Amea şƏk reg onal elm məRKƏZ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə8/11
tarix10.06.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11
qoruyaraq  saxlayıb.  Bu  məlumatı  qurultay  alqışlarla 
qarşılayıb.  
İslam  bəy  1919-da  Bakıda  keçirilən  müəllimlərin  1-ci 
qurultayını da protokollaşdırmışdı.  
O,  dövrünün  mətbuat  orqanlarıyla,  o  sıradan  “Molla 
Nəsrəddin”  jurnalıyla  da  əməkdaşlıq  edib.  Burada  onun 
məqalələri çap olunub.  
1920-də  kommunistlər  onu  Müsavat  Partiyasının  fəal 
üzvü kimi güllələyiblər. 
ƏBDÜLMABUD ƏFƏNDİYEVİN İFADƏSİ 
Əsərimizin  qəhrəmanının  tufanlı  həyatının  qaranlıq 
anlarına  yaxından  bələd  olmaq  baxımından  DT  çavuşu 
Xasayevin 1937-ci il fevralın 9-da Əbdülmabud Abdulla oğlu 
Əfəndiyev
’dən şahid kimi aldığı ifadə çox maraqlıdır.  
Öncə  Əbdülmabud  Əfəndiyevin  özü  haqqında.  55 
yaşındadır,  Şəki  şəhər  sakinidir,  Zavod  küçəsi  74-də 
yaşayır,  ailəlidir,  10-illik  məktəbin  müəllimidir,  1921/22-
də  AK(b)P-dən  xaric  edilib,  indi  bitərəfdir,  1923-də  DSİ 
orqanları  onu  həbs  edib,  ancaq  iş  almayıb,  1908-də 

 
121 
İstanbulda seminariya bitirib, cari ildə Pedaqoji İnstitutu 
qiyabi yolla qurtarıb. 
Ə.Əfəndiyevin  ifadəsi  onun  hər  şeydən  öncə  əla 
yaddaşı olduğunu, həqiqətpərəstliyini, Əliabbas Qədimo-
vu  çox  gözəl  tanıdıdığını  və  sevdiyini  göstərir.  Həkimin 
həyatıyla bağlı istintaqa dediyi çox maraqlı faktları yalnız 
ona  ürək  qızdıran  ən  yaxın  dostu  açıb  söyləyə  bilərdi. 
Göründüyü  kimi,  Əfəndiyev  ağzından  çıxanlar  tam 
həqiqətdir və onların arxasında yalnız xoş niyyət dayanır.    
Ə.Əfəndiyevin ifadəsindən oxuyuruq: 
 
“Mən  həkim  Əliabbas  Qədimovu  1918-ci  ildən  tanıyıram. 
Bildiyim qədərincə, onun atası çar hakimiyyəti dövründə xırda 
ticarətlə  məşğul  olub,  [Ə.Qədimov]  bir  müddət  Türküstanda 
yaşayıb.  
Əliabbas  vaxtaşırı  Şəkidə  olarkən  özündən  tez-tez  söhbət 
açardı.  Onun  dediyi  bir  sıra  faktları  hazırda  su  elektrik 
stansiyasında  mexanik  işləyən 
Vahid  Əfəndiyev  və  İpək 
müəssisəsinin direktoru 
Əliəşrəf İsmayılov da təsdiqləyiblər.  
Əliabbas  Qədimovun  söylədiklərinə  görə,  əvvəl  Aşqabad 
gimnaziyasında,  daha  sonra  Qazanda  təhsil  alıb.  O  zaman 
hansısa  bir  siyasi  təşkilatın  üzvü  olub,  bu  təşkilatın  terror 
xarakterli  tapşırıqlarını  yerinə  yetirib,  hətta  jandarmları 
öldürmək  zərurətiylə  üz-üzə  qalıb.  Əliəşrəf  İsmayılovun  təsdiq 
etdiyinə  görə,  Qədimovla  rastlaşan  jandarmların  özlərini 
tamamilə  itirməsi  kimi  hallar  da  müşahidə  edilib. 
O, 
jandarmları  öldürdükdən  sonra  artıq  Türküstanda 
yaşaya bilməyərək Bakıya dönür. Ancaq Ə.Qədimov burada 
da təqib olunur.  

 
122 
Bir  dəfə  Parapetdə
44
 polis  tərəfindən  mühasirəyə  alınsa  da 
vəziyyətdən  çıxış  yolu  tapıb  qaça  bilir.  Bu  hadisədən  sonra 
İrana  gedir.  O, 
İranda  rus  konsulluğunda  katib  kimi  işə 
düzəlir.  Özünün  dediyinə  görə,  İranda  böyük  ticarət  şəbəkəsi 
olan  şəkili  tacir 
Abbas  Əliyev  ona  maddi  yardım  göstərib. 
Yenə  öz  sözlərinə  görə,  çar  hökuməti  onun  İranda  rus  konsul-
luğunda  işlədiyini  müəyyən  edərək  məktub  vasitəsiylə  konsul-
dan  həbs  olunmasını  tələb  edir.  Xoşbəxtlikdən  bu  məktub  ilk 
dəfə  Əliabbas  Qədimovun  əlinə  düşür.  O,  ifşa  olunduğunu 
bilərək  konsulun  ünvanına  bildiriş  yazır.  Orada  bəyan  edir  ki, 
axtarılan  şəxs  məhz  onun  özü,  yəni  konsulun  katibidir.  Sonra 
yazdığı bu izahat qeydini konsulun masasının üzərinə qoyaraq 
oranı tərk edir.  
Əliabbas  Qədimov  Türkiyəyə  qaçır. 
Bir  müddət  univer-
sitetin  tibb  fakültəsinin  pansionatında  kuryer  işləyir. Bu 
hadisə,  deyəsən,  1909-1910-cu  illərdə  baş  verib.  O,  Türkiyədə 
universitetin tibb fakültəsini bitirərək həkim ixtisasına yiyələnir. 
Sonra  Türk  ordusunun  tərkibində  Dünya  müharibəsinin 
müxtəlif  cəbhələrində  həkim  kimi  hərbi  əməliyyatlarda  iştirak 
edir.    
 
Çar  hakimiyyəti  devrildikdən  sonra,  deyəsən,  1918-ci  ildə 
Türkiyədən  Şəkiyə  qayıdır  və  burada  həkim  işləməyə  başlayır. 
Qısa  müddətdən  sonra  Şəkidə  böyük  nüfuz  qazanır.  O,  Şəkidə 
Məhəmmədəli  Xəlifəzadə,  Veysəl  Mustafayev,  Hüseyn 
Kişli,  Əbdülkərim  İmamzadə,  İstanbuldan  olan  Şövkət 
Aydəmir  oğlu  və  Yaşar’la  birgə  Müsavat  Partiyasının  yerli 
özəyini  yaradır.  Onlar  tez-tez  yığıncaqlarda  və  qonaqlıqlarda 
                                                 
44
 Bakıda indiki Fəvvarələr meydanında. 

 
123 
Müsavat təşkilatının xeyrinə çıxışlar edirlər. Müsavat təşkilatı 
Şəkidə  qurulduğu  qaydada  nüfuza  malik  deyildi.  Digər  milli 
partiyalar Müsavatın şiələrin təşkilatı olması haqqında şayiələr 
yayırdılar. Şəki əhalisinin əksəriyyəti isə sünni idi. Bu səbəbdən 
Əliabbas  Qədimov  və  Məhəmmədəli  Xəlifəzadə  sovetləşmə 
ərəfəsində  Müsavat  təşkilatını  tərk  etdilər.  Elə  buna  görə  də 
Veysəl Mustafayev onlardan incidi”.  
DEYİLƏNƏ SÖZARDI 
Doğrucul  şahidin  səmimi  ifadəsini  yarımçıq  kəsərək 
oxuculara  onun  buradək  dediklərinə  bəzi  aydınlatmalar 
verməyə ehtiyac duyuruq. 
Bundan  öncə  Məhəmmədiyyə  Əfəndiyevin,  indi  də 
Əbdülmabud  Əfəndiyevin  ifadələrində  Müsavatın  Şəki 
özəyinin aparıcı simalarının adları çəkilir. 
Şəkidə  Müsavat  Partiyasının  lideri  olmuş,  Qori  Müəl-
limlər  Seminariyasını  bitirmiş  Məhəmmədəli  Xəlifəzadə 
Nuri  Cümhuriyyət  dönəmində  Şəki  Ali  İbtidai  Məktə-
binin  müfəttişi  və  müəllimi  (3),  sovet  dönəminin  ilk 
çağlarında  Şəkidə  6-aylıq  pedaqoji  kursların  müdiri 
işləyib (7). 
Müsavat Partiyasının 1919-un dekabrında keçirilmiş 2-
ci qurultayında o, qurultay kürsüsündən şıxış edib. 1919-
da  Üzeyir  bəy  Hacıbəyli’nin  redaktorluğu  altında  çıxan 
“Azərbaycan”  qəzetində  bu  qurultayın  gedişini  işıqlan-
dıran  geniş  hesabatda  M.Xəlifəzadənin  çıxışı  haqqında 
oxuyuruq:  
 

 
124 
 
“Natiq  məruzədə  bulunaraq:  Nuxanın  tələbatı  başqa 
yerlərə  nisbətən  büsbütün  ayrı  olduğunu,  oranın  polis 
məmurları  hökumətin  qərarnaməsinə  inanmadıqlarındanmı, 
nədən  isə  fürsəti  qənimət  bulub  rüşvət  almaqla  xəlqi  soymağı 
kəndilərinə vəzifə ədd ediyorlar – diyor. Natiqin zənnincə, əgər 
ümumpolis məmurlarının üstünə məxfi müfəttiş təyin olunub 
tez-tez  polis  məmurlarının  əməl  və  hərəkəti  təftiş  olunarsa  bu 
rüşvətxorluq aradan götürülər.  
İkinci məsələ əsgər və zabitan barəsində olduğundan əhvali-
hazirə müsaid olmadığı üçün növbədən çıxarılıyor. Natiq poçta 
və  teleqraf  işlərinin  qaidəsiz  olduğundan  mürasilətin  ləngə 
düşdügünü,  Zaqatala  vilayətindən  Nuxaya  ərzaq  keçməsi 
qadağan olduğu üçün ərzaq barəsində Nuxa əhalisinin güzəranı 
 
 
Məhəmmədəli 
Xəlifəzadə
 
 
 
Veysəl Mustafayev
 

 
125 
xeyli  çətin,  fəqət  bir  para  müfəttinlər
45
 tərəfindən  əvam  cəmaət 
arasında  Müsavat  Firqəsi  əleyhinə  buraxılan  böhtanlardan  do-
layı şöbənin fəaliyyəti dayandırıldı. Nəhayət, o böhtanların yer-
siz olduğu aşkar olduğuna görə altı ay bundan əqdəm yenə ciddi 
fəaliyyətə  başladığını  bildirir.  Ətrafda,  xüsusən  mərkəzimiz 
olan  Bakıda  ciddi  mübəlliğlərin  azlığı  və  fəaliyyətsizliyi 
səbəbiylə  sabiqdə  Müsavat  Firqəsinə  mənsub  olan  adamlar 
Bakıya  gəlib  öz  yerlərinə  övdət  etdikləri
46
 zaman  qeyri-
müsavatçı  olur.  Hər  halda,  bu  xüsuslarda  lazımi  tədbirlər 
görülməsini arzu ediyor”
 (8, 33-34). 
 “Şəki  üsyanı”  kitabımızda  Şəki  müsavatçılarından 
bəhs  edilib,  ancaq  Hüseyn  Kişli’dən  danışmamışıq.  Bu 
əsərdə  onun  ömür  yoluna  dair  bəzi  məlumatları  oxucu-
lara təqdim edirik. 
Hüseyn  Kişli  –  Hüseyn  əfəndi  Hacı  İshaq  əfəndi  oğlu 
Əfəndizadə/Qarayev  təxminən  1884-də  anadan  olub, 
1944-də vəfat edib.  
“Qarayev”
 soyadını 1930-cu il hadisələri zamanı və ulu 
babası  Hacı  Gəray’ın  adından  götürüb  (deməli,  soyadı 
əslində  Qarayev  yox,  Gərayov’dur).  İlk  təhsilini  atasından 
alıb,  İstanbul  Universitetində  oxuduqdan  sonra  Şəkiyə 
qayıdıb,  daha  sonra  Azərbaycan  Pedaqoji  İnstitutunu 
bitirib.  Şəkidə  yaradılmış  Sənaye  Texnikumunun  direk-
toru  olub,  Şəki  Pedaqoji  Texnikumunda  dərs  deyib. 
Akademiyanın  müxbir  üzvü  Əbdüləzəl  Dəmirçizadə  onun 
tələbəsi olub. 
                                                 
45
 Fitnəkarlar. 
46
 Qayıtdıqları. 

 
126 
Hüseyn  Kişli  incə  qələmli 
söz  ustası  kimi  tanınıb.  Onun 
ədəbi  yaradıcılığı  hekayələr-
dən,  şeirlərdən  və  dini  risalə-
lərdən  ibarətdir.  İlk  kitabı 
1915-də  Tiflisdə  nəşr  olunub 
(14, 114). 
İfadədə  adı  çəkilən  Şövkət 
Sürəyya  Aydəmir  (1897-1976) 
Türkiyənin  məşhur  tarixçi-
lərindən  biridir.  Onun  babası 
Bolqarıstanın  Dəliorman  yörə-
sinin  ən  böyük  torpaq  sahib-
lərindən  olub.  Ancaq  Türkiyə-Yunanıstan  savaşı  nəticə-
sində  onun  ailəsi  var-dövlətini  buraxaraq  Ədirnəyə  qaç-
malı  olub.  Şövkət  Sürəyya  1897-ci  ildə  burada  doğulub. 
Kiçik  yaşlarından  siyasətlə  maraqlanıb.  1908-də  ikinci 
məşrutiyyətin  elan  edilməsi  ona  çox  təsir  göstərib,  11 
yaşında  “İttihad  və  tərəqqi”yə  üzv  olub.  Sonralar  peda-
qoji məktəbdə oxuyub və müəllimlik edib.  
Fəridə Müfit Tək
’in “Aydəmir” romanını oxuyaraq özü-
nü  romanın  baş  qəhrəmanı  Aydəmirə  bənzədib  (soyad 
qanunu çıxdıqdan sonra “Aydəmir” soyadını seçib).  
Alovlu bir turançı ikən Qafqaza əsgər kimi gəlib. Geri 
qayıdaraq Ədirnədə Qurtuluş Savaşına qatılınca müstəqil 
Azərbaycan Cümhuriyyəti Türkiyədən müəllim istəməyib 
və  o  da  Azərbaycana  yola  düşüb.  Şəkiyə  gələrək  burada 
müəllimlik  edib.  Qısa  müddətdə  xalqa  qaynayıb-qarışıb. 
 
 
(Şövkət Sürəyya 
Aydəmirin fotosu) 
 

 
127 
Cümə  namazlarında  imam  xütbəsindən  öncə  alovlu 
çıxışlar  edərək  Azərbaycan  Türklərinə  türklüyü  və 
bağımsızlığı anladıb. O, Şəkini, şəkililər də onu çox sevib. 
Burada Sitarə adlı ilk sevgisini tapıb.  
Qarabağda  ermənilər  qanuni  hökumətə  qarşı  üsyan 
edərkən  Şəki  və  yörəsindən  toplanan  könüllülər  Aydə-
mirin  komandanlığı  altında  ermənilərlə  savaşa  gedib.  Bu 
savaş  qazanılıb  və  Əsgəran  keçidi  açılıb.  Aydəmir  bir 
qəhrəman kimi tanınıb. Savaşdan dönərkən yolda “İttihad 
və  tərəqqi”nin  əski  önəmli  şəxslərindən  Tələt Muşkara  ilə 
və Ənvər paşa’nın əmisi Xəlil paşa ilə tanış olub.  
O,  1920-nin  aprelində  Şəkiyə  girən  rus  ordusunu 
maraqla izləyib.  
Şəhərin  ən  hörmətli  adamlarından  biri  olaraq  Bakıda 
keçirilən Şərq xalqları qurultayına Şəki nümayəndəsi kimi 
qatılıb. 
Qurultayda 
dünyanın 
bir 
çox 
yerindən 
nümayəndələri  görmək  onu  şaşırdıb.  Türklər,  hindlilər, 
iranlılar,  əfqanlar,  monqollar,  ərəblər  və  başqa  bir  çox 
millətləri  bir  araya  gətirən  ideologiyanın  nə  olduğunu 
daha yaxşı bilməyə qərar verib.  
Zinovyev
’in sədrlik etdiyi toplantıda uşaqlığının qəhrə-
manı  Ənvər  paşa’nın  əriyib  getməsinə  şahid  olub.  Ənvər 
paşanın  danışılanları  yetərincə  anlamadığını  və  Yaşıl 
Ordunun  tam  bir  xəyal  olduğunu  orada  başa  düşüb. 
Qurultayda  “milli  məsələ”  mövzusundakı  söhbətlər  də 
ona çox təsir göstərib.  

 
128 
Bütün  bu  deyilənlər  Ş.S.Ay-
dəmirin “Suyu arayan adam” tər-
cümeyi-hal  romanında  genişlik-
lə əksini tapıb.  
Qurultaydan  sonra  Türkiyə 
kommunistlərinin  toplantısına 
qatılan Aydəmir burada Mustafa 
Subhi,  Ədhəm  Nəjat
  və  İsmayıl 
Haqqı
 kimi kommunistlərlə tanış 
olub.  Onun  yurda  qayıtması  və 
Milli Mücadiləyə qatılması üçün 
şərait  yaradılıb.  Ancaq  Bakıdan 
Şəkiyə  döndükdə  xoşagəlməz 
durumla üzləşib. Öncədən xalqın böyük maraq göstərdiyi 
turançı  söhbətləri  ucbatından  bolşeviklər  onu  ciddi 
nəzarətə götürüblər.  
Türkiyəyə  qayıtmaq  istərkən  Tiflisdə  Alim  Abid
47
 
adlı 
bir  gənc  tatar  bolşeviklə  tanış  olub  və  onun  təşviqiylə, 
sonsuz  bir  eşqlə  sevdiyi  Sitarəni  buraxmaq  bahasına, 
Moskvaya  bolşevik  inqilabını  öyrənməyə  yollanıb.  O, 
Şərq  Zəhmətkeşlərinin  Kommunist  Universitetinə
48
 girib. 
(Universitetdəki Türk tələbə yoldaşlarından  bir də Nazim 
Hikmət
’dir).  Aydəmir  burada  marksizmi  mənimsəyib. 
                                                 
47
 Alimov  Abid  Əhmədcan  oğlu  (1900-1935)  XI  ordunun  tərkibində 
Azərbaycana  gəlib  və  Azərbaycan  SSR-in  ilk  səhiyyə  komissarı 
(naziri)  olub  (28  aprel  –  5  iyun  1920).  Sonralar  Leninqrada  gedərək 
türkoloji tədqiqatlar aparıb, professor olub.  
48
 Bu,  Kominternin  Moskvada  1921-dən  1938-ədək  fəaliyyət 
göstərmiş ali məktəbidir.  
 

 
129 
Ancaq  maraqlıdır  ki,  bu  dönəmdə  Lenin  sağ  olsa  da  o, 
Trotski’
yə daha çox meyl göstərib.  
Beləliklə, Şövkət Sürəyya 4 il öncə Türkiyədən turançı 
kimi    gəldiyi  halda,  1923-də  oraya  kommunist  kimi  geri 
dönüb. 1924-də onun  Sədrəddin Cəlal Antel’lə bərabər  ha-
zırladığı  “Lenin  və  leninizm”  adlı  kitabı  çıxıb.  1925-də 
Türkiyə  kommunist  partiyasının  3-cü  qurultayında  7 
nəfərlik  icra  komitəsinə  seçilib.  Siyasi  fəaliyyətinə  görə 
1925-də  həbs  olunub  və  18  ay  yatdıqdan  sonra  buraxılıb, 
məmurluq həyatına başlayıb. 
 
1932-də  bir  sıra  dostları  ilə  “Kadro”  dərgisini  çıxarıb. 
Dərginin təməl məqsədi marksizmi kamalizmlə müqayisə 
edərək iki düşüncəni inkişaf etdirmək və bir qəlibdə ərit-
məkdi.  Bu  dərgi  1935-də  36-cı  sayından  sonra  kamalizmi 
dəyişdirməyə çalışmaqda suçlanaraq qapadılıb. 
27  may  1960  hərbi  çevrilişinədək  müxtəlif  dövlət 
vəzifələrində  bulunan  Şövkət  Sürəyya  27  maydan  sonra 
sosialist  təmayüllü  “Devrim”  və  “Yön”  dərgilərində  yaz-
mağa başlayıb. 
25 mart 1976-da dünyasını dəyişib. 
Atatürkün  həyatını  incələyən  “Tək  adam”  silsiləsinin, 
İsmət  İnönü’
nün  həyatını  anladan  3  cildlik  tərcümeyi-ha-
lın,  “Makedoniyadan  Orta  Asiyaya  Ənvər  paşa”,  “Suyu  ara-
yan adam”, “Menderesin dramı?”, “Torpaq oyanırsa”, “İxtila-
lın  məntiqi”,  “Qəhrəmanlar  doğmalıydı”
  və  başqa  məşhur 
əsərlərin müəllifidir. 
Sənəddə  adı  Ş.S.Aydəmirlə  yanaşı  çəkilən  Yaşar 
əfəndi’yə  gəlincə,  o  da  Türkiyədən  gəlmiş  müəllimdi.  18 

 
130 
noyabr  1919-da  AC  maarif  naziri  Rəşid  xan  Qaplanov’un 
əmriylə Şəki kişi gimnaziyasına riyaziyyat müəllimi təyin 
edilmişdi  (16).  O,  az  sonra  xəstələnərək  vəfat  edib  və 
Şəkidə  basdırılıb.  Aydəmir  Şəkiyə  gəldikdə  onun  cənazə 
törəniylə qarşılaşıb və dəfn mərasimində alovlu nitq söy-
ləyib.  Bu  müəllimin  cox  gənc  yaşında  dünyasını  dəyiş-
məsi  haqqında  həm  Aydəmirin  “Suyu  arayan  adam” 
romanında, həm də ozamankı mətbuatımızda bilgi var. 
Ə.ƏFƏNDİYEVİN İFADƏSİNİN ARDI 
Əbdülmabud Əfəndiyev bugünün tarixçiləri üçün çox 
maraqlı və dəyərli olan yeni-yeni faktları sadalamaqdadır:  
“Hətta  belə  bir  hadisə  olmuşdu:  mən, 
Əfəndiyev  Əbdür-
rəşid, Qədir Ağa oğlu, Məhəmmədiyyə və Abid Əfəndiyev 
Şəki şəhərində sovetləşməyədək AK(b)P-nin özəyini yaratmışdıq. 
Bundan  xəbər  tutan  Əliabbas  Qədimov  mənə  demişdi:  “Mən 
sizin  aşağıdan  təşkilat  yaratmağınızı  alqışlayıram”.  Bu  məsə-
ləni  ondan  gizli  saxladığımdan  dedim  ki,  bizim  heç  bir  təşkila-
tımız yoxdur.  
Sovetləşmədən sonra, 1920-ci ildə millətçi olmadığını, onda 
bu təmayülün İranda, bir kitabxanada olduğu zaman meydana 
gəldiyini  bildirən  Əliabbas  Qədimov  AK(b)P  sıralarına  daxil 
oldu. 
1921-ci ildə Qədimov AK(b)P-nin digər üzvləri, o cümlədən 
Həşim  Məhəmmədzadə,  Əliəkbər  Mahmudov  və  Həsən 
Əbdürəhman  oğlu  ilə  birlikdə  Xüsusi  Şöbə  tərəfindən  həbs 
edildilər. O zaman mən özəyin katibi idim. 

 
131 
Mən  məktubla  Xüsusi  Şöbəyə  müraciət  edərək  belə 
adamlara  ehtiyacımız  olduğunu  bildirib  onların  azad 
edilməsini  xahiş  etdim.  Həbs  olunan  bu  adamlar  25  gün 
sonra  azad  edildilər.  Ancaq  Xüsusi  Şöbədən  məni  xəbərdar 
edərək  bildirdilər  ki,  Həşim  Məhəmmədzadə  “Əhrar”  partiya-
sının  üzvüdür.  Əliəkbər  Mahmudov  isə  nəzarət  altında  olmaq 
şərtiylə azad edilmişdi. 
Xüsusi  Şöbə  qırmızı  ordunun  tərkibinə  birləşdirildikdən 
sonra bu qəbildən olan işlər Tribunalın icraatına verildi. 
Ə.Qə-
dimov  bundan  sonra  həkimlik  fəaliyyətinə  son  qoyub 
vəkil  işləməyə  başladı.  Tribunalın  sessiyalarında,  məhkə-
mələrdə  çıxışlar  edirdi.  Nəhayət,  o  yenidən  həbs  olundu,  bir 
aydan  artıq  yatdıqdan  sonra  azad  edildi. 
Tribunaldan  edilən 
təklif  əsasında  vəkillikdən  imtina  etdi.  Əliabbas  Qədi-
movu  tribunalın  əlindən  atası  aldı.  Guya  onun  hansısa 
xidməti olmuşdu ki, bu da tribunal üzvlərinə bəlli idi. 
Qədimov  1921-ci  ildə  Zaqatalada  məskunlaşdı. 
1923/24-də 
Ə.Qədimov  DSİ  tərəfindən  Zərgər  Əlibala,  Kar  Dəllək 
ləqəbiylə tanınan Nəsrulla Əfəndiyev, Məhəmməd Vahab 
oğlu  və  Baba  Qəbulov’la  birlikdə  həbs  edildi.  Bu  dəfə 
onları mühakimə edib hər birinə 2,5 və 3 il iş verdilər. Ə.Qədi-
mov  həbs 
cəzasını  Şəkidə  çəkdi.  Ara-sıra  xəstəxanaya  da 
gəlirdi. Nəzarət altında olmaq şərtiylə azad edildikdən sonra bir 
müddət  burada  işlədi. 
1930-cu  ildə  Bakıya  köçdü.  Mənə 
məlum olduğuna görə, son vaxtlar o, Qubada yaşayır”. 
Göründüyü  kimi,  müstəntiqin  istəyinə  baxmayaraq 
Ə.Əfəndiyev  Əliabbas  həkim  haqqında  “lazımi”  məlu-
matlar vermir, əksinə, sanki üzünü gələcəyin araşdırıcıla-

 
132 
rına  (yəni  bizlərə)  tutaraq  onun  tərcümeyi-halında  unu-
dulmamalı 
məqamları 
sadalayır. 
Şahidin 
tarix 
baxımından  dəyərli  faktlarla  zəngin  ifadəsindən  daha 
sonra öyrənirik:  
“Şəkidə  baş  verən  üsyan  ərəfəsində  mən  Qədimovu  Bakıda 
görmüşdüm. O, mənə dedi ki, müalicə üçün Suraxanıya palçıq 
vannası  qəbul  etməyə  gəlmişəm. 
Beləliklə,  üsyan  zamanı 
Qədimov Şəkidə deyil,  Bakıda olub. 
Əlavə  edib  bildirirəm  ki,  1918-də  Türkiyədə  seminariya 
bitirən, hazırda Bakıda müəllim işləyən 
Əhməd Bayramzadə
49 
Qədimovu tərifləyərək deyirdi ki, Avropa müharibəsi ərəfəsində 
İsveçdə  sosialistlərin  qurultayı  çağırılıb.  Qədimov  İstanbuldan 
bu qurultaya nümayəndə seçilib. 
Qədimovun 
Bəhram  bəy  Nəbibəyov’la  əlaqələri  mənə 
məlum deyil”. 
Yəqin  ki,  müstəntiq  Ə.Qədimovu  dolaşdırmaq  üçün 
1930-cu  il Şəki üsyanının başçılarından olmuş Bəhram bəy 
Nəbibəyov
’la onun əlaqə saxlaması haqqında Ə.Əfəndiyev-
dən  söz  qoparmaq  istəyib,  ancaq  yenə  də  məqsədinə 
çatmayıb. 
Göründüyü  kimi,  şahid  Əbdülmabud  Əfəndiyev 
ağzıbütöv adamdır və nəinki Əliabbas Qədimovu “ilişdir-
məyə”  çalışan  çekistlərin  əlinə  “dişədəyən”  heç  bir  fakt 
verməyib, əksinə, ən kiçik fürsətdə belə onun xeyrinə olan 
faktları  qabardıb,  onun  təmizə  çıxarılmasına  cəhd  edib. 
Elə  buna  görədir  ki,  izahat  bitdikdən  sonra  o,  Ə.Qədi-
                                                 
49
 Əhməd  Bayramzadə  1919-cu  ildə  Şəki  kişi  gimnaziyasının 
müəllimi idi (5). 

 
133 
movun  xeyrinə  olacaq  bir  hadisəni  də  xatırlayarıb  və 
onun dindirmə protokoluna salınmasına nail olub: “Daha 
bir əlavə edib məlumat verirəm ki, Vahid Əfəndiyev Qədimovun 
özünün yanında deyib ki, Aşqabadda maşınist işləyərkən tez-tez 
parovozda  Əliabbas  Qədimovun  verdiyi  gizli  ədəbiyyatı 
daşımışam”
. Əslində bu, “Əliabbas Qədimov inqilabçı olub, 
ondan əl çəkin” deməkdir. 
ƏLİƏŞRƏF KƏRİMOVUN İFADƏSİ 
DT çavuşu Xasayev 11 fevral 1937-də Şəki şəhər sakini, 
Şəki ipək kombinatının direktoru, 1920-dən AK(b)P üzvü, 
ailəli,  savadlı,  mühakimə  olunmamış,  Azərbaycan  SSR 
vətəndaşı Əliəşrəf İsmayıl oğlu Kərimov’u da şahid kimi 
dindirib.  İnsanları  gedərgəlməzə  göndərən  bədnam 
“üçlüy”ün  Şəkidə  ən  fəal  üzvlərindən  olan  Ə.Kərimov 
nəinki  doğma  şəhərində,  hətta  ətraf  bölgələrdə  də  çox 
evlər  yıxıb,  çox  ocaqlar  söndürüb.  Bu  peşəkar  çekist 
Ə.Qədimovu  da  aradan  götürmək  üçün  onun  haqqında 
bildiyi  və  eşitdiyi  hər  şeyi  ən  xırdalığınadək  ortaya 
qoyub.  Onun  Türkiyədə  oxuduğunu  və  türkpərəst  oldu-
ğunu istintaqın nəzərinə çarpdırmaq üçün onu “Qədimov 
Abbas əfəndi” adlandırır:  
“Həkim  Qədimov  Abbası  1917-ci  ildən  həkim  kimi  tanıyı-
ram. Həmin vaxt o, Türkiyədən gəlmişdi və ona “Abbas əfəndi” 
deyirdilər.  Qədimov  Abbasın 
əksinqilabi  fəaliyyəti  ilə  bağlı 
mənə aşağıdakılar bəllidir. 
Hələ 1919-cu ildə Dağlıq Qarabağda erməni-müsəlman 
qırğını  vaxtı  Qədimov  Abbas  və  Nurməhəmməd  əfəndi 

 
134 
Şəki şəhər camaatını məscidə yığaraq (indi orada 10-illik 
məktəb  yerləşir)  və  könüllülər  toplamaq  üçün  təşviqat 
apardılar. Abbas əfəndi çıxış edərək belə deyirdi: “Mən əsl 
müsavatçı  kimi  çıxış  edirəm”  və  s.,  könüllü  yazılmağı 
təklif edirdi. 
Sovetləşmədən  sonra  Qədimov  Abbas  əfəndi  hansı  yollasa 
partiyaya soxuldu, ancaq hər halda Xüsusi Şöbə onu həbs etdi, 
sonra kiminsə işə qarışması ilə azad olundu. 
1921-ci  ildə  indiki  Zaqafqaziya  MİK
50
 sədri 
Musabəyov 
yol.  sovetlərin  yenidən  seçilməsi  üçün  Şəkiyə  gəldi,  onda 
Qədimov  Abbas  əfəndi  çox  çalışdı  ki,  onu  seçsinlər,  ancaq 
ümumi yığıncaqda onu müsavatçı kimi ifşa etdilər. 
Heç zaman mənim yanımda elə bir hal olmayıb ki, hətta çar 
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə