234
E.ə II əsr
Böyük İpək yolu salındı. Çindən gələn ticarət yolu dünya ticarət yollarına
qoşuldu.
I əsrin əvvəlləri
Çində
«Qırmızıqaşlılar» üsyanı baş verdi.
184-204-cü illər
Çində «Sarısarıqlılar» üsyanı baş verdi.
***
E.ə. III minillik
Hindistanda ilk qədim şəhərlər meydana gəldi.
E.ə. II minillik
Ari tayfaları Hindistana köç etdilər.
E.ə. I minilliyin birinci yarısı
Hindistanda ilk dövlətlər meydana gəldi.
E.ə. 317-ci il
Hindistanda padşah Çandraqupta Mauriya dövlətinin əsasını qoydu.
E.ə 317 – e.ə 180-ci illər
Hindistanda
Mauriya sülaləsinin hakimiyyəti dövrü.
E.ə. III əsrin II yarısı
Padşah Aşoka tərəfindən Hindistan ilk dəfə vahid dövlətdə birləşdirildi.
E.ə. VI əsrin sonu
Hindistan Əhəmənilər imperiyası tərəfindən işğal edildi.
E.ə. IV əsrin 20-ci illəri
Makedoniyalı İskəndər Hindistanın şimal-qərbinə hücum etdi.
E.ə. I əsr
Hindistanda daşdan yonulmuş darvaza inşa olundu.
***
E.ə. III-II minillik
Krit adasında Avropanın ən qədim və ilk dövləti yarandı.
E.ə. II minillik
Təbii fəlakət nəticəsində Krit mədəniyyəti süqut etdi.
E.ə. II minillik
Cənubi Yunanıstanda
Mikena mədəniyyəti yarandı.
E.ə. II minilliyin sonları
Mikena mədəniyyəti Yunanıstanın şimalından gələn dori tayfaları tərəfindən
məhv edildi. Dorilər Cənubi Yunanıstanda Lakonika vilayətini tutdular.
E.ə. VIII-VI əsrlər
İlk yunan şəhər-dövlətləri yarandı. Orta Yunanıstanda – Afina, Cənubi
Yunanıstanda – Korinf və Sparta, Egey dənizi sahillərində - Milet, Efes və
Rodos şəhər dövlətləri yarandı.
E.ə. VIII əsr
Akropolda yaşayan adlı-sanlı adamlar Attikanın bütün əhalisini özlərinə tabe
etdilər.
E.ə. VII əsr
Dorilər Messeniya vilayətini tutdular. Spartada quldarlıq dövləti yarandı.
E.ə. VII əsr
Afinada gümüş pul kəsildi.
E.ə. VII əsr
Demosla aristokratlar arasında mübarizə başladı. Afinada Drakon qanunları
tərtib edildi.
E.ə. 594-cü il
Afinada Solon islahatları həyata keçirildi.
E.ə. VI əsrin sonları
Afina ordu və donanmaya başçılıq etmək üçün strateqlər seçməyə başlandı.
Eə. VI əsr
Afinada qara fiqurlu amforalar istehsal olunmağa başlandı.
E.ə. V əsr
Afinada qırmızı fiqurlu amforalar istehsal olunmağa başlandı.
Dostları ilə paylaş: