Atletika (ümumikurs)I kurs 200 test (Azərbaycan bölməsi) Atletikanın tədrisi metodikası


Yadro itələmənin təhlili və tədrisi metodikası



Yüklə 72 Kb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü72 Kb.
#47830
1   2   3   4   5   6   7   8
444058583-Atletika-2020

5. Yadro itələmənin təhlili və tədrisi metodikası
102. Atmalarda nəticə hansı hallarda sayılmır?

1. idmançıya verilən vaxtdan tez yerinə yetirəndə

2. alət atma sektorundan kənara düşdükdə

3. idmançı qəbul olunmuş icra qaydalarını pozduqda

4. atma alətinin konstruksiyasında uyğunsuzluq aşkarlandıqda

5. idmançı 3 cəhddən 2-sini icra etdikdə

6. final səyindən sonra sektorda gözlədikdə

7. idmançı aləti atıb zədələndikdə

A) 1,3,5

B) 2,5,7


C) 4,5,6

D) 2,3,4


E) 2,6,7
103. Atmalarda nəticə necə ölçülür?

A) alətin atma sektoruna yaxın izindən atma sektorunun məhəcərənin daxili tərəfinə qədər

B) sektor məhəcərəsinin daxili tərəfindən alətin izinin atma sektoruna uzaq tərəfinə kimi

C) təkan yerindən hakimlərə qədər

D) atma sektorundan alətin dayandığı yerə kimi

E) sektor məhəcərəsinin xarici tərəfindən alətin izinin atma sektoruna yaxın tərəfinə kimi


104. Aşağıdakılardan hansıları atma alətlərinin uçuş məsafəsinə təsir göstərir?

A) alətin çəkisi, quruluşu, atma bucağı

B) qaçış və ya fırlanmada alətə qüvvə sərfi məsafəsi, atma bucağı, alətin aerodinamikliyi

C) hava şəraiti, alətin aerodinamikliyi, alətin çəkisi

D) küləyin sürəti, qaçış və ya fırlanma hissəsində alətə qüvvə sərfi

E) optimal uçuş bucağı, yorğunluq


105. Atletikanın atmalar bölməsinə hansı alətlər daxildir?

A) lövhə, çəkic, nizə, yadro

B) kamandan oxatma, yadro, nizə

C) qumbara, nizə, lövhə, balta

D) tennis topu, disk, çəkic, nüvə

E) nizə, çəkic, balta, ox


106. Atmalarda istifadə olunan alətlərin xüsusiyyətləri dedikdə nələr nəzərdə tutulur?

A) ölçü, çəki, aerodinamika

B) süzmə qabiliyyətinə malik olması, rahat istifadəsi

C) atma alətləri yalnız yarışda istifadə olunur

D) hazırlandığı metal, oxşar alətlər

E) uzunluq, en kəsiyi, tərkibi


107. Atmalarda əsas məqsəd nədir?

A) alətin ölçülməsi mümkün olan maksimal məsafəyə atılması

B) hamıdan uzağa ataraq qalib olmaq

C) havanın rütubətliliyini nəzərə almaq, küləyin sürəti və istiqaməti

D) alətin mümkün olan maksimal hündürlüyə atılması

E) final səyində alətin ən ideal anda icrası


108. Alətin atılması üçün dairənin diametri 250sm olan alətlər hansılardır?

A) nüvə və nizə

B) lövhə və yadro

C) çəkic və balta

D) lövhə

E) nizə və lövhə


109. Ətraf mühitin hansı amilləri atmalarda nəticəyə təsir edir?

A) külək, havanın sıxlığı (dəniz səviyyəsi)

B) yağış, qar, külək

C) havanın temperaturu, azarkeşlərin təsiri

D) iqlim qurşaqları, fəsillər, yüksəklik

E) günəşin ultrabənövşəyi şüaları


110. Atmalarda dayanma fazasında idmançının məqsədi nədir?

A) hərəkət sürətini azaltmaq və yıxılmanın qarşısını almaq

B) maksimal sürəti yığaraq aləti atır və atma sektoruna doğru qaçış sürətini azaldır

C) heç bir variant doğru deyil

D) heç bir hərəkət etmədən yerində dayanır

E) tormozlanma fazasına çekir


111. Atmalarda hansı yolverilməzdir:

A) alət atıldıqdan sonra yerə düşməmiş idmançı arxasını sektora çevirə bilməz

B) idmançı çağırıldıqda çıxış üçün gəlməsin

C) 3 dəfə cəhdi icra etsin

D) qoyulmuş alətlərdən istədiyini götürüb atsın

E) istədiyi texnika ilə icra etsin


112. Aşağıdakılardan hansı xətti üsulla yadro itələməyə aiddir?

A) dairə daxilində dönmələr, yadronun yerindən itələnməsi

B) dairə daxilində fırlanma, yadronun itələnməsi

C) dairə daxilində dönmə, sıçrayış və yadronun itələnməsi

D) dairə daxilində qaçış, sıçrayış

E) dairə daxilində sıçrayış, dönmə və yadronun itələnməsi


113. Yadro itələmədə hərəkət texnikasını göstərin:

A) 3-fırlanaraq, sıçrayaraq, dönərək

B) 3-dönərək, düz irəli, sıçrayaraq

C) 4- xətti, yuvarlanaraq, açılaraq, təkanla

D) 2-xətti, fırlanaraq

E) 2-düz irəli, təkanla


114. “Dönərək” yadro itələmə texnikasının üstünlükləri nədən ibarətdir?

A) alətin ilkin hərəkət sürətinin böyük olması, alətə qüvvə sərfi məsafəsinin uzunluğu

B) itələmə zamanı hərəkət trayektoriyasının uzunluğunda

C) fırlanma zamanı hərəkət sürətinin kiçikliyi

D) alətə verilən ilkin hərəkət sürətindən

E) final səyi zamanı idmançının iki dayaqlı vəziyyətindən


115. Yadro itələmə sektorunda hərəkətin icrası üçün dairənin diametri nə qədərdir?

A) 212,5sm

B) 250sm

C) 213,5sm

D) 240sm

E) 215,3sm


116. Yadro itələmədə sıçrayışın texnikasının fazalarını göstərin:

A) çıxış vəziyyəti, sıçrayış, durma-dayanma, əks əlaqə

B) isinmə hərəkətləri və hazırlıq işləri, aləti itələmə, müvazinəti saxlamaq

C) hazırlıq, sıçrayış, alətin buraxılması, dayanma

D) təkan, irəli 2 sürətli addım, aləti atma, tormozlanma

E) tullanma, aləti itələmə, dayanma-durma, sektoru tərk etmə


117. Yadro itələmədə alətin tutulma qaydasını göstərin:

1. baş aşağıya doğru yönəldilir

2. dirsək baş səviyyəsində qaldırılır

3. yadro əl aynası və barmaqlar üzərində yerləşir

4. yadro yalnız körpücük sümüyü üzərində yerləşdirilir

5. barmaqlar bir-birinə paralel və bir az bir-birindən aralı tutulur

6. Yadro ovucun içərisində tutularaq çiyin üzərində saxlanılır

7. yadro boynun önündə yerlədirilir

8. dirsək yana aparılır

A) 1,4,5,7

B) 3,5,7,8

C) 2,4,5,6

D) 1,3,7,8

E) 4,5,6,7


118. Yadro itələmədə təkan fazasında sıçrayışa hazırlığın mənimsənilməsi məqsədi ilə verilən texniki xüsusiyyətləri göstərin:

1. bədən yerə paralel olaraq əyilmişdir

2. sərbəst qıçın dabanı kürəyə dəyir

3 sıçrayış hərəkətindən sonra aləti fırlatmaq

4. Alət olan əlin çiyni itələmə sektoruna tərəfdir

5. bədən tək dayaq üzərində balanslaşdırılıb

A) 1,5

B) 3,4,5


C) 1,2,4

D) 2,3,4


E) 3,4
119. Yadro itələmə seqment nəyə xidmət edir?

A) idmançının dayanmasına

B) idmançının təhlükəsizliyinə

C) idmançının ələti itələməsinə

D) idmançının sürəti artırmasına

E) idmançının qaçmasına


120. Yadro itələmə sıçrayış fazasında pəncənin dayağa qoyulması zamanı əsas məqsəd nədən ibarətdir?

A) dayaq sahəsinin genişləndirilməsi

B) dayaq gücünün artırılması

C) pəncənin dayağa qoyulması

D) final səyinə hazırıq, sürətlənməni öyrətmək

E) tormozlanma fazasına xidmət


121. Yadro itələmədə sıçrayışın texnikasının fazalarını göstərin:

A) çıxış vəziyyəti, dönmə, alətin buraxılması, dayanma

B) isinmə hərəkətləri və hazırlıq işləri, aləti itələmə, müvazinəti saxlamaq

C) təkan, irəli 2 sürətli addım, aləti atma, tormozlanma

D) tullanma, aləti itələmə, dayanma-durma, sektoru tərk etmə

E) çıxış vəziyyəti, sıçrayış, durma-dayanma, əks əlaqə


122. Atletikada atmalara nələr daxildir?

A) daş atma, lövhə

B) nizə, çəkic, lövhə atma, yadro itələmə

C) içi doldurulmuş toplar, nizə

D) qumbara atma, çəkic

E) top atma, yadro itələmə


123. Atletikanın atmalar bölməsi alətlərin aerodinamik xüsusiyyətlərinə görə neçə yerə ayrılır və hansılardır?

A) 4-sıçrayan, iz buraxan, süzən, tormozlanan

B) 3-süzən, dayanan, süzməyən

C) 2-süzən, süzməyən

D) 3-süzən, tormozlanan, süzməyən

E) 2-tormozlanan, dayanan


124. Süzən alətlərə hansı alətlər daxildir?

A) lövhə, nizə

B) çəkic, lövhə, yadro

C) disk, yadro

D) disk, nüvə, çəkic

E) çəkic, nizə, lövhə


125. Süzməyən alətlərə hansı alətlər daxildir?

A) yadro, çəkic

B) nizə, yadro, lövhə

C) yadro, disk, çəkic

D) lövhə, nizə

E) çəkic, lövhə, yadro


126. Ümumtəhsil məktəblərinin fiziki tərbiyə dərslərində top və qumbara atmanın məqsədi nədən ibarətdir?

A) şagirdlərin yuxarı ətraf əzələlərinin sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi

B) şagirdlərin aşağı ətraf əzələlərinin sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi

C) şagirdlərin çeviklik qabiliyyətinin inkişaf etdirilməsi

D) şagirdlərin yuxarı ətraf əzələlərinin qüvvə qabiliyyətinin inkişaf etdirilməsi

E) şagirdlərin əyilgənlik qabiliyyətinin inkişaf etdirilməsi


127. Alətlərin xüsusiyyətlərinə görə optimal atma bucağı nəyə xidmət edir?

A) daha çox uzaq məsafəyə atılmasına

B) daha çox qüvvətli atılmasına

C) daha çox güclü atılmasına

D) daha çox sürətli atılmasına

E) daha çox yuxarı məsafəyə atılmasına


128. Yuxarı ətrafların sürət-güc hazırlığı dedikdə nə nəzərdə tutulur?

A) yuxarı ətraf əzələlərinin mümkün qədər qısа vахt ərzində mаksimum qüvvə təzahür etdirməsidir

B) yuxarı ətraf əzələlərinin mümkün qədər qısa vaxt ərzində maksimum dözümlülük təzahür etdirməsidir

C) yuxarı ətraf əzələlərinin mümkün qədər qısa vaxt ərzində maksimum çeviklik təzahür etdirməsidir

D) yuxarı ətraf əzələlərinin mümkün qədər qısa vaxt ərzində maksimum güc təzahür etdirməsidir

E) yuxarı ətraf əzələlərinin mümkün qədər qısa vaxt ərzində maksimum sürət təzahür etdirməsidir



Yüklə 72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin