Az ərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul v



Yüklə 151,57 Kb.
Pdf görüntüsü
tarix05.03.2017
ölçüsü151,57 Kb.
#10137

Az

ərbaycan Respublikası Mərkəzi Bankının 

2015-ci il üçün pul v

ə maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə  

 

BƏYANATI 

 

2014-cü ild



ə  mürəkkəb  qlobal iqtisadi proseslər fonunda  Azərbaycan  iqtisadiyyatında 

dinamik  inkişaf  və  makroiqtisadi sabitlik davam  etmişdir.  Qeyri-neft  sektoru  iqtisadi  artımın 

əsas mənbəyi olmuş, investisiya fəallığı yüksək səviyyədə qalmışdır. Tədiyə balansının profisiti 

strateji  valyuta  ehtiyatlarının  artımını  təmin  etmişdir.  Azərbaycan dünya ölkələri  arasında 

makroiqtisadi sabitlik üzr

ə  ilk  onluqdakı  yerini  qorumuşdur.  Azərbaycan  Respublikasının 

Prezidenti 

İlham  Əliyevin  uğurla  həyata keçirdiyi iqtisadi  artım  və  şaxələnmə  siyasətinə,  

“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında  öz  əksini  tapmış  strateji  inkişaf 

prioritetlərinə  uyğun  olaraq  Mərkəzi Bank  2014-cü ildə  də  ölkədə  makroiqtisadi sabitliyin 

t

əmin olunmasında fəal iştirak etmişdir.  

 

M

ərkəzi Bank öz  fəaliyyətini  inflyasiyanın  aşağı  təkrəqəmli  səviyyədə  saxlanılması, 

manatın  məzənnəsinin  və  bank sektorunda maliyyə  sabitliyinin  qorunması,  bankların  iqtisadi 

inkişafda  rolunun  artırılmasına  yönəltmişdir.  Qlobal iqtisadi mühitdən  irəli gələn risklərə 

baxmayaraq,  bütün  bu  m

əqsədlərə  nail  olunmuşdur.  Makroiqtisadi  sabitlik  qorunmuş,  manat 

bir daha özünü sabit valyuta  kimi t

əsdiq etmişdir. İl ərzində dayanıqlı maliyyə sabitliyi təmin 

olunmuş, bank sektorunun iqtisadi  artımda  və  investisiya fəallığının  dəstəklənməsində  rolu 

daha da 

artmış, maliyyə xidmətlərinə və resurslarına çıxış imkanları genişlənmişdir.  

 

Ölk

ə iqtisadiyyatının şaxələndirilməsi siyasətinə uyğun olaraq Mərkəzi Bank 2015-ci ildə 

makroiqtisadi  v

ə  maliyyə  sabitliyinin  qorunmasına,  bank sektorunun maliyyə  dərinliyinin 

artırılmasına,  maliyyə-bank  infrastrukturunun  inkişafına  yönəlmiş  fəaliyyətini davam 

etdir

əcəkdir. Mərkəzi Bank pul siyasəti vasitəsilə növbəti ildə də inflyasiyanın aşağı təkrəqəmli 

s

əviyyədə saxlanılmasını hədəfləyir. Bunun üçün ilk növbədə manatın məzənnəsinin sabitliyinin 

qorunması  mühüm  vəzifələrdən biridir.  Həmçinin,  yeni qlobal və  makroiqtisadi  çağırışlara 

uyğun olaraq pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi davam etdiriləcəkdir.  

 

Kontr-tsiklik bank n

əzarəti modeli və prudensial siyasət vasitəsilə bank sistemində risklərin 

çevik  idar

ə  olunması  və  bankların  maliyyə  dayanıqlığının  daha  da  gücləndirilməsi  nəzərdə 

tutulur.  Qeyri-

neft  iqtisadiyyatının  kreditlərə  olan tələbatının  effektiv  ödənilməsi,  maliyyə 

xidm

ətləri və  resurslarının  əlyetərliyinin təmin edilməsi,  regionlarda  müasir  bankçılığın 

inkişafı,  nağdsız  ödənişlərin və  elektron  bankçılığın  miqyasının  genişləndirilməsi, ipoteka 

mexanizminin t

əkmilləşdirilməsi dövlətin bank siyasətinin növbəti ildə əsas hədəfləridir. 

 

 

I. 2014-cü ild

ə Mərkəzi Bankın fəaliyyəti 

 

 



1.1. Makroiqtisadi mühit 

QLOBAL İQTİSADİYYAT. Cari ildə qlobal iqtisadiyyatda artım davam etmiş, lakin, bu 



artım müxtəlif regionlar üzrə qeyri-bərabər getmişdir. İnkişaf etmiş ölkələrdə iqtisadi fəallıq 

nisbətən yüksəlmişdir. Son illərdə büdcə kəsirlərini əhəmiyyətli azaldan fiskal konsolidasiyanın 

cari  ildə  nisbətən  yumşaq  həyata  keçirilməsi  stimullaşdırıcı  pul  siyasəti  ilə  birlikdə  iqtisadi 

artımın canlanması üçün mühit yaratmışdır. Lakin, bəzi ölkələrdə, xüsusilə avrozonada suveren 

borc  probleminin  hələ  də  qalması,  makroiqtisadi  siyasətin  stimullaşdırıcı  imkanlarının 

tükənməsi  və  struktur  problemlər  iqtisadi  artımı  məhdudlaşdıran amillərdir.  İnkişaf  etməkdə 

olan 

ölkələrdə  isə  iqtisadi  artım  perspektivləri  zəifləmişdir.  Qlobal  tələbin  dəyişkənliyi  və 

investisiya axınlarının azalması bu ölkələrdə iqtisadi fəallığa mənfi təsir edən amillərdir.   

Yaranmış yeni meyilləri nəzərə alaraq, Beynəlxalq Valyuta Fondu (BVF) bir çox ölkələr 

üzrə  iqtisadi  artım  proqnozlarını  aşağı  salmışdır.  Son  proqnoza  görə  2014-cü  ildə  qlobal 

iqtisadi  artımın  3.3%  olacağı  gözlənilir.  İqtisadi  artım  proqnozu  inkişaf  etmiş  ölkələr  (İEÖ) 

üzrə  1.8%-ə,  inkişaf  etməkdə  olan  ölkələr  (İEOÖ)  üzrə  isə  4.4%-ə  endirilmişdir.  Dünya 

iqtisadiyyatında işsizlik əsas problemlərdən biridir. Beynəlxalq Əmək Təşkilatının məlumatına 

görə  hazırda  dünyada  202  milyon  işsiz  vardır.  İşsizlik  İEÖ-də  7.6%,  İEOÖ-də  6.7% 

s

əviyyəsindədir. 



Q

lobal ticarətin əvvəllki ildəki 3% artımına qarşı 2014-cü ildə 3.8% artacağı gözlənilir. 

Bəzi  qabaqcıl  ölkələrdə  faiz  dərəcələrinin  artması  fonunda  qlobal  investisiya  axınlarının 

istiqaməti dəyişir. 

Birl


əşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının

 (UNCTAD) 

məlumatlarına görə cari ilin sonuna birbaşa xarici investisiyaların İEÖ üzrə 35% artacağı, İEOÖ 

üzrə isə 1.8% azalacağı gözlənilir.  

Son q

lobal  iqtisadi  proseslər  maliyyə  sektoruna  da  təsir  edir.  Hazırda  inkişaf  etmiş 



ölkələrin  bank-maliyyə  sistemində  əsas  çağırış  maliyyə  dayanıqlığına  xələl gətirmədən 

iqtisadiyyatın kreditləşdirilməsi kanallarının bərpa edilməsidir.   

2014-

cü  ildə  qlobal  tələbin  azalması  fonunda  əmtəə  qiymətləri  dinamikası  azalma 



meyilli 

olmuşdur.  Cari  ilin  ötən  dövründə  qlobal  əmtəə  qiymətləri  19.5%,  o  cümlədən  ərzaq 

qiymətləri  8.3%,  metal  qiymətləri  12.7%  azalmışdır.  2014-cü  il  ərzində  neftin  əhəmiyyətli 

ucuzlaşması  (40%-dən  çox)  müşahidə  olunmuşdur.  Neftin orta qiyməti isə  il üzrə  100 ABŞ 

dolları ətrafında olmuşdur.  

Qlobal iqtisadiyyatda 

fəallığın  aşağı  düşməsi  inflyasiyanın  aşağı  enməsi  ilə  müşaiyət 

olunmuşdur.  2014-cü  ilin  sonuna  inflyasiyanın  İEÖ-də  1.6%,  İEOÖ-də  isə  5.5%  olacağı 

gözl

ənilir.  Qlobal  iqtisadi  artım  və  məşğulluq  problemləri, aşağı  inflyasiya  fonunda  əksər 



mərkəzi banklar yumşaq pul siyasətlərini davam etdirmiş, o cümlədən qeyri-ənənəvi monetar 

ekspansi


ya alətlərindən istifadə etmişlər.   

 



XARİCİ İQTİSADİ MÖVQE. 2014-cü ildə milli iqtisadiyyatın əlverişli xarici mövqeyi 

qorunmuş, valyuta  ehtiyatları  artmaqda  davam  etmişdir.  Azərbaycan  iqtisadiyyatı  cari  ildə 

region ölkələrində gedən proseslər fonunda yüksək sabitlik nümayiş etdirmişdir.  

Dünya 


əmtəə  bazarlarındakı  mövcud  konyunktura baxmayaraq,  2014-cü ilin ötən  11 

ay

ında xarici ticarət balansının profisiti ötən ilin eyni dövrünə nəzərən 2.7% artmışdir. İxracın 



h

əcmi  idxalı  2.6  dəfə  üstələmişdir.  İdxalın  18%  azalması  müşahidə  olunmuşdur.  İlin sonuna 



cari 

əməliyyatlar  hesabı  üzrə  profisitin  Ümumi Daxili Məhsulun  (ÜDM)  10%-indən çox 

olacağı gözlənilir.  

 

Milli  iqtisadiyyata  xarici investisiyalar  11  ayda  16.5% artaraq  5.6  mlrd. 



ABŞ  dolları 

t

əşkil  etmişdir. Ölkənin  yüksək  beynəlxalq  reytinqi  ilk  dövlət  avrobondlarını  dünya 



bazarlarında əlverişli şərtlərlə yerləşdirməyə imkan vermişdir.   

 

T



ədiyə  balansının  profisiti  şəraitində  strateji  valyuta  ehtiyatları  il  ərzində  3%  artmış, 

ehtiyatların  ÜDM-ə  nisbətinə  görə  (təqribən  70%)  Azərbaycan  dünyada ilk 20-likdəki  yerini 

saxla

mışdır.  Valyuta  ehtiyatları  ölkənin təxminən  3  illik  idxalı  həcmindədir və  xarici dövlət 



borcunu 8 d

əfədən çox üstələyir.  Azərbaycanın  beynəlxalq kreditor mövqeyi  daha da 

gücl

ənmişdir.  Qiymətləndirmələrə  görə  ölkənin  məcmu xarici aktivləri  öhdəliklərini 2.7 dəfə 



üst

ələyir. 


 

İQTİSADİ ARTIM. 2014-cü ildə iqtisadi artım davam etmiş və bunun başlıca mənbəyi 



qeyri-

neft  sektoru  olmuşdur.  Azərbaycan  yuxarı  orta  gəlirli  ölkələr  qrupunda  mövqeyini 

möhkəmləndirmişdir. Şaxələnmə prosesləri davam etmiş, iqtisadi artımın daxili və xarici tələb 

mənbələri arasında yenidən balanslaşması müşahidə olunmuşdur.  

 

Cari ilin 11 



ayında  real  ÜDM 2.2%, o cümlədən qeyri-neft  iqtisadiyyatında  6.5% 

artmışdır.  ÜDM-in  60%-i qeyri-neft  sektorunun  payına  düşmüşdür.  Qeyri-neft sənayesində 

6.6%,  turistl

ərin yerləşdirilməsi və  ictimai  iaşədə  16.8%, informasiya və  rabitədə  14.2%, 

tikintid

ə 8.6% artım qeydə alınmışdır. “Sənaye ili” çərçivəsində aparılan məqsədyönlü siyasət 

emal s

ənayesində istehsalın artımına müsbət təsir etmişdir. Cari ildə İstehsalçı Etimadı İndeksi 



yüks

ək səviyyədə qalmışdır.  

 

Qeyri-neft sektorunda yüks



ək iqtisadi fəallıq şəraitində cari ildə ölkədə 100 mindən çox 

yeni, o cüml

ədən 82 mindən çox daimi iş yeri açılmışdır. 

2014-


cü ildə iqtisadi artımda daxili tələb, o cümlədən investisiyalar və istehlak  mühüm 

rol  oynamışdır.  Cari  ilin  11  ayında  ölkə  iqtisadiyyatına  14.7  mlrd.  manat  məbləğində 



investisiya  qoyul

muşdur  ki, bunun da 63.1%-i  qeyri-neft sektorunun  payına  düşür.  Dövlət 

büdcəsinin  xərcləri  də  daxili  tələbi  dəstəkləmişdir.  Əsas  kapitala  investisiyaların  38.9%-ni 

büdcə vəsaitləri təşkil etmişdir.  

Ötən 11 ayda əhalinin istehlak xərclərinin artımı 7.5% təşkil etmişdir. İstehlak bazarında 

satılmış  əmtəə  və  xidmətlərin  həcmi  9%  artmışdır.  Mərkəzi Bankın  ev təsərrüfatları  arasında 

keçirdiyi sorğular İstehlakçı Etimadı İndeksinin də yüksək səviyyədə qaldığını göstərir. 

 



 

1.2. Pul siyasətinin həyata keçirilməsi 

İNFLYASİYA. 2014-cü ildə ölkədə qiymətlərin sabitliyi təmin edilmiş, inflyasiya aşağı 



t

əkrəqəmli  səviyyədə  təmin  olunmuşdur.  Dünya  İqtisadi  Forumunun  son  hesabatına  görə 

Az

ərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir.  

Cari ilin 11 ay

ında orta ilik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz bəndi 

azalaraq  1.5% t

əşkil  etmişdir.  Bu,  ticarət tərəfdaşı  ölkələrindəki orta inflyasiyadan  (5.2%) 

əhəmiyyətli səviyyədə aşağıdır. 

M

ərkəzi Bank  il  ərzində  inflyasiyaya təsir edən  amilləri  daim nəzarətdə  saxlamışdır. 



M

əqsədyönlü monetar tənzimləmə, daxili tələblə  müqayisədə  təklifin  daha  çox  genişlənməsi, 

dünya 

bazarlarında  ərzağın  ucuzlaşması  inflyasiyaya  azaldıcı  təsir  etmişdir.  Mərkəzi  Bankın 



real sektor mü

əssisələri və  ev təsərrüfatları  arasında  apardığı  konyuktur  sorğular  inflyasiya 

gözl

əntilərinin azalmasını göstərir. 



Dövr 

ərzində əhalinin pul gəlirlərinin artımı inflyasiya tempini üstələmişdir. Nəticədə 11 

ayda 

əhalinin sərəncamında qalan gəlirlər real olaraq 3.6%, real əmək haqqı isə 4% artmışdır.  



MƏZƏNNƏ  SİYASƏTİ.  2014-cü  ildə  Mərkəzi  Bank  əlverişli  xarici  iqtisadi  mövqeyə 

əsaslanan məqsədyönlü məzənnə siyasəti həyata keçirərək milli valyutanın - manatın sabitliyini 

qorumuşdur.  Mərkəzi  Bank  valyuta  bazarındakı  proseslərə  çevik  reaksiya  verərək  burada 

tarazlığı təmin etmişdir.   

M

əzənnə siyasəti makroiqtisadi və maliyyə sabitliyi, habelə qeyri-neft sektorunun rəqabət 



qabiliyy

ətinin qorunması hədəfləri nəzərə alınmaqla həyata keçirilmişdir. 

M

əzənnə  siyasətinin həyata keçirilməsi mexanizmi dəyişməz  saxlanılmış,  ABŞ 



dolları/manat ikitərəfli məzənnəsi bu siyasətin əməliyyat hədəfini təşkil etmişdir. Bir sıra xarici 

ticar


ət tərəfdaşı  ölkələrində  milli  valyutaların  əhəmiyyətli  devalvasiyaya  uğraması  şəraitində 

2014-cü ild

ə  manatın  ABŞ  dollarına  qarşı  məzənnəsi  demək  olar ki, dəyişməmişdir.  Daxili 

inflyasiyanın  partnyor  ölkələrdəki inflyasiyadan əhəmiyyətli  aşağı  olması  isə  real effektiv 

m

əzənnəyə azaldıcı təsir etmişdir.    



 

Valyutaya t

ələb, nağd və qeyri-nağd bazarda xarici valyutanın alışı mənbələri və motivləri, 

t

əklif mənbələri, bəzi tərəfdaş ölkələrin valyutalarının dəyərsizləşməsi ilə bağlı psixoloji amillər 



M

ərkəzi Bank tərəfindən operativ izlənilmişdir. Bu əsasda  müvafiq  tənzimləmə  tədbirləri 

görülmüş, nəticədə valyuta bazarında sabitlik qorunmuş və manatın məzənnəsində tərəddüdlər 

baş verməmişdir.       

 

Az

ərbaycan  iqtisadiyyatının  mövcud  xüsusiyyətləri  şəraitində  manatın  məzənnəsinin 



sabitliyi  bir daha öz makroiqtisadi 

əhəmiyyətini təsdiq edir.  Sabit məzənnə  inflyasiya və 

inflyasiya gözl

əntilərinin idarə  olunmasında,  əhalinin və  real sektorun aktivlərinin dəyərinin 

qorunmasında,  bank  sektorunun  maliyyə  sabitliyində  əhəmiyyətli  amildir.  Eyni zamanda 

m

əzənnənin  sabitliyində  makroiqtisadi  dayanıqlığın  daha  da  möhkəmləndirilməsinə  yönəlmiş  



struktur siyas

ətlər və iqtisadi siyasətin koordinasiyası da mühüm rol oynayır.    

 



FAİZ SİYASƏTİ VƏ PUL KÜTLƏSİ. 2014-cü ildə aşağı inflyasiya şəraitində Mərkəzi 

Bank pul siyas

ətinin təşviqedici imkanlarından istifadə etmişdir. İqtisadi artımın daxili və xarici 

amill

ərini, ümumən, iqtisadi tsikldəki meyilləri nəzərə  alaraq Mərkəzi Bank pul siyasətini 

yumşaltmışdır.    

Qeyri-neft sektorunda investisiya f

əallığının  daha da artmasına  və  faiz dərəcələrinin 

enm


əsinə şərait yaratmaq üçün Mərkəzi Bank 2014-cü ildə faiz dəhlizi parametrlərinə 2 dəfə 

d

əyişiklik etmişdir. Nəticədə uçot dərəcəsi mərhələlərlə 4.75%-dən 3.5%-ə endirilmişdir. Eyni 



zamanda  bankların  xarici və  daxili öhdəlikləri  üzrə  məcburi  ehtiyat  normaları  3%-dən 2%-ə 

endirilmişdir. Bu tədbirlər depozit və kreditlər üzrə faiz dərəcələrinə azaldıcı təsir etmişdir. 

2014-cü ilin 11 

ayında manatla pul kütləsi pula tələbə uyğun olaraq 6.6% artmış, onun 

strukturunun yaxşılaşması davam etmişdir. Qeyri-nağd pul kütləsinin artımı nağd pul kütləsinin 

artımını 22 faiz bəndi üstələmişdir. 



 

1.3. Maliyy

ə sabitliyinin qorunması 

 

MAKROPRUDENSİAL  ÇƏRÇİVƏ.  Bank sisteminin xarici və  daxili  şoklara  qarşı 



dayanıqlığı artırılmış, maliyyə sabitliyi qorunmuş, maliyyə resurslarının effektiv mobilizasiyası 

v

ə  bölüşdürülməsi təmin  edilmişdir.  Bank sistemində  risklərin  akkumulyasiyasının  qarşısının 

alınması üzrə zəruri tədbirlər görülmüşdür. Bankların kapitalizasiyası davam etdirilmiş, əsas 

riskl

ərin tənzimlənməsinə yönəlmiş prudensial nəzarət çərçivəsi tətbiq edilmişdir. 

Bank sektorunda 

əsas trendlərin  diaqnostikası  əsasında  sistem  əhəmiyyətli risklər 

preventiv qaydada m

əhdudlaşdırılmışdır.  “Kontr-tsiklik” idarəetmə  və  erkən xəbərdarlıq 

sisteml


əri gücləndirilmişdir.  

Sektorun aktivl

ərinin keyfiyyətinin  qorunması  və  kredit risklərinin tənzimlənməsi 

m

əqsədilə  portfelin strukturunun yenidən  balanslaşdırılması  istiqamətində  müxtəlif vektorlu 



destimulyasiya t

ədbirləri həyata keçirilmiş, makroprudensial nəzarət çərçivəsi sərtləşdirilmişdir.  

Bankların kapitalizasiyası davam etdirilmiş, kapitalizasiya potensialı aşağı olan banklar 

üzr


ə  intensiv nəzarət rejimi tətbiq  olunmuşdur.  Kapitalizasiya  qərarının  qəbulundan  (avqust 

2012) ötən dövr ərzində bankların məcmu kapitalı 95% və ya 2 mlrd. manat artaraq 4,2 mlrd. 

manata  çatmışdır.  Sektorun  aktivlərinin 99%-nə  malik  bankların  kapitalının  həcmi 50 mln. 

manatdan yuxarı olmuşdur.  

Bank n

əzarətinin  risk  əsaslı  yeni  metodoloji  çərçivəsi  hazırlanmışdır.  Bankların 



davranış  standartlarının  müəyyənləşdirilməsi,  arzuolunmaz  biznes  praktikasının  aradan 

qaldırılması məqsədilə kredit təşkilatlarının sosial məsuliyyətlərinin artırılmasını nəzərdə tutan 



“m

əsuliyyətli” kreditləşmə üzrə yeni metodoloji çərçivə müəyyən olunmuşdur.  

Banklara etimadın artırılması tədbirləri çərçivəsində maliyyə xidmətləri istehlakçılarının 

müdafi

ə mexanizmlərinin formalaşdırılması, mübahisələrin operativ tənzimlənməsi, banklarda 



istehlakçıların hüquqlarının müdafiəsi işinin institutlaşdırılması davam etdirilmişdir.  

 



Maliyy

ə  maarifləndirilməsi  sahəsində  banklar, beynəlxalq təşkilatlar  və  dövlət 

qurumları  ilə  birgə  silsilə  tədbirlər  davam  etdirilmişdir.  40-dan çox tədris müəssisəsində  

maarifl

əndirici tədbirlər  keçirilmişdir.  Maliyyə  savadlığının  artırılması  üzrə  müxtəlif 



intellektual resurslardan ibar

ət  "Maliyyə  Maarifləndirilməsi  Portalı"nın  yaradılması 

tamamlanmışdır.  

MALİYYƏ  DAYANIQLIĞI.  Görülmüş  tədbirlər nəticəsində  bank sistemində  əsas 



dayanıqlıq  göstəriciləri  yaxşılaşmış,  bank  sisteminin  mümkün  risklərə  qarşı  maliyyə 

ehtiyatlanması daha da gücləndirilmişdir. 

Hazırda bank sektorunun dayanıqlığının əsas indikatoru olan kapital adekvatlığı 12%-

lik normaya qarşı 18,7% təşkil edir. Bank sisteminin məcmu kapitalı cari ilin 11 ayında 21,3% 

artmışdır.  



Bank sektorunun likvidliyi yüks

əkdir, öhdəlik və hesablaşmaların icrası fasiləsiz həyata 

keçirilir. Sistemin ani likvidlik 

əmsalı minimum tələbi 2 dəfə üstələyir.  



Bank aktivl

ərinin keyfiyyət göstəriciləri  qənaətbəxş  səviyyədədir. Real sektorun və 

əhalinin bank sisteminə vaxtı keçmiş borclarının portfeldə xüsusi çəkisi 5.5% təşkil edir. Bu da 

banklar t

ərəfindən yaradılmış ehtiyatlarla tam örtülür.   



Xarici borc öhd

əliklərinin bank resurslarında xüsusi çəkisi cəmi 22% təşkil edir və 

bu dayanıqlıq baxımından təhlükəsiz səviyyədir.  

Cari ild

ə  bankların  mənfəəti ötən illə  müqayisədə  23%  artmışdır.  Sistemin aktivlərinin 



g

əlirliliyi 2%, kapitalın gəlirliyi isə 13,8% təşkil etmişdir.   

 

1.4. Maliyy

ə vasitəçiliyi və bank-maliyyə infrastrukturunun inkişafı 

MALİYYƏ  VASİTƏÇİLİYİ.  2014-cü ildə  bank  sektorunun  iqtisadi  inkişafda  rolunun 



daha da yüks

əlməsi  müşahidə  olunmuşdur. Ölkənin  strateji  inkişaf  hədəflərinə  uyğun  olaraq 

M

ərkəzi Bank biznes kreditləşməsinin  genişləndirilməsi üzrə  müvafiq  tədbirlər həyata 

keçirmişdir. Bankların maliyyələşmə mənbələrinin dəyərinin azaldılması, biznes kreditləri üzrə 

x

ərclərin optimallaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür.  

Ölk


ə  üzrə  maliyyə  sistemi aktivlərinin 90%-ni özündə  cəmləşdirən bank sektorunun 

maliyy


ə dərinliyi cari ildə artmaqda davam etmişdir. Sektorun aktivləri 21.2% artaraq qeyri-

neft ÜDM-in 78%-n

ə çatmışdır. Hazırda Azərbaycan bank sektorunun maliyyə dərinliyi bank 

sisteml


əri orta inkişaf səviyyəsində olan ölkələrə uyğundur.  

Bank kreditl



əri 18%, o cümlədən uzunmüddətli kreditlər 19.2% artmışdır. Hazırda kredit 

protfelinin 81%-d

ən çoxunu uzunmüddətli kreditlər təşkil  edir.  Cari ilin 11  ayında  biznes 

kreditl


əri 18%, o cümlədən, sənaye və  istehsala 36.3%, kənd təsərrüfatı  və  emala 14.1% 

artmışdır. Biznes kreditlərinin cəmi kredit portfelində xüsusi çəkisi 73% olmuşdur. Regionlara 

kredit qoyuluşları isə 39,4% artmışdır. 

İstehlak kreditlərində mövcud dinamikanı və potensial riskləri nəzərə alaraq cari ildə bir 

sıra  tənzimləmə  tədbirləri  görülmüşdür.  Nəticədə, istehlak kreditlərinin  artım  tempi  ötən illə 

 



müqayis

ədə  1.9 dəfə  azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla isə  11%-ə  enmiş, 

avtomobil kreditl

ərinin mütləq həcmi  31%  azalmışdır.  Azərbaycanda istehlak kreditlərinin 

kredit portfelind

ə  payı  Avropa  Yenidənqurma və  İnkişaf  Bankı  üzrə  ölkələrin orta 

göst

əricisindən aşağıdır. İnkişaf etmiş ölkələrdə isə istehlak kreditlərinin portfeldə payı 50% və 



daha yuxarıdır.  

2014-cü ilin öt

ən dövründə  92  mln. manat məbləğində  ipoteka krediti  verilmişdir. 

N

əticədə,  İpoteka  Fondunun  kredit  portfeli  628  mln. manata  çatmış,  ipoteka  krediti  alanların 



sayı isə 15700-ü keçmişdir. Müvəkkil banklar, sığorta şirkətləri, qiymətləndiricilər və İpoteka 

Fondu  arasında  “Elektron  ipoteka”-nın  tətbiqinə  başlanılmışdır.  İpoteka kreditlərinin ümumi 

h

əcmi 25% artaraq 1 mlrd. manatı (qeyri-neft ÜDM-in 3%-i) üstələmişdir. 



MALİYYƏ  XİDMƏTLƏRİNƏ  ÇIXIŞ.  Hesabat  ilində  iqtisadi subyektlərin maliyyə 

xidm

ətlərinə çıxış imkanlarının genişlənməsi davam etmiş, maliyyə infrastrukturundan istifadə 

s

əviyyəsi yüksəlmişdir.   

H

ər 100 min nəfərə  düşən  bank xidməti nöqtələrinin  sayı  10-a  çatmışdır.  Əhaliyə 



maliyy

ə xidmətləri göstərən “Azərpoçt”un filialları nəzərə alınmaqla bu göstərici 20 təşkil edir. 

2014-cü ild

ə 47 yeni bank filialı açılmışdır ki, bunun da 34-ü regionların payına düşür. 

B

ank filiallarının yarıdan çoxu regionlarda cəmləşmişdir. 



Alternativ kreditl

əşmə mənbələrinin canlandırılması məqsədilə Mərkəzi Bank tərəfindən 



bank olmayan kredit t

əşkilatlarının fəaliyyəti cari ildə də dəstəklənmişdir. Qeyri-bank kredit 

t

əşkilatlarının  sayı  157-ə,  onların  filiallarının  sayı  isə  222-ə  çatmışdır.  İlin  əvvəlindən qeyri-



bank kredit t

əşkilatları üzrə aktivlər 13.3%, kreditlərin həcmi isə 12.3% artmışdır.  

Əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsində mühüm rol oynayan 

elektron bankçılıq xidmətlərinin inkişafı istiqamətində də tədbirlər görülmüşdür. Hazırda 23 

bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir. 

M

ərkəzi Kredit Reyestri (MKR) tərəfindən xidmətin yaxşılaşdırılması məqsədilə “ASAN 



xidm

ət” mərkəzlərində MKR-in 2 xidmət bölməsi fəaliyyətə başlamışdır. Kredit təşkilatları 

t

ərəfindən real vaxt rejimində reyestrə daxil olan sorğuların sayı 2,8 milyonu ötmüşdür.  



RESURS MƏNBƏLƏRİ. 2014-cü ildə də banklara inam daha da artmış, nəticədə bank 

sektorunun resurs bazası genişlənmiş, resurs mənbələrinin dayanıqlığı güclənmişdir.  

2014-cü ilin öt

ən dövründə  korporativ depozitlər 35.3% artaraq 8.2 mlrd. manata, 

əhalinin əmanətləri isə 10.8% artaraq 7.1 mlrd. manata çatmışdır. Əhalinin manat əmanətləri 

11 ayda 15% artmışdır. Regionlarda əmanətlər 12.4% artmışdır.  

Hazırda ölkədə hər 1000 nəfərə 473 əmanətçi düşür. Adambaşına əmanətin məbləği 745 

manata

, fiziki şəxslərin bank hesablarının sayı isə 6,4 milyona çatmışdır.  



Əhali bank sektoru ilə  münasibətdə  xalis kreditordur.  Əhalinin  əmanətlərinin həcmi 

kreditl


ərini 2,3 mlrd. manat üstələyir. Cari ilin ötən dövründə  əmanətlər üzrə  əhalinin faiz 

g

əlirləri  450 mln. manat olmuşdur.   



 


FAİZ  DƏRƏCƏLƏRİ.  Faiz dərəcələrinin  azalması  prosesi  davam  etmiş,  bu  prosesin 

sür

ətləndirilməsi üçün Mərkəzi Bank tərəfindən əlavə tədbirlər görülmüşdür. 

İlin  əvvəlindən  əmanətlər üzrə  orta faiz dərəcəsi  0.4 faiz bəndi azalaraq 9.4%-ə 

enmişdir.  Mərkəzi  Bankın  uçot  dərəcəsindən  əlavə  may  ayından  Əmanətlərin  Sığortalanması 

Fondunun Himay

əçilik Şurası tərəfindən sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin 

10%-d


ən 9%-ə endirilməsi də faiz dərəcələrinə azaldıcı təsir göstərmişdir. 

Kreditl

ər üzrə  faiz dərəcələri  də  azalma meyillidir. Son 5 ildə  bu meyil daha da 

gücl


ənmiş, hazırda kreditlər üzrə orta faiz dərəcəsi 14.3%, o cümlədən kommersiya kreditləri 

üzr


ə  10.8% təşkil  edir.  İstehlak kreditləri üzrə  isə  orta faiz dərəcələri kreditin növündən və 

t

əminatlılıq dərəcəsindən asılı olaraq fərqlənir. Ümumən, istehlak kreditləri üzrə faiz dərəcələri 



bir çox ölk

ələrdəki faiz dərəcələrinə yaxındır. 

ÖDƏNİŞ  SİSTEMLƏRİ.  Ödəniş  sistemlərinin  sabitliyinin  qorunması,  bu  sahədə 

yaradılmış  müasir  infrastrukturun  tətbiqi  miqyasının  genişləndirilməsi və  innovasiyaların 

t

əşviqi 2014-cü ildə də Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən olmuşdur. 

Milli Öd


əniş Sistemi vasitəsilə 2014-cü ildə həyata keçirilən ödənişlərin həcmi ÜDM-in 

2 mislini t

əşkil etmişdir. 

“Elektron hökum

ət” quruculuğu çərçivəsində yaradılmış "Hökumət Ödəniş Portalı"nın 

genişləndirilməsi  davam  etdirilmişdir.  Nəticədə  kütləvi xidmətlər göstərən 19 təşkilat  Portala 

inteqrasiya  olunmuşdur.  Bu təşkilatların  göstərdiyi  285-dən çox xidmət növü üzrə  ödənişlər 

h

əyata keçirilir. Hazırda “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının 



göst

ərdikləri xidmətlər üzrə  ödənişlərin portal vasitəsilə  qəbulu, həmçinin “ASAN ödəniş” 

sisteminin infrastruktura inteqrasiyası istiqamətində işlər tamamlanmaq üzrədir. 

2014-cü ild

ə kart infrastrukturunun inkişafı davam etmişdir. Ölkədə emissiya edilmiş 

öd

əniş kartlarının sayı 5.9 mln. ədədə, bankomatların sayı 2586-a, POS-terminalların sayı isə 



68676-

ə  çatmışdır.  Ödəniş  kartlarının  sayı  5%,  bankomatların  sayı  6.8%, POS-terminalların 

sayı isə 2 dəfə artmışdır.  

II. 2015-ci ild

ə pul siyasəti, maliyyə sabitliyi və bank sektorunun inkişafı 

2015-ci ilin pul v

ə  məzənnə  siyasəti qlobal iqtisadi risklər,  milli  iqtisadiyyatın  strateji  

inkişaf çağırışları nəzərə alınmaqla həyata keçiriləcəkdir.  

İnflyasiyanın aşağı təkrəqəmli səviyyədə saxlanması pul siyasətinin əsas hədəfini təşkil 

ed

əcəkdir.  

Manatın məzənnəsinin sabitliyi növbəti ildə mühüm prioritetlərdən biri olacaqdır. 

İqtisadi  situasiyadan  asılı  olaraq  iqtisadi  artıma  effektiv  dəstək vermək üçün  pul 

siyas

ətinin çevikliyi artırılacaqdır.  

Bank sektorunda 

maliyyə  sabitliyinin  təmin  olunması  üçün  prudensial  nəzarət 

gücləndiriləcək, kontr-tsiklik tənzimləmə davam etdiriləcəkdir.  

 



Biznes 

kreditlərinə 

çıxış 

imkanlarının 

genişləndirilməsi, real sektorun 

kreditləşdirilməsinin  stimullaşdırılması,  bank-maliyyə  infrastrukturunun  inkişafı  mühüm 

prioritetlər olacaqdır.  

Faiz dərəcələrinin azaldılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.   

 

2.1. Qlobal iqtisadi mühit v



ə makroiqtisadi proqnozlar 

QLOBAL 


İQTİSADİYYAT. Beynəlxalq-maliyyə kredit təşkilatlarının rəyinə görə 2015-

ci ild

ə qlobal iqtisadiyyatın artımı bir qədər sürətləcənək, lakin bu artım regionlar üzrə qeyri-

b

ərabər  qalacaqdır.  Qlobal  əmtəə  bazarlarında  volatillik  dərəcəsi, maliyyə  sektorunun 

f

əallığının bərpası səviyyəsi,  inkişaf etmiş ölkələrdə pul siyasətlərinin xarakteri qlobal iqtisadi 

artıma təsir edən əsas amillər olacaqdır.  

BVF-nun  son proqnozlar

ına görə  2015-ci ildə  qlobal  iqtisadi  artımın  3.8%  olacağı 

gözl


ənilir. O cümlədən İEÖ üzrə 2.3%, İEOÖ üzrə isə 5% artım proqnozlaşdırılır. 2015-ci ildə 

inflyasiya proqnozu 

İEÖ üzrə 1.8%, İEOÖ-də isə 5.6% təşkil edir. 

2015-ci ild

ə ABŞ-da iqtisadi artım və məşğulluq göstəricilərinin yaxşılaşması şəraitində 

yumşaq pul siyasətindən tədricən imtina ediləcəyi gözlənilir. Bu, qlobal maliyyə bazarlarında 

faiz d

ərəcələrinə təsir edən vacib amil olacaqdır. Avrozonanın aparıcı ölkələrində isə struktur 



islahatları iqtisadi artımın canlanmasında mühüm rol oynayacaqdır.  

2015-ci  ild

ə  qlobal ticarətin  5%  artacağı  proqnozlaşdırılır.  Beynəlxalq kapital 

axınlarının  növbəti ildə  də  daha  çox  İEÖ-lərə  istiqamətlənəcəyi  gözlənilir.  Proqnozlara  görə 

2015-ci ild

ə  birbaşa  xarici  investisiya  axınları  İEÖ-lərə  16.3%,  İEOÖ-lərə  isə  cəmi 1.6% 

artacaqdır.  

MAKROİQTİSADİ  PROQNOZLAR.  2015-ci  ildə  Azərbaycan  iqtisadiyyatında  artım 

davam edəcək, dövlətin strateji inkişaf proqramlarının həyata keçirilməsi iqtisadi artıma təsir 

edən  mühüm  amillərdən  biri  olacaqdır.  İqtisadiyyatın  şaxələnməsində  qeyri-neft  sektorunda 

investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaqdır.   

2015-


ci  ildə ölkənin xarici iqtisadi mövqeyi əlverişli qalacaqdır.  Ölkə iqtisadiyyatının 

makroiqtisadi  sabitliyi  təmin  edən  yüksək  maliyyə  dayanıqlığı  qorunacaqdır.  Mövcud 

makroiqtisadi  proqnozlar  çərçivəsində  tədiyə  balansının  cari  əməliyyatlar  hesabının  profisitli 

olması gözlənilir.  

2015-

ci ildə iqtisadi artımın 4.4% təşkil etməsi proqnozlaşdırılır. İqtisadi artım əsasən 



qeyri-

neft sektoru hesabına təmin ediləcək,  qeyri-neft sektoru üzrə artım proqnozu 8.2% təşkil 

edir.   

İqtisadi artımda daxili tələbin rolu əhəmiyyətli səviyyədə qalacaqdır. Proqnozlara görə 

2015-

ci ildə daxili investisiyalar 6.1%, əhalinin pul xərcləri isə real olaraq 5.2% artacaqdır.  



 

2.2. Pul siyas

əti və makroiqtisadi sabitlik 

 



PUL  SİYASƏTİNİN  HƏDƏFLƏRİ.  2015-ci ildə  səlahiyyətləri çərçivəsində  qiymət 

sabitliyinin t

əmin edilməsi Mərkəzi Bankın pul siyasətinin əsas məqsədini təşkil edəcəkdir.    

Son qlobal v

ə  daxili iqtisadi meyilləri nəzərə  alaraq,  orta müddətli perspektivdə 

inflyasiya

nın  aşağı  səviyyədə  qalması  gözlənilir.  Növbəti ildə  inflyasiya  2-3%  səviyyəsində 

h

ədəflənir.  



Pul siyas

ətinin  həm inflyasiya, həm də  deflyasiya risklərinə  çevik reaksiyası  təmin 

edil

əcəkdir.  Bu reaksiyanın  xarakteri  və  miqyası  inflyasiyaya  təsir göstərən  tələb və  təklif 



amill

ərindən asılı olaraq dəyişəcəkdir.  

Növb

əti ildə  də  Mərkəzi Bank müxtəlif  qiymət indekslərinin təhlilinə  və  inflyasiyanın 



proqnozdan k

ənarlaşması risklərinin  hərtərəfli qiymətləndirilməsinə xüsusi diqqət yetirəcəkdir. 

İnflyasiya (deflyasiya) təzyiqlərinin müvəqqəti və uzun müddətli amillərini fərqləndirmək üçün 

baza inflyasiyan

ın  dinamikası  daim  izlənəcəkdir.  Pul siyasətinin  adekvat  reaksiyasının 

formalaşmasında Mərkəzi Bank iqtisadi tsikl modelinin nəticələrini də nəzərə alacaqdır.   

M

ƏZƏNNƏ  SİYASƏTİ.  2015-ci ildə  məzənnə  siyasətini həyata keçirərkən Mərkəzi 



Bank makroiqtisadi sabitliyin t

əmin edilməsi, maliyyə sabitliyinin və qeyri-neft iqtisadiyyatının 

r

əqabət qabiliyyətinin qorunması kimi hədəfləri əsas götürəcəkdir.  

Manatın  sabit  məzənnəsi  aşağı  təkrəqəmli inflyasiya hədəfinə  nail  olunmasında,  sosial 

rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rol oynayır. Bunu nəzərə alaraq 2015-

ci ild


ə manatın məzənnəsinin sabitliyi mühüm prioritetdir. 

M

əzənnə  rejimi  əsasən dəyişməz saxlanacaq,  ABŞ  dolları/manat  məzənnəsinin 



h

ədəflənməsi  növbəti ildə  də  məzənnə  siyasətinin  əməliyyat çərçivəsini təşkil  edəcəkdir. 

Növb

əti ildə  də  ikitərəfli məzənnə  ilə  yanaşı,  manatın  nominal və  real effektiv məzənnələri 



monitorinq edil

əcəkdir. 

PUL SİYASƏTİ ALƏTLƏRİ. Pul təklifinin məqbul artım tempinə nail olmaq üçün 2015-

ci ild

ə  Mərkəzi Bank  pul  bazarında  likvidliyin  verilməsi və  ya  sterilizasiyası  alətlərindən 

istifad

ə edəcəkdir.  

Makroiqtisadi proqnozlar pula t



ələbin  stabilləşməsi  meyilinin 2015-ci ildə  də  davam 

ed

əcəyini göstərir.  



Pul  bazarındakı  vəziyyətdən  asılı  olaraq  Mərkəzi Bank  tərəfindən  likvidliyin 

t

ənzimlənməsi, o cümlədən inyeksiya əməliyyatlarından istifadə diqqətdə saxlanılacaqdır. Bazar 



əməliyyatları pul siyasəti məqsədləri ilə yanaşı bank sistemində sabitliyin qorunması, maliyyə 

vasit


əçiliyinin  stimullaşdırılması  və  ödənişlərin  vaxtlı-vaxtında  həyata keçirilməsinə  xidmət 

ed

əcəkdir. Klassik alətlərlə  yanaşı  qeyri-ənənəvi pul siyasəti alətlərindən də  zəruri hallarda 



istifad

ə  edilməsi təmin olunacaq, o cümlədən  banklar vasitəsilə  biznesin  kreditləşdirilməsi 

al

ətləri inkişaf etdiriləcəkdir.  



Likvidlik  al

ətləri üzrə  faiz dərəcələri “faiz dəhlizi  konsepsiyası”na  uyğun  olaraq 

əyyənləşdiriləcəkdir. 2015-ci ildə faiz dəhlizinin parametrləri iqtisadi mühitə çevik şəkildə 



 

10 


uyğunlaşdırılacaqdır. Öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirərkən Mərkəzi Bank 

ölk


ədə kreditlər üzrə faiz dərəcələrinin azaldılması prioritetini də nəzərə alacaqdır. 

Pul siyas

əti alətlərinin kəmiyyət parametrlərini müəyyən  edərkən  pul siyasətinin 

iqtisadiyyata ötürücülük qabiliyy

əti  -  transmissiyası  xüsusiyyətləri  də  nəzərə  alınacaqdır. 

Pul siyas

əti alətlərinin təkmilləşdirilməsi və  onların  iqtisadiyyata təsirlərinin gücləndirilməsi 

istiqam


ətində tədbirlər  davam etdiriləcəkdir.  Xüsusilə banklararası  pul bazarının  fəaliyyətinin 

gücl


əndirilməsi diqqətdə  saxlanacaq,  buradakı  faiz  dərəcələrinin faiz dəhlizi mexanizminə 

inteqrasiyası imkanlarına baxılacaqdır.  

PUL  SİYASƏTİNİN  ÇƏRÇİVƏSİ.  Mərkəzi Bank pul siyasətinin strateji çərçivəsini 

2015-ci ild

ə  də  təkmilləşdirməkdə  davam edəcəkdir. Bu təkmilləşdirmə  bir tərəfdən 

inflyasiyanın birbaşa hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması, digər tərəfdən isə 

M

ərkəzi Bankın tənzimləmə arsenalının genişləndirilməsi istiqamətlərində aparılacaqdır. 

Beyn


əlxalq təcrübəyə görə inflyasiyanın birbaşa hədəflənməsi qiymət sabitliyini təmin 

etm


əyin  ən effektiv çərçivəsidir.  Mərkəzi  Bankın  faiz  dərəcələri vasitəsilə  məcmu tələbə, 

iqtisadi  artıma  və  inflyasiyaya yüksək təsir  imkanlarını  nəzərdə  tutan bu siyasət  çərçivəsi 

inflyasiya gözl

əntilərini sabitləşdirir  və  makroiqtisadi  şokların  təsirlərini  çevik 

neytrallaşdırmağa  imkan  verir.  Bunun  üçün  müvafiq  şərait  formalaşdıqca  (xarici valyuta 

m

ənbələrinin  şaxələnməsi, maliyyə  və  kapital  bazarlarının  dərinləşməsi, bank sektorunun 



maliyy

ə  dərinliyinin artması  və  s.) faiz dərəcəsindən  məcmu tələbə  təsir edən  operativ hədəf 

kimi istifad

ə olunması imkanları yaranacaqdır. 

Pul siyas

əti çərçivəsinin təkmilləşdirilməsi  zamanı  son  vaxtlar  dünyada  pul siyasəti 

dizaynında baş verən dəyişikliklər də nəzərə alınacaqdır. Son qlobal böhran göstərdi ki, mərkəzi 

banklar 


dayanıqlı  iqtisadi  inkişafı  yalnız  qiymət sabitliyi ilə  dəstəkləməklə 

kifay


ətlənməməlidirlər. Hazırda dünyada mərkəzi bankların hədəf perimetrinin (qiymət sabitliyi 

il

ə  yanaşı,  iqtisadi  artım  və  maliyyə  sabitliyi) və  alət  arsenalının  genişləndirilməsi  məsələsi 



aktuallaşmışdır.  

Maliyy


ə  sektorunda  riskli  artımın  makroiqtisadi disbalanslar yarada bilmə  ehtimalını 

n

əzərə  alaraq monetar siyasət makroprudensial siyasətlə  sıx  əlaqələndiriləcəkdir.  Pul siyasəti 



al

ətləri ilə  təmin olunan  makroiqtisadi sabitlik maliyyə  sektorunda hərarətlənmənin  qarşısını 

alan kontr-tsiklik makroprudensial al

ətlərin tətbiqi ilə gücləndiriləcəkdir.  

 

 

2.3. Maliyy



ə sabitliyi siyasəti 

M

ərkəzi Bank 2015-ci ildə  də  bank sektorunun potensial  risklərə  qarşı  dayanıqlığının 

yüks

əldilməsinə, risklərin preventiv rejimdə  məhdulaşdırılmasına  yönəldilmiş  fəaliyyətini 

davam etdir

əcəkdir.  

2015-ci ild

ə  bank nəzarəti  çərçivəsinin təkmilləşdirilməsi  Bazel III prinsipləri,  habelə 

bank f


əaliyyətinin yerli mühitinin  xüsusiyyətləri nəzərə  alınmaqla davam  etdiriləcəkdir.  Risk 

11 


 

əsaslı  və  kontr-tsiklik prudensial tənzimləmənin həyata keçirilməsinə  imkan verən siyasət 

modelinin  qurulması,  hər bir risk növünün prudensial tələblərlə  əhatəsi üzrə  işlər davam 

etdiril

əcəkdir. 



Sektorun aktivl

ərinin keyfiyyətinin qorunması üçün bankların təmkinli kredit fəallığı 

v

ə  kredit portfelinin strukturunun yenidən  balanslaşdırılması  təmin  olunacaqdır.  Kredit 



qoyuluşlarının  dinamikasının  iqtisadi  inkişaf  strategiyası  ilə  uzlaşmasını  təmin etmək üçün 

istehlak kreditl

əri üzrə  artımın  tənzimlənməsi  davam etdiriləcəkdir. Banklarda “məsuliyyətli 

kreditl


əşmə” fəlsəfəsinin tətbiqi  inkişaf  etdiriləcək,  girovların  realizasiyası  mexanizminin 

t

əkmilləşdirilməsinə  dair  yeni  təşəbbüslər göstəriləcəkdir.  Bank sektorunda riskli artımın 



qarşısını  almaq üçün növbəti ildə  də  yeni prudensial nəzarət alətlərinin tətbiqi  imkanları 

araşdırılacaqdır.  



2015-ci ild

ə əməliyyat riskləri üzrə tənzimləmə çərçivəsinin yaradılması və əməliyyat 

riskl


ərinin  kapital  adekvatlığının  hesablanmasında  nəzərə  alınması  nəzərdə  tutulur.  Bank 

sistemind

ə  konsolidasiya  prosesləri davam etdiriləcəkdir. Sistem əhəmiyyətli  bankların  risk 

profilin


ə  uyğun  nəzarət çərçivəsinin seçilməsi  diqqətdə  saxlanılacaq, zəruri hallarda 

restrukturizasiya istiqam

ətində tədbirlər görüləcəkdir.  

Banklarda riskl

ərin idarə edilməsi üzrə daxili potensialın yüksəldilməsi üçün korporativ 

idar


əetmə  standartlarının  kompleks  tətbiqi, idarəetmənin keyfiyyətinə, menecmentin 

kompetensiyalarına,  texnoloji  və  kadr  potensialına  tələblərin yüksəldilməsi  istiqamətində 

f

əaliyyət davam etdiriləcəkdir. 



Əhali və  korporativ sektorun bank sisteminə  etimadının  artırılmasına yönəlmiş 

t

ədbirlər çərçivəsində  maliyyə  xidmətləri  istehlakçılarının  maraqlarının  müdafiəsi sisteminin 



gücl

əndirilməsi mühüm priortetlərdən biri olacaqdır. Əhalinin maliyyə savadlığı səviyyəsinin 



yüks

əldilməsi istiqamətində fəaliyyət gücləndiriləcəkdir. Maliyyə Maarifləndirilməsi Portalının 

bu  işdə  xüsusi  rol  oynayacağı  gözlənilir. Maliyyə  savadlığı  sahəsində  müxtəlif təşkilatlarla 

birg

ə  kütləvi tədbirlər davam etdiriləcəkdir.  Bu istiqamətdə  yeni maarifləndirici vasitə  və 



m

əhsulların hazırlanması təmin ediləcəkdir.   

 

2.4. Maliyy

ə vasitəçiliyi və infrastrukturunun inkişafı 

MALİYYƏ DƏRİNLİYİ VƏ KREDİTƏ ÇIXIŞ. 2015-ci ildə Mərkəzi Bank iqtisadiyyatın 



şaxələnməsində  bank-maliyyə  sektorunun rolunun yüksəldilməsi istiqamətində  fəaliyyətini 

davam etdir

əcəkdir. Maliyyə resurslarını iqtisadiyyatın şaxələnməsinə yönəldən, iqtisadi artıma 

effektiv  d

əstək verməklə  gəlirlərin daha səmərəli  bölüşdürülməsinə  və  sosial  rifahın  daha  da 

yaxşılaşmasına xidmət edən maliyyə sisteminin formalaşması təşviq olunacaqdır.  

Biznesin uzunmüdd

ətli kredit əldə  etməsi  imkanlarını  artırmaq  üçün yeni 

maliyy


ələşmə  mexanizmlərin  yaradılması  imkanları  araşdırılacaq,  bankların  real  sektora yeni 

m

əhsul və xidmətlər təklif etməsi təşviq olunacaqdır. Biznes kreditləşməsinin genişlənməsində 



real sektor t

ərəfindən effektiv biznes layihələrinin təqdim edilməsi mühüm amil olacaqdır. Real 

 

12 


sektor mü

əssisələrinin  maliyyə  hesabatlığının  beynəlxalq standartlara tam uyğunlaşması, 

kreditorların  hüquqlarının  qorunması  mexanizminin gücləndirilməsi  biznes  kreditlərinə  çıxış 

imkanlarını artıran mühüm amildir.   



Faiz d

ərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu 

istiqam


ətdə bank sektorunun resurs bazasının artırılması üçün əhalinin, korporativ sektorun və 

institusional investorların uzunmüddətli yığımlarının bank sektoruna cəlbinin stimullaşdırılması 

diqq

ətdə  saxlanacaqdır.  Habelə, nağdsız  ödənişlərin  stimullaşdırılması  və  nəticədə 



kreditl

əşmənin resurs mənbələrinin genişləndirilməsi istiqamətində fəaliyyət gücləndiriləcəkdir. 

Əmanətlərin sığortalanması  mexanizminin  təkmilləşdirilməsi çərçivəsində qorunan əmanət və 

əmanətçilərin  əhatəsinin  genişləndirilməsi  imkanlarına  baxılacaqdır.  Bank sektorunda 

restrukturizasiyanın davam etdirilməsi, banklararası bazarın inkişaf etdirilməsi, banklarda daxili 

potensialın  gücləndirilməsi və  əməliyyat  effektivliyinin yüksəldilməsi, habelə  bank 

xidm

ətlərinin  elektronlaşdırılması  və  distant bank xidmətləri  faiz  dərəcələrinə  azaldıcı  təsir 



ed

ən amillər olacaqdır.  



Regional 

bankçılığın inkişafı 2015-ci ildə də diqqətdə saxlanılacaq, kredit institutlarının 

regional  şəbəkəsinin  genişləndirilməsi təşviq  olunacaqdır.  Fiziki  filial  şəbəkəsi ilə  yanaşı 

distansion  bankçılıq  mexanizmlərinin, o cümlədən,  elektron  bankçılıq  alətlərinin  inkişaf 

etdirilm


əsi  mühüm  prioritetlərdən  olacaqdır.  Regionlarda  sosial  rifahın  yüksəlməsində 

mikromaliyy

ənin rolunu nəzərə  alaraq  bank olmayan kredit  təşkilatlarının  inkişafına  diqqət 

artırılacaqdır.  Mikromaliyyə  institutları,  o  cümlədən  “Azərpoçt” MMC-nin regional xidmət 

şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması üzrə əlavə tədbirlər görüləcəkdir.   

İpoteka  kreditləşdirilməsi  sisteminin  inkişafı  istiqamətində  fəaliyyət 2015-ci  ildə  də 

davam etdiril

əcəkdir. Bu istiqamətdə öyrənilmiş dünya təcrübələri əsasında hökumətlə birlikdə 

yeni t


əşəbbüslərin  həyata keçirilməsi imkanlarına  baxılacaqdır.  Sosial  ipotekanın  əhatəsinin 

genişləndirilməsi  də  mühüm prioritetdir.  İpoteka  kreditləşməsi prosesinin sadələşdirilməsi 

m

əqsədilə  “Elektron  ipoteka”  sisteminin  imkanlarından  istifadə  ediləcəkdir. Vətəndaşların 



ipoteka kreditl

ərinə  elektron müraciət  imkanı  yaradılacaqdır.  Adi  ipoteka kreditləşməsinin 

genişləndirilməsi üçün əlavə bazar mənbələrinin cəlbi, yeni ipoteka məhsullarının yaradılması, 

ipoteka kreditl

əri  üzrə  zəmanət  mexanizminin  formalaşdırılması  istiqamətində  tədbirlər 

görül


əcəkdir.

 

ÖDƏNİŞ  İNFRASTRUKTURU.  Nağdsız  ödənişlərin  miqyasının  genişləndirilməsi 



növb

əti ildə  də  prioritet fəaliyyət istiqamətlərindən olacaq,  Milli  Ödəniş  Sisteminin  əsas 

komponentl

ərinin davamlı inkişafı təmin ediləcəkdir. 

Hökumət  Ödəniş  Portalının  infrastrukturundan  istifadənin  genişləndirilməsi 

istiqamətində  dövlət  qurumlarının  portala  inteqrasiyası  işləri  davam  etdiriləcəkdir.  “ASAN 

xidm

ət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə 



13 

 


öd

ənişlərin  Portal  vasitəsilə  qəbulu  təmin ediləcəkdir. Həmçinin “ASAN ödəniş”  sisteminin 

yaradılmış infrastruktura inteqrasiyası başa çatdırılacaqdır. 

Banklarda elektron bank  xidm

ətlərindən istifadənin genişləndirilməsi məqsədilə bu 

sah


ədə risklərin idarə olunması, müştərilərin eyniləşdirilməsi, müştəri və bank münasibətlərinin 

t

ənzimlənməsi məqsədilə müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur. 



 

Yekun 

2014-

cü ildə milli iqtisadiyyatda dinamik inkişaf və şaxələnmə prosesləri davam etmiş, 

müxtəlif sosial-iqtisadi göstəricilər üzrə ölkənin beynəlxalq reytinqləri daha da yaxşılaşmışdır. 

Milli iqtisadiyyat qlobal 

gərginliyə və risklərə qarşı daha yüksək dayanıqlıq nümayiş etdirmiş, 

iqtisadi 

artım davam etmişdir.  

2014-cü  ild

ə  makroiqtisadi  sabitlik  qorunmuş,  inflyasiya  aşağı  təkrəqəmli  səviyyədə 

saxlanmış  və  manatın  məzənnəsinin  sabitliyi  təmin  olunmuşdur. Bank sektorunun maliyyə 

vasit

əçiliyi  və  maliyyə  xidmətlərinə  çıxış  inkanları  daha  da  genişlənmişdir.  Bank sektorunda 

riskl

ərin qabaqlayıcı rejimdə idarə edilməsi nəticəsində bankların maliyyə dayanıqlığı daha da 

yaxşılaşmışdır.  

2015-ci ild

ə  də  Mərkəzi  Bankın  fəaliyyətində  makroiqtisadi və  maliyyə  sabitliyinin 

qorunması əsas hədəflərdir.  

A

şağı  təkrəqəmli  inflyasiya səviyyəsinin  qorunması  və  manatın  məzənnəsinin sabitliyi 

növb

əti  ildə  də  mühüm prioritetlərdir.  Eyni zamanda  iqtisadi  artım  çevik  pul siyasəti  ilə 

d

əstəkləklənəcəkdir.  

M

ərkəzi Bank bank sektorunda maliyyə dayanıqlığının qorunmasını, o cümlədən risklərin 

minimallaşdırılmasını təmin edəcəkdir.  

Bank sektorunun  maliyy

ə dərinliyinin artırılması və onun iqtisadi artımda daha effektiv 

iştirakının stimullaşdırılması istiqamətində də fəaliyyət gücləndiriləcəkdir.  

 

14 



Yüklə 151,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin