Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz


özümə yer elərəm, gör sənə neynəyərəm



Yüklə 4,91 Mb.
səhifə39/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

özümə yer elərəm, gör sənə neynəyərəm.

özümkünü deyəndə öküz yalı güçüm var, kəsinkini deyəndə orda burda işim bar. (kəndi işim konu olursa, öküz dək gücüm var. əgər başqasının işi konu olursa mənim ötə bəri (başqa) işim var). (kəsinkini. özgəsininkini. başqasınınkını).

özümüz öz günahımız kimi özmüzü izləyirik, bilərək bilərəkdən kölgəmizdən kəndimizi gizləyirik.

özün bəğənən, kəndin başdağan görər. (başdağan: başdaqlar başı. padşahlar padşahı).

özün bilməsəndə, adını bil.

özün çəkil qonağ oldun dördündə, dörd gün yuxar qonan köçər əylənməz.

özün çox sevən, seviş dusdağı.

özün dalqaya verən dalqaya gülməz. (dalqaya gülməz: bir günə çıxma). (özün dalqaya verən dağlara çıxmaz).

özün desən özündən, etgi qalmaz sözündən.

özün dəğişmə, dünyanı dəğişmədən çox zor.

özün getdin izin qalsın, işin qalsın, sözün qalsın, tütər tütməz ocaqda bir külün qalsın.

özün görməyən gözü kor qalır.

özün ol. doğulmada seçim yox, kim olduğun seç barı.

özün tap özün yap.

özün üzünə baxdıq, günü yox tünə daldıq.

özün yadıyan itmiş. (yadıyan: yadırqayan. unudan. özündən biqanə düşən).

özün yaman arvadın gedər, arvadın yaman qonağın gedər.

özün yaşatmaq hər kişiyə düşmür!. (düşmür: buyrunmur. qismət olmur).

özündən qaçan kölgəsində tutular, sözündən qaçan işində.

özündən qaçan kölgəsində tutular, sözündən qaçan işində.

özündən qaçan, tutsağa düşər.

özündən qaçmaq, 'öz' dəğişmənin başlanqıcıdır.

özündən ön pişiyin doyur.

özündən yad olursan itərsən, özlügün ilə evrən utarsan.

özünə xişdək tapammır, özgələrə köynək tikir. (xişdək: tikilmiş nərsənin çatı yerlərin sağlatmaq, bərkitmək üçün artığına yamanmış tikə, ardından, üstündən vurulmuş, yapışdırılmış dayaq (gücə. dəsdək), parça).

özünə qıyma başarsızlığın son çəkidir. (özünə qıyma: özünə qəsd edmə). (çəkidir: həddidir).

özünğü bil, özgələrlə neşin var, salıqlı yür, tox yadından dış bolma. (özünğü bil: öz işinlə uğraş). (tox: hak). (neşin: nə işin). (tox yadından dış bolma: həqqi heç kəzin yaddan çıxrma).

özünlə yarış, özgəylə barış.

özünü asandan qaç, tutsa sənidə asar.

özünü bil (tanı), özgəni qoy (bırax).

özünü danıb, olduğuna inanmamaq. -açılmamış iç düğünlərin partlaması. (uğdələr, quddələr).

özünü əkə edmək, keçisin təkə. (əkə: ağa). (birini övüb şişirib yaltağlanmaq).

özünü qonduğun üzdən tez aşur, oturma, yol əri yolda yaraşur.

özünü özgədən axdaran, özsüz qalır, üzsüz qalır.

özünün, qanlı yumruqu, yadın yağlı tikəsindən yeğ.

özününkünün bir yanı acıdırsa, bir yanı tatlıdır.

özüvü atmayınca oda, bəllənmir içindəki buda. (buda: kök. dib. bala. uşaq. nütfə).

özüvü bars bilsən özgəni arslan bil.

özüvü çox alçaq çıxma, biz ondan yuxarıyıx, özü çox uca tutma, biz ondan alçaqdayıq.

özüvü dəğiş, üzüvü yox, işivi dəğiş, sözüvü yox.

özüvü gözlə, ağlar gözdən, saxta sözdən.

özüvü işgilə salma qolay işlər gəli tut. (yaşamda bir konuda seçimli yollar var, çalış qolayın tut).

özüvü süt bilsən, dosdun qaymağ bil. (dosduvu alçaq görmə, alçaq görürsənsə, dos olma).

özüvü tanı, özüvə sayın.

özüvün dadın, özüvə adın, qalanı yadın.

Paça ıslanmadan balık tutulmaz. Zahmetsiz iş olmaz. (Bayram Özdemir).

Padişahın bile arkasından kılıç sallanır (konuşulur) Kişiler ne kadar güçlü olurlarsa olsunlar arkasından konuşulur. Düşmanlık yapılır. (Bayram Özdemir).

paxil uçmağada gedə bilsə, başqasın yanında götürməz. (uçmağada: cənnətədə).

paxılın aşı pişməz, pişsədə, ocaqdan düşməz.

paxılın bağı göyərməz.

palan alan, eşək satandan çox olar, palanlı eşəklidən çox olar.

palan tapılar, eşək tapılsa.

palan tapılar, eşşəyin axdar.

palan, yalansız yaşamış, yalan, palansız qalmamış.

palanlıya eşşək yok, eşşək tapsan palan ol. (eşşək yok: eşşək olma).

palçığdan toz çıxmaz.

paltarı geyib öyrəş, pulu sayıb öyrəş.

pambığı oddan, su qorur, suyu pambıqdan, od qorumur.

pambıq ilə baş kəsir, iğnə ilə gor dəlir.

papağa baş tap, çarığa ayaq. (hər dəğərə, görəvə, işə, yerə, məqama, uyqun uyqarın tap).

Papağı başa təkcə isti-soyuğa görə qoymurlar. (Araz Gunduz).

papağı tülkü dərisindən, xəbəri yox gerisindən.

para cibi dələr, pozuq kişi, işi. (pozuq para: dəmir quruş).

Para dediğin elinin kiri=Para gelip geçicidir. Harcanmak için vardır. (Bayram Özdemir).

para güvən gətirir.

para ilə, inamın, kimdə olduğu bilinməz.

para ilə, inamın, kimdə olduğu bilinməz.

para sudu, paraçı gəmi, gəmi sudaykən güclüyə, dişliyə batar, su daldı gəmiyə, gəmiçi batar.

para tüm varlığı edinməz. (pul hər nəyə yiyələnəməz).

para üzü sıcaq olur, topraq üzü soyuq.

para varsa, çox olsun, para azsa, yox olsun. (uçurçuluq: ifrat təfritçilik).

paran bitsə, hammını sən tanırsın, paran varsa hamı səni tanıyar.

paranın üzü açıqdır.

paranın yok qoxusu.

paranın, üzü açıqdır.

parası əziz olan, özü zəlil olar.

parasız dağlı, paralı yağlı. (ac çapılar, bay tapılar).

parasız, bazara gedən, gora, imansız gedər.

parasız, ilim çuvalda qalır, paralı ilim, dünyaya saçır.

paravı dosda bildirmə, bilgivi yağuya.

Parayı veren düdüğü çalar. Parasını veren kişi her şeyi alır. (Bayram Özdemir).

parayla kişi dəğişməz, nə olduğu bəllənər! (para kişini dəğiştirmir, için tökməyə yönətir). (için tökməyə yardımçı olur).

pas atarmış ürəklər, kin kit içində qalsa, ya as öldür qutarsın, ya yas qılıb bağışla. (atarmış: tutarmış). (yas qılıb: lütf, iltaf edib).

pas basmış ürəklərdə nə gəzdin sən ilahi, bir parça daş olsaydı quranda ol ürəklər, mənlər kiminin kit qəmi artmazdı ürəkdə.

pay bölənə, pay qalmaz.

pay gəzənlərdən əksilməz, gəzməzlərədə düşməz.

pay güdəməz bir tülküdən qurd olan.

pay olmamış topraqdan, dadlı nə varmış yurtdan.

pay verilsə topraqdan, canın verər alanmaz satan.

paydaya tikilirsə iki göz, yurtdan ocaq köçər, ocaqdan köz. (oğuntulara, artıqlara bağlı olan kişi batar, ölkə dağılar).

payğat yoxdu inanma, heç nə üzrə kin qurma. (payğat: qismət).

payxaslı ol yaxşılıqdan əl dartma. (payxaslı. ərdəmli. karakterli. keyfiyyətli).

payız günü pənir çörək qarpızınan, yaz günü qatıq çörək yarpızınan.

payız olcaq, rəngi qaçar yarpızın, dadı olmaz, qışa qalan qarpızın. (hər nəyin öz çağı var, bostanıvar, bağı var}.

payızda ''qalan cücə'' sıyılar.

paylanan sevgi geri alnamaz.

Pekmezi küpten, kadını kökten al. Alacağın yiyeceğin kabının arı olmasına bak. Alacağın kadının soyunun ve sopunun arı belli bir yerden olmasına dikkat et. (Bayram Özdemir).

pencərədən çölgəyə iki kişi baxırsa, bir göz dalar boşluğa, bir göz dalar ulduza.

peşman olma keçmişinə, yox demə gəlməmiş gəlmişinə.

pəxmələr olmasaydı, zirəklər acından ölərdi.

pələngə ət yeməyi, doşana ot yeməyi öyrətməzllər.

pəsdə oturmur, təpədə yer bulmur. (pəsdə: pəsədə: altda. aşağda). (istəklə oldağ ortasında oranı quramamaq). (oldağ: vaqeiyyət). (oranı: həddi).

pəsə qalan pisə düşür. (dalı qalan pisə duşər).

pıçaq götürməz oyun, ilişsə kəsərdə boyun.

pıçaq kütsə, suvalsın, paltar kirsə yuvalsın, yaman gedsin yoxalsın, barşağ yenşək gəlgilən. (suvalsın: suvalsın. itinsin). (barşağ yenşək gəlgilən: barış, sülhü səfa, yenilik çoxalsın).

pıçaq necə iti ərsə (olsa), öz sapın yonmaz.

piçaq sapı tutana gərək.

piçaq yarar baş qoyar, söz yarırsa baş qoymaz. (söz: dil). (baş qoymaq: baş bağlama. çözmək qoymaq. çözmək qoyan yara toxdamaq üzrə olur).

pıçaq yarar, iz qoyar, dil yarası köz qoyar.

pıçaq, sapının vecinə nə, kəsir, kəsmir, ona nə.

pıçaqla balta, dil alar alta. (dil: söz). (alar alta: yenər. üstələr).

pinti arvada, kor ər gərək.

pırtlaşıq başa bit tüşər.

pis aravad, kişinin bəlasıdı.

pis arvad, baş qaxıncı.

pis arvaddı, ağrıyan dişdi, yaman at, birin boşa, birin çəkir, birin sat.

pis at ümüt pozar, pis arvad qonaq qovar.

pis günündə çağrılmadan gələn dos, yaman birin ağaclasan tapılmaz.

pis xəbər tez yayılır. (yaman salıq carçı gəzməz).

pis xəbər, qar topası kimi böyüyər.

pis iş görən şeytanın şagirdidi, doğrunu bülüb danan şeytan özüdü.

''pis'' yaxcıdı, ya ''pisrax''. - sözsüzki ''pis'' yaxcıdı.

pis yaxcıya öykünməz, yaxcı pisə öykünər (uyar).

pis yendiklər anası, əringənlik əringənlik arınlıq. (yendiklər: adətlər). (əringənlik: arınlıq: ərinlik. arnavlıq. gəvşəklik. təmbəllik).

pis yeyənin olsun, pis deyənin olmasın.

pis yönünü düşünməsən, yaxşı yönün görənməzsən.

pisə baxda yozlanma. (yozlanma: naşükürlük edmə. şükür ed).

pisə dedilər yaxcısan, sıçdı poxu qoydu, pox üstünə. yaxcıya dedilər yaxcısan, yağı qoydu yağ üstünə.

pisə dedilər yaxcısan, sıçdı poxu qoydu, pox üstünə. yaxcıya dedilər yaxcısan, yağı qoydu yağ üstünə.

pisi goracan götür, yaxcını, yaxcı olanacan.

pisi görüb daşunma, bəyi görüb düşünqıl. (daşunma: naşükürlük edmə).

pisi öğmə, düzü döğmə. pisi sevmə, düzü sövmə.

pisik kişi baş yumaz, bitdən görər. (pisik: kəsif. kifir). (kifir adam başını yıxamaz, biti suçlu çıxarır).

pisik qanmaz, üz utanmaz. (pisik: qəbih).

pislik gördün bir yerdə, üzül ged, yaxcılıq gördün bir yerdə, süzül yet.

pislik gördün bir yerdən, üzül ged, yaxcılıq gördün bir yerdən, süzül yet.

pislik görməyən yaxcılığdan nə bilir.

pislik görüb yaxşılıqa yormaqıl, acı gəpi süycü sözə qatmaqıl.

pislikləri quma yaz, yaxcılıkları qayıya.

pişən qovun sapın tutmaz. (pişmiş qovun sapında durmaz).

pişik bağlanan kəndiri, sıçan gəmirir.

pişik bir kərə aldanar, isti su görmüş pişik, soyuq sudan ülkər.

pişik damdan düşər yıxılmaz.

pişik dədəsi uğruna siçan tutmaz. (uğruna: xeyrinə) (demək hamı kəndi üçün çalışır?. -böylə isə yarısı yanlışdır. balalı pişik quş tutar, kəndi dadmadan balasına yetirir. -birdə habelə başqaları).

pişik evə yiyə çıxar, it yiyəsinə.

pişik ilə bacamır, sıçanlara boy deyir.

pişik kimsə üçün xoruldamaz!.

pişik quyruğun edməmiş körpü, olursa siçan siçanoğlu siçan.

pişik oğlu miyav doğar.

pişik olalı sıçan tutmamış, dodaq olalı gülüş görməmiş.

pişik yağa dəğişməz (əli çatmaz), deyər: - elin malı yaraşmaz.

pişik yağa dəğişməz, aydar: özgə malı yaraşmaz. (gərəkməz). (aydar: deyər). (dəğişməz. əli çatmaz. yetişməz).

pişik yağa dəğişmir, deyir: - elin malı yaraşmaz.

pişik yatar, siçan oynar.

pişik yerə öyrənər, it adama.

pişik, yeməmiş üz gözünü yalamaz.

pişikdən küsən sıçanla yoldaş olar.

pişiklə sıçan tanışlığı danılmaz, dosluğuda alınmaz.

pişirib sözün açarsa ağız, qızmaz qulağı, çəkməz ağız. {ağız çəkmək: 1. üzr istmək. pox yedim demək. 1. ağzın quyu biləziyinə (ayaq yolu daşına) çəkmək}.

pişiyə dedilər boqun dərman, sıçdı quyladı. (boqun: poxun).

pişiyə elçi nə gərək.

pişiyə ət, keçiyə ot yeməyi, öyrətməzlər.

pişiyə ət, köpəyə gəmik güdütmə.

pişiyə ət, qurda quyruq, itə gəmik, xocaya mal, oğlana qız tapşırılmaz!.

pişiyə oyun, sıçana qıyın.

pişiyə oyun, siçana ölüm.

pişiyi arabıya qoşsan, durub kürsüyə çəkər.

pişiyi çox sıxışdırma, pələngə dönər.

pişiyin dərdi, iti öldürməz.

pişiyin qanadı olsaydı, göydə quş qalmazdı.

pişiyin oynamağı, sıçana ölümdür. (pişiyə oyun, şıçana qıyın).

pişiyinə pişdə itinə köşdə deməmək. (iyi kötüsünə qarışmamaq).

pişməmiş söz yırtıq boğazdan çıxar. (pişməmiş: kal).

pişməyin bilən yanmadan düşər.

pişməz təndir oluncaq soyuq.

pişmiş toyuğ qaqqıldamaz.

pişmişlərə ver könül, pişnaqlardan, al könül. (pişmişlərə: olqunlara). (pişnaqlardan: pişməmişlərdən). (pişmiklərə ver könül, pişnaqların pönlün al!).

pitik quylar, bilik gizər, cığan olub qaykişi. (gizər: gizlər). (cığan: paxıl. qısqan. cicikli. içi kirli. içidar. alçaq. əclaf). (qaykişi: alçaq kişi).

pitiyin bilən, qazığın bilər.

pox içində gül seçilməz. {seçimə, yaşama bir koşul (qursaq, şərayit, mihit) istir}.

pox içindədi qanmayır, var yoxunu bilməyir, bal diləydi tamağı. (tamağı: boğazı).

pox qurcamaz dimdik batmaz. (pox eşmiyən dimdik niyə bələnir).

pox qurusu qoxurmaz. . (quru pox qoxumaz). (yaşam sürəcində hər nəyin çağı var. öc bəsləmək aydın günü kitirər). (kitirər: kitrətir. kirləndirir).

pox quyusu içində, pox qoxusu bilinməz.

pox poxa qolay oxşar, gül gülə qıyın. (qıyın: çətin. gücün).

pox yeməzin çəmçəsi batmaz.

pox yeyənin boynun yok, qaşığın qır.

poxa düşəndən yardım sorama, sənidə bələr.

poxdan yox yaxşı.

poxla yatsan iy tutarsan dur uzaq, tüstülü evdən çıxan tutmuş oda düdlük iyi.

poxu düyünlənəndə bizi tapar. (işi çətinə düşəndə). (xoş vaxtında birin tanımayıbda dərdə qalanda birinin başına gəlmək).

poxu güdülən körpənin üzü gülər. (körpələrin (bəbənin), onların çevrəsindəkilərin günlərin qara edən, cocuqların ayağ bərkiliyi, boşluğudur). (körpənin yeyib içib yatmaqdan son işi yoxdur).

poxu qurdalladıqca iy çıxar! (araz gündüz).

poxun güdməyən, pox yiyəsin poxa salar. (dışqı yeyiləndən törür. kişi yediyin güdməlidir).

poxuva görə götün olsun, götüvə görə poxun yox.

porsuğu döydükcə, şişər.

pozan əldən duz güdmə, ylançıdan düz güdmə.

pozanda var, düzəndə var.

pozar axmaq köprünü, çalış onar köprü sən.

pozar bağmanın, dünya dəli, qızılla toprağı qatar oğradar (qatıb oğar, əzər). ( bağman. bağın > peyman).

pozqun satacaq öz tamırın hər nəyə ancaq, öz yurduna döngün kimi pozqunda tapılmaz. (döngün: dönük olan. xain) (tamırın: onuğun. onurun. şərəfin).

pozqun satacaq öz tamırın hər nəyə ancaq, öz yurduna döngün kimi pozqunda tapılmaz. (döngün: dönük olan. xain) (tamırın: onuğun. onurun. şərəfin).

pozuğu yazan, yazını pozan.

pozuq köklü baş bolsa, ellər yamanlıq sürər, bilgə iyid baş bolsa, ellər amanlıq görər.

pozuq qafa qara yaxar, soysuz gedə söğüş yapar.

pozuq olursa sütü, nə iç qalır nə üzü.

pozuqların pozuğu, kişilərin pozuğu.

pozulacaq arac qırx gün öndən cırıldar. {bulutlu göy günəşli gün savlamaz. (savlamaz: xəbər verməz)}.

pozulanın nə izində, nə içində olma, düzülənin başında ol. (pozulanın: qarışılanın. qatıqlığın).

pozuldusa, izindən qaç, düzüldüsə önündən. (izindən qaç: izindən çəkil).

pozulsa sınır, say sanaq sınır. (say sanaq: hesab kitab). (ölçüsüz nərsə sürəməz). (əroğlu sevgisin çəksiz bilər, oldağ yonub çəkiylə sinər) (oldağ: vaqeiyyət).

pozulsada bağ çəpər, bağvan olsa bağ qurar.

puçlama puç yaşamı, puçun qalar. (puçlama: boşa sayma). (puçlamaq: qaramsarlıq, pesimistlik edmək).

pul bilənin qulu, bilməzin xanı!. (pul: para). (bilənin: qədir tananın) (bilməzin: qanmazın).

pul dəğərin yoxsul bilər, əşlik nədir subay. (subay: tək qalmış. evlənməmiş).

pul kimi qızarmaq.

pul tapan gözdən itir, pul itirən bizi tapır.

pul ükmə, ərdəm ük, öcük ükmə, yardam ük. (para yığma, çıxar yığ. kin toplama, bağış yığ).

pula qıymayan, cana qıymaz.

pula sevgi, işə qayğı. (gənclərdə iş qayğısı oyandırmalı, qara pulun dərkin qanıtmalıyıq). (dərkin: dərəkin. qədrin). (qanıtmalıyıq: anlatmalıq).

pulaki, utanmazki!. (pulaki, arsız olur).

puldan keçmə ər kişinin işidi, pula keçmə hər kişinin işidi. (pula keçmə: pulu alma).

pulla dosluq olmaz, pulsuz düşmanlıq.

pullu evin bülbülü, kasıb evin bayquşu.

pullu evin bülbülü, yoxsul evin bayquşu.

pullunun əli pulsuzun gözü oynar.

pullusan qocalığa pul saxla, cəvansan qocalığa can saxla, savaşmısan barışmağa üz saxla.

pulluya bazar, pulsuza mazar.

pulluya bazar, pulsuza mazar.

pulluya bəli, pulsuza dəli deyərlər.

pulsuz cibdən qızıl sözdən aş olmaz.

pulsuz cibdən qızıl sözdən aş olmaz.

pulsuz olda, ürəksiz yox.

pulu sana, dosdu sına.

pulun çoxu yük olmaz, əğri birən, düz olmaz.

pulun varsa dinclik, dilin varsa elçilik.

pulun yoxdur, dadlı dilən nə gəlmiş. (dilən: dilivə) -dadlı dillər yoxsul üzün ağ edər, acı dillər varlısansa pox edər. (pox edər: kor edər).

pulun, üzü olmaz.

pusqalı seviş uzun sürməz, düz diləkli sözün büzməz. (pusqalı: qurçalı. mahanalı).

pusqu bilməz tülkü yox. (pusqu: kələk).

pusquda yatar, dan atar çalar. (tapmaca). (tülkü). (tülkü gecəni sınğırar (gizlənər), dan (səhər) saççaq, kətə (nin) aççaq quş, toyuq, xoruzu qapıb alar).

pusquda yatar, dan atar çalar. (tapmaca). (tülkü). (tülkü gecəni sınğırar (gizlənər), dan (səhər) saççaq, kətə (nin) aççaq quş, toyuq, xoruzu qapıb alar).

puslanma könül, sevdili yarın genə gəlcək. (puslanma: kitlənmək. kədərlənmə. paslanma) (gəlcək: gələcək).

pusuda pişik miyoldamaz. (pusuda: ova yatan) (miyoldamaz: mavuldamaz).

Rağbet güzel ile zenginedir. Güzel ve zengin her zaman itibarlıdır. Albenilidir. (Bayram Özdemir).

ruslar komunislikdən utsuzluğu, ortodokslukdan sırtıqlığı öğrəşmişlər. (sırtıqlıq: üzü bərklik). (utsuzluğu: utanmazlığı. utmazlığı. həyasızlığı).

Rüşvet kapıdan girince insaf (iman) bacadan çıkar. Devlet görevlileri, rüşvet alırsa, hak, adalet, vicdan, insaf gibi değerler yok olur. Görevli yetkisini rüşvet verenden yana, kötüye kullanır. (Bayram Özdemir).

Rüzgar esmeyince yaprak oynamaz (dal kımıldamaz), Dünyada olup biten her şeyin bir nedeni ve sonucu vardır. (Bayram Özdemir).

Rüzgar əkən fırtına biçer. Başkalarının zarar görmesine yol açacak işler yapan kimse, kendine eder, en büyük zarara kendisi uğrar. (Bayram Özdemir).

Sabah ola hayır ola (gele) =Akşamın hayrından sabahın şerri daha iyidir. Acele edip hata yapmaktansa, bekleyip, düşünüp harekete geçmek daha iyidir. (Bayram Özdemir).

sabanda sandırış olsa, örtgündə irtəş olmaz. (səpəndə {(əkində). (şuxumda)} (səpəndə düşünən, dərəndə üşünməz). (sabanda sayraşmayan, endirədə qınqırar).

sabanda sandırış olsa, örtgündə irtəş olmaz: səpəndə (əkində) düşünən, dərəndə üşünməz.

sabanda sayraşmayan, endirədə qınqırar.

sacı soyuq oanın, kündəsi, küt gedər.

saç çəkilər, dil dara çəkdirər.

saç sakalın ağlığı ağlın deyil, qarılıq imgəsi. (imgəsi: simgəsi. işarəsi. simbolu).

Saç sefadan, tırnak cefadan uzar, İnsan neşeli olursa saçları, dertli olursa tırnağı uzar halk arasında böyle bir inanış var. (Bayram Özdemir).

saçağı güdən dosd olmaz. (saçağ: süfrə. yemək astarlığı. asdarğan > dəsdərxan).

saçağız aşsız eliz başsız olmasın. (saçağız: süfrəniz).

saçaq başda əl saxla, koranlıqda ayaq, yad qatında dil saxla. (saçaq: süfrə). (koranlıqda: qaranlıqda). (qatında: yayında).

saçaq tapar öz dəğərin çevrəsini tutandan. (saçaq: süfrə).

saçarsan, biçərsən.

saçdan başa yük olmaz. (saçın başa yükü yox). (ağrıtmamış saç başı).

saçğa günü tanıdar. (saçğa: dan atandan son günəşin ışınlar, şuaları). ( günün saçğası, ışığı günün dəlilidir). (günün varlığına dəlilildir).

saçı soyuq olanın, kündəsi küt gedər.

saçılan sütə ağlama. (yıxıqla yıxılma, yanığla yanma. keçəndən keç, ötəndən öt).

saçıma ağda düşsə belə dən dən, didəcəm yağu könlünü ölmədən.

saçın ağlığı yaşlıq göstərir, başlıq yox.

saçının hər telinə bir qız var. (gənc oğlana öğüş).

saçışmasa, seçişməz.

Saçlı qızı göstərib keçəl qızını ərə verir. (Ara Gündüz).

Sade prinç zerde olmaz, bal gerektir kazana, baba malı tez tükenir, evlat gerek kazana, Bir şeyi tam yapabilmek için birşeyler gerekir. Kişi kendi emeği kazanıp ata malına bir şey katmıyorsa o mal çabuk tükenir. (Bayram Özdemir).

Sadık dost akradan yeğdir. Samimi güvenilir dost akrabadan daha iyidir. (Bayram Özdemir).

sağ canlıya gündə toy.

sağ göz görür, sol göz inanmır.

sağ göz görür, sol göz yumur.

sağ qalın, işsiz qalmayın!!!.

sağ olan baş börk tapır.

sağ tutur, sol vurur.

sağ yaşıyan, başını güdür, könüllə yürür. (kişiliyə dəğər (layiq) yaşam sürən, ağlın unutmur, könül sevənindən qalmır). (baş (ağıl) olduğumuz, yaşadığımız ortamı, mihiti say sanalır (ölçür biçir), könüldə, neçün etdiyimizi, bizə sayalır, açıqlır).

sağat baş, ertən bas. (sağat: sağlam. sağan. sağlıqlı). ( ey başı yerində olan, işə erkən başla).

sağcısı kor, carcısı lal el olmaz. (sağcısı: öndəri. yol göstərəni).

sağçı olan kor olmaz, carçı olan lal olmaz. (sağçı: həkim. təbib).

sağduyuluq işdə bəllənər. (sağduyuluq: ağıllılıq).

sağıcdan (həkimdən) sorma, (ağrını) çəkəndən sor.

sağın, sanma yeməz sofu soğanı, qabığın daha qomaz tapdıqda anı.

Sağır işitmez (duymaz) uydurur (yakıştırır) Sağır duymaz ama konuşanların durumuna kendince bir şeyler yakıştırıp söyler. (Bayram Özdemir).

sağır üçün iki kərə əzan oxunmaz.

Sağırlar birbirini ağırlar, oplum içinde değer verilmeyenler birbirlerine değer verir, saygı gösterirler. ‎ (Bayram Özdemir).

sağlamlığa güclənməyə can atıb, yağun üçün ölüm belə dilənmə. (can atıb: çalışıb). (düşman üçün ölüm olsun deməkdənsə, çalış öz elivi sağladıb gücləndir).

sağlığı gör sarlıqı yok. (sarlıq: kəsəllik). (bardağın dolusuyla yaşa).

sağlığına qalduralın sağrular, kişioğlu dalda acı üzdə dadlı olmayar, varlığında kömür yalı içi dışı bir olar. . (sağrular: badələr). (yalı: kimi).

sağlığında əl barmasa berməyə, qıymazılar qalanlar qol gərməyə. (durmuşda dururkən əlin gəlmərsə verməyə, səndən sonrakılar necə qıyarlar əl uzatsınlar verməyə).

sağlığında kor fatma, öləndən son badam göz.

sağlığında sağ giləvi dərgilən. (ömür cirgəsi anadığıvı yubanmadan tuşla).

sağlıkda korluk yox. (sağlıkdan ziyan gəlməz).

sağlıq dilə çox yemə, ağalıq dilə çox demə. (sağlıq istərsən, çox yemə. sayqı istərsən çox demə).

sağlıq dilə çox yemə, sayğılıq dilə çox demə. (sayğılıq: astlıq. mətanət. izzət).

sağlıq dilə, çox yemə, saylıq dilə, çox demə. (saylıq: hörmət).

sağlıq istərsən, çox yemə. sayqı istərsən çox demə.

sağlıq yaşam ayağı, usluq onun açağı. (açağı: tədbiri).

sağlıq yolunun xəsdəsi olunca, sağ yolunan xəsdələn.

sağlıq, baylıq.

sağlıqda korluk yox.

sağsağan kəkliyə baxar, öz yerişin itirər.

sağsağan kəkliyə baxar, özündən çaşar.

sağsağanı aclıq yox, ac gözlülük qapdırır (təliyə qoyur).

sağur, soğur, savul. (kar ol, kor ol, rədd ol).

Sahipsiz eve it buyruk: Kimsenin ilgi göstermeyip sahiplenmediği işlerde değersiz kişiler söz sahibi olur. (Bayram Özdemir).

saxla dilin ötüşdən, özgə qulaqlı yerdə. (özgə: naməhrəm).

saxla gönü, gələr günü.

saxla yetim siksin götün. (başın üsdə yerin sal, yerdə qalandan əl tut). (əl tumaqdansa, od tut).

saxlanan borc böyüyüb, qapıdan keçməz.

saxlayırsa qorxu yok, saxlamırsa qayğu yok. (atuva yüyən, kəndivə güvən).

saxlayırsan qayğırma, saxlamırsan sayğırma, duyan sözə aldırma, güvən olsun kəndüvə, mən nökərəm fəndüvə. (sayğırma: sayma).

saxlayırsan qayğırma, saxlamırsan sayğırma, duyan sözə aldırma, güvən olsun kəndüvə, mən nökərəm fəndüvə. (sayğırma: sayma).

saxsı qab yamaq (ulaş) götürməz.

saxsıçı (çiniçi), sınıx qabdan su içər.

saxsıçı, sınığ qabdan su içər.

sakal keçide de var: Marifet görünüşte olsaydı, aynı benzeri bir takım özellikler hayvanlardada var, ama onlar insanlar gibi yetenekli değiller. (Bayram Özdemir).



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin