .............................................................................................................................................................
Fəsil 3. Kəsişən məsələlər
 ................................................................................................................................
Nəticə
................................................................................................................................................................
Əlavə1: Universal Dövri İcmal prosesi üzrə İşçi Qrupunun Azərbaycan üzrə hesabatında nəticələr/tövsiyələr, 2013
Əlavə 2: CEDAW Komitəsinin Yekun müşahidələri: Azərbaycan - 2009
 ..............................................................
Əlavə 3: CEDAW Komitəsinin Yekun müşahidələri: Azərbaycan - 2015 
 .............................................................
Əlavə  4: Qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrə Xüsusi Məruzəçi Raşida Mancunun 
Hesabatı: Əlavə, Azərbaycana missiya, 2 iyun 2014 
 .......................................................................................
Əlavə 5: Saziş qurumlarının CRSH üzrə tövsiyələrinin Azərbaycan
tərəfindən icrasına dair monitorinq cədvəli
 .......................................................................................................
MÜNDƏRİCAT
  2
3
4
6

13
17
17
23
26
30
39 
42
 
46
64
 65
 
72
 
79
 
 
87
 
 
90

2
İXTİSARLARIN SİYAHISI
AZN
CEDAW
CEDAW
DSS
QDBK
İIV/QİÇS
İPV
VSHBP
İSMHBR
İBK
MK
MİM
AÖƏ
QHT
MİHT
AUÖQA
CRSH
XM
QQZXM
CYÖİ
BMT
UNESCO
UNFPA
UDİ
UDİ İQ
ÜST
Azərbaycan Manatı
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitə
Demoqrafiya və Sağlamlıq Sorğusu
Qadın məsələləri üzrə Dördüncü Beynəlxalq Konfrans
İnsanın immunçatışmazlığı virusu/ Qazanılmış immunçatışmazlığı sindromu
İnsan papillomavirusu
Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt
Əhali və İnkişafa dair Beynəlxalq Konfrans
Məcburi köçkün
Minilliyin İnkişaf Məqsədləri
Ana ölümü əmsalı
Qeyri-hökumət təşkilatı
Milli İnsan Hüquqları Təsisatı
Anadan uşağa ötürülmənin qarşısının alınması
Cinsi və reproduktiv sağlamlıq hüquqları
Xüsusi Məruzəçi
Qadına qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə Xüsusi Məruzəçi
Cinsi yolla ötürülən infeksiyalar
Birləşmiş Millətlər Təşkilatı
BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı
BMT-nin Əhali Fondu
Universal Dövri İcmal
UDİ-nin İşçi Qrupu
Ümumdünya Səhiyyə Təşkilatı
İXTİSARLARIN SİYAHISI

3
1994-cü ildə beynəlxalq səviyyədə əldə edilmiş razılaşmaya əsasən, qadın və qızlar müvafiq təhsil ilə təmin edildikdə 
cəmiyyət daha məhsuldar, onların hüquqları qorunduqda cəmiyyət daha ədalətli və onlar öz gələcəkləri ilə bağlı seçim 
etmək səlahiyyətinə malik olduqda cəmiyyət daha güclü olur.O zamandan etibarən,  hökumətlər, milli insan hüquqları 
təsisatları, BMT-nin Əhali Fondunun başçılığı ilə əksər BMT qurumları Qahirə
1
  çərçivəsinin istər yerli, istərsə də beynəlxalq 
arenada həyata keçirilməsinə inadla səy göstərir, bütün dünyada qadın və qızların hüquqlarının müdafiəsinin, təşviqinin 
təkmilləşməsinin təmin olunması istiqamətində əhəmiyyətli və davamlı fəaliyyətlər həyata keçirirlər.
Ancaq  bütün  by  səylərə  baxmayaraq,  bir  çox  qadınlar  hələ  də  sağlamlığın  ən  yüksək  standartının  ayrılmaz 
komponenti olan cinsi və reproduktiv hüquqlarını həyata keçirmək imkanından məhrumdurlar. Qadınları cinsi və 
reproduktiv həyatla bağlı qərar vermək imkanından məhrum edən, eyni zamanda onları qarşısı alına biləcək ölüm 
və xəstəliklər baxımından riskə atan fərdi, institusional və struktural amillərin qarşılıqlı təsiri nəticəsində bu hüquqlar 
uzun müddət diqqətdən kənarda qalmışdır.
Azərbaycanda cinsi və reproduktiv sağlamlıq hüquqları ilə bağlı ölkəyə verilən tövsiyələr nəzərə alınmaqla BMT-
nin  Əhali  Fondunun  Azərbaycan  Nümayəndəliyi  Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə  Müvəkkilinin 
(Ombudsman) Aparatı ilə birgə saziş qurumlarının cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə tövsiyələrinin 
icra vəziyyəti üzrə qiymətləndirilmə keçirmişdir. Sözügedən bu təhlilin nəticələrinin cinsi və reproduktiv sağlamlıq 
və  hüquqların  təkmilləşdirilməsi  məqsədilə  dövlət  orqanları,  vətəndaş  cəmiyyəti  və  digər  tərəfdaşlarla  aparılan 
müvafiq təşviqat strategiyalarının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir. Bu baxımdan verdiyi dəstəyə görə 
Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə  Müvəkkili  (Ombudsman)  professor  Elmira  Süleymanovaya 
təşəkkürümüzü bildiririk.
Qeyd edilməlidir ki, hazırkı hesabat bir çox təsisat və ekspertlərin dəstəyi ilə ərsəyə gəlmişdir. 
Təqdim  olunan  qiymətləndirmə  sənədi  insan  hüquqları  və  cinsi  və  reproduktiv  sağlamlıq  üzrə  beynəlxalq 
mütəxəssis  Judith  Bueno  de  Mesquita  və  yerli  ekspertlər  Pərvanə  Bayramova  və  Rəşid  Rumzadə  tərəfindən 
hazırlanmış, tədqiqat üçün zəruri olan məlumatlar toplanmış və aralıq təhlili aparılmışdır.
BMT-nin  Əhali  Fondunun  Gender,  İnsan  Hüquqları  və  Mədəniyyət  Şöbəsinin  texniki  məsləhətçisi  Alfonso 
Barraguesə və bu şöbənin proqram müşaviri İda Krogh Mikkelsenə də bu hesabatın hazırlanmasında verdikləri 
məsləhət və tövsiyələrə görə xüsusi təşəkkürümüzü bildiririk.
Məlumat  toplanılması  prosesində  öz  fikirlərini  bizimlə  paylaşaraq,  aidiyyəti  tövsiyələrin  hazırlanması  üçün 
əhəmiyyətli töhfə vermiş dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələrinin də dəstəyi əhəmiyyətliliyi 
baxımından xüsusilə qeyd olunmalıdır.
MİNNƏTDARLIQ
1
  1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın qəbul etdiyi  Fəaliyyət Proqramı nəzərdə tutulur.

4
ÖN SÖZ
ÖN SÖZ
Cinsi və reproduktiv sağlamlıq və hüquqlara (CRSH) dair diskurs ilk dəfə 20 il əvvəl Qahirədə keçirilən Əhali 
və İnkişaf üzrə Beynəlxalq Konfransda (ƏİBK) təqdim edilmişdir. Məlum olduğu kimi, ƏİBK çərçivəsində tanınan 
hüquqların çoxu Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Olunması üzrə Konvensiya da daxil 
olmaqla insan hüquqları üzrə bir sıra sazişlərdən irəli gəlirdi. Bu sənədlərdə əks olunmuş müddəaların böyük 
əksəriyyətinin cinsi və reproduktiv sağlamlıq və hüquqlara birbaşa və yaxud da dolayı şəkildə təsiri var. Buna 
baxmayaraq, məhz ƏİBK çərçivəsində ilk dəfə olaraq qadınların reproduktiv sağlamlıq və hüquqlarının ayrıca 
məqsəd olduğu, həmçinin əhali və inkişaf məsələlərinə dair siyasət və proqramların əsas prinsiplərindən birini 
təşkil etdiyi vurğulanmışdır.
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  ƏİBK  çərçivəsini  dəstəkləyən  179  ölkə  sırasında  olaraq, 
o zamandan etibarən əhalinin, xüsusilə də müvafiq müdafiə tədbirlərinə ehtiyacı olan təbəqələrin reproduktiv 
sağlamlıq və hüquqlarının müdafiəsi və təşviqatı istiqamətində daima səy göstərir. Belə ki, ölkədə reproduktiv 
sağlamlıq  xidmətləri  və  hüquqlarının  tam  müyəssərliyini  təmin  etmək  məqsədilə  vacib  strateji  müdaxilələr 
edilmişdir. Bu müdaxilələr Əhalinin reproduktiv sağlamlığının qorunması üzrə Milli Strategiyanın qəbul edilməsi 
(2008-2015), ana sağlamlığı və ailə planlaşdırılması üzrə klinik protokolların hazırlanması və institusionallaşması, 
səhiyyə  infrastrukturunun  təkmilləşdirilməsi  və  s.  bu  kimi  tədbirləri  özündə  ehtiva  edir.  Lakin,  ölkənin  insan 
hüquqları üzrə göstəricilərinin BMT-nin saziş qurumları tərəfindən təhlili CRSH-nın səmərəli müdafiəsinin tam 
şəkildə təmin edilməsinə maneə yaradan bir sıra çatışmazlıqların olduğunu müəyyən edir.   
Bu  boşluqların  aradan  qaldırılması  üçün  məlumat  təmin  edəcək  bu  qiymətləndirmənin  əhəmiyyəti  çox 
böyükdür,  çünki  ilk  dəfə  olaraq  CRSH  üzrə  irəliləyişlərin  monitorinqi  və  problemlərin  aradan  qaldırılması  üzrə 
müvafiq  qanunverici  və  siyasət  tövsiyələrinin  hazırlanması  məqsədilə  məhz  insan  hüquqları  çərçivəsi  tətbiq 
olunmuşdur. Qiymətləndirmə reproduktiv sağlamlıq üzrə xidmətlər və məlumat, abortlar, ana sağlamlığı, qadınlara 
qarşı zorakılıq, cinsi və reproduktiv sağlamlıq üzrə təhsil və İİV/QİÇS daxil olmaqla CRSH üzrə altı əsas məsələ, 
eyni  zamanda  gender  stereotipləri,  xüsusi  müdafiə  tədbirlərinə  ehtiyacı  olan  qruplar,  hesabatlılıq,  müyəssər 
ədalət mühakiməsi və məlumatların monitorinqi kimi kəsişən mövzular üzrə vəziyyəti də təhlil edir. 
Artıq bütün dünyada etiraf edilib ki, davamlı inkişaf cinsi və reproduktiv sağlamlığa dair hüquqların da yetərincə 
təmin və təşviq ediləcəyi halda mümkündür, çünki bütün şəxslər məcbur edilmə, zorakılıq və ayrı-seçkiliyə məruz 
qalmadan öz cinsi və reproduktiv həyatlarına dair sərbəst şəkildə qərar vermək hüququ və müvafiq imkanlara 
malik  olmalıdır.  CRSH-nın  universal,  ayrılmaz,  bölünməz  və  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olduğunu  bir  daha 
vurğulayan geniş insan hüquqları çərçivəsinə əsaslanan bu yanaşmanın bütövlükdə əhali, xüsusilə də qadın və 
qızlar üçün daha təkmil təhsil, sosial-iqtisadi və siyasi göstəricilərlə nəticələnəcəyi gözlənilir. 
Dr. Zahidul A. Huque
BMT-nin Əhali Fondunun Türkiyə üzrə Nümyəndəsi
Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Ölkə Direktoru

5
Beynəlxalq ictimaiyyət cari minillikdə bəşəriyyətin inkişaf məqsədlərini müəyyənləşdirərkən demokratiyanın inkişafını, 
sosial ədalət və tolerantlığın əldə olunmasını gender bərabərliyindən asılı olduğunu müəyyənləşdirmişdir. Bu baxımdan 
gender bərabərliyi cəmiyyətdə sosial, mədəni normalar, dəyərlər, inkişaf modellərinin mərkəzində dayanır. 
Milli və regional xüsusiyyətləri, müxtəlif tarixi, mədəni və dini amillər nəzərə alınmaqla, bütün dövlətlər öz siyasi, iqtisadi 
və  mədəni  sistemlərindən  asılı  olmayaraq,  insanların  bütün  hüquq  və  fundamental  azadlıqlarını,  eləcə  də  sağlamlıq 
hüquqlarının təmininə cavabdehdirlər. Belə bir fəaliyyətin insanın bütün hüquqlarına və fundamental azadlıqlarına müvafiq 
qaydada, o cümlədən milli qanunlar çərçivəsində həyata keçirilməsi və strategiyaların, siyasətin, proqramların və inkişaf 
prioritetlərinin müəyyən edilməsi hər bir suveren dövlətin vəzifəsidir.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə həyata keçirdiyi dövlət qadın siyasəti 
qadınların  cəmiyyətdəki  rolunun  artmasına  geniş  imkanlar  açmışdır.  1995-ci  ildə  qəbul  olunmuş  ölkə  Konstitusiyası 
qadınların kişilərlə bərabər hüququnu təsdiq etmiş və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının 
hüquqi bazasını yaratmış, bu isə milli siyasətin, bir çox dövlət proqramlarının, strategiya və islahatların həyata keçirilməsilə 
əhalinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməkdədir.
Qloballaşan  dünyada  qadınların  problemləri  ümumi  xarakter  daşıyır.  Bu  il  20  illiyi  qeyd  olunan  Pekin  Fəaliyyət 
Platformasının da bəyan etdiyi kimi, bu problemlərin həlli bütün dünya dövlətlərindən davamlı təşəbbüslər tələb edir. 
Xüsusilə də natamam ailələrə başçılıq edən, tənha analar, o cümlədən kənd yerlərində məskunlaşmış, qaçqın, məcburi köçkün, 
habelə, məhkum və miqrant qadınlar daha çox diqqət və qayğı tələb edir. Bu sırada icma səviyyəsində ailə planlaşdırılması, eləcə 
də, uşaq və gənclərin reproduktiv sağlamlığının təmin olunması istiqamətində işlər ehtiyac duyulan məsələ olaraq qarşıda durur.
Bu baxımdan 1995-ci ildən etibarən ilk təşəbbüs olaraq, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin başladığı və əsas 
məqsədi əhali arasında reproduktiv sağlamlığın, sağlam analığın, ailə planlanmasının, cinsi yolla yoluxan xəstəliklərin və 
onlardan qorunma yollarının icma səviyyəsində maarifləndirmə işi aparmaqla, reproduktiv yaş dövründə olan şəxslərin bu 
sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə, o cümlədən xidmətlər göstərməklə abortların sayının azalmasına, 
körpələrin sağlam doğulmasına və böyüməsinə, nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, sağlam 
gəncliyin formalaşmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaq istiqamətində həyata keçirdiyi fəaliyyət 
uğurlu model və müsbət ölkə təcrübəsi olaraq tətbiq oluna bilər.
Bü gün BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi də tövsiyə edir ki, ailə 
planlaşdırması və reproduktiv tibbi maarifləndirmə qızlar və oğlanlar arasında geniş aparılsın, xüsüsi ilə cinsi yolla yoluxan 
HİV və AİDS xəstəliklərinin aradan qaldırılmasına diqqət yetrilsin.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının qadağan olunmasına dair Konvensiya (CEDAW) da daxil olmaqla, insan 
hüquqları sahəsində beynəlxalq sənədlərlə müdafiə olunan cinsi və reproduktiv sağlamlıq hüquqları yoxsulluqla mübarizədə 
əhəmiyyətli rol oynayır və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində əsas amil olaraq qəbul edilmişdir. 
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidentinin 11 noyabr 2004-cü il tarixli, 517 nömrəli Sərəncamına 
əsasən Azərbaycan Respublikasında demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail 
olmaq, əhalinin orta ömür yaşını artırmaq, ana və uşaqların sağlamlığını, ailələrin möhkəmləndirilməsini və miqrasiyanın 
tənzimlənməsini  təmin  etmək  məqsədilə  “Azərbaycan  Respublikasında  demoqrafiya  və  əhali  sakinliyinin  inkişafı 
sahəsində  Dövlət  Proqramı”  təsdiq  edilmiş  və  ötən  dövr  ərzində  bu  sənədin  icrası  istiqmətində  işlər  görülmüş,  lakin 
ehtiyac duyulan məsələlər də qalmaqdadır.
Hazırda isə bu fəaliyyətin məntiqi davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı 
ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının 7.3-cü bəndində ölkənin uzunmüddətli inkişaf 
xəttinə uyğun olaraq, “Demoqrafiya və əhali sakinliyi” sahəsində 2025-ci ilədək dövrü əhatə edən Dövlət Proqramının qəbul 
edilməsi, həmin proqramda əhalinin kəmiyyət və keyfiyyət artımı məsələlərinin öz əksini tapması ilə bağlı müddəaların təsbit 
edilməsi təqdirəlayiqdir və icraçı qurumlar üzərinə mühüm vəzifələr qoymaqla, ictimaiyyətin təşəbbüslərini də tələb edir.
Bu baxımdan hesab edirəm ki, BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyi ilə birgə Universal Dövrü İcmal Prosesi və BMT-
nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi çərçivəsində ölkəyə verilmiş tövsiyələrinin 
icra vəziyyətinin qiymətləndirilməsi üzrə həyata keçirdiyimiz fəaliyyət də ən yaxşı təşəbbüslərdən biridir, cinsi və reproduktiv 
sağlamlıq hüquqlarının təbliği, mövcud çətinliklərin müəyyənləşdirilməsi istiqamətində atılmış uğurlu addımlardandır. 
Eyni  zamanda  qeyd  etmək  istərdim  ki,  hazırladığımız  bu  qiymətləndirmə  materialı  Minilliyin  İnkişaf  Məqsədlərinin 
başa çatması və Davamlı İnkişaf Məqsədlərinin qəbul edilməsi ilə 2015-ci ildən sonrakı dövr üçün reproduktiv sağlamlıq 
və ailə planlaşdırılması, ana sağlamlığının yaxşılaşdırılması sahəsində, habelə HİV/AİDS, hepatitlər və digər xəstəliklərə 
qarşı mübarizə, gender bərabərliyinin təmini istiqamətdə hədəflərin müəyyən edilməsinə öz töhfəsini verəcəkdir.
professor Elmira Süleymanova
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
ÖN SÖZ
ÖN SÖZ

6
Cinsi  və  reproduktiv  sağlamlıq  hüquqları  (CRSH)  yaşamaq,  sağlamlıq,  ləyaqət  və  digər  insan  hüquqlarından 
istifadə  edə  bilmək  üçün  zəruridir.  Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  olunması  haqqında 
Konvensiya  (CEDAW)  da  daxil  olmaqla  insan  hüquqlarına  dair  beynəlxalq  müqavilələrlə  qorunan  bu  hüquqlar 
yoxsulluqla mübarizədə əhəmiyyətli rol oynayır və Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq istiqamətində 
mərkəzi amil olaraq qəbul edilmişdir.
1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası CEDAW da daxil olmaqla bir sıra 
beynəlxalq  insan  hüquqları  müqavilələrinə  tərəf  oldu.  O  dövrdən  başlayaraq  dövlət  həmin  müqavilələrdə  əks 
olunmuş müddəaların icrasının vəziyyətinə dair hesabatlar təqdim edir. 2013-cü ildə Azərbaycanda insan hüquqları 
vəziyyəti  İnsan  Hüquqları  Şurasının  Universal  Dövri  İcmal  (UDİ)  proseduru  əsasında  araşdırılmışdır.  2009  və 
2015-ci illərdə Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması Komitəsi (CEDAW Komitəsinin Yekun müşahidələri ) 
Azərbaycanın CEDAW əsasında təqdim etdiyi dördüncü və beşinci hesabatlarını nəzərdən keçirmişdir. Hər iki nəzarət 
prosesi  Azərbaycan  dövləti  üçün  CRSH  da  daxil  olmaqla  beynəlxalq  insan  hüquqları  öhdəliklərinə  uyğunluğun 
təkmilləşdirilməsinə dair tövsiyələrin qəbulu ilə nəticələnmişdir.
Azərbaycan Respublikasında CRSH üzrə saziş qurumlarının tövsiyələrinin icrası 
vəziyyətinin qiymətləndirilməsi
Azərbaycan Respublikasında CRSH üzrə beynəlxalq saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin təhlili üzrə 
bu qiymətləndirmə bu istiqamətdə atılan ilk addımdır. Bir sıra nəticələr kişi və oğlan yeniyetmələrə də şamil oluna 
bilsə də tədqiqat daha çox qadın və yeniyetmə qızların CRSH-ni araşdırıb. Azərbaycanın CRSH üzrə beynəlxalq insan 
hüquqları öhdəlikləri əsasında UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələri bu qiymətləndirmə üçün 
təfsilatlı çərçivəni təmin etmişdir. Qiymətləndirmənin əsas məqsədi dövlətin UDİ üzrə İşçi Qrupunun və CEDAW 
Komitəsinin tövsiyələrinə uyğun atılmış addımları təhlil etməkdən ibarətdir.
Bu qiymətləndirmə UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələrinin yerinə yetirilməsinə nəzarət 
üçün müvafiq CRSH üzrə indikatorları müəyyənləşdirir. Məlumatlar üç əsas sual əsasında təhlil olunur: Əhalinin cinsi 
və reproduktiv sağlamlığı hansı vəziyyətdədir? Dövlət tərəfindən bu istiqamətdə hansı qanunlar, proqramlar və 
yaxud digər təşəbbüslər qəbul edilmişdir və onların icra vəziyyəti necədir? CRSH üzrə Azərbaycandakı vəziyyət 
və  ölkənin  beynəlxalq  insan  hüquqları  öhdəlikləri  arasında  hansı  uyğunsuzluqlar  müşahidə  edilir?  Aparılmış 
təhlilə əsaslanaraq təqdim olunan hesabat dövlətə bir sıra hüquqi və siyasi tövsiyələr təqdim edir.
Qiymətləndirmə  CRSH  üzrə  altı  əsas  məsələni  əhatə  edir  ki,  onların  da  bir  qismi  gender-spesifikdir: 
reproduktiv sağlamlıq sahəsində məlumat və xidmətlərin müyəssərliyi; abort; ana ölümü; qadına qarşı zorakılıq; cinsi 
və reproduktiv sağlamlıq və hüquqlar üzrə hərtərəfli və yaşa uyğun təhsil (beynəlxalq ədəbiyyatda “hərtərəfli və yaşa 
uyğun cinsi təhsil” ifadəsindən istifadə olunur); və İİV/QİÇS. Eləcə də, bu sahə ilə kəsişən məsələlər, daha dəqiq 
desək, gender stereotipləri, həssas qruplar, iştirakçılıq; hesabatlılıq və ədalətin müyəssərliyi; məlumatın monitorinqi; 
məxfilik və konfidensiallıq nəzərdən keçirilir. Bu hesabat əsas diqqəti CEDAW üzərində cəmləşdirərək, kişi və 
oğlanlara aid məsələlərə toxunsa da, daha çox qadın və yeniyetmə qızların cinsi və reproduktiv sağlamlıq və 
hüquqlarına yönəlmişdir.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə