Atu-da flepp layihəsinin monitorinqi aparılıb Mülki Müdafiə qüvvələrinin toplanış



Yüklə 10.26 Mb.
Pdf просмотр
səhifə1/3
tarix19.06.2017
ölçüsü10.26 Mb.
  1   2   3

ATU-da FLEPP layihəsinin 

monitorinqi aparılıb

Mülki Müdafiə qüvvələrinin toplanış 

məşqi keçirilib

Dağıstan Dövlət 

Tibb Universiteti ilə 

saziş imzalanıb

Müstəqillik - 25 

ildə keçdiyimiz 

çətin və şərəfli yol 

Tədris Cərrahiyyə Klinikasında mürəkkəb əməliyyat icra olunub

 

 

 



 

                  

Qəzet 1933 -cü ildən çıxır.                 № 18 (1636) 31 oktyabr 2016 - cı il                           Qiyməti 50 qəpik

Allerqoloq, 

İmmunoloq və 

İmmunoreabilitoloqlar 

Elmi Cəmiyyətinin V 

Milli Konqresi keçirilib

Rezidentlərin yekun attestasiyasının 

təşkili müzakirə olunub

Azərbaycan Tibb Universiteti Litvanın Sağlamlıq 

Elmləri Universiteti ilə əməkdaşlıq edəcək

BU  SAYIMIZDA 

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İl-

ham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikası-

nın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç biznes forumda iştirak 

ediblər.

Biznes forumda Azərbaycan və Xorvatiya tərəfindən rəsmi şəxslərlə ya-

naşı, gəmiqayırma, nəqliyyat, maşınqayırma, qida sənayesi, kimya, teks-

til, əczaçılıq, tikinti, energetika, informasiya-kommunikasiya texnolo-

giyaları, səhiyyə, turizm, daşınmaz əmlak, konsaltinq və digər sahələrdə 

fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Prezidentlər biznes forumda çıxış etdilər.

Azərbaycan və Xorvatiya prezidentləri 

biznes forumda iştirak ediblər

2

2

4

5

4

5

7

3

Bu gün ATU- nun inzibati binasının akt zalında Böyük Elmi Şuranın növbəti iclası 

keçiriləcək. İclasda “Azərbaycan Tibb Universitetində 2015/2016- cı tədris ilində keçirilən 

peşə təcrübəsinin yekunları və Tibb Universiteti tələbələrinin təcrübi hazırlığının 

yaxşılaşdırılması” barədə istehsalat təcrübəsinin dekanı, dosent Şəfa Əliyevin məruzəsi 

dinləniləcək. Bundan başqa gündəlikdə duran müxtəlif məsələlər müzakirə olunacaq və 

müsabiqə məsələləri öz həllini tapacaq.

Böyük Elmi Şuranın gedişatı barədə qəzetimizin gələn sayında daha ətraflı məlumat 

veriləcək.

Böyük Elmi Şuranın növbəti iclası keçiriləcək


http://www.amu.edu.az

31 oktyabr  2016-cı il

2

• 



Oktyabrın 19-da Dağıstan Tibb 

Universitetinin nümayəndə 

heyə ti Azərbaycan Tibb Univer-

site tində olub və ali məktəbin 

rəhbər heyəti ilə gö 

rü 

şüblər. 

Görüş zamanı  ATU-nun rekto-

ru, professor Gəray Gəraybəyli 

uni versitetin  beynəl xalq  əla-

qə 

lərindən söz açaraq bir 

çox ali təhsil müəs sisələri ilə 

əməkdaşlığın əldə olunduğu-

nu bildirib. Qeyd olunub ki, 

təkcə Türkiyənin 16 universiteti 

ilə əməkdaşlığa dair qarşılıqlı 

müqavilələr imzalanıb.   

  Rektor  bildirib  ki,  beynəlxalq 

əlaqələrin  möhkəmləndirilməsi 

fərqli təhsil sistemləri ilə tanışlıq, 

yeniliklərin  tətbiqi  və  nəticədə 

tədrisin tək mil ləşdirilməsinə yar-

dım  olur.  Çünki  müasir  dövrdə 

adi  müh azirə  oxuyan  müəllim 

tələbləri maraqlandıra bilmir, on-

lara  daha  çox  praktiki  bilgilərin 

verilməsi  lazımdır.  Bu  səbəbdən 

ATU-da  tədris  sistemində  daim 

islahatlar  aparılır,  fəaliyyət  daha 

da təkmilləşdirilir.

ATU-da təhsil sistemi haqqında 

məlumat verən Gəray Gəraybəyli 

qeyd  edib  ki,  artıq  5  ildir  ki, 

ikipilləli təhsil sistemi tətbiq olu-

nur.  Rezidentura  pilləsini  bitirən 

məzunlar  mütəxəssis  həkim  sa-

yılırlar.  Onlardan  bəziləri  elə 

ATU-nun  klinikalarında  işləyir. 

Bir  çoxları  isə  xarici  ölkələrdə 

təcrübə keçirlər.

Rektor həmçinin vurğulayıb ki, 

beynəlxalq münasibətlər zamanı 

dil  amili  mühüm  rol  oynayır.  Bu 

baxımdan,  Dağıstan  Universiteti 

ilə  əməkdaşlıq  bizim  üçün  daha 

rahat  olacaq.  Digər  tərəfdən, 

Azərbaycanın  Dağıstanla  həm-

sər həd olması da əlaqələri asan-

laşdıran amillərdən biridir.

Dağıstan  Dövlət  Tibb  Uni-

versitetinin  rektoru,  professor 

Süleyman  Mammayev  əvvəlcə  

Azərbaycan  xalqını  Müstəqillik 

Günü münasibətilə təbrik edərək 

ölkəmiz  haqqında  düşüncələrini 

açıqlayıb.  Onun  sözlərinə  görə, 

son  illər  Azərbaycanda  hər 

bir  sahədə  nəzərə  çarpacaq 

dərəcədə  müsbət  dəyişikliklər 

baş  verib.  Bu  islahatlar  özünü 

təhsil  və  səhiyyə  sistemində  də 

göstərir.

Rəhbərlik etdiyi müəssisə haq-

qında  məlumat  verən  S.Mam-

mayev  Dağıstan  Dövlət  Tibb 

Universitetində  6  minə  yaxın 

tələbənin  təhsil  aldığını  bildi-

rib.  O,  Universitetdə  mövcud 

tədris  sisteminin  ATU-dakına 

bənzədiyini  də  qeyd  edib.  Uni-

versitetin klinikalarını və xüsusilə 

də  Anatomiya  muzeyini  bəyən-

diklərini bildirən qonaq qarşılıqlı 

tələbə mübadiləsindən yararlan-

maq istədiklərini deyib.

Görüşün  axırında  ATU  və  Da-

ğıstan  Dövlət  Tibb  Universite-

ti  arasında  əməkdaşlığa  dair 

müqavilə imzalanıb.

Sonda 


professor 

Gəray 


Gəraybəyli  həmkarını  “ATU-nun 

xatirə medalı” ilə təltif edib. Rek-

tor  S.Mammayev  tərəfindən  də 

professor  G.Gəraybəyliyə  xatirə 

hədiyyəsi təqdim olunub.

Rusiyanın 

Azərbaycandakı 

kon sulu  Sergey  Klyuşev,  kon-

sulun  ikinci  katibi  Alla  Naniye-

va,  Dağıstan  Dövlət  Tibb  Uni-

versitetinin  beynəlxalq  əlaqələr 

şöbəsinin  koordinatoru,  Dağıs-

tan  Respublikasının  əməkdar 

həkimi Albert Alimetovun təmsil 

olunduğu  nümayəndə  heyətilə 

görüşdə  rektorun  müşaviri  Zül-

füqar  Musabəyov,  elmi  işlər 

üzrə  prorektor  Rauf  Bəylərov, 

Beynəlxalq əlaqələr üzrə prorek-

tor Rəhimə Qabulova, beynəlxalq 

əlaqələr  şöbəsinin  müdiri  Nadir 

Zeynalov  da iştirak ediblər.



Dağıstan Dövlət Tibb Universiteti 

ilə saziş imzalanıb

ATU-nun mətbuat xidməti

 

Litvanın Sağlamlıq Elmləri 

Universitetinin nümayəndə 

heyəti Azərbaycanda sə-

fər dədir.  Səfər zamanı sə-

hiy 

yə naziri Oqtay Şirə 

li-

ye 

 

vin qəbulunda olan qo-

naq 

lar  Azərbaycan Tibb 

Uni 

versitetində də olub, 

rek tor Gəray Gəraybəyli və 

uni 

versitetin digər rəhbər 

şəxsləri ilə görüşüblər. 

Görüş  zamanı  Litvanın 

Sağlamlıq  Elmləri  Univer-

siteti  nəzdindəki  Kardio-

logiya  İnstitutunun  direk-

toru, Litva Senatının sədri, 

professor  Rimantas Benet 

təmsil etdiyi tibbi müəssisə 

haqqında  məlumat  verib. 

O, qeyd edib ki, Kaunasda 

yerləşən  bu  universitetdə 

tibb  və  səhiyyənin  bütün 

növləri  üzrə  kadrlar  ha-

zırlanır: “Məsələn, biz ve-

terinar da hazırlayırıq. Bu, 

bizim  üçün  böyük  poten-

sial  deməkdir  və  dövlətə 

ən  böyük  xidmətdir.  Çünki 

yetirmələrimiz  həm  göm-

rük, həm də kənd təsərrüfatı 

sistemində işləyirlər, insan-

lar  üçün  ən  önəmli  olan 

qida  keyfiyyətinə  nəzarət 

edirlər.  Biz  indi  həkimlərin 

yox, daha çox tibb bacıları-

nın  səviyyəsinin  artırılması 

üzrə işləyirik. Çünki ictimai 

səhiyyə  üzrə  hazırlanan 

işçilər hər cür müəssisələrdə 

-  məktəblərdə,  uşaq  bağ-

çalarında işləyirlər və onla-

rın  yüksək  səviyyəsinə  ar-

xayın olmalıyıq.” 

Qonaq  onu  da  bildirib  ki, 

özündə  bütün  ixtisasları 

birləşdirən  Litva  Sağlam-

lıq  Elmləri  Universitetinin 

nəzdində klinikalar və hətta 

apteklər də vardır.

Daha  sonra  qonaqlar  Lit-

va  Sağlamlıq  Elmləri  Uni-

ver sitetində  idarəetmə  və 

tədris  sistemi,  müəllim 

heyəti üçün qoyulan tələb-

lər,  təqaüd  yaşı  və  digər 

məqamlar  haqqında  geniş 

məlumat veriblər. Qeyd olu-

nub ki, universitetin bir çox 

sahədə  faydalı  təcrübəsi 

var  və  Azərbaycan  Tibb 

Uni ver siteti  üçün  önəmli 

olan  sahələrdə  əməkdaşlıq 

etmək arzusundadırlar.

  ATU-nun  rektoru,  pro-

fessor Gəray Gəraybəyli bir 

müddət əvvəl Litva Sağlam-

lıq  Elmləri  Universitetində 

olduğunu,  burada  təhsil 

və  praktika  üçün  gözəl 

şərait  yaradıldığını  vur-

ğulayıb.  Rektor  bildirib  ki, 

hazırda ATU-da tələbələrin 

praktiki  bacarıqlarının  ar-

tırılması  üçün  daha  çox 

diqqət  ayrılmasına  ehti-

yac  var:  “Universitetimizdə 

nəzəri biliklər kifayət qədər 

yüksək  səviyyədə  tədris 

olunur.  La kin  tələbələrin 

prak ti ki bacarıqları ilə bağ-

lı müəyyən problemlər var.  

Biz bu sahədə Türkiyə uni-

versitetləri ilə sıx əmək daş-

lıq  edirik.  Hət ta  ATU-nun 

sto ma tologiya  fakültəsini 

bitirən məzunların diplom-

ları  Türkiyədə  tanınır  və 

təsdiqlənir,  gənclərin  ora-

da  rezidenturada  oxumaq 

şansı yaranır”.

Azərbaycanda  tibb  təh-

silinin  tədrisinin  təşkili 

haqqında  məlumat  verən 

rektor  Gəray  Gəraybəyli 

qeyd  edib  ki,  ölkəmizdə 

bu  istiqamətdə  bir  neçə 

müəssisə fəaliyyət göstərir. 

ATU-da  yalnız  diplomlu 

həkimlər  hazırlanır.  Bun-

dan 


əlavə, 

Həkimlərin 

Təkmilləşdirilməsi  İnstitu-

tu  və  tibb  bacıları  hazırla-

yan  kollec  də  mövcuddur. 

Gələcəkdə bu müəssisələrin 

birləşdirilməsi 

haqqında 

planlar  hazırlanır  və  isla-

hatlar  yolu  ilə  bu  planların 

həyata  keçirilməsi  reallaş-

dırılır.  

  Professor  G.Gəraybəyli 

tədris  metodikasında  ciddi 

dəyişikliklərə ehtiyac oldu-

ğunu,  bir  sıra  fənlər  üzrə 

proqramların  köhnəldiyini 

bildirib:  “Mühazirə  oxu-

maq  asan  iş  olsa  da,  yeni 

üsullarla    tədrisə,  proqra-

mın 

təkmilləşdirilməsinə 



ciddi  ehtiyac  var.  ATU-da 

kafedra  işçilərinin  akk-

reditasiyadan  keçirilməsi 

meyarlarının  hazırlanması 

üçün  komissiya  yaradılıb. 

Digər  tərəfdən,  univer-

sitetin 

nizamnaməsini 

də    hazırlayırıq.  Birin-

ci  kursun  proqramında 

dəyişikliklər 

edilməsi, 

bəzi fakültələrin adlarının 

və  hazırlanan  kadrların 

ixtisasının dəyişdirilməsi, 

daha da dəqiqləşdirilməsi 

ilə  bağlı  planlar  hazırla-

nıb”.


 Rektor Gəray Gəraybəyli 

qeyd  olunan  məsələlərlə 

bağlı  Litva  Sağlamlıq 

Elm ləri 

Universitetinin 

təcrübəsindən  yararlan-

maq,  bu  məsələlər  üzrə 

əməkdaşlıq etmək istəyini 

açıqlayıb.  Müzakirələr  za-

manı    əməkdaşlıq  edilə 

biləcək  sahələrin  əhatəsi 

dəqiqləşdirilib  və  tezliklə 

bu istiqamətdə konkret ad-

dımlar  atılmasına,  qarşılıqlı 

müqavilənin hazırlanıb im-

zalanmasına qərar verilib.

Görüşdə  rektorun  müşa-

viri  Zülfüqar  Musabəyov, 

beynəlxalq  əlaqələr  üzrə 

prorektor  Rəhimə  Qabu-

lova,  beynəlxalq  əlaqələr 

şöbəsinin  müdiri  Nadir 

Zeynalov,  xarici  tələbələrlə 

iş  üzrə  dekan  İsmayıl 

Əfəndiyev,  qarşı  tərəfdən 

isə  Beynəlxalq  Əlaqələr 

Mərkəzinin  dekanı,  Litva 

Sağlamlıq  Elmləri  Universi-

tetinin  professoru  Jilvinas 

Padayqa,  Litva  Sağlamlıq 

Elmləri  Universitetinin  tibb 

fakültəsinin  dekanı,  pro-

fessor  Algimantas  Tame-

lis,  Litva  Sağlamlıq  Elmləri 

Universitetinin  tibb  bacıları 

fakültəsinin  dekanı,  pro-

fessor Yurate Matsiyauske-

ne,  Litva  Sağlamlıq  Elmləri 

Universitetinin  beynəlxalq 

proqramlar 

koordinato-

ru  Gintare  Dilünene  iştirak 

ediblər.

 

Günel ASLANOVA



Azərbaycan Tibb Universiteti Litvanın Sağlamlıq 

Elmləri Universiteti ilə əməkdaşlıq edəcək

Rektor Gəray Gəraybəyli Kaunas Universitetinin nümayəndə heyətini qəbul edib

31 oktyabr 2016-cı il

http://www.amu.edu.az

3

A

zərbaycan müstəqilliyini 

bərpa etdiyi son 25 il ərzində 

dünya səviyyəsində tanınan və 

sayılan  dövlətlərdən birinə çevi-

rlib. İndi Azərbaycanın üçrəngli 

bayrağı dünyanın ən mötəbər 

qurumlarında dalğalanır.

B

u  fikirlər  Azərbaycan  Tibb 



Universitetində dövlət müstə-

qil liyinin 25 illiyinə həsr edilən 

geniş konfransda səsləndirilib. Açılış 

nitqi ilə çıxış edən ATU-nun rektoru, 

professor Gəray Gəraybəyli qeyd edib 

ki, hamımız bu yaxın keçmişə aid ta-

riximizin şahidi olmuşuq: “25 il öncə 

Azərbaycan  müstəqil  dövlət  kimi 

dünyada  tanınmır,  xüsusi  yer  tut-

murdu.  Azərbaycanın  müstəqilliyi, 

bayrağı və digər  dövlətçilik simvol-

ları yox idi. Azərbaycan nümayəndəsi 

kimi  mən  xarici  ölkələrə  gedərkən 

“Azərbaycandanam”  deyəndə,  bu 

kəlmə bir çox suallar doğururdu”.

Professor G.Gəraybəyli xatırladıb ki, 

ötən  əsrin  sonlarında  yenidən  elan 

olunmuş  müstəqilliyimizi  itirmək 

təhlükəsi də olub. Torpaqlarımız iş-

ğal  olunub,  milyonlarla  insanımız 

doğma  yurdundan  didərgin  düşüb: 

“Böyük  çətinliklə  də  olsa,  xalqımızın 

şücaəti və ulu öndər Heydər Əliyevin  

sayəsində müstəqilliyi qoruyub saxla-

maq  mümkün  olub.  Prezident  İilham 

Əliyevin uğurlu daxili və xarici siyasəti 

nəticəsində  isə  Azərbaycan  hazırda 

dünya səviyyəsində nümunəyə çevri-

lib. Dünyanı qlobal böhran bürüdüyü 

bir halda, Azərbaycan hər sahədə sta-

billiyini qoruyub saxlaya bilib. İstərdim 

ki, müstəqillik dövründə dünyaya göz 

açan  gənclərimiz,  tələbələrimiz  bu 

tariximizi  bilsinlər  və  qazandığımız 

azadlığa dəyər versinlər”.

İctimai  fənlər  kafedrasının  profes-

soru  Fəxrəddin  Məmmədov  çıxışın-

da  Azərbaycanın  müstəqillik  tarixinə 

ekskurs  edib  və  tədbir  iştirakçılarına 

həmin dövrdə yaşanan hadisələri xa-

tırladıb. Professor qeyd edib ki, özü-

nün  5  min  illik  dövlətçilik  tarixi  bo-

yunca  Azərbaycan  daim  müstəqillik 

uğrunda mübarizə aparıb və nəhayət 

25 il öncə bu mübarizə qələbə ilə ye-

kunlaşıb.

İnsan  anatomiyası  kafedrasının 

professoru 

Mübariz 

Allahverdi-

yev  qeyd  edib  ki,  müstəqillik  hər  bir 

xalqın  ümdə  arzusu  olduğu  bir  hal-

da,  Azərbaycan  millətini  müxtəlif 

dövrlərdə azadlıqdan məhrum ediblər: 

“Müstəqilliyimizin  bərpasından  sonra 

Azərbaycan elminin, təhsilinin, idma-

nının hərtərəfli, genişmiqyaslı inkişa-

fı ölkəmizin qüdrətli imkanlara malik 

olmasını, istedadlı xalq olduğunu or-

taya  qoydu”.  M.Allahverdiyev  bildirib 

ki,  bu  illər  ərzində  ümummilli  lider 

Heydər  Əliyev  iki  dəfə  Azərbaycan 

Tibb  Universitetində  olub  və  məhz 

onun təşəbbüsü ilə ATU-da hərbi tibb 

fakültəsi yaradılıb. Həmçinin, hazırda 

dünya miqyaslı tibb müəssisələrindən 

geri  qalmayan  ATU  klinikalaırnın  ya-

radılması da ulu öndərin adı ilə bağ-

lıdır.

Sonda  II  müalicə  profilakti-



ka  fakültəsinin  V  kurs  tələbəsi  Xa-

tın  Məmmədova  çıxış  edərək  mü-

asir  Azərbaycan  gənclərinin  şərəfli 

müstəqillik tariximizlə fəxr etdiklərini 

bildirib.

ATU-nun mətbuat xidməti

Müstəqillik - 25 ildə keçdiyimiz çətin və şərəfli yol 

B

u  günlərdə  İs tan bulda 

“Eks t re miz mə 

varan 

radi kallıqla 

müba rizədə 

gənc   lərin  rolu”  mövzusunda 

bey  nəl xalq  konfrans  ke çi-

rilib. Tədbir Türk  dilli Döv-

lətlərin Əməkdaşlıq Şu-

rası (TDƏŞ) və BMT-nin 

Mə də niy yətlər 

İt ti faqının 

(UNAOS) birgə təşkilatçılığı 

ilə baş tutub. 

İki gün davam edən konf-

rans da  Azərbaycan  Res-

publikasının  Prezidenti  ya-

nında  Gənclər  Fondunun 

icraçı  direktoru  Fərhad 

Hacıyev,  Milli  Məclisin  de-

putatı  Şahin  İsmayılov, 

Dünya  Türk  Gənclər  Birli-

yinin sədri Əkrəm Abdulla-

yev,  Azərbaycan  Memarlıq 

və  İnşaat  Universitetinin 

Tələbə  Həmkarlar  İttıfaqı-

nın  sədr  müavini  Şahmar 

Rəfili, Azərbaycan Tibb Uni-

versiteti  Tələbə  Həmkarlar 

İttifaqı  Komitəsinin  sədr 

müavini 


Tural 

Əzizov 


və  digərlərindən  ibarət 

nümayəndə  heyəti  iştirak 

edib.

Toplantının  rəsmi  açılı-



şında  TDƏŞ-in  baş  kati-

bi 


Ramil 

Həsənov, 

BMT-nin  Sivilizasiyalar  Al-

yansının  ali  nümayəndəsi 

Nasir Əbdüləziz Əl-Nasir və 

Türkiyə  Baş  nazirinin  mü-

avini  Toğrul  Turkeş  çıxış 

ediblər. Məlumat verilib ki, 

toplantıda  37  ölkədən  320 

nümayəndə iştirak edib. Çı-

xışlarda gənc nəslin düzgün 

istiqamətləndirilməsində 

təhsil  və  tərbiyənin  rolu 

yüksək 


qiymətləndirilib. 

Diqqətə çatdırılıb ki, gəncləri 

ekstremizmdən  və  radikal 

meyillərdən  çəkin dirmək 

üçün  əməkdaşlıq  əlaqə-

lə rinin  genişləndirilməsi, 

birgə  layihələrin  təşkili 

kimi  məqamlara  üstünlük 

verilməlidir.

  Tədbirdə  BMT  ilə  TDƏŞ 

arasında əməkdaşlıq proto-

kolu imzalanıb. Rəsmi açı-

lışdan  sonra  konfrans  pa-

nel iclasları ilə davam edib. 

“Hökumətin  və  beynəlxalq 

təşkilatların  ekstremizmə 

qarşı  mübarizədə  gənclərə 

münasibəti”  mövzusunda 

paneldə çıxış edən Fərhad 

Hacıyev 


Azərbaycanda 

həyata  keçirilən  gənclər 

siyasətinin  istiqamətləri 

barədə məlumat verib.

Ümummilli  lider  Heydər 

Əliyevin müəy yən ləşdirdiyi 

gənclər  siyasətinin  Pre-

zident  İlham  Əliyev  tərə-

findən  uğurla  davam  et-

diyini  diqqətə  çatdıran 

F.Hacıyev  Azərbaycanda 

gənclərin 

seçkili 

or-


qanlarda  iştirakı,  dövlət 

idarəçiliyində  irəli  çə kil-

məsi,  yüksək  təhsil  al-

maq  üçün  həyata  keçi-

rilən  dövlət  proqramları  və 

s.  məqamların  dünya  üçün 

əhəmiyyətli  nümunə  oldu-

ğunu qeyd edib.

Nümayəndə 

heyətinin 

digər  üzvlər  ilə  yanaşı, 

ATU  Tələbə  Həmkarlar  İt-

tifaqı  Komitəsinin  sədr 

müavini  Tural  Əzizov  da 

müzakirələrdə  iştirak  edə-

rək  ölkəmizdə  gənclərin 

inkişafı  üçün  yaradılan 

şəraitdən  danışıb,  konk-

ret  olaraq  ATU-da  görülən 

işlərlə  tədbir  iştirakçılarını 

tanış edib. 

THİK-nin təmsilçisi İstanbulda 

beynəlxalq konfransda iştirak edib

EİF-dən  AZƏRTAC-a  bildiriblər  ki, 

Azərbaycan  Milli  Elmlər  Akademiyası, 

təhsil  sistemindəki  təşkilatlar  və  digər 

qurumlar  tərəfindən  təqdim  edilmiş  bu 

tip  proqram  layihələrinin  böyük  həcmli 

qrantlar  (500  min  manatadək)  yolu  ilə 

ma liy yələşdirilməsinin  əsas  məqsədi 

elmi-tədqiqat müəssisələrinin, bölmə və 

mər kəzlərin, elmlə əlaqəli digər qurum-

ların  fəaliyyətini  stimullaşdırmaq  olub. 

Həmçinin  müxtəlif  elm  sahələrində 

yerinə  yetirilən  elmi-tədqiqat  işlərinin 

(xüsusilə multidissiplinar araşdırmaların) 

dəstəklənməsi,  maddi-texniki  təminatı-

nın müasir tələblərə cavab verən səviy-

yə də  yenilənməsi,  qısa  müddətdə  rə-

qa  bət  apara  biləcək  elmi  nəticələrin 

alın masına  şərait  yaradılması,  müasir 

elmi-tədqiqat  qruplarının,  laboratoriya 

və mərkəzlərin (o cümlədən, beynəlxalq 

əmək daşlıq  çərçivəsində)  qurulması 

və  ya  təkmilləşdirilməsi  nəzərdə  tutu-

lub.  Layihələrdə  maliyyə  və  maddi-

tex niki  təminatla  (cihazlar,  qurğular 

və  avadanlıqlar)  yanaşı,  ezamiyyətlər 

yo lu  ilə  elmi  kadr  hazırlığı  da  əsas 

məqamlardandır.

Müsabiqənin  əsas  prioritetləri  yüksək 

enerjilər  fizikası,  müxtəlif  sistemlər 

üçün  kvant  hesablamaları,  müdafiə  və 

təhlükəsizlik  istiqa mətin də  elmi-texniki 

tədqiqatlar,  kosmik  tədqiqatlar,  Yerin 

məsafədən  zondlanması,  informasiya 

təhlükəsizliyinin 

təmin 


olunması, 

alternativ enerji mənbələri, molekulyar-

genetik  tədqiqatlar,  kənd  təsərrüfatı 

biotexnologiyaları,  torpaq  münbitliyi 

və  ərzaq  təhlükəsizliyi,  kök-hüceyrə 

tədqiqatları,  herontologiya,  hidrofob  və 

antibakterial  xassəli  yeni  polimerlərin 

tədqiqi,  kimyəvi  kinetika  və  kataliz 

üzrə  tədqiqatlar,  izotop  geologiyası 

və  geoxronologiya,  azərbaycançılıq 

ideologiyası:  ənənə  və  müasirlik,  yeni 

müstəqillik  tarixi,  multikulturalizm 

və  dini  dəyərlər,  Azərbaycan  dilinin 

lüğət  tərkibinin  inkişafı,  Azərbaycanın 

və  Qafqaz  tarixinə  dair  Şərq  yazılı 

mənbələrinin 

tədqiqi, 

Azərbaycan 

mühacirət  ədəbiyyatı,  iqtisadi  inkişaf 

modelləri olub.

Ötən  il  elan  edilmiş  əsas  qrant 

müsabiqəsinə  133  layihə  daxil  olub. 

Həmin  təşəbbüslər  sırasından  ümumi 

maliyyələşdirilmə  həcmi  9  milyon  870 

min  manat  olmaqla  56  qalib  layihə 

müəyyənləşdirilib və EİF-in Himayədarlar 

Şurasının müvafiq qərarı ilə təsdiqlənib. 

Belə  ki,  fizika-riyaziyyat  və  texnika 

elmləri üzrə 16, kimya elmləri üzrə 10, Yer 

haqqında  elmlər  üzrə  7,  biologiya,  tibb 

və  aqrar  elmləri  üzrə  11,  humanitar  və 

ictimai elmlər üzrə 12 layihə qalib seçilib. 

Layihələrin icra müddəti 12-36 aydır. Bu 

müddət əhəmiyyətli və tətbiqi xarakterli 

nəticələrin  alınmasına  imkan  verəcək. 

Kompleks  elmi-tədqiqat  proqramları 

üzrə  layihələrin  maliyyələşdirilməsi  EİF-

in  büdcə  vəsaitindən  asılı  olaraq  2016-

2018-ci illərdə həyata keçiriləcək.

EİF  gələcəkdə  də  kompleks  elmi-

tədqiqat proqramları üzrə böyük maliyyə 

həcmli və uzunmüddətli qrant layihələrini 

dəstəkləyəcək.

Müsabiqənin nəticələri ilə bağlı ətraflı 

məlumatı www.sdf.gov.az linkindən əldə 

etmək mümkündür.





Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə