Az ə rbaycanda Pe şə



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə64/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   61   62   63   64   65   66   67   68   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Közəmənin növləri 
Közəmə ən geniş yayılmış təmir növlərindən biridir. Material nisbətən az zədələndikdə bundan 
istifadə edilir. Maşınla közəmə daha məhsuldar və keyfiyyətlidir. Bu üsul zədələnmiş sahə 5 sm
2
olduqda 
həmin sahəni kəsmədən yerinə yetirirlər. Bunun üçün parçanın tərs tərəfindən zədələnmiş sahənin 
arxasına ya əsas materialdan ya da əsas parçanın rənginə və quruluşuna uyğun seçilmiş material kəsib 
yerləşdirirlər. Üz tərəfdən ziqzaq tikişlə tikirlər. ən geniş yayılmış təmir növlərindən biri də yaxalığın 
təmiridir: Köhnəlmiş üst yaxalığı dəyişdirmək. Yaxalığın fasonunu dəyişdirmək. Üst yaxalığı dəyişdirərkən 
ya əsas parçadan ya da bəzək materialından istifadə edilir. Yaxalığın fasonunu dəyişdikdə isə üst yaxalığı 
sökür, alt və üst yaxalığı yeni formaya uyğun biçir və yenidən yerinə birləşdirirlər.
Ən geniş yayılmış təmir növlərindən biri də geyimin modaya uyğun olaraq uzunluğunu 
dəyişməkdir. Geyimi uzatmaq üçün tikiş payından, əgər qat xətti köhnəlmışsə, onda köbədən istifadə 
edilir. Bundan əlavə əsas materialın rənginə uyğun əlavə bəzək materialından da calaq kimi istifadə 
etməklə geyimi uzatmaq mümkündür. Məmulatı yeniləmək üçün ciblərin fasonlarını dəyişdirirlər. 
Məsələn: kəsik çərçivəli cibi listikli cib ilə əvəz edirlər. Üstdən qoyma ciblər çox köhnəldikdə, onu sökür 
yerinə cibə oxşar relyef tikişi tətbiq edirlər. Bortun laskanının köhnəlmiş, yeyilmiş kənarının təmiri üçün 
köbədən istifadə olunur. Bu halda düymə yerləri əllə hörmələnir. Bort lap köhnəldikdə isə tipik üsulla 
bəzək materialından istifadə edilir. Köbəli ilgəkləri təmir edərkən köbələri yenidən biçib tikirlər. Bəzi 
hallarda isə ancaq ətək, kürək və qolun aşağısının astarı dəyişdirilir. Kəmərlə hazırlanan müxtəlif çeşidli 
məmulatların təmirində ən geniş yeri şalvar tutur. Şalvarın ən geniş yayılmış təmirlərindən onun eni və 
uzununun, astarının dəyişdirilməsidir. Ikiqat manjetli şalvarın manjeti köhnələrkən onu birqat manjetlə 
və ya manjetsiz hazırlayırlar. Şalvarı yeniləyərkən bəzək materialından istifadə edilmir. Istifadə etdikdə 
belə gərək həmin materialdan gödəkcə və jilet hazırlayasan. Ciblərin astarı köhnəldikdə çox zaman yenisi 
ilə əvəz olunur. Çox vaxt şalvarın oturacaq hissəsinin yeyilməsinin qarşısını almaq üçün o hissəyə də astar 
tikirlər. Geyimləri təmir edərkən daha məhsuldar üsullardan istifadə edilməlidir. Məsələn, 
əməliyyatların əksəriyyəti yapışqanla bərkitmə üsulundan və yapışqanlı araqatı materialının istifadəsinə 
üstünlük verilməlidir. 


73 
5.3.2. Tələbələr üçün fəaliyyətlər 

Üç qrupa bölünün. Hər qrupa üzərində sual yazılmış vatman kağızı paylanır. Qruplar 
suallara yazılı sürətdə cavab verirlər. Kağızlar lövhədən asılır və suallar ətrafında müzakirə 
aparılır. 

Beş nəfərlik dörd qrupa bölünün. Hər qrupdan beş nömrə altında əyləşən tələbələrdən 
yeni qrup yaradılır. Bu ekspert qrupudur. Mətn dörd hissəyə bölünür və ekspert qrup 
iştirakçılarına paylanır. Onlar verilən hissələri oxuyub qavramalı, əvvəlki qruplarına qayıdıb 
onlara anlatmalıdır. Mətnin tələbələr tərəfindən qavranma dərəcəsini təyin etmək üçün 
müəllim sual-cavab edir. 
5.3.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin