Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3.05 Mb.
Pdf просмотр
səhifə1/17
tarix21.05.2017
ölçüsü3.05 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17


 
Asif Atanın – İnam Atanın  
Mütləqə İnam Ocağı 
 
 
 
 
 
 
 
Günev Atalının Yükümlüyündəki 
“Atagün” Ailəsinin  
34-cü ildə 
Aylıq mərasimləri 
 
 
 


 
 
 


 
Asif Atanın-İnam Atanın 
Mütləqə İnam Ocağı 
 
Ata-Ocaq ilsırasının 36-ili 
“Atagün” və “Ulufərəh” Ailələrinin 
I “Ailə Günü” mərasiminin 
Gedişatı 
 
Gün: 21 Günəş Ayı; 
Yer: Atagün Eli (Örənqala), 
Başlanır: saat 16:00 
 
Oda Amal Ruhuna uyğun hazırlanır. Gül-çiçək, texniki vəsaitlər 
hazırlanır – bunlara sorumlu Elana Atalı. 
Hamı: “Ata Ruhuna pənah gətirmişik!” – deyir. 
 
Hesabat qonuları: 
1) Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 
2) Ruhani Ailəçilik üslubunda nə kimi dəyişikliyin, yeniliyin olmasını 
istəyərdim? 
3) Yurdumuzun bu günü (hadisələr, sorunlar) və sabahı Ocaq 
görümündə. 
Qonaqlara söz verilir. 
 
Müqəddəs oxuma: “Haqq-Haqsızlıq” Kitabından bir hissə oxunub 
şərh edilir. 
“Ata Ruhunu ürəyimizdə aparırıq!”, 
“Atamız Var olsun!” səcdəsi ilə Ailə Günü sona çatır. 
 
Günün carı: 
Ailələşdik – Ocaqlaşmanın yeni aşamasına qədəm qoyduq! 
 
Gedişatı yazdı: Soylu Atalı 
5 Günəş Ayı, 36-il. Saray-Soylu. 
(mart, 2014.) 


 
 “Atagün” və “Ulufərəh” Ailələrinin 
I “Ailə Günü” mərasimində deyilmiş fikirlər 
 
“Ailə  Günü”  Günəş  Ayının  21-də  (mart)  Atagün  Elində  (Örənqa-
lada) keçirildi. Mərasimin quralları icra olunduqdan sonra “Ulufərəh” 
Ailəsinin Yükümlüsü Göylü Atalı Ataya səcdə ilə sözünə amallaşmadan 
başladı: “Bu  ay  ərzində  demək  olar  ki,  bir  şey  oxumamışam,  Atanın 
“İnam  və  Şübhə”  kitabını  bilgisayarda  (latın  qrafikalı  Azərbaycan 
abesində)  yenidən  yazıram.  Nə  öyrənmişəmsə  ordan  öyrənmişəm. 
Saytlardakı  yazılarımızı  oxumuşam.  Mən  bunu  amallaşma  hesab 
eləmirəm. Amallaşma kitabı içinə çevirmək deməkdir. 
Kamilləşmə  hesabatım:  Ocağa  gələndə  bizim  bir  andımız  olur: 
“ömrüm  sənindir  Ata,  onu  götür,  istədiyin  kimi  sərf  et,  andıma  xilaf 
çıxsam  özümü  ölmüş  sayaram”.  Mən  də  bu  məsuliyyəti  zaman-zaman 
dərk  elədim.  Bir  şeyin  şahidi  oldum  ki,  nə  zaman  ömrümü  Atanın 
ixtiyarından alıram, həmin an uduzuram. Bunu Ocağa gəldiyim dövrdən 
hər dəfə hiss edirəm. Məni Ocaqda saxlayan, qoruyan Ocaq əməlçiliyi 
olmuşdur. Əməlçilik də Evladın həyatında adətən iki yöndə inkişaf edir. 
Bir var əməlin üstünə uça-uça gedəsən, dünyanı fərəhlə qarşına alaraq o 
əməli  həyata  keçirəsən,  bir  də  var  qeyrətə  boğularaq həyata  keçirəsən. 
Yəni bir var Ocağı yaşadasan, bir də var icra edəsən. Qeyrətə boğulub 
addım atmaq icra etməkdir. Bu, son vaxtlar mənim ömrümdə daha çox 
iz qoyub, ona görə də qayğılanıram. Bu əhval yorucu əhvaldır və ömrə 
fərəhsizlik gətirir. Çalışıram bu əhvaldan çıxım. Səbəbi çox sadədir, son 
vaxtlar  özümlə  çox  az  məşğul  oluram.  Fitrətdən  gələn  duyğularla 
hərəkət  edirəm  və  daha  çox  verilən  tərbiyədən  hərəkət  edirəm.  Atanın 
“artmayan azalır” fikri özünü məndə doğruldur. 
Seçimlərimdə  bəzən  yanılıram,  səhv  addımlar  atıram,  idrakla  yox, 
duyğularla  hərəkət  edirəm.  Ən  pisi  də  odur  ki,  bəzən  vicdanıma  qarşı 
çıxdığımı  görürəm.  İnsanda  hansısa  bir  duyğunu  inkişaf  elətdirmək  və 
ya  ləğv  eləmək  olar.  Amma  vicdanı  susduranda  mənəviyyat  zədə 
götürür.  Bu  da  son  ayımın  daha  bir  qayğısıdır.  Ancaq  düşündükcə 
gəldiyim  bir  nəticə  məni  ruhlandırır,  bir  ümid  işığı  kimi  gəlir  mənə  –
ümumi halda içimdə İnsanlıq heyvanlığa qalib gəldi. 


 
Başqa  bir  məqam:  Amaldaşıma  münasibətimi  bir  daha  özüm  üçün 
çözürəm,  yəni  sevgimin  gücünün  az  olduğunu  görürəm.  Ağılla 
düşünəndə  amaldaşlarıma  çox  dəyər  verirəm.  İstənilən  bir  məsələdə 
ətrafın  baxışı  mənim  üçün  heç  vaxt  önəmli  olmayıbdır,  vicdanıma 
hesabat verirəm birinci növbədə. Yəni çox dəyər verirəm, münasibətim 
ali  bir  münasibətdir.  Bir  də  var  real  münasibət,  gerçək  yaşam.  Gerçək 
yaşamıma  baxanda  görürəm  ki,  yüksək  dəyər  verdiyim  halda, 
münasibətimdə hardasa soyuqluq var. Yenə deyirəm, ağılda onu bilirəm 
ki, həyatın yüz dənə dostluğu amaldaşın bir sevgisinə bərabər deyil. Bir 
insan  ki,  Atanı  şeçibdi,  onun  dəyəri  mənim  ağlıma  yaxşı  çatır. 
Mövzu ilə bağlı onu demək istərdim, – amaldaşlara yönəlik sevgi bütöv 
olmalıdır.  Bu  olacaqsa  qalanları  öz-özünə  gələcək.  Əməl  də  gələcək, 
Ruhani  Ailə  də  öz  ruhunu  ifadə  edəcək.  Birinci  növbədə  sevgini 
yaratmalıyıq.  Bunun  üçün  özümə  qarşı  yeni  mərhələdə  tələbkarlığa 
başlamışam... 
Üstün Atalı (Ataya səcdə edir və sözünə başlayır): “Günəş Ayı fərqli 
keçdi. “Yeni İl”imiz, “Bayramımız” bir əlvanlıq gətirdi ömrümüzə. Bu 
ay  yalnız  Ocağa  sərf  etdiyim  məqamlar  gözümün  önünə  gəlir.  Adi 
həyata  xərclədiyim  vaxtı  ömrümdən  itirirəm.  Həyatda  itirdiyim  vaxt 
özümə gərginlik gətirir. Bu, mənim davranışlarımda hiss olunur. Həyat 
işi  ilə  məşğul  olmaq  adamı  yorur,  amma  bircə  saat  Ocaq  işi  görürəm, 
doğrusunu  deyim  ki,  fərəhlənirəm.  Əslində  o  da  lazımdır,  bu  da 
lazımdır. Dünyadan təcrid olmaq olmaz. İşsiz-gücsüz qalmaq da olmur. 
Amma  nə  olur-olsun,  elə  bir  Evlad  olmaq  istəyirəm  ki,  ağzımı  açanda 
Ata  ilə  başlayıb,  Ata  ilə  qurtaram.  Atanı  xalqa  verə  biləm,  həm 
ömrümlə, həm də əməllərimlə. 
...Öz  duyğularımı  sözlə  ifadə  edə  bilmirəm.  İçimdə  boşluq  hiss 
edirəm,  Atayla  dolmaq  istəyirəm.  Soylu  Atalı  deyir  ki:  bir  var  əlinə 
qələm  alıb  söz  yazasan,  bir  də  var  içindən  bulaq  kimi  qaynayıb  ifadə 
olunasan.  Qaynamaq  üçün  gərək  içinə  yığa  biləsən.  Hələ  ki,  Atanın 
tələb  etdiyi  səviyyəyə  çatmamışam.  Cəmiyyəti  necə  dəyişmək  olar  – 
özünü dəyişməklə. Özüylə döyüş əməlinə yetməklə. Atamız Var olsun! 
Güntay  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 
Ataya (İnam Ataya) ali səcdə ilə! 


 
Ocaqçı  kimi  ilk  “Ailə  Günü”  tədbirinə  qatılıram.  Həmişə  düşünür-
düm ki, bu Ocaqçılar niyə hisslərini açıb tökürlər, içlərində görəsən bir 
sirr  saxlamırlarmı?  Buna  ehtiyac  varmı?  Son  bir  ayda  dərk  etdim  ki, 
həqiqətən  ehtiyac  var.  Birinci,  Ocaqçının  özünə  görə,  mütləq  səmimi 
olur. Başqaları da bundan bir nəticə götürür. Bu yaxınlarda Soylu bəylə 
söhbət  edirdik,  mövzumuz  da  millət  olmaqdan,  xalq  olmaqdan  idi. 
Soylu bəy qeyd etdi ki, 15-ci əsrdə Nəsimi və onun ətrafındakılar xalq 
idi,  9-cu  əsrdə  Babək  və  onun  ətrafındakılar  xalq  idi.  Bu  dəyərlərimiz 
məlum  məsələdir,  xalqın  gözündə  bütöv  deyillər.  Onların,  bir  dəyər 
kimi, öz yeri var, amma Asif Ata tamam başqa bir dəyərdir. Bu gün Asif 
Ata  cismani  olaraq  yoxdur,  amma  Asif  Atanın  çağırışına  səs  verən-
lərdən, onu ürəyinə hopduranlardan xalq yaranır. 100 il bizdən sonra da 
bu  səviyyədə  Atadan  qaynaqlanan  xalq  olacaq.  Mən  buna  mütləq 
şəkildə  inanıram.  Gələcəkdə  mənim  də,  bir  Ocaqçı  kimi,  görmək 
istədiyim başqa şeylər var. Söz yox ki, mən hələ Atanı öyrənməliyəm. 
Soylu  bəy  söhbətlərimizin  birində  qeyd  elədi  ki,  müstəqil  addım  ata 
bilən qüdrətli Ocaqçılar olmalıdır ki, Atanın nə demək istədiyini xalqa 
yaxşı  çatdırsınlar.  Ata  onda  daha  sürətlə  xalqın  ruhuna  hopacaq. 
Amallaşma  mövzusunda  onu  deyim  ki,  Atanın  “Bitiqləri”ni  hələ 
oxumağa  başlamamışam.  Hamısına  baş  vurmuşam,  amma  sistemli 
oxumamaşam.  Soylu  bəyin  kitabını  oxuyuram.  Planlaşdırıram  ki, 
Bitiqləri  sistemli  oxuyam.  Xalqlaşma  işini  bacardığım  qədər  aparıram, 
qonaq getdiyim yerlərdə, pastlaşdığım insanlarla söhbət aparıram. Əsas 
odur ki, fərəhliyəm, Ataya inanıram. Biz, toplum olaraq, həyatımızın 20 
faizini özümüzə sərf edirik, qalan 80 faizini avaraçılığa sərf edirik. Mən 
Ata Ocağına gəlməklə ömrümün 80 faizini xilas eləmişəm. Atamız Var 
olsun. 
Günev Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya 
(İnam Ataya) ali səcdə ilə sözümə başlayıram. 
Bir  haşiyə  çıxım  qardaşımın  sözüylə  bağlı.  Əslində  biz  burda 
dediyimiz  sözü  sabaha  deyirik,  eşitməyənlərə  deyirik.  Bizi  gəlib 
eşitməyənlər,  bizi  eşitmək  məcburiyyətindədirlər,  başqa  yol  yoxdur... 
Amallaşmam: Atamızın Dünyaçılıq-İnsançılıq kitabı ilə başladım bu ay 
ammallaşmağa. 
İnsan  necə  dünyalaşır?  Necə  dünyanı  insaniləşdirir?  Məsələn,  dağda 


 
vüqar görür, vüqar insani keyfiyyətdir. Çayda nəğmə görürsən, nə gözəl 
haldır  bu.  Səmada  ucalıq  görür,  Günəşdə  şəfqət  görür  hamısı  insani 
keyfiyyətlərdir.  Bu,  insanla  dünyanın  birliyidir,  –  dünyayla  insanın 
birliyidir,  burada  gözəl  bir  əhval  yaranır.  Bunu  mən  əvvəl  də 
oxumuşdum, 
amma 
indi 
daha 
yaxşı 
ağlıma 
çatır. 
İkinci Amallaşmam “Qutsal Öyrənim Günü” üçün Mütləqə İnamın ruh 
bölümünün, 
Ruhanilik 
hissəsini 
oxumuşam. 
(Günev Atalı qeydlərini oxuyur- Ü. A.) 
 
Kamilləşməm haqqında: Mən özümü çox xoşbəxt sayıram. Çünki bu 
ay  ərzində  daha  çox  dərk  elədim  ki,  mənim  Ocaqsız  həyatım  yoxdur. 
Nəinki həyatım, anım yoxdur. Nə edirəmsə, Ocaq üçün edirəm. Hətta ən 
xırda  işin  dalınca  gedirəmsə,  onun  içində  Amala  gərəklilik  varsa 
gedirəm. Şəxsi həyatım yavaş-yavaş gözümdə adiləşib. 
Məbədimizin  900-ə  qədər  daşını  qaldırıb  hörmüşük.  Yol  qırağında, 
gəlib  gedənlərin  gözü  qarşısında  Məbədimiz  ucalır.  Heç  ağlıma  da 
gəlmir  ki,  mənim  cismani  həyatım  sona  çatacaq,  bu  cür  fərəhlə 
yaşayıram. 
Hər  biriniz  bilirsiniz  ki,  mən  25  ildir  buradan  Ocağı  haraylayıram. 
Getmədiyim yer qalmayıb, dönə-dönə döymədiyim ağıl qalmayıb. Ocaq 
burada  boşuna  ad  kimi  olmayıb.  Sağlığında  Atanın  bu  bölgədə  görüşü 


 
olmuşdur. Ata öləndə də, İnam Evi  məsələsinin baş tutmasında da heç 
nə  bu  bölgədə  adi  bir  hadisə  kimi  olmayıb.  Hansı  işin  altındayıq,  biz 
təsəvvür  edirik.  Bu  Bayrağın  altında  duran  adama  adi  adam  demək 
olarmı?  Ağlımda,  ürəyimdə  elə  varlığın  qüdrətini  izləyirəm  ki,  tarixin 
yönünü  dəyişməyə  başlayıb.  Buna  inamım  hədsiz  dərəcədə  böyükdür. 
Ömrüm  də  bu  dəyişikliyə  təkan  vermək  üstə  qurulmaqdadır.  Bir 
zamanlar  özümü  nəyəsə  təhrik  edirdim,  indi  mənim  bütün  ömrüm  bu 
əhvalla dolubdur. 
Xalqlaşma hesabatım. Bu ay ərzində bir neçə yas məclislərində açıq 
söhbətlər  aparmışam.  Evlərdə  fərdi  görüşlərim  olub.  Ancaq  bununla 
belə, bu ay mənim ən az xalqlaşma işim olubdur. Ümumiyyətlə isə, elə 
bir  məqamım  olmayıb  ki,  Ocaqsız  olsun.  Hara  getmişəm  orda  Ocaq 
söhbətləri  aparmışam.  Çünki  ilk  cümlədən  başlayır  maraq.  Çünki  sən 
hamıdan  fərqli  bir  cümlə  deyirsən.  İstər-istəməz  fikirlər  sənə  qarşı 
yönəlir.  Biz,  bir  xalq  olaraq,  nədən  yıxıldıq?  Nədən  qurduqlarımız 
başımıza uçdu. Hanı türk tarixi, niyə qeyb oldu? Bax, onun səbəblərini 
qoyuram  ortaya.  Filan  səbəbdən  yıxıldıq,  öz  kökümüzdən  ayrıldıq, 
ruhani  keyfiyyətlərimizdən  ayrıldıq.  Özgələşdik,  yadlaşdıq,  yadların 
istədiyi kimi olduq. Elə adından bəllidir ki, yadlıq yadlıqdır da. Yadlıq 
səni  köləyə  çevirmək  üçün  səni  sənin  əlindən  alır.  Beş  yaşlı  bir  uşaq 
köhlən  bir  atı  dörd  nalla  çapır.  Niyə?  At  ondan  gücsüzdür?  Atın  öz 
gücündən  xəbəri  yoxdur.  Bir  xalq  olaraq,  gücümüzdən  xəbərimiz 
yoxdur. Heç olmasa tariximizə baxaq, tarixi uğurlarımıza baxaq. Bütün 
qəhrəmanları  bir  yerə  yığsan  Babəkin  beş  gününə  bərabər  olmaz. 
Bağdaddan  Hindistana  qədər  hökm  edən  bir  orduya  qarşı  çarıqlı  bir 
oğlan  durdu.  Bu  oğul  qılınc  qaldırdı,  23  il  yağını  sarsıltdı.  Ağlına  da 
yerləşmirdi ki, ona xəyanət olacaq. Siyasət adamı deyildi. İnanmazdı ki, 
Səhllər ona qarşı çıxardı. Çünki o, ər idi. Xalq elə bir günə düşüb ki, bu 
erməni  dığaları  qatdı  qabağına  apardı  insanlarımızı.  Çünki  özümüzdən 
xəbərimiz  yoxdur.  Dəyərlərimizi  gözdən  salmaq  üçün  qurumlar, 
institutlar  işləyir.  Hər  hansı  bir  xalqı  zəbt  etmək  üçün  birinci  növbədə 
onun  dəyərlərini  öz  gözündən  salmaq  lazımdır.  Belə-belə  bütün  nizam 
pozuldu. Bu nizamın pozulması gətirdi Asif Atanı meydana. Qaranlığın 
qatılaşması  Asif  Ataya  ehtiyac  yaratdı.  Belə  bir  məqamda,  belə  bir 
şəxsin  ortaya  çıxması  və  İnam  yaratması,  ideyalarını  ortaya  qoyması, 


 
peyğəmbərlik  etməsi,  bayrağı  qaldırıb  qabağa  düşməsi  dərin  tələbdən 
yarandı.  Bu  o  demək  deyil  ki,  təkcə  Azərbaycan  bu  gündədir,  bütün 
bəşəriyyət  bu  gündədir.  Soylu  Atalı  vurğu  edir  ki,  Peyğəmbərlik  – 
bəşəriyyətin  nizamı  pozulanda  meydana  gəlir.  Misir  fironlarının 
zülmkarlığı  Musanı  ortaya  çıxardı.  Bir-birinin  qanını  tökməkdən 
usanmayan quldarların dövründə İsa gəldi. Dünyada ilahiliyin tam yoxa 
çıxdığı  bir  dövrdə,  ateizm  dövründə,  Mütləq  sözünün  təsirinin  aradan 
qalxdığı bir dövrdə Asif Ata gəldi. Dedi ki: “Dünya əbədi, sonsuz, kamil 
Mütləqin təzahürüdür. Bu ahəngdə Mütləq yaşayır. 
Gəldilər, allahlı zülmkarlar yarandı. Cənnət-cəhənnəm icad elədilər. 
Allahı  həmin  zülmkarlara  bənzədirdilər.  O  necə  qüdrət  sahibidir  ki, 
ağacdan düşən yarpaq belə, onun iradəsi ilə olur, dünya isə darmadağın 
olur, yerlə bir olur, məhv olur. Bəs bunu görmür? Bu yaxınlarda bir yas 
yerində  söhbət  etdim.  Mövzu  İslamın  əsas  ideyalarından  biri  olan 
qismətçiliklə bağlı idi. “Deməli, bütün olanlar ancaq Allahın iradəsi ilə 
olur.  Deməli,  İmam  Hüseyn  Allahın  yazdığı  qismətlə  məhv  olubdur. 
Orda  o  ölməli  idi.  Bəs  onda  Yeziddən,  Muaviyədən  nə  istəyirsiniz? 
Onda  o  hökmü  yazanın  yaxasından  tutmaq  lazımdır.  O  birisi  Allahın 
yazdığını  icra  edibdir.  Onda  o,  Allahın  sözünə  baxdığına  görə  ona 
minnətdar  olmalısınız”.  Bu,  istər-istəməz  düşündürür  insanları. 
Yurdumuz  yad  əhvallarla  dolubdur.  Artıq  əllərini  hər  şeydən 
üzüblər.”Daha  heç  nə  edə  bilməzsən”,  “heç  nə  mümkün  deyil”. 
Yurdumuz  çox  şey  itirib,  özünə  qarşı  yadlaşıbdır.  Atılan  addımların 
hamısı  millətə  qarşıdır.  Möhtəşəm  binalar  tikirlər,  gəlib  qırmızı  lent 
kəsirlər,  amma  mənə  o  gərək  deyil.  Sən  mağarada  yaşa,  amma  o 
mağaradan  insan  çıxsın,  ordan  müqəddəs  şəxsiyyətlər  çıxsın.  Bu 
baxımdan  yurdumuz  çox  acınacaqlı  bir  durumdadır.  Qruplaşmalar 
yaranıb,  bura  filankəsindir,  ora  filankəsin.  Hər  yanı  bölüblər.  Səbəbi 
odur ki, bu xalq öz gücünə inanmır. İnamı da olmayanın idrakı olmaz. 
Mənəviyyatsızlıq  uçurumları  yaranır  və  hər  gün  dərinləşir.  Sabahı 
Mütləqə İnam Bayrağına sarılmaqda, Asif Ata İdeyası əsasında yaranan 
xalqda təsəvvür edirəm. Bu Bayrağın altında kim varsa, hələlik elə xalq 
odur. İlk addımdan çox şey asılıdır. Ona görə qəflətdən ayağa qalxmaq 
lazımdır. Bu millətə yiyəlik lazımdır. Atamız Var olsun! 

10 
 
 
 
Soylu  Atalı (Ataya  səcdə  ilə  sözünə  başladı):  “Atagün”  Ailəsinin 
“Ailə  Günü”ndə  hesabat  verməzdən  öncə  istərdim  toxunulan 
məsələlərlə bağlı fikrimi ifadə edim. 
Amallaşma  hesabatı  haqda  demək  istəyirəm.  Bəzən  Ocaqçılar 
deyirlər ki, Atadan oxudum, az oxudum, oxumadım və s. Bunu demək 
lazımdır,  ancaq  bilmək  gərəkdir  ki,  amallaşma  təkcə  kitab  oxumaq 
demək  deyil.  Sən  bu  ay  ərzində  Atadan  bir  şey  oxumaya  bilərsən.  Bu 
vaxta  qədər  oxumusan  axı.  Düşüncələrində  elə  bir  hikmətə  gəlib  çıxa 
bilərsən  ki,  o  sənin  üçün  də  ciddi  bir  qapı  açar, amaldaşların  üçün  də. 
Düşüncəni  demək  lazımdır,  nə  anladım.  Hər  günüm  Amalı 
düşünməkdirsə,  hər  günüm  Amal  üstə  yaşamaqdırsa,  mən  düşünəndə 
Amalımı  yaşayıram  axı.  Ona  görə  Amallaşmanı  təkcə  kitabdan  deyil, 
həm də düşüncə yarpaqlarından götürürük. 
Göylü “Dünyanı qarşıma almaq” fikri dedi. Doğru deyir. Bu, Ocaqçı 
üçün ali bir şərt deyil, bəlkə də sadə bir şərtdir. Dünya  zəlil gündədir. 
Hər  şey  adiləşib.  Məgər  bu  sənin  xalqındadır  təkcə?!  Dünyanın  hər 
yerindədir.  Evin  içini  açıb  tökmək  məgər  Azərbaycandan  gəlir? 
Dünyadan  gəlir.  Bu  nədir ki,  bunu  mən  sayım.  Dünyada  mən  həqiqəti 
sayardım. Dünyada böyük hikməti sayardım, o yoxdur axı. Putin böyük 
şəxsiyyətdir? Böyük şəxsiyyət deyil. Obama böyük şəxsiyyətdir? Böyük 

11 
 
şəxsiyyət deyil. Alimin icad elədiyi silah dünyanı təhdid edirsə, təhdid 
silahının arxasında duran adam böyük şəxsiyyət deyil axı. O şəxsiyyəti 
dünya  üçün  örnək  götürmək  olmaz  axı.  Örnək  götürə  bilərsən  bax, 
burada  bu  evi.  Deyərsən  ki,  nəfəsi  təntiyən,  üzü  üstə  düşən,  ümüdü 
məhv  olan  insanlar  gələr  sənin  bu  evində  ümid  tapar,  həqiqət  tapar, 
gözəllik  tapar.  Dünyanın  məzmununu  tapar.  Dikələr  beli,  ayağa  durar, 
deyər  hələ  yaşamağa  dəyər.  Özünü  tanıya  bilər  insan  balaca  bir 
ünvanda. “Dünyanı qarşına almaq” o deməkdir. Bu boyda ləyaqət ortaya 
qoyursan.  Özündən  keçirsən,  böyük  insani  zəhmət  ortaya  qoyursan. 
Bakıdan durub gəlmisən bura. Gəlmisən bu ünvanı, – yüz illər bundan 
sonrakı çağlar üçün müqəddəs söz söyləyən, örnək göstərən bir ünvanı 
ziyarət  eləməyə.  Bu  ünvanda  dayanıb  yüz  il  bundan  sonraya  söz 
deyirsən. “Dünyanı qarşına almaq” o deməkdir... 
Vicdan və duyğu məsələsi. Vicdan özüldür, duyğu özül deyil demək 
olmaz.  Duyğu  da  özüldədir.  Duyğu  nə  istəyir?  Niyə  duyğu  istəyir  ya 
istəmir,  vicdan  da  ona  mane  olur.  Bax,  onu  bizə  Ruhaniyyat  öyrədir. 
Asif  Ata  deyir  ki,  Özüylədöyüş  sənin  içində  vicdanını  qəhr  eləyən 
duyğu  saxlamır.  Onu  qırağa  qoy,  onu  əməlsiz  qoy.  Vicdanına  qanad 
olan duyğu böyüt. Onda üzü gülə-gülə sabaha uçub gecədəksən. Duyğu 
vicdanın qanadıdır, üzü sabaha. 
Sevgi  məsələsi.  Məncə  bizim  Amaldaşımız  Göylü  fikrinə  bir  az 
korrektə  etməli  idi.  Sevgini  yaratmaqmı,  böyütməkmi?  Sevgi  var  axı. 
Sənin  sevgin  olmasa  idi,  bu  boyda  dağlar  aşa  bilərdin?  Hardasa  başqa 
əhvallar sevgini zəif göstərə bilər, onu arxa plana keçirə bilər, adamda 
hansısa bir yaddançıxmalar ola bilər. Onu aradan qaldırmaq, təkmilləş-
dirmək,  böyütmək,  əsilləşdirmək,  kamil  səviyyəyə  çatdırmaq  gərəkdir. 
Sənin sevgin var. Ocaq mühiti olduqca sağlam mühitdir. 
Güntayın  dediyi  bir  söz  ki,  mən  vaxtımı  əslində  xilas  elədim.  Ata 
deyir  ki,  vaxtı  diriltmək  gərək.  Vaxtı  diriltmək,  yəni  beyni  tüfeyli 
fikirlərdən qorumaq, əli-əməli hərcayi gedişlərdən qorumaq. Onda vaxtı 
dirildəcəksən.  Vaxtı  nə  alır,  –  daxildəki  balaca  duyğuların  əyilməsi, 
əzilməsi, yana sapması. Ocaq  – vaxtın dirildiyi ünvandır. Bütün dünya 
üçün  bunu  demək  lazımdır,  bütün  dünya  üçün  bu  özünü  doğruldur. 
Üstün  özüylə  bağlı  əsəb,  gərginlik  məsələsinə  toxundu.  Başqa  bir  iş 
görəndə  əsəbiləşirəm,  Ocaq  işi  görəndə  fərəhlənirəm  deyir.  Doğru 

12 
 
məntiqdir.  Əgər  sən  Ocaq  işi  görəndən  sonra  ayrı  bir  iş  görüb 
əsəbiləşirsənsə,  bu  o  deməkdir  ki,  Ocaq  işi  tam  bitməyib  içində.  Tam 
bitməsi  nə deməkdir,  –  aşiqlik.  Aşiq  öz  fiziki  varlığı  üçün  də  gedər  iş 
görər,  ancaq  heç  əsəbiləşməz.  Amma  ömrünün  əsas  hissəsini  həyata 
verərsənsə,  onda  əsəbiləşərsən.  Xilas  Aşiqlikdədir.  Amal  aşiq  istəyir. 
Günev dedi ki, “Mən özümü çox xoşbəxt sayıram”. Bu adi bir cümləyə 
oxşayır.  Amma  o  deyiliş  hamının  dediyi  deyiliş  deyil.  Yəqinlikdir  bu. 
Təsadüfən bu gün əhvalının yaxşı olmasından irəli gəlmir. Bu, daxildə 
yaranan müəyyənlikdir, oturmadır. O vurğuda bir misqal belə saxta bir 
şey  yoxdur.  O  mənə  qanad  verir.  Sən  içində  yəqinlik  yaradırsan. 
Gəlirsən  elə  bir  səviyyəyə  və  vurğu  edirsən  –  “Mən  xoşbəxtəm”. 
Gəlirsən və deyirsən ki, mən kamiləm. Bu yəqinlikdir, bu möhürdür. O 
möhürü  sənin  ürəyin  vurur.  Yaşamısan,  qalxmısan,  ucalmısan.  İllərini 
həsr  etmisən,  qalxmısan.  Qüdrət  onda  yaranır.  Bütün  dünya  ona  qarşı 
çıxa bilər, o yenə deyəcək ki, mən xoşbəxtəm. Kənddə yaşayan biri də 
deyə bilər ki, mən xoşbəxtəm. Sən harda yaratdın xoşbəxtliyini?! Ancaq 
Günev  deyə  bilər  ki,  25  ildir  bu  xoşbəxtliyi  yaşayıram.  Tolstoy  70 
yaşında  ağlına  gəldi  ki,  o  xoşbəxtdir.  Adam  yaşayır,  günlərin  birində 
anlayır ki, o xoşbəxtdir. Bu özü bir təsdiqdir. 
Asif  Ataya  tapınmaq  məsələsi.  Ocaqda  hər  bir  fərd  Asif  Ataya 
tapınmağından  qürur  hissi keçirir. Təkcə  Asif  Ata  Ocağının  tədbirində 
deyil,  dünyanın  hər  yerində  qürur  hissi  keçirir.  Həmin  qürurla  deyə 
bilərsən ki, xalq Ocaqdadır. Mən Azərbaycanın xəlqi mənasını sevirəm, 
heç kim mənim qarşımda durub bu xalqı aşağıladığımı deyə, bunu sübut 
eləyə  bilməz,  gücü  çatmaz.  Mənim  ömrümə  xalqın  ağrısı  yüklənib. 
Mənim  ürəyimə  onun  özünə  qarşı  yaşadığı  fəlakətlərinin  kədəri 
yüklənib...  Sonra,  dünyanın  hər  yerində  bu  sözü  mən  deyərəm:  Asif 
Atanın  davamında  min  il  sonralar  üçün  belə,  fəlakət  yoxdur,  qəbahət 
yoxdur,  insana  xəyanət  yoxdur,  bəşərə  xəyanət  yoxdur.  Məhəmmədin 
davamında xəyanət var. Möhtəsim Səhllə birləşib xəyanət elədi, Babəki 
qətlə  yetirib,  vətənini  məhv  elədi,  azadlığını  qəhr  elədi.  Bu, 
Məhəmmədin davamıdır. Asif Atanın davamında o yoxdur, olmayacaq. 
Məhəmmədin davamında var, çünki, təməlini Məhəmməd özü töküb. O 
özülün üstündə bu yarandı. Asif Ata elə özül qoymayıb. Hara çəkirsən 
çək. 

13 
 
Ona  görə  deyirəm,  Məhəmməddən  qorxan  adamdan  türk  olmaz,  xalq 
olmaz. Mən türkəm, xalqam, öz evimin içində öz işığımı yandırıram. Öz 
başımın  üstündə  öz  göyümü  görürəm.  Öz  allahımı  görürəm,  ona 
tapınıram.  Ona  görə  deyirəm  ki,  mən  Türkəm  və  xalqam,  xalqın 
məzmunu məndədir. Məhəmməddən qorxan sən, necə türk ola bilərsən, 
mənə  kafirlik  damğası  vuran  sən,  necə  türksən?  Nəyin  türkdü,  necə 
xalqsan sən?! Mən bir yazı yazmışdım: İsa dağılmış, tökülmüş Avropa 
insanından özünə, allahına münasibət bəsləyə bilən insan yaratmaq üçün 
çalışdı.  Görəsən,  Asif  Ata  dağılmış,  müsəlmanlaşmış  bu  xalqdan  türk 
yarada  biləcəkmi?  Nə  vaxt  türk  yarada  biləcək?  O  vaxt  türk  yarada 
biləcək ki, o deyəcək mən müsəlman deyiləm, xristian deyiləm, buddist 
deyiləm. Mənim tarixim var, babalarım var, o tarixin üstündə qətiyyətlə 
dayanan  şərəfli  bir  türkəm.  Bütün  qəlbimin  gözəlliklərini  bəşəriyyətə 
açan şərəfli bir insanam, onda sən deyə biləcəksən ki, türksən. Ona görə 
Ocağın nə işlə məşğul olduğunun fərqinə varmaq lazımdır. Beş adam bir 
araya gəlir haray çəkir, söz deyir, ürəyinin şəhdini-şirəsini qoyur ortaya. 
Oyun  oynamır,  taledir  bu,  aqibətdir  bu.  Bütün  bəşər  aqibəti  yeni  bir 
səviyyədə  sənin  qəlbində  təcəlla  tapıb.  Bəşəri  görmək  istəyən  o  qəlbə 
baxsın.  Ayrı  yerdə  bəşəri  tapa  bilməyəcək.  Ocağın  atdığı  addım  və 
ortaya qoyduğu ləyaqət min il öyrəniləcək bir dəyərdir. Mən bu Yolun 
aşiqiyəm.  Atanın  əlini  içimə  salıb  təmizlədiyi  bir  aşiqəm.  Mənim  eşq 
duyğularımı Asif Atanın Mütləqə İnam sevdası yazıb-yaradıb. Ona görə 
mənim  başqa  yönə  vaxtım  yoxdur. Mən  ancaq  Ocaqla  məşğul  oluram. 
Bu xalqın mahiyyətində həqiqət ehtiyacı var, həqiqət işığı var.Asif Ata 
yox  yerdən  ona  həqiqət  uydurmur  axı.  Yox  yerdən  ona  gələcək 
uydurmur.  Xalqın  içində  elə  böyük  məsələlər  var  ki.  Asif  Ata 
“Azərbaycanımız-Azərbaycanlığımız”  dəyər  sistemini  verib.  Bu 
sistemdə  Asif  Ata  Dədə  Qorqud  haqda  danışır.  Halbuki  Dədə  Qorqud 
haqda  yazını  insanlarımız  gedib  xaricdə  axtarmalı  olur.  Drezdendə, 
Vatikanda...  Dədə  Qorqud  elə  bir  həyat  sistemidir  ki,  bütün  bu  gün 
arzuladıqlarımız  hamısı  o təməllər  üzərində  gəlişir.  Ata  deyir  ki,  Dədə 
Qorqud  Ağsaqqallıq  böyüklüyümüzün  ifadəsidir.  Ağsaqqallıq 
böyüklüyümüzün  ifadəsi  nağıl  deyil,  həyatdır.  Dədə  Qorqudda 
Ağsaqqallıq məsələsi həyat sistemidir. Böyük  var idi, ailə var idi, igid 
var  idi,  qəhrəman  var  idi,  nizam  var  idi.  Üstündən  min  il  keçdi,  xalq 

14 
 
dastanlar  yaratdı.  Xalqın  həmin  arzusu,  niyyəti  Koroğluda  yenidən 
ortaya  çıxdı.  (7777)  Dəlilər  böyük  bir  xalq  deməkdir.  Yəni  xalqın 
obrazını  ifadə  eləyir.  Bu  xalqın  içində  yarımca  şər  yoxdu,  xəyanət 
yoxdu, hamısı mərddir, halaldır. Ata deyirdi ki, mən inanmıram Həmzə 
türk  olsun.  Mən  də  əminəm  ki,  Koroğlu  dünyası  türkün  dünyası  idi, 
Həmzə  erməni  toplumunun  obrazı  idi.  O  gəldi  Türkün  içinə,  ona  yer 
verdilər,  üzünə  xoş  baxdılar.  Axırda  türkün  torpağını  parça-parça 
əlindən  aldı.  Koroğlunun  atını  aldadıb  əlindən  alması  elə  həmin 
mənadır.  Necə  bir-birinə  bənzəyir.  Ona  görə  də  xalqın  içini  böyütmək 
gərək,  ağlını  böyütmək  gərək.  Dəyərinə  baxmaq  gərək,  nağıl  deyil  bu. 
Bəzən  sən  Ermənini  nümunə  göstərirsən  ki,  erməni  qədər  də  olmadıq. 
Deməli,  sən  Koroğlunu  dərk  eləmirsən,  Babəki  dərk  eləmirsən,  Dədə 
Qorqudu  dərk  eləmirsən.  Babəkin  özündən  keçməsini  istəmirsən.  O, 
özündən  keçirdi  ki,  sən  bu  günə  düşməyəsən.  Bu  gün  ayaqlar  altında 
qalmısan, namusun əllərdə qalıb. Babəkin azadlıq carının adı “Gələcək” 
idi  –  sənin  ruhunun  xilas  olduğu  Gələcək.  Asif  Atanın  da  dediyi  odur. 
Asif Ata demir ki, on beş gündən sonra mən bu xalqı düzəldəcəm. Deyir 
100  ildən  sonra  sənin  xalqın  məhv  olmasın,  ləyaqət  qoysun  ortaya. 
Həmin  Gələcəyi  yaradır.  Babək  sənin  üçün  Gələcəyi  verirdi,  arzusunu 
gözündə  qoydular,  xəyanət  və  sairə.  İndi  Babəkinə  sahib  çıx.  Onda 
getdikcə gəlib çıxacaqsan Asif Atanın çağırışına. Nə istəyir səndən Asif 
Ata?  Asif  Ata  deyəndə  ki,  bu  bayrağı  başının  üstünə  qaldır,  ona  görə 
demirdi ki, ona da tarixdə bir yuva aç. Bu Bayraq sənin başının üstündə 
olanda, sənin başının üstündə başqasının çətiri olmayacaq, göylər üzünə 
qapanmayacaq, işığa həsrət qalmayacaqsan, əbədiliyin sevgisinə həsrət 
qalmayacaqsan. Bu Bayqağı başının üstünə as, ürəyin bu bayrağın işığı 
qədər böyüyəcək və azadlığına sahib çıxacaqsan... 
Mən bu Bayrağı öpdüm, dərk elədim ki, duyğularımın gözəlliyindən 
utanmıram.  Duyğularının  gözəlliyini  dərk  eləməyən  utanır.  Öz 
böyüyünə  tapınmaqdan  utanır,  onu  sevməkdən  utanır,  həqiqət  carçısı 
olmaqdan  utanır,  hamının  biri  olmamaqdan,  qırağa  çıxmaqdan  əziyyət 
çəkir. Gülərlər mənə, lağ eləyərlər mənə... 
İndi  Ocağı,  onun  hikmətini  də  gör,  bu  dünyanın  gedişatını  da. 
“Ruhani  Ailəçilik  üslubunda  nə  kimi  dəyişikliyin,  yeniliyin  olmasını 
istəyirəm.” Bu sual o demək deyil ki, biz Asif Atanın yaratdığı üsluba 

15 
 
yenilik gətirəcəyik. Asif Atanın Ailəçilik kontekstində tələbləri var, mən 
o  tələblər  zəminində  yanaşmağı  deyirəm.  Hansı  təşəbbüslər  lazımdır? 
(Soylu Atalı yeni təşəbbüslər irəli sürdü - Ü.A.) 
Bir neçə kəlmə də Yurdumuzun bu günü, sabahı haqqında. Sovetlər 
dağılandan  daim  uçurum  dərinləşir.  Bunu  dərinləşdirən  nədir?  Hər 
zaman biz bunu vurğu edirik, sözmüzü deyirik və s. Buna səbəb siyasi 
mənada  Azərbaycanın  milli  ideolojisinin  olmamasıdır.  Milli  ideoloji 
olmadığı üçün, nə qədər ki, sən kürəyini qırağa söykəyirsən, o qıraqdan 
səni yıxa biləcək dalğalar gələcək üstünə. Çünki, qıraq heç bir vaxt səni 
düşünməyib,  düşünməyəcək  də.  Ümumbəşəri  bir  hal  yaranmayıb  ki, 
umasan,  filan  xalq  vicdanlı  xalqdır.  Mənafelər  dünyasında  yaşayırıq, 
maraqlar  dünyasında  yaşayırıq.  Pis  mənada  özünə  yararlıqlar  dünya-
sında  yaşayırıq.  Heç  bir  vaxt  qıraqdan  sənə  müsbət,  xeyirli  iş 
gəlməyəcək. Bizim içimizdə fəaliyyət göstərənlərimiz kürəyini söykəyir 
qırağa.  Bu  birinci  səbəb.  İkinci,  din.  Din  bütün  balacalığı  ilə  özünü 
göstərir,  cəmiyyəti  daim  çalxalayır,  anarxiya  yaradır.  Dinin  yaratdığı 
anarxiya,  siyasətin  yaratdığı  anarxiyadan  az  deyil.  İkisi  də  uçurumu 
dərinləşdirir.  Çoxrəylilik  məsələsi  aradan  qalxmalıdır.  İnsanların  fikir 
müxtəlifliyində  yalnız  bir  haqqı  var:  Kənddə  yaşayan  insan  öz  təsərü-
fatını beləmi qursun, eləmi qursun. Evini beləmi tiksin, eləmi tiksin, bu 
məsələlərdə o azaddır. Dövlət məsələsində, xalq məsələsində onun necə 
gəldi  qarışmağa  haqqı  yoxdur.  Hər  kəs  ağlına  gələni  üyüdür,  tökür 
ortaya.  Millətin  düşünəni,  sevəni,  ziyalısı  ortaya  durmalıdır.  Ağıl 
işlətməlidir,  ortaya  məntiq  qoymalıdır,  milli  ideoloji  qoymalıdır.  Bu 
məntiqlə,  bu  ideoloji  ilə  dövlətçilik  məsələləri  möhkəmlənməlidir. 
İkinci,  dindən  addım-addım  qətiyyətlə  imtinanı  bacarmalıdır,  üzünü 
tutmalıdır  Mütləqə  İnama,  Türklüyə.  Tutmasa  uçurum  dərinləşəcək. 
Harda  üzünü  tutacaqsa,  orda  başlayacaq  fəlakətdən  çıxmağa  dönüş. 
Ondan sonra dayanıb düşünmə başlayacaq. Ona qədər bizdən asılı deyil. 
Biz özümüz nə iş görürüksə görürük. Biz xalqın qulağını doldurmalıyıq 
hər  yerdə.  Sən  onun  qulağını  doldur,  günlərin  bir  günü  o  uçurumda 
boğulan  deyəcək  ki,  biz  Ocaqdan  yapışmalıyıq.  Ona  qədər  deyəcəyik. 
Çünki elə şeylər var ki, bizdən asılı deyil. Bizdən asılı olan öz içimizi 
yaratmaqdır.  Biz  əyilməməliyik,  dönməməliyik,  yıxılmamalıyıq,  nə 
düşünürüksə  onu  eləməliyik.  Öyrətməliyik,  Atanın  dediyi  kimi,  fərd-

16 
 
fərd,  hal-hal,  ağac-ağac.  Bu  gün  biz  nə  ediriksə  düz  edirik,  bacardığı-
mızdan da beşqat artıq edirik. Atamız Var olsun! 

Каталог: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə