Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz



Yüklə 4,91 Mb.
səhifə46/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   40   41   42   43   44   45   46   47   48
yava el: çağdaş olmayan el). yolun uzaqlığı, yolsuzluqdan yeğ gəlir, elsizlikdən, millətsizlikdən, qara bir kütlə yeğ gəlir. (bu söz kişini, öz elin xorlamaqdan çəkindirir, gücdə olsa, hər kimsə doğulduğu elin becərik, gəlişməsində uzun yardımda bulunması görgətilir (tovsiyə edilir).

uzaq sevgi çıldıdar. (uzaq: artıq). (çıldıdar: dəlirdər. ).

Uzaq yerin halvasın hoza ilə yeyərlər. (Hoza dəyirmanlarda unu dağarcığa tərə-basa yığmaq üçün olan ağac parçasına deyərdilər). (Araz Gunduz).

uzaq yol atı sınlar, ağır gün əri. (sınlar: sınağa çəkər. yoxlar).

uzaq yollar, qonut yoxlar (yoxlar: gözlər).

uzaq yolun yoldaşı, qalmaz yöndən tanınar.

uzaq yolun yoldaşı, tananmışdır hər yanı.

uzaq yolun yoldaşı, tananmışdır hər yanı. (tananmışdır: tanınmışdır. dənənmişdir. dənələnmişdir. bəllənmişdir. bəlginmişdir).

uzaqda olan şişik, qıraqda olan dadlı görünür.

uzaqdasan girməz yuxu gözümə, yanımdasan valıq belə yuxu gələr gözümə.

uzaqdasan girməz yuxu gözümə, yanımdasan valıq belə yuxu gələr gözümə.

uzaqlıq, bir həsrət öldürür, başqa bir sevgi doğurur.

uzaqlıq, ''bir'' həsrət öldürür, ''başqa bir'' sevgi doğurur.

uzanır işi, usanır kişi.

uzansa gün, gecə qısalar.

uzansa söz, us batar, uzansa yol, dos batar. (us: ağıl). (batar: itər). (uzun sözdə ağıl çaşır, uzun yoldan, dosd ayrılır).

uzlu olsun, üzlü yox. (uzlu: başarıqlı).

uzlu, düzlü, duzlu: çıxarlı, doğru, dadlı.

uzun alıb ucuzluğa gedmə.

uzun arzu yolda qalar.

uzun boylu, dadlı sözlü, qıyma gözlü, ətli canlı bir igit.

uzun dərin bolluğuna bir yaşam, arzulayaq hər bir dosda ürəkdən.

uzun dil, kəsik baş gətirir.

uzun dil, yaşam güdəldər.

uzun dilin, yaşı uzamaz.

uzun dilli güdə uslu.

uzun hörgən, gen duzaq.

uzun ipində ucu var!.

uzun kölgə gün batınca, ağır gecə dan atınca.

uzun qıssalınca, qıssanın canı çıxar (üzülər).

uzun qıssalınca, qıssanın canı üzülər.

uzun qoysan hörgəni, gedib gəzər ölkəni. (uzun qoysan hörgəni: meydan vermsən).

uzun sürən yalanlar, gerçək donu geyərmiş.

uzun üz, uzun asdar.

uzun üzün, asın salın, qısın sıxın, çatın çapın: əl çəkmərəm dilimdən.

uzun yaşam dayaz olsun nəyimə, dərin olsun oyku dolu gərəyim.

uzun yol uzağa aparar.

uzun yolun bir başında deyilən yekə yalana, o başında yalançı özüdə inanar.

uzun yolun, bu başında yalan danışan, o başında özüdə inanar.

uzun yorqan ''güdə ayaq'' uzatmaz, ayaq uzun qıssa yorqan neyləsin. (uzun ayaq uzun yorqan istəyər).

uzunayağın yorqanı uzanmaz. (uzunayağın yorqanı qıssa qalır). (uzunayağın yorqanı böyüməz). (geddikcə artan istəklər heç çağun dolmaz, uyqulanmaz, bir yerdə qırılır).

uzundu quyruğu dünyanın. – qança verə qança ala, kimi qala, kimi görə.

uzunluq ucalıq, şan san (şöhrət) gətirmir, inanmısansa adamın qulağına bax.

üç günlük dünyanın dadın bir ömür daşıdın, doymadın genə.

üç sözcükdür varlığımı anlatan, biri kimligim, bir ölkəcim, bir dilim.

üç şey kişilikdəndi 1. dil 2. topraq. 3. ərdəm.

üç taqan qaymaz.

ügey ananın, qaynamaz qazanı.

ügey ananın, qaynamaz qazanı. (ügey ananın, qazanı ağır qaynar).

ügey ananın, qazanı ağır qaynar.

ük olmasa çula nə gərək, eşək olmasa palana.

ükəl yatsa el yatar, kahıl yatsa qal yatar. (ükəl: uka. dahi. zəki. ağil) (kahıl: gic. səfeh).

ülgüçülər yaltaq olsa, izçiləri qaltaq olar. (ülgüçü. nimunə. önçü). (qaltaq: arsız. arlanmaz. utsuz. utanmaz. hayasız. ədəbsiz. namussuz).

ülgülü olqu, yaşamın yolqu. (kişi kəndi olqusun, olduğun tanıya bilsə, kəndi yaşamın, olduğuca, az itgilərlə, uyğun sürə bilər). (düşünülüb biçilən vaqeiyyəti ülgü götürmək, yaşamın yoludur).

ülkü hamını toyuqçu sanır, pişik hamını sıçançı.

ümüd gün götürməz, ümüd günündə doğulur, günüylə boğulur. (gün götürməz: nisyə bilməz. yarın tanımaz).

ümülə yaşıyan, acından ölər.

ümüşlə yaşıyan, acından ölər. (ümülə yaşıyan, acından ölər).

ümüt bir gəvəzə quşdur, haçan susdu, bil ölüm yaxlaşdı.

ümüt ilə keçinən, aclıqda ölər.

ümütlə yaşıyan, acından ölər.

ünləksiz gələn, döşəksiz otur. (ünləksiz: çağrısız. də'vətsiz). (otur: oturur).

ünü çıxınca, düdü çıxdı. (adı çıxınca, düdü, tüstüsü çıxdı).

ünü dinlə, ün içindən yön tapırsın.

ünü var, unu yox.

ünüm anla, sözüm dinlə.

ürək açsan yağuya, gərəg qalmaz ağuya. (yağuya: dığıya. düşmana). (sıırıvı düşmana açsan, ağuya, zəhərə gərəyin yoxdur). (düşmanı içivə alsan, başında yuva qurar, yorqanın sırar, döşək od vurar, belivi qırar). (düşman içində yaşa, içində düşman yaşatma). (qorunma içdən başlır). (düşmandan gəlin olmaz, üvey olmaz, ondan doğan oğul olmaz).

ürək ağrısından kef olmaz.

ürək armaz sevməkdən, nədən sormaz sevəndən. (armaz: yorulmaz. bıkmaz).

ürək baxmasa, gözdə görməz.

ürək bilməz erkək dişi nəyimiş, ürək yurtda eyi kötü varımış.

ürək bir, söyək bir. (söyək: sevgili. mə'şuq).

ürək coşsa, göz yaşar, baş ikisə, xoş yaşar (özgə işlərinə qarışmasa).

ürək dolar, könül doymaz. {güc bitər, istək (həvəs) bitməz, razı olmaz}.

ürək durur, baş unudur. (ürək durur: könül saxlır). (baş: ağıl). (ürək, könül: anılar ambarı). (acıq dadıq, könüldə yer salır, başda yox) (acıq dadıq: acılar dadlılar). (başa gələnləri baş unudurda, könül arar, unutmaz).

ürək haçarı könüldə yatır, tutuq ürəyi könüllər açır.

ürək istər dil söylər.

ürək küflə paslansa, sırt düşmana yaslansa, yurtda korlar çoxlansa, doğan günəş puslanar. (paslanmaq: dumanlanmaq).

ürək odu, başdan tüstülər.

ürək öldürən, yaşam bulur. (öldürmək: sulatmaq. yumşatmaq). (daş ürəklər yaşalmaz, öldür ürək, yaşam bul). (yaşalmaz: ölünməz. yumşanmaz).

ürək sevənin ağıda olar, qarasıda.

ürək süsü, könül bəzəyi, ürək dişliyi (dincliyi) könül əğləyi (əğləyi: əğləncəsi. sevinci).

ürək tanar, könül danar. (tanar: tanıyar). (könül: istək. sevgi. arzu. arsu. həvəs). (tapmaca). (yaş).

ürək yanar, göz yaşarar.

ürək yapan üzüz olsun, düşman qıran biləyiz.

ürək yurdu erkək dişi bilməmiş, yaman olan iyi alqış almamş.

ürək yurtda erkək dişi tananmaz, yaman olan iyi alqış alanmaz. (tananmaz: seçilməz).

ürək, bilik bilək birgəşər, göy üzdəkin aldırar. (ürək: cəsarət). (göy üzdəkin: əl çatmazın).

ürəkcəsi olmayanın tam bir qaracası var. (ürəkcəsi: cürətciyi) (qaracası: mahanası).

ürəkdə edən otraq, köçər günündə, ürək evi yıxılar boş qalan gündə.

ürəkdə sözün varsa, ağzda dilin olsun.

ürəkdə varsa, biləkdə görünər.

ürəkdə yollar qapalı sənin üzünə, silik izlərin, qayıt kəndi özünə.

ürəkdən gələn, ürəklərə yol tapar.

ürəkdən sev, başınla seç. {könül duysun başın tutsun. (tutsun: yönəlsin. təsmimləşsin)}.

ürəklə dilək qovuşsa, sevirəm sözü yaranır, ürəkdən qopursa dilək, söğüş savış yağanır. (söğüş savış yağanır: kin, soyqluq yayılır, calanır, yerində oturur).

ürəklənən yaraq tapdı, yaraqlanan, ürək yok. (ürəklənən: cürətlənən) (yaraq: vəsilə). (könül varsa, umut var).

ürəyə göyçək, gözə göyçək.

ürəyi dil ilə yaran çox olur, onqaran (düzəldən) tap bu yaranı, hanı?.

ürəyi dil ilə yaran çox olur, yonqaran tap bu yaranı, hanı?.

ürəyi əlində saxla.

ürəyi kor olanın, gözü görməz.

ürəyin bir olsunda, başın iki tut.

ürəyin daşlığı, başın boşluğundan yeğdir (yaxcıdır).

ürəyinə dövmüş, düşük öcün alacaq, dar günün basırıb, aydın günə çatacaq. (ürəyə dövmək: niyyətlənmək).

ürkməz olsan yaşamda, tüm qınçılıqla yoxar.

ürün umar əkin əkən əkindən, bərə görsün zumar yığsın işindən.

üs bəzəyi gözə gül, iç təzələ içə gül.

üs geyimi, yaşam keçimi. (yaşamda kəndi başarısın qanıtan dərək görgüsün, zahirində sağlamalıuıq).

üsdən boş, içdən pox. (nə görkəmi var, nə içgəmi).

üsdən boşsan, için dolu gəz. (geyimdən yoxsul olsanda, içdən zəngin ol).

üsdü boş, içi tox. (üsdü qabıq, içi dən).

üsdü yox, içi tox. (üsbaşlı olmasada, yoxsul oubda, içibaşı dolu, bilgin olan).

üstə bax düşün, alta bax öğün.

üstəlirsə yalan, çatmaz ona heç yaman.

Üstümü unlu görüb, adımı dəyirmançı qoyma. (Ara Gündüz).

üşşəyi yiyəsi diyən yerə bağla, birdə döy qabırğasına.

üşüc ağırdan tutar. (üşüc: təmbəl). (təmbəl, üşəgənliyindən işi tez qurtarmaq üçün, yükün ağırından yapışar).

üşüdüm üşüdüm, yerimə düşdüm (tərpəşdim yığışdım yerimə düşdüm).

üşüyən üşüyənə baxıb qızışar.

üşüyənə ulduz – ot.

ütünü özüvə bas, ötməsə özgəyə.

üytgərə bilsən özüvü, evrən tapar öz yolun. (üytgərə bilsən: dəğişə bilsən). (sən kəndivi üstələyib, istədiyin dəğişiklikləri kəndində yap, çevrə sənə baxıb düzələr).

üz alma, asdar al.

üz altında, asdar yatar.

üz dad alar içindən, iç bəzəməz üzdəki (yaşam sürmür üz ilə, üzləşiri öz ilə). {çağı gəlir özün basar üzdəkin. (özün: içindəki). (üzdəkin: zahirdə olanı)}. {iç, üz basa. (üz: surət)}. (içdə olan üzə damar).

üz dadını göz alır, içdi alan öz dadın.

üz gedər, asdar çıxar.

üz görgüsü gözlə qaş, qanmaz yoldaş yolda daş, qanan yoldaş işdə baş. (görgüsü: gözəlligi).

üz görkəzi göz, kişi görkəzi söz. (görkəzi: yaraşığı. gözəlliyi).

üz görkü göz, kişi görkü söz. (görkü: gözəlliyi).

üz gözəlliyi, başlar alır, iç gözəlliyi, könlə yatır.

üz gözəlliyin, göz seçən gözəlliyi danmaq, görə görə kor olmaqdır!!!. (üz: zahir).

üz unutulur, söz unutulmaz.

üz üzdən isti, topraq soyuq topraqdan. (üzə gələn üz, keçmiş üzlərdən sıcaqraq olur. bıraq (ama) topraq üzü ged gedə souqlaşır, uzaqladır).

Üz üzdən utanar. (Araz Gunduz).

üz verdik dəliyə, gəldi ~~ xalıya.

üz verdik dəliyə, palçıqlı çıxdı xalıya.

üz verdin, asdar özü gedər.

üz verən, üzə qalar.

üz verən, üzsüz qalar.

üz verib, üzsüz qalma.

üz verirsən arsız, az verirsən hırsız olur. (acındırsan arsız, acıqdırsan hırsız olur).

üz verisən asdar istir, yer salısan yatsı (yatsı: yatmaq).

üz versən başıva enər.

üz yamaq götürər, asdar yamaq götürməz. (asdar: iç. mə'nəviyyat).

üz yeyilsə asdar çıxar üz üsdə.

üz, ətəklə gizlənməz.

üzdə dadlı, dalda acı, üzdən uzaq!. (üzdən uzaq: üzdən ıraq: allah göstərməsin).

üzdəki göz içəri baxır.

üzdən dolu, içdən boş.

üzdən gedsə, könüldəsə düşməz uzaq gözündən.

üzdən olduq, asdardan qaldıq.

üzə bax ürəyi unut, ürəyə bax, üzü unut.

üzə baxma özə bax.

üzə dalma, öz dilə.

üzə gülür, ayaqdan çəkir.

üzə vurqun, könlündəkin aramaz. (buz dolabı inanmamış ısığa, üzü gəzən inanmamış içiğə).

üzən balıq iz qoymaz, ağzı açıq giz qoymaz. (ağzı açıq: çox danışan). (giz: sır). (giz qoymaz: sir saxlamaz).

üzəndən üz, verənə yüz. (səndən qırandan qır, sənə gələnə sarı yür).

üzgünlərə iyi kötü sayılmaz. (üzgünlərə: umutsuzlara). (əlin canından üzən iyi kötü sayanmaz). (batan biri saman ilan seçənməz). (dənizə düşən yılana sarılır).

üzi gözəl, qoyn alası, içi gözəli, kövn alası. (üz gözəli, qoynuva alsan gözəl, içi gözəli, könlüvə alsan gözəl).

üzləmə! üzü çıxar.

üzməgivi biləsən çay axarı, açmazın vardı yolu bir çıxarı.

üzmək bacaran, tolquna girməz, tolqunla üzən, çatdığı yollarını bilməz. (tolqun: dalqa. şəpə. movc).

üzsüz öz yoxdur, özsüz üz. (maddi olmayan zat yoxdur, zatsız maddə).

üzü asdarın tutmur.

üzü ballı, içi dallı.

üzü bəzək, içi təzək.

üzü dadlı, içi yadlı.

üzü dönmüşdə tanışsada səsi, dəğişər sözü.

üzü gedər, asdarı çıxar.

üzü gedmiş, asdar axdarır. (utsuz həyasız əlindən).

üzü gedmiş, asdarı çıxmış. (işlərin üsdü açılmış).

üzü gözəl beş günlük, içi gözəl yaş boyluq.

üzü ipək, içi iğək. (iğək: iğrənc). (tapmaca). (ilan).

üzü ışığa dursan, kölgə arxava düşər.

üzü qərәnin üzü yox, paxıl adamın gözü yox.

üzü qırmızı, utanmaz.

üzü pırıldır, içi qırıldır.

üzü yağu, içi ağu. (yağu: yağlu. yumşaq). (tapmaca). (ilan).

üzü yağu, içi yavu. (yağu: yağlu. yumşaq) (tapmaca). (ilan).

üzülmə yox olduğuna, sevin tapıldığına.

üzülmədən sevgi dönməz nisgilə.

üzülməkdən nə çıxar, nərsə yapsan üzülməyin evin yıxar.

üzülməsə, düzülməz.

üzülməzdin sevməseydinsə, küsəməzdin ummasaydinisə.

üzülüb ağlama canım, sevməyibdə gedibsə, sevənin tapılar biləməm, çalış sevdiyin qoru sən.

üzüm bitir, üzüm çürür, asma ondan salıqsız. (asma: möv) (salıqsız: xəbərsiz).

üzüm çöpsüz olmaz.

üzüm oğrusu, güzdə bəllənir.

üzüm üzümə baxa-baxa qaralar.

üzüm üzümə, kişi kişyə baxa baxa qızarar.

üzüm yesən çöpü var.

üzüm, çöpsüz olmaz.

üzümün yedə, bağın sorma. (üzümün yeyər, bağın sormaz). (işin nasıl olduğu nəyivə?!).

üzümünü yedə, bağın sorma.

üzün görkü qaşla göz, kişi görkü bilik söz. (görkü: gözəlliyi).

üzün görüb, asdar biçir.

üzün qızsın, qulaqların çınlasın.

üzün o bargahə vur, bir qətrə fəzli min cihan cürmün yuya.

üzün saxla üzü susuzdan. (utun qoru utsuzdan). (yamandan gördüyün yetər, görkəzməyin istəmə).

üzün suyu tökülsə artıq daha yığılmaz, güvən əldən gedirsə, artıq geri qayıtmaz.

üzündə qut, sözündə tat, dilində manqu suyu.

üzündə topla belə, sovğan olursa yumruq. (bu yol, acgöz çinislər yolu, kişilər girməz olu). (irsin yumruq belə olsa, almağından vaz keçmə).

üzündən qaçan özünə çatar, içinə çatan, donunu atar.

üzünə baxıb, asdar alma.

üzünə görə asdarı yox.

üzüntü bir dəniz, batdın geddin, ümüt bir qayıq, mindin, keçdin.

üzüvə görə asdarlı ol, asdara görə üzlü yox. (sözüvü boşa vermə).

üzüvü gördük, düzüvü görkəz, dadlıvı yedik, duzuvu görkəz.

vaxda (vaxıt) keçər, sular durular.

vaxtında əkilən, vaxtında bitər.

Vaxtsız oğul veren arıdan, Erinden sonra qalxan qarıdan, Ağustosdan sonra ekilen darıdan, xayır gözleme!. (Kordus).

valığını dananlar, yoxluğuna yanmazlar.

var axar, yox baxar.

var çağında coşma, yox çağında çaşma.

var çevrədə qalır, içdəkin dışarı calır. (əldə olan var devlətlə necə davranmaq, kişinin iç üzün dışarı qoyur).

var durur öylə olaylarki dəğişməz oları heç gələcək.

var paxır, yox altun.

var sözünə qulluq qoyqıl bilənin, sonu heç yerə çıxmaz yalanın, ömür yaşı artar alqış alanın, qarqış qalındırmaz, yaşı sındırar. (maxtumqulu).

var vara yatır, yar yara.

var verənə, can nədir, can verənə, mal nədir.

var yarına yürüyən, yetər açıq görəsən.

var, bağırar, yox, çağırar.

var, var işdən olar.

vara sayqı olunur, varlıya yox.

varcaq yerivə daş atma. (döncək yerivə daş atma).

vardan yığılar, yoxdan yıxılar.

vardan yoxsul keçərlik, usdan yoxsul ömürlük. (usdan: başdan).

vardı kimi sevgi ona yaramır, düşsə ona, sevgi onu yaralır.

vardı könül kömür qarası, vardı könül könül alası. (açıq könül səggiz uçmaq eşigin açar).

vardı odı, artıq yoxdu.

vardı ölmək dəğişir evrənizi evrəndən, qaçamaq yox bilisiz ən iyisin siz öndən, köçürüz don dəğişir, yoxdu təniz evrəndə, ölüm oldur köçüsən dalda qalanmır heç izin.

vardığınla sevinqıl, tapdığınla onunqıl. (onunqıl: onaylan. razılaş).

vardır pulun, yetən qulun. yoxdur pulun, dardır yolun.

varı dünyanın, olur buyruğuna üzlülərin, vay onaki baxaraq özgələrə min utana.

varıkən əldə dərək verməlisən, çıxsa əldən quzular tək məlisən. (dərək: dəğər. qədir).

varın çoxsa ağrıtmaz, ağgün yoxsa yarıtmaz. (ağgün: fərahlıq. xoşbaxlıq). (yarıtmaz: fayda verməz).

varın ən yaxcısı, əldəkidi.

varın güdən evlənməz.

varına baxıb dəğər biçilir, gora soxulub aşın içilir. (puldu görər hər işi).

varını verən uyalmaz, gözünü yuman oyanmaz. (uyalmaz: utanmaz).

varla bilik birləşədə, varlı güc doğur.

varlanan dilənçi, yovğa (sədəqə) verməz.

varlı bacı yaxında, yoxsul bacı uzaqda olmasın.

varlı bəzək, yoxsul təzək. (yoxsul ələ baxan yox, dolu əli süzən çox). (gidi acun (dünya) var donatar, yox soyatar).

varlı olan bir ayda, yoxsul qalır on ayda.

varlı olan yol tapar, yoxsul olan yolda batar.

varlı olub tükətməyən, yoxsulla yatar, bilibdə işlətməyən qanmazla yaşar. (tükətməyən: sərf edməyən).

varlı soylu ol, yadlar yaxınlaşsın, yoxsul soysuz ol, tanış qardaş yadlaşsın.

varlı umduğun yeyər, yoxsul olduğun.

varlı varından keçmirsə, kütük yükə qatlanır. (kütük: ağır. dərin. qaba) (kütük yükə qatlanmaq: ağırlığa düşmək).

varlı, ərkli. (varlı güclü olur. varlı ixtiyar shabı olur. varlı muxtar olur. varlı bildiyin yapır).

varlıdan borc alma, yoxsula borc vermə.

varlıdan var yukar, yoxludan nə yukar. (yukar: yoxar. bulaşar. sirayət edər). (bu çevrən yarış evrənidi. yoldaş tutsan kəndindən yuxarı tut ki, nərsə öğrəşə biləsin).

varlığa darlıq yok. (varlıqda darlıq yox. bu sözün elara gəzən anlamı. - vardan, sıxıntı, bəla, zərər gəlməz. kişiyə pul ağırlıq edməz) ). (bu sözün, için bilik (mə'nəvi), savsal (fəlsəfi) anlamı. - (var olmağa, hər çeşit ortam\imkan\şərayit var). yalnız bilən bilik (mə'rifətli şuur), görən göz gərəkir) (bu söz, kişini, göz açıqlığa çağrır) (bu söz, deyir ki: -əroğlu!, gözün açıq tutarsın, ''olduğun (varlığını) görürsən, sandığın edgərirsin'' (edgərirsin: oldurarsın, qılqılarsan. qıla bilirsin) ). (tüm darlıqlar, kişinin öz açısından doğur). (doğa\təbiət, hər kişiyə, hər kişinin, görüşünə, göz açısına görə verir) (kişi oğlu, özün görmək, anlamaq üçün, (hər dən), dışardan, kəndinə baxmalıdır).

varlığa nə darlıq.

varlığa yiyə olan yoxluquyla uğraşmaz. (varlığına sahab çıxan, ölüm sonrasın düşünməz) (yoxluq çolum, varlıq dolum). (varlıq bolum, yoxluq solum).

varlığı artırmayan, yoxluğu azaltmamış.

varlığı yalan dolu, oldağın oyunu oyu, yalın dünya, yalan dünya. (olağan, vaqeiyyət yalanla doludur, işi oynu iştə bu).

varlığı yarmayan, yoxluğu yozamaz. (dirlikdə nərsə qılamıyan, yoxluğu ilə heç nəyi pozamaz).

varlığımda bilmәğisən mən kiməm, tapmağı sən anğlayıb gəlsənğ giləm. (tapmağı: tapınmağı).

varlığın sonu ilə yoxluğun sonu birdir.

varlığın sonu ilə, yoxluğun önü birdir.

varlığında dəğərlə, yoxluğunda üzülmə.

varlığında yox yarar, yoxluğuyla nə yarar. (yarar: ziyan verər).

varlığız dildən asılı, onsuz siniz qazılı. (siniz: qəbriz).

varlıq bolum, yoxluq solum. (yoxluq çolum, varlıq dolum). (varlığa yiyə olan yoxluquyla uğraşmaz). (varlığına sahab çıxan, ölüm sonrasın düşünməz).

varlıq istərsən əgər, dünyada yoxluğu qoma, bütün olmağa həvəs etmə sınığlığı qoma.

varlıq nə dedirməz, aclıq nə yedirməz.

varlıq nisgili yoxluğunda, varlıq dadın qaçırır. {varlıq nisgili: nərsə olma həsrəti (yoxluğunda oyanır)}.

varlıq var ucraşa bağlı, varlıq var uçraşa. (ucraş: (ucun tutub gedmə. iradə). (uçraş: təsadüf).

varlıq yaraşdırar, yoxluq dalaşdırar.

varlıq yoxluq savaşı, sevgi söğüş havası. (sevgi söğüş: eşqlə nifrət).

varlıq yüzdürər, yoxluq üzüdər.

varlıqların sanaqıl, yoxluqların yanaqıl. (yanaqılmaq: böyütməmək. qıraq tutmaq).

varlılar, su içir, bilginlər buz yalır.

varlılıq süt gölündə yüzdürər, yoxsulluq, acı sudan üzdürər. (acı su: şor su). (acı sudan üzdürər: acı suya nisgilli qoyar, yoxsul qoyar).

varlılın eşşəginədə ağıllı deyərlər.

varlının əlin pıçaq kəsdi, yoxsul köynəyin kəsdi. (varlıya saxsı gərəksə, yoxsul kasasın qırar).

varlının əlin pıçaq kəsəndə, yoxsul köynəyin kəsər.

varlının iti yatmamış, yoxsulun siki.

varlının iti yatmaz, yoxsulun siki.

varlının qızın almaq çətin, saxlamaq, qolay.

varlının min əsgiyi var, yoxsulun bir toxluğu var.

varlının topağından (duvarından) çay keçər yoxsulunkundan yol.

varlının torpağından çay keçər, yoxsulunkundan yol.

varlıya borclu, yoxsula borcun olmasın.

varlıya boşlu olma, yosuldan alacağlı.

varlıya boşlu olmasın, yosuldan (yoxsuldan) alacağın olmasın.

varlıya boşlu olmasın, yosuldan (yoxsuldan) alacağın.

varlıya saxsı gərəksə, yoxsul kasasın qırar.

varlıya verəcəyin, yoxsuldan alacağın olmasın.

varlıya yox daranlıq, çıraqlıya qaranlıq.

varlıyı qısqanma, yoxsulu kiçimsərmə. (kiçimsərmə: küçümsərmə).

varsa pulun cibində, dar evrənin gen gəlir, yoxunsa pul cibində, geniş evrən dar gəlir.

vay günün görməyən, hay gününə inanmaz, hay günün görməyən, vay gününə inanmaz.

vay o günki ola oğru, çağıran oğru tutun.

vaz geçməyin, boş verməyin, keçinməyin öğrəşən, tüm yaşadır sevgilərin uğurla.

ver yamana aşıvı, başında yığ daşıvı.

verdigin unut, alduğun anut. (anut: an. yaddan çıxarma).

verdigini unutda, aldığını unutma.

verdin adındı, yedin dadın, sandığdakı yadın.

verdin adındı, yedün dadındı, sandıkdakı yadındı.

verdin alammadın: -


- verdin alammadın, aldın verəmmədin.
- aldın satammadın, satdın alammadın.
- qovdun çatammadın, çatdın tutammadın.
- atdın vurammadın, vurdun tutammadın.
- qaşdın yetəmmədin, tutdun yatanmadın.
- oğul, bundan, sən nə qanırsan? - heç nə!!. – eşit məndən o ki eşitməlisən, yoxsa at onuki atmalısan: - dünya verdiyin alar. sən itirdigin tapar. sən tutduğun buraxar.

verdinisə gözün yum, aldığıva umut yox. (verdinisə tam könüllə ver, geri dönməsinə, almaşına (qarşılığına, mükafatına) umut bağlama).

verdinisə unutda, aldınisə unutma. (verdiyivi unutda, aldığıvı unutma).

verdiyim çox yoxum sənə mən, sevgi bol bilsən, mən varam sevsən, yol bu, buda sən gedsən.

verdiyin bir yumurta, onuda yırta yırta.

verdiyin dəğər donuna dəğər. (biçdiyin dəğər, donun biçdirər). {dəğər ölçüsü, don biçdirər. (ölçüsü: əyarı)}. (özgələr sənin dəğər biçdiyivə görə don biçərlər).

verdiyin sorqu kim olduğunu, verdiyin sorağ nə bəklədiyin bəllər.

verdiyivi unutda, aldığıvı unutma. (verdinisə unutda, aldınisə unutma).

verən əldən alan çox, alan ələ verən yox.

verən əli kimsə, kəsməz.

verən əli tut, alan əli güd.

verən əli, hər kəs öpər.

verən əllər boş qalmaz. (bolluq dilə, bol olsun, korluq dilə, kor olsun). (ağzı uğra aç).

verən əllər boşalır, alan əllər boş qalır. {çəklə ver, yoxla al). (çəklə: ölçülə)}.

verən ərin əli açıq, görən ərin yolu açıq.

verən ərin əli açıq, görən ərin yolu açıq.

verən gərək olaki alan da ala!.

verəndə almadıq, diləb alar. (verəndə almayan, yalvarıb alar). (gedəni boş ver, gələni xoş ver, düşman başın yargilən).

verəndə tələsmə, alanda qapma.

verəndən al, vurandan qaç.

verənlər dinc yaşır, alanlar tox yaşır.

verərsən üzün olar, alarsan üzü olar.

verəsi çörək yoxunsa, deyəsin çörəkli olsun. (sözün dadlı olsun).

verəsin kəndivə dəğər, biligin biləgin əğər!.

vergili üzülməz, alacaqlı üzülür. (vergili: verəcəkli. borclu). (alacaqlı: borc verən).

verib verən olunca, vermə saranğ ol. (verərək, yiğitliklə adlım olmaqdansa, ən iyisi vermə, çinisliklə tanınmış ol. qıslıq, xəsislik, axmaqlıq dəğildir).

verilən pay, alınan pay, yığılan pay, dağılan pay. kəndi payın, kəndivə güvən. (pay: qismət).

verilən sözləri, bırax umutları, əlində yüyən, kəndivə güvən. (yüyən: yular. cilov. kontrol).

verim göydən yol salar. (verim: para. hər ad ilə olur olsun). (para, olmasın işi yapar).

verimsiz baylara gedmən, ayaslı dağlara barda. (ayaslı: kərim. kərəmli. əsirgəməz). (gedmən: gedmə). (barda: getdə). (açıq dağlara üz tut, qısımır varlıdan uzaq dur). {tanozlu baylara barma, tanıqsız dağlara barda. (tanozlu: minnətli) (tanıqsız: minnətlsiz)}.

verirəm diyə quluna, çıxarıb qoyar yoluna.

verirsən doyur, vurursan duyur.

verməlin var vergilən, yoxsulluğa düşmədən, görməlin var görgilən, salığ daşın görmədən. (salığ daşın: əhləd daşın).

verməlisən düzən yolağ yaşama. - dərd çəkənin, kef görənin demişlər.

verməmək söz nə qözəldir verəsən tutmuyasan.

verməmiş gördügünü göz qulağa. (gördügünü: görmüş olduğunu).

verməz ata dərək dilinə, cocuq baxar tərsə elinə. (dərək: qədir. qiymət). (atası sayqı ilə anadilinə yanaşmadan son, qoduğundan nə gözləyə bilər).

verməz kişi qalar işi.

verməzin aşı qazandan çıxmaz.

vermө söz tutmayacaqsan bilisənki sorağın, biçinin vardı səninsə iti saxla orağın.

versən yeyər vursan ölər.

və ol qutlu ağac ki tanrı yad qıldı.

vəlim ağacı nə göz yaşı diriltməmiş öləni, döndürməmiş köçəni, ayaq dirib gücünə, başın götür iləri.

vətən daşı olmayandan, olmaz vətəndaşı.

vətən dediyin düşmansız olmaz.

vətən elin evidi.

vətənin tüstüsüdə şirindi.

Vistül ırmağında Türk atları sulandıkça (suvarıldıkça) Lehler rahattır. Leh, Polonya halkı. Osmanlı Devletine bağlı akıncılar Polonya (lehistan) ya girmişler. Acıkmışlar bağlara girmişler. Bunu gören halk korkudan evlerini terkedip yüksek bir yere çıkıp, Türkleri gözlemeye başlamışlar. Bir taraftan tüm üzümlerimizi Türkler talan etti deyip, üzülüyorlarmış. Türkler karınlarını doyurmuşlar, biraz üzüm alarak gitmişler. Halk da korka korka bağlarına yaklaşmışlar. Birde ne ğörsünler üzüm alınan her asmada birer altın bırakmışlar. Halk memnun olmuş. Vistül ırmağında Türk atları sulandıkça, lehler rahattır sözü bir darbımesel haline gelmiş. (Bayram Özdemir).

vur dedi, vurdum, öl dedi, öldüm, at dedi, atdım, qal dedi, qaldım. artıq duran deyil mən, ölmüş tinim, çökmuş içim, ölən mən.

vur demək vurmaqdan irəli gəlir! (vur demək, qat qat vurmaqdan qolay gəlir). (vur deyən çox olur, vuran az). (vur deyib qana basdılar, de deyib bükə soxdular) (bükə: poxa. girifdarlığa).

vur deyən çox olur, vuran az. (vur demək vurmaqdan irəli gəlir!). (vur demək, qat qat vurmaqdan qolay gəlir). (vur deyib qana basdılar, de deyib bükə soxdular) (bükə: poxa. girifdarlığa).

vur deyib qana basdılar, de deyib bükə soxdular. (bükə: poxa. girifdarlığa) (vur demək vurmaqdan irəli gəlir!) (vur demək, qat qat vurmaqdan qolay gəlir). (vur deyən çox olur, vuran az).

vuran atar. (atmaq: ovlamaq).

vurdun tutmadı, tut vur.

vurqunun günü yox ortası yox, danı yox irtəsi yox. (vurqunun: aşiqin).

vurmasını bilməsən, öz topuzun kəndi başında enər. (topuz: gürz. çomaq).

vursan ovsar kəndinə, dünya səni sayqılar.

vurub söküb xorlama, danış söylə açıqla.

vurulan yarqa dəğər. (vurulan yarıya dəğər). (hər olay adamın sınıq, qırıq, çılız zayıf yerin oynadır, etgilir). (kişi hər olayı, durumu kəndi açısıyla, düşüncəsi ilə çəkləşdirir (sanğlayır. ərzyablıq edir).

vurulmuş yara gizlidir çara.

vuruşda düşünməyə yer qalmaz. (döğüşə, düşünüb gir, girib düşünmə).

vuruşqan buğa buynuzsuz qalar.

vuruşqan xoruz, səmirməz.

ya adın çıxsın ya ''od''un çıxsın.

ya al götür geri qalanımı, yada gəl bitir əksik olanımı. (əksik olanımı: əksik yanımı. yarı yanımı).

ya al təzələ, ya yama təzələ.

ya dəvə ölər – ya dəvəçi – ya üstündəki haci.

ya gümüş yalı ağ ol, ya dəmir yalı qara, hər nə olsan ol bırak, elin dərdinə yara. (bırak: vəli. vəlin).

ya hesab bilmisən ya götün çubuq görmüyüb.

ya ki qılıncı tut, yada qələmi.

ya qılıncı tut, yada qələmi.

ya qorxun gəbər, ya güvən təpər. (təpərmək: itmək. təpmək. yügürmək).

ya lələ şələni yada şələ nənəni.

ya sayı bilmisən ya götün çubuq görmüyüb. (sayı: sana. hesab).

ya şələ nənəni, ya lələ şələni.

ya unçu ölər, yada dəgirmançı.

ya unçu ölər, yada dəgirmançı.

ya zor ya zər, yoxsa bu yerdən səfər.

yabun malın, mal sanma. (özgə malı, mal olmaz, bir gün geri alınır).

yaci işə gələr, yaman aşa.

yad baltaya sap olma!.

yad dildə çalışmaq elizə nərsə gətirməz.

yad elliyə yer versən, doğma eli, doğma yerdə yad edər. (yad edər: yad sayar).

yad əllərdən min tikə, doğma eldən bir tikə.

yad gülmədədir qayğımıza, biz dəğərində, içdənligilə ağlayırıq özgə qəmində. (şəhriyar). (dəğərində: dəğişində: bədəlində. yerində. vərində). (içdənligilə: içdaşlığilə: səmimiyyətlə).

yad ölkədə yardım sənə bircə özün bir paran.

yad ölkənin toxu ol, doğma yerin yoxsulu yox.

yad tatdan, tanış şeytan yeğdir.

yad varlının adı tanış gələr, tanış yoxsulun adı yad.

yad yanaşdı doslaşdı, dos yolaşdı, yadlaşdı. (yolaşdı: uzaqlaşdı).

yadlar girəli, doğmalarım yad olmuş, doğmalıq qurqaca bir ad olmuş.

yadlar içində bilgin olan, bilginlər içində yad olu.

yadlar içində biliş oldum, bilişlər içində yad.

yadlardan qırın kəndivə sığın.

yağ başından yağ əksik, dağ başından qar əksik olmaz.

yağ başından yağu, dağ başından qaru.

yağ davarın savıldı, ərən kişin dağıldı. (dos köməyin vara baylığa bağlıymış).

yağ yağ üstədi, yarma yaman üstədi. (yarma: yırtma. çapma). (yaxşılıq yaxşılığı gətirir, tüm qavqalar yaman üstədir).

yağ yağa qovuşar yarma yavan qalar.

yağa manılsa çörək, bir tikəsi tutar ürək. (manmq. banmq: nərsənin içinə qoşulmaq, batılmaq).

yağan yağış uca dama tez düşər.

yağar yağmur əkin ösünər, əkən öğünər.

yağdırmadan göl olmaz, uydurmadan ev.

yağı ağısın içən, öz ölümün bilməz. (düşmanın zəhərin içən, susqun ölümə düşər). (susqun: dinməz. salasız. xəbərsiz).

yağı odun uçurğan, düşmən oxun çevirgən, toydan onu qaçurğan, işlər uzub keçirqan, bu gün öldü bir kişi. (düşman odunu, ocağını söndürən kişi, düşmən oxunun yanıtın verən kişi, oxunu qıran kişi, el içindən düşməni qaçaq salan kişi, işləri tədbirlə açıb yerinə qoyan kişi bu gün öldü) {artunqa ağısı (bir parça)}.

yağıdan qurtulluq, dosdum tutmasa (qoysa).

yağıq bulsan, yax yarava. (yağıq: mərhəm, dərman kimi işlənilən yağ, kirim).

yağın qayğıran yağa düşər. (yağın: yağısın). (yağısın gözləyən qaynar yağda pişər). (düşmanın oxşayan bəlaya düşər, mal yığmağı düşünən dinclikdən olar). (yağısın qayğıran qaya düşər, barını qayğıran borana).

yağın olsa didrü baxıb güdgilən. (didrü: iti iti. çox diqqətlə).

yağın yaxcı yağdı, yazıqki it dərisindədi. (yazıqki: heyifki).

yağına qıymayan çörəyin yoz (yavan) yeyər.

yağını aşaqlasan, başa çıxar. (aşaqlasan: alçaq görsən).

yağınlıqda dəlik qatlar damcılar. (qatlar: damlar).

yağır nəyin yalığ bilər. (yağır: at sırtındaki yara). (yalığ: yoxsul). (nəyin: nə oduğun). (atın sırtındaki yağırın anlamını yoxsul bilir). (onun, bu kimi atın yerinə qoymaya başqa bir atı yoxtur).

yağırsa hər yerə yağar, sağırsa, hər nədən sağar. (sağırsa: yağdırırsa. yetirirsə). (bir bölgənin bir bölümünə yağırsa, o bölümün hər yanın tutar. (toplumun gənəl dolanşığı, bayağı durumu bir külçə kimidir. birinə gurda yağsa, o birinə heç olmasa damar, o birini etgilər).

yağısın qayğıran qaya düşər, barını qayğıran borana. (düşmanın oxşayan bəlaya düşər, mal yığmağı düşünən dinclikdən olar) {yağın qayğıran yağa düşər. (yağın: yağısın). (yağısın gözləyən qaynar yağda pişər)}.

yağısına kövrələn (acıyan), bir gün başı asılır. (yağısına: düşmanına).

yağış damcısı, daş dələr.

yağış gəldi, yağdıda keçdidə.

yağış gəlir bulutla, el baylığı buluqla. (buluqla: bilgiklə).

yağış töksə sel alar, malın qalsa el alar. (el: yad).

yağış yağa toprağa, heyvan qaçar otlağa.

yağış yağdı, qoşa gəzdik səninlə, qaranlıqda tutdum sənin əlindən, od çaxnaşıb yandı könül odunda, qucaqlaşdıq qoyun boyun səninlə.

yağış yağdı, yağışda qaldıq, yağış kəsdi damcıda. (bir xoş gün, qolayın sağlamayadıq).

yağış yağır, bir sənidin birdə mən, nə yağdığı yağışdan, nə çəkdiyim soluqdan, nə verdiyin umuqdan, yoxdu artıq izizər, həpsi oldu pezəvər. (pezəvər: pükki. puç. sonsuz. dönük).

yağış yağsa toz qopmaz.

yağışdan çıxıb, çoğuna düşdük.

yağışdan qurtulub, doluya düşmək. (dayağdan qurtulub, toxmağa tutulma).

yağıtlıq olsa, yarıqlıq düşər.

yağıya acan, yaralqın. (düşmana acıyan kəndisi yaralanır).

yağıya ayağan, yaralı, qadını qaralı. (düşmana acıyanın kəndisi yaralı, qarısı yaslı olur. (ayağan: acan: acıyan) (qaralı: yaslı).

yağıya baxıb dosduvu tanı, dosduva baxıb, yağını.

yağıya yavuz, dosda uz. (düşmana pis, dosda yaxcı).

yağqutmadı çağında, sağnağutdi yağında. (yağdırmadı gərəyində, sel kimi axıtdı yağışlıqda). (davranışda ölçünü, qılınışda, öğünü (zamanı) güdməli, gözləməli).

yağla doymayan, ətlə doymaz.

yağla dügü olmasa, açıq saçaq boş qalar. (saçaq: süfrə).

yağlaq yavlaq ayırqıl!. (yaxcı pisi seçgilə).

yağlı donsa, canı çıxmaz, çinis ərir, yağı çıxmaz.

yağlı günün yad yaxşı, qanlı günün qarındaş!!!???.

yağlı küyzə su yokmaz. (küyzə: küzə). (yokmaz: yoluğdurmaz. sızdırmaz).

yağlı küzə su vermәz. (yağlı: sırlı. şirli). (yağlı küzə su yoqmaz).

yağlı küzə su yokmaz, bağlı qoldan iş yarmaz, qapıq beyin söz qanmaz, duymaz kişi uslanmaz (dinməz kişi uslanmaz) (dinməz: söz eşitməz) (su yokmaz: su verməz). (iş yarmaz: iş törətməz).

yağlıq alıb yağlayasan tat dilini yad dilin. (yağlıq: silgi. dəsmal).

Yağmadı yağış, bitmədi qamış. (Araz Gunduz).

yağmır altda, ağlar gözlə yaşama. (varlığıvı yanlış, tərs yansıtma).

yağmış yağış cücərməmiş ayağ altda qalan gül. {ayağ altda qalmağın büktüsü budur. (büktüsü: hükmü)}.

yağmur bilə yer gögər, alqış bilə ər gögər. (gögər: gögərər. gövərər. ösər). (alqış: təşviq. xeyir dua).

yağmur bilən yer gögər, alqış bilən ər kökər. (gögər: göyərər). (kökər: bəsirir. becərir).

yağmur bilən, yer gögər, alqış bilən, ər gögər. (gögər: göğərər). (alqış bilən: dəğərləməklə, ərgişləməklə).

yağmur borana qatlaşan, gökqurşağın qarşılar.

yağmur yağsa barqası, yağmur yağmaz qurqası yetər. (barqa: fayda). (qurqa: ziyan. zərər). (su aydınlıqdır).

yağmurdan qaçıb doluya tutulduq.

yağmurdan qaçıb toğana düşduk. (toğan: qarlı küləkli tufanlı hava). (pisdən pisə, kötüdən kötüyə).

yağmurdan qaçıb, doluya tutulmaq. (dayağdan qurtulub, toxmağa tutulma).

yağmurdan savılan damcıya dözər.

yağmurluqda yaşar gözlər bəllənməz. (yoxsa ışıq, ağla qara seçilməz).

yağru yağı, yağısmaz. {piy yağı, kərə (sarı yağ) dadı verməz}.

yağsa yağış, bitər qamış.

yağsa yağış, bütün quşlar yuva arıb qaçarlar, bıraq qartal bulut tümün yenmiş olub üstələr. (bıraq: ama).

yağsız malı, qurd yesin.

yağtı suyun bir gün dönər ağuya. (yağtı su: . nazü ne'mət).

yağu çönüb dosd olmaz, gəlin gəlib qız olmaz. (ördək çönüb qaz olmaz).

yağu daldan, börü ormandan kəməlməz. (daldan: arxandan).

yağu dalında, börü ormanda. (yağu yox demə dalında, börü yox demə ormanda).

yağu dığadan bir tük belə olcadur. (olca: qənimət).

yağu gəlsə tənin verin, tin qoru. (düşman gəlsə özündən keç, gizindən yox).

yağu gözün yırta verər ərkişi, qorxaqlıqdur yaltaqluqdur yav işi.

yağu ilan kimi qıvrılar, doslar ara sızğırar. (sızğırar: süzər).

yağu nəmə deyməz, düşə nəmə girməz. (deyməz: deməz).

yağu oylağı yağ başı, qar oylağı dağ başı.

yağu yağlu, yarmaz yağu deyilməz. (düşman sancmaz demə, düşmandan kar (fayda) bəklənməz).

yağu yağunun yasın tutmaz, sevən sevənin başın utmaz.

yağu yaxandan, it ətəkdən asılı. (biri yaxandan, biri ətəkdən asılı).

yağu yox demə dalında, börü yox demə ormanda. (yağu dalında, börü ormanda).

yağudan damsa uğur, ağqu kimi alqularam. (uğur: xeyr). (ağqu: ağu. ağı. zəhər) (alqularam: qəbul edərəm).

yağudan, dönük yaman. (yağudan: düşmandan) (dönük: xain) ).

yağun qarşı kişi donun tanıtmaz. (yağun: yağın: yağuva. düşmanıva) (tanıtmaz: bəllətməz).

yağun qonaq saxlama, aşında yər, başında. (yər: yer. yeyər). (yağun: yağuvu. düşmanuvu).

yağunu arsılat (arsılat: zərərsizlət).

yağunun dışından içi aman. (düşmanın içində olub çalışmaq, qarşında durub çalışmaqdan yeğ).

yağuya ağu, dilənmə aman. (düşmanıva, öcmanıva zəhər arzula, sağlıq yox).

yaxa almadan ətək verməz: çox çimri, xəsis kişi.

yaxadakın yalayan, əlindəkin qaçqınur. (yaxadakın yalayıb, əlindəkin qaçırır).

yaxadakın yalayıb, əlindəkin qaçırır.

yaxan pişmiş, qazan düşmüş. (yaxma pişərsin, qazma düşərsin).

yaxar odda sönərmiş, sevgi yaxar yaxır yandırar.

yaxcı arvad var qadan alar, onun pisi qadan qalar. (qada: vırqı. bəla. ağrı).

yaxcı danış, yaxcı yaz, uzun düşün, qonuş az.

yaxcı danış, iyi dinlə.

yaxcı demişlər, vardan etmişlər, iyid demişlər, candan etmişlər.

yaxcı dosda can qurban, yerin tutmaz yaxçı olsa qardaşın.

yaxcı elər pis elər, hər nə elər dosd elər. (kişi bildiklərindən tanıdıqlarından öğrəşir).

yaxci işə gələr, yaman aşa.

yaxcı işləridə, iyi görməsən, pis qurtaracaq.

yaxcı oyunçunu topda görür.

yaxcı pisə qarışsa, yaxcı gedər güdaza.

yaxcı pisi saylayan, açmaz ağız əksiklərin qatında. (saylayan: seçən. ayıran). (qatında: hizurunda).

yaxcı sözlərin yaxcısından, yaxcılıq gözləyən, yamaşdan yavaş gedər.

yaxcı yaxcıya pay verər. dilənçi dilənçidən pay güdər. yaxcı yaxcıdan pay güdməz.

yaxcı, işə gələr. yaman, aşa.

yaxcıda əl sınınca, yamanda bel qırılsın.

yaxcıdan, yaxcını seçmək, önər deyir, yaxcıynan pisi seçmək görəvdeyir, yaxcıynan pisi seçmək kişilikdir.

yaxcılar içində lap yaxcısın, pislər içində lap pisin tanı.

yaxcılar, gəlir dar gündə. yaman verir, zay gündə.

yaxcılığa ırışma (öğünmə), pisliyinən barışma.

yaxcılığa ırışma (öğünmə. şişinmə), pisliyinən barışma.

yaxcılığa, başar, alış.

yaxcılığın yolun bilsən, pislik yolundan çıxar.

yaxcılıq bir gül dəyir əkib biçəsən, bir güldur, dərib atasan.

yaxcılıq igidə yük olmaz.

yaxcılıq igidliklə birgə doğulub.

yaxcılıq olub olmamaq deyil, olmamaq çox iyidir ağrısa başda, daşsa ayaqda.

yaxcılıq ürəkdən pasın silər.

yaxcılıq yiyəsin tanımaz. (yaxcılıq yiyəsinə qəribdir).

yaxcılıq, yiyəsinə qəribdir.

yaxcılıqla bitmәmiş iş, bitmәmiş iş. (yaxcılıqla bitmәmiş iş, yarımçıq iş). (işləri iyiyə yormaq yolu).

yaxcın vermə hayıfdı, pisin vermə ayıbdı.

yaxcını basan yamanı açan qonşu.

yaxcını basan, yamanı açan qonşu.

yaxcını gözlüsən gəlsin qapıva! qapıvı bağlı qoy.

yaxcını yatluyan pisin çıxarar (pisinə batar).

yaxcını yeltəsən düşünər, yavuzu yeltəsən övünər. (yeltəmək: öğmək. tərifləmək).

yaxcını yeltəsən düşünər, yavuzu yeltəsən övünər.

yaxcını, pislər günülər, yaxcı çox olsa pisin güdülər.

yaxcının eddiyin gör, pisin yatdığın.

yaxcının eddiyin görsin, pisin yatdığın. (yarqış. dua).

yaxcının kim olduğu gorda, kişinin kim olduğu yolda bəllənir. (gorda: yoxluğunda).

yaxcının nə olduğun pisdən soruşma, pis bilməz yaxcılıq nədir.

yaxcının özündən um, bilənin sözündən.

yaxcının özündən um, bilənin sözündən.

yaxcının sözü dilində, yamanın kini içində (ürəkdə).

yaxcının sözü dilində, yamanın kini ürəkdə.

yaxcısı özüvə, pisi özüvə, yelə tüpürsən, yeldə təpər gözüvə.

yaxcıya yoxuş, yamandan üzüş.

yaxcıya yokuş (yapış), yamandan üzüş.

yaxcıynan (iyiynən) yatlu hara. altınla, tünç hara.

yaxdılarda, yıxdılarda başa baş, qomadılar dura daş üstə daş.

yaxı mənim, yağı sənin, batı mənim, butu sənin. (yaxı: əzabı) (batı: ziyanı). (butu: bəhrəsi).

yaxın dalaşsa, yadqa cem. (yaxınlar savaşsa, yabancılara yem olur).

yaxın ettiyin, uzqa (özgə) edəməz.

yaxın qonşuya, yaman söz demə.

yaxın olmaq soğudar, uzaq olmaq üzüdər (üzükmək: özləmək. həsrət çəkmək).

yaxın olsan az ol ıraq olsan çox ol.

yaxındakı saxsı, dışardakı daşdan bərk. (dışardakı: uzaqdakı. ıraqdakı). (yaxındakı kəssək, dışardakı daşdan bərk). (kəssək: bərk topraq parçası).

yaxındakı tüstü, kor elər.

yaxınır könül, göz yaşarır.

yaxınlardan bəklərəm, ən gücümə gedəni.

yaxınlığın çəki var, iş uzansa çeti var. (çəki: ölçüsü. sınırı). (çeti: yadlığı).

yaxışa dartıq ara. (yaxşılıq edməyə layiqin axdar) (yaxşılıq etdiyivə layiqin ara).

yaxma pişərsən, qazma düşərsən.

yaxma pişərsin, qazma düşərsin.

yaxma pişərsin, qazma düşərsin. (yaxmadım pişmədim, qazmadım düşmədim). (yaxmamışdım pişirdilər, qazmamışdım düşürdülər).

yaxşı adın tutmasan, yaman qapında yatar.

yaxşı arvad buğda unun aş edər, yaman arvad buğda unun daş edər. (yaxşı arvad buğda unun aş edər, yaman arvad hər ikisin daş edər).

yaxşı arvad ev qurar, yamanı uçurar.

yaxşı arvad, evin yarısıdır.

yaxşı aşıvı, yaman başıvı yeyər.

yaxşı atın dişinə baxma.

yaxşı başlar qara daşda, qaravaşlar dili aşda.

yaxşı canınqa yoldaş, yaman malınqa yoldaş.

yaxşı cocuq ertir durub saç darar, yaman cocuq irdən durub yem dilər. (ertir durub: tezdən durub) (irdən durub: sabah gözün açandan).

yaxşı demək kaşki deməkdən uluğ. (uluğ: ərcəh).

yaxşı dilək, bütün ürək. (yaşam güdə, vur çıx başa).

yaxşı gələr aşın yər, yaman gələr başın yər.

yaxşı gələr qalığları durquzar, yaman gələr uvatların uçqurar. (qalığları durquzar: xarabaları abadlar). (uçqurar: uçurar) (yaxşıdan bağ qalar, yamandan dağ).

yaxşı gəlin gülümdü, yaman olsa ölümdu.

yaxşı gəlməyincə, yaman gedməsin.

yaxşı gəp ilanı hinindən çıxarar, yaman gəp qılıcı yenindən çıxarar.

yaxşı gördüyündən deyər, yaman verdiyindən.

yaxşı görməyən dünya varını, bir əkmək üçün bir ömür gəzməli olar.

yaxşı gün, dan ertədən bəllənir.

yaxşı gün, dost yığır, yaman gün, yoxlur.

yaxşı xəbər uzaq gedər, yaman ondanda uzaq.

yaxşı xəbər, yalansada xoş gəlir.

yaxşı igid yaman qadın tüşlasa, azu atar azu qaçar qutulsun. (azu: ya).

yaxşı ilə yola çıx, yaman yol üsdə güdür.

yaxşı ilə yolda ol, qalan işin bitirsin, yaman ilə yolda ol, yürən yolun itirsin. (ilə: bilə. ilən. bilən. birlən) (yürən yolun itirsin: yeridiyin, tutduğun yoldan azdırsın).

yaxşı isən dos tapılar, gedər isən yol tapılar, işləyirsən pul tapılar.

yaxşı işlər aylasanğ, elgim sana boy aylağay, bir yaman iş, quşuqusuz adınğı edqəydir yaman. (aylasanğ: eyləsənğ). (aylağay: eyləgəy). (elgim: millətim). (boy: fəxr) (bəhram).

yaxşı kişi yaxşı söz, könül açar qəm yuvar.

yaxşı qadın ömür balı, yaman qadın can azalı.

yaxşı qadın ömür balı, yaman qadın can çoralı (zuvalı).

yaxşı qadın ömür balı, yaman qadın can zuvalı.

yaxşı mal can qaraldır. (iyi mal can qurtarır).

yaxşı mal yerdə qalmaz, gözü olan qurtlu almaz.

yaxşı oğlan yaman yoldaş tutunsa, qalar yoldan barçağına ərinməz.

yaxşı oğlan yaman yoldaş tutunsa, qalar yoldan barçağına ərişməz. (barçağına: mənzilinə. məqsədinə).

yaxşı oğul öy düzər, yaman oğul toy pozar. (toy: əyləş. məclis).

yaxşı oğul yağışlıq yaman oğul qağışlıq. (yağışlıq qağışlıq: rəhmət lə'nət qaynağıdır).

yaxşı oldu savaşma, yaman oldu yanaşma.

yaxşı olsa bəydən, yaman olsa quldan sayılır. (iş iyi çıxarsa, bəydən görülür, kötü çıxarsa quldan görülür).

yaxşı olsa tarım verdi, pis olsa pü atovna. {pü atovna: atova qarqış. (qarqış: lə'nət}.

yaxşı olur qızların hamısı, hardan çıxır arvadın pisi.

yaxşı ölər, dərək görər. (yaxşının öləndən son dərəki bəllənər). (dərək: qədr)


yaxşıya vermə dərək, onun nəyinə gərək. (yaxşıya sayqarlıq eləmə (minnətdarlıq bildirmə), onun belə yağlamlara gərəyi yoxdur). (yağlamlara: dadlı dillər tökməyə) (yaxşı, gördüyü, qılmışı qarşısnnda nə səndən, nə məndən qarşılıq gözləmir).

yaxşı söylə, yaxşı gəplə yaxşı de, eşidən qulaq var olsun, eşitməzin nə olsun!.

yaxşı sözə qulaq salqıl, tan ertəsi, oyaq bolqıl, yaxşılardan alqış alqıl, yaşın artıb, uluğ qalsın.

yaxşı sözlə ilan çıxar ninindən, yaman sözlə kişi çıxar dinindən.

yaxşı sütün qaymağı, yaxşı ətin kababı.

yaxşı şeyə gül ki, başına gəlsin.

yaxşı tanıb qapırar, yaman qapıp qanırar.

yaxşı yaxşıya könül atmış, yaman yaxşıya oxun atmış.

yaxşı yaman seçilməz, ölçək daşın olmasa. (ölçək: əyar).

yaxşı yaman, keçdi karvan.

yaxşı yaman, keçər kərvan.

yaxşı yamandan küsmüş, yaman ondan biliksiz, yaman izlər yaxşını, yaxşı ondan biliksiz. (biliksiz: xəbərsiz).

yaxşı yarın sıyı yok, yamanına düşmanca, öz yurdunun sıyı yok, özgə yurda aşmanca. (sıyı yok: dərəki yok. qədri yok).

yaxşı yiyə qılığ bilər atında, bağlar atın yaxşı atın qatında. (qatında: yanında).

yaxşı yiyə qılığ bilər atında, bağlar atın yaxşı atın qatında. (qatında: yanında).

yaxşı yolunqa yoldaş, yaman yolunda bir daş.

yaxşı yolunqa yoldaş, yaman yolunda bir daş.

yaxşıdan ad qalınca, yaman pozar dadını.

yaxşıdan ad qalınca, yaman pozar dadını. {yaman, yavalıq yaxşıları izib əzməkdən dinc klmayacaqlar). (izib əzməkdən: izləyib əzməkdən)}. (iyiləri heçan (heç çağan unutamayız. iyilərin keşiyi tutmalıyız, yaman ocaq başında).

yaxşıdan bağ qalar, yamandan dağ.

yaxşıdan bağ qalar, yamandan dağ. {yaxşı gələr qalığları durquzar, yaman gələr uvatların uçqurar. (qalığları durquzar: xarabaları abadlar). (uçqurar: uçurar)}.

yaxşıdan uzaq olma, yamana yaxın durma.

yaxşıdan yaman törəsə çıxadır, yamandan yaxşı törəsə girədir (iyidən kötü doğarsa ziyandır, kötüdən iyi doğarsa qazanctır).

yaxşıdan yaman tutulsa çıxaşa, yamandan yaxşı tutulsa girəşə (iyidən kötü doğarsa ziyandır, kötüdən iyi doğarsa qazanctır). (çıxaşa: . zərərli). (girəşə: qazanc).

yaxşıla dost olsan səni əzizlər, yamanilə dost olsan dalıca pislər.

yaxşılardan nə qalmaz, yamanlardan nə azalmaz.

yaxşıların yaxşılığı dar yerdə, yamanların yamanlığı hər yerdə.

yaxşılarla vuruşma, yamanlarla duruşma.

yaxşılarla yarışqıl, yamanlarla qarışma.

yaxşılığa qapınma, yaxşılığı unutma. (qapınma: aşrınma. kor olma. ifrat edmə).

yaxşılığa qarşılıq unutma qıl yaxşılıq, yamanlığa qarşılıq hər nə yapsan düşün qıl.

yaxşılığa yaxşılıq ər kişinin işidir, yamanlığa yaxşılıq qorxaqların işidir.

yaxşılığa yaxşılıq, borclu qoymaz kimsəni, yaxşılığa yamanlıq, dincə verməz ölkəni.

yaxşılığı bəkləyən yaxşıların taparmış, çılqıncası çalışan ən yaxşısın dərərmiş.

yaxşılığı itirəndən, duz çörək umma.

yaxşılığın gələsi, yamanlığın batası. (eyilik gələrisə, kötülü qaça düşər).

yaxşılığın güdmə sən, yamanlığı yox ərdən.

yaxşılıq açan qapıya, sevgi qonar.

yaxşılıq ağac başında - tutmaq çətin, yamanlıq ayaq altında - atmaq çətin.

yaxşılıq ağac başında, tutmaq güc, yamanlıq ayağ altında, qaçmaq güc.

yaxşılıq bilməyən, yamanlıqdan qalmaz.

yaxşılıq ed, yaxşıların yarı ol, yamanlıqdan ıraq dur, yamanlara yağı ol.

yaxşılıq etdin unut, yaxşıları unutma!.

yaxşılıq güdmə, yamanlıq çıxmazın ərdən, göl olmağı güdülməz, su çıxmazın yerdən.

yaxşılıq qəribdir tanınmaz. {yaxşılıq uzqadır (özgədir), tanınmaz}.

yaxşılıq yola atılmamış, qızıl yerə.

yaxşılıqı su altında gəmiş, üzündə dilə.

yaxşılıqı su altında gəmiş, üzündə dilə. (gəmiş: quyla).

yaxşını anla, yamanı danla.

yaxşını qoru itməsin, yamanı batır çıxmasın.

yaxşını söz öldürər, yamanı çomaq.

yaxşını söz öldürür, yamanı dayaq. (iyi kişini söz öldürür, kötüyü dayaq öldürür). (kötüyə, yamana, qanmaza, kotana söz nə edəcək). (kağıl, cahılın önündə söz kar kəsməz).

yaxşını yada vermə, hayıfdır, yamanı yada vermə, ayıbdır.

yaxşının özü ölsə də, sözü ölməz. (iyi kişinin kəndisi ölürsə də, sözü ölməz).

yaxşının yaxşılığı dəgir hər yerdə, yamanın yamanlığı dəgir dar yerdə.

yaxşıya bala, yamana bəla demişlər.

yaxşıya gün yox, yamana ölüm.

yaxşıya özgə, yamana özümüzün ki demə.

yaxşıya vermə dərək, onun nəyinə gərək. (yaxşı ölər, dərək görər). (yaxşının öləndən son dərəki bəllənər). (dərək: qədr). (yaxşıya sayqarlıq eləmə (minnətdarlıq bildirmə), onun belə yağlamlara gərəyi yoxdur). (yağlamlara: dadlı dillər tökməyə) (yaxşı, gördüyü, qılmışı qarşısnnda nə səndən, nə məndən qarşılıq gözləmir).

yaxşıya yaxşı de, yaxşılığın artırsın, yamanada yaxşı de, yamanlığın qaytırsın. (qaytırsın: qaytırsın. azaltsın).

yaxşıya yaxşı deqıl yaxşılığın artırsın, yamana yaxşı deqıl, yaman işdən qayıtsın. (bu o demək ki, toplum danışıq, yumuşaqlıq bilən, YOLUN İLƏN düzgünə düşər). {qandan qan doğar). (ölüm ölüm gətirir)}.

yaxşıya yaxşı desən çəkinər, yamana yaxşı desən övünər.

yaxşıya yaxşı desən, yaxşılığın artırar, yamana yaxşı desən, yamanalığın azdırar. (azdırar: azaldar).

yaxşıyada yaxşı malı tapışma.

yaxşıyada yaxşı malı tapışma. (tapşırma).

yaxşıyla yaxşı, yarışqan at, yamanla yaman qudurqan it.

yaxşıysa aş, yamansa daş.

yakışan tutulsun, yapışan duyulsun. (yakışan: yaraşan).

yakışanı sev, yapışan olmasada. (yakışan: yaraşan).

yakışanı sev, yapışanı yox. (yakışan: yaraşan).

yakmamış gerçək göz gözə baxıb deyənə, yalan üstələr barıq gey palan geyənə. (yakmamış: xoşa gəlməmiş).

yakmamış gerçək göz gözə baxıb deyənə, yalan üstələr barıq gey palan geyənə. (yakmamış: xoşa gəlməmiş).

yalacını dinlyibdə, yoxla da.

yalaçını, dönənçiyi qızılla dönsə belə, oğraqa alma.

yalaçıya inansan, qoymaz səni palansız.

yalan aytan kişi, uçuqludur işi. (uçuqludur: ziyanlıdır. xətərlidir).

yalan aytan kişi, uçuqludur işi. (uçuqludur: ziyanlıdır. xətərlidir).

yalan başdan, iş aşdan keçir.

yalan bir qıç üsdə durar, gərçək iki.

yalan bürünər, xoş görünər.

yalan cağız, çağsız açılmaz. (zamanı gəlmədən açılmaz, faş olmaz).

yalan demə güvəncəyən kişiyə, güvən edmə yalan deyən kişiyə.

yalan desən yava yapsan, edər qalmaz. (edər: . dəğər. qiymət).

yalan deyən, öğurluqdan usanmaz.

yalan deyib bulandıq, doğrusunuda dandıq, yaxcı gələr günündə, günlər keçdi yubandıq.

yalan deyib inanmaq, boşqafanın işidir, yalan deyib qandıran, başarcanlıq kişidir. (yalan deyib qandırmaq, başarcanın işidir).

yalan deyib inanmaq, boşqafanın işidir, yalan deyib qandırmaq, başarcanın işidir. (yalan deyib qandıran, başarcanlıq kişidir).

yalan doğru barışsa, doğru yolundan çaşar, ip doğanaqsız olsa, dəngə qalxar yük aşar.

yalan doğru yarışmaz, od ilə su qarışmaz. {od ilə su sığışmaz. (sığışmaz: tutmaz)}.

yalan doğulmamış boğula, yalan doğulur doğrunu boğa.

yalan donun geyinən, qalan dondan utanmaz.

yalan dursun yağuya qarşı. (yağuya qarşı, yalanı kələyi yaşatmalıyıq).

yalan dursun yağuya qarşı. (yalan dursun: yalan yaşasın) (yağuya qarşı yalanı, kələyi yaşatmalıyıq) (yalanın yaman olduğunu vurqulayır).

yalan duyub doğru sanan, palan görsə eşşək anar.

yalan dünya qalan dünya. - (açıq qıl tut göz qulağ, yüz qonan var yüz köçən, gedən gəlməz, gələn qalmaz). {(dörd yaşada beş yaşa, barçıya gəlcək başa). (barçıya: hamı üçün)}.

yalan dünya, gələni qardaş tutar gedəni yad, içindən at.

yalan dünyanı bəzər özü lüt gəzər.

yalan əkilmədən doğarmış, önüm verməz yalan, dedilər, yalan dedilər.

yalan gircək qapıdan, doğru qaçmış, yapıdan. (yapıdan: gizlicə. dal qapıdan).

yalan girər tələsik, çıxmağa yol tapanmaz.

yalan ilən əğşilən, arman qalıb sevgi arar bulanmaz. (əğşilən: uğraşan. ərşilən. məşqul olan). (arman: çatılmay (çatılmaz) arzı).

yalan kök alıb gedir, hər gələn bildiyin edir, qolçamaq istəyin yeyir.

yalan oldağın, vaqiiyyətin bir bölümüdür. (yalansızca doğruqları doğrulmaz, könülsüzcə sevgililər yaşanmaz).

yalan olsa yol açıq, doğruya yollar qapıq. (yalandısa yol açıq, doğruya yollar qapıq). (yalançıya yol açıq, doğruçuya yol qapıq).

yalan olub kirtü donun girənlər, andın içib üsdən poxun yeyənlər, daşlı ürək, gözü yırtıq, başa sarığ geyənlər, kirtü yarqa,say sanavı gəl gətir. . {kirtü. girtü: doğru. düz. həqq. (kirtükləmək: doğrulamaq. təsdiqləmək)}. (say sanavı: hesab kitabıvı). (kirtü yarqa: həqq məhkəməsinə).

yalan öğüt, doğru yola varmaz.

yalan sevər yalanlarla sığalar, çini sevən, doğrularla qıvanar. (qıvanar: sevinər).

yalan söyləş, yaman öyləşə yol açır. (söyləş: söz. qonuşma). (öyləşə: oylaşa. düşüncəyə).

yalan tez utulur, gec unutulur.

yalan tutsa kərəsi qalar, tutmasa ayranı calar. (ayranı calar: hər nəyi bular, batırar).

yalan uzaq, yaman qıraq.

yalan üstə yaman bulunmaz.

yalan üstə yaman yox. (yalan üstə yoxdur yaman). (yalan üstə olmaz yaman).

yalan vardı, quyluğundan dışar vurar quyruğu. (çoxlu yalanların üstü gec olub açılır).

yalan vardır çox doğrudan yeğ basar, yaşam sürüb çalışmaq, yağun durağın yıxmaq, min ölümdən yaxşıdır. (yeğ basar: yaxşıdır). (durağın: evin. ocağın).

yalan yalın qalmaz, doğru dos tapmaz. (yalın: lüt. tək).

yalan, çağında açılar.

yalan, qorxu, doğrunu boğur, yamanı doğur. (yalan, qorxu, doğrunu pozur).

yalan, qorxu, doğrunu pozur.

yalan, oğrunun yarağıdır.

yalan, palansız olmaz, palan, yalansız.

yalan, yalan anası.

yalan, yalan doğurur.

yalana baş qoy, ayaq bulur.

yalana bürün, xoşuna görün.

yalana dolan oğurluqdan doyunmaz.

yalana dözən yamanın görər. (yalana dözən yamanın çəkər).

yalana inan, düzü dan.

yalana inan, kəndivi dan, tənivə inan, tinivi an.

yalana inanmayan, doğru yol tapmaz.

yalana inanmayınca, yalandan qorxma. (yalana qapılmayınca, yalandan qorxma).

yalançı çin aytmaz, çin aytsada, el inanmaz.

yalançı düz gəpirsə, kimsə ona inanmaz.

yalançı hamını yalançı sanır.

yalançı kimsəyə inanmamış.

yalançı küpü qıpsız olmaz.

yalançı qəssabən, qapında it görünməz.

yalançı odu yatsıya qalmaz. (yatsıya: gecə yatmaq çağı).

yalançı tez yorular, yalanı dünyalar uzar.

yalançı yalağçını tovlar.

yalançı, dos başın yeyər.

yalançı, iki üzlü.

yalançı, yalağçını tovlar.

yalançıda inam yox, inamlıda güvən çox.

yalançıdan baş uçsun, dildə olan suç nədir, kişi uçar başiylə, dilsiz uçan baş nədir. (baş uçsun: baş vurulsun). (o başın ki dili yoxdur dəğər bulmaz).

yalançılar utanmaz.

yalançılar yurdunda, ged ged yalan yoğunlar.

yalançılığı bilməyən, doğrunu itirər.

yalançılıq bazaraından yağ damar.

yalançını dos görən, uzun gedməz üzülür, uluların saymıyan, yaşam sürməz, sürünür.

yalançını qov, ta tumanı düşüncən.

yalançının doğrusunada inanma!.

yalançının dosdu çox, doğurçunun dosdu yox.

yalançının dosdu, inançı olur.

yalançının evi yandı, heç kəs inanmadı.

yalançının evi yandı, yalan deyir kim inandı.

yalançının evi yanmış, kimsə inanmamış.

yalançının gizi var. (yalançı nərsəni gizlətmək istir).

yalançının gözü çıxsın.

yalançının qarşına çıxmaqdansa, izindən qaçın. (qaç: çəkin). (yalançı ilə üzləşməmək yeğ gəlir, o keçən yolu belə izləməmək gərəkir).

yalançının quyruğu bir tutam. (yalançının mumu yatsıya dək yanar).

yalançının sözündən yox gözündən bil.

yalançının sözündən yox, gözündən tanı.

yalançının sözünə inanma, ağıllının sözünə güvənmə.

yalançının şahidi çox, arasanda heç biri yox.

yalançının üzündə görmə, izində!.

yalançının yanında bilik bilsən söyləmə, yamanların aldında iç sözüvü aydama. (aldında: önündə). (aydama: aydınlatma. açıqlama. üzə çıxarma. əyan edmə).

yalançının, gərtisinə iman yox!.

yalançıya ut taxsan, yalançı utar, ut utanar. (ut: utanc. həya).

yalançıya yol açıq, doğruçuya yol qapıq. (yalan olsa yol açıq, doğruya yollar qapıq). (yalandısa yol açıq, doğruya yollar qapıq).

yalançıya yol açıq, doğruçuya yol qapıq. (yalan olsa yol açıq, doğruya yollar qapıq). (yalandısa yol açıq, doğruya yollar qapıq).

yalançıya, inamçılar utuzmuş.

yalanda kök olmaz, ilanda ayağ.

yalandan uzaq, yamandan qıraq, kəndivi yarat.

yalandək kişini yırtan, doğru tək onu örtən yox. (yırtan: dağıdan). (örtən: qoruyan).

yalandı: -
- susmaqdan yaxcı şey yoxdu, yalandı. yalan.
- ötmədən (deməkdən), yaxcı şey yoxdu, yalandı.
- doğrunun tərsin demək, yalandı.
- yalanı doğru demək yalandı.
- doğrunu yalan demək yalandı.
- yamanı yarın (yaxcı) demək yalandı.
- yaxcını yaman demək yalandı. . . . . . . . . bu saymanı biz olmasın qədər saya bilərik. deməkki yalandan yalın yaxın şey yoxdu bizə.

yalandısa yol açıq, doğruya yollar qapıq. (yalan olsa yol açıq, doğruya yollar qapıq). (yalançıya yol açıq, doğruçuya yol qapıq).

yalanı biri yapır, mini yayır.

yalanı inandırmaq çox çətindir, amma bir dəfə inandırdın unutdurmağı, ondanda çətin.

yalanı qapar, doğrunu atar.

yalanı qoğ, dazağı aç, kələyi poz, yaramaz sevgi düşə yad əllərə, güllər qala küllüklərə.

yalanı qoğ, yaman kəndi qaçar.

yalanı yapan başçı, yayan daşçı. (yalanı yapan başqa, yayan daşqa). (daşqa: əvam).

yalanı yapan başqa, yayan daşqa. (daşqa: əvam). (yalanı yapan başçı, yayan daşçı).

yalanı yapan birdir, yayan mindir.

yalanın anışı tanığı, şahidi çoxdu, çalış ''doğruya'' ''yalandan'' tanıq (şahid) tap.

yalanın doğrusun demək, doğurdan yalan deməkdən yeğdir.

yalanın ipi, yoğunsada, geddikcə incələr.

yalanın kökü pukadur, üzü ağ, gerçəyin daşı qara, üzü qara. (puka: boş, həvərə, qumlu daş) {daşı qara: qaradaşlı. (qaradaş: çaxmaq daş. dəmirli daş. daşların ən sicimi, bərki)}.

yalanın ömrü ''az olur'' deyillərsədə, dünyanın ən yaşlılarındanır!.

yalanın yaranıda var, yamanıda. (yaranıda: yaxşısıda. faydalısıda).

yalanışan acıqmaz, söykənişən yıxılmaz.

yalanla, qorxu bir kisədə olar.

yalanları doslar kimi görən çox olur, doslar içrə yalançılıq yox olur.

yalansızca doğruqları doğrulmaz, könülsüzcə sevgililər yaşanmaz. (yalan oldağın, vaqiiyyətin bir bölümüdür).

yalaşan duz, gəzişən düz, az tapılan dadlar alır.

yalaşılığı bilməyən, doğrunu itirər.

yalavac gücü dilində.

yalavacın, elçisin, başcısın yalanlayan eldən, el olmaz.

yalbırdağ minilən at həmməşə yağır olur. (yalbırdağ: yalfırdağ. çallac. çallağ. çalpaq. çıplaq. çəllək. səllək. donsuz). (yağır: beli sürtük yara).

yalçudan nə diləməm varisə təkcə diləyim. (yalçudan: > yolçudan dilənçidən). (: heç nə).

yalçudan nərsə diləngim varisə mən diləməm. (yalçu: > yolçu dilənçi).

yalğız kişi, ev olmaz.

yalğızlıq barışılmış, alışılmamış.

yalğu başdan, yılxu yaşdan pozular. (yalğu: kişi) (yılxu: heyvan).

yalğu dediyin: -üzünün yarısı yalan, geyminin yarısı palan. (yalğu: çiğ süt əmmiş ər oğlu). (kişioğlunun toplum yaşamının yarısı, yalan palanla keçir).

yalğu yaşad olar yaşdan doymaz.

yalğu, yalınğu (insan. bəşər) adı üstündədir.

yalxu olub, yalxu dərkin bilməyən, ondan yenə ot otlayan yaxşıdur, sözləyəndə söz sözünə ilməyən, ondan yenə sözləmiyən yaxşıdur. (dərkin: qədrin). (yalxu: insan) {(yalxu olub, adam dərkin bilməyən, yılxı olub, ot otlasa yaxşıdır). (söz sözünə ilməyən: sözün iç anlamın, fəlsəsini qavrayamayan)}.

yalxu soraşa soraşa, yılxu ısqaşa ısqaşa. (yalxu: kişi. insan). (yılxu: heyvan). (ısqaşa: iyləşə iyləşə).

yalın (tək) barmaqla, birədə tutulmaz. {yalınız (tək başına) iş tutubən umma uzluq (bacarıq)}.

yalın gəpir yalan yox. (yalın: açıq). (gəpir: danış).

yalın olsa basma ayaq tikənә, beyini kütə, sağır qulaq söz girməz.

yalınğaca yaz yaxşı. (yalınğaca: yalınçığa. çılpağa. lütə. geyimsizə).

yalınğaca yaz yaxşı. (yalınğaca: lütə. çılpaqa).

yalınğaca yaz yaxşı. (yalınğaca: lütə. çılpaqa).

yalınız (tək başına) iş tutubən umma uzluq (bacarıq).

yalınquq oğlı yoxazur, əyku adı qalır.

yalınquq oğlu yoqazur, əyku adı qalır. (yalınquq oğlu: bəni adım).

yalınquq, ürülmüş tuluq ol, ağzı yazıb alqınur: insan yellənmiş tuluq kimidir: - ağzı açılsa qapılır, alınır, boşalır.

yalınlıq yalan olmaz, doğruluğu alan doymaz. (yalınlıq: sadəlik).

yalınlıq yalanlıq sevməz. (yalınlıq: sadəlik).

yalqız atlı yarışcaq, yaman qadın uruşçaq. (tək atlı kimsə yarışı sevər. kötü qadın qavqayı).

yalqız dəvə, bağıraq olur, yalqız bala, ağlaq.

yalqız evdə qazan qanamış, kimsə duymuş inanmamış.

yalqız əldən səsi çıxmaz, səs çıxsada, ad çıxmaz.


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin