Arxeoloqun чюl gцndяliyindяn



Yüklə 16.37 Mb.
Pdf просмотр
səhifə1/12
tarix01.06.2017
ölçüsü16.37 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

Qüdrət İsmayılzadə 
 
 
 
 
Arxeoloqun 
чюl gцndяliyindяn 
 
 
 
 
 
 
Bakı – 2009 
 
 

(o)  
ISBN 
 
 
Redaktoru: Nigar İsmayılzadə 
 
Korrektor: Anar Ağazadə 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Üz qabığında – Çinarlar. Fizuli bölgəsi, Qaraxanbəyli kəndi 

 


 
 

Qüdrət İsmayılzadə 
 
 
 
  
 
 
 
 
 
 
 
Arxeoloqun çöl gündəliyindən 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
  
Bakı - 2009 
 

 

 

 
 

 Bu yazı yarıda qaldı. 
 
 
 
 
 
 
Yağış yağdı, sətirləri sel aldı.  
 
 
 
 
 
 
Halbuki mən nələr yazacaqdım, nələr! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nazim Hikmət 
 
 
 
 
 
 
 
 
 
 
 

 

A
A
A
ğ
ğ
ğ
 
 
 
g
g
g
ц
ц
ц
y
y
y
ə
ə
ə
r
r
r
з
з
з
i
i
i
n
n
n
l
l
l
ə
ə
ə
r
r
r
ə
ə
ə
 
 
 
d
d
d
ц
ц
ц
n
n
n
ь
ь
ь
b
b
b
 
 
 
g
g
g
ц
ц
ц
y
y
y
l
l
l
ə
ə
ə
r
r
r
ə
ə
ə
 
 
 
t
t
t
ə
ə
ə
l
l
l
ə
ə
ə
s
s
s
m
m
m
i
i
i
ş
ş
ş
 
 
 
S
S
S
a
a
a
m
m
m
i
i
i
r
r
r
ə
ə
ə
,
,
,
 
 
 
T
T
T
u
u
u
r
r
r
a
a
a
l
l
l
 
 
 
v
v
v
ə
ə
ə
 
 
 
L
L
L
a
a
a
l
l
l
ə
ə
ə
n
n
n
i
i
i
n
n
n
 
 
 
u
u
u
n
n
n
u
u
u
d
d
d
u
u
u
l
l
l
m
m
m
a
a
a
z
z
z
 
 
 
x
x
x
a
a
a
t
t
t
i
i
i
r
r
r
ə
ə
ə
l
l
l
ə
ə
ə
r
r
r
i
i
i
n
n
n
ə
ə
ə
 
 
 
i
i
i
t
t
t
h
h
h
a
a
a
f
f
f
 
 
 
e
e
e
d
d
d
i
i
i
r
r
r
ə
ə
ə
m
m
m
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
 
 
 
 
 
NAĞILLAR ALƏMİNƏ 
GEDƏN YOL 

 


 
 
10 
NAĞILLAR ALƏMİNDƏ 
 
O  yay  mənim  üçün  əbədi  oldu.  İlk  dəfə  idi  ki,  şəhərin  səsli-küylü  gur  həyatından 
ayrılıb  elimin,  obamın  seyrinə  çıxmışdım.  Belə  bir  imkanı  mənə  uşaqlıqdan  arzuladı-
ğım, qəlbimdə yaşatdığım peşə vermişdi. Təzə başlayan arxeoloq kimi indi mən yurdu-
mun torpağını qarış-qarış, oymaq-oymaq gəzməli, əcdadlarımın ayaq izlərini, yadigarla-
rını axtarmalı idim, xalqımın qədim maddi mədəniyyət tarixini, çox zəngin irsini öyrən-
məli idim. 
O  yay  minbir  bulaqdan,  minbir  çeşmədən  su  içdim.  Ata-baba  yurdumda  minbir 
rəng,  minbir  möcüzə,  minbir  gözəllik  gördüm.  Doğma  torpağımın  belə  gözəl  mən-
zərələrini,  möcüzələrini  gördükcə  heyrətlənir, qəribə  hisslərlə  yaşayırdım.  Bəzən mənə 
elə gəlirdi ki, əsrarəngiz rənglər dənizində üzürəm. Qollarımı geniş açıb bu dənizə baş 
vurmaq istəyirdim. Fikirləşirdim, mənim doğma yurdum, ana torpağım nə qədər gözəl, 
cazibədar və füsünkardır...  
Məncə,  doğma  yurd,  ana  torpaq  sözlərinin  əsl  mənasını  ilk  dəfə  həyatımın  o 
yayında başa düşdüm... 
 
 İyin-avqust 1959-cu il 
 

 
11 
OVÇU DƏRƏSİ 
 
İyun  ayının  ortaları  idi.  May  yağıntılı  keçdiyindən  təbiət  öz  güllü-çiçəkli  donunu 
dəyişməmişdi. Dərələrdə, düzlərdə çiçəklər hələ solmamış, xoş rayihəsini itirməmişdi. 
İki  dəstədə  respublikamızın  qərb  bölgələrindən  birində  axtarışlar 
aparırdıq. Uzaq daş dövrü sığınacaqlarının, tunc dövrü məskənlərinin so-
rağına  çıxmışdıq.  İki  gün  idi  ki,  Gülül  dağındakı  Gum-gum  kahasında 
qazıntıya başlamışdıq. Al-qırmızı qayalıqda yerləşən kaha dağın sinəsin-
də açılmış kiçik bir ovuqdan ibarət idi.  Bununla belə kahanın içərisində 
istənilən vaxt on-on beş adam sığınacaq tapa bilərdi. Günəşin qızılı şüa-
ları  həmişə  kahaya  axdığından  içərisi  quru  və  isti  idi.  Kahadan  aşağıda 
kölgəli, geniş dərə uzanırdı. Onun yamyaşıl sinəsində zəncirotu, çoban-
yastığı  çiçəkləri  səpələnib  boy  atmışdı.  Elə  bil  ürkəkbaxışlı,  zərif  barmaqlı  xalçaçı  qız 
toxuduğu xalılarını dağın döşünə sərmişdi. Bu xalılar üzərində ağ, sarı, bənbvşəyi rəng-
lər – çiçəklər bir-birilə bəhsə girirmiş kimi xəfif mehdən titrəşir, nazlanırdılar. Yamac-
lardakı  kollar  arasından  qızılı  yalçın  qayalar  boylanırdı.  Onların  çatlarında  gizlənmiş 
kəklikotunun ətri hər yanı bürümüşdü. Kənd haradasa uzaqda, dağın arxasında idi. Şikar 
üçün, qədim ovçuluq üçün bundan sakit, əlverişli yer ola bilməzdi.  
İki  günlük  qazıntıdan  sonra  mağaradan  tapdığımız  yeganə  qədim  əşya  da  güma-
nımızı doğrutdu. Bu, möhkəm çaxmaq daşından yonulmuş yarpaqşəkilli kiçik bir ox uc-
luğu idi. Vaxtilə Gum-gum kahasında pusquda durmuş qədim ovçu ehtiyatsızlıqdanmı, 
nədənmi bu iti daş ucluğu əlindən salmış və itirmişdi? Bəlkə də əksinə, o, bunu kahada 
gizlənmək istəyən heyvana atmışdı? Kim bilir? Lakin bizə aydın idi ki, qədim dövrlərdə 
bu geniş dərə ovçular diyarı olmuşdu. Bir də o bəlli idi ki, belə ox ucluqlarını ulu baba-
larımız çox-çox qədimlərdə – altı, beş min il bundan əvvəl işlətmişdilər. Onları möhkəm 
çubuqlara bərkitmiş, kamana qoyub istədikləri vəhşi heyvan-
ları və quşları ovlaya bilmişdilər. 
Dar  cığırla  aşağı  enirdik.  Tapıntını  ovcumda  bərk-bərk 
tutmuşdum. Dərədən çıxanda mənə elə gəldi ki, qədim ovçu-
nun  kamanından  çıxmış  bu  ox  həmişə  göydə  olmuş,  minil-
liklərin üstündən keçərək yalnız bu gün yerə düşmüşdü. İrəli 
yeridikcə tez-tez geriyə – dərəyə tərəf baxırdım, sanki, uzaq 

 
 
12 
minilliklərin  arxasında  qalmış  qədim  ovçunun  özünü  görəcəkdim.  Lakin  dərə  əvvəlki 
kimi sakit və kimsəsiz idi. Orda-burda arıq, sümükləri çıxmış kolxoz inəkləri gövşəyir-
di.  
Deyilənlərə görə 30 – 35 il əvvəl bu yerlərdə istədiyin vəhşi heyvana, quşa rast gəl-
mək  olurmuş.  İndi  isə  onlardan  əsər-əlamət  də  qalmamışdı.  İnsafsız  çağdaşlarımız  on-
ların kökünü həmişəlik bu güllü-çiçəkli yerlərdən kəsmiş, ibtidai ovçunun etmədiyi işi 
görmüşdülər. 
İyun, 1959-cu il. 
 

 
13 
DAĞLAR MÖCÜZƏSİ 
 
Yay  öz  karvanını  aparmaqdaydı.  Son  axtarışlarımızı  Xaçbulaq  yaylağında  davam 
etdirirdik. Maşınımız çınqıllı, daşlı-kəsəkli ensiz dağ yolu ilə yavaş-yavaş yuxarı qalxır-
dı. Bir saat əvvəl qəflətən başlamış yağış qəflətən də kəsmişdi. Dağ günəşi öz isti nəfə-
silə yolu artıq qurutmuşdu. Lakin otlar, çiçəklər üzərində büllur zərrəciklər hələ də par-
layırdı. Hər tərəf özünün ən gözəl libasında idi. Bənövşəyi qayalar göydən asılı qalmış-
dı. Aşağıda dalğa-dalğa yaşıl yamaclar uzanırdı. Bu yamaclara topa-topa qoyun sürüləri 
səpələnmişdi. Yaxınlıqdakı çəmənlikdə isə gül-çiçəkdən seçilməyən bir dəstə qız-gəlin 
yan-yana düzülərək ot çalırdı, sanki rəqs edirdi. 
Ətrafda diqqəti cəlb edən tarixi abidələr də az deyildi. Uzun əsrlər, minilliklər on-
ları itirməmiş, gözdən uzaqlaşdıra bilməmişdi. Hər addımda uzaq keçmişin bir yadiga-
rıyla  qarşılaşırdıq.  Dağların  zirvəsində  qədim  qalaların  möhtəşəm  divarları  ağarırdı. 
Aşağıdan baxanda onlar qartal yuvalarını xatırladırdılar. Bunların ən azı 3 min yaşı var-
dı. Nəhəng daşların buludlarla baş-başa verən hündür dağ zirvələrinə necə qaldırıldığı 
heyrət  doğururdu.  Elə buna görə də  yerli əhali  onların  insan  əliylə  tikildiyinə  inanmaq 
istəmirdi, nağıllar aləmindən bizə bəlli olan nəhəng gövdəli taygözlər, divlər tərəfindən 
ucaldıldığını iddia edirdi. Lakin biz bilirdik ki, icma qayda-qanunlarının hökm sürdüyü 
dövrdə belə uca, möhtəşəm qalaların tikintisi mümkün idi. Bizə artıq o da bəlli idi ki, 
Xaçbulağın sərin yaylaqları, geniş və bol otaqları hələ çox-çox qədim zamanlardan ulu-
larımızın  məskəni  olmuşdu.  Bu  yerlərin  igidləri  əsrlər  boyu  burada  kaman  çəkib  ox 
atmış,  qılınc  oynatmışdı.  Saysız-hesabsız  mal-qara  sürüləri  otarmışdı.  İndi  isə  onların 
hamısı zümrüd təpələrin altında əbədi yuxuya dalmışdı... 
Günortaya yaxın gözlənilmədən geniş bir düzə çıxdıq. Elə bu vaxt maşınımızın qa-
bağında bir atlı göründü. Uzun yallı boz atın belində cavan bir qız oturmuşdu. Bir əlində 
yüyəni,  o  biri  əlində  isə  bir  dəstə  dağ  çiçəyi  tutmuşdu.  Bizi  görən  kimi  qamçı  çəkdi. 
Sanki şimşək çaxdı. At yerindən götürüldü. İndi boz at quş kimi uçurdu. Qız bütün bə-
dənilə qabağa əyilərək atı dördnala çapırdı. Başındakı qırmızı güllü ləçəyi sürüşüb boy-
nuna düşmüşdü. Bəzən o, yəhərin üstündə dikəlir, bizə tərəf baxıb gülümsəyirdi. Sanki 
bizə:-görək, bu çarxlı alaçığınızla məni ötə biləcəksinizmi,- deyirdi.  
Beləcə bir müddət çapdıq. Yolun bir yerində qız cilovu birdən-birə çəkərək atın ba-
şını  yan  tərəfdəki  çiçəkliyə  doğru  çevirdi.  Bir  an  onların  hər  ikisi  adama  boy  verən 

 
 
14 
çiçəklər,  otlar  arasında  görünməz  oldu.  Maşın  irəli  keçdi.  Mən  əlimdəki  fotoaparatı 
yuxarı  qaldırdım  və  maşının  üstündən  çiçəkliyə  doğru  boylandım.  Qız  atı  saxlayıb 
səmimi, mehriban və məsum baxışları ilə bizi yola salırdı. Onun uzunsov qəşəng siması 
hamar  daranmış  qara  saçları  ilə  haşiyələnmişdi.  Bu  dağlar  qızının  nüfuzedici  iri  qara 
gözlərindən sanki bütün təbiətin, bütün kainatın sevinci süzülürdü.  
Mən təbiətin bu lövhəsini tutub saxlamaq, əbədiləşdirmək istədim... 
Sonralar uzun səfərlərdə, yollarda və axtarışlarda çox oldum. O yerlərə isə bir daha 
yolum  düşmədi.  Həftələr  ötdü,  aylar,  illər  keçdi.  Lakin  o  yay  gördüklərimi  yaddan 
çıxara bilmədim, xoş bir nağıl kimi qəlbimdə yaşatdım. 
 
Avqust 1959-cu il 
Xaçbulaq yaylağı 
 

 
15 
ƏSRLƏR ARXASINDA 
 
Bir neçə əsr Azərbaycanın iqtisadi-siyasi və mədəni mərkəzlərindən biri kimi şöhrət 
tapmış qədim Qəbələ şəhərinin yeganə yerstü nişanəsi bu möhtəşəm divarlardır. Onlar 
sanki hər şeyi dağıtmaq, məhv etmək və yaddaşlardan silmək iqtidarında olan amansız 
əsrlərin, qərinələrin üstündən vüqarla adlayaraq dövrümüzə gəlib çatmışdır. Qədim şə-
hərin özü – onun küçələri, məbəd və sarayları illər, əsrlər keçdikcə qalın torpaq qatı ilə 
örtülsə də bu divarlar açıqlıqda qalmış, ölən şəhərin fəxri keşikçilərinə çevrilmişdir. İndi 
bu zəhmli divarların hər daşında - insan əməyi böyükdür, qüdrətli və əbədidir, - sözləri 
oxunur. 
Xarabalıqları eyni adlı bölgə ərazisində yerləşən qədim Qəbələ şəhəri çox böyük və 
maraqlı tarixi yol keçmişdir. Eramızın I əsrində yaşamış tanınmış Roma tarixçisi Böyük 
Plini bəlkə də elə buna görə Qəbələnin hələ o dövrdə Azərbaycanın baş şəhəri olduğunu 
qeyd etmişdi. 
Qəbələ  şəhəri  əsrlər  boyu  yurdumuzu  şimaldan  gələn  istilaçılardan  qorumuşdu. 
Tədqiqatçıların  fikrincə  bu  şəhərdə  arasıkəsilmədən  2  min  ilə  yaxın  həyat  davam  et-
mişdi. Belə uzun müddətdə Qəbələ xalqımızın, ulu babalarımızın qəhrəmanlıq tarixi ilə 
bağlı bir sıra hadisələrin şahidi olmuşdu. Onun divarları önündə igidlərimiz dəfələrlə öz 
qılınclarını,  güc  və  şücaətlərini  sınamışdılar.  Bu  divarlarda  dəfələrlə  Roma  dəbilqələ-

 
 
16 
rinin,  sasani,  ərəb  qılınclarının  parıltısı  əks  olunmuşdu.  Bu  divarlar  monqol  atlılarının 
ürpədici nərəsini, oxlarının ölüm gətirən dəhşətli vıyıltısını eşitmişdi. Lakin bütün bun-
lar şəhəri öldürə bilməmişdi. 
Qəbələ şəhərinə ölümcül yaranı Teymurləng vurmuşdu. Topal sərkərdənin amansız 
döyüşçüləri tərəfindən tutulan şəhər talan olunmuş və yandırılmışdı. Lakin bu ağır yara-
dan  da  Qəbələ  ölməmişdi.  Onun  qan  sızan  yaralı  qəlbi  uzun  müddət  döyünməkdə 
davam etmişdi.  
Hər  bir  şəhər  yalnız  insanlar  tərəfindən  tərk  olunduqda  ölür.  Belə  ağır  faciə,  qəza 
qocalmış, gücdən düşmüş Qəbələnin də başına gəlmişdi. Teymurləngin talanından sonra 
bir daha dirçələ bilməyən bu şəhər XIX əsrin ortalarında həmişəlik tərk olunmuş və ta-
rixi səhnədən çıxmışdı. 
Indi arxeoloqlar bu qədim şəhərin ərazisində müntəzəm qazıntı işləri apararaq, onun 
hər bir daşında, hər qarış torpağında keçmişin izlərini axtarırlar. 
İyul 1960-cı il. 
Üçtəpə - Qəbələ  
 

 
17 
BABA - DƏRVİŞİN HEKAYƏTİ 
 
Bu hekayətdəki hadisələr beş min il əvvəl cərəyan etdiyindən onların çoxu saysız-
hesabsız  əsrlərin  arxasında  görünməz  olmuş,  öz  səsini  itirmişdi.  Lakin  həmin  hadi-
sələrin yeganə şahidi olan Baba-Dərviş abidəsi qalmışdı.  
Abidənin hər bir daşında əbədi uyuyan sirli-soraqlı hekayətləri canlandırmağa mən 
beş ildən artıq bir vaxt sərf etmişəm.  
Baba-Dərviş  abidəsilə  ilk  tanışlığım  1959-cu  ildə  olmuşdu  və  mən  beş  il  bu  abi-
dənin qazıntılarında iştirak etmişdim. Qazıntılar gah  yaz-yay aylarında, gah da payızda 
olmuşdu. Dəfələrlə yağışa, leysana düşmüşdüm, dəfələrlə qurşağadək soyuq suya düşüb 
Ağstafaçayı keçmiş, onun hündür sol sahilində ucalan Baba-Dərvişə, Baba-Dərviş təpə-
lərinə qalxmışdım. Bu işin  yalnız bir tərəfi olmuşdu. Tapıntılar üzərində tədqiqat araş-
dırmaları, elmi ədəbiyyatla iş heç də asan olmamış, məni min bir əzab və əziyyətə düçar 
etmişdi. Lakin əzablı, əziyyətli anlar sonralar mənə nə qədər böyük fərəh, sevinc gətir-
miş, varlığımı qürur hissilə doldurmuşdu. Baba-Dərvişin daşlarında  yatan hekayəti ilk 
oxuyan mən olmuşdum. Baba-Dərvişlə bağlı axtarıb tapdıqlarımı ağ vərəqlərə köçürüb 
elm aləminə rəsmi şəkildə bə-
yan  edəndə  də  bu  hiss  məni 
tərk etməmişdi.  
Nəhayət  bu  hekayətimi 
mən  1964-cü  ilin  fevral  ayın-
da  namizədlik  dissertasiyası 
şəklində Tiflis Dövlət Univer-
sitetinin  Elmi  Şurasında  şərh 
etmişdim... 
Eramızdan  əvvəl  IV-III 
minilliklərdə  Cənubi  Qafqaz-
da,  o  cümlədən  Azərbaycan 
ərazisində  oturaq  əkinçi-mal-
dar  tayfalara  məxsus  yüksək 
bir  mədəniyyət  təşəkkül  tap-
mış və inkişaf etmişdi. İqtisa-

 
 
18 

 
19 
di-ictimai  həyatda  böyük  irəliləyişlərlə,  maddi  mədəniyyət  sahəsində  isə  özünəməxsus 
məziyyətlərlə səciyyələnən bu mədəniyyət Şimali Qafqazdan başlamış Suriya və Fələs-
tinədək geniş bir ərazini əhatə edərək Qafqazın qədim maddi mədəniyyət tarixinə parlaq 
bir iz salmışdı. Məhz bu dövrdə Qafqazda, o cömlədən Azərbaycanda ilk dəfə tunc isteh-
salı  başlanmışdı.  Tuncun  kəşfi  özlüyündə  bəşər  tarixində  əldə  edilən  ən  böyük  nailiy-
yətlərdən  biri olmuşdu.  Tunc  və tunc  alətlərin  istehsalı  ilə  mövcud  cəmiyyətlər  iqtisadi-
ictimai və mədəni inkişafın daha yüksək mərhələsinə – tunc dövrünə qədəm qoymuşdular.  
Diqqətəlayiq  haldır  ki,  bir  çox  cəhətdən  Cənubi  Qafqaz  üçün  yeknəsək  xüsusiy-
yətlərə  malik  olan  bu  dövrün  ilk  ta-
pıntıları  hələ  XIX  əsrdə  bilavasitə 
Azərbaycan  ərazisində  aşkara  çıxarıl-
mışdı.  Bununla  belə  ilk  tunc  dövrü 
mədəniyyəti  uzun  müddət  Azərbay-
can  arxeologiyasının  ən  zəif  öyrənil-
miş  sahələrindən  biri  olmuşdu.  Belə 
vəziyyət hər şeydən əvvəl Azərbaycan 
ərazisində  tunc  dövrünün  başlanğıc 
mərhələsinə  aid abidələrin, xüsusən qədim yaşayış məskənlərinin zəif tədqiqindən irəli 
gəlmişdi. Yalnız II Cahan müharibəsindən sonrakı illərdə istər Guney, istərsə də Quzey 
Azərbaycanda  başlanan  geniş  arxeoloji  tədqiqatlarla  qeyd  etdiyimiz  dövrə  aid  bir  sıra 
qiymətli  abidələr  açılmış  və  bu  ulu  torpağın  tunc  dövrü  mədəniyyətinin  mühüm 
ocaqlarından biri olması müəyyənləşdirilmişdi. 
Belə  mühüm  abidələrdən  biri  Qazax  şəhərindən  azacıq  aralıda,  Ağstafaçayın  sol 
sahilində  yerləşən  Baba-Dərviş  abidəsi  olmuşdu.  Geniş  qazıntılarla  burada  tunc  döv-
rünün başlanğıc mərhələsinə aid böyük yaşayış yerinin qalıqları üzə çıxarılmış və küllü 
miqdarda  maddi  mədəniyyət  nümunələri  əldə  edilmişdi.  Maraqlıdır  ki,  bu  abidənin  alt 
qatlarında daha qədim dövrlərə – eramızdan əvvəl VI-IV minilliklərə aid yaşayış yerinin 
də izlərinə təsadüf edilmişdi. Bu xüsusiyyətlərinə görə Baba-Dərviş Naxçıvandakı Kül-
təpə abidəsindən sonra bütün Qafqazda ikinci çoxtəbəqəli abidə olmuşdu. Axtarışlar za-
manı məlum olmuşdu ki, Baba-Dərvişin özündə ilk dəfə yaşayış hələ mis dövründə baş-
lanmışdı. Bu dövrdə mis istehsalı sirlərinin açılması, misdən daş alətlərə nisbətən daha 
möhkəm  əmək  alətlərinin  hazırlanması  yerli  oturaq  əkinçi-maldar  tayfaların  həyatında 

 
 
20 
tərəqqi  olmuş,  mövcud  dövrün  iqtisadi  və  ictimai  inkişafına 
böyük təsir göstərmişdi. Məhz bu dövrdə Azərbaycan ərazisində 
ilk əkinçilik mədəniyyəti təşəkkül tapmışdı. 
Eramızdan əvvəl IV minilliyin II yarısında tuncun ilk isteh-
salı dövründə yerli əhalinin təsərrüfat həyatında əkinçiliyin ge-
nişlənməsi, maldarlığın yüksəlişi və ümumiyyətlə iqtisadi şərai-
tin yaxşılaşması əhalinin artmasına səbəb olmuş, yeni əkin sahə-
lərinin  mənimsənilməsi  zərurətini  doğurmuşdu.  Elə  buna  görə 
də Baba-Dərvişdən əldə edilən əmək alətlərinin əsas hissəsi qə-
dim  əkinçilik  təsərrüfatı  ilə  bağlıdır.  Bunların  içərisində  şum, 
biçin,  taxıldöymə  alətləri  vardır.  Müəyyən  edilmişdir  ki,  Azər-
baycanda  qoşqu  qüvvəsinə  əsaslanan  xış  əkinçiliyi  bilavasitə  tunc  dövrünün  başlan-
ğıcında meydana çıxmışdı. Azərbaycan ərazisində hələ  eramızdan əvvəl  III  minillikdə 
daha  yüksək  əkinçilik  mədəniyyətinin  mövcud  olduğunu  Baba-Dərvişdən  tapılan  taxıl 
qalıqları da əyani şəkildə sübut etmişdir. Akademik İmam Mustafayevin təyin etdiyinə 
görə Azərbaycanın qədim sakinlərinə bir çox mədəni arpa və buğda növləri məlum ol-
muşdu. 
Baba-Dərviş  yaşayış  yerində  maldarlıq  təsərrüfatı  da  əhəmiyyətli  yer  tutmuşdu. 
Maldarlığın sonrakı inkişafı süd məhsulları istehsalının genişlənməsinə zəmin yaratmış-
dı. Təsadüfi deyil ki,  Azərbaycanda  ən qədim nehrələr məhz bu dövrdə  meydana  çıx-
mışdı. Onu da qeyd edək ki, iri buynuzlu mal-qaradan ilk dəfə qoşqu qüvvəsi kimi isti-
fadə  olunması  və  ev  heyvanlarına  sitayiş  də  tunc  dövrü-
nün  başlanğıc  mərhələsilə  bağlıdır.  Maraqlıdır  ki,  Baba-
Dərvişin özündən gildən düzəldilmiş və vaxtilə dini əhə-
miyyət  kəsb  etmiş  öküz  və  başqa  ev  heyvanlarının  kiçik 
heykəlləri  də  tapılmışdır.  Belə  heykəllər  vaxtilə  Qədim 
Şərq ölkələrində də geniş şəkildə mövcud olmuşdu. 
Baba-Dərvişdən  tapılan  maddi  mədəniyyət  nümunə-
lərinin  böyük  qismini  qədim  dulus  məmulatı  təşkil  edir. 
Müxtəlif ölçülü, biçimli və naxışlı gil qablar istehsalı ilk 
tunc  dövründə  yüksək  inkişaf  mərhələsinə  çatmışdı.  Bu 
qablar əldə hazırlanmış olsalar da, düzgün və nəfis forma- 

 
21 

 
 
22 
lara  malikdirlər  və  indiyədək  öz  keyfiyyətlərini 
itirməmişlər. Qeyd etdiyimiz dövrün ən böyük mə-
dəni nailiyyətlərindən birini təbiətdə təsadüf olun-
mayan  metalın  -  tuncun  istehsalı  təşkil  etmişdi. 
Tuncun istehsalı ilə Azərbaycanın qədim sakinləri 
tərəfindən  hələ  eramızdan  əvvəl  III  minillikdə  ilk 
metallurgiyanın  əsası  qoyulmuşdu.  Tuncdan  alət, 
silah  və  bəzək  nümunələrinin  hazırlanma  üsulları 
genişlənmiş,  daha da  təkmilləşmişdi. Baba-Dərviş 
abidəsindən  bir  sıra  belə  qiymətli  tapıntılar  əldə 
edilmişdi. 
Baba-Dərviş  qazıntıları  ilə  müəyyən  edilmişdir  ki,  eramızdan  əvvəl  IV-III  minil-
liklərdə Azərbaycanda ictimai münasibətlərdə də böyük inkişaf olmuş və əsaslı dəyişik-
liklər baş vermişdir. Ana nəsildən ata nəslinə keçid bu dövrdə başa çatmışdı. 
İndi  Baba-Dərviş  abidəsindən  əsər-əlamət  belə  qalmamışdır.  Deyilənlərə  görə 
bizim  axtarışlardan  az  sonra  Ağstafaçayın  sol  sahili  boyunca  gedən  dəmir  yolunun 
çəkilişi  ilə  oradakı  təpələrin  hamısı  dağıdılmış,  yerlə-yeksan  edilmişdir.  Nə  yaxşı  ki, 
vaxtilə biz baba-Dərvişin müəyyən sirlərini aça bilmişik, onun hekayətini yazmışıq. 
 
Oktyabr- noyabr, 1968-cü il. 
 
 
 

 
23 
Bala, gəldin, niyə belə gec gəldin? 
(Şəhriyar) 

Каталог: jspui -> bitstream -> 123456789
123456789 -> Yeni və orijinal nəticə və metodların təqdim edilməsi
123456789 -> Dövlət Statistika Komitəsinin məlumatına Təranə Həsənova bəzən abortlardan
123456789 -> Hamlet İsaxanlı Təsisçi və Rektor
123456789 -> Stimularea electrică funcţională Radu Breahnă, Irina Turtureanu
123456789 -> L. A. MƏMMƏdov, E.Ç. ƏKBƏrov, H.Ə. ƏKBƏrov
123456789 -> XƏZƏr universiteti humanitar və sosial elmlər faküLTƏSİ
123456789 -> Azərbaycan Arxeologiyası 2002 Azerbaijan Archeology Vol.: 4 Num.: 3-4
123456789 -> Еколожи Епидемиолоэийа: Сящиййядя Тятбиги вя Тядгигат Методлары
123456789 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti
123456789 -> I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə