Atu-da ana və uşaq sağlamlığına dair seminar keçirildi Azərbaycan Tibb Universitetində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın


ATU tələbələri İİV infeksiyasından yoxlandılar



Yüklə 11,22 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix02.01.2022
ölçüsü11,22 Mb.
#2458
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
ATU tələbələri İİV infeksiyasından yoxlandılar


http://www.amu.edu.az

31 dekabr 2015-ci il

4

H



ər  kəsi  salamla-

yaraq  bu  günkü 

toplantının  kli-

nikanın  5  illik  fəaliyyətinə 

baxış  məqsədi  daşıdığı-

nı  söyləyən  klinikanın  di-

rektoru,  professor  Surxay 

Musayev  öncə  II  daxi-

li  xəstəliklər  kafedrasının 

müdiri,  professor  Vəsadət 

Əzizovu anadan olmasının 

60 illiyi münasibətilə kol-

lektiv adından təbrik etdi. 

Bundan  sonra  “5  il  sağ-

lığınızın  keşiyində”  hesa-

bat  məruzə  ilə  çıxış  edən 

S.Musayev 2010-cu il oktyab-

rın  1-də  ölkə  başçısı  cənab 

İlham Əliyev və ölkənin birinci 

xanımı  Mehriban  Əliyevanın 

iştirakı ilə klinikanın təntənəli 

açılış  mərasiminin  keçiril-

diyini  bildirdi.  5  il  ərzində 

bir  çox  uğurlara  imza  atıl-

dığını  söyləyən  direktor  bu 

işdə  peşəkar  və  savadlı  kol-

lektivin  rolunu  xüsusi  vur-

ğuladı.  S.Musayev    ümumi 

sahəsi  25  min  kvadratmetr 

olan, 15 mərtəbəli, 380 çar-

payılıq stasionar şöbələrə və 

gündəlik  300-350  xəstəyə 

tibbi  xidmət  göstərə  bilən 

konsultativ-diaqnostik  po-

liklinikaya  malik  klinikada 

müayinə,  müalicə  və  reabli-

tasiya  üçün  hər  cür  şəraitin  

yaradıldığını dedi: “Əmək in-

tizamını  möhkəmləndirmək 

və 


təhlükəsizliyi 

təmin 


etmək üçün klinikada işə gi-

riş  və  çıxış  elektron  kartlar-

la  qeydiyyata  alınır,  elektron 

tabellər  tərtib  edilir.  Per-

sonal  kartlar  eyni  zamanda 

klinikanın  xidməti  liftlərinin 

istifadəsini  səmərələşdirmək 

üçün  istifadə  olunur.  Klini-

ka intizama və təhlükəsizliyə 

nəzarət  üçün  64  ədəd 

müşahidə  kamerası,  yanğın 

təhlükəsizliyi  üçün  həssas 

siqnalizasiya  sistemi,  elə-

cə  də  baş  verə  biləcək 

qəzalara təcili müdaxilə üçün 

vasitələrlə  təchiz  edilmiş-

dir.  Klinikada  eyni  vaxtda 

640  nəfərlik  tutumu  olan  8 

mühazirə zalı və 70 məşğələ 

otağının  xidmətindən  gün 

ərzində  2500-3000  nəfər  

istifadə edir ki, bu da kifayət 

qədər böyük rəqəmdir. Bun-

dan əlavə, klinikada reziden-

tura  və  doktorantura  xətti 

ilə  yüksək  ixtisaslı  kadrların 

hazırlanması həyata keçirilir. 

Klinikanın  və  laboratoriya-

nın  idarəetmə  sistemlərini, 

eləcə  də  PAKS  sistemini 

özündə  birləşdirən    300-ə 

yaxın kompyuter, 20 modul-

dan ibarət şəbəkə bütün tibbi 

sənədləşmə prosesini sürətlə 

icra  etmək,  arxivləşdirmək, 

statistik işləmək, görüntüləri 

və  laborator  müayinələrin 

nəticələrini  müalicə  həkim-

lərinə,  eləcə  də  dünya-

nın  hər  hansı  ölkəsindəki 

mütəxəssisə  ötürmək  imka-

nına  malikdir.  Burada  xarici 

ölkələrin  qabaqcıl  klinikaları 

və  dünyanın  görkəmli  tibb 

mütəxəssisləri  ilə  video-

əlaqə  quraraq  müzakirələr 

aparıb,  məsləhətlər  almaq 

mümkündür”. 

Klinikada əhaliyə müalicə-

diaqnostik  xidmətin  əsasən 

2  istiqamətdə  –  konsultativ-

diaqnostik xidmət  və stasio-

nar müalicə xidməti – qurul-

duğunu  söyləyən  S.Musayev 

əsas  ağırlığın  konsultativ-

diaqnostik 

poliklinikanın,  

ixtisaslaşdırılmış 

kabinet 

və  laboratoriyaların  üzərinə 

düşdüyünü  vurğuladı.  Bil-

dirdi  ki,  klinikada  fəaliyyət 

göstərən  işçilərin  say  tərkibi 

470 nəfərdən ibarətdir. Bun-

lardan 221 nəfəri klinikanın, 

249  nəfəri  isə  kafedraların 

əməkdaşıdır. 

5  il  müddətində  on  min-

lərlə  xəstəyə  tibbi  xidmət 

göstərilmişdir  ki,  bunlar-

dan  20  minə  yaxını  sta-

sianor,  150  minə  yaxını 

ambulator, digərləri isə labo-

ratoriya,  rentgen,  USM,  KT, 

EEQ,  EMQ  və  mammoqrafiya 

xidmətlərindən  yararlanmış-

dır. 

Amerika,  Yaponiya,  Al-



maniya,  Fransa,  Türkiyə  və 

Cənubi  Koreyanın  aparıcı 

şirkətlərinin ən müasir cihaz 

və  avadanlıqları  ilə  təchiz 

olunan  klinikada  Ürək  Da-

mar  Mərkəzinin,  hemato-

logiya,  pulmonologiya-al-

lerqologiya  və  nefrologiya, 

revmatologiya  və  qastro-

enterologiya,  endokrinolo-

giya    şöbələrinin,  qan  ban-

kının,  molekulyar  genetika 

bölməsinin,  peyvənd  otağı-

nın və 4 yataqlı təcili yardım 

xidmətinin  yaradılmasını  ar-

tıq reallaşan hədəflər adlan-

dıran  S.Musayev  görüləcək 

işlərin də hələ çox olduğunu 

diqqətə  çatdırdı.  Ürək  Da-

mar  Mərkəzinin  ölkəmizdə 

aritmiyaların  diaqnozu  və 

müalicəsi  də  daxil  olmaqla, 

bütün  kardioloji  xidmətlərin 

bira  arada  verildiyi  yeganə 

mərkəz  olduğu,  habelə  kar-

diologiya sahəsində rezident 

hazırlığı  ilə  məşğul  olan  3 

mərkəzdən  biri  olduğu  vur-

ğulandı.  Azərbaycan  Tibb 

Universitetinin  tarixində  ilk 

dəfə olaraq ən yüksək stan-

dartlara  cavab  verən  he-

matologiya  şöbəsinin  yara-

dıldığını  və  şöbənin  bütün 

əməkdaşlarının - həkim, tibb 

bacısı və xadimələrinin dün-

yanın ən nüfuzlu klinikaların-

da ixtisaslaşmaq üçün kurs-

lara göndərildiyini və hazırda 

ən  ağır  qan  xəstəliklərinin 

müasir  protokollara  uyğun 

müalicə  olunduğunu  xüsusi 

qeyd etdi. 

Klinikanın  mərkəzləş diril-

miş  diaqnostik  laboratoriya-

sının imkanları üzərində geniş 

dayandı:  “Gündəlik  həyatda 

keyfiyyət  ehtiyacdır,  labora-

toriyada  isə  məcburiyyətdir. 

Laboratoriya  nəticələri  əksər 

hallarda 

rəqəmsal 

olur, 

verilən rəqəmin doğru olub-



olmadığını  yalnız  rəqəmlərə 

baxaraq demək mümkün de-

yil. Xəstəyə verilən nəticənin 

doğruluğundan  əmin  olmaq 

lazımdır.  Laboratoriyamız-

da  bu  prinsiplərə  xidmət 

edən  həm  daxili,  həm  də 

xarici  keyfiyyətə  nəzarət 

sistemi  mövcuddur.  Xüsu-

si soyuq hava deposunun və 

depo  proqramının  mövcud-

luğu  reaktivlərin  yararlılıq 

müddəti keçmədən, səmərəli 

istifadəsinə  şərait  yaradır. 

Laboratoriyamız  keyfiyyətə 

xarici  nəzarət  üçün  “Türk 

Klinik  Biokimya  Uzmanlıq 

Dərnəyi  Eksternal  Kontrol” 

(KBUDEK)  şəbəkəsinə  qo-

şulmuşdur  və  əksər  testlərə 

görə  laboratoriyamız  500-

ədək  laboratoriya  arasında 

ilk 10-a daxildir”. S.Musayev 

növbəti  hədəflərinin  sümük 

iliyi  transplantasiyası,  insult 

mərkəzi,  anadangəlmə  ürək 

qüsurlarının invaziv üsullarla 

bərpası, uşaq psixonevrologi 

mərkəsi,  pediatrik  şöbələrin 

ixtisaslaşması  olduğunu  bil-

dirdi. 

ATUKA  (Azərbaycan  Tibb 

Universitetinin  Kardiologiya 

Akademiyası)  və  ATUREK-in 

(Azərbaycan  Tibb  Univer-

siteti  Rezidentlərinin  Elmi-

təcrübi  Konfransı)  uğur-

lu  fəaliyyətindən  də  söhbət 

açan  S.Musayev  klinikanın 

mütəmadi  olaraq  beynəlxalq 

səviyyəli  konqres  və  konf-

ranslara  ev  sahibliyi  etdi-

yini  də  diqqətə  çatdırdı.  O, 

marketinq  işlərinə  də  ciddi 

fikir  verildiyini  vurğulaya-

raq bütün hallarda  müalicə-

diaqnostik 

xidmətin 

və 

tədrisin prioritet məsələ ola-



raq qaldığını söylədi. 

Tədbirdə  çıxış  edən  ka-

fedra  müdirlərindən  pro-

fessor  Əlihüseyn  Hidayətov, 

professor Amaliya Əyyubova, 

professor  İsfəndiyar  İsmayı-

lov,  Ürək  Damar  Mərkəzinin 

rəhbəri,  dosent  Fərid  Əliyev 

klinikanın 5 il ərzində inkişaf 

edərək  ən  müasir  standart-

lara cavab verən bir mərkəzə 

çevrildiyini vurğuladılar.

Azərbaycan  Tibb  Univer-

sitetinin  rektor  əvəzi,  tədris 

işləri  üzrə  prorektor,  pro-

fessor  Sabir  Əliyev  çıxışın-

da  bildirdi  ki,  bu  klinikanın 

ərsəyə  gəlməsi  ilk  növbədə 

ölkə  prezidentinin,  səhiyyə 

nazirliyinin  və  universi-

tet  rəhbərliyinin  çox  böyük 

diqqət  və  qayğısı  sayəsində 

mümkün olub.

Klinikada müalicə işlərinin 

ən  müasir  standart  və  pro-

tokollara 

uyğun 

aparıl-


dığını  söyləyən  prorek-

tor  qazanılmış  təcrübənin 

tədris 

prosesinə 

tətbiqi 

istiqamətində 

müvafiq 

tövsiyələrini  verdi:  “Bütün 

görəcəyimiz  işlər  ən  əvvəl 

tədrisə  istiqamətlənməlidir. 

Tələbələrin  tibbi  bacarıqlara 

yiyələnməsi  və  rezidentlərin 

hazırlığı 

istiqamətində 

istənilən  səviyyəyə  nail  ola 

bilmək  üçün  inkişaf  et-

miş  ölkələrin  təcrübəsini 

dərindən  mənimsəməliyik. 

Təbii  ki,  universitet  klini-

kası  həmişə  digər  klinika-

lardan  bir  addım  qabaqda 

olmalıdır.  Çünki  burada  ça-

lışan  alimlər,  professorlar 

demək  olar  ki,  Azərbaycan 

səhiyyəsinin  istiqamətverici 

mütəxəssisləridir.  İndi  tibb 

çeviklik tələb edir. Hər hansı 

bir klinikanın uğuru dünyada 

baş  verən  yenilikləri  öz  ba-

zasına daha tez gətirməsi ilə 

ölçülür.  Avropa  ölkələrində, 

Türkiyədə  bu  məsələyə  çox 

diqqətlə yanaşılır, mütəxəssis 

hazırlığına ayrıca önəm veri-

lir. 

Son  illərdə  klinikaları-



mızda  müasir  standartlara 

əsaslanan  laboratoriyaların 

yaradılması,  yeni  diaqnostik 

vasitələrdən istifadə edilməsi 

və müalicə işlərinə universitet 

rəhbərliyinin  təşəbbüsü  ilə 

təhsil  üçün  Türkiyə  və  digər 

ölkələrə  göndərilmiş  yüksək 

ixtisaslı mütəxəssislərin cəlb 

olunması  bizə  arzuladığımız 

səviyyəyə çatmaq üçün geniş 

imkanlar verir”. 

S.Əliyev  görülən  işlər 

barədə  ictimaiyyətin  daha 

ətraflı  məlumat landırıl ması-

nın  vacibliyini  də  vurğula-

dı.  Başqa  klinikalarımızla 

müqayisədə Tədris Terapev-

tik  Klinikanın  təşkilati  işin 

qurulması,  müalicə  prinsipi, 

diaqnostik  aparatların  alın-

ması və rezidentlərin hazırlı-

ğı baxımından yaxşı mənada 

fərqləndiyini  deyən  prorek-

tor  bu  böyük  kollektivin  hər 

bir  üzvünü  qarşıdan  gələn 

Dünya 

Azərbaycanlılarının 



Həmrəyliyi  Günü  və  Yeni  il 

bayramı münasibəti ilə təbrik 

etdi,  onların  ailələrinə  ruzi-

bərəkət arzuladı.

Sonda  professor  Sur-

xay  Musayev  də  fəaliyyət 

göstərdikləri 5 il müddətində 

ölkə  Prezidentinin,  səhiyyə 

nazirliyi  və  universitet  rek-

torluğunun  diqqət  və  qay-

ğısını  daim  hiss  etdiklərini 

xüsusi 


qeyd 

edərək 


təşəkkürünü  bildirdi.  Bütün 

tibbi  personalı  və  tədbir  iş-

tirakçılarını  qarşıdan  gələn 

Dünya 


Azərbaycanlılarının 

Həmrəyliyi  Günü  və  Yeni  il 

bayramı  münasibətilə  təbrik 

edərək doğma kollektivə yeni 

uğurlar dilədi.

Toplantıda 

kollektivə 

özündə  klinikanın  simvolla-

rını əks etdirən hədiyyələr də 

təqdim olundu.

.


Yüklə 11,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin