Amea şƏk reg onal elm məRKƏZ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə3/11
tarix10.06.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

 
50 
Bu sənəd Əliabbas Qədimovun ömür yolunun 1921-ci 
ilədək olan dönəmini yetərincə dəqiq işıqlandırır. Ə.Qədi-
movun  Əli  bəy  Hüseynzadə  kimi  dahi  bir  şəxsiyyətlə, 
başqa çox görkəmli insanlarla birgə Stokholmda keçirilən 
sosialistlərin  qurultayında  iştirak  etməsi  ciddi  öyrənil-
məyə layiq mövzudur. 
Ə.Qədimovun  kommunist  partiyasının  Şəkidə  törət-
diyi  əməllər  haqqında  yazdığı  həqiqətlər  əslində  bütün 
Azərbaycandakı  durumu  çox  gözəl  əks  etdirirdi.  Sovet 
hökumətinin  1920-ci  ilin  mayından  dekabrınadək  olan 
qısa  müddətdə  Şəkidə  əhalinin  rəğbətini  qazanmış  milli 
burjua  nümayəndələri  Məhəmmədağa  Qədimbəyov,  Hacı 
Səlim oğlu, Mehdiqulu Zülfüqarov,
  Məşədi Zülfüqarov, Yaqub 
Səfərəli  oğlu,  Mehdi  Hüseynov,  Süleyman  Mustafa  oğlu, 
Həmzə  Əsədullayev,  Məşədi  Əsədullah  Qafarov,  Azaq 
Mustafayev,  Məcid  Mustafa  oğlu
  və  başqalarının  nəinki 
bütün  əmlakları  müsadirə  olunmuş,  özləri  də  cismən 
məhv  edilmişdilər.  Məhz  bu  amil,  Ə.Qədimovun  yazdığı 
kimi, fəhlələrin durumunu xeyli çətinləşdirmişdi.  
1921-ci  ilin  əvvəlində  “Qafqaz  kommunası”  qəzetində 
dərc olunmuş bir məlumat Əliabbas həkimin Azərbaycan 
kəndinin  vəziyyəti  haqqında  yazdıqlarını  təsdiq  edir. 
Orada  deyilir:  “Şəki  Qəza  Revkomunun
24  
sədri  Abid 
Əfəndiyev  və  kommunist  firqəsinin  idarə  heyətinin  üzvü 
Əbdürrəşid İnçə, Zunut, Aşağı Göynük, Baş Göynük və Aşağı 
                                                 
24
 İnqilab  komitəsi  (rusca  “рeволюционный  комитет»  söz 
birləşməsinin qısaltmasıdır). 
 

 
51 
Layıskı  kəndlərində  olarkən  əhali  şikayətlənib  bildirmişdi  ki, 
sizin  dediyinizə  görə,  qızıl  ordu  nümayəndələrinin  vəzifəsi 
füqəra  hökumətinin  müdafiəsidir.  Fəqət  onlar  əhalidən  zor  və 
hədə  ilə  qoşqu  heyvanları,  araba,  ərzaq  alır,  nalayiq  hərəkətlər 
edirlər”
 (17, 31). 
Qırmızı  ordu  və  Xalq  Ərzaq  Komissarlığı  (XƏK) 
əhalini  soyub-talayırdı.  XƏK-nın  xəttiylə  Azərbaycan 
əhalisindən  4.480.000  pud  buğda  və  arpa,  13.200  baş 
heyvan,  380.000  pud  meyvə-tərəvəz,  ordunun  vasitəsiylə 
isə  700.000  pud  buğda  və  arpa,  20.600  baş  heyvan 
müsadirə  edilmişdi  (15,  43).  Azərbaycanın  Moskvadakı 
səlahiyyətli  nümayəndəsi  Behbud  Şahtaxtinski  müsadirə 
kampaniyasında  iştirak  edən  bolşevik  məmurların  bəd 
əməlləri  haqqında  Lenin

ə  verdiyi  məlumatda  bildirirdi: 
“Azərbaycan  kəndliləri  bir  şeyi  xahiş  edir  və  yalvarırlar:
  “Nə 
varsa  hamısını  birdəfəlik  alın  və  ailə  ocaqlarımızı 
gündəlik  qeyri-mütəşəkkil  və  təhqiredici  basqınlardan 
xilas edin” (6, 14). 
Əliabbas  Qədimov  kommunist  partiyasından  çıxmaq 
üçün yazdığı ərizədə  elə bu rəzalətlərdən bəhs edirdi. O, 
bununla da özünü bolşevik rejiminin daimi zərbəsi altına 
salmış oldu, 1920-ci ildən 1936-cı ilin dekabrınadək qədər 
dörd  dəfə  həbs  edildi.  Onlardan  yalnız  ikisinin  istintaq 
protokolu əlimizdədir.  
CİN BƏXTİYARIN KİŞİLİYİ 
    Əliabbas  Qədimovun  həyatına  dair  məlumatların 
xeyli  hissəsini  sovet  xüsusi  xidmət  orqanları  qıfıl  altında 

 
52 
saxlamış,  bir  hissəsinin  üzərinə  isə  zaman  öz  pərdəsini 
çəkmişdir. Belə məlumatların sorağı  ilə axtarışda olarkən 
dildən-dilə  keçərək  indiyədək  yaşayan  bir  xatirə  tapıntı  
kimi üzə çıxdı. 
Eşitdiyimizə görə, ötən əsrin iyirminci illərində Şəkidə 
hələ türmə olmadığından, dustaq Əliabbas həkimi Gəncə 
həbsxanasına göndərmək qərarına gəlirlər. Çekistlər onun 
yolda  qaça  biləcəyindən  ehtiyatlanaraq  Şəkidə  Cin 
Bəxtiyar
  ləqəbilə  tanınan,  olduqca  cəsarətli  və  qoçaq  bir 
adamı  ona  nəzarətçi  qoyurlar.  Əslində  bu  adama  gizli 
tapşırıq  verilibmiş  ki,  o,  bir  neçə  günlük  səfər  zamanı 
münasib  bir  yerdə  dustağı  öldürüb  cəsədini  dərələrin 
birinə atsın və cinayətin izini itirsin. 
Yolun  uzunluğu,  vaxtın  çoxluğu  dustaqla  nəzarətçini 
istər-istəməz həmsöhbətə çevirir. Əliabbas həkimin sözü-
söhbəti,  ədəb-ərkanı  Cin  Bəxtiyara  elə  güclü  təsir 
bağışlayır ki, onu öldürmək nədir, hətta qaçmasına şərait 
yaratmaq istəyir. 
Araba Xanabad kəndinə çatdıqda Cin Bəxtiyar üzünü 
Əliabbas həkimə tutub deyir : 
– Mən özümü pis hiss edirəm, burada bir qədər qalıb 
dincəlməliyəm.  İki  gündən  sonra  səhər  saat  9-da  məni 
arabaçı ilə birlikdə Gəncə türməsinin yanında gözləyin.  
  Bununla  Cin  Bəxtiyar  əslində  açıq-aşkar  qaçmağa 
tam şərait yaradırdı və əmin idi ki, dustaq ona verilən bu 
imkandan  yararlanıb  hökmən  qaçacaq.  Ancaq  dediyi 
vaxtda  Gəncə  həbsxanasına  yaxınlaşan  nəzarətçi  yerində 
donub  qalır  –  Əliabbas  həkim  dustaqxananın  yanında 

 
53 
arabada  oturaraq  onu  gözləyir!  Bəxtiyar  kişinin  dustağı 
türməyə  təhvil  verib  Şəkiyə  dönməkdən  özgə  çarəsi 
qalmır.  
Bu  əhvalat  gerçək  də  ola  bilər,  uydurma  da.  Aradan 
neçə-neçə  illər  ötüb.  Ortada  bunu  təsdiqləyəcək,  yaxud 
danacaq  heç  bir  sənəd,  tutarqa  qalmayıb.  Ancaq  bu 
rəvayət  Ə.Qədimovun  iç  dünyasını,  xasiyyət  və 
mənəviyyatını  olduqca  dəqiq  əks  etdirir.  Əlimizdəki 
maddi sübutlar – çoxlu sənədlər bu gerçəkliyi dönə-dönə 
təsdiqləyir. 

 
54 
İ K İ N C İ   B Ö L Ü M  
S O N U N C U   H Ə B S 
 
 
(Əliabbas Qədimov həbsxanada) 
STALİN ZİNDANINDA
 
Əliabbas  Qədimov  1920  və  1921-də  tutularkən  hələ 
SSRİ  mövcud  deyildi.  Doğrudur,  formal  baxımdan  Azər-
baycanın  müstəqil  olduğu  bəyan  edilir  və  hətta  İnqilab 
Komitəsinin  sədri,  sonra  Xalq  Komissarları  Şurasının  da 
sədri,  gerçəkdən  müstəqil  olmuş  və  Avropanın  de-fakto 
tanıdığı  ilk  milli  dövlətimizi  –  Azərbaycan  Cümhuriy-
yətini  yıxmaq  üçün  Rusiyaya  əlindən  gələn  hər  cür 
yardımı  etmiş  Nəriman Nərimanov  onun  rəhbəri  sayılırdı, 
ancaq  ölkənin  gerçək  ağası  çar  dönəmindəki  kimi  yenə 
ruslardı  və  Nərimanovun  səlahiyyətləri  FK-nın  adi  mə-
murlarının,  yaxud  Azərneftin  rəhbəri  Serebrovski’nin 

 
55 
katibəsinin səlahiyyətlərindən də azdı. Təkcə bunu demək 
yetər  ki,  Nərimanovun  ən  çalçağırlı  vaxtında  –  1920-nin 
iyulunda  “ÇK”-nın  iki  əməkdaşı  onu  və  Azərbaycan 
nazirlərini “İslam” gəmisində iki saat həbsdə saxlamışdı!
25
 
Bu  dönəmin  səciyyəvi  cəhəti  ondaydı  ki,  çar  zama-
nında olduğu kimi indi də Azərbaycanın təbii sərvətlərini 
heç  kəsə  gənəşmədən  sümürən  və  burada  da  kadr  siya-
sətini  istədiyi  kimi  yürüdən  Rusiyanın  özündə  hakimiy-
yət  hələ  tək  əldə  cəmləşməmişdi  –  Lenin  hamıdan  öndə 
olsa da Trotski, Zinovyev, Kamenev, Rıkov da hakimiyyətdə 
gerçək söz sahibləriydi və Stalin onların çiyinləri arxasın-
dan boylanan bir fiqurdu (partiyaya başçılıq etməsinə və 
komissar  olmasına  baxmayaraq).  Dövlət  idarəçiliyi  çox-
qütblü olduğuna görə Rusiyadakı kimi Azərbaycanda da 
məhbuslar  ədalətə  müəyyən  dərəcədə  umud  bəsləyə 
bilirdilər.  Dzerjinski  cəlladları  keçmiş  qeyri-kommunist-
lərə  amansız  işgəncələr  versə  də  iş  bir  çox  hallarda 
güllələməyədək  gedib  çıxmır,  dustaqlar  bəzən  bir  neçə 
ildən, hətta bir neçə aydan sonra buraxıla da bilirdi. 
Ancaq  1937-də  Azərbaycan  artıq  “SSRİ”  adlı  vahid 
dövlətin  bölünməz  parçasıydı,  SSRİ-dən  ayrılmağı  dilə 
gətirən istənilən şəxsi güllələmə gözləyirdi və bu dövlətdə 
bütün  hakimiyyət  1934-də  Kirov’un  öldürülərək  sıradan 
çıxarılmasından sonra təkcə Stalinin əlində cəmləşmişdi, o 
isə  ölkəni  mövcud  iqtisadi-siyasi  böhrandan,  aclıqdan 
                                                 
25
 Bu  haqda  geniş  bilgi  almaq  üçün  baxılsın:  Azərbaycan 
Prezidenti  İşlər  İdarəsinin  Siyasi  Sənədlər  Arxivi,  fond  1,  siyahı  1, iş 
89, vərəq 123. 

 
56 
çıxarmağın  yeganə  yolunu  kütləvi  terrorda  görürdü. 
Qalın  buzlaqlar  altındakı  xam  qızılı  və  başqa  strateji 
məhsulları  dövlətin  malı  etmək  üçün  o,  milyonlarca 
dustağı  havayı  işlətməyi  ən  münasib  yol  seçmişdi. 
Düzdür,  milyonlarca  dustağı  əhatə  edəcək  həbs  düşər-
gələrinin  yaradılması  ideyasını  Lenin  irəli  sürmüşdü, 
ancaq  Rusiyanın  ölüm-dirim  məsələsini  həll  edəcək  bu 
dövlət  siyasətini  gerçəkləşdirmək  Stalinin  üzərinə 
düşmüşdü. Bununla o həm ölkənin  iqtisadi, sosial, siyasi 
problemlərinə  çarə  tapmağı,  həm  də  bütün  siyasi 
rəqiblərini aradan götürməyü düşünürdü.  
Bildirmək  yerinə  düşər  ki,  1937-də  dərc  edilmiş 
QULAQ
26
 arxipelaqı  düşərgələrinin  siyasında  hər  birində 
200  düşərgə  olmaqla  35  qrup  (üst-üstə  7.000  düşərgə!) 
göstərilib.  1935-1937-ci  illərdə  bu  şəbəkə  məhbuslarının 
(kişi  və  qadınlar)  ümumi  sayı  5-6  milyon  nəfər  arasında 
dəyişib. Onların çoxu məhv olub. 
Bu  düşərgələr  şəbəkəsinin  iki  ən  böyük  mərkəzindən 
biri  Komidə,  biri  isə  Lena  çayıyla  Şelixov  körfəzindən 
quzeydəki  Kolıma  dağ  zənciri  arasında  yerləşirdi.    Onla-
rın  nə  qədər  geniş  sahəni  tutduğunu  göz  önünə  gətir-
məkçün  təkcə  bunu  demək  yetər  ki,  Kolımadakı  düşər-
gələrin ərazisi Fransanın ərazisindən iki dəfə böyükdü! 
Amerika tarixçisi Alan Bullok yazır:  
                                                 
26
 Rusca  “Главное  управление  исправительно-трудовых 
лагерей  ОГПУ”  («Birləşmiş  Dövlət  Siyasi  İdarəsinin  İslah-Əmək 
Düşərgələri  Baş  İdarədi»)  adının  qısaltmasıdır.  Şəxsən  Stalinin  1929-
dakı əmriylə 1930-dan yaradılmağa başlayıb. 

 
57 
“Nə  qədər  adam  tutulub,  güllələnib  və  ölüm  düşərgəsinə 
göndərilib? Bu suala yəqin ki, heç vaxt qəti cavab almayacağıq. 
Robert Konvest’in 1991-də dərc etdirdiyi yeni faktlara əsasən, 
1930-un  başlanğıcıyla  1939-un  başlanğıcı  arasındakı  dövrdə 
həlak olanların ümumi sayı 18 milyondan az olmadığını güman 
etmək  mümkündür. 
Volkoqonov  16  milyona  yaxın  rəqəm 
göstərir, başqa qaynaqlar 20 milyondan söz açır. 
Öncədən  qırılmış  11  milyonu  çıxsaq  1937-nin  başlanğı-
cında  dustaqxana  və  düşərgələrdə,  Konvest’in  fikrincə,  yeddi 
milyona  yaxın  adam  saxlanırdı.  Yeddi  milyon  da  1937-38-ci 
illərdə həbs edilib”
27

Şübhəsiz ki, əslində mütəşəkkil dövlət cinayəti olan bu 
kütləvi  terroru  nisbətən  demokratik  mövcud  qanunlarla 
və məhkəmə sistemiylə həyata keçirmək mümkün deyildi. 
Milyonları  zindanlara  göndərməyi  asanlaşdırmaq  və 
dövlət  cinayətinə  hüquqi  don  geydirmək  üçün  o,  saxta 
Baş prokuror (Vışinski) və cinayətin izini itirmək üçün tez-
tez  dəyişərək  cismən  məhv  etdiyi,  bir-birindən  amansız 
daxili  işlər  komissarları/nazirləri  (Yaqoda,  Yejov,  Beriya
28
)
 
və  gerçək  məhkəməni  əvəz  edən  oyuncaq  “troyka” 
(“üçlük”)  yaradaraq  onların  əliylə  istədiyini  etdi.  Baş 
prokuror  Vışinski  onun  əmriylə  dünya  hüquq  sistemi 
tarixində  bənzəri  çox  az  görünən  ən  cəfəng  müddəaları 
(məsələn, 
cinayəti 
boynuna 
götürməsi 
haqqında 
məhbusun  imzasının  onun  cinayətinin  sübuta  yetirilməsi 
                                                 
27
 Алан  Буллок.  Гитлер  и  Сталин.  Жизнь  и  власть.  (Alan  Bullok. 
Hitler və Stalin. Həyat və hakimiyyət). Smolensk: Rusiç, 2-ci cild, səh. 105. 
28
 Lavrenti Beriya Stalinin ölümündən sonra məhv edildi. 

 
58 
kimi)  qanun  şəklinə  saldı.  Ölüm  hökmləri  gecikdiril-
mədən  həmin  gecə  yerinə  yetirilirdi.  “NKVD”  zindanına 
hətta  təsadüfi  yanlışlıq  (məsələn,  ad-soyadın  eyniliyi) 
üzündən  düşmüş  şəxsin  oradan  iş  almadan  çıxması 
möcüzə sayılardı.  
Ölkədə  o  qədər  işlək  çuğulçuluq  sistemi  yaradılaraq 
hay-küylə təbliğ edilirdi ki, valideynlər övladlarından, ər-
arvad  bir-birindən,  övladlar  ata  və  bacı-qardaşlarından 
“NKVD”-yə  xəbərçilik  edərək  məhbuslar  şəbəkəsini 
sürətlə  genişləndirirdilər.  Xalq  Pavlik Morozov  xəstəliyinə 
yoluxdurulmuşdu. İstənilən şəxs haqqında kiminsə yalan-
dan  “o,  hökumət  haqqında  xoşagəlməz  söz  söylədi”  de-
məsi  həbs  üçün  yetərliydi.  Artıq  1937-1938-ci  illərdə 
“Stalin  dustağı”nın  ədalətin  ən  zəif  işartısına  belə  umud 
bəsləməsi imkan xaricindəydi.  
  
Əliabbas  Qədimovun  dördüncü  həbsi  bu  dönəmə 
düşdü və sonuncu oldu.  
PR-23530 SAYLI İSTİNTAQ İŞİ 
Qarşımızda  229  vərəqlik,  hər  vərəqi  sanki  bir  ton 
ağırlığında, hər səhifəsindən haqsız insanların göz yaşları, 
hönkürtü  və  ah-nalələri,  yeri  gəldikcə  üsyan  hayqırtıları 
duyulan  çox  ciddi  bir  sənəd  var.  Bu,  Əliabbas  Əli  oğlu 
Qədimov  və  Mədinə  xanım  Mehdi  qızı  Qiyasbəyla’nin 
Azərb.  SSR  Cinayət  Məcəlləsinin  (CM)  72/73-cü  maddə-
ləriylə ittiham edildikləri, 7 dekabr 1936-cı ildə başlanıb 5 
sentyabr  1937-ci  ildə  bitmiş  13506  saylı  (indi  PR-23530 
saylı) istintaq işidir.  

 
59 
Dilsiz-ağızsız  vərəqlərdə  Azərbaycanın  iki  ən  qeyrətli 
övladının  güllələnməsinə  çalışan  allahsız  çekistlərin 
bütün saxtakarlıqları, ozamankı hüquq sisteminin heç bir 
əndazəyə  sığmayan  ədalətsizliyi,  kommunistlərin  öz 
siyasi rəqibləri olan dustaqlara düşməncəsinə münasibəti 
gerçək  əksini  tapıb.  Bu  sənəddə  yazılanlar  yalnız  adı 
çəkilən  iki  görkəmli  şəxsiyyətin  deyil,  bütövlükdə  kom-
munist  ağalığı  illərindəki  bütün  ziyalılarımızın,  millət-
sevər,  yurdsevər  insanlarımızın  bir-birinə  hədsiz  bənzə-
yən  talelərini  əks  etdirdiyinə  görə  oradakı  bəlgələrdən 
maksimum  yararlanmaqla  ən  önəmlilərini  oxuculara 
çatdıracağıq.  
“GİZLİ MÜSAVAT MK-sı 4-cü HEYƏTİNİN ÜZVÜ” 
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı (XDİK) 
Dövlət  Təhlükəsizlik  İdarəsi  (DTİ)  Gizli-Siyasi  Şöbəsi 
(GSŞ) əməkdaşlarının 29 dekabr 1936-da tərtib etdiyi,  hə-
min  şöbənin  rəisi,  dövlət  təhlükəsizliyi  kapitanı  Gerasi-
mov
’un 30 dekabrda təsdiqlədiyi arayışda Əliabbas Qədi-
movun həbs edilməsinin motivləri belə “əsaslandırılır”:  
Arayış 
12288  saylı  istintaq  işinə  əsasən  həbs  olunan  gizli  Müsa-
vatın Mərkəzi Komitəsinin 4-cü heyətinin fəal üzvlərindən biri 
də  1902-ci  ildə 
(?!  –  müəl.)  anadan  olmuş  Şəki  şəhər  sakini, 
Quba rayon xəstəxanasının həkimi 
Qədimov Abbasdır. 
İndi  həbsdə  olan  fəal  müsavatçı  Mədinə  xanım  Qiyasbəy-
linin  ifadəsinə  görə,  Abbas  Qədimov  Müsavat  təşkilatının 
üzvüdür. Qədimov Abbas 1930-cu ildə Şəkidən Bakıya, Mədinə 

 
60 
xanımın  yanına  gəlmiş  və  gizli  üsyan  təşkilatının  adından 
bildirmişdir ki, Şəki rayonunda baş vermiş üsyan hərəkatına kö-
mək  əldə  etmək  üçün  onun  vasitəsiylə  müsavatçılarla  əlaqə 
yaratmaq istəyir. 
Hesab edirik ki, bu ifadə əsasında Qədimov Əliabbasın həbs 
edilməsi  və  Azərbaycan  SSR  CM-nin  72/73-cü  maddələriylə 
məsuliyyətə cəlb olunması zəruridir. 
2-ci  gizli-siyasi  şöbənin  əməliyyat  müvəkkili,  dövlət 
təhlükəsizliyi kiçik leytenantı 
Sonkin S. 
2-ci  gizli-siyasi  şöbənin  rəisi,  dövlət  təhlükəsizliyi  baş 
leytenantı 
Atakişiyev. 
29 dekabr 1936-cı il. 
Sənədin  aşağısında  sağ  küncdə  Sonkinin  öz  əliylə 
yazaraq  qolladığı  bu  qeydi  oxuyuruq:  “Həbs  ASSR  xalq 
səhiyyə komissarı y. Pantsxava ilə razılaşdırılıb. 3/I-37”

SƏNƏDƏ SÖZARDI 
1920-ci  il  aprelin  28-də    bolşevik  Rusiyasının  işğal 
etdiyi  Azərbaycanda  Müsavat  Partiyası  gizli  fəaliyyətə 
keçməyə məcbur oldu. Məhz gizli iş  şəraitində partiyanın 
Mərkəzi Komitəsinin (MK) yeni heyəti seçildi. MK-nın 15 
nəfərdən  ibarət  bu  heyətinin  tərkibinə  Mirzəbala  Məhəm-
mədzadə
  (sədr),  Məhəmmədsadıq  Quluyev  (təşkilat  katibi), 
Əbdülvahab Məhəmmədzadə
 (müavin), Cəfər Cabbarlı (katib), 
Məhəmmədhəsən  Baharlı
  (maliyyə  katibi)  və  b.  daxil  oldu-
lar. 
1923-cü ilin sentyabrında Fövqəladə Komissiya Müsa-
vatın  gizli  mətbəəsini  aşkarladı.  Yenidən  həbslər  dalğası 

 
61 
başlandı.  Repressiya  nəticəsində  gizli  Müsavatın  ali  or-
qanı  olaraq  fəaliyyət  göstərən  MK-nın  ilk  heyəti  də 
sıradan çıxdı. 
Daim  ölüm  və  həbs  təhlükəsi  altında  yaşamalarına 
baxmayaraq  müsavatçılar  MK-nın  ikinci  heyətini  forma-
laşdıra  bildilər.  Ancaq  1926-cı  ilin  martında  FK  Mərkəzi 
Komitə  üzvləri  Dadaş Həsənov,  Əhməd Hacınski,  Əli Yusif-
zadə
  və  34  nəfər  başqa  müsavatçını  həbs  etdi.  Həmin  ilin 
oktyabrında  partiyanın  daha  31  üzvü  həbsxanaya  atıldı. 
Bununla da MK-nın ikinci heyətinin fəaliyyəti başa çatdı. 
1926-cı  ildə  Sovet  İttifaqının  beynəlxalq  durumunun 
pisləşməsi  Müsavatın  yenidən  fəallaşmasına  səbəb  oldu. 
Bu  mərhələ  1931-ci  ilədək  davam  etdi.  Həmin  dövrdə 
partiya  daha  çox  ideoloji  mübarizəyə  və  gənclərlə  aparı-
lan işə önəm verirdi. 
1927-ci  ildə  Həsənağa  Axundzadə  (məsul  katib),  Haşım 
Aslanov
  (təşkilat  şöbəsinin  müdiri)  və  Əliağa  Aslanov 
(xəzinədar)  tərəfindən  “Gənc Azər”  təşkilatı  yaradıldı.  Bu 
təşkilatın  müxtəlif  təhsil  ocaqlarında  və  sənaye  müəssi-
sələrində  özəkləri  meydana  gəldi.  Müsavatdakı  bu 
canlanma yeni repressiyaya səbəb oldu. 1929-cu ildə 1.142 
nəfər Müsavat tərəfdarı tutuldu. Həbslər, sürgünlər 1930-
1931-ci  illərdə  də  davam  etdi.  Tutulan  müsavatçıların  və 
Müsavat  tərəfdarlarının  bir  hissəsi  güllələndi,  başqa 
hissəsi  isə  sovet  imperiyasının  uzaq  şimal  vilayətlərinə 
gedərgəlməz sürgünlərə göndərildi. 
Beləliklə, 1931-ci ildə gizli Müsavat təşkilatına başçılıq 
edən MK-nın 3-cü heyətinin fəaliyyəti başa çatdı. 

 
62 
1931-1937-ci  illərdə  sovet  xüsusi  xidmət  orqanlarının 
qəddarlığıyla  üzləşən  müsavatçılar  mütəşəkkil  təşkilat 
halında  fəaliyyət  göstərə  bilməsələr  də  mütərəqqi  fikirli 
ziyalılarla gizli təşkilat və qruplar halında birləşərək milli 
dəyərlərimizi, azadlıq ideyasını təbliğ edir və yayırdılar. 
Çekistlər  həmin  dövrdə  həbs  olunaraq  istintaqa  cəlb 
edilən  şəxslərə  “müsavatçı”  ittihamı  irəli  sürür,  onların 
sırasında daha fəal olanları isə Müsavatın Mərkəzi Komi-
təsinin  4-cü  heyətinə  mənsub  olmaqda  suçlayırdılar  (8, 
155-158).  Əliabbas  Qədimov  belə  ittihama  məruz  qalan-
lardandı. 
Yeri gəlmişkən, oxucularımız Mədinə xanımı “satqın” 
adlandırmağa  qətiyyən  tələsməsinlər.  Bu  məsələnin 
kökünü  aşağıda  geniş  açıqlayacağıq  və  həqiqət  öz  yerini 
tutacaq.  
MƏDİNƏ XANIM QİYASBƏYLİNİN İSTİNTAQI 
13506  saylı  (indi  PR-23530  saylı)  istintaq  işi,  yuxarıda 
dediyimiz  kimi,  Əliabbas  Qədimovla  Mədinə  xanım 
Qiyasbəylinin ortaq “cinayət”i üzrə açılıb.  
Onların “cinayət”i kimi taleləri də  eyni oldu. Bu gün 
onların  müstəntiqə  nələr  söylədiyini  heç  bir  tarixçi  və 
hüquqşünas  təsdiqləyə  bilməz,  çünki  “NKVD”  müstən-
tiqləri,  adətən,  müttəhimlərin  on  cümləsindən  yalnız 
birini – müttəhimin özünə qarşı olanı seçir, yaxud adi bir 
cümləyə  siyasi  don  geydirərək  yazır  və  ən  müxtəlif 
vadaretmə  üsullarıyla  müttəhimə  bu  uydurmaların  altın-
dan  qol  çəkdirirdi.  Bir  çox  hallarda  işgəncədən  bayılmaq 

 
63 
dərəcəsinə  çatmış,  ağlı  üstündə 
olmayan 
məhbusa 
istənilən 
sənədi  imzaladırdılar.  Hər  şey-
dən  əl  çıxdıqda  istintaq  proto-
koluna saxta imza da atırdılar – 
kim  yoxlayacaqdı  ki?!  Çox 
təəssüf  ki,  bu  gerçəkliyi  bil-
məyən  bugünkü  soydaşımız 
istintaq  sənədlərində  üzləşdiyi 
ifadələrə  tam  inanaraq  işdə  adı 
keçən məhbusu lənətləyir, “sat-
qın”  adlandırır,  yaxud  ən 
yumşaq ifadəylə desək, qınayır. 
Bu  vacib  girişi  ona  görə  veririk  ki,  Əliabbas  Qədimovla 
Mədinə  xanım  Qiyasbəylinin  ifadələrini  də  oxucumuz 
tam  gerçəklik  kimi  qəbul  etməsin,  onların  dediklərini 
özünün məntiq süzgəcindən keçirsin.   
Öncə  baxaq  görək  Mədinə  xanım  kimdir?  Onun 
haqqında aşağıda ən qısa bilgi veririk. 
Mədinə  xanım  Qiyasbəyli  (1889-1938)  Azərbaycanın 
ən qabaqcıl maarif xadimlərindən biri, görkəmli müəllim, 
jurnalist  və  tərcüməçidir.  1889-cu  ilin  aprelində  Qazax 
qəzasının  Salahlı  kəndində  maarifpərvər  Mehdi  ağa 
Vəkilov
’un  ailəsində  dоğulub.  İlk  dini-dünyəvi  təhsilini 
valideynlərindən alıb, sоnralar Tiflisdə “Müqəddəs Nina” 
məktəbində  oxuyub.  Daha  sonra  birillik  pedaqoji  kursu 
bitirərək  müəllimlik  şəhadətnaməsi  alıb  (1905).  Təhsilini 
başa  vurduqdan  sоnra  –  17  yaşındaykən  Salahlıda  öz 
 
 
Mədinə xanım Qiyasbəyli 
zindanda 

 
64 
evində  birsinifli  ilk  kənd  qız 
məktəbi  açaraq  (1906)  оrada 
dərs  deyib.  Ömrü  boyu 
maarif və mədəniyyətin inki-
şafına çalışıb.  
Qazax və Gədəbəy bölgə-
lərində  məktəb  təşkil  edib, 
Qazax  qəzasında  xalq  mək-
təbləri  müfəttişi  olub  (1918). 
1919-da  ailə  qurub  (iki  qzı, 
bir oğlu olub). Bakıya köçən-
dən  sonra  burada  yaşadığı 
mənzildə  kurslar  təşkil  edib. 
Sonra  Türk  qızlarımız  üçün 
açılmış  Darülmüəllimata  –  qız  pedaqoji  məktəbləri  üçün 
ibtidai  sinif  müəllimləri  hazırlayan  ilk  pedaqoji  texni-
kuma  başçılıq  edib  (1920-1926).  Bakının  orta  məktəblə-
rində, Tibb İnstitutunda, Kənd Təsərrüfatı İnstitutunda və 
b. ali məktəblərdə dərs deyib.  
“Şərq  qadını”  jurnalının  yaradıcılarından  biri  kimi 
savadsızlığa qarşı mübarizə aparıb.  
Tərcüməçilik  fəaliyyətiylə  də  ardıcıl  məşğul  olub. 
Səməd  Vurğun
  A.S.Puşkinin  “Yevgeni  Onegin”  poema-
sının  tərcüməsi  üzərində  çalışarkən  qohumu  Mədinə 
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə