Amid Səlimoğlu Bəyaz Dəhliz
90
Elə
bu
an pencərə
tərəfdə dayanmış
adamlardan biri stulun üstünə çıxaraq əllərini yana
açdı. Sonra ayağından çıxardığı tərliyi sağ əli ilə
yuxarı qaldıraraq ucadan danışmağa başladı:
Ey şəhər müftisi, səndən huşyarıq,
Bunca sərxoşluqla səndən pərgarıq.
Biz
şərab içirik, sən xalq qanını,
İnsaf et, hansımız daha qəddarıq?
– Sağ ol, Şair. – Qarşısında bardaş qurub
oturanlar qışqıraraq adamı alqışlayırdılar.
Adamsa əllərini birləşdirərək təzim edir,
minnətdarlığını bildirirdi.
Sabir onların nə etdiyini başa düşməmişdi.
Yusifə baxaraq nə baş verdiyini anlamağa çalışdı.
– Onlar nə edirlər?
– Teatra baxırlar. – Yusif əllərini bir-birinə
vuraraq dedi.
– Necə yəni?
– O, stulun üstündə gördüyün adam teatrda
aktyor işləyirdi.
– Bəs niyə buradadır?
– İndi kimdir teatra gedən! Həyat yoldaşı,
uşaqları tərk ediblər onu. İşsizlik, dərd-qəm insanı
buralara qədər gətirib çıxarır.
– Elədir. – Sabir dərindən nəfəs alaraq dedi.