Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının



Yüklə 193.1 Kb.

tarix23.12.2016
ölçüsü193.1 Kb.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Az

ərbaycan Respublikası Səhiyyə Nazirliyi

kollegiyasının 

29 iyun 2012-ci il tarixli

22

 saylı qərarı ilə təsdiq edilmişdir

NORMAL DOĞUŞ

ÜZR

Ə

KL

İNİ

K PROTOKOL

Bakı

- 2012

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



2

57.16


N 81

N 81 Normal doğuş üzrə klinik protokol, 2012. – 24 səh.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



3

Klinik protokolun redaktoru: 

C. Məmmədov 

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və

İslahatlar Mərkəzinin direktoru, t.f.d.



Klinik protokolun tərtibçilər heyəti:

F. Əliyeva

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun direktoru, dosent, t.f.d.,

RS/AP üzrə Milli Koordinator

N. Axundova

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun baş həkimi, t.f.d.

E. Əliyeva

ATU-nun III Mamalıq-ginekologiya 

kafedrasının müdiri, professor, t.e.d.

L. Məmmədova

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun elmi katibi

A. Bədəlova

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya 

İnstitutunun Mamalıq şöbəsinin elmi işçisi

F. Qəhrəmanova

Respublika Ailə planlanması mərkəzinin                  

mama-ginekoloqu

A. Babayeva

Ə. Əliyev adına ADHTİ-nin Mamalıq-

ginekologiya kafedrasının assistenti

G. Hüseynova

İctimai Səhiyyə və İslahatlar Mərkəzi,              

Tibbi keyfiyyət standartları şöbəsinin müdiri

Rəyçilər:

R. Nadişauskiyene

Ü ST-nin Reproduktiv Sağlamlıq və 

Tədqiqatlar üzrə Avropa Regional Şurasının 

sədri, Britaniya Krallığının Mamalıq və 

Ginekologiya Kollecinin üzvü, professor, t.e.d. 

H. Bağırova 

ATU-nun II Mamalıq-ginekologiya 

kafedrasının müdiri, professor, t.e.d.

Z. Topçubaşova 

ATU-nun I Mamalıq-ginekologiya 

kafedrasının müdiri, dosent, t.f.d.

L. Rzaquliyeva 

Ə.Əliyev adına ADHTİ-nin Mamalıq-

ginekologiya kafedrasının müdiri, dosent, t.f.d.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



4

İxtisarların siyahısı:

XBT-10

Xəstəliklərin Beynəlxalq Təsnifatı 10-cu baxış



KTQ

kardiotokoqrafiya



TV

təsir vahidi



Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri

Sübutların 

etibarlılıq 

dərəcəsi

Sübutların mənbələri

(elmi tədqiqatların tipləri)

Ia

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır



Ib

Sübutlar ən azı bir RKT-dən alınmışdır



IIa

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır



IIb

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır

III

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır



IV

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə

əsaslanmışdır

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi

A

RKT-lərin  yüksək  keyfiyyətli  meta-analizi,  sistematik 



icmalı  və  ya  nəticələri  uyğun  populyasiyaya  şamil 

edilə  bilən,  sistematik  səhv  ehtimalı  çox  aşağı  olan 

(++) irimiqyaslı RKT.

Sübutların etibarlılıq dərəcəsi Ia.

B

Kohort  və  ya  klinik  hal  -  nəzarət  tipli  tədqiqatların 



yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud

Sistematik  səhv  riski  çox  aşağı  olan  (++)  yüksək 

keyfiyyətli  kohort  və  ya  klinik  hal  -  nəzarət  tipli 

tədqiqat, yaxud

Nəticələri  uyğun  populyasiyaya  şamil  edilə  bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT.

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.

C

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud

Nəticələri  uyğun  populyasiyaya  bilavasitə  şamil  edilə 

bilməyən,  sistematik  səhv  riski  çox  aşağı  olan  və  ya 

yüksək olmayan (++ və ya +) RKT.

Sübutların etibarlılıq dərəcəsi IIb.

D

Klinik hallar seriyasının təsviri, yaxud



Nəzarət edilməyən tədqiqat, yaxud

Ekspertlərin rəyi.

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir.

Sübutların etibarlılıq dərəcəsi III və IV.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



6

Protokol  qadınlara  doğuş  zamanı,  doğuşdan  sonrakı  dövrdə, 

yenidoğulmuşlara  erkən  neonatal  dövrdə  göstərilən  xidmətə  görə 

məsuliyyət  daşıyan  mama-ginekoloqlar,  mamalar,  neonatoloqlar 

üçün tərtib olunmuşdur.

Pasiyent qrupuhamilə qadınlar.

Bu protokolda qeyd olunan tövsiyələr risk qrupuna daxil olan 

hamilələrə də şamil oluna bilər.

Protokolun məqsədi:

Protokol doğuş prosesinə əsassız müdaxilələrin azaldılması, ana və 

uşaq  üçün  maksimal təhlükəsizliyi  təmin  edən  tədbirlərin  ardıcıllıqla 

həyata  keçirilməsi  üzrə  sübutlu  təbabətə  əsaslanan  metodik 

tövsiyələrin  verilməsi  və  bununla  ciddi  ağırlaşmaların,  neonatal 

xəstəliklərin və neonatal ölümün qarşısının alınması məqsədini daşıyır.



ÜMUMİ MÜDDƏALAR

Normal doğuş bir döllə hamiləliyin 37 həftəsindən 41 həftəsi +

6 günə qədər müddətində özbaşına başlanan, minimal yardımla və ya 

yardımsız davam edən, dölün ənsə gəlişində doğuşdur. Normal doğuş 

zamanı və doğuşdan sonra ana və döl kafi vəziyyətdə olurlar.



XBT-10

80. Normal doğuş (bir döllə doğuş, özbaşına doğuş)

Normal doğuş dedikdə nəzərdə tutulur:

Özbaşına  başlanan,  hər  hansı  bir  dərman  vasitələrindən istifadə 



edilmədən özbaşına sona çatan doğuş

Aşağıda  qeyd  edilən  tədbirlərin  tətbiqi  doğuşu  normal doğuş 



hesab etməməyə əsas vermir:

 Hamiləlik zamanı amniotomiya

 Doğuşun ağrısızlaşdırılması (azot oksidi, epidural anesteziya, 

opioidlər)

 Doğuşun III dövrünün aktiv aparılması

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



7

Normal doğuşu aşağıdakı göstəricilər səciyyələndirir:

Yetişmiş hamiləlik (37 həftədən 41 həftə + 6 gün daxil olmaqla)



Bir döllü hamiləlik

Ənsə gəlişi



Dölün kafi vəziyyəti

Müntəzəm doğuş fəaliyyəti



Döl qişalarının vaxtında cırılması

Son və zahılıq dövründə 500 ml-dən çox olmamaqla fizioloji qan 



itkisi

Normal doğuşa aid deyil:

Aşağıda qeyd edilən müdaxilələr olduqda:



 doğuşun induksiyası (prostaqlandinlərlə, oksitosinlə,

stimulyasiya məqsədilə amniotomiya)

 mamalıq əməliyyatları zamanı epidural, spinal və ya ümumi

anesteziya

 maşaların qoyulması

 vakuum-ekstraktorun istifadəsi

 keysəriyə kəsiyi

Qəbul şöbəsinin tibb heyəti qadının vəziyyətini təxirə salınmadan 

qiymətləndirməli, 30 dəqiqə ərzində doğuş prosesinin xarakterini 

və dölün vəziyyətini müəyyən etməlidir.

Doğuş fəaliyyətinin başlanmasını göstərən obyektiv əlamətlər:

Uşaqlığın müəyyən müntəzəmliklə yığılmaları



 latent fazada uşaqlığın 10 dəqiqə müddətində 20 saniyə və

daha çox davam edən bir və ya bir neçə yığılmaları

Uşaqlıq boynunun struktur dəyişiklikləri



Qəbul şöbəsi

Qəbul şöbəsində tam konfidensiallığa riayət etməyə imkan verən 

bir  otaq  olmalıdır.  Anamnez  toplayarkən,  lazımi tibbi  sənədləri 

doldurarkən  otaqda  kənar şəxslər,  o  cümlədən pasiyentin qəbulu  ilə 

məşğul olmayan tibb işçiləri olmamalıdırlar.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



8

Doğuşda olan qadını qəbul şöbəsinin növbətçi maması qəbul 

edib, aşağıda qeyd edilənləri icra etməlidir:

1. Doğuşda  olan  qadının  vəziyyətini  qiymətləndirməli:  bədən

hərarətini,  nəbzini,  arterial  təzyiqini  qeyd  etməli,  ümumi 

mamalıq müayinəsi aparmalıdır.

2. Şikayətlərini, mamalıq anamnezini və risk qrupuna aid olub

olmamasını dəyərləndirməlidir.

3. Dölün vəziyyətini qiymətləndirməlidir.

4. Qadına öz paltarını geyinmək və ya dəyişmək üçün paltar və

ayaqqabı gətirməyibsə, təmiz xəstəxana paltarı təklif etməlidir.

5. Qadının seçiminə əsasən doğuşda istənilən şəxsin iştirak etməsini

təklif  etməlidir.  Doğuşda  iştirak  edəcək  şəxsə  kəskin  respirator 

virus  infeksiyasını  və  ətrafdakılar  üçün  təhlükəli  digər 

infeksiyaların  əlamətlərini  müəyyən  etmək  üçün  baxış 

keçirməlidir.  İnfeksiya  əlamətləri  müəyyən  olunarsa  şəxsə 

doğuşda  iştirak  etməyə  icazə  verməməli  və bunun  səbəbini

mütləq izah etməlidir. 

6. Qadını  şöbədə  doğuşun  idarə  edilmə  prinsipləri  ilə  tanış 

etməlidir.

7. Doğum tarixinin pasport hissəsini doldurmalıdır.

Rutin olaraq icra olunmur:

əllərin  və  ayaqların  dırnaqlarının  xüsusi  işlənməsi  və  kəsilməsi, 



süd vəzilərinin gilələrinin işlənməsi

təmizləyici imalənin təklif olunması



qasığın və aralığın təmizlənməsi

Sənədləşməni  apardıqdan  sonra  qəbul  şöbəsinin  maması  ailəni 

doğum  otağına  qədər  müşayiət  etməlidir.  Qəbul  şöbəsinin  maması 

ailəni doğum blokunun növbətçi maması ilə tanış etməlidir.

Doğum blokunun tibb heyətinin vəzifə borcu:

Hamiləyə və onun ailə üzvlərinə doğuş zamanı və doğuşdan



sonrakı dövrdə maksimal dəstək vermək.

Doğuş  prosesinin  gedişinə,  dölün  vəziyyətinə,  doğuşdan  sonra



yenidoğulmuşun  vəziyyətinə  diqqətlə  nəzarət  etmək,  risk 

amillərini  dəyərləndirmək  və  fəsadları  mümkün  qədər  tez 

müəyyən etmək.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



9

Erkən amniotomiya, epiziotomiya və s. kimi müdaxilələri yalnız 



ciddi göstəriş olduqda aparmaq.

Doğuşa  qədər  dövrdə,  doğuşda  və  ya  doğuş  zamanı  fəsadlar



meydana  çıxarsa  və  ya  fəsadların  meydana  çıxması  ehtimalı 

yüksək olarsa qadını vaxtında doğuşayardım xidmətinin müvafiq 

səviyyəsinə köçürmək.

Doğuşda “BİR QADIN-BİR MAMA” prinsipinə riayət edilməlidir.

İdeal halda bir qadına bir mama xidmət göstərir.

Doğan  qadının  və  dölün  vəziyyətinə  nəzarət  etmək  doğum 

blokunun mamasına və mama-ginekoloqa həvalə olunur.

Doğum şöbəsinə qəbul olunan qadın tibb işçisini təcili çağırmaq 

imkanına malik olmalıdır.

Qadını  təklikdə  qoymaq  olmaz.  Doğuş  zamanı  və  erkən  zahılıq 

dövründə  mama  qadına  fiziki,  emosional  və  psixoloji  dəstək  verir, 

partnyorun  iştirakını  dəstəkləyir,  ananın  və  yenidoğulmuşun 

vəziyyətinə nəzarət edir, fəsadları aşkar edir və onları aradan qaldırır, 

təxirəsalınmaz  vəziyyətlərdə  müvafiq  reaksiya verib,  göstəriş  olarsa 

yardım göstərir və uyğun qulluğu təmin edir.

Doğuşun birinci dövrü

Latent  faza –  müntəzəm  sancı  ritmi  qeyd  olunduğu  dövrdən 

başlanır.  Bu  faza  uşaqlıq  boynunun  tədricən (0  sm-dən  3-4  sm-ə 

qədər) açılma dövrüdür. 

Aktiv faza – uşaqlıq boynunun sürətli (3 sm-dən 10 sm-ə qədər)

açılma dövrüdür, 10 dəqiqə ərzində 3-dən az olmayan sancılar qeyd 

olunur.

Doğuşun gedişinə nəzarət:

Dölün  ürək  döyünməsinə  qulaq  asılır  (norma  120-160 vurğu/



dəqiqə)

Doğuşun  birinci  dövründə  dölün  ürək döyünməsinə  hər         



30 dəqiqədən bir, sancı  sona çatdıqdan sonra tam bir dəqiqə 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



10

ərzində, doğuşun ikinci  dövründə dölün  ürək döyünməsinə -

hər 5 dəqiqədən bir və ya hər gücvermədən sonra qulaq asılır.

Vaginal  müayinə  hər  3-4  saatdan  bir  aparılır. Göstəriş  olduqda 



(dölyanı 

mayenin 


axması, 

oksitosinlə 

stimulyasiya,

medikamentoz  ağrısızlaşdırmadan  əvvəl  və  s.  hallarda)  vaginal 

müayinələr daha tez aparıla bilər. 

Nəbz sayılır



Arterial təzyiq – hər 4 saatdan bir ölçülür

Bədən hərarəti ölçülür (göstəriş olduqda)



Sidik  ifrazının  tezliyi  –  qadının  özü  tərəfindən  nəzarət  olunur

(qadına sidiyə tez-tez getmək təklif olunur)

Doğuşun  gedişi  partoqramda  təsvir  olunur.  Partoqramı  mama 



doldurur  (partoqramın  doldurulma  qaydaları  2  saylı  əlavədə 

göstərilmişdir)



KTQ-nin  rutin  istifadəsi,  xüsusilə  aşağı  riskli  doğuşlar  zamanı 

özünü  doğrultmayıb,  belə  ki,  yanlış-müsbət  nəticələrin  faizi 

yüksəkdir,  bu  da  müdaxilələrin  tezliyini,  o  cümlədən  cərrahi 

doğuşların tezliyini artırır.

Qida və maye qəbulu

Maye  və  yüngül  qida  qəbulunun  qadağan  edilməsi  və  ya 

məhdudlaşdırılmasını  əsaslandıran  məlumatlar  yoxdur.  Doğuşun 

aktiv  fazasında  yüngül,  asan  həzm  olunan  qidanın  qəbulu  tövsiyə 

olunur.

Doğuşun ağrısızlaşdırılması

Qadının  arzusu  ilə  doğuşun  ağrısızlaşdırılması  aparıla  bilər. 

Doğuş  ağrılarının  azalmasına  medikamentoz  vasitələrin tətbiqi  ilə 

nail  olmaq  mümkündür,  lakin  qeyri-medikamentoz  üsullardan 

istifadə daha vacib və təhlükəsizdir.

Maksimal psixoloji dəstək



Doğuşun I və II dövründə vəziyyətin sərbəst seçimi

Sancı zamanı qadının vertikal vəziyyəti (baş tam pərçim olmadığı 



halda dölyanı mayenin axması istisna olmaqla) daha uyğun hesab 

olunur.


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



11

Doğuşun  medikamentoz  ağrısızlaşdırılması  anestezioloqla 

birlikdə aparılır.

Doğuşun ikinci dövrü

İkinci dövr şərti olaraq bölünür

:

Faza  1  uşaqlıq  boynunun  tam  açıqlığından  gücvermə başlanana 



qədər

Faza 2 (aktiv, gücvermə) birinci fazanın sonundan döl doğulana 



qədər.

İkinci dövrün aktiv fazasının birmənalı yolverilən davam etmə 



müddətini təyin etmək mümkün deyil. Doğuşun ikinci dövrünün 

davamiyyəti ananın və uşağın ümumi vəziyyətinin

göstəricilərindən asılıdır.

Hər gücvermədən sonra dölün ürək döyünməsinə qulaq asılması

mütləqdir.

Doğuşun ikinci dövründə mama aşağıdakıları icra etməlidir:

Lazımi  avadanlıq  və  yenidoğulmuşun  reanimasiyası  üçün  yer 



hazırlamaq.

Doğuş  yerini  hazırlamaq  –  qadının  doğuş  üçün  seçdiyi  yerdə 



təmiz  ağları  və  ya  doğuş  üçün  birdəfəlik  istifadə  üçün  dəsti 

hazırlamaq, uşağın qurulanması üçün ağları isitmək, doğuş üçün 

lazım  olan  alətləri,  həmçinin  göbək  ciyəsinin  kəsilməsi  üçün 

qayçını hazırlamaq.

Dölün  doğulması  qadının  istənilən  bir  vəziyyətində  ola  bilər. 

Qadının  doğuş  vaxtı  arxası  üstündə  uzanması  döl  üçün  təhlükəli 

hesab olunmur. 

Heç bir əhəmiyyət kəsb etmir:

nəfəsin saxlanması ilə güc dövrünün idarə olunması



rutin epiziotomiyanın icra olunması 

aralığın mütləq qorunması



Baş doğulduqdan sonra çiyinlərin özbaşına dönməsi üçün imkan

vermək, həmçinin göbək ciyəsinin dolanıb dolanmamasını yoxlamaq 

lazımdır.  Göbək  ciyəsinin  dölün  boynuna  sıx  dolanması  olduqda       

2 sıxac arasında göbək ciyəsini sıxıb kəsmək, dolanma sıx olmadıqda 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



12

göbək  ciyəsini  bir  az  boşaltmaq  və  yeni  güc  verməni  gözləmək 

lazımdır. 

TƏLƏSMƏK LAZIM DEYİL! 

Yenidoğulmuşun üzünün sianozu təhlükəli əlamət sayılmır!

Doğuşun ikinci dövründə Kristeller üsulu (gücvermə zamanı 

uşaqlığın dibinə təzyiq) istifadə edilməməlidir! (A)

Doğuşun üçüncü dövrü

Doğuşun üçüncü dövrünün aktiv aparılması (A)

Normal  doğuş  zamanı  rutin  olaraq  tətbiq  edilməsi  təklif  olunan 

yeganə müdaxilə doğuşun III dövrünün aktiv aparılmasıdır. Belə ki, 

bu  müdaxilənin  doğuşdan  sonrakı  qanaxma  hallarının,  əsasən  də      

1  litrdən  artıq  qan  itkisi  ilə  müşayiət  olunan  qanaxma  hallarının 

sayını  2,5-3  dəfə  azaltması  sübut  olunmuşdur.  Bundan  başqa 

doğuşun  III  dövrünün  aktiv  aparılması  ağır  anemiyaların  müalicəsi 

məqsədilə  aparılan  qanköçürməyə  ehtiyacı  və  doğuşdan  sonrakı 

anemiya hallarının tezliyini azaldır.

Doğuşun üçüncü dövrünün aktiv aparılması

Uşaq doğulduqdan sonra birinci dəqiqə ərzində oksitosin 10 TV



əzələ  daxilinə  və  ya  5  TV  vena  daxilinə  yeridilməsi  (uşaqlığın 

daxilində  ikinci  uşağın  olmadığına  əmin  olmaq  üçün  qadının 

qarnını palpasiya etmək lazımdır) (A).

Göbək ciyəsinin nəzarət edilən traksiyası vasitəsilə ciftin doğulması (А).



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



13

Göbək  ciyəsinin  pulsasiyası  sona  çatdıqdan,  uşaq  doğulduqdan   

1dəqiqə sonra  aralığa  yaxın  hissədə göbək ciyəsinə  sıxac  qoyun 

və kəsin (A).

Sıxılmış göbək ciyəsini bir əlinizlə bir qədər dartılmış vəziyyətdə 



tutun.

Digər əlinizi qadının qasıq dağcığının üzərinə qoymaqla uşaqlığı 



sabit  vəziyyətdə  saxlayın,  göbək  ciyəsini  dartdıqda,  uşaqlığı 

qasıq  dağcığından  kənarlaşdırmağa  çalışın.  Bu  uşaqlığın 

çevrilməsinin qarşısını almağa kömək edər (А).

Uşaqlığın  güclü  yığılmasını  gözləyin  (2-3  dəqiqə). Uşaqlığın 



yığılmasını (uşaqlıq yumrulanmış və bərk olmuşdur) və ya göbək 

ciyəsinin  uzandığını  hiss  etdikdə  ciftin  doğulması  üçün  çox 

ehtiyatla  göbək  ciyəsini  özünüzə  tərəf  aşağı  çəkin  (traksiya). 

Göbək  ciyəsini  ehtiyatla  traksiya  etməkdən  əvvəl  ciftin  ayrılma 

əlamətlərini  gözləməyin.  Eyni  zamanda  uşaqlığı  digər  əlinizlə 

ciftin dartılmasına əks olan istiqamətdə saxlayın (əkstəzyiq) (A).

Nəzarət  olunan  traksiya  nəticəsində 30-40  saniyə  ərzində  cift 



çıxmırsa, göbək ciyəsini dartmağı dayandırın.

Ehtiyatla göbək ciyəsini yüngül dartılmış vəziyyətdə saxlayın və 



uşaqlığın növbəti yığılmasını gözləyin.

Lazım  gələrsə,  göbək  ciyəsi  uzandıqca  sıxacı  aralığa mümkün 



qədər yaxın qoyun.

Uşaqlığın növbəti yığılması zamanı uşaqlığa əkstəzyiq göstərərək 



ciftin  nəzarət  olunan  traksiyasını  təkrar  edin. Heç  vaxt  yaxşı 

yığılmış  uşaqlığa  əkstəzyiq  göstərmədən  göbək  ciyəsini 

dartmayın.

Cift doğularkən nazik döl qişaları cırıla bilər. Cifti iki əllə tutun 



və döl qişalarını tam çıxana qədər ehtiyatla burun.

Ciftin  tamlığına  əmin  olmaq  üçün  ona  diqqətlə  baxış keçirin. 



Əgər  ciftin  bir  hissəsi  yoxdursa  və  qişaların  damarlarla  cırıq 

hissəsi  varsa,  uşaqlıq  boşluğunda  ciftin  fraqmentlərinin 

qalmasından şübhələnmək lazımdır. Bu halda lazım olan tədbirlər 

aparılmalıdır.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



14

Qarının ön divarından uşaqlığın xarici masajı

Cift doğulan kimi qarının ön divarından uşaqlığın xarici masajını 



aparın

Erkən zahılıq dövründə hər 15 dəqiqədən bir masajı təkrar edin.



Masaj  sona  çatdıqdan  sonra  uşaqlığın  tonusunun zəifləmədiyini 

yoxlayın

Erkən zahılıq dövrü

Ciftin tamlığına əmin olmaq üçün onu diqqətlə müayinə edin



Cift  doğulduqdan  sonra  uşaqlığın  yığılma  qabiliyyətini artırmaq 

məqsədi ilə yığılmalar qeyd olunana qədər uşaqlığı masaj edin

Uşaqlığın  masajını  zahılıq  dövrünün  birinci  saatı  ərzində hər     



15 dəqiqədən bir, ikinci saatında isə 30 dəqiqədən bir təkrar edin

Döl doğulduqdan sonra doğuşu aparan mama:

1. 30  saniyədən  sonra  uşağın  vəziyyətini  qiymətləndirir (tənəffüs,

dəri örtüklərinin rəngi, ürək döyünməsi, tonus).

2. Uşağı isti dəsmal ilə qurulayır və ananın sinəsinə qoyur (dəri-dəri

təması).

3. Nəm dəsmalı kənara qoyur, uşağı quru, təmiz dəsmalla və əlavə

olaraq yorğan ilə örtür.

4. Rutin olaraq yenidoğulmuşun burnundan və ağzından seliyin

sorulmasını, mədənin zondlanmasını aparmır.

5. Göbək ciyəsinin pulsasiyası dayandıqdan sonra göbək ciyəsini

kəsir. Göbək ciyəsinin steril alətlərlə, yenidoğulmuşun atası və ya

qadının yanında olan digər dəstək verən şəxs tərəfindən kəsilməsi 

mümkündür.  Göbək  ciyəsinin  antiseptiklərlə  işlənməsi  tələb 

olunmur.


6. Yenidoğulmuşun başına təmiz papaq, ayağına isə corablar

geyindirir.

7. Doğuş yollarına ehtiyatla baxış aparır.

8. Ehtiyac olduqda doğuş yollarının cırıqları mama-ginekoloq və ya

mama  tərəfindən  yerli  anesteziya  altında  (lidokainə  üstünlük 

verilir),  sintetik  sorulan  tikiş  materialı  ilə  (vicril-rapid             

№2-0  üstünlük  verilir)  tikir.  I  dərəcəli  cırıqlar  özbaşına  tikiş 

qoyulmadan bitişir.

9. Tikiş qoymağa başlamazdan öncə mütləq əlcəkləri dəyişir.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



15

10. Cırığın və ya epiziotomiyanın ətrafını antiseptiklə işləyir, yaranın 

tikilməsinə mane ola bilən tükləri qayçı ilə kəsir.

Qeyd: Doğuş  yollarının  antiseptik  məhlullarla  əlavə  işlənməsi 

tələb olunmur.

11. Ən axırda çirkli və nəm altlıqları təmiz və qurulara dəyişir, zahı 

qadını yenidoğulmuşla birgə mələfə və yorğan ilə örtür.

Rutin olaraq:

doğuş yollarına güzgülərlə baxış aparılmır (A).



qarına buz qoyulmur (A).

sidik kisəsinin kateterizasiyası aparılmır (A)



Erkən zahılıq dövründə ilk iki saatdan sonra

Ananın və yenidoğulmuşun ümumi vəziyyətinin qiymətləndirilməsi



Zahı qadının və yenidoğulmuşun bədən hərarətinin ölçülməsi

Arterial təzyiqin ölçülməsi və nəbzin sayılması



Uşaqlıq dibinin xarici masajı, vulvaya baxışın aparılması

Uşaqlıq yolundan olan ifrazatın dəyərləndirilməsi



Yenidoğulmuşun gec antropometriyası (doğuşdan 2 saat sonra)

Bütün  göstəriciləri  doğum  tarixinə  qeyd  etmək  lazımdır.  Zahı 

qadını  körpəsi  ilə  birlikdə  istilik  zəncirinə  riayət  etməklə  “Ana  və 

yenidoğulmuşun birgə qalması” şöbəsinə köçürmək lazımdır.

“ANA VƏ YENİDOĞULMUŞUN BİRGƏ QALMASI” 

şöbəsində zahı qadına və yenidoğulmuşa qulluq

Zahı  qadına  və  yenidoğulmuşa  yardım  mama  və  ya  uşaq  tibb 

bacısı  tərəfindən  göstərilir. Yenidoğulmuşa  baxış  və  bütün 

prosedurlar ananın iştirakı ilə aparılır.



Doğuşdan sonrakı dövrdə tibb heyətinin vəzifə borcu:

Ananı uşağına düzgün qulluq etməyə hazırlamaq



Zahı  qadına  psixo-emosional  dəstək  vermək.  Doğuşdan sonrakı 

ipoxondriyanı,  depressiyanı,  psixozu  müəyyən  etmək  məqsədilə 

müayinənin aparılmasını və lazım gələrsə ixtisaslı yardımı təmin 

etmək



Döşlə əmizdirməni öyrətmək



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



16

Kontrasepsiya metodları barədə məlumat vermək



Dərhal müraciət edilməsi vacib olan təxirəsalınmaz vəziyyətlərin 

əlamətləri barədə məlumat vermək 

Dəyərləndirmək üçün göstəricilər:

Ü mumi vəziyyət, arterial təzyiq, bədən hərarəti, dəri örtüklərinin 



rəngi

Şikayətlər 



Süd vəzilərinin vəziyyəti

Uşaqlığın vəziyyəti – uşaqlıq dibinin səviyyəsi, bərkliyi, ağrılılığı



Cinsiyyət yollarından ifrazatın xarakteri (loxiyalar)

Defekasiya və diurez



Zədə sahələri (olduqda)

Arterial  təzyiq,  nəbz,  uşaqlığın  tonusu,  ifrazatın xarakteri  və 



miqdarı, sidik ifrazı, vulva (ödem, hematoma) doğuşdan sonra 3-

cü, 4-cü saatda, sonra birinci  günün sonuna qədər hər 4 saatdan 

bir nəzarətdə saxlanılır.

Evə yazılma üçün meyarlar

Ananın vəziyyəti kafidir



 Şikayətləri yoxdur

 Arterial təzyiqin səviyyəsi normaldır

 Süd vəziləri və gilələr normal vəziyyətdədir, laktasiya kafidir.

 Uşaqlıq  bərkdir  və  ölçüləri  zahılıq  dövrünün  gününə

uyğundur.

Yenidoğulmuş doğulduqdan sonra 3-cü gün evə yazılır



Evə yazılmazdan əvvəl

Qadın,  ana  və  uşaq  tərəfdən  təhlükəli  əlamətlər,  tibbi  yardım



üçün  nə  vaxt  və  haraya  müraciət  etməsi  barədə  məlumat-

landırılmalıdır (əlaqə telefonları qadına təqdim olunmalıdır).

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



17

Əlavə №1

Pasiyentlər və onların ailə üzvləri ilə ünsiyyətin əsas prinsipləri

Adətən  hamiləlik  –  sevinc  və  gözləmə  dövrüdür.  Eyni zamanda 

narahatlıq  və  həyəcan  dövrüdür.  Qadın  və  onun  ailə  üzvləri  ilə 

aparılan 

səmərəli 

söhbət 


qadının 

inamını 


və 

etibarını 

möhkəmləndirməyə kömək edir.

Tibb işçiləri ilə münasibət zamanı hər hansı bir ağırlaşmaları olan 

pasiyentlər öz şikayətlərini izah edərkən problemlərlə üzləşə bilərlər. 

Tibb heyətinin borcu – qadını sakitləşdirmək üçün qadın ilə hörmətə 

əsaslanmış münasibət qurmaqdır. Bütün tibb heyəti:

qadının  konfidensiallıq  hüququnu  qoruyaraq  qadının qüruruna 



hörmət etməlidir;

qadının və onun ailəsinin müalicəyə aid olan qərarlarına hörmətlə 



və qınamayaraq yanaşmalıdır.

Səhiyyə  işçisi  qadınla  onun  hamiləliyi  və  ya  fəsadlar  barədə 

söhbət  edərək  qadına  aydın  olan  dildə,  aydın  olan  terminlərdən 

istifadə edərək məlumat verməlidir.



Pasiyentlərin hüquqları

Müalicə alan hər bir qadın öz sağlamlığı barədə məlumat almaq 



hüququna malikdir.

Hər bir qadının onu narahat edən məsələləri özünü güvənli hesab 



etdiyi mühitdə müzakirə etmək hüququ var.

Qadının icra olunacaq prosedurlar barədə məlumatı olmalıdır.



Prosedurlar  elə  şəraitdə  aparılmalıdır  ki,  (məsələn,  doğum  zalı) 

qadının konfidensiallıq hüququ pozulmasın.

Müəssisənin xidmətindən istifadə edərkən qadın özünü mümkün 



olan qədər rahat hiss etməlidir.

Qadın ona təklif olunan xidmətlər barədə öz fikrini bildirmək 



hüququna malikdir.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



18

Əlavə №2

Partoqramın istifadəsi

Doğuşun gedişi xüsusiyyətlərini  əyani şəkildə əks etdirən qrafik 

yazının nümunəsi partoqramdır.

Partoqramın  tərtibatı ortaya  çıxan  problemi mümkün  olan qədər 

erkən aşkar etməyə imkan verir. Buna görə də tibbi personal üçün bu, 

doğuş  zamanı  yaranan  problemin  erkən  müəyyən  edilməsində  çox 

qiymətli vasitədir.

Elmi  əsaslar  göstərir  ki,  partoqramdan  düzgün  istifadə  patoloji 

doğuşların tezliyini kəskin şəkildə azaldır.

Partoqram  postfaktum  yox,  yalnız  doğuşun  gedişində 

doldurulur.

Doğuşun  birinci  dövründə  irəliləyiş  uşaqlıq  boynunun  xarici 

dəliyinin açılması ilə müəyyən edilir.

Uşaqlıq boynunun tam açıqlığı altında (ümumi standartlara görə) 

uşaqlıq  boynunun  10  sm  açılması  başa  düşülür.  Uşaqlıq  boynunun 

açıqlığını təyin etmək üçün uşaqlıq yolu müayinəsi aparılır.



Partoqram – indiyə qədər doğuşun idarə olunması üçün işlənib 

hazırlanmış vasitələrdən ən sadəsi və effektlisidir.

Partoqram  uşaqlıq  boynunun  açılmasının  fasiləsiz  qrafik  əksi 

olmaqla  yanaşı,  eyni  zamanda  ananın,  dölün  vəziyyəti  və  doğuşun 

gedişinin bir çox xüsusiyyətlərini özündə əks etdirən qrafik şəkildir.

Partoqramda qeydlərin aparılması

Yuxarı hissədə aşağıdakı məlumatlar qeyd edilir:



Doğan qadın:

-

soyadı, adı



-

mamalıq məlumatları (anamnezdə doğuşun və hamiləliklərin

sayı)

-

qeydiyyat nömrəsi



-

daxil olma tarixi

-

daxil olma vaxtı. Günün faktiki vaxtı



-

döl kisəsinin yırtıldığı vaxt

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



19

Döl:

-

ürək vurğularının sayı



-

dölyanı maye: şəffaf (Ş), qanla boyanmış (B), mekoniumla

bulanmış (М) və ya döl qişaları bütövdür (İ)

-

uşaqlıq boynu: açılış sm-lə, diaqramda X işarəsi ilə qeyd olunur



-

döl  başının  irəliləməsi  (döl  başının  ötürücü  müstəvisi),  qarın 

nahiyəsinin beş köndələn barmaqla əllənməsi ilə təyin olunaraq, 

diaqramda  0  işarəsi  ilə  qeyd  edilir.  Vaginal  müayinə  zamanı 

qarnın palpasiyası aparılır

-

döl  başının  formalaşması:  aşağıdakı  qaydada  qeyd  olunur:  kəllə 



sümükləri bir-birindən birləşdirici toxuma ilə ayrılmışdır, özü də 

asanlıqla əllənir (0)

-

sümüklər  bir-biri  ilə  yüngülcə  təmasdadır  (+);  sümüklər  bir-



birinin üzərinə keçib (++) sümüklər nəzərəçarpacaq dərəcədə bir-

birinin üzərinə keçib (+++)



Uşaqlıq boynunun açılması:

-

bu  doğuşun  gedişini  göstərən  daha  vacib  göstəricidir.  Açılış 

qrafikdə «X» işarəsi ilə qeyd edilir

-

sancılar (uşaqlıq yığılmaları)



-

tezliyi (10 dəqiqə ərzində sancıların sayı)

-

saniyələrlə ifadə olunan davam etmə müddəti



-

oksitosin

-

doza hər dövrə müvafiq qeyd olunmalıdır



-

dərman preparatları və v/d məhlullar

-

məlumat üçün yer



-

qan təzyiqi, nəbz və hərarət

-

qan  təzyiqi  və  nəbzin  qeydiyyatını  hər  saatdan  bir  və  ya  daha



tez-tez aparmaq tövsiyə olunur

-

hərarətin hər 3-4 saatdan bir qeyd olunması tövsiyə olunur



Sidik:

-

miqdarı



-

müayinələr (qan, zülal və asetona görə)

-

hər sidik ifrazından sonra qeyd edilir



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



20

Doğuşun  aktiv  fazasında  uşaqlıq  boynunun  açılması  barədə  ilk 

qeydlər  Sayıqlıq  xəttinin  uşaqlıq  boynunun  açılmasının  uyğun 

hissəsində  edilir.  İdeal hallarda  doğuş  Sayıqlıq  xətti  boyunca  gedir. 

Əgər  doğuş  ləng  gedirsə,  uşaqlıq  boynunun  açılmasını  əks  etdirən 

xətt  Fəaliyyət  xəttinə  doğru  yönələcəkdir.  Partoqramda  Fəaliyyət 

xətti Sayıqlıq xəttindən 4 saat sağa keçəcəkdir. Əgər açılış prosesini 

əks  etdirən  xətt  Sayıqlıq  xəttini  keçirsə,  müvafiq  tədbirlərin 

görülməsi barədə düşünmək lazımdır. 

Vaxtaşırı auskultasiya daha münasib və daha əlverişlidir.

Partoqramın  məqsədi  ana  və  uşağın  ümumi  vəziyyəti  haqqında 

təsəvvürün  formalaşmasından  ibarətdir  və  buna  görə  də  hərtərəfli 

müşahidənin aparılması vacibdir.

Partoqramın  ən  mühüm  hissəsi  vaxtdan  asılı  olaraq  uşaqlıq 

boynunun açılmasının və həmçinin dölün gəliş hissəsinin (adətən başın) 

irəliləməsinin müşahidə edilməsidir. Qeyd etmək lazımdır ki, doğuş 

zamanı aparılan vaginal müayinə dölün gəliş hissəsinin vəziyyətinin 

müşahidəsi ilə müşayiət olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, 

doğuşun  idarə  olunmasında  baş  verən  səhvlərin  əksəriyyəti  məhz 

belə bir müşahidənin aparılmaması səbəbindən baş verir. 



Sayıqlıq və Fəaliyyət xətlərinin xüsusiyyətləri və əhəmiyyəti

Sayıqlıq və Fəaliyyət xətləri olduqca vacibdir. Sayıqlıq xətti – elə 

bir xətdir ki, ondan kənara meyllilik uşaqlıq boynu açılmasının «arzu 

olunan»  sürətdən  –  saatda  bir  sm-dən  aşağı  olmasıdır.  Müşahidə 

aparılır,  lakin  əməli  tədbirlər  tələb  olunmur.  Bunun  əksi  olaraq 

Fəaliyyət xətti elə bir xətdir ki, ondan kənara meyllilik sürətin lazımi 

səviyyəyə çatdırılması üçün əməli tədbirlərin görülməsini tələb edir. 

Bu  xətlərin  əhəmiyyəti  həkimlərə  doğuşun  gedişində  baş  verən 

dəyişikliklərin  onun  sözlə  əks  etdirilməsindən  (qrafik  təsvirindən 

fərqli olaraq) fərqli olaraq, daha tez aşkar etməyə imkan verməsidir. 

Bundan  başqa  partoqram,  istər  bir  doğuşayardım  müəssisəsi 

daxilində və istərsə də mamalıq xidmətinin müxtəlif pillələri arasında 

vahid fəaliyyət çərçivəsində hərəkət etməyə imkan verir.

Əgər  qadının  müayinəsi  Sayıqlıq  xəttində  aparılıbsa,  növbəti 

müayinə  4  saatdan  sonra  (əgər  daha  tez  müayinəyə  klinik  göstəriş 

olmazsa) aparılmalıdır. Əgər müayinədən əvvəl doğuşun zəif getməsi 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



21

müəyyən edilibsə və qrafikdə olan nöqtə Sayıqlıq xətti ilə Fəaliyyət 

xəttinin  arasında  yerləşirsə,  tamamilə  aydındır  ki,  növbəti  müayinə 

daha tez aparılmalıdır. 

Partoqramda qeyd olunan göstəricilər doğuşda baş verən fəsadları 

vaxtında  araşdırmaq  və  əsaslandırılmamış  müdaxilələrin  qarşısını 

almaq imkanı verir.

Dölün ürək

döyüntüləri

Dölyanı maye

Uşaqlıq

boynunun

açılması

Döl

başının

keçməsi

Vaxt

Uşaqlıq

sancıları hər

10 dəqiqədən bir

oksitosin və

v/d mayelər

qəbul olunmuş

dərmanlar

Nəbz



A/t

protein

aseton

həcmi

Sidik

Hərarət

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



22

Əlavə №3

Doğum bloku

Konfidensiallığa  riayət  etmək  üçün  doğum  palatasının  qapıları 

bağlı  olmalıdır.  Tibb  işçiləri  doğum  zalına  daxil  olduqda  qapını 

döyməli, özlərini təqdim etməli və daxil olmaq üçün qadından icazə 

almalıdırlar.  Qadına  qulluğa  cəlb  olunmayan  tibb  işçiləri  doğum 

zalına  yalnız  təxirəsalınmaz  vacib  məsələ  ilə  əlaqəli  daxil  ola 

bilərlər. 

Doğum 


palatasının 

maksimal 

dərəcədə 

ev 


şəraitinə 

uyğunlaşdırılması məqsədəuyğundur.

Konfidensiallığı,  tərəfdaşın  dəstəyini  yalnız  fərdi  doğum 

palatasında təmin etmək mümkündür.

Fərdi  doğum  palatası  çarpaz  infeksiyanın  profilaktikasını  təmin 

edir.  Qadın  doğuşun  əvvəlindən  uşaq  doğulana  qədər  eyni  otaqda 

olur – doğuş önü palatalara ehtiyac yoxdur.

Doğuş  palatası  təmiz  olmalıdır.  Hər  doğuşdan  sonra  çarpayı  və 

döşəmə sabunla və ya digər müvafiq yuyucu məhlulla yuyulur.

Doğum palatasında olmalıdır:

Doğuş  üçün  doğum  çarpayısı  (baş  hissənin  vəziyyəti  dəyişilə 



bilən  funksional  çarpayı  da  ola  bilər).  Raxmanov  çarpayısı 

mütləq deyil.

Yenidoğulmuşun reanimasiyası üçün isidici və oksigenlə, Apqar-



taymerlə, yenidoğulmuşun bədəninin temperaturunu ölçmək üçün 

elektron termometrlə təchiz olunmuş bələmə stolu 

Otaqda  temperaturun  ölçülməsi  üçün  termometrin  olması 



vacibdir  (otaqda  havanın  temperaturu  25

°C-dən  aşağı 

olmamalıdır).

Doğum  blokunda  pasiyentlər  üçün  duş  kabinaları  və  vannalar, 



qadın üçün və onu müşayiət edən şəxs üçün istirahət yeri: kreslo, 

stullar, masa, tumba, stolüstü lampa və  ya gecə lampası, musiqi 

mərkəzi  və  doğuş  zamanı  relaksasiya  məqsədilə  istifadə  olunan 

xalça,  gimnastik  top,  isveç  divarı  və  digər  avadanlıq

məqsədəuyğundur.

Pəncərədə pərdə və ya jalyuzi



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



23

Doğuş palatası üçün lazımi avadanlıq

İsidicili təmiz masa



Baza reanimasiya avadanlığı (Ambu kisəsi, yenidoğulmuşlar

üçün maskalar)

Aspirator, kateter və ya rezin baloncuq (birdəfəlik)



Göbək ciyəsinin kəsilməsi/bağlanması üçün dəst

Yenidoğulmuşu qurulamaq üçün isti dəsmallar



Yenidoğulmuş üçün isti papaq, corab və yorğan

35

°C-dən aşağı bölgüləri olan civəli termometr və ya elektron



termometr

Saniyə əqrəbi olan saat



Dərman preparatları (K vitamini, 1%-li tetrasiklin məlhəmi; 

reanimasiya və təxirəsalınmaz yardım üçün dəst).

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



24

Ədəbiyyat:

1. Anresson GC. et al. Early Skin-to-Skin Contact for Mother and

their  Healthy  Newborn  Infants.  Review,  Cochrane  Library,    

issue 1, 2004.

2. Antenatal and postnatal mental health: clinical management and 

service  guidance.  NICE  clinical  guideline  45  (2007).  Available 

from www.nice.org.uk/CG045

3. Carolli G., Belizan J., Stamp G.. episiotomy forvaginal birth.

Cochrane Database of Systematic Reviews, 2003, Issue 4.

4. Cuero L.G., Rodrigues M.N., Delgado M.B. Enemas during labour.

The Cochrane database of Systematic Reviews, 2007, Issue 1.

5. Hodnett E.D., Gates S., Hofmeyr G.J., Sakala C. Continuous

support for women during childbirth. The Cochrane Database of 

Systematic Reviews, 2004, Issue 1.

6. Essential Antenatal, Perinatal and Postpartum care. WHO EURO,

Copenhagen, 2002.

7. International Confederation of Midwives. Midwifery competencies,

April, 2002. Available from www.internationalmidwives.org/index

8. Murray W. Enkin et al. A guide to effective care in pregnancy

and childbirth. Oxford University Press, 3

rd

 Edition, 2000.



9. International Confederation of Midwives, International 

Federation  of  Gynaecology  and  Obstetrics.  Joint  statement 

management of  the third  stage of  labour  to  prevent  post-partum 

Haemorrhage. The Hauge: ICM, London, FIGO, 2003.

10. Prevention and management of postpartum haemorrage. Royal 

College  of  Obstetricians  and  Gynaecologists.  Guideline  №52.,

May, 2009.

11. Pregnancy, Childbirth, Postpartum and Newborn Care: A Guide 

for Essential Practice. WHO, Geneva, 2006.

12. World Health Report, 2005, Chapter 4.

13. WHO  recommendations  for  the  prevention  of  postpartum 

haemorrhage WHO/MPS/07.06, 2007

14. Postnatal care: routine postnatal care of women and their babies. 

NICE clinical guideline 37 (2006). Available from 

www.nice.org.uk/CG037

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış



r. 







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə