Anton Çexov alti nöMRƏLİ palata



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#38233
Anton Çexov - Altı nömrəli palata



Anton Çexov 

ALTI NÖMRƏLİ PALATA 

 



Xəstəxana  həyətində  ayıpəncəsi,  gicitkən  və  çətənə  kolluqları  ilə 

bürünmüş  kiçik  bir  fligel  vardı.  Fligelin  dəmir  damı  paslanmışdı;  su 

novçası  yarıyadək  sınıb  tökülmüşdü,  artırmasının  pillələri  çürümüş  və 

qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin 

qabaq  tərəfi  xəstəxanaya,  dal  tərəfi  isə  çölə  baxırdı.  Fligeli  çöldən, 

üstünə  çoxlu  mıx  çalınmış  xəstəxana  hasarı  ayırırdı.  Bu,  ucları  yuxarı 

sancılmış  mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana 

tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi. 

 

Əgər  gicitkənin  dalayıb  yandırmasından  qorxmusunuzsa,  gəlin  dar 



cığırla  gedib  fligelin  içərisinə  tamaşa  edək.  Birinci  qapını  açıb  dəhlizə 

giririk. Burada divarın və peçin dibinə bir yığın xəstəxana tör-töküntüsü 

atılmışdır.  Döşəklər,  köhnə  cırıq  xalatlar,  heç  nəyə  yaramayan  göy 

zolaqlı  köynəklər,  yırtıq  ayaqqabılar  bir  yerə  tökülmüş,  əzilmiş, 

qarışdırılmışdır, bu şeylər çürüyür və ətrafa pis qoxu yayır. 

 

Gözətçi  Nikita,  damağında  çubuq,  həmişə  bu  tör-töküntünün  üstünə 



uzanırdı;  bu,  istefaya  çıxmış  köhnə  bir  soldat  idi,  paltarına  tikilmiş 

baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sifətini qoyun 

itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, görünüşü arıqdı, 

lakin gövdəsi zəhmli, yumruqları saz idi. O, dünyada qayda-qanunu hər 

şeydən  çox  sevən  və  ona  görə  də  bunları  döyməyin  zəruri  olduğunu 

inanan  sadədil,  icraçı  və  küt  adamlar  zümrəsinə  mənsub  idi.  O, 

adamların  üzünə,  döşünə,  kürəyinə,  hər  yerinə  vururdu  və  əmin  idi  ki, 

bunsuz burada qayda ola bilməz. 

downloaded from KitabYurdu.org



 

Sonra, dəhliz hesab edilməzsə, bütün fligeli tutan böyük, geniş bir otağa 

girirsiniz.  Otağın  divarları  çirkli  abı  rəngə  boyanmış,  tavanı  his 

çəkmişdir,  yəqin  qış  vaxtı  burada  peçlər  his  verir  və  otaqda  dəm  olur. 

İçəridən  çəkilmiş  barmaqlıqlar  pəncərələri  eybəcər  bir  şəklə  salmışdır. 

Döşəmə  bozarmış  və  köhnəlmişdir.  Otaqdan  turş  kələm,  əsgi  yanığı, 

taxtabiti və ammonyak qoxusu gəlir, bu qoxu ilk dəqiqədə sizə elə təsir 

bağışlayır ki, elə bil heyvanxanaya girmisiniz. 

 

Otaqda  döşəməyə  vintlənmiş  çarpayılar  vardı.  Bu  çarpayılarda  göy 



xəstəxana  xalatı  geymiş  və  başlarına  qədim  modalı  qalpaq  qoymuş 

adamlar oturur və yatırdılar. Bunlar dəli idilər. 

 

Cəmisi beş nəfər idi. Bunlardan yalnız biri adlı-sanlı idi, qalanları isə adi 



meşşanlar idi. Qapıdan birinci olan ucaboy, arıq, sarı bığları parıldayan, 

ağlar  gözlü  meşşan,  başını  ovuclarına  dayayıb,  gözlərini  bir  nöqtəyə 

zilləmişdi. Bu kişi gecə-gündüz dərdə-qüssəyə qapılır, başını yırğalayır, 

ah  çəkir  və  acı  təbəssümlə  gülümsəyirdi,  söhbətdə  az-az  iştirak  edir, 

suallara  adətən  cavab  vermirdi.  Yeməyi-içməyi  də  qeyri-ixtiyari  idi:  nə 

vaxt  təklif  etsələr;  palatada  bu  pəncərədən  o  pəncərəyədək  gəzişir  və 

yanaqlarındakı qırmızılıq onun vərəm xəstəliyinə tutulduğunu göstərirdi. 

 

Onun  o  tayındakı  çarpayıda  alçaq  boylu,  zirək,  xeyli  oynaq  bir  qoca 



uzanmışdı,  onun  keçi  saqqalı,  zənci  saçları  kimi  qara,  qıvırcıq  saçları 

vardı.  Gündüzlər  palatada  bu  pəncərədən  o  pəncərəyədək  gəzinir,  öz 

yatağında  bardaş  qurub  oturur,  şaqraq  quşu  kimi  fit  çalır,  yavaşca 

oxuyur  və  hırıldayırdı.  Gecələr  Allaha  daha  yaxşı  ibadət  eləmək  üçün, 

yəni  yumruqlarını  döşünə döymək və barmaqları ilə qapını qurdalamaq 

üçün duranda, uşaq kimi şən və qıvraq olurdu. Bu, yəhudi Moyseyko idi, 

iyirmi  il  bundan  əvvəl  onun  papaqçı  dükanı  yanan  zaman  başına  hava 

gəlmişdi. 

downloaded from KitabYurdu.org



 

6№-li  palata  sakinlərindən  yalnız  ona  fligeldən  və  hətta  xəstəxana 

həyətindən  küçəyə  çıxmağa  izn  verilirdi.  Xəstəxanada  uzun  müddət 

qaldığına  və  dinc,  zərərsiz  bir  dəli,  bir  şəhər  təlxəyi  olduğuna  görə 

çoxdan bəri bu imtiyazdan istifadə edirdi, onu daima şəhərin küçələrində 

başına uşaqlar və itlər toplaşmış halda görməyə adət etmişdilər. Əynində 

xalat, başında məzəli bir qalpaq və ayağına tuflu, bəzən də ayaqyalın və 

hətta tumançaq küçələri dolaşır, darvaza və dükanların qarşısında durur 

və dilənirdi. Bir yerdə ona kvas, başqa bir yerdə çörək, üçüncü bir yerdə 

pul 


verirdilər, 

beləliklə, 

fligelə 

həmişə 


tox 

və 


pullu 

qayıdırdı.Gətirdiklərinin  hamısını  Nikita  əlindən  alırdı.  Soldat  bu 

hərəkəti çox kobud və qəsdən edərək, yazığın ciblərini çevirir və Allaha 

and  içirdi  ki,  bundan  sonra  cuhudu  bir  daha  küçəyə  buraxmayacaqdır, 

çünki qanunsuzluq ondan ötrü hər şeydən pisdir. 

 

Moyseyka  qulluq  göstərməyi  sevirdi.  Yoldaşlarına  su  verir,  yatdıqları 



zaman  üstlərini  örtür,  hərəsinə  küçədən  bir  qəpik  pul  gətirməyi  və  təzə 

tikdirməyi  vəd  edirdi,  sol  tərəfindəki  iflic  qonşusuna  qaşıqla  xörək 

yedirirdi.  Bütün  bu  xidmətləri  yazığı  gəldiyi  üçün  və  ya  insanpərvər 

duyğular xatirinə  deyil,  yalnız sağ tərəfindəki qonşusu Qromovu təqlid 

edərək qeyri-ixtiyari ona tabe olduğu üçün edirdi. 

 

Otuz  üç  yaşlı  İvan  Dmitriç  Qromov  keçmişdə  məhkəmə  pristavı, 



quberniya  katibi  olmuşdu,  nəciblərdəndi,  təqib  olunma  xəstəliyinə 

tutulmuşdu. O, gah yumaq kimi yumurlayıd yataqda uzanır, gah da sanki 

hərəkət  etmək  məqsədilə,  otaqda  o  küncdən-bu  küncə  gəzinirdi.  O, 

həmişə  məchul,  anlaşılmaz  bir  intizarla  həyəcanlı  və  gərgin  bir 

vəziyyətdə idi. Dəhlizdə azacıq bir xışıltı və ya həyətdə bir səs eşitdimi, 

tez başını qaldırıb diqqətlə dinləməyə başlardı: onun dalınca gəlmişlər? 

Onumu  axtarırlar?  Bu  zaman  sifətində  böyük  bir  təşviş  və  ikrah  hissi 

oxunurdu. 

downloaded from KitabYurdu.org



 

Onun mübarizədən və uzun müddət davam edən qorxudan əzab çəkmiş 

ruhunu  ayna  kimi  əks  etdirən  enli  sümüklü,  həmişə  solğun  və  bədbəxt 

ifadəli  üzü  mənim  xoşuma  gəlirdi.  Üzündə  qəribə  və  xəstə  bir  ifadə 

vardı.  Lakin  çöhrəsində  dərin  və  səmimi  iztirabdan  əmələ  gələn  incə 

cizgilər  ağıl  və  mərifətə  dəlalət  edirdi,  gözlərində  qaynar  bir  parıltı 

vardı. O, mehriban və xidmət göstərən adam olduğu və Nikitadan başqa 

hamı ilə gözəl rəftar etdiyi üçün mənim xoşuma gəlirdi. Xəstələrdən biri 

yerə  düymə,  ya  qaşıq  salanda,  cəld  yerindən  sıçrayır,  yerə  düşmüş  şeyi 

qaldırıb yiyəsinə verirdi. Hər səhər yoldaşlarına “sabahınız xeyir olsun”, 

yatanda isə “gecəniz xeyrə qalsın” deyərdi. 

 

Həmişə gərgin vəziyyətdə olmaqdan və üz-gözünü turşutmaqdan başqa, 



onun  dəliliyi  bir  də  bundan  ibarətdi:  bəzən  axşamlar  öz  xalatına  bərk-

bərk bürünür, bütün bədəni ilə əsir,  dişləri bir-birinə dəyir, çarpayıların 

arası  ilə  o  küncdən-bu  küncə  gəzinirdi.  Bu  zaman  o,  titrəmə-qızdırma 

tutmuş  adama  oxşayırdı.  Gəzərkən  birdən-birə  dayandığından  və 

yoldaşlarına baxdığından mühüm bir şey demək istədiyi anlaşılırdı, lakin 

yəqin,  onu  dinləməyəcəklərini  və  ya  anlamayacaqlarını  fikirləşib, 

səbirsizliklə  başını  yırğalayır  və  gəzinməsində  davam  edirdi.  Amma 

danışmaq arzusu tezliklə hər cür mülahizələrə qalib gəlirdi və iradəsini 

toplayıb  odlu-odlu  danışmağa  başlayırdı.  O,  sayıqlayan  adam  kimi 

hərarətlə danışırdı, sözləri qarışıq və çox zaman anlaşılmaz olurdu, lakin 

gözlərində  də,  səsində  də  son  dərəcə  gözəl  bir  ifadə  duyulurdu.  O, 

danışanda  onu  bir  dəli,  bir  insan  kimi  tanımağa  başlayırsınız.  Onun 

dəlilərə  məxsus  qızğın  nitqini  kağızda  əks  etdirmək  çətin  işdir.  O, 

adamların  alçaqlığından,  haqqı  tapdalayan  zülmdən,  bir  zaman  yer 

üzündə  bərpa  olacaq  gözəl  həyatdan,  hər  dəqiqə  ona  zalımların 

kütlüyünü və amansızlığını andıran pəncərə barmaqlıqlarından danışırdı. 

Beləliklə,  köhnə,  lakin  hələ  oxunub  qurtarmamış  mahnılardan  qarışıq, 

pozuq bir popurri əmələ gəlirdi. 

 

downloaded from KitabYurdu.org




  

 

II 



 

  

 



On iki-on beş il bundan  əvvəl şəhərin baş küçəsində tikilmiş öz evində 

Qromov adlı ağır-səngin və varlı bir məmur yaşayırdı. Onun Sergey və 

İvan  adlı  iki  oğlu  vardı.  Sergey  dördüncü  kurs  tələbəsi  olduğu  zaman 

vərəm  xəstəliyinə  tutulub  ölmüşdü;  bu  ölüm  ailəsində  birdən-birə  dolu 

kimi  yağan  bir  sıra  bədbəxtliklərin  başlanğıcı  oldu.  Sergeyin  dəfnindən 

bir həftə sonra qoca atası saxtakarlıq və israf üstündə məhkəməyə verildi 

və çox keçmədən həbsxana xəstəxanasında yatalaqdan öldü. Ev və bütün 

əmlak  müzaidə  ilə  satıldı  və  İvan  Dmitriç  ailəsi  ilə  bərabər  evsiz 

qaldılar. 

 

Qabaqlar,  İvan  Dmitriç  atasının  sağlığında  Peterburq  Universitetində 



oxuyarkən atasından ayda altmış-yetmiş manat xərclik alardı. İndi isə öz 

həyatını  tamamilə  dəyişməyə  məcbur  olmuşdu.  Səhər  tezdən  gecə 

yarısınadək az bir muzdla dərs verməli, ona-buna cürbəcür ərizə yazmalı 

olduğu  üçün  yenə  ac-yalavac  dolanırdı,  çünki  qazandığının  hamısını 

anasına  göndərirdi.  Nəhayət,  İvan  Dmitriç  belə  ağır  yaşayışa  davam 

gətirmədi:  ruhdan  düşüb  xəstələndi  və  universiteti  atıb  evə  qayıtdı. 

Şəhərdə  qəza  məktəbinə  müəllimliyə  girdi,  lakin  yoldaşları  ilə  yola 

getmədiyindən  və  şagirdlərin  xoşuna  gəlmədiyindən,  tez  bir  zamanda 

müəllimliyi  buraxdı.  Bir  azdan  sonra  anası  da  öldü.  İvan  Dmitriç  altı 

ayadək işsiz qalıb yavan çörək və su ilə dolanmağa məcbur oldu, sonra 

məhkəmə  pristavı  vəzifəsinə  girdi.  Xəstəliyinə  görə  qulluqdan 

çıxarılanadək bu vəzifədə qaldı. 

 

downloaded from KitabYurdu.org




O  heç  vaxt,  hətta  tələbəlik  illərində  belə  sağlam  adama  oxşamırdı. 

Həmişə  rəngi  sarı,  bədəni  arıq  idi,  tez-tez  soyuqlayır,  az  yeyir,  pis 

yatırdı.  Bircə  qədəh  çaxırdan  başı  gicəllənir  və  özündən  gedirdi. 

Adamlara  böyük  meyl  göstərirdi,  lakin  xasiyyətinin  tündlüyü  və 

vasvasılığı  üzündən,  heç  kəslə  isinişə  bilmirdi,  bu  səbəbə  görə  özünə 

dost qazanmamışdı. Şəhərlilərə həmişə həqarətlə baxardı, dediyinə görə, 

onların  kobud  nadanlığı  və  heyvani  yaşayışları  ona  alçaq  və  mənfur 

görünürdü.  Tenor  səsi  ilə  ucadan  və  qızğın  danışardı,  səsində  narazılıq 

və  qəzəb,  yaxud  da  vəcd  və  heyrət  duyulurdu.  Onunla  nə  barədə 

danışırsan-danış,  tez  söhbəti  eyni  şeyə  çevirərdi:  şəhər  həyatı  adamı 

darıxdırır,  cəmiyyət  ali  məqsədlər  ardınca  getmir,  sönük,  mənasız  bir 

həyat  sürür,  həyatı  təcavüzlərlə,  qaba  əxlaqsızlıqla  və  ikiüzlülüklə 

boyayır,  alçaq  adamlar  tox  və  üst-başlı  olduqları  halda,  namuslu 

adamlarac-yalavac  dolanırlar;  yeni  məktəblər  açmaq,  düzgün  bir 

istiqamət  götürən  yerli  qəzet,  teatr,  qiraətxana  və  ziyalı  qüvvələrin 

birliyi  lazımdır,  cəmiyyət  öz  vəziyyətini  düşünüb  dəhşətə  gəlməlidir. 

İvan Dmitriçin insanlar haqqında mühakimələri çox kəskin və qəti idi; o 

bütün  bəşəriyyəti  namuslu  və  alçaq  adamlara  bölürdü;  ondan  ötrü  orta 

bir pillə yox idi. 

 

Qadın  və  məhəbbət  haqqında  həmişə  ehtiras  və  vəcdlə  danışardı,  lakin 



buna baxmayaraq ömründə bir dəfə də olsun birinə vurulmamışdı. 

 

Mühakimələrinin  kəskinliyinə  və  özünün  əsəbiliyinə  baxmayaraq, 



şəhərdə  onu  sevir  və  öz  aralarında  onu  mehribancasına  Vanya 

adlandırırdılar.  Onun  fitri  nəzakəti,  xidmətkarlığı,  rəğbətliliyi,  əxlaq 

təmizliyi,  köhnəlmiş  sürtuku,  xəstə  görünüşü  və  ailə  bədbəxtlikləri 

adamda gözəl, səmimi və kədərli bir hiss oyadırdı, bir də o, yaxşı təhsil 

almış  və  çox  mütaliə  etmişdi,  şəhərlilərin  rəyincə  hər  şeyi  bilirdi  və 

şəhərdə bir növ səyyar lüğət hesab olunurdu. 

 

downloaded from KitabYurdu.org




Mütaliəyə  çox  vaxt  sərf  edərdi.  Bir  də  görürdün  ki,  klubda  oturub 

əsəbiliklə  saqqalını  didişdirir,  jurnal  və  kitabları  vərəqləyir.  Üzündəki 

ifadəsindən anlaşılırdı ki, o, bütün bunları sürətlə oxuyur və çeynəmədən 

udur.  Mütaliə  onun  xəstə  vərdişlərindən  biri  idi,  çünki  əlinə  keçən  hər 

şeyi,  hətta  keçənilki  qəzet  və  təqvimləri  də  eyni  acgözlüklə  oxuyurdu. 

Evdə həmişə uzanıb mütaliə edirdi. 

 

  

 



III 

 

  



 

Bir  dəfə  payız  səhəri,  İvan  Dmitriç  paltosunun  yaxalığını  qaldırıb, 

palçığı  şappıldada-şappıldada  döngələrdən,  həyətlərdən  keçərək,  icra 

vərəqəsi ilə pul almaq üçün bir meşşanın evinə gedirdi. Hər səhər olduğu 

kimi  indi  də  ovqatı  təlx  idi.  Döngələrdən  birində  dörd  nəfərdən  ibarət 

silahlı  konvoyla  dövrəyə  alınmış  iki  nəfər  ayağı  qandallı  dustağa  rast 

gəldi.  Qabaqlarda  İvan  Dmitriç  dustaqlara  tez-tez  rast  gələr  və  həmişə 

onların  halına  yanardı,  indi  isə  bu  təsadüf  ona  xüsusi,  qəribə  bir  təsir 

bağışladı.  Nədənsə,  ona  elə  gəldi  ki,  birdən  onu  da  bu  dustaqlar  kimi 

qandallayıb,  palçıqlı  küçə  ilə  qazamata  apara  bilərlər.  Meşşanın 

yanından evə qayıdarkən, poçtun tinində tanış bir polis nəzarətçisinə rast 

gəldi,  nəzarətçi  İvan  Dmitriçlə  salamlaşdı  və  küçə  ilə  bir  neçə  addım 

onunla  bərabər  getdi,  bu  hal  ona,  nədənsə,  şübhəli  göründü.  Evə 

gəldikdə  bütün  günü  dustaqlar  və  silahlı  soldatlar  fikrindən  çıxmadı; 

anlaşılmaz  bir  həyəcan  kitab  oxumasına  və  fikrini  cəmləşdirməsinə 

mane  olurdu.Axşam  lampa  yandırmadı,  gecə  isə  gözünə  yuxu  getmədi, 

hey  düşünürdü  ki,  onu  da  həmin  dustaqlar  kimi  qandallayıb  qazamata 

sala bilərlər. Özünü heç bir şeydə  müqəssir hesab etmirdi və gələcəkdə 

downloaded from KitabYurdu.org



də  heç  bir  kəsi  öldürməyəcəyinə,  yanğın  törətməyəcəyinə,  oğurluq 

etməyəcəyinə  əmin  idi,  lakin  bilmədən,  qeyri-  ixtiyari  cinayət  etmək 

çətindirmi,  böhtan  qurbanı  olmaq  və  nəhayət,  məhkəmədə  səhv  etmək 

mümkün  deyilmi?  Qoy  heç  kəs  deməsin  ki,  mən  dilənçi  olmayacağam, 

ya  həbsxanaya  düşməyəcəyəm,  bunu  əsrlər  boyu  əldə  edilmiş  xalq 

təcrübəsi  göstərmişdir.  İndi  ki,  mühakimə  üsulunda  məhkəmə  səhvi 

mümkün olan şeydir və bunda təəccüb ediləcək bir şey yoxdur. Özgənin 

iztirabına  rəsmi,  işgüzar  bir  əlaqə  bəsləyən  hakim,  polis  nəfəri,  həkim 

kimi adamlar,  zaman keçdikcə gördüklərinə o qədər adət edirlər ki, bu, 

artıq adi vərdiş olur bə onlar istər- istəməz öz müştərilərinə rəsmi əlaqə 

bəsləyirlər, həmin adamlar bu cəhətdən həyətarası qoyun və dana kəsən 

və tökdükləri qanı görməyən mujikdən heç də fərqlənmirlər. Şəxsiyyətə 

rəhmsiz, formal  əlaqə bəsləyəndə günahsız adamı bütün  əmlakından və 

hüquqndan  məhrum  edərək,  özünü  katorqa  cəzasına  məhkum  etmək 

üçün  hakimə  yalnız  bircə  şey  lazımdır:  vaxt.  Bir  para  formal  cəhətlərə 

riayət etmək üçün vaxt lazımdır ki, bunun üçün də hakimlərə maaş verib 

saxlayırlar, bundan sonra isə hər şey bitdi, getdi. Sonra gəl dəmir yoldan 

iki  yüz  vers  uzaqda  olan  bu  kiçik,  palçıqlı  şəhərdən  ədalət  və  kömək 

gözlə!  Hər  bir  zorakılıq  cəmiyyət  tərəfindən  əlverişli  bir  zərurət  kimi 

qarşılandıqda  və  hər  bir  mərhəmət,  şəfqət  aktı,  məsələn,  bəraət  hökmü 

cəmiyyətdə bir sıra narazılıq və intiqam hisslərinə səbəb olduqda, ədalət 

haqqında düşünmək gülünc olmazdımı? 

 

Səhər  İvan  Dmitriç  yuxudan  dəhşət  içində  ayıldı,  alnını  soyuq  tər 



basmışdı,  artıq  hər  dəqiqə  həbs  edilə  biləcəyinə  əmin  olduğu  halda, 

yerindən  qalxdı.  Dünənki  ağır  fikirlər  indiyədək  onu  tərk  etmirdisə, 

demək,  bunlarda  azacıq  da  olsa  həqiqət  vardır,  –  deyə  düşünürdü.  Bu 

fikirlər adamın beyninə səbəbsiz girməzdi ki! 

 

Bir  qaradovoy  tələsmədən  pəncərənin  qabağından  keçdi:  bu  əbəs 



deyildi.  Budur,  iki  nəfər  adam  da  səssiz-səmirsiz  evin  yanında  durdu. 

Bunlar niyə danışmırlar? 

downloaded from KitabYurdu.org



 

İvan  Dmitriçdən  ötrü  əzablı  gündüzlər  və  gecələr  başlandı.  Pəncərənin 

qabağından keçən və həyətə girən adamların hamısı ona casus və polis 

xəfiyyəsi  kimi  görünürdü.  Günorta  çağı  adətən  ispravnik  öz  qoşaatlı 

faytonunda küçədən keçirdi; o, şəhəryanı malikanəsindən polis idarəsinə 

gedirdi, lakin İvan Dmitriçə hər dəfə elə gəlirdi ki, o çox yeyin gedir və 

üzündə də xüsusi bir ifadə var: yəqin şəhərdə mühüm bir caninin zühur 

etdiyini bildirməyə tələsir. 

 

İvan Dmitriç hər dəfə qapının zəngi çalınanda və ya darvaza döyüləndə 



diksinir  və  sahibəsinin  yanında  təzə  bir  adam  görəndə  qorxudan  rəngi 

qaçırdı, polis nəfərinə və jandarmlara rast gələndə gülümsəyir və laqeyd 

olduğunu göstərmək üçün fit çalırdı. O hər dəqiqə həbs edilə biləcəyini 

gözünün altına aldığı üçün gecələr  yatmırdı, lakin ev sahibəsinə  özünü 

yatmış  göstərmək  üçün  ucadan  xoruldayırdı  və  köksünü  ötürürdü,  axı 

yatmamışsa, demək vicdan əzabı çəkir, bu isə şübhə oyada bilər! Faktlar 

və  sağlam  məntiq  onu  inandırırdı  ki,  bütün  bu  qorxu  sarsaqlıq  və 

dəlilikdir, həbs olunmaqda və qazamata düşməkdə isə dərindən baxsan, 

mahiyyət  etibarı  ilə,  heç  bir  qorxu  yoxdur,  təki  insanın  vicdanı  təmiz 

olsun; lakin o nə qədər ağılla və məntiqlə mühakimə edirdisə, qəlbindəki 

təlaş  daha  şiddətli  və  daha  iztirablı  olurdu.  Bu  hal,  insan  ayağı 

dəyməmiş  meşədə  guşənişin  bir  adamın  ağacları  qıraraq  özünə  məskən 

düzəltmək istədiyinə oxşayır, o, baltasını nə qədər işlədirmişsə, ağaclar o 

qədər sürətlə göyərib ətrafı bürüyürmüş. İvan Dmitriç, nəhayət bütün bu 

təşəbbüslərinin  əbəs  olduğunu  görüb,  mühakimə  etməkdən  əl  çəkdi  və 

bütünlüklə ümidsizliyə qapıldı, daimi bir qorxu içində yaşamağa başladı. 

 

O,  tənhalıq  axtararaq  adamlardan  qaçmağa  başladı.  Əvvəllər  qulluq 



etməkdən  zəhləsi  getdiyi  halda  indi  qulluq  ondan  ötrü  lap  dözülməz 

olmuşdu.  O  qorxurdu  ki,  birdən  onu  aldadarlar,  xəbəri  olmadan  cibinə 

rüşvət  qoyarlar,  sonra  da  üstünü  açarlar  və  ya  bilmədən  rəsmi  idarə 

kağızlarında saxtakarlığa bərabər olan bir səhv edər, ya da özgə pulunu 

downloaded from KitabYurdu.org



itirər. Qəribə burasıdır ki, onun fikri heç bir zaman indiki kimi elastik və 

yaradıcı  olmamışdı,  indi  o  azadlığının  və  namusunun  ciddi  təhlükə 

altında  olduğu  təlqin  etmək  üçün  hər  gün  min  cür  müxtəlif  səbəblər 

uydurub düzəldirdi. Lakin burası var ki, xarici aləmə, xüsusən kitablara 

marağı xeyli azalmış, hafizəsi zəifləmişdi. 

 

Yazda  qar  əriyəndən  sonra  dərədəki  qəbiristanın  yanında  iki 



yarıçürümüş  meyit  tapmışdılar,  bunların  biri  qoca  arvad,  o  biri  oğlan 

uşağı  idi,  meyitlərdə  zorla  öldürüldüklərini  bildirən  əlamətlər  vardı. 

Şəhərdə  hey bu  meyitlərdən və  bunları öldürənlərdən danışırdılar. İvan 

Dmitriç,  ondan  şübhələnməsinlər  deyə,  küçədə  gülümsəyə-gülümsəyə 

gəzərdi, tanışlarına rast gələndə isə bənizi ağarır rəng verib rəng alır və 

inandırmağa  başlayırdı  ki,  dünyada  zəif  və  məzlum  adamları 

öldürməkdən  daha  alçaq  bir  cinayət  ola  bilməz.  Lakin  bu  yalan  çox 

çəkmədən  onu  yordu  və  bir  az  fikirləşib  bu  qərara  gəldi  ki,  onun 

vəziyyətində  olan  bir  adam  üçün  ən  yaxşısı  ev  sahibəsinin  ərzaq 

anbarında gizlənməkdir. Anbarda bir gün, bir gecə və daha bir gün qaldı, 

bərk  dondu  və  havanın  qaralmasını  gözləyib,  oğru  kimi  anbardan 

yavaşca  çıxıb  öz  otağına  getdi.  Səhər  açılana  kimi  ətrafdakı  səslərə 

diqqətlə  qulaq  asaraq,  qımıldanmadan  otağın  ortasında  dayandı.  Səhər 

tezdən  ev  sahibəsinin  yanına  iki  nəfər  peçqayıran  gəldi,  İvan  Dmitriç 

bunların  mətbəxdə  peç  qayırmaq  üçün  gəldiklərini  bilirdi,  lakin 

qorxunun  gücündən  onları  peçqayıran  paltarı  geymiş  polis  nəfərləri 

hesab  etdi.  Yavaşca  otağından  sivişib,  qorxu  içərisində,  başı  açıq  və 

sürtuksuz küçə ilə qaçmağa başladı. İtlər onun dalınca düşüb hürüşürdü, 

arxasınca  bir  mujik  bağırırdı,  hava  qulaqlarında  vıyıldayırdı.  İvan 

Dmitriçə  elə  gəlirdi  ki,  guya  bu  saat  dünyanın  bütün  zor  və  zülmü  bir 

yerə toplaşıb onun dalınca qaçır, onu qovur. 

 

İvan  Dmitriçi  tutub  evə  gətirdilər  və  ev  sahibəsini  həkim  dalınca 



göndərdilər.  Haqqında  irəlidə  bəhs  edəcəyimiz  həkim  Andrey  Yefimıç, 

xəstənin  başına  soyuq  kompres  qoyulmasını  tapşırdı,  dəfnəgilənar 

downloaded from KitabYurdu.org



damcısı  yazdı,  qəmli-qəmli  başını  yırğaladı  və  gedərkən  bir  daha 

gəlməyəcəyini  bildirdi,  çünki  adamların  dəli  olmasına  mane  olmaq 

lazım deyildir. Evdə yaşamağa və müalicəyə vəsait olmadığından , İvan 

Dmitriçi  tezliklə  xəstəliklər  palatasına  yerləşdirdilər.  O,  gecələr 

yatmayıb şıltaqlıq edir və xəstələrin rahatlığını pozurdu; bir azdan sonra 

Andrey Yefimıçın əmrinə görə onu 6 №-li palataya köçürtdülər. 

 

Bir  ildən  sonra  şəhərdə  artıq  İvan  Dmitriçi  yaddan  çıxartdılar,  ev 



sahibəsi  tərəfindən  talvar  altındakı  xizəyə  atılmış  kitablarını  da  xırda 

uşaqlar daşıyıb apardılar. 

 

  

 



  

 

IV 



 

  

 



İvan  Dmitriçin  sol  tərəfindəki  qonşusu  qabaqda  dediyim  kimi,  cuhud 

Moyseyko  idi,  sağ  tərəfindəki  isə  –  piy  bağlamış,  yupyumru,  küt  və 

büsbütün  ləkəsiz  çöhrəli  bir  mujik  idi.  Bu  –  düşünmək  və  hiss  etmək 

qabiliyyətini  çoxdan  itirmiş,  hərəkətsiz,  qarınqulu,  murdar  heyvan  idi. 

O, həmişə ətrafa tünd boğucu bir qoxu yayırdı. 

 

Onun yan-yörəsini sil-süpür edən Nikita, yumruqlarına rəhmi gəlmədən, 



var  gücü  ilə  onu  döyürdü,  burada  dəhşətli  şey  onun  döyülməsi  deyil, 

downloaded from KitabYurdu.org




buna adət etmək olar, dəhşətli odur ki, bu kütləşmiş, duyğusunu itirmiş 

heyvan, döyülməsinə nə bir səslə, nə bir hərəkətlə, nə  də bir gözlərinin 

ifadəsilə cavab verməyərək, yalnız ağır çəllək kimi yavaşca yırğalanırdı. 

 

6  №-li  palatanın  beşinci  və  sonuncu  sakini  vaxtilə  poçtda  çeşidçi  olan 



xoş,  lakin  bir  az  hiyləgər  sifətli,  alçaq  boylu,  sarışın  bir  meşşandır. 

Aydın və şən baxışlı, ağıllı və sakit gözlərindən ağlı başında olduğu və 

çox  mühüm,  xoş  bir  sirr  gizlətdiyi  anlaşılırdı.  Yatağının  və  döşəyinin 

altında  heç  kəsə  göstərmədiyi  bir  şeyi  vardı,  lakin  bu  şeyi  heç  kəsə 

göstərməməsi  –  əlindən  alarlar  və  ya  oğurlarlar,  deyə  qorxduğundan 

deyil, bəlkə utandığındandı. Bəzən, görürsən, pəncərəyə yanaşıb arxasını 

yoldaşlarına çevirir, döşünə nə isə taxır və sonra başını əyərək baxırdı, 

bu əsnada ona yanaşsaydın, pərt olar və döşündəki şeyi dartıb gizlədərdi. 

Lakin onun sirrini tapmaq çətin deyildi. O, tez-tez İvan Dmitriçə deyirdi: 

 

- Məni təbrik edin, ikinci dərəcə ulduzlu Stanislav nişanı ilə təltif etmək 



istəyirlər,  ikinci  dərəcə  Stanislav  nişanı  yalnız  xaricilərə  verirlər,  lakin 

məndən  ötrü  nədənsə  istisna  etmək  istəyirlər.  –  O  gülümsəyir  və 

çiyinlərini heyrətlə dartırdı. – Sözün düzü, mən heç bunu gözləməzdim! 

 

İvan Dmitriç qəmli-qəmli dedi: 



 

- Mən bundan heç nə anlamıram. 

 

Keçmiş çeşidçi gözlərini hiyləgərcəsinə qıyaraq: 



 

downloaded from KitabYurdu.org




- Lakin xəbəriniz varmı, mən gec-tez nəyə nail olmaq istəyirəm? – deyə 

sözünə  davam  etdi.  –  Mütləq  İsveç  “Qütb  ulduzu”  əldə  edəcəyəm.  Bu 

nişanı almaq üçün əlləşməyə dəyər. Ağ xaç və qara lent. Gözəl şeydir. 

 

Yəqin  ki,  heç  bir  yerdə  həyat  fligendəki  kimi  yeksənəq  deyildi.  Səhər 



xəstələr, iflic və yorğun mujikdən başqa, dəhlizdə iri çəlləkdə əl-üzlərini 

yuyub  və  xalatlarının  ətəyi  ilə  qurulanırdılar:  sonra  Nikitanın  baş 

korpusdan  gətirdiyi  çayı  qalay  krujkalarda  içirdilər.  Hər  xəstəyə  bir 

krulka çay düşürdü. Günorta turş kələmdən bişirilmiş borş və daşma ilə 

nahar edir, axşam isə nahardan qalmış daşmanı yeyirdilər. Boş vaxtlarda 

yatır, pəncərədən baxır və otağı o küncdən-bu küncə gəzirdilər. Bu rejim 

hər  gün  təkrar  olunurdu.  Hətta  keçmiş  çeşidçi  də  həmişə  eyni 

nişanlardan söhbət salırdı. 

 

6  №-li  palatada  təzə  adamlara  çox  gec-gec  rast  gəlmək  olurdu.  Başına 



təzəcə  hava  gələn  adamları  həkim  çoxdan  bəri  qəbul  etmirdi, 

dəlixanaları  ziyarət  edən  həvəskarlar  isə  bu  dünyada  çox  deyil.  Dəllək 

Semyon  Lazarıç  təqribən  hər  iki  ayda  bir  dəfə  fligelə  gəlirdi.  Onun 

dəlilərin başını necə qırxmasından və Nikitanın bu işdə ona necə kömək 

etməsindən, habelə gülümsəyən kefli dəllək gələn kimi xəstələr arasında 

necə şuluqluq düşməsindən burada danışmayacağam. 

 

Fligelə  dəlləkdən  başqa  heç  kəs  gəlməzdi.  Xəstələr  hər  gün  yalnız 



Nikitanı görməyə məhkum idilər. 

 

Lakin bu yaxınlarda xəstəxana korpusuna qəribə bir şayiə yayıldı. 



 

Şayiə  buraxdılar  ki,  guya  6  №-li  palatanı  həkim  ziyarət  etməyə 

başlamışdır. 

downloaded from KitabYurdu.org




 

  

 



  

 



 

  

 



Qəribə bir şayiə! 

 

Həkim  Andrey  Yefimıç  Ragin  özünə  görə  qəribə  bir  adamdı.Deyirdilər 



ki,  o,  gəncliyində  çox  dindar  imiş  və  özünü  ruhani  vəzifəsinə 

hazırlayırmış.1863-cü  ildə  gimnaziyanı  bitirdikdən  sonra  ruhani 

akademiyaya gurmək fikrinə düşür, lakin təbabət doktoru və cərrah olan 

atası onu özünə oğul hesab etməyəcəyini bildirir. Bu əhvalatın nə qədər 

doğru olub-olmadığını bilmirəm, ancaq Andrey Yefimıç təbabət elminə 

və ümumiyyətlə, xüsusi elmlərə rəğbət bəsləmədiyini dəfələrlə özü etiraf 

etmişdi. 

 

Hər  halda  o,  tibb  fakültəsini  bitirdikdən  sonra  keşişliyə  getmədi.  O, 



dindarlıq əlamətləri göstərmirdi və həkimliyə təzə başlayan zamanlarda 

da, indiki kimi, ruhaniyə çox az oxşayırdı. 

 

Onun  mujiklərə  məxsus  ağır  və  qaba  görkəmi  vardı;  sifətindən, 



saqqalından,  yatıq  saçlarından  və  yöndəmsiz  möhkəm  gövdəsindən 

böyük yol ağzında olan kök, həyasız və kobud meyxanaçıya oxşayırdı. 

downloaded from KitabYurdu.org



Üzü  sərt,  göy  damarlarla  örtülü,  gözləri  xırda,  burnu  qırmızı  idi.  Boyu 

uca, kürəyi enli, qolları və qıçları nataraz idi; zorba yumruğu ilə bir dəfə 

vursaydı  adamın  canı  çıxardı.  Amma  yerişi  sakit  və  ehtiyatlı  idi;  dar 

dəhlizdə adama rast gəldikdə, həmişə yol vermək üçün kənara çəkilir və 

gözlədiyin  kimi  yoğun  səslə  deyil,  yumşaq  tenor  səsi  ilə  “bağışlayın!” 

deyirdi. Boynunda balaca bir şiş vardı, bu şiş nişasta yaxalıq taxmasına 

mane  olurdu,  ona  görə  həmişə  yumşaq  kətandan  və  ya  çitdən  köynək 

geyərdi. Ümumiyyətlə o, həkim kimi geyinməzdi. Bir paltarı azından on 

il geyərdi, cuhud dükanından aldığı təzə paltarı da əynində daim köhnə, 

geyilmiş və əzik görünürdü, eyni sürtukda həm xəstələri qəbul edir, həm 

nahar eləyir, həm də qonaq gedirdi; lakin bütün bunlar xəstəlikdən deyil, 

öz üst-başına əsla fikir vermədiyindən irəli gəlirdi. 

 

Andrey Yefimıç vəzifəsini qəbul etmək üçün şəhərə gəldikdə, “xeyirxah 



idarə”  müdhiş  bir  halda  idi.  Palatalarda,  dəhlizlərdə  və  xəstəxana 

həyətində üfunətdən nəfəs almaq mümkün deyildi. Xəstəxana mujikləri, 

xəstələrə  baxanda  və  onların  uşaqları  xəstələrlə  bərabər  palatalarda 

yatırdılar. Tarakan, taxtabiti və siçan əlindən dad çəkirdilər. Cərrahiyyə 

şöbəsindən qızıl yel xəstəliyi əskik olmurdu. Bütün xəstəxanada iki dənə 

cərrah  bıçağı  vardı,  termometr  isə  kökündən  yox  idi,  vannalara  kartof 

tökmüşdülər.  Nəzarətçi,  camaşırçı  və  feldşer  xəstələri  soyurdular. 

Andrey  Yefimıçdan  qabaqkı  həkim  barəsində  danışırdılar  ki,  guya 

xəstəxana  spirtini  əlaltından  satırmış  və  xəstəyə  baxanlardan,  xəstə 

qadınlardan  özünə  tam  bir  hərəmxana  düzəldibmiş.  Şəhərdə  bu 

biabırçılıqları yaxşı bilirdilər və hətta mübaliğə ilə də danışırdılar, lakin 

bu,  camaatı  heç  də  narahat  etmirdi,  bir  para  adamlar  bu  biabırçılıqları 

safa  çıxarırdılar,  guya  xəstəxanaya  yalnız  meşşanlar  və  mujiklər  gedir 

ki,  onlar  da  narazı  ola  bilməzlər,  çünki  xəstəxanada  onlar  üçün  öz 

evlərindəkindən  yaxşı  keçir,  daha  onlara  kəklik  yedirtməyəcəklər  ki! 

Bəziləri  də  xəstəxana  sahiblərinə  haqq  verməyə  çalışaraq  deyərdilər  ki, 

zemstvonun yardımı olmadan yaxşı xəstəxana saxlamaq çətindir; Allaha 

şükür  ki,  heç  olmasa  xarab  xəstəxana  var.  Cavan  zemstvo  isə  nə 

downloaded from KitabYurdu.org



şəhərlər, nə də şəhər ətrafında xəstəxana tikmək istəmirdi, şəhərin artıq 

öz xəstəxanası var, deyirdi. 

 

Andrey  Yefimıç  xəstəxananı  gözdən  keçirərək,  bu  qərara  gəldi  ki,  bu 



əxlaqsız  bir  idarədir  və  əhalinin  sağlamlığı  işinə  son  dərəcə  zərərdir. 

Onun  zənnincə,  xəstələri  bayıra  atıb,  xəstəxananı  bağlamaq  ən  ağıllı  iş 

idi. Lakin sonra Andrey Yefimıç düşündü ki, təkcə onun iradəsi kifayət 

deyil,  bundan  fayda  çıxmaz,  fiziki  və  əqli  murdarlıqları  bir  yerdən 

qovduqda  onlar  başqa  yerə  köçür;  murdarlığın  öz-özünə  yox  olub 

getməsini  gözləmək  lazımdır.  Bir  də  əgər  adamlar  özlərinə  xəstəxana 

açmışlarsa və buna dözülərsə, demək, bu onlara lazımdır, mövhumat və 

bütün  bu  məişət  pozğunluqları,  murdarlıqları  lazımdır,  çünki  bunlar, 

zaman  keçdikcə,  peyinin  qaratorpağa  çevrildiyi  kimi,  faydalı  bir  şeyə 

çevrilirlər, dünyada heç bir yaxşı şey tapılmaz ki, onun ilk mənbəyində 

murdarlıq olmasın. 

 

Andrey  Yefimıç  vəzifəsini  qəbul  etdikdən  sonra  bu  biabırçılıqlara 



laqeyd 

baxdı.  Yalnız  xəstəxana  mujiklərindən  və  xəstəxana 

baxıcılarından xahiş etdi ki, palatalarda yatmasınlar və xəstəxanaya tibb 

alətləri ilə dolu iki şkaf qoydu; nəzarətçi, camaşarçı, feldşer və qızıl yel 

xəstəliyi tutmuş xəstələr isə öz yerlərində qaldılar. 

 

Andrey  Yefimıç  ağıl  və  namusu  son  dərəcə  sevirdi,  lakin  öz  ətrafında 



ağıllı  və  namuslu  bir  həyat  qurmağa  kirdarı  yox  idi  və  öz  hüququna 

inanmırdı.  Əmr  etməyi,  qadağan  etməyi  və  israf  etməyi  qətiyyən 

bacarmırdı.  Adama  elə  gəlirdi  ki,  o,  səsini  heç  vaxt  ucaltmamağa  və 

felin  əmr  formasını  işlətməməyə  söz  vermişdir.  “Ver”  və  ya  “gətir” 

sözlərini  deməyə  üzü  gəlmirdi,  yemək  istəyəndə  qətiyyətsizliklə 

öskürərək,  aşpaz  qadına  deyərdi:  “Deyəsən,  acmışam…”  və  ya  “Çay 

olsaydı, içərdim”. Nəzarətçiyə oğurluqdan əl çəkməsini söyləməyi və ya 

onu qulluqdan çıxartmağı, ya da bu lazımsız, tüfeyli vəzifəsini büsbütün 

downloaded from KitabYurdu.org



ləğv  etməyi  heç  cür  bacarmırdı.  Andrey  Yefimıçı  aldatdıqda,  ya  ona 

yaltaqlıq  etdikdə,  yaxud  da  açıq-aşkar  saxta  bir  pul  sənədini  ona 

imzalatmağa vardikdə, pul kimi qızarır, özünü taqsırlı bir adam kimi hiss 

edirdi, amma bununla belə yenə də sənədi imzalayırdı; xəstələr aclıqdan 

və ya kobud xəstə baxıcılarından ona şikayət etdikdə, o utanır və taqsırlı 

bir adam kimi mızıldayırdı: 

 

- Yaxşı, yaxşı, bu işə baxaram… Yəqin burada bir anlaşılmazlıq var… 



 

Andrey  Yefimıç  ilk  zamanlar  çox  səylə  işləyirdi.  Hər  gün  səhərdən 

nahar  vaxtınadək  xəstələri  qəbul  edir,  operasiya  edir  və  hətta  mamalıq 

təcrübəsi ilə də məşğul olurdu. Qadınlar onun barəsində danışırdılar ki, 

guya çox diqqətlidir və xəstəlikləri, xüsusən uşaq və qadın xəstəliklərini 

çox gözəl bilir. Lakin zaman keçdikcə iş öz yeknəsəqliyi və açıq-aydın 

görünən  faydasızlığı  iılə  onu  darıxdırmağa  başladı.  Bu  gün  otuz  xəstə 

qəbul  etdiyin  halda,  sabah  görürsən  otuz  beş  nəfər  oldu,  birisigün  isə 

bunların  sayı  qırxa  çatırdı,  beləliklə  gündən-günə,  ildən-ilə  xəstələrin 

sayı  şiddətlə  artır,  ölüm  hadisələri  də  şəhərdə  heç  azalmırdı. 

Xəstəxanaya  gələn  qırx  xəstəyə  səhərdən  naharadək  ciddi  yardım 

göstərməyə  imkan  yoxdur,  demək,  gündə  qırx  xəstəni  aldatmalı  olur. 

Hesabat ili ərzində xəstəxanaya gələn min iki yüz xəstə qəbul edilmişdi, 

demək, sadəcə olaraq min iki yüz adam aldadılmışdır. Ciddi xəstələri də 

palatalara  qoymaq  və  onlarla  elmi  qaydada  məşğul  olmaq  mümkün 

deyil,  çünki  qayda  varsa  da,  elm  yoxdur.  Fəlsəfəni  buraxıb,  başqa 

həkimlər kimi qaydalara xırdaçılıqla riayət etdikdə isə, bundan ötrü çirk 

deyil, hər şeydən əvvəl təmizlik və ventilyasiya, iylənmiş turş kələmdən 

bişirilən  borş  deyil,  keyfiyyətli  xörək  lazımdır  və  oğrular  deyil,  yaxşı 

köməkçilər lazımdır. 

 

Bir də ölüm hər kəsin normal və qanuni aqibətidirsə, adamların ölümünə 



mane  olmağın  nə  mənası?  Bir  alverçinin  və  ya  bir  məmurun  beş-on  il 

downloaded from KitabYurdu.org




artıq  yaşamasından  nə  çıxar?  Təbabət  elminin  məqsədini  dərmanların 

insan əzablarını azaltmasında gördükdə isə, ortaya belə bir sual çıxır ki, 

bu  əzabı  nə  üçün  azaltmalı?  Əvvələn,  deyirlər  ki,  əzab  insanı  kamala 

çatdırır,  ikincisi,  bəşəriyyət,  doğrudan  da,  öz  iztirablarını  cürbəcür  həb 

və  damcı  dərmanları  ilə  yüngülləşdirməyi  öyrənsə,  dini  və  fəlsəfəni 

bilmərrə  atmış  olar.  Halbuki  insanlar  bu  vaxta  qədər  din  və  fəlsəfə 

vasitəsilə  nəinki  özlərini  hər  cür  fəlakətdən  qorumuş,  hətta  onlarda 

özlərinə xoşbəxtlik də tapmışlar. Puşkin ölərkən müdhiş əzablar çəkmiş, 

zavallı Heyne bir  neçə  il iflic olub  yorğan-döşəyə  düşmüşdür, nə  üçün 

həyatları mənasız keçən və iztirab olmasaydı, amyöb kimi büsbütün boş 

ömür  sürən  Andrey  Yefimıç  və  ya  Matryona  savvişna  kimiləri 

xəstələnməsin? 

 

Andrey  Yefimıç  bu  cür  mühakimələrə  qərq  olaraq  ruhdan  düşdü  və 



xəstəxanaya gəlməyə başladı. 

 

  



 

VI 


 

  

 



Onun  həyatı  belə  keçirdi.  Adətən  səhər  saat  səkkizə  yaxın  yuxudan 

durub geyinir və çay içirdi. Sonra kabinetində oturub mütaliə ilə məşğul 

olur  və  ya  xəstəxanaya  gedirdi.  Xəstəxanada  qaranlıq,  dar  dəhlizdə 

ambulatoriya  xəstələri  oturub  həkimin  qəbulunu  gözləyirdilər.  Bunların 

yanı  ilə  çəkmələrini  kərpic  döşəməyə  döyəcləyən  mujiklər  və  xəstə 

baxıcıları, xalat geymiş arıq xəstələr keçir, çirkab qabları və s. aparırlar, 

uşaqlar  ağlayır,  dəhlizdə  aralıq  küləyi  əsir.  Andrey  Yefimıç  bilirdi  ki, 

downloaded from KitabYurdu.org




titrətməli,  vərəmli  və  ümumiyyətlə  həssas  xəstələrə  belə  şərait  əziyyət 

verir,  lakin  nə  etməli?  Qəbul  otağında  feldşer  Sergey  Sergeiç  ona  rast 

gəldi,  bu,  alçaq  boylu,  dolu  bir  adam  idi,  kök,  qırxıq  üzü  təmizcə 

yuyulmuşdu,  təzə  gen-  bol  kostyumundan  feldşerə  deyil,  əyana 

oxşayırdı.  Şəhərdə  geniş  praktika  ilə  məşğul  idi,  ağ  qalstuk  taxır  və 

özünü  praktika  ilə  heç  məşğul  olmayan  həkimlərdən  məlumatlı  hesab 

edirdi.  Qəbul  otağının  küncündə  ağır  qəndilli  böyük  bir  ikona  vardı; 

divarlardan  arxiereylərin  şəkli,  Svyatoqorsk  monastırının  görünüşü  və 

peyğəmbər çiçəyindən əklillər asılmışdı. Sergey Sergeiç dindar adamdı 

və  təmtərağı  sevirdi.  İkona  onun  xərci  ilə  qoyulmuşdu;  bazr  günləri 

qəbul  otağında  xəstələrdən  biri,  onun  əmrinə  görə,  minacat  oxuyardı, 

minacatdan  sonra  isə  Sergey  Sergeiç  buxurdanla  bütün  palataları  gəzir 

və onlara kündür tüstüsü verərdi. 

 

Xəstə çox, vaxt isə az idi, ona görə iş sual- cavabla və xəstələrə ötəri bir 



sürtmə  yağı  və  ya  işlətmə  dərmanı  verməklə  bitirdi.  Andrey  Yefimıç 

yumruğunu yanağına dayamış halda oturub, xəstələrə dalğın- dalğın və 

qeyri-  ixtiyari  suallar  verirdi.  Sergey  Sergeiç  də  oturub  əllərini 

ovuşdurur və hərdənbir işə qarışırdı: 

 

- Rəhmli Allaha yaxşı ibadət etmədiyimiz üzündən xəstələnir və min cür 



məşəqqətlərə düçar oluruq, – deyirdi. 

 

Andrey  Yefimıç  xəstələri  qəbul  edərkən  heç  bir  operasiya  etmirdi; 



operasiyaları çoxdan yadırğamışdı, qan görəndə pis hala düşür, həyəcana 

gəlirdi. Boğazına baxmaq üçün uşağın ağzını açmaq lazım gələndə, uşaq 

isə  ağlayaraq  xırda  əlləri  ilə  öz-  özünü  qoruyanda,  uşağın  çığırtısından 

başı  gicəllənir,  gözləri  yaşarırdı.  O,  dərman  yazmağa  tələsir  və  əllərini 

havada yellədərək, qadına işarə edirdi ki, uşağı tez aparsın. 

 

downloaded from KitabYurdu.org




Qəbul zamanı xəstələrin qorxaqlığı və kütlüyü, qəşəng Sergey Sergeiçin 

yaxınlığı,  divarlardakı  şəkillər  və  iyirmi  ildən  artıq  arası  kəsilmədən 

verdiyi  eyni  suallar  tezliklə  onu  darıxdırırdı.  Buna  görə  beş-  altı  xəstə 

qəbul  etdikdən  sonra  çıxıb  gedirdi.  Qalan  xəstələri  feldşer  özü  qəbul 

edirdi. 

 

Andrey  Yefimıç  çoxdan  bəri  xüsusi  praktika  ilə  məşğul  olmadığını  və 



buna  görə  ona  heç  kəsin  mane  olmayacağını  düşünərək  xoşhallıqla  evə 

gəlir, tez kabinetində stol başında oturur və mütaliəyə başlayırdı. O, çox 

oxuyur və bundan ayrıca bir zövq alırdı. Maaşının yarısını kitab almağa 

sərf  edirdi,  altı  otaqdan  ibarət  olan  mənzilinin  üç  otağı  kitab  və  köhnə 

jurnallarla  dolu  idi.  Tarixə  və  fəlsəfəyə  dair  əsərləri  hamısından  çox 

sevirdi; təbabət elmindən isə yalnız “Vraç” jurnalını alırdı, bu jurnalı da 

həmişə  axırından  oxumağa  başlardı.  Mütaliəsi  hər  dəfə  bir  neçə  saat 

çəkdiyi halda heç də onu yormurdu. Kitabları İvan Dmitriç kimi tez- tez 

və dəlicəsinə oxumayıb, ağır- ağır və mənasına fikir verə-verə oxuyardı, 

çox  zaman  bəyəndiyi  və  ya  anlaşılmayan  yerlərdə  dayanıb  fikirləşərdi. 

Kitabın yanında həmişə kiçik araq qrafini və boşqabsız- zadsız mahudun 

üstündə duzlu xiyar, ya da alma olardı. Hər yarım saatdan bir gözlərini 

kitabdan ayırmayaraq, bir qədəh araq töküb içirdi, sonra yenə baxmadan 

əli ilə xiyarı tapar və dişlərdi. 

 

Saat üçdə üsulluca mətbəx qapısına yanaşıb öskürər və deyərdi: 



 

- Daryuşka, xörək yesəydim pis olmazdı… 

 

Pis və xoşa gəlməyən nahardan sonra Andrey Yefimıç  əllərini qoynuna 



qoyub otaqları gəzir və düşünürdü. Saat dördü, dalınca da beşi vurur, o 

isə  hey  gəzib  düşünməsində  davam  edirdi.  Hərdənbir  mətbəx  qapısının 

cırıltısı eşidilir və Daryuşkanın qırmızı, yuxulu üzü görünürdü. 

downloaded from KitabYurdu.org




 

Daryuşka: 

 

- Andrey Yefimıç, pivə içmək vactınız deyilmi? – deyə qayğılı bir tərzdə 



xatırladırdı. 

 

Andrey Yefimıç: 



 

-  Yox,  hələ  vaxt  deyil,  –  deyə  cavab  verirdi.-  Mən  gözlərəm…  Bir  az 

gözlərəm. 

 

Axşamüstü  adətən  poçt  müdiri  Mixail  Averyanıç  onun  yanına  gəlirdi, 



Andrey  Yefimıç  yalnız  bu  adama  ünsiyyət  bağlayır  və  məclisinə 

dözürdü.  Mixail  Averyanıç  vaxtilə  xeyli  dövlətli  bir  mülkədar  olub, 

kavaleriyada  qulluq  etmişdi,  lakin  sonradan  müflis  olub,  qoca  vaxtında 

poçt idarəsinə  qulluğa girmişdi. Bu,  sağlam, gümrah görünüşlü, qəşəng 

ağ bakenli, nəzakətli, xoş və uca səsli bir adamdı. Mərhəmətli və həssas 

idisə  də,  xeyli  ötkəmdi.  Poçt  idarəsinə  gələnlərdən  biri  etiraz  edəndə, 

razı  olmayanda  və  ya  mühakimə  yeritməyə  başlayanda,  Mixail 

Averyanıç  hirsindən  pul  kimi  qızarır,  bütün  vücudu  ilə  titrəyir  və 

gurultulu  səslə:  “Sus!”  deyə  bağırırdı,  buna  görə  də  poçt  artıq  çoxdan 

bəri  qorxulu  bir  idarə  kimi  məşhur  olmuşdu.  Mixail  Averyanıç  Andrey 

Yefimıçı,  mərifətli  və  alicənab  olduğuna  görə  sevir  və  ona  hörmət 

edirdi,  başqa  adamlara  isə  öz  tabeliyindəkilər  baxan  kimi  lovğalıqla 

baxırdı. 

 

O, Andrey Yefimıçın kabinetinə girərkən: 



 

downloaded from KitabYurdu.org




-  Bu  da  mən!  –  deyirdi.  –  Xoş  gördük,  əzizim!  Deyəsən,  zəhlənizi 

tökmüşəm, hə? 

 

Doktor: 


 

-  Əksinə,  çox  şadam,  –  deyə  cavab  verirdi.  –  Sizin  gəlişiniz  həmişə 

mənə xoşdur. 

 

Dostlar kabinetdə divan üstə oturub, bir qədər dinməz- söyləməz papiros 



çəkirdilər. 

 

Andrey Yefimıç: 



 

- Daryuşka, pivə olsa, pis olmaz ha! – deyirdi. 

 

Birinci  butulkanı  da  dinməz  –  söyləməz  içirdilər,  doktor  düşüncəyə 



dalır, Mixail Averyanıç isə çox maraqlı bir şey nağıl edəcək adam kimi 

nəşələnir və dirçəlirdi. Söhbəti həmişə doktor başlayırdı. 

 

O,  başını  yırğalayaraq  müsahibinin  gözlərinə  baxmadan  yavaş-  yavaş 



danışırdı (o, heç vaxt adamın gözlərinə baxmazdı ). 

 

- Çox təəssüf ki, Mixail Averyanıç, şəhərimizdə bir nəfər də olsun ağıllı 



və  maraqlı  söhbət  eləyən  adam  yoxdur.  Bu  bizdən  ötrü  böyük  bir 

məhrumiyyətdir.  Hətta  ziyalılarımız  da  bayağılığa  üstün  gələ  bilmirlər, 

downloaded from KitabYurdu.org



inandırıram sizi ki, onların inkişaf dərəcəsi aşağı silkdən heç də yüksək 

deyil. 


 

- Lap doğru deyirsiniz. Sözlərinizə tamamilə şərikəm. 

 

Doktor sakitcə və kəlmə- kəlmə sözünə davam etdi: 



 

-  Siz  özünüz  də  gözəlcə  bilirsiniz  ki,  bu  dünyada  insan  zəkasının  ülvi 

mənəvi  təzahürlərindən  savayı,  hər  şey  əhəmiyyətsiz  və  maraqsızdır. 

Ağıl  heyvanla  insan  arasına  möhkəm  bir  sədd  çəkir,  insanın  ilahi  bir 

vücud  olmasına  dəlalət  edir  və  bir  dərəcəyə  qədər  hətta  onun  üçün 

ölməzliyi, yəni olmayan bir şeyi əvəz edir. Buradan belə bir nəticə çıxır 

ki, insanın ağlı yeganə mümkün olan bir zövq mənbəyidir. Biz isə yan- 

yörəmizdə  ağlı  nə  görürük,  nə  də  eşidirik,  demək,  zövqdən  məhrumuq. 

Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı müsahibəni və 

ünsiyyəti  əvəz  etmir.  Əgər  belə  bir  müvəffəqiyyətsiz  müqayisəyə  icazə 

versəniz, cəsarətlə deyərəm ki, kitablar notdur, müsahibə isə mahnıdır. 

 

- Lap doğru deyirsiniz. 



 

Aralığa  sükut  çökdü.  Daryuşka  üzündə  küt  bir  qüssə  əlaməti  olaraq 

mətbəxdən  çıxdı  və  yumruğunu  yanağına  dayayaraq,  söhbəti  dinləmək 

üçün qapı ağzında durdu. 

 

Mixail Averyanıç köksünü ötürərək dedi: 



 

- Eh, siz də indiki adamlardan ağıl umursunuz! 

downloaded from KitabYurdu.org



 

Sonra o, keçmişdəki həyatdan danışmağa başladı: 

 

-  O  zamanlar  adamın  günü  xoş  və  maraqlı  keçirdi.  Rus  ziyalıları  nə 



qədər ağıllı, nə qədər zəkalı idilər, namus və dostluq məfhumlarını onlar 

nə  qədər  əziz  tuturdular!  O  vaxtlar  vekselsiz  nə  qədər  istəsən  borc  pul 

ala bilərdin, ehtiyacı olan bir yoldaşına yardım əlini uzatmamaq əskiklik 

hesab  olunurdu.  Necə  hərbi  səfərlər,  sərgüzəştlər,  vuruşmalar,  necə 

yoldaşlar,  necə  qadınlar  vardı!  Hələ  Qafqaz-  nə  gözəl  bir  diyar!  Bir 

batalyon  komandirinin  arvadı  zabit  paltarı  geyib  axşamlar  dağlara 

gəzməyə  gedərdi,  bu  qəribə  qadın  özü  ilə  bələdçi  də  götürməzdi. 

Deyirdilər ki, aulda onun bir knyazla romantik əhvalatı varmış. 

 

Daryuşka: 



 

- Ah pərvərdigara… – deyə ah çəkdi. 

 

- Hələ necə içirdilər! Necə yeyirdilər! Necə də diribaş liberallar vardı! 



 

Andrey  Yefimıç  dinləyir,  amma  eşitmirdi;  o  nə  isə  düşünür  və  pivəni 

ağır- ağır qurtuldadırdı. O, Mixail Averyanıçın sözünü kəsərək, birdən- 

birə danışmağa başladı. 

 

-  Çox  zaman  mənim  yuxuma  ağıllı  adamlar  girir  və  onlarla  söhbət 



eləyirəm.  Mən  atamın  sayəsində  gözəl  təhsil  almışam,  lakin  altmışıncı 

illərin  ideyalarının  təsiri  altında  atam  məni  həkimlik  oxumağa  məcbur 

etdi.  Mənə  elə  gəlir  ki,  o  zaman  atama  qulaq  asmasaydım,  indi  zehni 

hərəkatın  tam  mərkəzində  olardım.  Ehtimal  ki,  bir  fakültənin  üzvü 

downloaded from KitabYurdu.org



olardım. Əlbəttə, ağıl da daima deyil, keçib gedən müvəqqəti bir şeydir, 

lakin  mənim  ağla  nə  üçün  meyl  göstərdiyimi  siz  artıq  bilirsiniz.  Həyat 

insana  qüssə  verən  bir  tələdir.  Mütəffəkir  bir  adam  yaşa  dolub  kamala 

çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan 

da, o öz iradəsinə zidd olaraq,hər hansı bir təsadüf nəticəsində heçlikdən 

həyata keçirilmişdir… Nə üçün? Mütəfəkkir adam öz həyatının mənasını 

və  məqsədini  bilmək  istəyəndə,  ona  demirlər,  ya  da  sarsaq  şeylər 

söyləyirlər, o, qapını döyür, amma açan olmur; ölüm də onun iradəsinə 

zidd  olaraq  onu  yaxalayır.  Həbsxanada  ümumi  bədbəxtliklə  bir-  birinə 

bağlı  olan  adamlar  bir  yerə  toplanarkən  özlərini  yüngül  hiss  etdikləri 

kimi, həyatda da analizə və ümumiləşdirməyə nail olan adamlar bir yerə 

topanıb,  vaxtlarını  məğrur  və  azad  ideya  mübadiləsi  ilə  keçirdikdə, 

tələdə olduğunu hiss etmirsən. Ağıl bu mənada əvəzedilməz bir zövqdür. 

 

- Tamamilə doğrudur. 



 

Andrey  Yefimıç  müsahibinin  gözlərinə  baxmadan  sakitcə  və  ara  verə- 

verə  ağıllı  adamlar  və  onların  söhbəti  haqqında  danışırdı,  Mixail 

Averyanıç  isə  onu  diqqətlə  dinləyir  və  ”  tamamilə  doğrudur  ”  deyə 

onunla razılaşırdı. 

 

Poçt müdiri birdən: 



 

- Siz ruhun ölməz olmasına inanırsınızmı? – deyə soruşdu. 

 

- Xeyr, möhtərəm Mixail Averyanıç, inanmıram və inanmağa da əsasım 



yoxdur. 

 

downloaded from KitabYurdu.org




- Sözün düzü, mən də şübhələnirəm. Hərçənd məndə belə bir hiss vardır 

ki, guya heç ölməyəcəyəm. Bu yandan da öz- özümə  deyirəm:  ay qoca 

kaftar,  vaxtındır,  bu  gün-  sabah  öləcəksən.  Amma  ürəyimdə  bir  səs 

mənə deyir: inanma, ölməyəcəksən!.. 

 

Mixail  Averyanıç  saat  ona  işləyəndə  çıxıb  getdi.  Dəhlizdə  kürkünü 



geyinərkən içini çəkərək dedi: 

 

-  Amma  tale  bizi  nə  hicra  bir  guşəyə  atıb!  Hər  şeydən  çox  adam  buna 



yanır ki, biz elə burada da öləcəyik. Eh!.. 

 

  



 

VII 


 

  

 



Andrey  Yefimıç  dostunu  yola  salıb  stol  başına  oturur  və  yenə  kitab 

oxumağa  başlayır.  Axşamın,  sonra  gecənin  sükutu  heç  bir  səslə 

pozulmur,  sanki  vaxt  dayanır  və  doktorla  bərabər  kitabın  üzərində 

donurdu, adama elə gəlirdi ki, bu saat dünyada bu kitabdan və yaşıl şarlı 

lampadan başqa heç bir şey yoxdur. Doktorun müjiklərə məxsus kobud 

sifəti  insan  zəkasının  hərəkəti  qarşısında  yavaş-  yavaş  riqqət  və  vəch 

təbəssümü  ilə  parlayırdı.  “Ah,  nə  üçün  insan  ölməz  deyil!-  deyə  o 

düşünürdü.- Əgər hər şey torpağa gömülməyə  məhkum isə və nəhayət, 

Yer  kürəsinin  qabığı  ilə  bərabər  soyuyacaqsa,  sonra  da  milyonlarla  il 

mənasız  və  məqsədsiz  bir  halda  günəşin  ətrafına  dolanacaqsa-  əcəba, 

beyin  mərkəzləri  və  qırışıqları,  görmə,  danışma  qabiliyyəti,  xüsusi 

downloaded from KitabYurdu.org




hisslər,  düha  nə  üçünmüş?  Soyumaq  və  sonradan  günəş  ətrafında 

mənasızcasına hərlənmək üçün, yoxluqdan yüksək və bəlkə də ilahi ağla 

malik  insan  yaratmaq,  sonra  da  onu  sanki  lağa  qoymaq  üçün  torpağa 

çevirmək nəyə lazımmış?”. 

 

Maddələr  mübadiləsi!  Lakin  bu  ölməzlik  surroqatı  ilə  özünə  təsəlli 



vermək nə böyük bir qorxaqlıqdır! Təbiətdə baş verən şüursuz proseslər 

insan  səfehliyindən  də  alçaqdır,  çünki  səfehlikdə,  necə  olsa,  şüur  və 

iradə  var,  proseslərdə  isə  heç  nə  yoxdur.  Yalnız  ölüm  qarşısında 

qorxaqlığı qürur və ləyaqətindən çox olan bir qorxaq özünə təsəlli verə 

bilər  ki,  bir  zaman  onun bədəni  otda,  daşda,  qurbağada  yaşayacaqdır… 

Öz  ölməzliyini  maddələr  mübadiləsində  görmək-  qiymətli  və  əziz  bir 

skripka  sındıqdan  sonra,  onun  qabının  parlaq  gələcəyi  olduğunu 

qabaqcadan xəbər vermək kimi çox qəribə bir şeydir. 

 

Saat zəng vuranda Andrey Yefimıç kresloya söykənib bir az düşünmək 



üçün  gözlərini  yumur,  sonra  kitabdan  oxuduğu  gözəl  fikirlərin  təsiri 

altında öz keçmişinə və hal- hazırına bir nəzər salırdı. Keçmiş iyrəncdir, 

bunu  yadına  salmasan  yaxşıdır.  Lakin  hazırda  da  hər  şey  keçmişdəki 

kimidir. Andrey Yefimıç bilirdi ki, onun fikirləri, soyumuş yer kürəsi ilə 

birlikdə  günün  ətrafında  hərlənməkdə  ikən,  həkimin  mənzili  ilə  yanaşı 

olan  böyük  korpusda  adamlar  cürbəcür  xəstəliklər  və  natəmizliklər 

içərisində  əzab  çəkirlər;  bəlkə  bu  saat  bu  adamlardan  biri  həşəratla 

çarpışır, digəri qızıl yel xəstəliyinə tutulur və ya bərk sarınmış sarğının 

əziyyətindən  inləyir;  bəlkə  xəstələr  xəstə  baxıcıları  ilə  bir  yerdə  kart 

oynayır,  yaxud  da  araq  içirlər.Hesabat  ili  ərzində  min  iki  yüz  adam 

aldadılmışdır;  xəstəxananın  bütün  işi,  iyirmi  il  bundan  qabaqkı  kimi, 

oğurluq,  qeybət,  dava-  dalaş,  qohumbazlıq,kobud  şarlatanlıq  üzərində 

qurulmuşdur, ona görə xəstəxana yenə qabaqkı kimi əhalinin sağlamlığı 

üçün  son  dərəcə  zərərli  bir  müəssisədir.  O  bilirdi  ki,  6  No-  li  palatada 

Nikita  xəstələri  barmaqlıq  arxasında  kötəkləyir,  Moyseyko  da  hər  gün 

şəhəri dolaşıb sədəqə yığır. 

downloaded from KitabYurdu.org



 

Digər  tərəfdən,  ona  gözəlcə  məlum  idi  ki,  son  iyirmi  beş  il  içərisində 

təbabət elmində ağlasığmaz bir dəyişiklik əmələ gəlmişdir. Universitetdə 

oxuyan  zaman  ona  elə  gəlirdi  ki,  təbabət  elminin  aqibəti  də  tezliklə 

yalançı kimyanın və metafizikanın aqibətinə dönəcəkdir; indi isə gecələr 

mütaliə edərkən təbabət elmi ona təsir edir, onda heyrət oyadır və hətta 

onu vəcdə gətirərdi. Doğrudan da, nə gözlənilməz inkişaf, nə böyük bir 

inqilab!  Antiseptika  sayəsindəelə  operasiyalar  edilir  ki,  böyük  alim 

Piroqov  bunu  hətta  in  sne  qeyri-mümkün  hesab  edirdi.  Adi  zemstvo 

həkimləri diz oynağının kəsilməsi əməliyyatına cəsarətlə girişirlər, mədə 

operasiyasının  yalnız  yüzdə  biri  ölümlə  nəticələnir,  daş  bağlama 

xəstəliyi  isə,  o  qədər  bekara  şey  hesab  olunur  ki,  hətta  bu  xüsusda  heç 

yazmırlar. Sifilisi olan xəstə tamamilə sağalır. Hələ irsiyyət nəzəriyyəsi, 

hipnotizm, Pasterin və Koxun kəşfləri, statistika ilə gigiyena, hələ bizim 

rus zemstvo təbabəti! Psixiatriya indiki xəstəliklər təsnifatı ilə, xəstəliyi 

tanımaq və müalicə etmək metodları ilə bərabər qabaqkına nisbətən tam 

bir  Elbrusdur.  İndi  ağlını  itirmiş  adamların  başına  soyuq  su  tökmür  və 

əyinlərinə  dəli  köynəyi  geyindirmirlər,  başına  hava  gəlmiş  adamların 

indi  insan  kimi  saxlayır  və  qəzetlərdə  yazıldığı  kimi,  hətta  onlar  üçün 

teatr tamaşaları və ballar da düzəldirlər. Andrey Yefimıç bilirdi ki, indiki 

baxışları  və  zövqləri  nəzərə  aldıqda,  6  №-li  palata  kimi  bir  biabırçılıq 

yalnız dəmir yolundan iki yüz verst uzaq olan bir yerdə mümkündür, bu, 

yalnız  bələdiyyə  rəisi  və  bütün  qlasnıları  yarımsavadlı  meşşan  olan 

şəhərdə  ola  bilər;  çünki  bu  yarımsavadlı  meşşanların  nəzərində  elə  bir 

kahindir  ki,  o,  xəstənin  boğazına  qalay  töksə  belə,  ona  tənqidsiz-zadsız 

inanması  lazımdır!  Başqa  yerdə  olsaydı,  camaat  və  qəzetlər  bu  balaca 

Bastiliyanı çoxdan darmadağın etmişdilər. 

 

Andrey  Yefimıç  gözlərini  açıb  öz-özündən  soruşdu:  “Yaxşı,  bəs  nə 



olsun?  Bundan  nə  çıxsın?  Antiseptika  da  var,  Kox  və  Paster  də  var, 

amma  mahiyyət  etibarilə,  işlər  heç  dəyişməmişdir.  Xəstəlik  və  ölüm 

hadisələri eyni dərəcədədir. Dəlilər üçün ballar və tamaşalar düzəldirlər, 

amma  onları  azadlığa  buraxmırlar.  Demək,  bütün  bunlar  boş-boş 

downloaded from KitabYurdu.org



şeylərdir,  əbəs  yerə  əlləşib-vuruşmaqdır  və  gözəl  Vyana  klinikası  ilə 

mənim xəstəxanamın arasında, mahiyyət etibarilə, heç bir fərq yoxdur”. 

 

Lakin kədər və paxıllığa oxşayan bir hiss onun laqeyd qalmasına  mane 



olurdu. Bu yəqin yorğunluqdan idi. Ağırlaşmış başı kitabın üstünə düşür, 

yumşaq olsun deyə əllərini üzünün altına qoyub düşünürdü: 

 

“Mən zərərli bir işə xidmət edirəm, aldatdığım adamlardan maaş alıram, 



mən  namuslu  adam  deyiləm.  Ancaq  öz-özlüyümdə  mən  axı  bir  heçəm, 

yalnız  zəruri  ictimai  bəlanın  bir  zərrəsiyəm:  bütün  qəza  məmurları 

pisdirlər,  ziyalı  adamdırlar  və  müftə  maaş  alırlar…  İki  yüz  il  bundan 

sonra dünyaya gəlsəydim, başqa adam olardım”. 

 

Saat üçü vuranda Andrey Yefimıç lampanı söndürüb yataq otağına getdi. 



Lakin o yatmaq istəmirdi. 

 

  



 

VIII 


 

  

 



İki  il  bundan  əvvəl  zemstvo  səxavətə  gəlib,  zemstvo  xəstəxanası 

açılanadək  şəhər  xəstəxanasında  işləyən  tibbi  heyətin  gücləndirilməsi 

üçün ildə üç yüz manat buraxmağı qərara almışdı, qəza həkimi Yevgeni 

Fyodorıç  Xobotov  Andrey  Yefimıça  köməkçi  sifəti  ilə  göndərilmişdi. 

Bu,  hələ  otuz  yaşına  dolmamış,  qarayanız  bir  gənc  idi,  onun  boyu  uca, 

downloaded from KitabYurdu.org




almacıq  sümükləri  enli,  gözləri  xırda  idi;  yəqin  ki,  ata-babası  başqa 

millətdənmiş. Şəhərə qəpiksiz gəlmişdi, yanında balaca bir çamadan və 

gənc,  lakin  kifir  bir  qadın  vardı,  öz  dediyinə  görə,  bu  onun  aşpazı  idi. 

Qadının  südəmər  bir  uşağı  vardı.  Yevgeni  Fyodorıç  günlüklü  şapka  və 

uzunboğaz  çəkmə  geyirdi,  qışda  isə  yarımkürkdə  gəzirdi.  O,  çox 

çəkmədən  feldşer  Sergey  Sergeyeviçlə  və  xəzinədarla  dostlaşdı,  qalan 

məmurları  isə  nədənsə  aristokrat  adlandırır  onlardan  çəkinirdi. 

Mənzilində vur-tut bir kitabı vardı. “Vyana klinikasının 1881-ci il üçün 

ən yeni  reseptləri”. O, xəstələrin yanına gələrkən həmişə  bu kitabı özü 

ilə  götürərdi.  Axşamlar  klubda  bilyard  oynardı,  kart  oyununu  isə  heç 

sevməzdi. Danışarkən: ganitel, sirkəli mantifoliya, indi isə basacaq gopa 

və sair bu kimi sözləri həvəslə işlədərdi. 

 

Xəstəxanaya  həftədə  iki  dəfə  gələr,  palataları  gəzər  və  xəstələri  qəbul 



edərdi.  Antiseptikanın  yoxluğu  və  həcəmət  bankları  onun  xoşuna 

gəlməzdi,  lakin  Andrey  Yefimıçı  haramzadə  bir  adam  sayırdı,  onun 

böyük  məbləğ  sahibi  olduğunu  güman  edir  və  ona  həzəd  aparırdı. 

Mümkün olsaydı Andrey Yefimıçın yerini məmnuniyyətlə tutardı. 

 

  

 



IX 

 

  



 

Bahar  gecələrindən  birində,  martın  axırlarında,  qar  tamam  əriyərkən, 

doktor öz dostu poçt müdirini qapıyadək ötürmək üçün həyətə çıxmışdı. 

Bu  dəmdə  sədəqə  yığmaqdan  qayıdan  cuhud  Moyseyko  həyətə  girirdi. 

downloaded from KitabYurdu.org



Onun başı açıqdı, yalın ayaqlarına dayaz qaloş geymişdi,  əlində balaca 

bir sədəqə torbası vardı. 

 

O, soyuqdan əsə-əsə təbəssümlə doktora müraciət etdi: 



 

- Bir qəpik ver! 

 

Rədd etməyi bacarmayan Andrey Yefimıç ona bir dənə ikişahılıq verdi. 



Doktor onun qırmızı, arıq topuqlu yalın ayaqlarına baxıb fikirləşdi: 

 

“Belə də iş olar? Bu soyuqda ayaqyalın necə davam gətirir?”. 



 

Doktor həm yazığı gəlməyə, həm də iyrənməyə oxşayan bir hisslə, gah 

yəhudinin  daz  başına,  gah  qırmızı  topuqlarına  baxaraq,  onun  ardınca 

fligelə getdi. İçəri girərkən Nikita cır-cındır üstündən qalxıb gərnəşməyə 

başladı. 

 

Andrey Yefimıç yumşaq bir tərzdə dedi: 



 

-Xoş  gördük,  Nikita.  Bu  yəhudiyə  bir  cüt  çəkmə  düzəltsəydik,  pis 

olmazdı, yoxsa soyuqlayacaqdır. 

 

- Baş üstə, zati-aliləri! Buyurduğunuzu nəzarətçiyə çatdıraram. 



 

-  Zəhmət  olmasa!  Mənim  dilimdən  xahiş  edərsən.  De  ki,  doktor  özü 

təvəqqe elədi. 

downloaded from KitabYurdu.org




 

Dəhlizin palataya  olan qapısı  açıldı.  İvan Dmitriç çarpayıda uzanmışdı. 

O, özgə adamın səsini eşidib dirsəkləndi. Dinləməyə başladı və danışan 

adamın doktor olduğunu anladı. Qəzəbindən bütün vücudu titrədi, acıqlı 

üzü  qızarmış,  gözləri  hədəqədən  çıxmış  bir  halda  yerindən  sıçrayıb, 

palatanın ortasına yüyürdü. 

 

- Doktor gəldi! – deyə bağırdı və qəhqəhə çəkdi. – Axır ki, gəlib çıxdı! 



Ağalar,  təbrik  edirəm,  doktor  sizi  yad  eləyib!  Alçaq  hərif!  –  deyə  lap 

özündən çıxmış bir halda çığırdı, palatada bu vaxta qədər onda belə hal 

görməmişdilər, o, qəzəblə ayağını yerə döydü. – Bu əclafı öldürmək də 

azdır! Ayaqyoluna salıb boğulmalıdır! 

 

Bu sözləri eşidən  Andrey  Yefimıç dəhlizdən palataya  baxdı və yumşaq 



bir əda ilə dedi: 

 

- Nə üçün? 



 

İvan  Dmitriç  hədəliyici  bir  görkəmlə  ona  yanaşdı  və  rəşə  ilə  xalata 

bürünərək: 

 

- Nə üçün? Onun üçün ki, oğrusan! – dedi və tüpürmək istəyirmiş kimi 



dodaqlarını nifrətlə büzdü. – Şarlatan! Cəllad! 

 

Andrey Yefimıç taqsırını duyan bir adam kimi gülümsəyərək dedi: 



 

downloaded from KitabYurdu.org




-  Sakit  olun!  İnandırıram  sizi  ki,  mən  ömrümdə  bir  dəfə  də  olsun 

oğurluq eləməmişəm, qalan şeylərə gəldikdə siz çox mübaliğə edirsiniz. 

Mənim əlimdən acıqlı olduğunuzu görürəm. Xahiş edirəm, sakit olun və 

soyuqqanlıqla deyin: niyə mənim əlimdən acıqlısınız? 

 

- Məni niyə burada saxlayırsınız? 



 

- Xəstə olduğunuz üçün. 

 

-  Hə,  xəstəyəm.  Amma  onlarla,  yüzlərlə  dəli  azad  gəzib  dolaşır,  çünki 



siz  nadan  olduğunuz  üçün  onları  sağlam  adamlardan  ayırd  edə 

bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzində bir günahkar 

kimi  burada  qalmalıyıq?  Nə  üçün  siz,  feldşer,  nəzarətçi  və  sizin  kimi 

xəstəxana  rəzilləri,  əxlaqca  bizdən  qat-qat  aşağı  olduğunuz  halda, 

özünüz burda yatmayıb, bizi yatırdırsınız? Bəs məntiq hanı? 

 

- Əxlaqın və məntiqin buraya dəxli yoxdur. Hər şey təsadüfdən asılıdır. 



Kimi  tutub  buraya  salıblarsa,  o  burada  qalır,  kimi  salmayıblarsa,  özü 

üçün gəzir, vəssalam. Mənim doktor, sənin isə ruhi xəstə olmağında nə 

bir əxlaq var, nə də bir məntiq, bu yalnız boş bir təsadüfdür. 

 

- İvan Dmitriç boğuq bir səslə: 



 

-  Mənim  bu  cəfəngiyatdan  başım  çıxmır…  –  deyib  öz  çarpayısına 

əyləşdi. 

 

downloaded from KitabYurdu.org




Nikita  doktorun  hüzurunda  Moyseykanın  ciblərini  axtarmaqdan  utandı; 

Moyseyko  yığmış  olduğu  çörək  qırıqlarını,  kağız  və  sür-sümükləri 

yatağı üzərinə qoydu. O, soyuqdan hələ də titrəyə-titrəyə yəhudi dilində 

nə  isə  avazla  danışmağa  başladı.Yəqin  təsəvvür  edirdi  ki,  özünə  bir 

dükan açıbdır. 

 

İvan Dmitriç titrək bir səslə: 



 

- Məni buraxın! – dedi. 

 

- Buraxa bilmərəm. 



 

- Axı nə üçün? Nə səbəbə? 

 

- Ona görə ki, buna mənim ixtiyarım yoxdur. Özünüz fikirləşin, mən sizi 



buraxsam, bundan sizə nə fayda? Gedin. Şəhər əhli və ya polis sizi tutub 

yenə buraya salacaq. 

 

İvan Dmitriç: 



 

- Hə, hə, düzdür… – dedi və alnının tərini sildi. 

 

- Bu dəhşətdir. Bəs mən başıma nə kül töküm? Nə çarə qılım? 



 

downloaded from KitabYurdu.org




İvan  Dmitriçin  səsi  və  onun  xoş  ifadəli  gənc  siması  Andrey  Yefimıçın 

xoşuna gəldi. O, bu cavan oğlanı oxşamaq və sakit etmək istədi. Onun 

yanında çarpayıya oturdu, bir qədərdüşünüb dedi: 

 

- Siz soruşursunuz ki, başıma nə çarə qılım? Sizin indiki vəziyyətinizdən 



yaxşı  çarə  –  buradan  qaçmaqdır.  Lakin  təəssüf  ki,  bundan  bir  fayda 

çıxmaz. Sizi tutacaqlar. Cəmiyyət özünü canilərdən, ruhi xəstələrdən və 

ümumiyyətlə,  yaramaz  adamlardan  qoruduqda,  ona  batmaq  olmaz.  İndi 

bircə  çarəniz  var,  siz  bu  qənaətə  gəlməlisiniz  ki,  burada  qalmağınız 

vacibdir. 

 

- Mənim burada qalmağım kimə lazımdır?! 



 

-  Madam  ki,  həbsxanalar  və  dəlixanalar  var,  demək,  bunlarda  bir  adam 

yatmalıdır, eləmi? Siz düşməsəniz, mən düşəcəyəm, mən düşməsəm, bir 

başqası  düşəcək.  Səbr  eləyin,  bir  vaxt  gələcək  ki,  həbsxana  və 

dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmqlıq olacaq, nə də 

dəlilərə  geyindirilən  xalatlar.  Əlbəttə,  belə  bir  zaman  gec-tez  gəlib 

çatacaqdır. 

 

İvan Dmitriç istehza ilə gülümsədi və gözlərini süzərək dedi: 



 

-  Siz  zarafat  edirsiniz.  Siz  və  sizin  köməkçiniz  Nikita  kimi  ağalar 

gələcəyin fikrini çəkmirsiniz, lakin, möhtərəm cənab, əmin ola bilərsiniz 

ki,  gözəl  vaxtlar  gəlib  çatacaqdır.  Qoy  mənim  sözlərim  sizin  xoşunuza 

gəlməsin,  bu  sözlərə  gülün,  lakin  yeni  həyat  şəfəqi  parlayacaq,  həqiqət 

qalib  gələcək  və  bizim  küçədə  də  bayram  olacaqdır!  Mən  bunu  görə 

bilməyəcəm,  ölüb  gedəcəyəm,  ancaq  kimin  isə  nəvəsi,  nəticəsi  o  günü 

downloaded from KitabYurdu.org




öz  gözləri  ilə  görəcək.  Onları  səmimi  qəlbdən  təbrik  edirəm  və 

xoşbəxtliklərinə sevinirəm! Allah köməyiniz olsun, dostlarım! 

 

İvan Dmitriçin gözləri fərəhlə parladı, o ayağa qalxdı və əlini pəncərəyə 



doğru uzadaraq həyəcanlı səsi ilə sözünə davam etdi: 

 

-  Bu  barmaqlıqlar  arxasından  sizə  xeyir-dua  verirəm!  Yaşasın  həqiqət! 



Mən sevinirəm! 

 

İvan  Dmitriçin  hərəkəti  doktora  bir  qədər  suni  göründüsə  də,  yenə 



xoşuna gəldi. O: 

 

-  Burada  sevinməyə  bir  səbəb  görmürəm,  –  dedi.  –  Həbsxana  və 



dəlixanalar  olmayacaq,  siz  buyurduğunuz  kimi,  həqiqət  qalib  gələcək, 

lakin  şeylərin  mahiyyəti  dəyişməyəcək  ,  təbiət  qanunları  olduğu  kimi 

qalacaqdır.  Adamlar  indiki  kimi  xəstələnəcək,  qocalacaq  və  öləcəklər. 

Həyatınızı  nə  qədər  gözəl  bir  şəfəq  işıqlandırsa  da,  yenə  axırda  sizi 

tabuta qoyub torpağa basdıracaqlar. 

 

- Bəs ölməzlik, bəs əbədiyyət necə? 



 

- Bəsdir, canım! 

 

- Siz inanmırsınız, amma mən inanıram. Dostoyevskinin və ya Volterin 



əsərlərində  birisi  deyir  ki,  əgər  Allah  olmasaydı,  onu  insanlar  özü 

uydurub yaradardılar. Mən qəti surətdə əminəm ki, ölməzlik – əbədiyyət 

yoxdursa, böyük insan zəkası buna gec-tez nail olacaqdır. 

downloaded from KitabYurdu.org




 

Andrey Yefimıç sevincindən gülümsəyərək dedi: 

 

-Yaxşı  sözdür.  Sizin  bu  cür  etiqadlı  olmağınız  yaxşıdır.  Nelə  bir 



etiqadla, adamı lap divar arasına hörsələr belə, adam firavan yaşayar. Siz 

bir yerdə təhsil almısınızmı? 

 

- Bəli, universitetdə oxumuşam, ancaq qurtarmamışam. 



 

- Siz düşüncəli və dərrakəli adamsınız. Siz hər bir şəraitdə öz-özünüzdən 

təsəlli tapa bilərsiniz. Həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür 

və  dünyanın  mənasız  qayğılarına  tam  bir  həqarətlə  baxmaq  –  insan  bu 

iki  nemətdən  ən  yüksək  bir  şey  görməmişdir.  Siz  üç  qat  barmaqlıq 

arxasında yaşamalı olsanız belə, bu nemətlərə nail ola bilərsiniz. Diogen 

çəllək  içində  yaşadığı  halda,  bütün  dünyadakı  padşahlardan  xoşbəxt 

imiş. 


 

İvan Dmitriç qaşqabağını töküb: 

 

-  Sizin  bu  Diogeniniz  sarsağın  biri  imiş,  –  dedi  və  birdən-birə 



acıqlanaraq yerindən sıçradı, uca səslə danışmağa başladı, – Diogen və 

ya  nə  bilim  dərk  etmək  barəsində  danışmaqdan  nə  çıxar!  Mən  həyatı 

sevirəm,  həm  də  ehtirasla  sevirəm!  Məndə  təqib  olunma  xəstəliyi, 

əzabverici  daimi  qorxu  var,  amma  elə  dəqiqələr  də  olur  ki,  yaşamaq 

arzusu  mənim  bütün  vücudumu  qapayır,  belə  anlarda  qorxuram  dəli 

olam. Ehtirasla, ağlagəlməz bir həvəslə yaşamaq istəyirəm! 

 

O, həyəcan içində otaqda gəzindi və alçaq səslə dedi: 



downloaded from KitabYurdu.org


 

-  Xəyala  dalanda  məni  kabuslar  narahat  edir.  Yanıma  bir  cür  adamlar 

gəlir,  cürbəcür  səslər,  musiqilər  eşidirəm,  mənə  elə  gəlir  ki,  meşələrdə, 

dəniz sahilində gəzirəm… İstəyirəm, yana-yana istəyirəm ki, mənim də 

işim-gücüm,  qayğılarım  olsun…  Bir  deyin,  görüm,  orada  yeni  bir  şey 

varmı? – deyə İvan Dmitriç soruşdu. – Orada nə var? 

 

- Siz şəhər barəsində bilmək istəyirsiniz, yoxsa ümumiyyətlə? 



 

- Əvvəlcə mənə şəhər haqqında danışın, sonra ümumiyyətlə. 

 

-  Nə  olar,  deyim  də.  Şəhərdə  qüssədən  bərk  darıxırsan.  Bir  adam 



tapmırsan  ki,  dərdini  ona  açıb  deyəsən,  ya  da  birini  dinləyəsən.  Təzə 

adam  yoxdur.  Amma  bu  yaxında  şəhərə  Xobotov  adlı  gənc  bir  həkim 

gəlibdir. 

 

- O hələ mənim vaxtımda gəlib. Yoxsa qanmazdır? 



 

- Bəli, tərbiyəsiz adamdır. Qəribə işdir… Hər şeydən görünür ki, bizim 

paytaxtımızda  zehni  durğunluq  yoxdur,  hərəkət  var.  Demək,  orada 

həqiqi adamlar da olmalıdır, amma nədənsə hər dəfə oradan bizə sarsaq 

adamlar göndərirlər. Şəhərimiz nə bədbəxtdir” 

 

İvan Dmitriç ah çəkdi və: 



 

-  Hə,  bədbəxt  şəhərdir!  –  deyə  güldü.  –  Yaxşı,  indi  də  ümumiyyətlə 

danışın. Qəzetlərdə və jurnallarda nə yazırlar? 

downloaded from KitabYurdu.org




 

Palata artıq qaranlıqdır. Doktor ayağa qalxıb, xarici ölkələrdə və Rusiya 

mətbuatında  nələr  yazıldığını  və  ictimai  fikrin  hansı  istiqamətə  doğru 

yönəldiyini  nağıl  etməyə  başladı.  İvan  Dmitriç  diqqətlə  qulaq  asır  və 

suallar  verirdi,  lakin  birdən  dəhşətli  bir  şey  xatırlayan  adam  kimi  əlləri 

ilə başını qucaqladı və arxası doktora olaraq yatağa uzandı. 

 

Andrey Yefimıç soruşdu: 



 

- Sizə nə oldu? 

 

-  Bundan  sonra  siz  məndən  bir  söz  də  eşitməyəcəksiniz!  –  deyə  İvan 



Dmitriç kobud cavab verdi: – Məni tək buraxın! 

 

- Axı nə üçün? 



 

Andrey  Yefimıç  çiyinlərini  dartdı,  köksünü  ötürüb  bayıra  çıxdı. 

Dəhlizdən keçərkən dedi: 

 

-  Nikita,  buranı  sil-süpür  eləsəydin,  nə  yaxşı  olardı…  Havası  çox 



ağırdır! 

 

- Baş üstə, zati-aliləri. 



 

Andrey  Yefimıç  öz  mənzilinə  gedərkən  düşünürdü:  “Nə  xoş  gəncdir! 

Burada  yaşadığım  müddət  ərzində  bu,  gərək  ki,  söhbət  eləməyə  layiq 

downloaded from KitabYurdu.org




olan  birinci  adamdır.  O,  mühakimə  yürütməyi  bacarır  və  məhz  lazımlı 

şeylərlə maraqlanır”. 

 

O,  mütaliə  edərkən  və  yatağında  uzandığı  zaman  hey  İvan  Dmitriç 



haqqında  düşünürdü,  səhər  tezdən  yuxudan  oyandıqda  isə  dünən  ağıllı 

və  maraqlı  bir  adamla  tanış  olduğunu  xatırladı  və  mümkün  olan  kimi 

onun yanına getməyi qərara aldı. 

 

  



 

 



  

 

İvan Dmitriç dünənki vəziyyətdə uzanmış, başını əlləri arasına almış və 



qıçlarını altına yığmışdı. Üzü görünmürdü. 

 

-  Xoş  gördük,  dostum,  –  deyə  Andrey  Yefimıç  onunla  salamlaşdı.  – 



Yatmayıbsınız ki?.. 

 

İvan Dmitriç üzünü yastıqdan ayırmayaraq dedi: 



 

-  Əvvələn,  mən  sizə  dost  deyiləm,  ikincisi,  nahaq  yerə  zəhmət 

çəkirsiniz: məndən bir kəlmə də söz ala bilməyəcəksiniz. 

 

Andrey Yefimıç pərt olub mızıldandı: 



downloaded from KitabYurdu.org


 

-  Qəribə  işdir…  Dünən  sizinlə  mehribancasına  söhbət  edirdik,  amma 

nədənsə  birdən-birə  inciyib  söhbəti  qırdınız…  Bəlkə  mən  söhbətimdə 

kobud  bir  söz  işlətmişəm,  ya  da  bəlkə,  sizin  əqidənizə  zidd  bir  fikir 

söyləmişəm… 

 

İvan Dmitriç yerində dikələrək istehza və təşvişlə doktora baxdı. Gözləri 



qızarmışdı. 

 

- Hə, siz dediniz; mən də inandım! – dedi. – Casusluq etmək və işgəncə 



vermək  üçün  başqa  yerə  getməniz  məsləhətdir,  buradan  sizə  bir  iş 

çıxmaz. Mən sizin buraya nə üçün gəldiyinizi hələ dünən duymuşdum. 

 

Doktor gülümsəyib dedi: 



 

- Qəribə bir fantaziya! Demək, sizin zənninizcə, mən casusam? 

 

-  Bəli,  mən  belə  güman  edirəm…  Yanına  sınanmaq  üçün  qoyulduğum 



adam casusdur, yoxsa doktor bunun məndən ötrü fərqi yoxdur. 

 

- Amma, məni bağışlayın… Siz qəribə adamsınız! 



 

Doktor, yatağın yanındakı kürsüdə əyləşib başını məzəmmətlə yırğaladı. 

 

- Yaxşı, tutaq ki, siz haqlısınız, – dedi. – Fərz edək ki, mən sizi polisin 



əlinə vermək üçün sizdən söz alıram. Bunun nəticəsində sizi həbs edib 

downloaded from KitabYurdu.org




məhkəməyə  verirlər.  Lakin  məhkəmədə  və  ya  həbsxanada  gününüz 

buradakından  pismi  keçəcək?  Sizi  sürgün  etsələr  və  hətta  katorqaya 

göndərsələr,  bu  fligeldə  oturmaqdan  pismi  olar?  Zənnimizcə,  pis 

olmaz… Bəs nədən qorxursunuz? 

 

Bu sözlər, deyəsən, İvan Dmitriçə təsir etdi. O, sakitcə yatağa oturdu. 



 

Axşam  saat  beşə  işləyirdi.  Andrey  Yefimıç  adətən  bu  vaxtlar  öz 

otaqlarında gəzinər və Daryuşka, pivə içmək vaxtı deyilmi, deyə ondan 

soruşardı. Hava sakit və aydın idi. 

 

Doktor: 


 

-  Nahardan  sonra  bir  az  gəzmək  üçün  evdən  çıxmışam  və  gördüyünüz 

kimi, sizin yanınıza gəlmişəm, – dedi. – Bayırda bahar havası var. 

 

İvan Dmitriç soruşdu: 



 

- İndi hansı aydır? Martdırmı? 

 

- Bəli, martın axırıdır. 



 

- Bayır palçıqdır? 

 

- Xeyr, bir qədər yox. Bağda artıq cığırlar açılıbdır. 



downloaded from KitabYurdu.org


 

İvan  Dmitriç  yuxudan  təzəcə  durmuş  adam  kimi,  qızarmış  gözlərini 

silərək dedi: 

 

- Belə gündə adam faytona minib şəhər kənarına seyrə çıxaydı, sonra da 



evə,  ilıq  havalı  rahat  kabinetə  qayıdaydı…  və  başının  ağrısını 

qabiliyyətli  bir  həkimə  müalicə  etdirəydi…  Çoxdan  bəridir  ki,  mən 

insana  layiq  bir  həyat  keçirmirəm.  Bura  isə  çox  murdar  yerdir! 

Dözülməz dərəcədə murdardır! 

 

O  dünənki  həyəcanından  sonra  yorğun  və  əzgindi,  həvəssiz  danışırdı. 



Barmaqları titrəyirdi, üzündən başının bərk ağrıdığı bəlli olurdu. 

 

Andrey Yefimıç dedi: 



 

- İlıq və rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur. İnsanın 

rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir. 

 

- Necə yəni? 



 

-  Adi  bir  adam  yaxşı  və  ya  pis  bir  şeyi  xaricdən,  yəni  fayton  və 

kabinetdən gözləyir, zəkalı bir adam isə bunu özündə görür. 

 

-  Bu  fəlsəfəni  təbliğ  etmək  üçün  Yunanıstana  getməyiniz  məsləhətdir, 



ora  ilıqdır  və  havası  narınc  qoxusu  verir,  bu  fəlsəfə  buranın  iqliminə 

uyğun gəlməz. Diogen haqqında mən kiminlə danışırdım? Sizinləmi? 

downloaded from KitabYurdu.org



 

- Bəli, dünən mənimlə danışırdınız. 

 

-  Diogenin  kabinetə  və  isti  otağa  ehtiyacı  yox  idi;  ora  onsuz  da  istidir. 



Çəlləyin  içində  otur,  zeytun  və  portağal  yeyib  ləzzət  çək!  Amma 

Rusiyada  yaşamaq  ona  qismət  olsaydı,  nəinki  dekabrda,  hətta  may 

ayında da evdən bayıra çıxmazdı. Soyuq ona bir toy tutardı ki… 

 

- Xeyr. Soyuğu və ümumiyyətlə, hər bir ağrını hiss etməmək olar. Mark 



Avreli  deyib  ki,  “ağrı  –  ağrı  haqqında  canlı  bir  təsəvvürdür.  Bu 

təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə – 

ağrı  öz-özünə  yox  olar”.  Bu,  doğru  fikirdir.  Filosof  və  ya  sadəcə 

təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə 

baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir. 

 

- Demək, mən əzab çəkdiyim, narazı olduğum və insan rəzalətinə heyrət 



etdiyim üçün axmağam. 

 

-  Siz  nahaq  belə  danışırsınız.  Əgər  siz  dərindən  düşünsəniz,  bizi 



həyəcana  gətirən  bütün  xarici  aləmin  nə  qədər  boş,  əhəmiyyətsiz 

olduğunu  duyarsınız.  Həyatı  dərk  etməyə  çalışmaq  lazımdır.  Həqiqi 

nemət də məhz bu dərk etməkdir. 

 

İvan Dmitriç üz-gözünü turşudub dedi: 



 

-  Dərk  etmək…  Xarici,  daxili…  Bağışlayın,  mən  bunları  başa 

düşmürəm. –  O, ayağa qalxaraq  acıqla doktora baxdı və:  –  Mən ancaq 

onu  bilirəm  ki,  Allah  məni  isti  qandan  və  əsəblərdən  ibarət  olaraq 

downloaded from KitabYurdu.org



yaratmışdır!  –  dedi.  –  Üzvi  toxuma  isə,  yaşamaq  qabiliyyətinə  malik 

olduqda,  hər  bir  qıcıqlanmadan  hərəkətə  gəlməlidir.  Mən  özüm  də 

hərəkətə  gəlirəm!  Ağrıya  çığırtı  ilə  və  göz  yaşı  tökməklə,  alçaqlığa  – 

qəzəblə, rəzilliyə – nifrətlə cavab verirəm. Məncə, bunun özü elə həyat 

deməkdir.  Orqanizm  nə  qədər  alçaq  olursa,  o  qədər  az  həssas  olur  və 

qıcıqlanmaya  daha  zəif  cavab  verir;  əksinə,  orqanizm  nə  qədər  yüksək 

olursa, o qədər də həssas olur və həyata, mühitə qarşı münasibətini daha 

qəti  göstərir.  Bunu  bilməmək  olarmı?  Özünüz  doktorsunuz,  amma  belə 

boş şeylərdən xəbəriniz yoxdur! Əzab və əziyyətə nifrət etmək, həmişə 

razı  qalmaq  və  heç  bir  şeyə  təəccüb  etməmək  üçün,  bax,  bu  dərəcəyə 

çatmaq  lazımdır,  –  deyə  İvan  Dmitriç  piy  bağlamış  kök  mujikə  işarə 

etdi, – və ya gərək şiddətli iztirablara dözərək özünü elə möhkəmlədəsən 

ki, hər cür həssaslığı itirəsən, yəni başqa sözlə, yaşamaqdan əl çəkəsən. 

Bağışlayın, mən nə aliməm, nə filosof, – deyə İvan Dmitriç əsəbi halda 

sözünə davam etdi, – və bunlardan heç başım çıxmır. Mühakimə etməyə 

halım yoxdur. 

 

- Əksinə, çox gözəl mühakimə edirsiniz. 



 

-  Özünüzü  bənzətdiyiniz  stoistlər  çox  gözəl  adamlardır,  ancaq  onların 

nəzəriyyəsi  hələ  iki  min  il  bundan  qabaq  donub  qaldı,  bir  qarış  belə 

irəliləmədi və irəliləməyəcəkdir də,  çünki bu nəzəriyyə əməli və həyati 

deyildir.  Bu,  yalnız  öz  həyatını  hər  cür  nəzəriyyələri  təhlil  və  təshih 

etməklə  keçirən  azlıq  arasında  müvəffəqiyyət  qazana  bildi,  əksəriyyət 

isə bunu anlamırdı. Sərvətə və həyat rahatlığına laqeydlik, iztirablara və 

ölümə  nifrət  təbliğ  edən  nəzəriyyə  isə  böyük  əksəriyyət  üçün  tamamilə 

anlaşılmazdır,  çünki  bu  əksəriyyət  heç  vaxt  var-dövlət,  həyat  rahatlığı 

görməmişdir;  bu  əksəriyyət  üçün  iztiraba  nifrət  etmək,  həyatın  özünə 

nifrət  etmək  deməkdir,  çünki  insanın  bütün  varlığı  aclığı,  soyuğu, 

həqarəti,  itkini  və  ölüm  qarşısında  Hamlet  qorxusunu  hiss  etməkdən 

ibarətdir.  Bütün  həyat  da  bu  hadisələr  üzərində  qurulmuşdur:  həyatdan 

usanmaq  olar,  ona  nifrət  etmək  olar,  lakin  ona  həqarətlə  baxmaq 

downloaded from KitabYurdu.org



yaramaz.  Bəli,  təkrar  edirəm  ki,  stoist  təliminin  heç  vaxt  gələcəyi  ola 

bilməz,  halbuki,  gördüyünüz  kimi,  mübarizə,  ağrıya  qarşı  həssaslıq  və 

qıcıqlanmaya  cavab  vermək  qabiliyyəti  əzəl  vaxtdan  indiyədək  tərəqqi 

etməkdədir. 

 

İvan Dmitriç birdən fikrinin izini itirib dayandı və təəssüflə alnının tərini 



sildi. Sonra: 

 

-  Mühüm  bir  şey  deyəcəkdim,  heyif  ki,  unutdum,  –  dedi.  –  Nə 



deyəcəkdim?  Aha,  yadıma  düşdü:  stoistlərdən  biri  yaxın  bir  dostunu 

azad  etdirmək  üçün,  özünü  bir  qul  kimi  satmışdı.  Görürsünüzmü, 

demək,  stoist  də  qıcıqlanmaya  cavab  verirmiş,  çünki  yaxın  dostunun 

yolunda  canından  keçmək  kimi  alicənab  bir  hərəkət  üçün  qəzəblənmiş 

rəhmli  bir  qəlb  lazımdır.  Mən  öyrəndiklərimin  hamısını  bu  həbsxanada 

unutmuşam, yoxsa yenə də bir şey xatırlardım. Həzrət İsanı götürək. İsa 

həqiqi  varlığa  ağlamaq,  gülümsəmək,  kədərlənmək,  acıqlanmaq,  hətta 

qüssələnməklə  cavab  verirdi;  o,  iztirabları  təbəssümlə  qarşılamır  və 

ölümə  nifrət  bəsləmir,  o,  bu  fəlakətdən  yaxa  qurtarmaq  üçün  Gefsiman 

bağında ibadət eləyirdi. 

 

İvan Dmitriç gülüb oturdu. 



 

- Tutaq ki, insanın rahatlığı və firavan dolanması xarici mühitdən deyil, 

onun daxilindən asılıdır,  – dedi. – Tutaq ki, iztiraba nifrət bəsləmək və 

heç bir şeyə heyrət etməmək lazımdır. Lakin siz bunu nəyə əsasən təbliğ 

edirsiniz? Siz alimsiniz? Filosofsunuz? 

 

- Xeyr, mən filosof deyiləm, lakin bunu ağıllı fikir olduğu üçün hər kəs 



təbliğ etməlidir. 

downloaded from KitabYurdu.org




 

-  Yox,  mən  bilmək  istəyirəm  ki,  niyə  siz  dərk  etmək,  iztiraba  nifrət 

bəsləmək  və  sairədə  özünüzü  səlahiyyətli  hesab  edirsiniz?  Məgər  siz 

ömrünüzdə  iztirab  çəkməmisiniz?  İztirabın  nə  olduğunu  bilirsiniz? 

Bağışlayın, sizi heç uşaqlıqda qamçı ilə döyüblər? 

 

- Xeyr, mənim ata-anam fiziki cəzaya nifrət edirdilər. 



 

-  Məni  isə  atam  rəhmsizcəsinə  döyərdi.  Atam  yorğun,  əzgin  və  sərt 

xasiyyətli  bir  məmur  idi,  burnu  uzun,  boynu  sarı  idi.  Lakin  gəlin  sizin 

barənizdə  danışaq.  Bütün  ömrümüz  boyu  sizə  heç  kəs  barmağının  ucu 

ilə  belə  toxunmamış,  heç  kəs  sizi  qorxutmamış,  döyməmişdir,  siz  öküz 

kimi  sağlamsınız,  atanızın  qanadı  altında  böyümüş  və  onun  hesabına 

oxumuşsunuz,  sonra  birdən-birə  işi  az,  maaşı  çox  olan  qulluğa 

girmisiniz.  İyirmi  ildən  artıq  yanacağı,  işığı,  qulluqçusu  olan  havayı 

mənzildə  yaşamısınız  və  istədiyiniz  kimi,  istədiyiniz  qədər  işləmək, 

hətta heç işləməmək hüququna malik olmusunuz. Siz təbiətcə tənbəl, lırt 

bir  adamsınız,  ona  görə  də  həyatınızı  elə  qurmağa  çalışıbsınız  ki,  sizi 

heç  bir  şey  narahat  eləməsin  və  yerinizdən  dəbərtməsin.  İşlərinizi 

feldşerə və ya başqa yaramaz adamlara təhvil verib, özünüz isti və sakit 

bir  yerdə  oturmusunuz,  vaxtınızı  pul  toplamaqla,  kitab  oxumaqla, 

cürbəcür  yüksək  mənasızlıqları  düşünməklə  və  (İvan  Dmitriç  doktorun 

qırmızı  burnuna  baxdı)  sərxoşluq  sərxoşluq  etməklə  keçirmisiniz. 

Xülasə, həyatı görməmisiniz, onu  əsla tanımırsınız, həqiqətlə isə yalnız 

nəzəri  cəhətdən  tanış  olmusunuz.  İztiraba  nifrət  bəsləməyinizin  və  heç 

bir şeyə heyrətlənməmənizin səbəbi isə olduqca sadədir: mənasız fikirlər 

və  qayğılar,  həyata,  iztirablara  və  ölümə  xaricən  və  daxilən  nifrət 

bəsləmək,  həyatın  mahiyyətini  dərk  etmək  cəhdləri,  həqiqi  nemət  – 

bütün bu fəlsəfə Rusiya tənbəlləri üçün ən əlverişli bir şeydir. Məsələn, 

siz  bu  mujikin  öz  arvadını  döydüyünü  görürsünüz.  Niyə  müdaxilə 

edəsiniz?  Qoy  döysün,  onsuz  da  hər  ikisi  gec-tez  öləcəkdir;  həm  də 

döyən  adam  öz  şapalaqları  ilə,  döydüyü  adamı  yox,  özünü  təhqir  edir. 

downloaded from KitabYurdu.org




Sərxoşluq etmək axmaq, ədəbsiz bir hərəkətdir, lakin içsən də öləcəksən, 

içməsən  də.  Görürsən,  bir  arvad  gəlib  diş  ağrısından  şikayət  edir…  Nə 

olsun  ki?  Ağrı,  ağrını  təsəvvür  etməkdir  və  bir  də  dünyada  xəstəliksiz 

yaşamaq  olmaz,  hamımız  öləcəyik,  ona  görə  də  arvadı  başından  rədd 

elə, o sənin düşünməyinə və araq içməyinə mane olur. Gənc bir oğlan nə 

eləmək,  nə  cür  yaşamağı  öyrənmək  üçün  yanınıza  məsləhətə  gəlir; 

başqası  cavab  verməzdən  əvvəl  bir  az  düşünərdi,  sizin  isə  cavabınız 

hazırdır:  həyatı  dərk  etməyə  və  ya  həqiqi  neməti  əldə  etməyə  çalış. 

Əcəba, bu fantastik “həqiqi nemət nə olan şeydir? Əlbəttə, buna cavab 

yoxdur.  Bizi  burada  barmaqlıq  arxasında  saxlayır,  canımızı  çürüdür, 

bizə əzab verirlərsə, bu çox gözəl və ağıllı işdir, çünki bu palata ilə isti, 

rahat  kabinet  arasında  heç  bir  fərq  yoxdur.  Əlverişli  fəlsəfədir; 

görüləcəkbir  iş  yox,  vicdanın  təmiz,  özünü  də  bir  alim  kimi  hiss 

edirsən… Xeyr, cənab, buna fəlsəfə, təfəkkür, geniş baxış demək olmaz, 

bu  tənbəllik,  sehrbazlıq,  sayıqlamadır.  Bəli!-  deyə  İvan  Dmitriç  yenə 

acıqlandı.  –  İztiraba  nifrət  edirsiniz,  amma  barmağınız  qapı  arasında 

qalsa elə bağırarsınız ki, boğazınız yırtılar! 

 

Andrey Yefimıç həlimcəsinə gülümsəyərək dedi: 



 

- Bəlkə bağırmaram… 

 

- Bəli, inandıq. Məsələn, sizi iflic vursa, ya, tutaq ki, axmaq və alçaq bir 



adam,  öz  mövqeyindən  və  rütbəsindən  istifadə  edərək,  sizi  camaat 

qarşısında təhqir etsə və siz ona cəza verilməyəcəyini bilsəniz, adamları 

başından  eləyib  həyati  idraka  və  həqiqi  nemətə  doğru  yönəltmənin  nə 

olduğunu anlarsınız. 

 

Andrey Yefimıç zövqündən güldü və əllərini ovuşduraraq dedi: 



 

downloaded from KitabYurdu.org




- Bu çox maraqlıdır. Sizin ümumiləşdirməyə olan meyliniz məni heyrətə 

salır, mənə indicə verdiyiniz xarakteristika misilsizdir. Etiraf etməliyəm 

ki, sizinlə apardığım söhbət mənə böyük zövq verir. Mən sizi dinlədim, 

indi də xahiş edirəm məni dinləyəsiniz. 

 

 

  



 

XI 


 

  

 



Bu  söhbət  təqribən  bir  saat  daha  davam  etdi  və  görünür,  Andrey 

Yefimıça dərin təsir bağışladı. Bundan sonra o hər gün fligelə gəlməyə 

başladı.  Oraya  səhərlər  və  nahardan  sonra  gəlirdi  və  çox  vaxt  İvan 

Dmitriçlə  söhbəti  qaranlıq  düşənədək  davam  edirdi.  İvan  Dmitriç 

əvvəllər ondan qaçır, onun gizli bir niyyətdə olduğundan şübhələnir və 

ondan  zəhləsi  getdiyini  açıq  bildirirdi,  sonra  isə  ona  öyrəşib  öz  qaba 

rəftarını təvazökar- kinayəli bir əlaqəyə çevirdi. 

 

Bir  azdan  sonra  bütün  xəstəxanaya  şayiə  yayıldı  ki,  doktor  Andrey 



Yefimıç 6 №- li palataya gəlib- getməyə başlayıb. Heç kəs- nə feldşer, 

nə  Nikita,  nə  də  xəstə  baxıcıları  doktorun  oraya  nə  üçün  getdiyini,  nə 

üçün orada saatlarla oturduğunu, nə barədə danışdığını və nə üçün resept 

yazmadığını heç cür başa düşmürdü. Doktorun hərəkətləri adama qəribə 

gəlirdi. Mixail Averyanıç çox vaxt onu evdə tapmırdı, halbuki qabaqlar 

heç belə ittifaq düşməzdi. Daryuşkanın da ovqatı təlx idi; çünki dostları 

pivəni daha vaxtında içmir və bəzən hətta nahara da gecikirdi. 

 

downloaded from KitabYurdu.org




Bir  dəfə  iyunun  axırlarında,  doktor  Xobotov  bir  iş  üçün  Andrey 

Yefimıçın  yanına  gəlmişdi;  onu  evdə  tapmadı,  həyətə  çıxıb  axtarmağa 

başladı;  həyətdəkilər  dedilər  ki,  doktor  ruhi  xəstələrin  yanına  gedib 

Xobotov fligelə girib dəhlizdə durdu və belə bir söhbət eşitdi. 

 

-  Bizim  əqidəmiz  müxtəlifdir,  siz  məni  öz  məsləkinizə  sarı  cəlb  edə 



bilməzsiniz,  –  deyə  İvan  Dmitriç  əsəbi  halda  danışırdı.  –  Siz  həyatla 

bilmərrə  tanış  deyilsiniz  və  ömrünüz  uzunu  heç  vaxt  iztirab 

çəkməmisiniz, mən isə anadan olduğum gündən indiyədək arasıkəsilməz 

əzab çəkmişəm, ona görə də açıq deyirəm: mən özümü sizdən yüksək və 

hər bir cəhətcə məlumatlı hesab edirəm. Mənim başıma ağıl qoymayın. 

 

Andrey  Yefimıç  dediklərinin  anlaşılmadığını  təəssüf  edərək  sakitcə 



dedi: 

 

- Mən sizi heç də öz etiqadıma cəlb etmək iddiasında deyiləm. İş bunda 



deyil,  dostum.  Məsələ  onda  deyil  ki,  siz  iztirab  çəkmisiniz,  mən  yox. 

İztirab və sevinc keçicidir. Bunlardan əl çəkək. İş ondadır ki, siz və mən 

fikirləşirik,  bir-birimizdə  düşünmək  və  mühakimə  etmək  qabiliyyəti 

olduğunu görürük; bu hal,  əqidələrimiz nə qədər müxtəlif olursa-olsun, 

bizi həmrəy edir. Bilsəniz, dostum, ümumi səfihlik, korazehinlik, kütlük 

zəhləmi  nə  qədər  tökübdür  və  hər  dəfə  sizinlə  söhbət  eləməkdən  nə 

qədər xoşlanıram! Siz ağıllı adamsınız, mən sizdən zövq alıram. 

 

Xobotov qapını bir verşok qədər aralayıb palataya baxdı; başında kalpak 



olan  İvan  Dmitriçlə  doktor  Andrey  Yefimıç  yataqda  yan-yana 

oturmuşdular.  Dəli üz-gözünü qırışdırır, diksinir və  ya  rəşə  ilə  xalatına 

bürünürdü,  doktor  isə,  başını  aşağı  dikib,  sakitcə  oturmuşdu,  üzü 

qırmızı,  qüssəli  idi,  onda  bir  acizlik  ifadəsi  vardı.  Xobotov  çiyinlərini 

qısıb gülümsündü və Nikitanın üzünə baxdı. Nikita da çiyinlərini çəkdi. 

downloaded from KitabYurdu.org




 

Ertəsi  gün  Xobotov  feldşerlə  birlikdə  fligelə  gəldi.  Hər  ikisi  dəhlizdə 

durub içəridə gedən söhbəti dinləməyə başladı. 

 

Xobotov fligeldən çıxarkən dedi: 



 

- Bizim qoca, deyəsən, çox qorxub. 

 

Sergey Sergeiç təmiz silinmiş çəkmələrin bulamasın deyə, gölməçələrin 



kənarı ilə üsulluca keçərək: 

 

-  Pərvərdigara,  biz  günahkar  bəndələrinin  günahından  keç!  –  deyə  ah 



çəkdi.  –  Sözün  düzü,  hörmətli  Yevgeni  Fyodorıç,  mən  bunu  çoxdan 

gözləyirdim. 

 

  

 



XII 

 

  



 

Bu  əhvalatdan  sonra  Andrey  Yefimıç  hər  tərəfində  əsrarəngiz  şeylər 

müşahidə  etməyə  başladı. Mujiklər,  xəstə  baxıcıları və  xəstələrona  rast 

gəldikdə  sualedici  nəzərlə  ona  baxır  və  sonra  pıçıldaşırdı.  Nəzarətçinin 

qızı  Maşaya  xəstəxana  həyətində  rast  gəlməyi  sevən  doktor,  indi  də, 

qızın başını sığallamaq üçün təbəssümlə ona yaxınlaşdıqda, nədənsə qız 

downloaded from KitabYurdu.org



ondan  qaçırdı.  Poçt  müdiri  Mixail  Avreyanıç  dinlərkən  əvvəlki  kimi 

“Tamamilə  doğrudur  demir,  anlaşılmaz  bir  pərtliklə  “hə-hə”  deyə 

mızıldayır,  dalğın-dalğın  və  kədərlə  ona  baxırdı,  nədənsə  o  öz  dostuna 

araq  və  pivəni  tərgitməyi  məsləhət  görməyə  başlamışdı,  lakin  mərifətli 

adam olduğundan, o bunu açıq söyləmirdi, eyhamla deyirdi: gah misilsiz 

adam  olan  bir  nəfər  batalyon  komandirindən,  gah  da  yaxşı  bir  polk 

keşişindən danışırdı, bunlar çox içməkdən xəstələnmişdilər, lakin içkini 

tərgidən  kimi  tamamilə  sağalmışdılar.  İş  yoldaşı  Xobotov  iki-üç  dəfə 

Andrey  Yefimıçın  yanına  gəlmişdi;  o  da  spirtli  içkiləri  tərgitməyi 

məsləhət  görürdü  və  heç  bir  bəhanə  olmadan  bromlu  kalium  içməyi 

məsləhət görürdü. 

 

Avqust  ayında  Andrey  Yefimıç  bələdiyyə  rəisindən  bir  məktub  aldı. 



Rəis  çox  mühüm  bir  məsələ  üçün  onun  gəlməsini  xahiş  edirdi.  Andrey 

Yefimıç təyin olunmuş vaxtda bələdiyyə idarəsinə, orada qoşun rəisini, 

qəza  məktəbinin  ştat  nəzarətçisini,  bələdiyyə  idarəsi  üzvünü,  Xobotovu 

və  kök,  sarışın  bir  cənab  gördü,  bu  axırıncını  Andrey  Yefimıça  həkim 

sifətilə  təqdim  etdilər.  Polyak  familiyası  çətin  tələffüz  edilən  bu  həkim 

şəhərin  otuz  verstliyində  olan  at  zavodunda  yaşayırdı,  indi  yolüstü 

şəhərə gəlmişdi. 

 

-  Burada  sizin  işinizə  dair  bir  ərizə  var,  –  deyə  hamı  bir-birilə  görüşüb 



stol  başına  oturduqdan  sonra  bələdiyyə  idarəsinin  rəisi,  Andrey 

Yefimıça  müraciət  etdi.  –  Yevgeni  Fyodoriç  deyir  ki,  baş  korpusda 

aptekin  yeri  darısqaldır,  onu  fligellərdən  birinə  köçürmək  lazımdır. 

Əlbəttə, bu, düzələn şeydir, ancaq əsas odur ki, fligeli təmir etmək lazım 

gələcəkdir. 

 

Andrey Yefimıç bir az düşündükdən sonra dedi: 



 

downloaded from KitabYurdu.org




-  Bəli,  təmirsiz  keçinmək  mümkün  olmayacaq.  Məsələn,  apteki 

küncdəki  fligelə  köçürtsək,  buna,  məncə,  azı  beş  yüz  manat  pul  sərf 

etmək lazımdır. Bu, səmərəsiz xərcdir. 

 

Bir az susdular. 



 

Andrey Yefimıç sakit səslə sözünə davam etdi: 

 

-  Mən  hələ  on  il  əvvəl  rəsmi  məlumat  vermişdim  ki,  bu  xəstəxana 



hazırkı  halında,  şəhərin  vəsaitini  nəzərə  aldıqda,  onun  üçün  bəzəkdən 

başqa bir şey deyil. Xəstəxana qırxıncı illərdə tikilmişdir, lakin o vaxtlar 

vəsait  imkanı  bambaşqa  idi.  Şəhərimiz  lazımsız  tikililərə  və  artıq 

vəzifələrə çox böyük məbləğlər sərf edir. Mənim zənnimcə, başqa qayda 

olsaydı, bu pullara iki nümunəvi xəstəxana saxlamaq olardı. 

 

Bələdiyyə idarəsinin rəisi cəld dedi: 



 

- Nə olar, gəlin təzə qayda qoyaq! 

 

-  Bu  xüsusda  öz  rəyini  demək  şərəfi  mənə  artıq  nəsib  olmuşdur:  tibb 



işlərinin zemstvo ixtiyarına verilməsini məsləhət görmüşəm. 

 

Sarışın həkim: 



 

- Bəli, bəd olmaz, pulları zemstvoya verin o da oğurlasın, – deyə güldü. 

 

downloaded from KitabYurdu.org




Bələdiyyə idarəsinin üzvü də gülərək: 

 

- O daha ümumi qaydadır, – deyə onunla razılaşdı. 



 

Andrey Yefimıç əzgin və tutqun bir baxışla sarışın həkimə baxıb dedi: 

 

- Ədalətli olmaq lazımdır. 



 

Yenə  susdular.  Çay  gəldi.  Nədənsə  bərk  pərtləşmiş  qoşun  rəisi  əlini 

stolun üstündən Andrey Yefimıçın əlinə yavaşca toxundurub dedi: 

 

-  Bizi  lap  yaddan  çıxarmısınız  ha,  doktor.  Amma  orası  var  ki,  siz 



rahibsiniz; kart oynamırsınız, qadınları xoşlamırsınız. Bizimlə oynamaq 

sizi darıxdırır. 

 

Hamı  qanacaqlı  bir  adam  üçün  bu  şəhərdə  yaşamağın  nə  qədər  qüssəli 



olduğundan danışmağa başladı. Nə  ağıllı-başlı teatr var, nə  musiqi var, 

bir  neçə  gün  bundan  əvvəl  klubda  düzəldilmiş  rəqs  gecəsində  iyirmi 

nəfər xanım olduğu halda, yalnız ikicə kavaler vardı. Gənclər rəqs etmir, 

ya  bufetin  ətrafında  hərlənir,  ya  da  kart  oynayırdılar.  Andrey  Yefimıç 

yavaşca,  heç  kəsə  baxmadan,  danışmağa  başladı  ki,  təəssüf  olsun, 

şəhərlilər  öz  həyat  energiyasını,  öz  qəlbini  və  ağlını  kart  oynamağa  və 

dedi-qoduya  sərf  edirlər,  vaxtlarını  maraqlı  söhbətlə  və  mütaliə  ilə 

keçirtməyi  bacarmır,  ağlın  verdiyi  zövqdən  istifadə  etmək  istəmirlər. 

Yalnız  ağıl  maraqlı  və  gözəldir,  qalan  nə  varsa  xırda,  əhəmiyyətsiz  və 

alçaq şeylərdir. Xobotov öz iş yoldaşlarına diqqətlə qulaq asırdı. Birdən 

o soruşdu: 

 

downloaded from KitabYurdu.org




- Andrey Yefimıç, bu gün ayın neçəsidir? 

 

Cavab  aldıqdan  sonra,  o  sarışın  həkim,  öz  bacarıqsızlığını  duya-duya 



imtahan  edən  adamlar  kimi,  Andrey  Yefimıçdan  bu  günün  adını  ,  ildə 

neçə gün olduğunu və 6 №-li palatada doğrudanmı qəribə bir peyğəmbər 

yaşadığını soruşmağa başladı. 

 

Sonuncu suala cavab verərkən Andrey Yefimıç qızarıb dedi: 



 

- Bəli, o, xəstədir, ancaq çox maraqlı gəncdir. 

 

Ona daha heç bir sual vermədilər. 



 

Andrey  Yefimıç  dəhlizdə  paltosunu  geyərkən,  qoşun  rəisi  əlini  onun 

çiyninə qoydu və köksünü ötürərək dedi: 

 

- Biz qocaların istirahət etmək vaxtı çatıbdır. 



 

Andrey Yefimıç bələdiyyə idarəsindən çıxarkən, bu adamların onun əqli 

qabiliyyətini  yoxlamaq  üçün  təyin  edilmiş  bir  komissiya  olduğunu 

anladı.  Ona  verilən  sualları  xatırlayıb  qızardı  və  nədənsə,  ömründə  ilk 

dəfə  təbabət  elminə  bərk  yazığı  gəldi.  Həkimlərin  indicə  onu  tədqiq 

etdiklərini xatırlayıb düşündü: “Pərvərdigara, bunlar ki, hələ bu yaxında 

psixiatriyanı keçib imtahan veriblər. Bəs bu cəhət, nadanlıq haradandır? 

Bunlar ki, psixiatriyadan heç bir şey başa düşmürlər!”. 

 

downloaded from KitabYurdu.org




O, ömründə ilk dəfə özünü təhqir olunmuş hesab etdi və acığı tutdu. 

 

Mixail Averyanıç həmən günün axşamı onun yanına gəldi. Poçt müdiri 



salamlaşmadan ona yanaşıb əllərindən tutdu və həyəcanlı bir səslə dedi: 

 

-  Əziz  dostum,  mənim  sizə  bəslədiyim  səmimi  hörmətə  inandığınızı  və 



məni dost saydığınızı sübut edin… – O, Andrey Yefimıçın danışmasına 

mane  olaraq  həyəcanla  davam  etdi:  –  Dostum!  Mən  sizi  mərifətli  və 

alicənab  olduğunuza  görə  sevirəm.  Məni  dinləyin,  əzizim.  Elmin 

qaydaları  həkimləri  məcbur  edir  ki,  həqiqət  sizdən  gizlətsinlər,  lakin 

mən  həqiqi  bir  əsgər  kimi  açıq-aşkar  deyirəm:  siz  xəstəsiniz.  Məni 

bağışlayın, dostum, amma bu həqiqətdir, bunu ətrafdakıların hamısı artıq 

çoxdan  müşahidə  ediblər. Bu saat doktor Yevgeni Fyodorıç  mənə  dedi 

ki,  Andrey  Yefimıç,  öz  sağlamlığını  qorumaq  üçün  istirahət  etmək  və 

əylənmək  lazımdır.  Tamamilə  doğrudur!  Gözəl  təklifdir!  Bu  günlərdə 

mən  məzuniyyət  alıb,  havanı  dəyişmək  üçün  başqa  yerə  gedəcəyəm. 

Mənimlə  dost  olduğunuzu  sübut  edin,  bir  yerdə  gedək!  Keçmişləri, 

cavanlığımızı yada salaq. 

 

Andrey Yefimıç düşünərək dedi: 



 

- Mən özümü tamamilə sağlam hesab edirəm. Gedə bilməyəcəyəm. İzin 

verin, dostluğumu sizə başqa yolla sübut edim. 

 

Bir səbəb olmadan, kitabsız, Daryuşkasız, pivəsiz başqa bir yerə getmək 



iyirmi  il  ərzində  qurulmuş  bir  qaydanı  birdən-birə  pozmaq,  –  belə  bir 

ideya  ilk  dəqiqədə  ona  vəhşi  və  fantastik  göründü.  Lakin  bələdiyyə 

idarəsindəki  söhbəti  və  oradan  evə  qayıdarkən  əhvalının  pozulduğunu 

downloaded from KitabYurdu.org




xatırladı və axmaq adamların onu dəli hesab etdikləri bir şəhərdən az bir 

müddətə başqa bir yerə getmək fikri xoşuna gəldi. 

 

- Siz axı hara getmək fikrindəsiniz? – deyə soruşdu. 



 

- Moskvaya, Peterburqa, Varşavaya… Varşavada mən beş il yaşamışam. 

Həyatımın  ən  xoşbəxt  illərini  orada  keçirmişəm.  Nə  gözəl  şəhərdir! 

Gedək mənimlə, əzizim! 

 

  

 



XIII 

 

  



 

Bir  həftədən  sonra  Andrey  Yefimıça  təklif  etdilər  ki,  istirahətə  getsin, 

yəni  istefa  versin.  Bu  təklif  ona  çox  da,  təsir  etmədi.  Bir  həftə  də 

keçdikdən sonra o, Mixail Averyanıçla bərabər poçt tarantasına minib ən 

yaxında olan dəmiryol stansiyasına getdi. Günlər sərin və aydın keçirdi, 

göy üzü mavi, üfüqlər şəffaf idi. Stansiyayadək iki yüz verstlik yolu iki 

günə  getdilər  və  yolda  iki  dəfə  gecələdilər.  Poçt  stansiyalarında  pis 

yuyulmuş  stəkanlarda  çay  verdikdə  və  ya  atları  gec  qoşduqda,  Mixail 

Averyanıç  hirsindən  qızarır,  bütün  vücudu  ilə  əsir  və  “Sus!  Çox 

danışma!”  deyə  bağırırdı.  Tarantasda  oturarkən  isə,  bir  dəqiqə  belə 

susmaq  bilmədən,  öz  Qafqaz  və  Polşa  səyahətindən  nağıl  edirdi.  Nə 

qədər  başına  macəralar  gəlmiş,  nə  qədər  xoş  təsadüflər  olmuşdu!  O, 

ucadan  danışır  və  danışarkən  gözlərində  elə  bir  heyrət  ifadəsi  əmələ 

gəlirdi  ki,  adam  onun  yalan  danışdığını  zənn  edirdi.  Bundan  başqa,  o, 

downloaded from KitabYurdu.org



nağıl  edərkən,  nəfəsini  Andrey  Yefimıçın  üzünə  verir  və  qəhqəhə  ilə 

güləndə ağzını onun qulağına tuturdu. Bu, doktorun xoşuna gəlmir, onun 

düşünməyinə və fikrini toplamağa mane olurdu. 

 

Dəmir  yolu  ilə,  qənaət  üçün,  üçüncü  klasda,  papiros  çəkməyənlərə 



məxsus  vaqonda  gedirdilər.  Sərnişinlərin  yarısı  yuxarı  təbəqədən  olan 

adamlar  idi.  Mixail  Averyanıç  çox  çəkmədən  sərnişinlərin  hamısı  ilə 

tanış  oldu.  O,  skamyadan-skamyaya  keçərək,  belə  biabırçı  yollarla 

getməyə dəyməz, – deyə ucadan danışırdı. – Hər yerdə dələduzlar yuva 

salıblar!  At  belində  getmək  bundan  min  dəfə  yaxşıdır:  bir  gündə  yüz 

verst yol getdikdən sonra özünü sağlam və gümrah hiss edirsən. Qıtlığa 

gələndə,  qıylığın  səbəbi  odur  ki,  Pinsk  bataqlıqlarını  qurudublar. 

Ümumiyyətlə,  qayda-qanunsuzluq  həddini  aşıbdır.  O  özündən  çıxır, 

ucadan  danışır  və  başqalarını  danışmağa  qoymurdu.  Bu  tükənməz 

boşboğazlıq,  uca  qəhqəhələr  və  ifadəli  hərəkətlər  Andrey  Yefimıçı 

yorurdu.  “Hansımız  dəliyik?”  –  deyə  təəssüflə  düşünürdü.  –  Heç  bir 

şeylə  sərnişinləri  narahat  etməməyə  çalışan  mənmi,  yoxsa  özünü 

buradakıların hamısından ağıllı və  yaraşıqlı sayan və  buna görə də heç 

kəsə dinclik verməyən bu xudpəsəndmi? 

 

Moskvada Mixail Averyanıç paqonsuz zabit sürkutu və qırmızı qaytanlı 



şalvar geydi. O, küçədə hərbi furajkada və şineldə gəzdiyi üçün soldatlar 

ona  təzim  edirdilər.  Andrey  Yefimıça  indi  elə  gəlirdi  ki,  bu,  vaxtilə 

malik  olduğu  ağalıq  sifətlərindən  yaxşılarını  bilmərrə  unutmuş  və 

xarabalarını  mühafizə  etmiş  bir  adamdır.  O,  heç  lazım  olmadığı  halda 

belə,  ona  xidmət  göstərilməsini  sevirdi.  Kibrit  qutusu  stol  üstə  olduğu 

halda,  o  özünü  görməməzliyə  vurub,  lakeyə  bağırır,  kibrit  gətirilməsini 

əmr  edirdi,  qulluqçu  qızın  qabağında  köynək-tumanda  gəzməkdən 

utanmırdı,  lakeylərin  hamısını,  qocaları  belə  “sən”  deyə  çağırır, 

acıqlananda  onları  axmaq  və  səfeh  adlandırırdı.  Bu  cür  rəftar  Andrey 

Yefimıça ağayana, lakin iyrənc görünürdü. 

 

downloaded from KitabYurdu.org




Mixail  Averyanıç  öz  dostunu  əvvəlcə  İverski  kilsəsinə  apardı.  O, 

ürəkdən  dua  edir,  gözlərindən  yaş  axıdaraq  səcdəyə  düşürdü,  duanı 

oxuyub qurtardıqdan sonra isə dərin bir ah çəkib dedi: 

 

-  Adamın  etiqadı  olmasa  da,  dua  eləyəndən  sonra,  nədənsə,  təskinlik 



tapır. Siz də dua eləyin, əzizim. 

 

Andrey  Yefimıç  pərt  oldu  və  əyilib  təsviri  öpdü.  Mixail  Averyanıç  isə 



dodaqlarını şişirtdi və başını yırğalayaraq, pıçıltı ilə dua oxudu, gözləri 

yenə yaşardı. Sonra Kremlə gedib tras-puşkaya və tsar-kolokola tamaşa 

etdilər  və  hətta  əlləri  ilə  də  onlara  toxundular.  Zamoskvoreçyenin 

mənzərəsini  seyr  etdilər.  Spasitel  kilsəsini  və  Rumyantsev  muzeyini 

ziyarət etdilər. 

 

Naharı  Testovun  restoranında  elədilər.  Mixail  Averyanıç  saqqalını 



tumarlayaraq  xörəklərin  adlarına  xeyli  baxdı  və  restoranlarda  özünü  öz 

evindəki kimi sərbəst hiss edən bir qarınqulu kimi dedi: 

 

- Görək bu gün bizi nəyə qonaq edəcəksiniz, mələk! 



 

  

 



XIV 

 

  



 

downloaded from KitabYurdu.org




Doktor  gəzir,  baxır,  yeyir,  içir,  lakin  bircə  şey  hiss  edirdi:  Mixail 

Averyanıçın  hərəkətləri  onun  zəhləsini  tökmüşdü.  Öz  dostundan 

qaçmaq,  gizlənmək  istəyirdi,  dostu  isə  onu  gözdən  qoymamağa  və 

mümkün  qədər  çox  əylənməyə  çalışırdı.  Tamaşa  ediləcək  bir  şey 

olmayanda  onu  öz  söhbətləri  ilə  əyləndirirdi.  Andrey  Yefimıç  iki  gün 

dözdü,  üçüncü  gün  xəstə  olduğunu  və  buna  görə  də  bütün  günü  evdə 

qalacağını  bildirdi.  Dostu  da  onun  xatiri  üçün  evdə  qalacağını  söylədi. 

Doğrudan da dincəlmək lazımdır, yoxsa bu qədər gəzməyə ayaq davam 

gətirməz.  Andrey  Yefimıç  divana  uzanıb  üzünü  divanın  söykənəcəyinə 

çevirdi  və  canını  dişinə  tutub  dostunun  boşboğazlığını  dinləməyə 

başladı;  dostu  qızğın-qızğın  danışaraq  inandırırdı  ki,  Fransa  gec-tez 

Almaniyanı darmadağın eləyəcək, Moskvada dələduz adamlar çoxdur və 

atın  zahirindən  onun  yaxşı-yamanlığını  təyin  etmək  olmaz.  Doktorun 

qulaqları səs salırdı, ürəyi şiddətlə döyünməyə başlamışdı, bununla belə 

ədəb  gözləyərək  dostunun  çıxıb  getməsini  və  ya  susmasını  xahiş  edə 

bilmirdi. Xoşbəxtlikdən Mixail Averyanıç nömrədə oturmaqdan darıxdı 

və nahardan sonra gəzməyə çıxdı. 

 

Andrey  Yefimıç  tək  qalıb  istirahət  hissinə  daldı.  Divanda 



qımıldanmadan  uzanmaq  və  otaqda  tək-tənha  olduğunu  düşünmək  nə 

qədər  xoşdur!  Tənhalıq  olmadan  həqiqi  səadət  mümkün  deyil.  İblis, 

yəqin,  başqa  mələklərin  bilmədiyi  təkliyi  arzuladığı  üçün,  Allaha 

xəyanət  etmişdir.  Andrey  Yefimıçın  son  günlər  ərzində  gördüklərini  və 

eşitdiklərini  düşünmək  istəyirdi,  lakin  Mixail  Averyanıç  heç  cür  onun 

başından çıxmırdı. 

 

“Axı  o,  dostluğundan,  alicənablığından  məzuniyyət  götürüb  buraya 



gəlmişdir,  –  deyə  doktor  təəssüflə  düşünürdü.  –  Bu  dostluq 

qəyyumluğundan  daha  pis  şey  yoxdur.  Bunca  xoşdil,  səxavətli,  nəşəli 

olduğu halda yenə darıxdırıcı adamdır. Dözülməz dərəcədə cansıxıcıdır. 

Həmişə  ağıllı  və  gözəl  sözlər  danışan  bunun  kimi  adamlara  yaxından 

baxdıqda küt olduqları anlaşılır”. 

downloaded from KitabYurdu.org




 

Bundan  sonrakı  günlərdə  Andrey  Yefimıç  özünü  xəstəliyə  vurub, 

nömrədən  bayıra  çıxmırdı.  Dostu  onu  öz  söhbəti  ilə  əyləndirməyə 

başlayanda  o,  üzünü  divanın  söykənəcəyinə  tutub  darıxırdı,  dostu 

olmayanda isə bu vəziyyətdə uzanıb istirahət edirdi. Buraya gəldiyi üçün 

özünə  və  gündən-günə  daha  boşboğaz  və  şitəngi  olan  dostuna  acığı 

tuturdu,  öz  fikirlərini  ciddi,  yüksək  bir  tonda  qurmağa  heç  cür  nail  ola 

bilmirdi, o öz xırdaçılığına acıqlanaraq düşünürdü: “Məni, İvan Dmitriç 

deyən  kimi,  həqiqət  əlinə  alır.  Ancaq  bu  boş  şeydir…  Evə  qayıdaram, 

yenə hər şey köhnə qayda ilə gedər…”. 

 

Peterburqda  da  eyni  vəziyyət  oldu:  o,  bütün  günü  nömrədən  bayıra 



çıxmayıb divanda uzanırdı, yalnız pivə içmək istəyəndə ayağa dururdu. 

 

Mixail Averyanıç hey onu Varşavaya getməyə tələsdirirdi. 



 

Andrey Yefimıç yalvarıcı bir səslə deyirdi: 

 

-  Əziz  dostum,  mənim  orada  nə  işim  var?  Siz  tək  gedin,  mənə  isə,  izn 



verin evə gedim! Xahiş edirəm! 

 

Mixail Averyanıç etiraz edərək dedi: 



 

-  Heç  cür  əl  çəkən  deyiləm!  Varşava  misilsiz  bir  şəhərdir.  Orada  mən 

beş il bəxtiyar həyat keçirmişəm. 

 

downloaded from KitabYurdu.org




Andrey  Yefimıç  dediyinə  israr  etmək  iradəsi  çatmadığından,  canını 

dişinə  tutub  Varşavaya  getdi.  Burada  da  nömrədən  bayıra  çıxmır, 

divanda  uzanır  və  özünə,  dostuna  və  rusca  başa  düşmək  istəyən 

lakeylərə  acığı  tuturdu.  Mixail  Averyanıç  isə,  həmişəki  kimi  sağlam, 

gümrah  və  nəşəli  olub  səhərdən  axşama  qədər  şəhəri  gəzir  və  köhnə 

tanışlarını axtarırdı. Bir neçə dəfə o, hətta evdə də yatmamışdı. Bir dəfə 

gecəni  harada  isə  keçirdikdən  sonra,  səhər  tezdən  çox  həyəcanlı  bir 

halda evə qayıtdı, rəngi bərk qızarmışdı, saçları dağınıqdı. Uzun zaman 

otağı  o  küncdən-bu  küncə  gəzdi,  nə  isə  dodaqaltı  mızıldadı,  sonra 

birdən-birə dayanıb dedi: 

 

- Namus hər şeydən vacibdir! 



 

Bir qədər də gəzdikdən sonra ikiəlli başını qucaqladı və faciəli bir səslə 

dedi: 

 

-  Bəli,  namus  hər  şeydən  vacibdir!  Bu  Babil  şəhərinə  gəlmək  fikrinə 



düşdüyüm  dəqiqəyə  lənətlər  olsun!  Əziz  dostum,  –  deyə  doktora 

müraciət  etdi,  –  mənə  nifrət  edin!  Pullarımın  hamısını  qumara 

qoymuşam! Xahiş edirəm, mənə beş yüz manat borc verin! 

 

Andrey  Yefimıç  beş  yüz  manat  sayıb  dinməz-söyləməz  dostuna  verdi. 



Mixail  Averyanıçın  rəngi  hələ  də  utandığından  və  qəzəbindən  qırmızı 

idi, ağızucu mənasız bir and içərək, şapkasını geydi və bayıra çıxdı. İki 

saatdan sonra qayıdıb kresloya sərildi və ucadan bir ah çəkib dedi: 

 

-  Namus  xilas  edildi!  Gedək,  dostum,  daha  bu  mənhus  şəhərdə  bir 



dəqiqə  belə  qalmaq  istəmirəm.  Burada  dələduzlar,  Avstriya  casusları 

doludur! 

downloaded from KitabYurdu.org



 

Dostlar öz şəhərlərinə qayıtdıqda artıq noyabr ayı idi, küçələri qalın qar 

örtmüşdü.  Andrey  Yefimıçın  yerini  doktor  Xobotov  tutmuşdu,  o  hələ 

köhnə  mənzilində  olurdu,  Andrey  Yefimıçın  gəlib  xəstəxanadakı 

mənzilini boşaldacağını gözləyirdi. Aşpaz qadın adlandırdığı kifir qadın 

fligellərin birində yaşayırdı. 

 

Şəhərə yeni bir xəstəxana dedi-qodusu yayılmışdı. Deyirdilər ki, həmin 



kifir  qadın  nəzarətçi  ilə  savaşmışdır  və  nəzarətçi  onun  qabağında  diz 

çökərək üzr istəyir. 

 

Andrey Yefimıç gələn kimi özünə yeni mənzil axtarmalı oldu. 



 

Poçt müdiri ona qorxaqcasına dedi: 

 

-  Bağışlayın,  soruşmağa  cəsarət  eləyirəm,  dostum,  vəsaitdən-zaddan 



nəyiniz var? 

 

Andrey Yefimıç dinməz-söyləməz pullarını sayıb dedi: 



 

- Səksən altı manat. 

 

Mixail Averyanıç doktoru anlamayaraq pərt halda dedi: 



 

- Mən o barədə soruşmuram. Mən bilmək istəyirəm ki, ümumiyyətlə nə 

kimi bir vəsaitə maliksiniz? 

downloaded from KitabYurdu.org




 

-  Mən  də  sizə  cavab  verdim  ki,  səksən  altı  manat!..  Bundan  başqa  heç 

nəyim yoxdur. 

 

Mixail Averyanıç doktoru namuslu və nəcabətli bir adam hesab edirdi, 



bununla belə onun heç olmasa iyirmi minə qədər pulu güman edirdi. İndi 

isə  Andrey  Yefimıçın  çox  yoxsul  olduğu  və  yaşamağa  heç  mümkünü 

olmasığını bilib, nədənsə, birdən-birə ağladı və dostunu qucaqladı. 

 

  



 

XV 


 

  

 



Andrey Yefimıç meşşanın Belovanın üçpəncərəli evində yaşayırdı. Evin 

mətbəxdən  başqa  üçcə  otağı  vardı,  küçəyə  pəncərəsi  olan  iki  otağı 

doktor tutmuşdu, üçüncü otaqda və mətbəxdə isə Daryuşka və üç uşağı 

ilə  bərabər  Belova  olurdu.  Bəzən  ev  sahibəsinin  yanına  oynaşı  gəlirdi, 

bu,  sərxoş  bir  mujik  idi,  gecələr  səs-küy  salır,uşaqları  və  Daryuşkanı 

qorxudurdu. Bu mujik gələndə mətbəxdə oturub araq istəyir və hamının 

yerini dar edirdi, ona görə doktor ağlayan uşaqlara yazığı gəlib, onları öz 

yanına alır və döşəmə üstə yatırdırdı, bu hal ona böyük zövq verirdi. 

 

Doktor qabaqkı kimi saat səkkizdə durur və çay içəndən sonra öz köhnə 



kitab  və  jurnallarını  oxuyurdu.  Təzələrini  almağa  mümkün  yox  idi. 

Kitablar  köhnə  olduğundanmı  və  ya  bəlkə  şərait  dəyişdiyindənmi, 

mütaliə  əvvəlki  kimi  onu  cəlb  etmir  və  yorurdu.  Vaxtı  boş  keçməsin 

downloaded from KitabYurdu.org




deyə,  kitabları  üçün  müfəssəl  kataloq  düzəltmişdi,  onların  kötüklərinə 

nömrə yapışdırardı, bu mexaniki və zəhmətli iş ona mütaliədən maraqlı 

gəlirdi.  Yeknəsəq  və  zəhmətli  iş  onun  fikirlərini  anlaşılmaz  bir  surətdə 

oxşayırdı,  o  heç  bir  şeyin  fikrini  çəkmirdi,  vaxt  da  sürətlə  gəlib 

keçirdi.Hətta  mətbəxdə  oturub  Daryuşka  ilə  kartof  soymaq  və  ya  darı 

arırmaq  ona  maraqlı  gəlirdi.  Şənbə  və  bazar  günləri  kilsəyə  gedirdi. 

Divar dibində durub gözlərini süzür, nəğməyə qulaq asır və atası, ailəsi, 

universitet,  din  haqqında  düşünürdü;  özünü  sakit,  kədərli  hiss  edirdi, 

sonra kilsədən gedərkən ibadətin belə tez qurtardığına heyifsilənirdi. 

 

O,  söhbət  etmək  üçün  iki  dəfə  xəstəxanaya,  İvan  Dmitriçin  yanına 



getmişdi.  Lakin  İvan  Dmitriç  hər  dəfə  onu  çox  həyəcanlı  və  qəzəbli 

qarşılamışdı;  Andrey  Yefimıçdan  ona  rahat  buraxmasını  xahiş  etmişdi, 

çünki  boçboğazlıq  çoxdan  bəri  onun  zəhləsini  tökmüşdü,  o  deyirdi  ki, 

çəkdiyi  olmazın  əziyyətlər  qarşısında  bu  əclaf  və  alçaq  adamlardan 

yalnız  bircə  mükafat  istəyir  –  onu  təkbaşına  dama  salsınlar.  Olmaya 

bunu  da  ona  çox  gördülər?  Andrey  Yefimıç  hər  iki  dəfə  onunla 

xudahafizləşərkən  gecəniz  xeyrə  qalsın  deyəndə,  o,  donquldanıb 

demişdi: 

 

- İzalə ol başımdan! 



İndi Andrey Yefimıç iki yol arasında qalmışdı; bilmirdi ki, bir də onun 

yanına getsin, ya yox? Getməyi arzu edirdi. 

 

Əvvəllər Andrey Yefimıç nahardan sonra otaqları gəzib düşünürdü, indi 



isə  nahar  zamanından  axşam  çayınadək  divanda  üzü  divara  uzanaraq 

xırda-xuruş  fikirlərə  dalırdı  və  bu  fikirlərə  heç  cür  qalib  gələ  bilmirdi. 

İyirmi  ildən  artıq  xidmət  qarşısında  ona  nə  bir  təqaüd,  nədə  birdəfəlik 

maddi  yardım  göstərmədikləri  ona  bərk  təsir  etmişdi.  Əlbəttə,  o, 

namusla  işləməmişdi,  lakin  təqaüdü,  namuslu  oldu-olmadı,  hər  bir 

qulluqçu alır. Müasir ədalət məhz bundan ibarətdir ki, rütbə ilə, ordenlə 

downloaded from KitabYurdu.org



və  təqaüdlə  insanın  əxlaqi  keyfiyyəti  və  qabiliyyəti  deyil,  ümumiyyətlə 

hər cür xidmət təltif edilir. Bəs nə üçün təkcə o, istisna təşkil etsin? Pulu 

heç  yox  idi.  Dükanın  qabağından  keçməyə  və  ev  sahibəsinin  gözünə 

görünməyə  utanırdı.  Pivə  üçün  artıq  otuz  iki  manat  borc  yığılmışdı. 

Meşşan  Belovaya  da  borclu  idilər.  Daryuşka  köhnə  paltarlardan  və 

kitablardan  satır  və  ev  sahibəsinə  yalan  söyləyirdi  ki,  guya  doktor  bu 

yaxınlarda böyük pul alacaqdır. 

 

Yığmış olduğu min manatı səyahətə xərclədiyinə heyifsilənirdi. Bu min 



manat  belə  gündə  onun  üçün  böyük  iş  görərdi!  Adamlar  onu  dinc 

qoymurdular. Xobotov öz xəstə iş yoldaşını hərdənbir yoluxmağı özünə 

borc  bilirdi.  Andrey  Yefimıç  onun  hər  şeyindən:  tox  sifətindən,  pis, 

təvazökar 

danışığından,  “iş  yoldaşı”  deməsindən,  uzunboğaz 

çəkmələrindən  zəhləsi  gedirdi,  ən  iyrənc  şey  də  o  idi  ki,  o  Andrey 

Yefimıçi  müalicə  etməyi  özünə  borc  bilirdi  və  doğrudan  da  onu 

sağaltmaqda olduğunu güman edirdi. Hər dəfə gələndə özü ilə bir şüşə 

bromlu kalium və ravənd həbi gətirirdi. 

 

Mixail Averyanıç da öz dostunu yoluxmağı və onu əyləndirməyi özünə 



borc  bilirdi.  Hər  dəfə  Andrey  Yefimıçın  yanına  gələndə  saxta  açıq-

saçıqlıqla danışır, zorla qəhqəhə çəkir və doktoru inandırmağa başlayırdı 

ki,  şükür  Allaha,  bu  gün  rəngi  durudur,  bundan  sonra  halı  daha  yaxşı 

olacaq.  Bundan  belə  nəticə  çıxarmaq  olardı  ki,  o  öz  dostunun  halını 

ümidsiz hesab edir. Varşavada aldığı borcu hələ qaytarmadığı üçün bərk 

xəcalət  çəkirdi,  ona  görə  də  özünü  o  yerə  qoymayaraq,  daha  ucadan 

qəhqəhə  çəkir  və  gülməli  söhbətlər  edirdi.  Danışdığı  lətifələr  və 

hekayələr  istər  Andrey  Yefimıça,  istərsə  də  özünə  indi  tükənməz  və 

darıxdırıcı görünürdü. 

 

Andrey  Yefimıç  həmişə  onun  hüzurunda  divana  uzanıb  üzünü  divara 



çevirir  cə  canını  dişinə  tutub  dostunun  boşboğazlığını  dinləyirdi,  qəlbi 

downloaded from KitabYurdu.org




acıqla dolurdu və hər dəfə dostu gedəndən sonra bu acıq getdikcə artır 

və sanki boğazını tıxayırdı. 

 

Xırda fikirləri başından qovmaq üçün tez düşünməyə başlayırdı ki, o özü 



də,  Xobotov  da,  Mixail  Averyanıç  da  gec-tez  məhv  olub  gedəcək  və 

özlərindən  sonra  heç  bir  iz-əsər  buraxmayacaqlar.  –  Əgər  milyon  il 

bundan sonra fəzada yer kürəsi yanından bir ruh uçub keçsə, ehtimal ki, 

yerdə  gil  və  çılpaq  qayalarından  başqa  heç  bir  şey  görməyəcəkdir.  Hər 

şey  –  mədəniyyət  də,  əxlaq  qanunu  da  –  məhv  olub  gedəcək  və  hətta 

yerində alaq otları da bitməyəcəkdir. Daha dükançıdan xəcalət çəkmək, 

vecsiz  Xobotovla,  Mixail  Averyanıçla  dostluq  etmək  nə  deməkdir? 

Bütün bunlar boş və mənasız şeylərdir. 

 

Lakin bu cür mühakimələr daha kömək etmirdi. Yer kürəsinin milyon il 



sonrakı  halını  təsəvvürünə  gətirən  kimi,  çılpaq  qayalığın  arxasından 

uzunboğaz  çəkməli  Xobotov  və  ya  gərgin  bir  surətdə  qəhqəhə  çəkən 

Mixail Averyanıç görünür və hətta onun xəcalətli pıçıltısı da eşidilirdi: 

“Varşavada  aldığım  borcu,  əzizim,  bu  yaxında  verəcəyəm…  Arxayın 

ol”. 

 

  



 

XVI 


 

  

 



Bir  dəfə  Mixail  Averyanıç  nahardan  sonra  dostunun  yanına  gəldi; 

Andrey  Yefimıç  divanda  uzanmışdı.  Elə  bu  zaman  Xobotov  da 

downloaded from KitabYurdu.org



təsadüfən  gəldi,  özü  ilə  bromlu  kalium  gətirmişdi.  Andrey  Yefimıç 

yerində ağır-ağır dikəldi və əllərini divana dayayaraq oturdu. 

 

Mixail Averyanıç sözə başladı: 



 

- Bu gün, dostum, rəngin dünənkinə nisbətən xeyli durulmuşdur. Qoçaq 

adamsınız! Vallah, qoçaqsınız! 

 

Xobotov əsnəyə-əsnəyə dedi: 



 

- Əlbəttə, sağalmaq lazımdır. Söz yox ki, bu üzüntü sizi təngə gətiribdir. 

 

Mixail Averyanıç nəşə ilə dedi: 



 

- Sağalmağınıza söz ola bilməz. Hələ yüz il də yaşayacağıq! Bəs nə! 

 

-  Yüz  il  olmasa  da,  heç  olmasa  iyirmi  il  yaşayarıq,  –  deyə  Xobotov 



təsəlli verdi. – Eybi yoxdur, əzizim, ruhdan düşməyin… Bu qədər qüssə 

çəkdiniz, yetər. 

 

Mixail Averyanıç: 



 

- Biz hələ özümüzü göstərəcəyik – deyə qəhqəhə çəkdi. – Hələ özümüzü 

göstərəcəyik!  Gələn  il,  Allah  qoysa,  Qafqaza  gedərik  və  oranı  başdan-

başa  at  belində  gəzərik  –  hop-hop!  Hop!  Qafqazdan  qayıdanda  da, 

downloaded from KitabYurdu.org



ölməsək,  sağ  qalsaq,  toy  elərik.  –  Mixail  Averyanıç  hiyləgərcəsinə  göz 

vurdu. – Sizi, bizim əziz dostumuz, evləndirərik… Bəli evləndirərik… 

 

Andrey Yefimıç birdən səbr kasasının dolduğunu hiss etdi; ürəyi bərk-



bərk döyünməyə başladı. Cəld yerindən durub pəncərəyə yanaşdı və: 

 

- Bu bayağılıqdır! – dedi. – Məgər bayağı danışdığınızı anlamırsınız? 



 

O, yumşaq və  nəzakətlə  danışmaq istəyirdi,  lakin iradəsinə  zidd olaraq 

yumruqlarını  düyünlədi  və  başından  yuxarı  qaldırıb  rəşəli  bir  səslə 

bağırdı: 

 

- Məni rahat buraxın! – Rəngi pul kimi qızarmışdı, bütün bədəni əsirdi. – 



Rədd olun Buradan! İkiniz də rədd olun! 

 

Mixail Averyanıç və Xobotov ayağa qalxdılar və əvvəlcə ona heyrətlə, 



sonra isə qorxu ilə baxmağa başladılar. Andrey Yefimıç yenə bağırırdı: 

 

-  Hər  ikiniz  rədd  olun!  Kütün  biri  kütlər!  Mənə  sənin  nə  dostluğun 



lazımdır, nə də dərmanın, kütün biri küt! Nə qədər bayağılıq! Nə qədər 

rəzillik! 

 

Xobotov  və  Mixail  Averyanıç  karıxmış  halda  bir-birinə  baxdılar,  dal-



dalı  çəkilib  dəhlizə  çıxdılar.  Andrey  Yefimıç  bromlu  kalium  şüşəsini 

qapıb onların dalınca tulladı, şüşə cingilti ilə kandara dəyib qırıldı. Sonra 

omların dallarınca yüyürüb ağlar səslə bağırdı: 

 

downloaded from KitabYurdu.org




- Rədd olun buradan! Cəhənnəm olun başımdan! 

 

Qonaqlar  çıxıb  gedəndən  sonra  Andrey  Yefimıç  titrətmə-qızdırmalı 



adam kimi əsərək, divana uzandı və uzun zaman: 

 

- Küt adamlar! Axmaqlar! – deyə təkrar etdi 



 

Hirsi  soyuyandan  sonra  ilk  əvvəl  başına  belə  bir  fikir  gəldi  ki,  zavallı 

Mixail  Averyanıç  indi  yəqin  bərk  inciyib  və  ürəyi  sınıbdır,  nə  qədər 

dəhşətli  bir  hal!  Əvvəllər  heç  vaxt  belə  şey  olmazdı.  Bəs  mənim  ağlım 

və mərifətim hanı? Mənim idrakım və fəlsəfi laqeydliyim hanı? 

 

Doktor xəcalətindən və təəssüfündən bütün gecə yata bilmədi, səhəri isə 



saat ona yaxın poçt idarəsinə gedib müdirdən üzr istədi. 

 

Bundan mütəəssir olmuş Mixail Averyanıç içini çəkərək: 



 

- Gəlin, dünənki əhvalatı heç yada salmayaq,  – dedi və onun əlini bərk 

sıxdı. – Keçmişi yada salanın gözü çıxsın. Lyubovkin! – deyə ucadan elə 

bağırdı ki, bütün poçtalyonlar və camaat diksindi. – Stul ver görək. Sən 

gözlə!  –  deyə  barmaqlıq  arasından  ona  sifarişli  məktub  uzadan  qadının 

üstünə qışqırdı. – Görürsən ki, başım qarışıqdır! – Sonra üzünü Andrey 

Yefimıça  tutubnəzakətlə  dedi:  –  Keçmişi  yada  salmasaq  yaxşıdır. 

Oturun, əzizim, xahiş edirəm. 

 

O bir dəqiqəliyə dizlərini sığalladıqdan sonra dedi: 



 

downloaded from KitabYurdu.org




-  Sizdən  incimək  heç  mənim  fikrimə  belə  gəlməzdi.  Xəstəliklə  zarafat 

olmaz,  dostum.  Sizin  dünənki  tutmanız  doktorla  məni  qorxutdu,  sonra 

uzun-uzadı  sizin  haqqınızda  danışdıq.  Əziz  dostum,  niyə  siz  öz 

xəstəliyinizlə  ciddi  məşğul  olmursunuz?  Heç  bu  yarayan  işdir? 

Dostluğumuza ərk eləyib açıq danışmağıma sizdən üzr istəyirəm, – deyə 

Mixail  Averyanıç  pıçıldadı,  –  sizin  yaşayışınız  olduqca  pis  şəraitdə 

keçir:  darısqallıq,  natəmizlik,  qulluq  edəniniz  yox,  müalicə  üçün 

vəsaitiniz yox… Əziz dostum, doktorla bərabər sizdə bir xahişimiz var, 

məsləhətimizə  əməl  edin:  xəstəxanada  yatıb  özünüzü  müalicə  etdirin! 

Orada  yemək  də,  qulluq  da,  müalicə  də  var.  Söz  yanınızda  qalsın, 

Yevgeni  Fyodorıç  ətiacı  adam  olsa  da,  məlumatlıdır,  ona  tamamilə  bel 

bağlamaq olar. Mənə söz verib ki, sizinlə məşğul olar. 

 

Andrey  Yefimıç  poçt  müdirinin  səmimiliyindən  və  birdən-birə 



yanaqlarında  işıldayan  göz  yaşlarından  mütəəssir  olub,  əlini  döşünə 

qoydu və: 

 

- Hörmətli dostum, buna inanmayın! – deyə pıçıldadı. – Onların sözünə 



inanmayın! Yalan danışırlar! Mənim xəstəliyim yalnız bundan ibarətdir 

ki, iyirmi il ərzində bu şəhərdə yalnız bircə ağıllı adam tapmışam, ancaq 

o  da  dəlidir.  Məndə  heç  bir  xəstəlik  yoxdur,  ancaq  mən  çıxış  yolu 

olmayan bir tilsimə düşmüşəm. Fərqi yoxdur, mən hər bir şeyə hazıram. 

 

- Xəstəxanada yatmağınız məsləhətdir, əziz dostum. 



 

- Məndən ötrü heç fərqi yoxdur, istər lap qəbir olsun. 

 

-  Ancaq,  dostum,  xahişim  budur,  söz  verəsiniz  ki,  Yevgeni  Fyodorıçın 



dediklərinə qulaq asacaqsınız. 

downloaded from KitabYurdu.org




 

-  Söz  verirəm.  Ancaq  təkrar  edirəm,  hörmətli  dostum,  mən  tilsimə 

düşmüşəm. İndi hər şey, hətta dostlarımın səmimi müdaxiləsi belə, bircə 

şeyə  –  mənim  məhv  olmağıma  sövq  edilibdir.  Mən  məhv  oluram  və 

bunu mətanətlə etiraf edirəm. 

 

- Fikir etməyin əzizim, sağalarsınız. 



 

Andrey Yefimıç əsəbi halda dedi: 

 

-  Bu  sözlərdən  nə  çıxar?  Ömrünün  axırında,  mənim  indi  keçirdiyim 



haləti  keçirməyə  adam  tək-tək  tapılar.  Sizə  desələr  ki,  məsələn, 

böyrəkləriniz  xarabdır  və  ürəyiniz  şişibdir,  özünüzü  müalicə  etdirməyə 

başlarsınız  və  ya  sizə  dəli,  yaxud  da  cani  desələr,  xülasə,  adamların 

diqqəti sizə cəlb olunsa, – bilin ki, çıxılmaz bir tilsimə düşmüsünüz. Bu 

tilsimdən  çıxmağa  can  atdıqda,  yolunuzda  daha  da  azacaqsınız.  Bu  cür 

vəziyyətdə  təslim  olmaq  lazımdır,  çünki  heç  bir  insan  qüvvəsi  sizi  bu 

fəlakətdən qurtara bilməyəcəkdir. Məncə belədir. 

 

Barmaqlığın dalındakı adamlar getdikcə artırdı. Andrey Yefimıç müdirin 



işinə mane olmasın deyə, ayağa qalxıb xudahafizləşməyə başladı. Mixail 

Averyanıç, xəstəxanada yatacağına dair ondan bir daha söz aldı və onu 

bayır qapıya qədər ötürdü. 

 

Həmin  gün  axşama  yaxın  Xobotov  gözlənilmədən  Andrey  Yefimıçın 



yanına gəldi, əynində yarımkürk, ayağında da uzunboğaz çəkmə vardı, o 

elə bir əda ilə danışmağa başladı ki, guya dünən heç bir şey olmayıbmış. 

 

downloaded from KitabYurdu.org




-  Sizin  yanınıza  bir  iş  üçün  gəlmişəm,  dostum.  Sizi  dəvət  etmək 

istəyirəm: mənimlə konsiliuma gəlmək istərsinizmi? 

 

Andrey  Yefimıç  Xobotovun  onu  gəzinti  ilə  əyləndirmək  və  ya  ona 



doğrudan  da  pul  qazanmaq  üçün  imkan  vermək  niyyətində  olduğunu 

güman  edib,  tez  geyindi  və  onunla  bərabər  küçəyə  çıxdı.  O,  dünənki 

taqsırını  ört-basdır  etməyə  və  barışmağa  can  atırdı,  dünənki  əhvalat 

haqqında dilinə bir kəlmə belə söz gətirməyən və ehtimal ki, ona yazığı 

gələn Xobotova ürəkdən təşəkkür edirdi. 

 

Andrey Yefimıç soruşdu: 



 

- Xəstəniz haradadır? 

 

-  Mənim  xəstəxanamda.  Mən  çoxdan  bəri  onu  sizə  göstərmək 



istəyirdim… Çox maraqlı bir xəstəlikdir. 

 

Xəstəxana  həyətinə  girdilər,  baş  korpusu  ötüb,  ruhi  xəstələrin  olduğu 



fligelə  yollandılar.  Nədənsə  buraya  gələnəcən  heç  danışmadılar.  Nikita 

adəti üzrə yerindən sıçrayıb, ayaq üstə dik durdu. 

 

Xobotov Andrey Yefimıçla palataya girərkən asta səslə dedi: 



 

-  Burada  bir  xəstənin  ciyərində  ağırlaşma  əmələ  gəlmişdir.  Siz  burada 

gözləyin, mən bu saat gəlirəm. Stetoskop gətirəcəyəm. 

 

downloaded from KitabYurdu.org




Xobotov bayıra çıxdı. 

 

  



 

XVII 


 

  

 



Hava  qaralırdı.  İvan  Dmitriç  üzünü  yastığa  tıxayıb  öz  yataöında 

uzanmışdı;  iflic  xəstə  hərəkətsiz  oturub  yavaşca  ağlayır  və  dodaqlarını 

titrədirdi. Kök mujik və keçmiş çeşidçi yatmışdılar. Sakitlikdi. 

 

Andrey  Yefimıç  İvan  Dmitriçin  çarpayısında  oturub  gözləyirdi.  Yarım 



saata  qədər  keçdi  və  palataya  Xobotovun  əvəzində  Nikita  girdi, 

qucağında xalat, kimin isə köynək-tumanı və tuflisi vardı. 

 

O sakitcə dedi: 



 

- Buyurun geyinin, zati-aliləri. – Yəqin, təzə gətirilmiş boş bir çarpayını 

göstərərək əlavə etdi: – Yatağınız budur, buraya buyurun. Eybi yoxdur, 

Allahın köməkliyi ilə sağalarsınız. 

 

Andrey  Yefimıç  məsələni  anladı.  Dinməz-söyləməz  durub  Nikitanın 



göstərdiyi çarpayıda oturdu; Nikitanın dayanıb gözlədiyini gördükdə, lüt 

soyundu və soyunduğuna xəcalət çəkdi. Sonra xəstəxana paltarını geydi, 

downloaded from KitabYurdu.org



tuman  çox  gödək  idi,  köynək  uzun  idi,  xalat  isə  quru  balıq  qoxusu 

verirdi. Nikita: 

 

-  Allah  qoysa,  sağalarsınız,  –  deyə  təkrar  etdi  və  Andrey  Yefimıçın 



çıxartdığı paltarı qucağına alıb bayıra çıxdı və qapını bağladı. 

 

Andrey  Yefimıç  utana-utana  xalata  bürünərək  və  öz  təzə  kostyumunda 



dustağa  oxşadığını  hiss  edərək  düşünürdü:  “Fərqi  yoxdur…  İstər  frak 

olsun,  istər  mundir  olsun,  istərsə  də  bu  xalat  olsun  –  heç  fərqi 

yoxdur…”. 

 

Bəs  saat?  Yan  cibindəki  yazı  dəftərçəsi?  Papiros?  Nikita  paltarı  hara 



apardı?  İndi,  deyəsən,  ölənə  kimi  daha  şalvar,  jilet  və  çəkmə  geymək 

müyəssər  olmayacaq.  Bütün  bunlar  ilk  zamanlar  ona  bir  növ  qəribə  və 

hətta  anlaşılmaz  görünürdü.  Andrey  Yefimıç  indi  də  bu  fikirdə  idi  ki, 

meşşan Belovanın evi ilə 6 №-li palata arasında heç bir fərq yoxdur, bu 

dünyada  hər  şey  mənasız  və  qarmaqarışıqdır,  bununla  belə  Andrey 

Yefimıçın əlləri əsir, ayaqları soyuyurdu, bir azdan sonra İvan Dmitriçin 

durub  onu  xalatda  görəcəyi  fikrindən  qorxurdu.  O,  durub  otaqda  bir  az 

gəzdi və yenə oturdu. 

 

Yarım saat, bir saat oturdu, bu cür boş-boşuna oturmaqdan bərk darıxdı; 



əcəba,  bu  adamlar  kimi  burada  günlərlə,  həftələrlə  və  hətta  illərlə 

yaşamaq  olarmı?  Andrey  Yefimıç  darıxdığından  oturur,  gəzir,  yenə  də 

otururdu;  gedib  pəncərədən  bayıra  baxmaq  və  otaqda  var-gəl  eləmək 

olar.  Bəs  sonra?  Büt  kimi  hey  bu  cür  oturub  düşünməkdən  nə  çıxar? 

Yox, bu mümkün deyil. 

 

downloaded from KitabYurdu.org




Andrey Yefimıç uzandı, lakin tez ayağa qalxdı, xalatının qolu ilə alnının 

tərini  sildi  və  üzü  quru  balıq  qoxusu  verdiyini  hiss  etdi.  Yenə  otaqda 

gəzinməyə başladı. Qollarını heyrətlə açaraq dedi: 

 

- Burada anlaşılmazlıq var… Məsələni aydınlaşdırmaq lazımdır, mütləq 



anlaşılmazlıq var… 

 

Bu  zaman  İvan  Dmitriç  yuxudan  oyandı.  Çarpayısında  oturub 



yumruqlarını yanaqlarına dayadı. Tüpürdü. Sonra tənbəl-tənbəl doktora 

baxdı və yəqin ki, ilk dəqiqə heç bir şey anlamadı; lakin az sonra onun 

yuxulu  üzü  acıqlı  və  istehzalı  bir  şəkil  aldı.  Gözünün  birini  qıyaraq, 

yuxulu səsi ilə xırıldadı: 

 

-  Aha,  dostum,  sizi  də  buraya  basdılar!  Çox  şadam,  vaxt  var  idi  siz 



adamların qanını içirdiniz, indi də sizinkini içəcəklər. Gözəl işdir! 

 

Andrey Yefimıç İvan Dmitriçin sözlərindən qorxaraq: 



 

- Burada bir növ anlaşılmazlıq var, – dedi, çiyinlərini qısdı və: – Bir növ 

anlaşılmazlıq var, – deyə təkrar etdi. 

 

İvan Dmitriç yenə tüpürüb yerinə uzandı. 



 

-  Mənhus  həyat!  –  deyə  donquldandı.  –  Bu  həyatın,  çəkilən  iztirablar 

qarşısında  mükafatla,  opera  apofeozu  ilə  deyil,  ölümlə  bitəcəyini 

düşünmək nə qədər acı, nə qədər ağırdır! Ölən kimi mujiklər gəlib qol-

qıçından  yapışacaq  və  səni  zirzəmiyə  atacaqlar.  Uf!  Zərər  yoxdur…  O 

downloaded from KitabYurdu.org




dünyada da kefimiz kök olacaqdır. Mən o dünyadan kabus kimi buraya 

gəlib  bu  əclafları  qorxudacağam.  Məni  gördükdə  qorxudan  saçları, 

saqqalları ağaracaq. 

 

Moyseyko qayıtdı və doktoru gördükdə əlini ona uzadıb dedi: 



 

- Bir qəpik sədəqə ver! 

 

  

 



XVIII 

 

  



 

Andrey  Yefimıç  pəncərəyə  yanaşıb  çölə  baxdı.  Hava  qaralırdı,  üfüqdə, 

sağ tərəfdən soyuq və tünd qırmızı ay çıxmaqda idi. Xəstəxana barısının 

təqribən  yüz  sajanlığında  daş  divarla  hasarlanmış  uca  bir  ev  vardı.  Bu, 

həbsxana idi. 

 

“Bax,  həqiqət  budur!”  –  deyə  Andrey  Yefimıç  düşündü  və  onu  dəhşət 



bürüdü. 

 

Ay da, həbsxana da, hasarın üstünə çalınmış  mıxlar da, sümükyandıran 



zavodun  uzaq  alovu  da  dəhşətli  idi.  Arxa  tərəfdən  iniltili  səs  eşidilirdi. 

Andrey Yefimıç geri döndü, döşündə parlaq ulduzları və ordenləri olan 

downloaded from KitabYurdu.org



bir adam gördü, bu adam gülümsəyir və hiyləgərcəsinə göz vururdu. Bu 

da Andrey Yefimıça dəhşətli göründü. 

 

Andrey Yefimıç öz-özünü inandırırdı ki, ayda da, həbsxanada da qəribə 



bir  şey  yoxdur,  ruhən  sağlam  olan  adamlar  da  orden  taxırlar  və  bütün 

bunlar  vaxtilə  çürüyüb  torpağa  dönəcəklər,  lakin  birdən  onu  elə  bir 

ümidsizlik  qapladı  ki,  hər  iki  əli  ilə  barmaqlıqdan  yapışıb  var  gücü  ilə 

onu silkələdi. Möhkəm barmaqlıq heç qımıldanmadı da. 

 

Sonra  qorxusu  artmasın  deyə  gedib  İvan  Dmitriçin  yanında  oturdu.  O, 



titrəyərək və alnının soyuq tərini silərək dedi: 

 

- Ruhdan düşdüm, əzizim. Ruhdan düşdüm. İvan Dmitriç istehza ilə ona 



dedi: 

 

- Siz hələ bir az da filosofluq eləyin. 



 

- Aman Allah, aman Allah… Elədir, elədir… Siz, gərək, demişdiniz ki, 

Rusiyada  fəlsəfə  yoxdur,  amma  hər  kəs,  hətta  xırda-xuruş  adamlar  da 

filosofluq edir. Axı bu cür adamların filosofluq etməsinin heç kəsə zərəri 

yoxdur,  –  deyə  Andrey  Yefimıç  ağlamaq  istəyən  və  qarşısındakının 

ürəyini  yumşaltmağa  çalışan  bir  adam  kimi  dilləndi.  –  Daha  bu  cür 

istehzalı  gülüş  nəyə  lazımmış?  Bu  xırda-xuruş  adamlar  təmin 

olunduqları halda, necə filosofluq etməsinlər? Ağıllı, mərifətli,  məğrur, 

azadlıq sevən, Allah sifətli bir şəxs üçün çirkin, sarsaq bir şəhərə aralıq 

hakimi getməkdən və ömrünü küpə qoymaq, zəli salmaq, qan aldırmaqla 

keçirməkdən başqa çıxış yolu yoxdur. Bu qədər şarlatanlıq, məhdudluq, 

bayağılıq olar? Ay Allah! 

 

downloaded from KitabYurdu.org




-  Siz  axmaq  söz  danışırsınız.  Aralıq  həkimi  olmağı  bəyənmirdinizsə, 

nazir gedəydiniz. 

 

-  Heç  yerə,  heç  yerə  mümkün  deyil.  Biz  acizik,  əzizim.  Əvvəllər  mən 



laqeyd  idim,  sağlam  və  ağıllı  mühakimələr  yürüdürdüm,  ancaq  həyat 

qaba  bir  surətdə  mənə  toxunan  kimi  ruhdan  düşdüm…  Bu,  yorğunluq 

nəticəsi  idi…  Biz  zəifik,  yaramazıq…  Siz  də  beləsiniz,  mənim  əzizim. 

Siz  ağıllısınız,  alicənabsınız,  ana  südü  ilə  birlikdə  sizə  gözəl  hisslər 

aşılanmışdır, lakin həyata qədəm qoyan kimi yorulub xəstələnmisiniz… 

Zəifsiniz, zəif? 

 

Qaranlıq  çökəndə  Andrey  Yefimıçı,  qorxu  və  inciklik  hissindən  başqa, 



zəhlətökən bir şey də yormağa başladı. Nəhayət, o, başa düşdü ki, xətri 

pivə və papiros istəyir. 

 

-  Mən  buradan  çıxacağam,  əzizim,  –  dedi.  –  Deyəcəyəm  buraya  işıq 



gətirsinlər… Dözə bilmirəm… qüvvəm çatmır… 

 

Andrey  Yefimıç  gedib  qapını  açdı,  lakin  Nikita  cəld  yerindən  sıçrayıb 



onu qabaqladı: 

 

- Hara gedirsiniz? Olmaz, olmaz! – dedi. – Yatmaq vaxtıdır! 



 

Andrey yefimıç tələsik dedi: 

 

- Mən ancaq bircə dəqiqə həyətdə gəzmək istəyirəm! 



 

downloaded from KitabYurdu.org




- Olmaz, olmaz, buyruq yoxdur. Özünüz ki, yaxşı bilirsiniz. 

 

Nikita qapını çırpdı və arxasını qapıya dayadı. 



 

Andrey Yefimıç çiyinlərini qısaraq soruşdu: 

 

- Mən buradan çıxsam, kimə zərər toxuna bilər? Başa düşə bilmirəm! – 



Sonra titrək bir səslə dedi: – Nikita, mən çıxmalıyam! Mənə lazımdır! 

 

Nikita öyüd tərzində dedi: 



 

- Qayda-qanunu pozmayın, yaxşı deyil! 

 

İvan Dmitriç birdən: 



 

-  Bu  nə  oyundur,  belə  də  iş  olar?  – deyə  bağırdı  və  yerindən  sıçradı.  – 

Onun  nə  haqqı  var  buraxmasın?  Onlar  nə  cəsarətlə  bizi  burada 

saxlayırlar?  Qanunda,  gərək  ki,  aydın  deyilir:  heç  kəs  məhkəməsiz, 

azadlıqdan məhrum edilə bilməz! Bu zorakılıqdır! Özbaşınalıqdır! 

 

Andrey Yefimıç İvan Dmitriçin bağırmasından ürəklənərək dedi: 



 

- Əlbəttə, özbaşınalıqdır! Mənə lazımdır, ona görə də çıxmalıyam! Onun 

haqqı yoxdur! Burax, sənə deyirəm! 

 

downloaded from KitabYurdu.org




İvan Dmitriç: 

 

-  Eşitmirsən,  qanmaz  heyvan?  –  deyə  bağırdı  və  yumruğu  ilə  qapını 



döydü. – Aç, yoxsa qapını sındıraram! Qaniçən! 

 

Andrey Yefimıç bütün vücudu ilə əsərək çığırdı: 



 

- Aç qapını! Mən tələb edirəm! 

 

Nikita qapı dalından: 



 

- Danış görək! – deyə cavab verdi. – Danış! 

 

-  Heç  olmasa  Yevgeni  Fyodoriçi  buraya  çağır!  De  ki,  səni  Andrey 



Yefimıç bir dəqiqəliyə yanına çağırır! – Sabah özü gələcəkdir. 

 

İvan Dmitriç sözünə davam edərək dedi: 



 

-  Bizi  heç  vaxt  buraxmayacaqlar!  Burada  çürüdəcəklər.  Pərvərdigara, 

doğrudanmı  o  dünyada  cəhənnəm  yoxdur  və  bu  alçaq  həriflər 

bağışlanacaqlar! Bəs ədalət hanı? Aç qapını, yaramaz, bağrım çatladı! – 

deyə  o,  cır  səslə  qışqırdı  və  qapıya  təkan  verdi.  –  Vurub  başımı 

partladaram! Qatillər! 

 

Nikita tez qapını açdı, əlləri ilə, dizi ilə Andrey Yefimıçı kobud surətdə 



itələdi,  sonra  qolaylanıb  üzünə  bir  yumruq  ilişdirdi.  Andrey  Yefimıça 

downloaded from KitabYurdu.org




elə gəldi ki, guya başından böyük bir dalğa aşdı və onu çarpayıya doğru 

sürüklədi; ağzı doğrudan da şor olmuşdu; ehtimal ki, dişləri qanamışdı. 

Üzüb  dalğanın  üstünə  çıxmaq  istəyirmiş  kimi,  əllərini  havada 

yırğalamağa  başladı  və  kimin  isə  çarpayısından  yapışdı,  bu  zaman 

Nikitanın iki dəfə kürəyinə vurduğunu hiss etdi. 

 

İvan  Dmitriç  ucadan  bağırdı,  yəqin  onu  döyürdülər.  Sonra  hər  şey 



sakitləşdi.  Ay  işığı  barmaqlıqdan  keçərək  döşəməyə  tor  kimi  şəbəkəli 

kölgə  salmışdı.  Adamı  vahimə  bürüyürdü.  Andrey  Yefimıç  nəfəsini 

gizlətmişdi:  onu  bir  daha  vuracaqlarını  qorxu  ilə  gözləyirdi.  Sanki  bir 

adam orağı qapıb onun sinəsinə və bağırsaqlarına saplamış və burmuşdu. 

Ağrının  gücündən  yastığı  dişləyirdi,  dişlərini  bərk-bərk  qıcamışdı; 

birdən  bu  hərc-mərclik  içində  başından  dəhşətli,  dözülməz  bir  fikir 

keçdi:  ayın  işığında  indi  qara  kilkələr  kimi  görünən  bu  adamlar  da, 

demək,  illər  boyu  hər  gün  onun  bu  saat  hiss  etdiyi  ağrıları,  işgəncələri 

keçirmişlər. Necə olmuşdur ki, o iyirmi il ərzində bu zavallıların çəkdiyi 

əzab və iztirabdan xəbəri olmamış və bunu bilmək də istəməmişdir. O, 

ağrının nə olduğunu bilmirdi, demək müqəssir deyildi, lakin Nikita kimi 

lal  və  qaba  olan  vicdan  onu  təpədən  dırnağa  qədər  soyumağa  məcbur 

etdi.  Andrey  Yefimıç  yerindən  dik  atıldı,  var  gücü  ilə  bağırmaq, 

Nikitanı,  sonra  Xobotovu,  nəzarətçini  və  feldşeri,  axırda  da  özünü 

öldürmək üçün tez qaçmaq istədi, lakin sinəsindən heç bir səs çıxmadı, 

ayaqları da ona tabe olmadı, o, hirsindən təngnəfəs olub əynindəki xalatı 

və köynəyi parçaladı, döşəməyə sərələnib özündən getdi. 

 

  



 

XIX 


 

  

downloaded from KitabYurdu.org




 

Ertəsi  gün  səhər  onun  başı  bərk  ağrıyır,  qulaqları  uğuldayırdı,  bütün 

bədəni  əzgin,  taqətsiz  idi.  Dünənki  zəifliyini  xatırlayarkən,  utanmır, 

sıxılmırdı.  Dünən  o,  qorxaqlıq  göstərir,  hətta  aydan  da  qorxurdu, 

qabaqlarda  heç  ağlına  gətirmədiyi  hissləri  və  fikirləri,  məsələn, 

filosofluq  edən  xırda-xuruş  adamların  təmin  edilmədiyi  fikrini 

səmimiyyətlə ifadə edirdi. İndi isə ondan ötrü heç bir şeyin fərqi yox idi. 

 

O, yemir, içmir, hərəkətsiz uzanır və qusurdu. 



 

Ona  sual  verəndə:  “Məndən  ötrü  fərqi  yoxdur,  –  deyə  düşünürdü.  – 

Cavab verməyəcəyəm… Məndən ötrü fərqi yoxdur”. 

 

Nahardan sonra Mixail Averyanıç gəlib ona bir çetvər çay, bir girvənkə 



də  marmelad  gətirdi.  Daryuşka  da  gəldi,  qüssəli-qüssəli  düz  bir  saat 

onun  çarpayısının yanında  hərəkətsiz  dayandı.  Doktor  Xobotov da  onu 

ziyarət  etdi.  O  bir  şüşə  bromlu  kalium  gətirmişdi.  Nikitaya  tapşırdı  ki, 

palataya dərman qoxusu versin. 

 

Axşama  yaxın  Andrey  Yefimıç  apoplektik  zərbədən  öldü.  Əvvəlcə 



özündə sarsıdıcı bir üşütmə və ürəkbulanma hiss etdi; elə bil murdar bir 

şey  bütün  bədənini,  hətta  barmaqlarını  bürüyərək,  mədəsindən  başına 

yayıldı, gözlərini və qulaqlarını qapladı. Gözlərində yaşıl işıltılar əmələ 

gəldi.  Andrey  Yefimıç  əcəlinin  çatdığını  anladı  və  İvan  Dmitriçin, 

Mixail  Averyanıçla  və  milyonlarla  adamların  əbədiyyətə  inandıqlarını 

xatırladı.  Bəlkə  əbədiyyət  var?  Lakin  o  bu  əbədiyyəti  istəmirdi,  bunu 

yalnız bir anlığa düşünmüşdü – dünən kitabda oxuduğu fövqəladə gözəl 

və  zərif  bir  maral  sürüsü  gözünün  önündən  keçdi;  sonra  bir  arvad  ona 

məktub uzatdı… Mixail Averyanıç nə isə bir söz dedi. Sonra hər şey yox 

oldu və Andrey Yefimıç əbədi yuxuya getdi. 

downloaded from KitabYurdu.org



 

Mujiklər  gəlib  onun  qol-qıçından  yapışdılar  və  ibadətxanaya  apardılar, 

stol  üstünə  uzatdılar.  Andrey  Yefimıçın  gözləri  açıq  qalmşdı,  ay  işığı 

üstünə  düşmüşdü.  Səhər  Sergey  Sergeiç  gəlib  çarmıxa  çəkilmiş  İsanın 

təsviri  qarşısında  dua  oxudu  və  keçmiş  müdirinin  gözlərini  qapadı. 

Ertəsi  gün  Andrey  Yefimıçı  dəfn  etdilər.  Dəfndə  Mixail  Averyanıçdan 

və Daryuşkadan başqa heç kəs yox idi. 

downloaded from KitabYurdu.org



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin