Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
– Onu mən məcbur etdim. Ümid edirəm, etirazın yoxdur, – dedi.
Dəftərçəni Sürəyyaya verib, otaqdan çıxdım. Baba mənim ağlamağıma nifrət
edərdi.
TOYDAN BİR AY SONRA Tahirilər, Şərif və arvadı Süzi, bir də Sürəyyanın bir
neçə xalası yığılıb, bizə gəldilər. Sürəyya səbzi-plov bişirmişdi. Nahardan sonra biz
Babanın yun adyal altında uzandığı divanın başına yığıldıq. O, Şəriflə zarafat
etməyimə, Sürəyya ilə barmaqlarımızı daraqlayıb oturmağımıza, saçını üzündən
yığışdırmağıma baxırdı. İçindəki təbəssümün qovaq ağaclarının titrədiyi gecələrdə
və bağçalardan kriket sədalarının ucalmağa başladığı günlərdəki Kabil səması kimi
geniş idi.
Gecəyarısına az qalmış Baba onu yatağa aparmamızı xahiş etdi. Sürəyya ilə
onun qollarını çiynimizə aşırıb, öz qollarımızla Babanın kurəyinə dayaq verdik. Onu
uzandıranda Sürəyyaya yatağının yanındakı lampanı söndürtdürdü. Bizi özünə
tərəf əyib hər birimizi öpdü.
– Mən sizin morfinizi və su gətirəcəm, Kaka can, – Sürəyya dedi.
– Bu gün yox, – dedi. – Bu gecə ağrı yoxdur.
– Okey, – deyib, Sürəyya adyalı yuxarı çəkdi. Qapını bağlayıb çıxdıq.
Baba bir də oyanmadı.
HEYVORDDAKI MƏSCİDİN qarşısındakı maşın yerləri dolmuşdu. Binanın
arxasında seyrələn çəmənliyin kənarında böyüklü-balacalı maşınlar sıralara dü-
zülmüşdü. Adamlar məsciddən üç-dörd məhəllə aralıda yer tapıb maşınlarını
saxlamalı olurdular.
Məscidin kişilər üçün hissəsi əfqan palazları və sıra-sıra döşəkcələrlə döşənmiş
kvadrat otaq idi. Molla Qurandan surələri mikrofonla zikr edirdi. Qapının yanında,
mərhumun ailə üzvləri üçün yerdə oturmuşdum. General Tahirini yanımda
oturtmuşdular.
Açıq qapıdan sıralanmış maşınların ön pəncərələrində sayrışan günəş şüalarını
görürdüm. Maşınlardan düşən sərnişinlərə baxırdım – kişilərin əynində tünd rəngli
kostyum, qara paltarlı qadınların başında ənənəvi ağ hicab vardı.
Qurandakı sözlər otaq boyunca təkrar səsləndikcə, mən Babanın Bəlucistanda
qara ayı ilə yalın əlli güləşməsi barədə köhnə əhvalatı xatırlayırdım. Əslində Baba
bütün ömrü boyu qara ayılarla güləşmişdi. Gənc arvadını itirəndə də. Təkbaşına
oğul böyüdəndə də. Sevimli vətənini ana yurdunu tərk edəndə də. Yoxsulluq.

Ləyaqətsiz yaşam. Sonda onun məğlub edə bilmədiyi ayı gəlmişdi. Amma onda da
Baba məğlubiyyətin şərtlərini özü diqtə etmişdi.
Hər dua dövrəsi bitəndə yasa gələnlər çıxıb getməzdən əvvəl mənə təsəlli
vermək üçün sıraya düzülürdü. Borcumu yerinə yetirib, mən də onların əllərini
sıxırdım. Onların çoxunu, demək olar ki, tanımırdım. Amma nəzakətlə gülümsəyir,
mənə xoş arzularına görə təşəkkür edir, Baba haqqında xatirələrini dinləyirdim.
– O mənə Taymanidə ev tikməyə kömək etmişdi... Ruhu şad olsun...
– Kömək üçün gedəcək bir kimsəm yox idi, o da mənə borc verdi...
– Məni heç tanımırdı... amma iş tapdı...
– Qardaşım kimi idi...
Onlara qulaq asdıqca anlayırdım ki, mənim kim olduğum, hansı yeri tutduğum
Baba və onun insanların həyatında buraxdığı izlə müəyyənləşirdi. Bütün həyatım
boyu “Babanın oğlu” olmuşdum. İndi o yox idi. Daha Baba mənə yol göstərə
bilməyəcəkdi. Özüm öz yolumu tapmalı idim.
Bu barədə düşündükcə dəhşətə gəlirdim.
Bundan əvvəl qəbiristanlığın müsəlmanlar üçün kiçik hissəsində mən onların
Babanı qəbrə endirməsinə baxırdım. Molla ilə başqa bir kişi qəbir üstündə oxunan
ayənin doğru seçilib-seçilmədiyi ilə bağlı mübahisə edirdilər. General Tahiri işə
qarışmasaydı, çox pis qurtaracaqdı. Molla onunla mübahisə edən kişiyə çəp-çəp
baxaraq, özünün seçdiyi ayəni oxudu. Sonra mən onların qəbrin içinə torpaq
atmalarının şahidi oldum. Sonra getdim. Dözməyib qəbiristanlığın o biri başına
çəkildim. Qırmızı ağcaqayın ağacının kölgəsində dizlərim üstə çökdüm.
İndi, yasa gələnlər çıxıb gedəndən sonra məscid boşalmışdı. Ortalıqda
mikrofonu söndürən və Quranı yaşıl parçaya bükən molladan başqa kimsə yox idi.
Generalla axşam günəşinin işıqlandırdığı havaya çıxdıq. Pilləkənlərdən aşağı enib,
siqaret çəkən kişilərin yanından keçdik. Qırıq-qırıq söhbətlərini eşitdim – gələn
həftə Yunion Sitidə futbol matçından və Santa Klarada açılan əfqan restoranından
danışırdılar. Həyat davam edirdi, Baba arxada qalmışdı.
– Necəsən, bəççem? – general Tahiri dedi.
Dişimi sıxdım. Sanki, bütün gün gözümdən axmağa hazırlaşan göz yaşlarını
dişləyib qaytarmağa çalışırdım.
– Sürəyyanı tapım, – dedim.
– Yaxşı.
Məscidin qadınlar olan hissəsinə keçdim. Sürəyya pillələrin üstündə anası və
toyda gördüyüm bir neçə qadınla birgə dayanmışdı. Sürəyyaya işarə elədim. Ana-
sına nə isə deyib, mənə tərəf gəldi.
– Bir az gəzişə bilərik? – soruşdum.
– Əlbəttə, – deyib, əlimdən tutdu.
Alçaq arakəsmələrin arasında çınqıllı səkilərin üstü ilə sükut içində üzü aşağı
getdik. Skamyaya oturub bir neçə sıra aralıda qəbirin yanında diz çöküb məzara
qızçiçəyi dəstələri düzən yaşlı cütlüyə baxdıq.

– Sürəyya?
– Bəli?
– Mən onun üçün darıxacam.
Əlini dizimə qoydu. Barmağında Babanın aldığı çila
20
parıldayırdı. Sürəyyanın
arxasında Babanın yasına gələnlərin maşınları Missiya Bulvarına çıxıb uzaqlaşırdı.
Az sonra biz də gedəcəkdik. Və həyatında ilk dəfə Baba tək-tənha qalacaqdı.
Sürəyya məni özünə çəkdi və nəhayət, göz yaşları axmağa başladı.
SÜRƏYYA İLƏ MƏN nişanlı qalmamışdıq. Tahirilər haqqında öyrəndiklərimin
çoxunu da evlilikdən sonra öyrənmişdim. Məsələn, öyrənmişdim ki, ayda bir dəfə
general bir həftə sürən miqrendən əziyyət çəkir. Miqren, baş ağrılarından, demək
olar ki, gözünün tutulmasına qədər şiddətlənirdi. Başağrısı başlayanda general öz
otağına çəkilir, soyunur, işığı söndürür, qapını bağlayır və ağrı kəsilənə qədər ordan
çıxmırdı. Heç kimin içəri girməyə, hətta qapını döyməyə ixtiyarı yox idi. Nəhayət, o
yenidən boz kostyumunu əyninə geyib, üzə çıxardı. Gözləri şişmiş və qanla dolu,
generaldan yuxu və yataq qoxusu gələrdi. Sürəyyadan öyrəndim ki, o elə gözünü
açandan generalla xanım Tahirinin ayrı otaqlarda yatdığını görüb. Bəzən kaprizli
ola bilərdi. Məsələn, arvadının qarşısına qoyduğu qurmadan bir tikə götürüb,
sonra köksünü ötürər, qabı geri itələyərdi. Xanım Tahiri “dayan, başqa bir şey
bişirim” desə də, o məhəl qoymaz, küsər, soğan çörək yeyərdi. Bu, Sürəyyanı
acıqlandırar, anasını ağladardı. Sürəyya deyirdi ki, atası depressiya əleyhinə
dərman qəbul edərdi. Öyrəndim ki, o, ailəsini hələ də sosial yardım siyahısında
saxlayır və ABŞ-a gələndən heç bir gün də işləməyib. General statusuna uyğun
olmayan işlə məşğul olmaqdansa yemək talonlarını və hökumətin verdiyi çekləri
xırıd etməyi daha şərəfli hesab edirdi – bit bazarını da general yalnız xobbi kimi,
dost-tanış əfqanlarla ünsiyyət imkanı kimi görürdü. General inanırdı ki, tez ya gec,
Əfqanıstan azad olacaq, monarxiya bərpa ediləcək və onun xidməti yenə də lazım
olacaq. Odur ki, hər gün boz kostyumunu ütülətdirib əyninə geyər, cib saatını taxar
və gözləyərdi.
Artıq Cəmilə xala deyə çağırdığım xanım Tahirinin vaxtilə Kabildə gözəl səsi ilə
məşhur olduğunu öyrənmişdim. Heç vaxt bu işlə peşəkar məşğul olmasa da,
istedadı dillər əzbəri idi – eşitdiyimə görə o, xalq mahnıları, qəzəl və hətta ancaq
kişilərin oxuduğu raqa oxumaqda mahir idi. Amma general musiqini nə qədər
sevsə də, – onun əfqan və hindi xanəndələrin lent yazılarından ibarət gözəl
kolleksiyası vardı – düşünürdü ki, mahnı oxumaq aşağı səviyyəli adamların işi idi.
Evlənərkən də generalın şərtlərindən biri bu olubmuş ki, Cəmilə xala heç vaxt
cəmiyyət içində oxumasın. Sürəyya mənə demişdi ki, anası bizim toyumuzda da
bircə mahnı oxumaq istəyibmiş. Amma generalın bir çəp baxışı ilə məsələ bitmişdi.
Cəmilə xala həftədə bir dəfə loto oynar və hər axşam Coni Karsona
21
baxardı.
Günlərini bağçada qızılgül, ətirşah, kartof və səhləb kollarına qulluqla keçirərdi.

Sürəyya ilə evlənəndən sonra güllərlə Conni Karson arxa plana keçdilər.
Cəmilə xalanın həyatının yeni bəzəyi mən idim. Generalın mühafizəkar və
diplomatik davranışından fərqli olaraq – mən onu “General Sahib” adlandırmaqda
davam etsəm də, o düzəliş vermirdi – Cəmilə xala məni nə qədər sevdiyini heç
gizlətmirdi. Mən onun xəstəliklərinin uzun siyahısını, bu söhbətlərə heç məhəl
qoymayan generaldan fərqli olaraq, dinləməkdən imtina etmirdim. Sürəyya
demişdi ki, anası iflic olandan bəri sinəsində istənilən ağrını infarkt, oynaq ağrısını
revmatoid artrit, göz qırpmasını isə daha bir iflic sayırdı. Cəmilə xalanın ilk dəfə
boynundakı şiş haqda danışması yaxşı yadımdadır.
– Mən sabah məktəbə getməyib, sizi həkimə apararam, – demişdim. General
isə cavabında gülümsəyib bunu etməməyi məsləhət görmüşdü:
– Onda gərək kitab-dəftərini birdəfəlik qırağa atasan, bəççem. Sənin xalanın
tibbi problemləri Ruminin əsərləri kimidir – cildlərlə gəlir.
Amma məsələ təkcə onda deyildi ki, Cəmilə xala öz xəstəlik monoloqlarına
auditoriya tapmışdı. Əmin idim ki, hətta tüfəngi götürüb, adam öldürməyə
çıxsaydım da, onun sönməyən məhəbbəti üstümdən əskik olmayacaqdı. Çünki
mən onun qəlbini ən ağır dərdən qurtarmışdım. Onu bütün əfqan analarının
ümumi dərdi olan elçi dərdindən xilas etmişdim. Bütün əfqan anaları bir şeydən
qorxur: qızlarına şərəfli xastəqar – elçi gəlməz, qızları tək qalar, ərsiz, uşaqsız
qocalar. Hər qadının ərə ehtiyacı vardı. Hətta o, qadının içindəki nəğməsini
söndürsə də.
Və yenə də Sürəyyadan öyrəndim ki, Virciniyada nə baş vermişdi.
Biz toyda idik. Sürəyyanın dayısı, miqrasiya idarəsində işləyən Şərif, oğluna
Nyu Arkdan əfqan qız almışdı. Toy altı ay əvvəl Sürəyya ilə mənim aurussimizin
olduğu banket zalında idi. Qonaqların arasında dayanıb, bəyin ailəsinin gəlinə üzük
taxma mərasiminə baxırdıq ki, arxası bizə dayanan iki orta yaşlı qadının danışığını
eşitdik.
– Nə gözəl gəlindir, – qadınlardan biri dedi. – Bir baxsana, necə
mağbuuldur
22
, sanki, ay parçasıdır.
– Elədir, – o biri razılaşdı. – Həm də tərtəmiz. İsmətli. Oğlanı-filan olmayıb.
– Bilirəm. Sənə deyim ki, bu oğlan yaxşı eləyib, bibisi qızını almadı.
Sürəyya ürəyini yalnız evə qayıdanda boşaltdı.
Mən “Ford”umu Fremont Bulvarında qırağa çəkib, işıqforun altında saxladım.
– Hər şey yaxşıdır, – deyə, onun saçlarını geriyə sığalladım. – Kimin nə
vecinədir, onlar nə danışır.
– Necə haqsızlıq edə bilirlər, lənətə gəlmişlər, – deyə söyləndi.
– Sadəcə, unut.
– Oğlanları gecə klubuna gedib qız tutur, sonra qız dostları hamilə qalır,
nikahsız uşaq doğurlar, heç kim bir söz demir. Nə var, nə var, kişidirlər, əylənirlər!
Mən bir səhv edirəm və hamı nəng və namusdan danışmağa başlayır. Elə bil ki,
ömrümün axırına kimi üzüqara qalmalıyam.

Çənəsinin kənarı ilə, xalının üstündən axan göz yaşını barmağımın ucu ilə
sildim.
– Sənə deməmişəm, – Sürəyya əlini gözlərinə sürtüb dedi. – Atam həmin gecə
silahla gəlmişdi. Ona... dedi ki..., iki gülləsi var, mən atamla qayıtmasam, birini ona,
o birini özünə vuracaq. Mən qışqırıb, atamı müxtəlif sözlərlə qarğıyırdım, deyirdim
ki, məni ömrümün sonunadək qapalı saxlaya bilməz. Onun ölməsini istədiyimi
dedim. – Kirpiklərinin arasından yenə göz yaşları axmağa başladı. – Bu sözləri ona
həqiqətən də demişdim. Demişdim ki, ölsə bundan yaxşı olardı.
Yaş Sürəyyanın gözündən süzülüb axır, o isə danışmaqda davam edirdi.
– Məni evə gətirəndə anam boynuma sarıldı. O da ağlayırdı. Nəsə deyirdi,
amma sözləri yaxşı tələffüz edə bilmədiyindən, dediklərini anlamırdım. Atam məni
yataq otağına aparıb, güzgünün qarşısında əyləşdirdi. Əlimə qayçını verib, sakitcə
saçlarımın hamısını kəsməmi əmr etdi. Sona qədər saçımı kəsməyimə tamaşa
elədi.
Həftələrlə evdən bayıra çıxmadım. Nəhayət, evdən çıxanda, hara gedirdimsə,
pıçıltı eşidir, ya da təsəvvürümə gətirirdim. Bu, dörd il əvvəl və iki min kilometr
uzaqda baş verib. Amma mən hələ də bu pıçıltıları eşidirəm.
– Boş ver, rədd olsunlar, – dedim.
Sürəyyadan yarıhıçqırıq, yarıgülüşə bənzər bir səs çıxdı:
– Xastəqari günü axşam sənə telefonla bu barədə danışanda əmin idim ki, sən
fikrini dəyişəcəksən.
– Belə bir şey ola bilməzdi, Sürəyya.
O, gülümsəyib, əlimi tutdu.
– Səni tapmağıma çox xoşbəxtəm. İndiyə kimi rast gəldiyim əfqan oğlanlardan
çox fərqlisən.
– Gəl, bir də bu barədə danışmayaq, okey?
– Okey.
Yanağından öpüb, maşını yola çıxardım. Maşını sürdükcə, niyə fərqli olduğumu
düşünürdüm. Bəlkə, ona görə ki, mənə kişilər tərbiyə vermişdi? Mənim böyü-
düyüm ortamda qadınlar olmadığından onların əfqan cəmiyyətindəki ikili
standartların qurbanı olmalarından xəbərim yox idi. Bəlkə də, ona görə ki, Baba da
ənənəvi əfqan atası deyil, öz qaydaları ilə yaşayan liberal, cəmiyyətdəki ənənələri
öz baxışlarına uyğunluğuna görə ya qəbul edən, ya vecinə almayan dissident idi.
Amma, məncə, Sürəyyanın keçmişinə məhəl qoymamağımın əsas səbəbi öz
keçmişimin təmiz olmaması idi. Mən peşmançılığın nə olduğunu hər kəsdən yaxşı
bilirdim.
BABANIN ÖLÜMÜNDƏN QISA müddət sonra Sürəyya ilə Fremontda, general
və Cəmilə xalagildən bir neçə məhəllə aralıda ikiotaqlı evə köçdük. Sürəyyanın vali-
deynləri yeni mənzil münasibətilə bizə dəri üzlüklü qəhvəyi divan və Mikasa
boşqab dəsti bağışladılar. Generalın mənə ayrıca bir hədiyyəsi də vardı – yepyeni
IBM çap maşını. Qutunun içində farsca yazılmış qeyd də var idi:

Əmir can,
Ümid edirəm ki, bu dillərdə çoxlu yeni hekayələr ortaya çıxacaq.
General İqbal Tahiri
Babanın Folksvagen avtobusunu satdım. O günədək bit bazarına geri
qayıtmamışdım. Hər cümə günü onun qəbri üstə gedər və hərdənbir başdaşının
yanında təzə çiçəklər görəndə Sürəyyanın buraya mənsiz də gəldiyini anlardım.
Sürəyya ilə gündəlik qayğılara və kiçik problemlərə alışmışdıq. Diş fırçalarımızı
və corablarımızı səhv salar, səhərlər qəzeti ikimizin arasında bölüşərdik. O, yatağın
sağ, mən sol tərəfində yatmağı xoşlayardıq. O, yumşaq yastıqla yatmağı xoşlardı,
mən bərk yastıqla. O, səhərlər yarmanı quru-quru, çərəz kimi yeyib, üstündən süd
içərdi, mənsə qarışdırardım.
Həmin yay məni San Hose Dövlət Universitetinə qəbul etdilər və mən İngilis
dili ixtisasını seçdim. Eyni zamanda Sanniveyl şəhərində mebel anbarında müha-
fizəçi işinə düzəlmişdim. İş dəhşətli dərəcədə darıxdırıcı olsa da, vaxta qənaət
baxımından əla imkan idi. Hər gün axşam saat 6-da adamlar işdən gedəndə və
plastiklə örtülmüş divan qalaqlarının arasında kölgələr oynaşmağa başlayanda mən
kitablarımı çıxarıb, dərslərimə hazırlaşardım. Elə ilk romanımı da şam ağacı və
mebel yağı qoxuyan mebel anbarında yazmağa başladım.
Növbəti il Sürəyya da San Hose Dövlət Universitetinə daxil oldu və atasının
ovqatını təlx edib, müəllimlik ixtisasını seçdi. Bir gün nahar vaxtı general bu
söhbəti açdı.
– Bilmirəm, istedadını niyə belə boşuna xərcləmək istəyirsən? Bilirsənmi,
Əmir, onun aldığı qiymətlər yalnız “beş” olurdu. – O, qızına tərəf çevrildi. – Sənin
kimi savadlı qız hüquqşünas, siyasi analitik ola bilərdi. İnşallah, Əfqanıstan azad
olanda sən yeni konstitusiyanı yazmağa kömək edərsən. Onda sənin kimi gənc,
istedadlı əfqanlara ehtiyac olacaq. Hətta sənin hansı nəsildən olduğunu nəzərə
alıb, nazir postu da təklif edə bilərlər.
Sürəyyanın geriyə söykənib, üzünün əzələlərinin gərildiyini gördüm.
– Mən qız deyiləm, Padər, ərli qadınam. Bir də ki, onların müəllimə də ehtiyacı
ola bilər.
– Müəllimliyi hər kəs bacarar.
– Düyüdən qalıb, madər?
General Heyvordda dostlarını görmək üçün bizi tərk edəndə Cəmilə xala
Sürəyyanı ovundurmağa çalışdı.
– O da sənin yaxşılığını istəyir, – dedi. – İstəyir ki, sən uğurlu olasan.
– Uğurlu olum ki, o da vəkil qızını dostlarına tərifləyə bilsin. Generalın bir
medalı da artıq olsun, – Sürəyya cavab verdi.
– Bu nə axmaq sözlərdir, danışırsan!
– Uğurlu olum, – Sürəyya deyinirdi. – Heç olmasa, onun kimi deyiləm.
Başqaları Şurəvi ilə döyüşür, o isə gözləyir ki, tozanaq yatandan sonra hərəkətə
gəlsin və hökumətdə yerini tutsun. Ola bilsin ki, müəllimə çox pul vermirlər, amma

bu, mənim görmək istədiyim işdir. Sevdiyim iş budur və hər necə olsa da, sosial
yardım hesabına dolanmaqdansa, bu yaxşıdır.
Cəmilə xala dilini dişlədi.
– Dediklərini eşitsə, bir də heç vaxt səninlə danışmaz.
– Narahat olma, – deyə, Sürəyya əlindəki salfeti masaya çırpdı. – Onun
qiymətli eqosunu sındırmayacam.
1988-ci İLİN YAYINDA, sovet qoşunları Əfqanıstandan çıxandan altı ay əvvəl
mən ilk romanımı bitirdim. Kabildə ata və oğul dramından bəhs edən roman,
əsasən, generalın mənə bağışladığı çap maşınında yazılmışdı. Mən ondan artıq
agentliyə məktub göndərmişdim, amma yenə də bir avqust günü poçtumu açıb,
Nyu Yorkdakı agentlikdən tam əlyazmamı göndərmə xahişi görəndə sevincdən nə
edəcəyimi bilmirdim. Ertəsi gün əlyazmanı onlara göndərdim. Sürəyya ehtiyatla
bükülmüş əlyazmanı öpüb gözü üstünə qoydu və Cəmilə xala təkid elədi ki, onu
Quranın altından keçirək. O dedi ki, mənim üçün nəzir deyəcək. Kitabım qəbul
olunsa, bir quzu qurban kəsilib, əti kasıblara paylanacaqmış.
– Xahiş edirəm, xalacan, nəzir lazım deyil, – deyə onun üzündən öpdüm.
Sadəcə, zəkat verin – ehtiyacı olanlara pul paylayın. Qoyun öldürmək lazım deyil.
Altı həftə sonra Martin Qrinvolt adlı birisi Nyu Yorkdan zəng edib, dedi ki,
mənim təmsilçim olmaq istəyir. Bunu yalnız Sürəyyaya dedim.
– Amma agentimin olması, heç də o demək deyil ki, məni nəşr edəcəklər.
Martin romanımı satsa, bayram edərik.
Bir ay sonra Martin zəng edib, naşirin romanı qəbul etdiyini söylədi. Sürəyyaya
deyəndə sevincdən qışqırmağa başladı.
Həmin axşam Sürəyyanın valideynləri ilə birgə bayram naharı yedik. Cəmilə
xala küftə – xırda küftəciklərlə plov, bir də firni bişirmişdi. Sevincdən gözü yaşarmış
general dedi ki, mənimlə fəxr edir. General Tahiri və arvadı gedəndən sonra
Sürəyya ilə sevincimizi bir də dərsdən evə gələndə aldığım Merlot şərabı ilə qeyd
etdik – general qadınların spirtli içki içməsini bəyənmədiyindən Sürəyya onun
yanında içə bilməzdi.
– Səninlə elə fəxr edirəm ki... – o, qədəhini qaldırdı. – Əmi də indi səninlə fəxr
edərdi.
– Bilirəm, – dedim. Həmin anda mən də Babanı düşünürdüm. Onun məni görə
bilməsini arzulayırdım.
Həmin gecə Sürəyya yuxuya gedəndən sonra – şərabın təsirindən həmişə
yuxulayırdı – mən balkonda dayanıb, sərin yay havasını ciyərlərimə alırdım. Rəhim
Xanı və onun mənim ilk hekayəmi oxuduqdan sonra yazdığı dəstək məktubunu
xatırladım. Həsəni düşündüm. “Bir gün, inşallah, sən böyük yazıçı olacaqsan”,–
demişdi. Demişdi ki, dünyanın hər yerində mənim hekayələrimi oxuyacaqlar. Gör
həyatımda nə qədər yaxşılıq görmüşdüm. Düşünürdüm ki, bunlara haqqım var
idimi?

Roman növbəti ilin, 1989-un yayında işıq üzü gördü və naşir məni beş şəhərlik
təqdimat turuna göndərdi. Əfqan icmasında kiçik bir ulduza çevrilmişdim. Həmin il
Şurəvi Əfqanıstandan qoşunlarını çıxarıb qurtarmışdı. Əfqanların zəfər çağı
başlamalı idi. Amma əvəzində müharibə başladı. Bu dəfə əfqanların öz arasında.
Mücahiddin Sovetlərin əlaltı hökuməti Nəcibullaya qarşı davaya keçdi, odur ki,
Pakistana əfqan qaçqınların axını səngimədi. Bu, soyuq müharibənin bitdiyi, Berlin
divarının çökdüyü il idi. Bu Tyananmen Meydanı
23
ili idi. Dünya dəyişirdi və bu
haray-həşirdə Əfqanıstan yaddan çıxmışdı. Sovet qoşunları çıxanda ümidləri
çiçəklənən general Tahiri isə yenə də əvvəlki kimi cib saatını qurmaqla məşğul idi.
Həmin il Sürəyya ilə mən də dünyaya uşaq gətirmək haqda düşünməyə
başladıq.
ATA OLMA NİYYƏTİ içimdə duyğu burulğanına səbəb oldu. Eyni zamanda həm
qorxu vardı, həm coşqu, həm kədər vardı, həm sevinc. Görəsən, mən necə bir ata
olacaqdım? Eyni zamanda həm Baba kimi, həm də ondan tamamilə fərqli bir ata
olmaq arzusunda idim.
Amma bir il keçdi, uşaqdan əsər-əlamət yox idi. Hər aybaşı dövründə Sürəyya
daha da məyus olur, daha çox səbirsizlənir, əsəbi olmağa başlayırdı. Artıq Cəmilə
xalanın da əvvəl gizli atdığı eyhamlar “Xo deqa!” – Nə oldu?! kimi açıq suallara
çevrilmişdi.
– Mən balaca nəvəmə nə vaxt alahoo
24
oxuyacam?
Əsl puştu kimi general heç bir sual vermirdi, çünki sual özündə qızının
kiminləsə – hətta o kimsə qızının dörd ildən artıq qanuni əri olsa da – cinsi
əlaqəsini ehtiva etmiş olacaqdı. Amma Cəmilə xala bizə uşaqla bağlı suallar
verəndə generalın da gözlərində canlanma hiss olunurdu. Bir gecə Sürəyyaya:
– Bəzən buna bir az vaxt tələb olunur, – dedim.
– Bir il – bir az vaxt deyil, Əmir, – deyə indiyə kimi ondan eşitmədiyim titrəyən
səslə cavab verdi. – Nəsə yolunda deyil, bunu bilirəm.
ŞİŞMAN SİFƏTLİ, yekə qarınlı xırda dişli, yüngül Şərqi Avropa, bəlkə də, slavyan
ləhcəsi ilə danışan Doktor Rozenin hobbisi qatarlar idi. Otağı dəmir yollarının tarixi
barədə kitablar, lokomotiv modelləri, yaşıl təpələrin arası və körpülərin üstü ilə
salınmış yollarda şütüyən qatar şəkilləri ilə dolu idi. Stolun yuxarısından divarda
“HƏYAT QATARDIR. YERİNİZİ TUTUN” sitatı asılmışdı.
O, bizim üçün plan qurdu. İlk olaraq, mən müayinə olunmalı idim.
Barmaqlarını qırmızı ağacdan düzəlmiş stola döyəcləyə-döyəcləyə:
– Kişilərin quruluşu onun fikirləri kimidir: sadə, az sürprizli. Siz qadınlarsa...
digər tərəfdən, Allah sizi yaratmaq üçün çox baş sındırmalı olub.
Görəsən, bu söhbəti yanına gələn bütün cütlüklərlə edirdimi, deyə düşündüm.
– Gör ha, bəxtimiz gətiribmiş, – Sürəyya dedi.

Doktor Rozen güldü. Səmimi səslənmirdi. Mənə laboratoriya üçün arayış
forması və plastik qab, Sürəyyaya isə adi qan testi üçün göndəriş verdi. Bir-
birimizin əlini sıxdıq. “Qatarımızda sizi görməyə şadıq” deyib, bizi yola saldı.
MƏN BÜTÜN TESTLƏRİ UĞURLA KEÇDİM.
Sürəyya isə növbəti bir neçə ay ərzində saysız-hesabsız analiz verməli oldu:
bədənin daxili temperaturundan tutmuş, ağıla gələn və gəlməyən bütün hormon-
lar, sidik, “uşaqlıq boynunun selik testi”, təkrar qan və sidik analizlərindən keçmək
lazım gəldi. Sürəyya ultrasəs və histeroskopiya müayinəsindən keçməli olmuşdu –
Doktor Rozen Sürəyyanın bətninə teleskop salıb baxmışdı. Amma heç nə tapmadı.
Lateks əlcəklərini çıxaranda o, “borular açıqdır” deyə bəyan etdi. Onun bu sözləri
işlətməsi artıq əsəblərimə toxunurdu – biz axı kanalizasiya sistemi deyildik. Testlər
bitəndən sonra o dedi ki, bizim uşağımızın olmama səbəbini izah edə bilmir.
Göründüyü kimi, bu adi bir hal imiş, hətta diaqnozun adı da var idi: “izah
olunmayan sonsuzluq”.
Və müalicə dövrü başladı. Biz Klomifen, HMG adlı dərmanlar içdik. Sürəyya
özünə bir kurs da iynə vurdurdu. Bu da kömək etməyəndə Dr. Rozen süni maya-
lanma məsləhət gördü. Amma sığorta şirkətindən aldığımız məktubda bizə ən xoş
arzularını çatdırsalar da, bu əməliyyatın xərclərini ödəməyəcəklərini bildirdilər.
Romanım üçün verilən avansı əməliyyata xərcləməli olduq. Süni mayalanma

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin