Az ə rbaycanda qeyri-infeksion x



Yüklə 0.69 Mb.
Pdf просмотр
səhifə1/9
tarix28.12.2016
ölçüsü0.69 Mb.
  1   2   3   4   5   6   7   8   9

 

 

 

 

 

 

 

 

 

Az

ə

rbaycanda  

qeyri-infeksion x

ə

st

ə

likl

ə

r

ə

 dair  

v

ə

ziyy

ə

tin t

ə

hlili 

 

yekun hesabat 

 

Bu layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar 

Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə 

ofisinin texniki və ekspert dəstəyi ilə həyata keçirilmişdir. 

 

Layihədə və hesabatın hazırlanmasında İSİM-in direktoru Ceyhun Məmmədov rəhbərlik 



etmiş, yerli ekspertlər – Teymur Əsədov (ÜST), Sevil Əsədova (ÜST), Tofiq Musayev 

(İSİM), Səidə İsmayılova (İSİM), Leyla Abbasova (İSİM),  beynəlxalq ekspertlər –            

Cill Farrinqton (ÜST) və Plamen Dimitrov (ÜST) iştirak etmişlər. 

 

 

 

 

 

Bak

ı

 - 2009 

Az

ə



rbaycan Respublikas

ı

 



S

ə

hiyy



ə

 Nazirliyi 

 

Ü

mumd



ü

nya  


S

ə

hiyy



ə

 T

əş



kilat

ı

 



 

MÜNDƏRİCAT 

GİRİŞ............................................................................................................................ 4 



QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏRİN (QİX) YAYILMASI.................................... 5 

2.1 

Yaş və cins qrupları üzrə xəstələnmə və ölüm halları göstəriciləri:......................... 5 



2.1.1 

Ümumi məlumat ............................................................................................ 5 

2.1.2 

Ürək-damar xəstəlikləri.................................................................................. 6 



2.1.3 

Bədxassəli törəmələr ...................................................................................... 8 

2.1.4 

Şəkərli diabet ............................................................................................... 11 



2.1.5 

Tənəffüs orqanlarının xəstəlikləri................................................................. 12 

2.1.6 

Xarici təsirlər ............................................................................................... 13 



2.2 

Risk faktorlarının yayılması ilə bağlı yaş və cins qrupları üzrə məlumatlar .......... 15 

2.2.1 

Bioloji risk faktorları:................................................................................... 15 



2.2.2 

Davranışla bağlı risk faktorları ..................................................................... 18 

QEYRİ-İNFEKSİON XƏSTƏLİKLƏRIN YÜKÜ KONTEKSTİNDƏ........................ 24 



QIX ILƏ BAĞLI HAZIRKİ SİYASƏT STRATEGİYALARI..................................... 26 

4.1 

Tütün və spirtli içkilər.......................................................................................... 27 



4.2 

Şəkərli diabet....................................................................................................... 28 

4.3 

Bədxassəli törəmələr............................................................................................ 29 



4.4 

“Yol hərəkəti haqqında” Qanun ........................................................................... 30 

4.5 

Peşə və ətraf mühitlə bağlı sağlamlıq ................................................................... 30 



4.6 

Özəl sektor və qeyri-hökumət təşkilatları ............................................................. 31 

HAZIRKİ İMKANLAR .............................................................................................. 31 



5.1 

Səhiyyə informasiya sistemi ................................................................................ 31 

5.2 

Səhiyyə xidmətləri ............................................................................................... 33 



5.3 

Fiziki və təşkilati infrastruktur ............................................................................. 34 

5.4 

Xidmətlərin və işçi qüvvəsinin bölgüsü................................................................ 36 



5.5 

Səhiyyə xidmətlərinə çıxış ................................................................................... 37 

İLKIN SƏHİYYƏ XİDMƏTİ ..................................................................................... 38 



İCMA İMKANLARİ................................................................................................... 39 

ARAŞDIRMA İMKANLARI...................................................................................... 40 



MALİYYƏ RESURSLARI ......................................................................................... 41 

10  NƏTİCƏ VƏ TÖVSİYƏLƏR ..................................................................................... 42 

İSTİNAD EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI .................................................................. 45 



 

Cədvəllərin siyahısı 

Cədvəl 2-1:  Beş əsas səbəbdən ölüm yükü............................................................................ 5 

Cədvəl 2-2:  Qan-damar sistemi xəstəlikləri səbəbindən ölüm halları göstəriciləri ................. 6 

Cədvəl 2-3:  Seçilmiş ölkələr üzrə standartlaşdırılmış ölüm əmsalları.................................... 7 

Cədvəl 2-4:  Ürək-damar xəstəlikləri üzrə xəstələnmə halları göstəriciləri ............................. 7 

Cədvəl 2-5:  Bədxassəli törəmələr səbəbindən ölüm halları ................................................... 8 

Cədvəl 2-6:  Seçilmiş ölkələr üzrə bədxassəli törəmələrin bütün formaları səbəbindən 

standartlaşdırılmış ölüm əmsalları ......................................................................................... 9 

Cədvəl 2-7:  Bədxassəli törəmələrin ilk dəfə aşkarlanması və yayılması ................................ 9 

Cədvəl 2-8:  Bədxassəli törəmələrin beş ən çox aşkarlanan forması....................................... 9 

Cədvəl 2-9:  Bədxassəli törəmələrin ən yüksək standartlaşdırılmış ölüm əmsalına malik iki 

növü.................................................................................................................................... 10 

Cədvəl 2-10:  Azərbaycanda şəkərli diabetin aşkarlanması və yayılması ............................. 12 

Cədvəl 2-11:  XOACX-nin yayılması.................................................................................. 12 

Cədvəl 2-12:  Xarici təsirlər səbəbindən ölüm halları .......................................................... 13 

Cədvəl 2-13:  Xarici təsirlər səbəbindən xəstələnmə halları ................................................. 13 

Cədvəl 2-14:  Yaş qrupları üzrə zədələnmələrin aşkarlanması göstəriciləri .......................... 13 

Cədvəl 2-15:  Yaş və cins qrupları və yaşayış yeri üzrə bədən kütlə indeksi ........................ 17 

Cədvəl 2-16:  Yaşayış yeri, təhsil və gəlir vəziyyətinə görə tütün çəkmənin yayılması ........ 19 

Cədvəl 2-17:  Tütün çəkməklə əlaqədar ölüm hallarının sayı / cəmi ölüm halları................. 20 

Cədvəl 2-18:  Seçilmiş ölkələrdə spirtli içkilərdən istifadə .................................................. 20 

Cədvəl 2-19:  Meyvə və tərəvəz istehlakı ............................................................................ 22 

Cədvəl 2-20:  Yaş qrupları üzrə fiziki fəallıq vərdişləri........................................................ 23 

Cədvəl 2-21:  Cins qrupları və yaşayış yeri üzrə fiziki fəallıq vərdişləri............................... 23 

Cədvəl 3-1:  2000-2007-ci illər üzrə əsas demoqrafiya, iqtisadi və sağlamlıq göstəriciləri ... 26 

Cədvəl 4-1:  Cins qrupları və yaşayış yeri üzrə avtomobillərdə təhlükəsizlik kəmərlərindən 

istifadə ................................................................................................................................ 30 

Cədvəl 5-1:  Dövlət səhiyyə informasiya sisteminin qiymətləndirilməsi .............................. 32 

Cədvəl 5-2:  Səhiyyə resursları............................................................................................ 33 

Cədvəl 5-3:  Tibb müəssisələrindən istifadə ........................................................................ 34 

 

Diaqramların siyahısı 

Diaqram 2.1: Ölüm göstəriciləri, Azərbaycan, 2002 .............................................................. 6 

Diaqram 2.2: Yaş qrupları üzrə bədxassəli törəmələrin aşkarlanması................................... 10 

Diaqram 2.3:  Xarici zədələnmələr və zəhərlənmələr səbəbindən hər 100000 əhaliyə düşən 

standartlaşdırılmış ölüm göstəriciləri................................................................................... 14 

Diaqram 2.4:  Yol qəzaları nəticəsində zədələnmə və ölüm göstəricilərinin dinamikası ....... 15 

Diaqram 2.5:  Cins və yaş qrupları üzrə yüksək qan təzyiqinin yayılması ............................ 16 

Diaqram 2.6:  Yaş qrupları üzrə kişilər arasında tütün çəkmənin yayılması ......................... 19 

Diaqram 2.7:  Yaş qrupları üzrə spirtli içkilərdən istifadənin yayılması ............................... 21 

Diaqram 3.1:  Əhalinin yaş strukturu................................................................................... 24 

Diaqram 3.2:  Yaş qrupları üzrə 1000 nəfər əhaliyə düşən ölüm göstəriciləri....................... 25 

Diaqram 5.1: Səhiyyə sisteminin təşkilati strukturu ............................................................. 35 

Diaqram 5.2: Əhalinin hər 10000 nəfərinə düşən həkimlərin və orta tibb işçilərinin iqtisadi 

regionlar üzrə bölgüsü......................................................................................................... 36 

Diaqram 5.3:  Əhalinin hər 10000 nəfərinə düşən xəstəxana və ambulator-poliklinik 

müəssisələrin iqtisadi rayonlar üzrə bölgüsü........................................................................ 37 

 


 





Giri

ş

 

Qeyri-infeksion xəstəliklər (QİX) tütün çəkmə, spirtli içkilərdən istifadə, keyfiyyətsiz 

qidalanma  və  fiziki  passivlik  kimi  ümumi  risk  faktorlarını  özündə  əks  etdirən  xroniki 

sağlamlıq  halları  qrupudur.  İnkişaf  etmiş  ölkələrdə  əsas  sağlamlıq  yükü  qeyri-infeksion 

xəstəliklərin üzərinə düşür.  ÜST-nin Avropa üzrə Regional Ofisinin verdiyi statistikaya görə 

QİX səbəbindən xəstələnmə və ölüm halları müvafiq olaraq 77% və 86% təşkil edir. ƏUÖU 

(Əlilliyə  görə  Uyğunlaşdırılmış  Ömür  Uzunluğu)  vasitəsilə  ölçülən  xəstələnmə  yükünün 

təqribən  60%-i  yeddi  əsas  risk  faktoru  səbəbindən  baş  verdiyi  güman  edilir:  yüksək  qan 

təzyiqi, tütün, spirtli içki, qanda xolesterinin miqdarının yüksək olması, artıq çəki, az meyvə 

və tərəvəz qəbul etmə, zəif fiziki aktivlik

1

. Azərbaycanda isə yuxarıda qeyd olunan bu yeddi 



risk faktoru səbəbindən xəstələnmə yükü 38,9% olsa da, onların ümumi ölüm səbəblərindəki 

payı 87,7% təşkil edir

2

.  


1990-cı  illərin  əvvəllərində  Sovet  İttifaqının  parçalanmasından  sonra  Azərbaycanın 

Dağlıq  Qarabağ  bölgəsində  baş  verən  silahlı  münaqişə,  böyük  sayda  qaçqın  və  məcburi 

köçkünlərin  axını  və  səhiyyə  sektorunun  pis  vəziyyətə  düşməsi  nəticəsində  ölkədə  ölüm 

hallarının  sayı  kəskin  şəkildə  artdı.  1990-cı  illərin  sonunda  isə  neft  sektoruna  investisiya 

qoyuluşu  neft  gəlirlərinin  artmasına  və  iqtisadi  fəallığın  yüksəlməsinə  səbəb  oldu.  Ötən  bir 

neçə  onillikdə  beynəlxalq  ictimaiyyətin  dəstəyi  ilə  Azərbaycanda  yoluxucu  xəstəliklərin 

qarşısının  alınmasına  və  səhiyyə  sistemində  islahatların  aparılmasına  cəhd  edilib.  Buna 

baxmayaraq  qeyri-infeksion  xəstəliklər  və  xüsusilə  də  onların  risk  faktorlarının  qarşısının 

alınması istiqamətində əsas siyasi qərarverici şəxslərin və hökumətin bir sıra tədbirlər həyata 

keçirməsinə  ehtiyac  var.  Qeyri-infeksion  xəstəliklərin  artmaqda  olan  yükü  ölkənin  davamlı 

inkişafı və iqtisadiyyatının keçid mərhələsinin uğurla başa çatdırılmasına mane ola bilər.  

Hesabatda aşağıdakı məqsədlərə nail olmaq nəzərdə tutulur: 

 

Siyasət,  proqram  və  qarşısı  alınma  tədbirlərinin  planlaşdırılması,  monitorinq  və 



qiymətləndirilməsi üçün zəruri ilkin informasiya bazasını toplamaq və yaymaq; 

 



QİX-in  qarşısının  alınması  və  bu  xəstəlikləri  nəzarətdə  saxlamaq  üçün  ölkənin 

ehtiyaclarını,  mövcud  boşluqları,  imkanları  və  addımları  sənədləşdirmək,  təhlil 

etmək və müəyyənləşdirmək; 

 



Əsas  qərarverici  şəxsləri  məlumatlandırmaq  və  QİX  üzrə  fəaliyyətlər  nümunəsi 

yaratmaq. 

Hesabat  ÜST-nin  Avropa  üzrə  Regional  Ofisinin  hazırladığı  nümunə  əsasında  tərtib 

olunub.  Ürək-damar  xəstəlikləri,  xərçəng,  şəkərli  diabet  və  tənəffüs  orqanlarının  xroniki 

xəstəliyi  kimi  dörd  xroniki  sağlamlıq  vəziyyəti  ilə  yanaşı,  cəmiyyət  və  səhiyyə  sektoruna 

əhəmiyyətli  təsiri  olduğundan  hesabatda  kənar  səbəblərdən  baş  verən  xəstələnmə  və  ölüm 

halları  da  təhlil  edilir.  Təhlil  metodologiyasına  rəsmi  statistika,  beynəlxalq  məlumat  bazası, 

epidemioloji  araşdırmalar  və  əhali  arasında  aparılmış  sorğulardan  əldə  oluna  bilən 

informasiyanın  və  məlumat  bazasının  toplanması  və  nəzərdən  keçirilməsi  daxildir.  Bundan 

əlavə  dövlət  səhiyyə  xidməti  rəsmiləri,  tibbi  xidmətlərin  təchizatçıları  və  qeyri-hökumət 

səhiyyə xidməti təşkilatlarının nümayəndələri ilə intervyular aparılıb.   

İnformasiyanın dəqiqliyi və tamlığı üçün bütün cəhdlər göstərilməsinə baxmayaraq, bu 

hesabatda  verilən  informasiyanın  etibarlılığına  və  keyfiyyətinə  dair  öhdəliyi  işçi  qrup  öz 

üzərinə götürmür. Xəstələnmə və ölüm halları ilə bağlı statistik məlumatlar Dövlət Statistika 

Komitəsi  (DSK)  və  Səhiyyə  Nazirliyinin  Statistika  və  İnformatika  İdarəsindən  (Sİİ)  əldə 

olunub.  Standartlaşdırılmış  ölüm  göstəriciləri  Avropada  Hamı  üçün  Səhiyyə  Məlumat 



 

Bazasından  (HÜS-MB)  götürülüb.  Risk  faktorları,  davranışlar,  sağlamlıq  barədə  bilik  üzrə 



məlumat toplamaq üçün əhali arasında aparılmış sorğulardan istifadə olunub. Bütün seçilmiş 

ölkələr  üçün  müvafiq  il  üzrə  məlumat  əldə  etmək  mümkün  olduğu  halda  beynəlxalq 

müqayisələr  aparılmışdır.  Bu  hesabatın  bir  hissəsində  bəhs  olunduğu  kimi  milli  səhiyyə 

informasiya  sistemində  mövcud  boşluqlar  həmişə  qənaətbəxş  informasiya  almağa  imkan 

vermir. Buna görə də mümkün olduğu hallarda mövcud şəraiti daha yaxşı başa düşmək üçün 

müxtəlif  mənbələrdən  olan  məlumatlar  da  təqdim  olunmuşdur.  Kifayət  qədər  məlumat  və 

araşdırmalar olmadığından iqtisadi təsirlə bağlı təhlil aparılmayıb. 

 



Qeyri-infeksion x

ə

st

ə

likl

ə

rin yay

ı

lmas

ı

  

 

2.1 



Ya

ş

 v

ə

 cins qruplar

ı

 

ü

zr

ə

 x

ə

st

ə

l

ə

nm

ə

 v

ə

 

ö

l

ü

m hallar

ı

 g

ö

st

ə

ricil

ə

ri: 

2.1.1 

Ü

mumi m

ə

lumat  

 

Azərbaycan Respublikası Xəzər dənizinin qərb sahilində yerləşir və şimaldan Rusiya, 



cənubdan İran və Türkiyə, qərbdən isə Gürcüstan və Ermənistanla həmsərhəddir. 2008-ci ildə 

ölkə əhalisinin sayı 8,63 milyon nəfər olub. Ölkə 66 inzibati ərazi vahidinin daxil olduğu 10 

iqtisadi regiona bölünür

3

. 2 milyon nəfərdən artıq əhalisi olan Bakı şəhəri ölkənin paytaxtı və 



ən böyük şəhəri hesab olunur. Böyüklüyünə görə ikinci şəhər Gəncə şəhəridir (320 min nəfər 

əhali).  

Cəmiyyətin və səhiyyə sektorunun əsas sağlamlıq yükünü təşkil edən qeyri-infeksion 

xəstəliklər  Azərbaycanda  ölüm  və  xəstələnmə  hallarının  başlıca  səbəbi  hesab  olunur. 

Azərbaycan  Dövlət  Statistika  Komitəsinin  (DSK)  məlumatına  əsasən  2007-ci  ildə  ölkə  üzrə 

ümumilikdə  53655  ölüm  halı  qeydə  alınmış  və  bunların  53%-ni  kişilər  təşkil  edib

4

.  Ölüm 


hallarının  əsas  beş  səbəbi  qan  dövranı  xəstəlikləri,  xərçəng,  tənəffüs  sistemi  orqanlarının 

xəstəlikləri,  həzm  orqanlarının  xəstəlikləri,  habelə  zədələnmə  və  zəhərlənmə  kimi  kənar 

səbəblərdən ölüm halları təşkil etmişdir. Bu beş səbəb 2007-ci ildə ölüm hallarının 87,5%-ni 

təşkil  etmişdir.  Buna  baxmayaraq  tənəffüs  orqanları  xəstəliklərinə  həmçinin  yoluxucu 

xəstəliklər  də  daxil  edildiyindən  sırf  qeyri-infeksion  xəstəliklər  səbəbində  ölüm 

göstəricilərinin payı nisbətən aşağı göstərilir:

 

C

ə

dv

ə

l 2-1:  Be

ş

 

ə

sas s

ə

b

ə

bd

ə



ö

l

ü

m y

ü

k

ü

 (2007) 

Ölüm hallarının səbəbləri 

Ölüm halları 

Ölüm hallarının ümumi sayı 

53655 

100 


Qan dövranı sistemi xəstəlikləri 

30355 


56.57 

Yenitörəmələr  

6650 

12.39 


Tənəffüs orqanlarının xəstəlikləri  

3725 


6.94 

Həzm orqanlarının xəstəlikləri 

3206 

5.97 


Zədələnmələr,  zəhərlənmələr  və 

xarici səbəblərin təsirindən 

3007 

5.6 


 

Mənbə: Dövlət Statistika Komitəsi 

 

ÜST-nin  hesablamalarına  görə  2002-ci  ildə  cəmi  ölüm  hallarının  83%-i  xroniki 



xəstəliklər və zədələnmələr səbəbindən baş vermişdir.  

 

 



 

Diaqram 2.1: 

Ö

l

ü

m g

ö

st

ə

ricil

ə

ri, Az

ə

rbaycan, 2002 (

Ü

ST. Az



ə

rbaycanda Xroniki 

X

ə

st



ə

likl


ə

rin T


ə

siri)  


 

2.1.2 

Ü

r

ə

k-damar x

ə

st

ə

likl

ə

ri 

Ürək-damar  xəstəlikləri  ürək  və  qan  damar  xəstəlikləri  qrupudur.  Bu  xəstəlilər 

arteriyaların içəri divarlarında piy və xolesterinin yığılması nəticəsində əmələ gəlir. Bu proses 

ürək və beynin qanla təchizatını azaldır və nəticədə miokard infarktı və insultun baş verməsi 

ilə  nəticələnir.  Ürək-damar  xəstəliklərində  qanda  xolesterinin  miqdarının  çoxluğu,  şəkər, 

yüksək qan təzyiqi, tütün çəkmə, piylənmə və fiziki passivlik kimi bir neçə faktor rol oynayır. 

Azərbaycanda  bu  risklərin  çox  olması  əksər  insanlarda  ürək-damar  xəstəliklərinin  meydana 

gəlmə təhlükəsini artırır. 

2007-ci  ildə  qeyri-infeksion  xəstəliklər  səbəbindən  baş  verən  ölüm  halları  arasında 

əsas  hissə  ürək-damar  xəstəliklərinin  payına  düşür.  Belə  ki,  qan-damar  sistemi  xəstəlikləri 

səbəbindən  ölüm  hallarının  sayı  30355  olmuş  və  bu  2007-ci  ildə  ümumi  ölüm  hallarının 

56,5%-ni  təşkil  etmişdir

5

.  Ürəyin  işemik  xəstəliyi  səbəbindən  ölüm  hallarının  sayı  15766 



nəfər, beyin-damar xəstəlikləri (həm işemik, həm də beyin qansızması) səbəbindən isə ölüm 

hallarının sayı 7419 nəfər təşkil etmişdir

6

. Qan-damar sistemi xəstəliklərində ölənlərin 28%-



ni 65 yaşadək insanlar təşkil edir.  

C

ə

dv

ə

l 2-2:  Qan-damar sistemi x

ə

st

ə

likl

ə

ri s

ə

b

ə

bind

ə



ö

l

ü

m hallar

ı

 g

ö

st

ə

ricil

ə

ri 

Göstərici 

2001 

2002 

2003 

2004 

2005 

2006 

2007 

Ölüm  göstəriciləri,  hər 

100000  nəfərə  

316.2 


329.2 

344.6 


344.8 

355.3 


355.2 

358.8 


Kişilər 

arasında 

ölüm 

göstəriciləri,  hər  100000 



nəfərə 

314.2 


330.7 

343.5 


349.6 

363.7 


361.6 

363.6 


Qadınlar  arasında  ölüm 

göstəriciləri,  hər  100000 

nəfərə 

318.1 


327.7 

345.6 


346.4 

347.2 


349.1 

354.1 


Şəhər  əhalisi  arasında 

ölüm  göstəriciləri,  hər 

100000  nəfərə 

344.6 


349.9 

361.5 


369.3 

374.9 


373.8 

370.9 


Kənd 

əhalisi  arasında 

ölüm  göstəriciləri,  hər 

100000  nəfərə 

286.9 

307.9 


326.6 

325.4 


334.5 

335.4 


345.8 

M

ə

nb

ə

: D


ö

vl

ə



t Statistika Komit

ə

si 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə