Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


-cı illərdə beynəlxalq münasibətlər



Yüklə 2,21 Mb.
səhifə176/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   186
90-cı illərdə beynəlxalq münasibətlər
90-cı illərin əvvəllərində Yaxın və Orta Şərqdə yenə də vəziyyət gərginləşdi. 1990-cı il avqustun 2-də İraq Küveytə təcavüz edərək onun ərazisini işğal etdi və Küveytin həmişəlik olaraq İraq dövlətinin tərkibinə qatıldığını elan etdi. BMT-nin Təhlükəsizlik Şurası 1990-cı il avqustun 15-nə kimi Küveyt ərazisini azad etməyi İraqdan tələb etdi. İraq bu tələbi rədd etdi ABŞ və İngiltərə daxil olmaqla bir sıra dövlətlər 1991-ci ilin yanvarın 17-də İraqa qarşı «Səhrada tufan» şərti adı ilə hərbi əməliyyata başladılar. İraq müharibəni uduzdu. 1991-ci ilin fevral ayının 28-də BMT Təhlükəsizlik Şurasının tələbi ilə o, Küveyti tərk edərək təslim oldu. Bu müharibə tarixə «Körfəz müharibəsi» kimi daxil oldu.

ABŞ-ın təhriki ilə BMT Təhlükəsizlik Şurası İraqa qarşı daha sərt tədbirlərə əl atmağa və müxtəlif sanksiyalar tətbiq etməyə başladı. İraqdan hər cür xammal və hazır məhsul çıxarılmasına, ilk növbədə neftin və təbii qazın ixracına, eləcə də ərzaq və dərman məmulatları istisna olmaqla, İraqa xammalın, hazır məhsulların, xüsusilə hərb sənayesinə kömək edəcək məhsulların idxalına qadağa qoyuldu. 1998-ci ildə etibarən ABŞ və İngiltərənin hərbi hava və hərbi dəniz qüvvələri İraqı müntəzəm bombardman etməyə başladı.

90-cı illərdə Yuqoslaviyada da münaqişə oldu. Belə ki, 1992-ci ilin martın 4-də Serb millətçiləri yeni yaradılmış Bosniya-Hersoqovina Respublikasına təcavüz etdilər. Müsəl­manlarla xorvatlar birlikdə çıxış etdilər. Misilsiz müsəlman soyqırımı beynəlxalq aləmdə çox böyük əks – səda doğurdu. ABŞ-ın fəal müdaxiləsi ilə bu bölgədə sülhün və sabitliyin bərqərar olması üçün 1995-ci ilin dekabrın 17-də Deyton sülh müqaviləsi bağlandı.

1998-ci ildə Yuqoslaviya prezidenti S.Miloşeviçin birbaşa göstərişi və rəhbərliyi ilə serblər muxtariyyət tələb edən Kosovo albanlarına qarşı növbəti cinayət törətdilər. Yüz minlərlə alban soyqırıma məruz qaldı. BMT Yuqolslayviya bir sıra sanksiyalar tətbiq etdi. 1999-cı ildə NATO Yuqoslaviyaya qarşı silah işlətdi və Kosovada öz qoşunlarını yerləşdirdi. ABŞ-ın tələbi ilə Kosovo albanlarının soyqırımının əsas təşkilatçısı kimi Miloşeviç Beynəlxalq Haaqa məhkəməsinə verildi. 2008-ci ilin fevralında Kosovanın müstəqilliyi elan edildi.

90-cı illərin ən mühüm məhəlli problemlərindən biri də Çeçenistan-Rusiya problemi idi. 1991-ci ilin may-iyununda Çeçen və İnquş respublikaları ayrıldı. C.Dudayev Çeçenistan respubli­kasının prezidenti oldu. Çeçenistanda 1992-ci il martın 31-də imzala­nan Fe­de­rasiya müqaviləsinə qoşulmaqdan imtina etmək, Federasi­ya­dan çıxmaq və hərbi vəziyyət elan etmək hüququ, respublika konstitusiyasının Federasiyanın əsas qanunundan aliliyi haq­qında qərarlar qəbul edildi. Respublika­da 15 minlik ordu ya­radıldı. Dağlarda partizan dəstələri üçün bazalar təşkil edildi. Çeçenistanın separatizm kimi qiymətləndirilən müstəqillik addımlarının qarşısını almaq üçün 1994-cü il noyabrın 30-da prezident Yeltsin «Çeçen Respublikasının ərazisində konstitusiya qanunçuluğu və qaydalarının bərpası üzrə tədbirlr haqqında» məxfi fərman imzalandı. Birinci Çeçenistan müharibəsi başlandı. Dudayevi başlıca maneə hesab edən Rusiya hökuməti 1996-cı ildə onun məhvinə nail oldu. Onu vitse-prezident Z.Yandarbayev əvəz etdi. Avqust ayında çeçen qüvvələri Qroznını azad etməyə müvəffəq oldular. Rusiya ilə Çeçenistan arasında 1996-cı ilin sentyabrında bağlanmış Xa­sav­yurd razılaşmasına əsasən Rusiya qoşunları Çeçenistan əra­zisini tərk etdi. 1997-ci ilin yanvarında A.Məshədov Çeçenis­tan respublikasının prezidenti seçildi. Lakin hadisələrin sonrakı gedişi Çeçenistanı öz müstəqilliyini möhkəmləndir­məyə im­kan vermədi. 1999-cu ilin sonlarında Rusiya yenidən Çeçenis­tana təcavüz etdi. İkinci Çeçenistan müharibəsi başlandı. Qanlı döyüşlər nəticəsində Qroznı (Cövhərqala) şəhəri ruslar tərəfindən işğal edildi. Çeçen xalqı amansız soyqırımına məruz qaldı. Hazırda bölgədə yenə də partizan müharibəsi davam edir və Çeçenistan problemi öz həllini tapmamış qalır.

XX əsrin 80-ci illərinin sonunda meydana çıxan və indiyədək öz həllini tapmayan və artıq beynəlxalq miqyaslı bir problemə çevrilən hadisələrdən biri də uydurma Dağlıq Qarabağ problemi idi. Bu problemdən əslində məqsəd Dağlıq Qarabağı zorla Azərbaycandan ayırmaq və Ermənistana birləşdirməkdir. Bu hərəkat 1988-ci ildə başladı. Yüzminlərlə azərbaycanlı Ermənistandakı öz dədə-baba yurdlarından qovuldu. Dağlıq Qarabağdan da azərbaycanlılar qovuldu. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Rusiya tərəfindən müdafiə edilən Ermənistanın Azərbaycana qarşı elan edilmiş müharibəsi başlandı. 1992-ci il fevralın 26-da Xocalı faciəsi baş verdi. 1992-ci ilin martında Dağlıq Qarabağ məsələsi üzrə ATƏT-in Minsk qrupu yaradıldı. Bununla belə, Azərbaycan haqqında həqiqətlərin dünya birliyinə çatdırıla bilməməsinin nəticəsi idi ki, ABŞ konqresi təcavüzə məruz qalmış Azərbaycanı Ermənistanı blokadaya almaqda günahlandırdı. Konqresin 1992-ci ilin oktyabrında «Azadlığı müdafiə aktı»na etdiyi 907 saylı əlavəsi Azərbaycan Respublikasına ABŞ-ın dövlət səviyyəsində yardımını qadağan etdi. Azərbaycanın Dağlıq Qarabağdan başqa yeddi rayonu da işğal olundu. Bu Azərbaycan ərazisinin təqribən 20 %-i demək idi. Bir milyona qədər soydaşımız qaçqın vəziyyətə düşdü. Azərbaycan xalqı 20 minə qədər şəhid verdi.

1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəsə nail olundu. Lakin indiyə qədər bu məsələ öz həllini tapmamış, işğal edilmiş torpaqlarımız qaytarıl­mamış, qaçqınlar öz yurd-yuvalarına qayıtmamışdır. İndi Azərbaycanla Ermə­nistan atəşkəs vəziyyətində olsa da, heç kəs təminat verə bilməz ki, müharibə yenidən başlama­yacaqdır.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin