Amea şƏk reg onal elm məRKƏZ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/11
tarix10.06.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11

 

AMEA ŞƏK  REG ONAL ELM  MƏRKƏZ  
 
 
 
Ədalət TAHİRZADƏ 
Həbibulla MANAFLI 
 
 
 
UNUTDURULMUŞ AZMAN – 
ƏLİABBAS QƏDİMOV 
 
(Ömür yoluna zindandan baxış)
 
 
 
 
 
 
 
 
 
 
 
“APOSTROFF” 
BAKI - 2012 

 

 
 
 
Elmi redaktoru: 
prof. Şirməmməd HÜSEYNOV 
 
 
Ədalət TAHİRZADƏ, Həbibulla MANAFLI.  
T17  Unutdurulmuş azman – Əliabbas Qədimov
(Ömür yoluna zindandan baxış). Bakı, “APOSTROFF”, 
2012, 204 səh. 
 
SBN   978-9952-404-46-3   
 
 
Bu əsər Şəkidə doğulmuş, Qazanda və Türkiyədə ali təhsil almış 
həkim,  Türkiyənin  ən  tanınmış  təbibləriylə,  o  sıradan  yurddaşımız  Əli 
bəy Hüseynzadə
 (1864-1940) ilə birgə çalışmış, vətənə döndükdən sonra 
yurdumuzun müxtəlif bölgələrində insanlara şəfa vermiş və Azərbayca-
nın azadlığı və müstəqilliyi uğrunda mücadilə aparmış, bu üzdən də də-
fələrlə  kommunist  zindanına  atılaraq  dözülməz  işgəncələrə  uğradılaraq 
sonunda  güllələnmiş,  adı  da  millətimizə  unutdurulmuş  görkəmli  ziyalı-
mız Əliabbas Əli oğlu Qədimov’un (1887-1937) ömür yolu haqqında ilk 
kitabdır.  Başlıca  olaraq  AP  Milli  Təhlükəsizlik  Nazirliyi  arxivinin 
materialları  əsasında  yazılmış  bu  sənədli  əsərdə  Ə.Qədimovun  yaşamı 
haqqında tarixşünaslığımızda ilk dəfə geniş bilgi verilir. 
Kitab bütün təbəqələrdən olan oxucular üçündür. 
 
 
 
Kitabın istifadəsi ilə bağlı bütün müstəsna  
hüquqlar müəlliflərə məxsusdur. 
 
© Ədalət Tahirzadə, Həbibulla Manaflı, 2012  

 

Ç NDƏK LƏ
 
Prof. Zəkəriyyə ƏL ZADƏ.  
    Var millətimin xətti bu imzalar içində
.............................5 
Başlanğıc .............................................................................11 
 
B   R   N C     B Ö L Ü M.   LK HƏBSLƏ
Şə
xsiyyət və istibdad ...........................................................21 
“Antantaçı” və “müsavatçı” Qədimov ................................22 
Bəs əslində nə baş vermişdi? ...............................................26 
Rüstəmovun əməlləri ...........................................................30 
Potrebaya izahat ..................................................................34 
Cin Bəxtiyarın kişiliyi .........................................................52 
 
 K   N C     B Ö L Ü M.  SONUNCU HƏBS 
Stalin zindanında ................................................................... 
PR-23530 saylı istintaq iş.................................................58 
“Gizli Müsavat MK-sı 4-cü heyətinin üzvü” ......................59 
Sənədə sözardı .....................................................................60 
Mədinə xanım Qiyasbəylinin istintaqı .............................62 
lk dindirmə .........................................................................65 
Deyilənə sözardı ..................................................................67 
Solovetsk ölüm düşərgəsi ....................................................71 
“Müsavatçı Qədimov Abbas bəyi tanıyırsınızmı?” .............74 
Ə
liabbas Qədimovun istintaqı ..........................................81 
Birinci dindirmə ..................................................................82 
kinci dindirmə ....................................................................82 
Üçüncü dindirmə .................................................................92 
Baba bəy Qəbulzadə kimdir? ..............................................98 
 

 

 
Üçüncü dindirmənin sonu .................................................107 
Akt .....................................................................................110 
Ş
ahid axtarışında ...............................................................112 
Məhəmmədiyyə Əfəndiyevin ifadəsi ................................113 
Qərəzli  say Rolnikov .......................................................115 
“Həkim Qədimov həmişə Baba Qəbulovla gəzirdi” .........117 
Ə
bdülmabud Əfəndiyevin ifadəsi .....................................120 
Deyilənə sözardı ................................................................123 
Ə
.Əfəndiyevin ifadəsinin ardı ...........................................130 
Ə
liəşrəf Kərimovun ifadəsi ...............................................133 
Ə
liabbas Qədimovun izahatı .............................................137 
“Yeni şərait yarandığına görə...” .......................................147 
7-8-9 avqust dindirməsi ....................................................149 
Şə
mkir və Şəki üsyanları haqqında bir neçə söz ...............158 
7-8-9 avqust dindirməsinin ardı  .......................................169 
Sonuncu dindirmə (10 avqust 1937) .................................179 
Hökm .................................................................................193 
Son söz ..............................................................................195 
Qaynaqlar ..........................................................................197 
Adlar göstəricisi ................................................................199 
 
 
 
 
 
 
 

 

 
Zəkəriyyə ƏLİZADƏ, 
geologiya-mineralogiya 
elmləri doktoru, professor 
 
 
VAR MİLLƏTİMİN XƏTTİ BU İMZALAR İÇİNDƏ! 
 
“Tarixi şəxsiyyətlər yaradır” deyənlərlə tam şərikəm. 
İstənilən  tarix  kitabını  açaraq  hansı  ən  mühüm  ictimai 
hadisə  ilə  tanış  olmaq  istəsək  həmin  hadisənin  başında 
müsbət-mənfiliyindən  asılı  olmayaraq  hökmən  hansısa 
qüvvətli  bir  şəxsin  dayandığını,  baş  verənləri  onun  və 
ətrafındakıların idarə etdiyini görəcəyik. Min illər öncə də 
belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. 
Burası da var ki, tarixşünaslıq elmi çox “riyakar”dır 
–  həmişə  siyasətə  tabe  olmağa  meyillidir,  buna  görə  də 
çox  vaxt  biz  əslində  gerçək  tarixi  deyil,  onun  yanlış 
yozumlarını  öyrənir  və  heç  özümüz  də  bilmədən  bu 
yanlışları həqiqət kimi qəbul edirik.  
Təzada  baxaq  –  Qərb  dünyasının  tarix  əsərlərini 
oxuduqca  ağız  dolusu  təriflənən,  “dahi  rəhbər”,  “gör-
kəmli  sərkərdə”,  “əvəzsiz  alim”,  “mütərəqqi  ruhani”... 
adlandırılan  saysız-hesabsız  insanların  həyatı  ilə  tanış 
olursan,  ancaq  həmin  şəxsiyyətlərlə  təxminən  eyni  çəkili 
ictimai  yükü  daşımış  Şərq  adamlarına  gəldikdə  onlar 
“qaniçən”,  “cəllad”,  “cahil”,  “mürtəce-xurafatçı”...  adlan-
dırılaraq  lənətlənir  və  mənsub  olduqları  millətdə  onlara 

 

qarşı  nifrət  yaradılır.  Məsələn,  on  minlərcə  gənc  fransız 
əsgərini  öz  bacarıqsız  sərkərdəliyi  ucundan  həlak  etdir-
miş  Napoleon,  yaxud  hələ  şah  olmamış  Nadirin  qarşısın-
dan  qaçmış  Pyotr  dahi  şəxsiyyətlər  kimi  ən  yüksək 
zirvəyə  qaldırılaraq  təbliğ  edilir,  ancaq  onlarla  eyni 
vaxtda yaşamış, öz dövləti və milləti üçün çox böyük işlər 
görmüş  Nadir  şah  Əfşar,  Ağaməhəmməd  şah  Qacar  kimi 
nəhəng  şəxsiyyətlər  aşağılanır,  lənətlənir.  Şərqin  Çingiz 
xan
’ı,  Sultan  Mahmud  Qəznəli’si,  Əmir  Teymur’u...  ən 
müxtəlif yalanlarla bəşəriyyətin gözündən salınır... 
Tarixşünaslıqdakı  belə  açıq-aşkar  ədalətsizlik  yüzil-
lər  boyunca  davam  edib  və  indi  də  etməkdədir.  İstər 
ərəblərin,  istər  farsların,  istərsə  də  rusların  ağalığı  dönə-
mində  biz  Azərbaycan  Türklərinin  də  tarixi  ən  qəddar 
təhriflərlə,  yalanlarla  doldurulub,  xalqın  gerçək  tarixi 
onun  yaddaşından  silinib,  ona  uydurma  qəhrəmanlar 
təqdim  olunub,  həqiqi  qəhrəmanların  isə  özləri  məhv 
edilərək  adları  zorakılıqla  unutdurulub.  Xüsusən  ruslar 
Azərbaycanı  işğal  etdikdən  sonra  həm  çar  dönəmində, 
həm  də  kommunistlərin  70  illik  ağalığı  zamanında  ölkə-
mizdə  müstəmləkə  siyasəti  yeridildiyi  kimi,  tarixşü-
naslığımızda  da  əsl  aparteid  siyasəti  hökm  sürüb.  Çariz-
min  Azərbaycana  ayaq  basdığı  ilk  gündən  milli-mənəvi 
dəyərlərimiz  ayaq  altına  salınıb,  tariximiz  təhrif  edilib. 
Çar  vaxtında  Gəncənin  adının  dəyişdirilərək  ona 
pornoqrafik  lətifələr  qəhrəmanı  Yekaterinanın,  kom-
munistlər  zamanında  isə  millətimizin  düşməni  Kirovun 
adının verilməsi, “Gəncə” adını çəkənlərin cərimələnməsi, 

 

xan  və  bəylərimizin,  ruhani,  ziyalı  və  sahibkarlarımızın, 
azad düşüncəli bütün soydaşlarımızın kütləvi məhv edil-
məsi,  onların  adını  çəkməyin  belə  qadağan  edilməsi 
çoxlarımızın  nəinki  bildiyi,  hətta  şahidi  olduğu  yeni 
tariximizdir.  Ancaq  bu  tarix  bizə  dünənədək  tamamilə 
baş-ayaq  öyrədilib  –  düşmənlərimiz  bizə  xilaskar  qardaş 
kimi,  doğma  qardaşımız  isə  ən  qəddar  düşmənimiz  kimi 
tanıdılıb.  Nəticəsi  də  hakimiyyətin  istədiyi  kimi  olub  – 
yurddaşlarımız  şərəfli  tarixinin  olmadığını,  millətimizin 
görkəmli şəxsiyyətlər yetirmədiyini düşünərək bədbinliyə 
qapılıb, öz soyuna, keçmişinə həqarətlə yanaşıb. Buna ən 
gözəl  nümunə  dahi  şairimiz  Məhəmməd  Hadinin  böyük 
kədər içində yazdığı misralardır: 
Atmış miləl
1
 imzasını övraqi-həyatə
2

Yox millətimin xətti bu imzalar içində
.     
Allaha  şükürlər  olsun  ki,  xalqımız  azadlıq  uğrunda 
axıtdığı  qanlar  sayəsində  müstəqil  dövlətini  qurduqdan 
sonra  tariximizə  baxış  da  köklü  şəkildə  dəyişdi.  Doğru-
dur, hələ hər şeyin qaydaya düşdüyünü deyə bilməsək də 
milli  tariximizin  öyrənilməsindəki  irəliləyişlər  göz 
qabağındadır.  Ən  əhəmiyyətlisi  budur  ki,  indi  gerçək 
tarixi  yazmaqda,  milli  qəhrəmanlarımızı  öyrənib  təbliğ 
etməkdə yasaq yoxdur. 
Elmi quruma uzun illər rəhbərlik edən bir şəxs kimi 
məni  ən  çox  sevindirən  amil  tariximizi  öyrənmək  işində 
                                                 
1
 Millətlər. 
2
 Həyat vərəqlərinə. 

 

Şəki Regional Elmi Mərkəzinin (ŞREM) də əlindən gələni 
etməsidir.  İndiyədək  gördüyümüz  işlər  haqqında  burada 
hesabat  vermək  fikrindən  uzağam.  Ancaq  fəxrlə  bildiri-
rəm ki, doğma Azərbaycanımızın bir parçası olan Şəkinin 
tarixini  öyrənmək  sahəsindəki  danılmaz  işlərimizlə  eyni 
zamanda  ümumən  Azərbaycan  tarixinə  də  müəyyən 
xidmət  göstərmişik.  Nəşr  etdirdiyimiz  çoxsaylı  kitablarla 
bütövlükdə  milli  genofondumuzun  mühüm  hissəsini 
təşkil edən çoxsaylı yurddaşımızın həyat və yaradıcılığını 
ilk  dəfə  xalqımıza  təqdim  etmişik.  Təkcə  Şəki  miqyasın-
dakı araşdırmaların nəticəsini gözdən keçirdikdə cəsarətlə 
deyə bilərik: “Var millətimin xətti bu imzalar içində!”. 
ŞREM-nin Azərbaycan ictimaiyyətinə ilk dəfə olaraq 
təqdim  etdiyi  onlarca  görkəmli  şəxsiyyətimizdən  biri  də 
həkim  və  ictimai  xadim  Əliabbas  Qədimov’dur.  “Şəkidə 
məhəllə  adları,  soylar  və  ləqəblər”
  adlı  kitabımızın  ikinci 
cildində onun haqqında ilk dəfə geniş məlumat verilsə də 
ondan  ayrıca  kitab  yazmağın  zəruriliyini  dilə  gətirdim. 
MTN  arxivindən  sənədləri  üzə  çıxarmış  prof.  Ədalət 
Tahirzadə
  və  yerli  araşdırıcı,  Şəki  tarixi  üzrə  bir  çox 
qiymətli kitabların müəllifi Həbibulla Manaflı bu işi boyun-
larına  götürdülər.  Çox  sevinirəm  ki,  onların  əməkdaşlı-
ğının bəhrəsi olan dəyərli bir əsər artıq nəşrə hazırdır. 
Əliabbas  Qədimovun  şəxsiyyətinə  gəlincə,  ortaya 
qoyulmuş  sənədlər  əyani  şəkildə  onun  ömür  yolunu  və 
fəaliyyət xətlərini işıqlandırır. Həmin sənədlərdən olduq-
ca  vətənpərvər,  azadlıqsevər,  cəsarətli  və  namuslu  bir 
soydaşımızın  portreti  boylanır.  Onun  şəxsi  keyfiyyətləri 

 

ilə  yaxından  tanış  olduqca  o  cür  yüksək  bir  şəxsiyyətlə 
eyni  torpaqda  doğulmağınla,  onunla  eyni  millətə  mən-
subluğunla  fəxr  edir,  özün  də  eləcə  mübariz  olmaq 
istəyirsən. 
Etiraf  etməliyik  ki,  qələmə  alınmış  mövzu  asanlar-
dan  deyil.  Ən  böyük  çətinlik  aradan  xeyli  illər  ötdüyünə 
görə  həqiqəti  olduğu  kimi  üzə  çıxarmaqdır.  Mənim 
fikrimcə,  bu  əsərin  üstünlüklərindən  biri  məhz  müəllif-
lərin əsl həqiqəti başa düşməkdə oxucuya yardım etməsi-
dir.  Belə  ki,  müstəntiqlər  bir  çox  hallarda  saxta  sənədlər 
tərtib  edib,  yaxud  müttəhimin  fikirlərini  özünün  istədiyi 
şəkildə  yazaraq  protokolu  ən  müxtəlif  yollarla  ona 
imzalatdırıb.  Aradan  70  il  keçdikdən  sonra  oxucu  üçün 
həqiqətin  harada,  yalanın  harada  olduğunu  müəyyənləş-
dirmək  ya  hədsiz  çətinləşir,  ya  da,  sadəcə,  mümkünsüz 
olur.  Bu  zaman  müəlliflərin  peşəkar  tarixçi  izahları 
yalanla gerçəyin sərhədlərini seçməkdə ona yardım edir. 
Əsərin müsbət keyfiyyətlərindən biri də müəlliflərin 
yalnız Ə.Qədimovun həyatını işıqlandırmaqla qalmaması, 
yeri  gəldikcə  onun  fəaliyyət  göstərdiyi  mühiti,  çevrəsini 
də  oxucuya  tanıtmasıdır.  Boynumuza  alaq  ki,  Ə.Qədi-
movla  istər  Türkiyədə,  istərsə  də  Azərbaycanda  çiyin-
çiyinə  çalışmış,  eyni  ictimai-siyasi  mühitdə  bulunmuş, 
yaxud  onunla  eyni  “cinayət”də  ittiham  edilmiş  şəxslər 
haqqında bu kitabda verilən məlumatların həlledici qismi 
tam yenidir və Azərbaycanın elm tarixində onlara ilk dəfə 
rast  gəlirik.  Bu  da,  təbii  ki,  əsərin  elmi  dəyərini  daha  da 
artırır. 

 
10 
Ə.Qədimov haqqındakı bu kitabda ən xoşuma gələn 
cəhətlərdən  biri  də  onun  ütülənməmiş,  ancaq  cilalı  və 
hamıya  anlaşıqlı,  cazibəli  bir  dildə  yazılması,  tez-tez 
keçidlər  edilməsi  nəticəsində  oxucunun  yorulmasına  im-
kan verilməməsidir. 
Mən  müəllifləri  bu  dəyərli  əsər  münasibətilə  təbrik 
edir, onlara yeni yaradıcılıq uğurları diləyirəm. İnanıram 
ki, kitab elmi ictimaiyyətimizdə böyük maraq doğuracaq. 
Eyni  zamanda,  bunu  da  arzu  edirəm  ki,  Əliabbas 
Qədimov  haqqında  elmi  araşdırmalar  yalnız  bu  kitabla 
məhdudlaşmasın,  onun  həyat  və  yaradıcılığı  bundan 
sonra da neçə-neçə monoqrafiyanın mövzusu olsun. 

 
11 
 
BAŞLANĞIC 
 
Rusiya  imperiyasını  “xalqlar  həbsxanası”  adlandıran, 
xalqların bu imperiyadan ayrılmağadək öz müqəddəratını 
təyin  etmək  hüququ  olduğunu  bildirən  və  bu  müddəanı 
mənsub  olduqları  Rusiya  Sosial-Demokrat  Fəhlə  Partiya-
sının  (RSDFP)  məramnaməsinə  hələ  1903-də  daxil  edən 
əqidəli  iskraçı-kommunistlər  1917-də  hakimiyyəti  ələ 
aldıqdan sonra  “xalqların xilaskarı” maskasını bir kənara 
atdılar.  Onlar  Rusiyanın  hakim  dairələrinin  yüz  illərcə 
sürdürdüyü  imperiya  siyasətini  daha  məkrli  üsullarla, 
xüsusi hərisliklə davam etdirdilər. 
Əqidəyə dönüklüyün, sözlə iş arasında kəskin təzadın 
bu  heyrətamiz  örnəyinə  münasibətini  rus  tarixçisi  belə 
ifadə  edib:  “1917-ci il oktyabr inqilabı rus müstəmləkəçiliyinə 
son qoymaq əvəzinə, ona yeni təkan verdi”
 (20, 54). 
İçində  Azərbaycanımızın  da  bulunduğu,  başında  bü-
tün zəmanələrin ən qaniçən diktatorlarından biri Stalin’in 
durduğu  “Sovet  Sosialist  Respublikaları  İttifaqı”  (SSRİ) 
adlı  ucsuz-bucaqsız  xalqlar  həbsxanasında  kommunist-
lərin  qurduğu  nəhəng    repressiya  dəyirmanı  20  milyon-
dan  artıq  insanı  öz  dənliyində  üyütdü.  Bu,  bəşər  tarixin-
dəki ən böyük cinayətlərdəndi.   
Sovet  repressiyasının  alovu  Azərbaycanı  da  bürüdü.  
Düzünü  deməli  olsaq,  bu  repressiya  28  aprel  1920-dən  – 
“Azərbaycan Cümhuriyyəti” adlı  ilk müstəqil dövlətimiz 
XI  ordunun  süngüləriylə  yıxıldığı  gündən  başlanıb. 
Azərbaycanda  kütləvi  terror  aparmaq  üçün  XI  ordu 

 
12 
Bakıya  ayaq  basar-basmaz  özünün  Xüsusi  Şöbəsi’ni  işə 
saldı,  əslində  ona,  ancaq  formal  baxımdan  Azərbaycan 
hakimiyyətinə  tabe  olan  “müstəqil”  Azərbaycan  Fövqəladə 
Komissiyası
’nı  və  Azərbaycan Ali İnqilabi Tribunalı’nı  yarat-
dı,  iki  ayın  içində  20-dən  artıq  generalımızı,  xeyli  Parla-
man  və  hökumət  üzvümüzü,  sayagəlməz  milli  düşüncəli 
soydaşımızı  şəhid  etdi.  Bu  qurumlar  Azərbaycanda 
(Gəncə,  Zaqatala,  Şəki,  Şəmkir  və  b.  yerlərdə)  müxtəlif 
illərdə  baş  qaldırmış  xalq  üsyanlarını  da  qan  dənizində 
boğdular.  
Onların  üçünün  də  başında  ilk  vaxtlar  Rusiyadan 
gəlmiş  Türk-müsəlman  düşmənləri  dururdu.  Rusların 
Azərbaycan  hakimiyyətində  yerləşdirdiyi  bir  çox  yaltaq 
rəhbərlərsə  onların  xalqa  qan  uddurmasını  alqışlayırdı. 
Məsələn,  guya  Azərbaycanın  qanuni  başçısı  olan  Azər-
baycan İnqilab Komitəsinin  (AİK) sədri  Nəriman Nərima-
nov
  XI  ordunun  rəhbəri  Levandovskiyə  çox  bahalı 
brilyantlarla  bəzədilmiş  və  üstündə  “Minnətdar  Azərbay-
can  xalqından  hədiyyə” 
yazılmış  qılınc  bağışlamışdı,  AİK 
sədrinin  müavini  Mirzədavud  Hüseynov’sa  Gəncə  üsyanı 
yatırıldıqdan  bir  həftə  sonra  şəhərin  küçələrinin  yerli 
sakinlərin  meyitləriylə  dolu  olduğunu  desə  də  XI 
ordunun  buradakı  əməliyyatının  yüksək  səviyyədə  keçi-
rildiyini  və  alqışa  layiq  olduğunu  bildirirdi.  Tribunalın 
sədri  qeyri-müsəlman  (Baltikyanı  xalqlardan  birinin 
nümayəndəsi),  ancaq  azərbaycanlılara  “Hacı  İlyas”  kimi 
tanıdılmış,  adı  heç  bir  sənəddə  açıqlanmamış  M.Hacilias 
soyadlı birisi əsl qaniçən manyakdı. Azərbaycanda rəhbər 

 
13 
vəzifədə  bulunan  kimsəni  vecinə  almayan  Hacilias 
başının dəstəsiylə gecələr səhərədək evləri gəzir, soyğun-
çuluq edir, adamları məhkəməsiz güllələyir, bəzən də kefi 
istəyənlərə  məhkəmə  qururmuş.  Azərbaycana  ən  yüksək 
vəzifələrdən  birinə  göndərilmiş  bu  adam,  sən  demə, 
Odessalı  bir  tələbə  və  adi  quldurmuş.  Moskvaya  edilən 
çoxlu  şikayətlərdən  sonra  həbs  edildiyi  zaman  evindəki 
seyfindən  öldürdüyü  adamların  ağzından  sökdüyü  qızıl 
dişlər,  barmaqlarından  qopardığı  almaz  üzüklər,  qızıl 
bəzək  əşyaları  və  çoxlu  ləl-cəvahirat  çıxmışdı.  Kommu-
nistlər öz günahlarını ört-basdır etməkdən, xalqı sakitləş-
dirməkdən  ötrü  həbsindən  bir  neçə  gündən  sonra  onu 
edam etmişdilər. Ancaq bu vaxt o, artıq Bakıda 5-10 min 
adam öldürmüşdü
3
.  
Öz hakimiyyətləri üçün ən qorxulu olan başlıca siyasi 
düşmənlərini  təmizlədikdən  sonra  ruslar  daha  ağıllı 
siyasət  yürütməyə  başlayaraq  cəza  orqanlarına  (məsələn, 
Fövqəladə  Komissiyaya)  rəhbərliyi  Mircəfər Bağırov  kimi-
lərinə  tapşırdılar  və  onlar  da  sədaqətlərini  sübuta  yetir-
mək  üçün  qaniçənlikdə  Haciliasdan  heç  də  geri  qalma-
dılar.  Azərbaycanda  1923,  1927-1928-ci  illərdə  kütləvi 
“müsavatçı  ovu”  keçirildi,  1930-cu  illərin  başlanğıcında 
ölkəni bürümüş üsyan alovları kütləvi qırğınlarla sakitləş-
dirildi.  
                                                 
3
 Onun  törətdiyi  vəhşiliklər  haqqında  geniş  bilgi  almaq  üçün  baxılsın: 
Rza  Tağı.  Hacı  lyas.  –  Azərbaycan  Milli  Birliyinin  orqanı  olan 
“Azərbaycan” dərgisi (Münxen), 1952, sayı 6-7, ss. 33-34. 

 
14 
Beləliklə,  1920-ci  illərin  hamısı  və  1930-cu  illərin  ilk 
yarısı on minlərcə mübariz övladımızın şəhid edilməsiylə 
tarixə  düşdü.  Ancaq  burası  da  danılmazdır  ki,  repres-
siyanın  ən  şiddətli  çağı  1934-də  Kirovun  öldürülməsiylə 
1939-cu illər arasında olub. Hesablamalara görə, 1934-cü il 
yanvarın  1-dən  1939-cu  il  yanvarın  1-dək  Azərbaycanda 
27.458 insan güllələnib (10, 127). 1937-1938-ci illərdə nə az, 
nə  çox  –  40.000  yurddaşəmız  həbs  edilib.  Ümumiyyətlə, 
1930-1950-ci  illərdə  Azərbaycanda  70.000  adam  repressi-
yaya məruz qalıb. Onların 29.000 nəfəri ziyalı idi (10, 141). 
1937-ci  il  iyunun  27-də  Azərbaycanda  “millətçiliyi 
təbliğ  edən”  əsərlərin  siyahısı  elan  edildi.  Bu  siyahıya  44 
şair,  yazıçı  və  ədəbiyyatşünas  müəllifin  adı  salınmışdı. 
Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Əhməd Cavad, 
Salman  Mümtaz,  Böyükağa  Talıblı,  Qafur  Əfəndiyev  (Qan-
təmir),  Əli  Nazim,  Bəkir  Çobanzadə,  Əziz  Qubaydullin
  və  b. 
adları  bu  ölüm  siyahısının  başında  yazılmışdı.  Stalinin 
Azərbaycana  təhkim  etdiyi  cəllad  Mircəfər  Bağırov 
AK(b)P-nin  XIII  qurultayında  barmaını  silkələyərək  de-
mişdi:  “Bir  baxın,  Yazıçılar  İttifaqında  kimlər  əyləşmişdir: 
hazırda  ifşa  edilmiş  Hüseyn  Cavid,  Əhməd  Cavad,  Mikayıl 
Müşfiq,  Əli  Nazim,  Böyükağa  Talıblı,  Tağı  Şahbazi,  Əhməd 
Triniç  və  başqa  əclaflar” 
(13,  179).  Onun  mənfur  dodaqla-
rından  qopan  bu  mənhus  cümlə  təkcə  həmin  görkəmli 
oğullarımızın  deyil,  yüzlərcə  başqalarının  da  ölüm  hök-
münə çevrildi. 
Yalnız  insanlar  yox,    milli-mənəvi  dəyərlər,  o  sıradan 
şifahi xalq ədəbiyyatı örnəkləri də repressiyaya uğradıldı. 

 
15 
“Kitabi-Dədə  Qorqud”
un  taleyi  ən  üzdəki  örnəklərdəndir. 
Mircəllad  Bağırov  1951-ci  ildə  Azərbaycan  K(b)P  XIII 
qurultayına hesabat məruzəsində nökərlik etdiyi Stalin və 
Beriyanın tələbiylə şərəfli oğuz babalarımızı şərəfsizcəsinə 
“qatil  və  soyğunçu”  adlandırmış,  ağız  ədəbiyyatımızın  bu 
ölməz  şah  əsərinə  də  ölüm  hökmü  çıxarmışdı:  “Bəzi 
ədəbiyyatşünaslar  və  yazıçılar  siyasi  sayıqlıq  və  məsuliyyət 
hisslərini itirərək uzun müddət ərzində bu təhlükəli, xalqa zidd 
olan  kitabı  Azərbaycan  dastanı  adı  altında  təbliğ  etmişlər. 
“Dədə  Qorqud”  xalq  dastanı  deyil.  O,  əvvəldən  axıra  kimi 
Azərbaycan  torpaqlarına  qatil  və  soyğunçu  kimi  gəlmiş  oğuz 
köçəri  tayfalarını  idarə  edən  yuxarı  təbəqənin  tərifinə  həsr 
olunmuşdur.  Kitab  büsbütün  millətçilik  zəhərinə  hopdurul-
muşdur. O, müsəlmanlara qarşı deyil, başqa dinə mənsub olan, 
əsasən də qardaş gürcü və erməni xalqına qarşı yönəldilmişdir”
 
(13, 224-225). 
SSRİ-nin başqa Türk cümhuriyyətlərində olduğu kimi, 
Azərbaycanda  da  milli  aydınlar  əsasən  “pantürkist”, 
“panislamist”,  “millətçi”  ittihamlarıyla  tutuqlanır,  ya 
ölümə,  ya  da  ölümdən  daha  betər  olan  Sibir,  Orta  Asiya 
sürgünlərinə göndərilirdi. 
Avropalıların  və  kommunistlərin  nifrət  və  qorxu  ilə 
“pantürkizm”, “panislamizm” adlandırdığı ideologiyanın 
yaradıcısı Cənubi Azərbaycandan olan soydaşımız, böyük 
alim  Şeyx  Cəmaləddin  Əfqani  (1836-1897)  idi.  O,  “Milli 
vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti”
 adlı məşhur 
əsərində  tərəqqiyə  nail  olmağın  yolundan  bəhs  edərək 
yazırdı  ki,  millət  özünü  tanımalıdır,  soyuna-kökünə 

 
16 
bağlanmalıdır,  dilinə,  dininə  sarılmalıdır.  Ş.C.Əfqani  xal-
qın  fəlsəfi  ruhlu  olması  gərəkliliyini  önə  çəkərək  yazırdı: 
“Bir millətin fəlsəfəsi yoxdursa o millətin hamısı alim olsa da o 
millətdə  elmlər  inkişaf  edə  bilməz  və  həmin  millət  ayrı-ayrı 
elmlərdən lazımi nəticə
 çıxarmaqda çətinlik çəkər... Fəlsəfi ruhu 
olan  bir  millətdə  ayrı-ayrı  elmlər  olmasa  da,  şübhəsiz,  həmin 
fəlsəfi ruh milləti başqa elmlərə yiyələnməyə vadar edəcək”
  (11, 
172). 
Ş.C.Əfqani  Şərq  xalqlarının  bir  çoxunun  Avropanın 
yem bazasına çevrilməsini, müstəmləkə əsarətinə düşmə-
sini  onların  elmsizliyi  ilə  əlaqələndirirdi.  O  yazırdı: 
“Dünya  elm  üzərində  bərqərar  olur,  elmi  bəşəriyyətin  əlindən 
alsan  daha  dünyada  insan  qalmaz.  Elm  bir  nəfərin  gücünü  on 
nəfərə,  yüz  nəfərə,  min  və  on  min  nəfərə  bərabər  edir...  İndi 
bütün dünyanı öz təsiri altında saxlayan Avropanı, Əfqanıstanı 
tutan  ingilisi,  Tunisi  işğal  edən  Fransanı  götürün.  Bunlar  nə 
ingilisin,  nə  də  fransızların  hünəridir,  bunlar  yalnız  onların 
elminin  gücünədir.  Gerilik  və  nadanlıq  isə  hər  yerdə  başını 
zəlillik  torpağına  qoymaqdan  başqa  bir  çarə  tapmamışdır”
  (11, 
183). 
Avropalıların  da  “böyük  müsəlman”  adlandırdıqları 
S.C.Əfqani  həmin  əsərində  Şərq  xalqlarına  müraciətlə 
yazırdı ki, ölkələrini  müstəmləkə əsarəti kimi  bir rəzalət-
dən  qurtarmaq  istəyirlərsə  dirçəlişə  nail  olmalıdırlar. 
Dirçəliş  üçünsə  o,  iki  məsələnin  həllini  olduqca  vacib 
sayırdı: “...Bunlardan biri dil birliyidir. Buna milli vəhdət də 
deyirlər.  Alimlər  millətin  mahiyyətini  və  ariflər  onun  məziy-
yətlərini  o  zaman  yaxşı  aşkar  və  zahir  edərlər  ki,  təhsil,  təlim, 

 
17 
tədris,  milli  təbəqələrin  fənlərdən  və  sənətlərdən  istifadəsi  o 
millətin  öz  dilində  olsun.  Onda  millət  möhkəm,  sabit  və  əbədi 
ömür sürə bilər, millətin əsas gözə görünən səadət və xoşbəxtliyi 
kimi əlamətlər onun bütün üzvlərinə nəsib olar... Əksinə, elmlər 
və  fənlər  yad bir dildə tədris olunarsa xalqın dili az bir zaman 
ərzində  dəyişib  başqası  ilə  əvəz  olunar,  cüzi  bir  təbəddülat 
nəticəsində  məhv  olub  sıradan  çıxar...  Millətin  öz  dilində  fay-
dalı  elmlər  mövcud  olmasa  o  millət  daim  yaşaya  bilməz”
  (11, 
184). 
Ş.C.Əfqani  islam  dinini  milli  vəhdət  üçün  ikinci  ən 
mühüm şərt hesab edirdi. O yazırdı ki, dinlər hansı adları 
daşıyırsa daşısın, hamısı bir-birinə bənzəyir, “insana inam 
və inanc təlqin edir. Elmə və mədəniyyətə ən yaxın və ən doğma 
din  islam  dinidir,  elm  və  maarifin  inkişafı  ilə  islam  qanunları 
arasında  heç  bir  ziddiyyət  yoxdur...  Qərb  dünyası  azadlıq 
maskası  taxaraq  müsəlman  Şərqindəki  dini  təəssübü  pisləyir, 
çünki  avropalılar  müsəlmanların  dini  etiqadlarını  onların 
arasında ən möhkəm  peyvənd kimi tanıyırlar, ona  görə də dini 
təəssübə qarşı müxtəlif ad altında bu  peyvəndi və bağı süstləş-
dirməyə  çalışırlar,  halbuki  avropalılar  özləri...  dini  təəssübə 
daha çox mübtəla olublar. İslam elm dinidir, cihad və mübarizə 
dinidir,  yaxşı  işlərə  dəvət  və  pis  işlərdən  çəkindirmək  dinidir, 
izzət  dini  və  zilləti  qəbul  etməyən  dindir,  məsuliyyət  dinidir”
 
(11, 184).   
Göründüyü  kimi,  qərblilərin  bütün  vasitələrlə  məhv 
etməyə,  qarşısını  almağa  çalışdığı,  burada  ən  ümumi 
xətlərini bəlirlədiyimiz ideologiya əslində bəşəri dəyərlərə 
əsaslanan,  Şərq  xalqlarına  müstəmləkə  əsarətindən 

 
18 
qurtuluş  yolunu  göstərən  mütərəqqi  bir  düşüncə  sistemi 
idi. Buna görə də başqa sümürgəçilər kimi kommunistlər 
də həmin sistemin ən qatı düşməni olaraq onu kökündən 
qazıb  məhv  etmək  üçün  bütün  güclərini  sərf  edirdilər. 
Onlar  Sovetlər  Birliyində  cəsarətlə  “Türkəm”  və  “müsəl-
manam”  deyən  hər  kəsi  özlərinin  sümürücü  hakimiy-
yətinə düşmən sayır və gedərgəlməzə göndərirdi.  
Çıxışlarının birində Stalin demişdi ki, xarici imperialist 
dövlətlərin tərkibindən qopub ayrılmaq uğrunda aparılan 
mübarizə  inqilabdırsa  SSRİ-nin  tərkibindən  ayrılmaq 
üçün edilən hər hansı bir cəhd əksinqilabdır.  
SSRİ-də  Türk  xalqlarının  yaşadığı  ərazilərdə  pantür-
kizmin  güclənməsindən  rahatsız  olan  Bağırov  da  öz 
ağasının  dediklərini  daha  da  konkretləşdirərək    bildir-
mişdi:  
“Kamalçı Türkiyə yeganə müstəqil Türk dövləti olduğundan 
burjua-millətçi  ünsürlər  əksinqilabi  təbliğat  apararaq  SSRİ-də 
yaşayan  Şərq,  Türk-tatar  xalqlarını  Türkiyədən nümunə  götü-
rərək  Sovet  İttifaqından  ayrılmağa  və  Türkiyənin  rəhbərliyi 
altında  qüdrətli  Türk-tatar  dövləti  yaratmağa  çağırırlar.  Pan-
türkist  və  panislamist  əhval-ruhiyyəsi  yaradılması  ilə  bağlı 
bütün  işlər  SSRİ  əleyhinə  müharibəyə  hazırlaşmaq  vəzifəsinə 
tabe edilmişdir”
 (29, 90).  
Bu  ittihamla  hər  bir  şəxsi  əksinqilabi  fəaliyyətdə 
suçlayaraq məhv etmək mümkündü. Məsələn, Xalq Daxili 
İşlər  Komissarlığının  böyük  şairimiz  Hüseyn  Cavid 
haqqında  topladığı  məlumatlarda  bildirilirdi:  “...İranda, 
Dağıstanda,  Ermənistanda,  Gürcüstanda  olan  bütün  Azərbay-

 
19 
can torpaqlarını birləşdirib, burjua təmayüllü müstəqil Azərba-
ycan  dövləti  yaratmaq  uğrunda  gizli  fəaliyyət  göstərən  pan-
türkist  əksinqilabçı  təşkilatın  üzvləri  arasında  9-cu  adam 
Hüseyn Caviddir...” 
 
(10, 138). 
Artıq  bu  gün  məktəblilərə  də  bəllidir  ki,  kommu-
nistlərin qanlı qırğınlarının ən dəhşətli dönəmi 1937-1938-
ci illərə düşür. ÜİK(b)P MK-nın 28 fevral 1937-ci il plenu-
munda Bağırovun çıxışı Azərbaycanda hakimiyyətin cəza 
orqanlarının  tam  gücüylə  işə  düşməsinə  çağırış  oldu. 
Yarandığı gündən  milyonlarca insanı  məkv etmiş Fövqə-
ladə  Komissiya  (“ÇK”)  və  Dövlət  Siyasi  İdarəsinin 
(“QPU”)  övladı  olan  Xalq  Daxili  İşlər  Komissarlığı 
(XDİK/”NKVD”)  milli  ziyalılara  qarşı  “pantürkist”  və 
“panislamist”  ittihamlarını  kütləvi  tətbiqə  başladı.  Doğ-
rudur, bəzi hallarda “millətçi”, “müsavatçı” kimi “xırda” 
ittihamlar  da  irəli  sürülürdü,  ancaq  son  nəticədə 
məhbusların  hamısı  sovet  hakimiyyətini  silahlı  yolla 
devirmək  məqsədiylə  yaradılmış  gizli  əksinqilabçı  təşki-
latın  üzvü  olmaqda  suçlanır  və  üçnəfərlik  “troyka”nın 
keçirdiyi  15  dəqiqəlik  qapalı,  vəkilsiz  “məhkəmə”də 
ölümə  (eyni  zamanda  əmlakının  müsadirə  edilməsinə), 
yaxud  bütün  vətəndaş  hüquqları  alınmaqla  çoxillik 
gedərgəlməz sürgünə (katorqaya) məhkum edilir, bundan 
sonra  onların  ailə  üzvləri  də  tarixdə  görünməmiş 
vəhşiliklə  küçələrə  atılır,  körpə  uşaqlarının  hərəsi  bir 
yetim  evinə  verilir,  ailənin  işləyənləri  işdən,  oxuyanları 
məktəbdən qovulur, onlara nəinki maddi-mənəvi yardım 

 
20 
etmək istəyənlər, hətta salam verənlər də “xalq düşməni” 
adlandırılaraq cəzalandırılırdı...  
Stalinin  tezliklə  ehkama  çevrilən  saxta  tezisləri  sovet-
kommunist  imperiyasının  hər  yerində  olduğu  kimi 
Azərbaycanda da cəmiyyətin böyük bir savadsız kəsimini 
inandırmışdı.  Ancaq  ağıl,  düşüncə,  məntiq  yiyəsi  olan 
aydınlarımız  bu  saxta  “ellər  atası”nın  əslində  amansız 
ellər cəlladı olduğunu görür və onun fəzilət kimi qələmə 
verdiyi  rəzalətlərə  qarşı  ciddi  mübarizə  aparırdılar. 
Əlinizdəki bu kitabın baş qəhrəmanı olan həkim Əliabbas 
Əli  oğlu  Qədimov  (1883-28.9.1937)  da  həmin  minlərcə 
dəyərli ziyalımızdan biridir. 
 
 

 
21 
B İ R İ N C İ   B Ö L Ü M 
 
İ L K   H Ə B S L Ə R 
 
 
ŞƏXSİYYƏT VƏ İSTİBDAD 
Əliabbas  Qədimovun  adı  ilk  dəfə  professor  Zəkəriyyə 
Mabudoğlu
’nun  (Əlizadə’nin)  rəhbərliyi  altında  hazırlana-
raq  nəşr  edilmiş  və  onun  həmmüəllif  olduğu  “Şəkidə 
məhəllə  adları,  soylar  və  ləqəblər”
  kitabında  (14)  çəkilib. 
Ümumiyyətlə,  çoxillik  gərgin  axtarışların  nəticəsində  or-
taya  qoyulmuş  və  Şəkinin,  adları  artıq  unudulmuş  xeyli 
görkəmli  övladları  haqqında  ilk  dəfə  ətraflı  bilgi  verən 
həmin  çox  dəyərli  əsərin  278-287-ci  səhifələrində  Azər-
baycan tarixşünaslığında ilk dəfə olaraq Ə.Qədimovun da 
kimliyi  xalqımıza  tanıdılıb.  Hörmətli  professor  kitabda 
onu  Vətən,  xalq  qeyrəti  çəkdiyinə  görə  şər  qüvvələr 
tərəfindən  qətlə  yetirilən  və  beləliklə,  şəhidlik  məqamına 
çatan bir vətənpərvər ziyalı kimi dəyərləndirib.  
“Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabındakı 
məlumat  AR  Milli  Təhlükəsizlik  Nazirliyinin  arxivindən 
götürülmüş  istintaq  sənədləri  əsasında  hazırlanıb.  Bu 
sənədləri  isə  həmin  arxivdən  prof.  Ədalət  Tahirzadə  üzə 
çıxarıb.  
Əliabbas  Qədimovun  şəxsiyyətiylə  yaxından  tanış 
olduqda  ona  dərin  sayğı  yaranır.  Onun  mübariz  həyatı 

 
22 
ŞƏXSİYYƏT’in  İSTİBDAD  üzərində  qələbəsinə  gözəl 
örnəkdir.  
1937-1938-ci illərin qurbanlarını bir daha rəhmətlə anır 
və  inanırıq  ki,  bu  kitab  o  qanlı  dönəmin  gerçəkliklərini 
sənədli  şəkildə  ortaya  qoyacaq,  hələ  də  Stalin,  Bağırov, 
kommunizm xiffəti çəkənlərin nə qədər yanıldığını əyani 
göstərəcək. Keçmişin  gerçəkliyini bilmək yeni Stalinlərin, 
Mircəfərlərin bir daha meydana gəlməməsi üçün olduqca 
vacibdir. 
“ANTANTAÇI” VƏ “MÜSAVATÇI” QƏDİMOV  
Bu başdan bildirək ki, Əliabbas Qədimov sovet dönə-
mində bir neçə dəfə tutularaq dindirilib və həmin dindir-
mələrin  bəzi  protokolları  indi  AR  MTN  arxivində  sax-
lanılır.  İstintaq  işlərində  Ə.Qədimovun  həyat  və  fəaliy-
yətinin  ən  müxtəlif  yönlərinə  işıq  salan  bilgilər  öz  əksini 
tapıb.  Əlinizdəki  bu  kitab  MTN  arxivindəki  sənədlər 
əsasında hazırlanıb. Müəlliflər Ə.Qədimovla bağlı, demək 
olar  ki,  bütün  mövcud  sənədləri  əldə  edib  və  onların 
hamısını  ruscadan  ana  dilimizə  çevirərək  ilk  dəfə  bütöv 
şəkildə oxucuların malı edib.   
Öncə  1921-dəki  ikinci  dustaqlığının  sənədlərindən 
başlayacağıq,  çünki  1920-dəki  həbsinə  dair  protokol  əldə 
deyil.  
AR  MTN  arxivindəki  2687  saylı  (indiki  PR-128  saylı) 
istintaq  işi  indiyədək  başqa  heç  bir  qaynaqda  üzləşmə-
diyimiz  çox  qiymətli  faktarla  zəngindir.  Bir  qismini  ilk 
dəfə  prof.  Zəkəriyyə  Əlizadə’gilin  yuxarıda  adı  keçən 

 
23 
əsərində  verdiyimiz  həmin  faktlar  təkcə  Əliabbas  Qədi-
movun  həyatını  öyrənmək  baxımından  deyil,  həm  də 
ümumən  o  dönəmin  ictimai-siyasi  durumuna  yaxından 
bələd olmaq üçün çox dəyərlidir.  
Əliabbas  Qədimovun  və  bir  çox  şəkilinin  1921-in 
martında  həbs  edilməsinə  əsas  yaradan  sənəd  25  mart 
1921-də verilmiş əməliyyat hesabatından çıxarışdır. Ora-
da oxuyuruq: 
“Müvəkkilin
4
 verdiyi məlumatdan bəlli olmuşdur ki, Gəncə 
vilayətinin  Şəki  şəhərində  bir  qrup  ziyalının  yaratdığı  gizli 
təşkilat  Antantanın,  xüsusən  İngiltərənin  xeyrinə  fəaliyyət 
göstərir.  Bu  təşkilatın  başlıca  məqsədi  Zaqafqaziyada  İngiltərə 
təmayülünü  formalaşdırmağa  nail  olmaqdır.  Təşkilat  təmiz 
ağqvardiyaçı mahiyyətdədir. 
Bu təşkilata aşağıdakı şəxslər daxildir: 
1. 
Məhəmmədəli  Əfəndiyev  (Şəki  ali  real  məktəbinin 
direktor müavini)  
2. 
Abbas
5
 əfəndi (Şəki şəhərində həkim) 
3. 
Süleyman əfəndi Şirinbəyov (sabiq zabit) 
4. 
Zahid İbrahimxəlil oğlu (Qışlaq məktəbinin direktoru). 
Sonuncuların Şəki şəhərində böyük nüfuzu var. 
Təşkilatın  mövcudluğu belə  aşkarlanıb:  Şəkidən  gələn  Türk 
yol[daş] 
Həsən  Çələbi Bakıda mənim məlumat qaynağım olan 
şəxsin  mənzilinə  düşüb.  Partiya  mənsubiyyətimi  bilmədiyi 
halda  söhbət  etdiyimiz  zaman  Şəkidə  qonağı  olduğu  adamlar 
arasında  baş  verən  bir  müzakirə  barəsində  siyasət  adamı  kimi 
                                                 
4
 Söhbət çekist olan əməliyyat müvəkkilindən gedir. 
5
 Əliabbas Qədimov nəzərdə tutulur. 

 
24 
mənə  məlumat  verdi.  Müzakirədə  iştirak  edən  adamların  adla-
rını  gizli  saxlamaq  şərtiylə  bildirdi  ki,  onların  hamısı  İngiltə-
rənin  Zaqafqaziyaya  müdaxiləsinə  tərəfdar  olmaqda  həmrəylik 
göstərdikləri  halda  yalnız  o,  İngiltərənin  Şərqdə,  o  sıradan 
Türkiyədə ələ keçirdiyi mülklərin qeyri-qanuni olduğunu bildi-
rərək etiraz etmişdir. Yol. Həsən Çələbi bir daha söhbət iştirak-
çılarından  bu  məlumatı  gizli  saxlamağı  xahiş  edib.  Məhz  bu 
səbəbdən  yığıncağın  keçirildiyi  yeri  və  ümumiyyətlə,  yuxarıda 
qeyd  olunan  təşkilatın  gizlilik  qaydalarını  aydınlaşdırmaq 
mümkün olmadı. 
Hazırda yol. Həsən Çələbi XI ordunun Tiflisdəki Türklərdən 
ibarət kommunist dəstəsinə ezam edilmişdir. 
İmza: Xüsusi Şöbənin rəisi 
Mixaylov. 
İnformasiya şöbəsinin rəisi 
Slavitski”. 
Əslində  heç  bir  bir  təşkilat-zad  yoxdu.  O  zaman 
çekistlər  özlərinin  “iş  gördüyünü”  gözə  soxmaq  üçün 
hətta  iki-üç  adamın  bir  yerə  yığışıb  nə  haqdasa  adicə 
müzakirə,  mübahisə  aparmasını    təşkilat  kimi  qələmə 
verirdilər.  Bu,  Fövqəladə  Komissiya
6
 orqanlarına  çox 
sərfəliydi,  çünki  onlar  bir  ildə  neçə  əksinqilabi,  antisovet 
təşkilatı  aşkarlayıb  zərərsizləşdirmək  haqqında  hesabat 
verirdilər. Təbii ki, nə qədər çox belə təşkilat üzə çıxarılsa 
çekistlərə  o  qədər  çox  “sağ  ol”  deyilirdi.  Mixaylovun  da 
yeni  bir  əksinqilabi  təşkilatın  mövcudluğunu  “aşkar-
laması”  bu  baxımdan  istisna  deyil.  O,  evdə  adi  ünsiyyət 
şəraitində bir neçə tanışın apardığı sıradan siyasi diskus-
                                                 
6
 Bu  təşkilat  Azərbaycanda  daha  çox  “ÇK”  adıyla  (rusca  ЧК; 
“Чрезвычайная комиссия” sözündən) məşhurdur. 

 
25 
siyaya siyasi rəng verərək onları təşkilat mənsubları kimi 
tanıdır. Ən pisi də odur ki, Xüsusi Şöbə rəisinin rəisləri bu 
yalanlara  çox  həvəslə  inanır  və  həmin  “təşkilatın  üzvlə-
ri”ni  böyük  şövqlə  güllələməyə  məhkum  edirdilər.  Belə 
kiçik  həcmli  bir  hesabatlar  az  sonra  neçə-neçə  ailənin 
başçısız qalmasıyla nəticələnirdi. 
Maraqlı burasıdır ki, həmin sənəddə adı keçən “antan-
taçılar”dan yalnız ikisi (Əliabbas Qədimov və Zahid İbra-
himxəlil oğlu) mart ayında artıq “müsavatçı” kimi tutulub 
və onlara beş nəfər “müsavatçı” da qoşublar.  
Beləliklə,  1921-in  martında  “ÇK”  artıq  “antantaçılar”ı 
deyil,  “Müsavat  Partiyasının  gizli  təşkilatının”  aşağıdakı 
“üzv”lərini tutaraq onlara 2687 saylı (indiki PR-128 saylı) 
ortaq cinayət işi açdı: 
1) Hüseynbəyov Qasım (36 yaş), 
2) Əminov Nurməhəmməd (29 yaş), 
3) Qazızadə Kərim (19 yaş), 
4) Qədimov Əliabbas (34 yaş), 
5) Əfəndiyev Həmid (32 yaş), 
6) Zahid İbrahimxəlil oğlu (30 yaş), 
7) İmanzadə Mürsəl (35 yaş). 
Bu şəxslərin həbsini FK Müsavat Partiyasına mənsub-
luqla pərdələməyə çalışsa da bu qərar əslində Ə.Qədimo-
vun  Şəki  Rayon  Fəhlə,  Kəndli  və  Əsgər  Deputatları 
Sovetlinə deputat, daha sonra Şəki qəza sovetləri qurulta-
yına  nümayəndə  seçilməsiylə,  yerdə  qalanların  da 
Şəkidəki  seçkilərdə  fəallıq  göstərmələriylə  bağlıydı.  Axı 
növbəti  seçki  Şəki  İcraiyyə  Komitəsinin  tərkibini  müəy-

 
26 
yənləşdirməliydi və hakimiyyət orqanları Əliabbas Qədi-
mov  kimi  sərbəst,  müstəqil  düşüncəli  bir  şəxsin  İcraiyyə 
Komitəsinə  üzv  seçilməsinə  əsla  yol  vermək  istəmirdilər. 
Onun  deputatlar  arasında  nüfuz  və  hörmətinin  olması 
İcraiyyə  Komitəsinin  tərkibinə  seçilməsinin  qarşısını  qa-
nuni yolla almağı mümkünsüz edirdi. Elə bu səbəbdən də 
Fövqəladə Komissiya onu saxta ittihamla həbs edib seçki 
prosesindən  uzaqlaşdırmaq  qərarına  gəldi.  Qanun-
suzluqla  üzləşən  başqa  narazılar  da  onunla  birgə  tutul-
dular.   
Şəki  Şəhər  Siyasi  Bürosunun  rəisi  Rüstəmov  Azərbay-
can Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırov’a dal-
badal gizli raportlar göndərərək bu adamların qatı müsa-
vatçı olduqlarını, kommunist partiyasını xalqın gözündən 
salmaq  istədiklərini,  Şəkidə  camaatı  bir-birinə  qatdıq-
larını... ən tünd boyalarla bildirirdi. 
BƏS ƏSLİNDƏ NƏ BAŞ VERMİŞDİ? 
Həbsin gerçək səbəbini gün kimi aydınlaşdıran sənəd-
lə  tanış  olaq.  Bu,  “yeddilər”dən  birincisi  Qasım  Hüseyn-
bəyov
’un  istintaqa  verdiyi  ifadədir.  O,  7  may  1921-də 
müstəntiqə  bildirib  ki,  29  aprel  1921-də  Şəkidə  Şəhər 
Sovetinə  seçkilər  keçirildi.  Hərbi  klubda  təşkil  olunan 
iclasa  Cəlil  Zeynalov  sədrlik  edirdi.  Əliabbas  Qədimovun 
namizədliyi  irəli  sürüldükdə  iclasda  iştirak  edən  Rəsul 
Teymur oğlu
 onun əleyhinə çıxış edərək bu sözləri söylədi: 
“Bu  keçmiş  müsavatçı  Müsavat  hökuməti  dövründə  bizi 

 
27 
məscidə toplayaraq dedi ki, gəlin Zəngəzurda ermənilərlə 
döyüşən hökumətimizə kömək edək”. 
Atalar deyib ki, hər pis şeydə bir yaxşı şey var. Diqqət 
yetirək  –  1921-də  əslində  düşmənçiliklə,  ifşa  məqsədiylə 
irəli  atılmış  bu  fikir  bu  gün  Əliabbas  Qədimovu  gözü-
müzdə  ucaldır,  onu  ittiham  edənlərin  nə  qədər  mə-
nəviyyatsız  olduğunu  göstərir.  Vətənpərvərliyi,  xalqse-
vərliyi  nəinki  qəbahət,  hətta  cinayət  sayan,  torpaqlarını 
yağıdan  təmizləməyə  çalışan  soydaşını  Mixaylovların, 
Slavitskilərin  güllələriylə  susdurmağa  çalışan  belə  insan-
cığazlara nə ad vermək olar?!  
Bolşevizmin ən iyrənc əməllərindən biri də xalqından, 
vətənindən  və  hətta  milliyyətindən  imtina  etməyə  hazır 
olan,  bax,  belə  manqurtlar  zümrəsi  yetişdirməsiydi.  O 
zaman  qədim  Azərbaycan  torpağı  Zəngəzurda  xalqımıza 
qarşı  erməni  daşnaklarının  törətdiyi  etnik  terror  nəticə-
sində  7.729  soydaşımız  qətlə  yetirilmiş,  50.000  soydaşı-
mızsa  yurd-yuvasından  didərgin  düşmüşdü.  Azərbay-
canın  ilk  milli  dövləti  Zəngəzurda  erməni  təcavüzünün 
qarşısını  almaq  üçün  gərgin  mübarizə  aparırdı.  Öz 
yurddaşlarını  hakimiyyətin  bu  siyasətini  dəstəkləməyə 
çağıran  Əliabbas  həkimi  həmin  manqurtlar  “cinayətkar” 
adlandırırdılar.  Xalqı,  vətəni  sevmək  nə  vaxtdan  cinayət 
sayılıb?! 
Qasım Hüseynbəyov verdiyi ifadəni davam etdirir:  
“Milisioner  Yusif,  Qədimovun  əleyhinə  çıxaraq  “keçmiş 
müsavatçı bizə lazım deyil” deyə öz etirazını bildirdi, ancaq əks 
fikirdə  olanlar  daha  çox  idi.  Onlardan  biri  də  Ə.Qədimovla 

 
28 
birgə  həbs  edilən 
Mürsəl  İmanzadə  idi.  O  dedi  ki,  Əliabbas 
Qədimov  çox  yaxşı  insandır,  mənim  bir  xəstəm  var  idi,  gəlib 
onu müalicə etdi. İclasın sədri “bu, fakt deyil” desə də Ə.Qədi-
movun adını Şəhər Sovetinə namizəd olaraq səsverməyə çıxardı. 
Əliabbas  həkim  20  və  ya  21  səslə  Şəki  Şəhər  Sovetinin 
üzvü seçildi.  
Bir  gün  sonra  deputatlar  Şəki  qəza  sovetləri  qurultayına 
nümayəndələr  və  Şəki  Rayon  Sovetinin  İcraiyyə  Komitəsinə 
üzvlər  seçmək  üçün  yenidən  bir  araya  gəldilər.  Ə.Qədimov 
iclasın  sədri  seçildi.  Qurultay  nümayəndələrinin  seçkisi 
başlandı.  Bu  zaman  üçlüyün  (troykanın)  nümayəndəsi 
Əzim-
zadə  iclas  iştirakçılarına  üz  tutaraq  ucadan  dedi:  “Yaxşı 
adamları seçin, 
pisləri seçsəniz BIZIM TOPLARIMIZ sizin 
Şəkiyə doğru tuşlanacaqdır”. 
Əsgər və İsabala adlı şəxslər də “bizə Abbas lazım deyil” 
deyə çığırdılar”

AYDINLATMA.  Burada  adı  çəkilən  Əzimzadə  kim 
olsa yaxşıdır?! Xalq rəssamı Əzim Əzimzadə! O, hələ 
Bakı  Soveti  dönəmindən  Rusiya  hakimiyyəti,  daha 
düzgünü,  Bakı  Sovetinin  Daxili  İşlər  Komissarlığı  ilə 
çiddi  əməkdaşlıqdaydı.  Komissar  Alyoşa  Caparidze 
onu  şəxsən  özü  “sovet  hakimiyyətini  yerində  təşkil 
etmək, Salyan şəhərində və ətrafında həyatın düzgün 
axınını  bərpa  etmək  üçün”  komissar  təyin  etmiş,  15 
may  1918-ci  ildə  ona  öz  imzasıyla  3  saylı  mandat 
vermişdi
7
. Təbii ki, Azərbaycan Cümhuriyyəti illərin-
də  o,  milli  hakimiyyətimizə  qarşı  oldu  və  Azərbay-
canda  sovet  hakimiyyəti  yenidən  qurulan  kimi 
                                                 
7
  Həmin mandatın bir surəti şəxsi arxivimizdədir. 

 
29 
özünün  çekist  fəaliyyətinə  başladı.  1921-də  biz  onu 
artıq “troyka” üzvü kimi Şəkidə görürük...  
Ancaq  Əzimzadənin  “öz  toplarıyla”  hədələməsi  də, 
öyrədilmiş  adamların  qara-qışqırığı  da  Əliabbas 
Qədimovun  qəza  sovetlər  qurultayına  nümayəndə 
seçilməsinin  qarşısını  ala  bilmədi.  Əlabbas  həkimin 
nüfuzundan  qorxan  bolşeviklər  anladılar  ki,  onun 
seçilməməsinin bircə yolu qalıb – həbs etmək. Bu işisə 
onlar  çox  gözəl  bacarırdılar.  Bu  dəfə  də  öz  işlərini 
“təmiz” gördülər – o və tərəfdarları dustaq edildi. 
 
Kiş  kəndindən  Şəki  Rayon  Sovetinə  deputat  seçilmiş 
Həmid  Əfəndizadə
’nin  müttəhim  kimi  Azərbaycan  Fövqə-
ladə  Komissiyasının  müstəntiqi  Şahverdiyev’ə  verdiyi  ifa-
də  də  Qasım  Hüseynbəyovun  yuxarıda  dediklərini  bir 
daha təsdiqləyir. Onunla müstəntiq arasında dindirmə bu 
sayaq gedib:  

Sual:  Nə  vaxt,  nə  üçün  və  harada  həbs  olunmağınız 
barədə ətraflı danışın. 
Cavab: Mən Şəki Şəhər İcraiyyə Komitəsinə seçkilərin keçi-
rildiyi  Fəhlə  klubunda,  may  ayının  1-də  həbs  olunmuşam.  Bu 
seçkilərdə namizəd olaraq iştirak etmək üçün Kiş kəndindən se-
çilmişdim.  Ümumiyyətlə,  rayon  İcraiyyə  Komitəsinin  tərkibini 
seçki yolu ilə müəyyən etmək üçün rayonun kəndlərindən 130, 
rayon  mərkəzinin  özündən  isə  35  deputat  Şəki  Sovetinin  bu 
yığıncağında iştirak edirdi. Nümayəndələr deputatların sırasın-
dan İcraiyyə Komitəsinin üzvlüyünə 15, namizədliyinə isə 5 de-
putat seçməli idilər. İclasda iştirak edən deputatların ümumi ra-
zılığı əsasında 15 nəfərin adının salındığı bir siyahı tərtib olun-

 
30 
du. Burada mənim də adım var idi. Adları siyahıya salınmış de-
putatlardan 8 nəfəri Şəkinin kəndlərini, 7 nəfəri isə şəhəri təmsil 
edirdi.  Siyahı  seçkini  keçirməyə  məsul  edilmiş 
Musabəyov, 
Əzimzadə və Tokayevdən ibarət üçlüyə təqdim edildi. Onlar 
siyahını  nəzərdən  keçirib  bəyan  etdilər  ki,  İcraiyyə  Komitəsinə 
seçkilərdə Şəki şəhərini 9, kəndləri isə 6 deputat təmsil etməlidir. 
Nümayəndələr bununla razılaşmayıb əvvəlki variantın üzərində 
israrla  dayandılar.  Belə  olduqda  üçlük  iclası  bağlı  elan  etdi. 
Beləliklə, seçki prosesi dayandırıldı. Elə həmin anda mən də da-
xil olmaqla 
10  deputat  həbs  olundu. Onlardan 4 nəfəri azad 
edilsə də qalan 6 deputat Bakıya Az. FK-ya gətirildi. 
Sual: Şəki İcraiyyə Komitəsinə seçkilər ərəfəsində çıxış 
etmisinizmi, etmisinizsə hansı mövzuda? 
Cavab:  Çıxış  edib  demişəm  ki,  kəndlərdən  seçilən  deputat-
lar  çoxluq  təşkil  etdiyindən  İcraiyyə  Komitəsində  də  onların 
daha çox yeri olmalıdır. 
Sual:  Siz  ictimai  həyatla  nə  vaxtdan  maraqlanmağa 
başlamısınız? 
Cavab:  İctimai  həyatla  Sovet  hakimiyyəti  qurulduqdan 
sonra  maraqlanmağa  başlamışam.  Buna  qədər  isə  uşaqlara 
savad verməklə kifayətlənmişəm”.
 
RÜSTƏMOVUN ƏMƏLLƏRİ 
Bəs  hakimiyyət  orqanları  el-oba  içərisində  nüfuz  və 
hörməti  olan  şəxslərin  tutulmasının  səbəbini  necə  izah 
etdilər? Onlar yalana  əl atdılar. Şəki Siyasi  Büronun rəisi 
Rüstəmov
’un Azərbaycan Fövqəladə Komissiyasının sədri 
Mircəfər Bağırov
’a 2 may 1921-ci il tarixdə yazdığı 476 saylı 

 
31 
raport başdan-ayağa iftira və böhtandan ibarətdir. Orada 
deyilir: həkim Əliabbas Qədimov, Nurməhəmməd Əlimov, 
Qasım  Hüseynbəyov, Kərim  Qazızadə,  Həmid  Əfəndiyev 
və 
Mürsəl İmanzadə məzara gömülmüş Müsavat hökumətinin 
tərəfdarları,  Müsavat  ideologiyasının  daşıyıcılarıdır.  Əhalini 
silahlandıraraq  (?!  –  müəl.)  Sovet  hökumətinə  qarşı  qaldır-
maq  və  onu  yıxıb  əvəzinə  despotik  kapitalist  rejimi  yaratmaq 
onların  başlıca  məqsədidir. 
Bu  adamların  özbaşınalığı  o 
həddə çatıb ki, Şəki İcraiyyə Komitəsinə seçkilər keçirilən 
zaman  qızışdırıcı  sözlərlə  nümayəndələri  bolşevizmin 
qatı  əleyhdarı  olan  adamlara,  yəni  özlərinə  səs  verdir-
məyə  çalışıblar  (öz  tərəfdarlarını  seçdirməyə  çalışmaq 
haçandan özbaşınalıq olub?! – müəl.).  
Bu  gün  Bakıya  yola  düşmüş  fövqəladə  üçlüyün  nümayən-
dələri 
Musabəyov,  Əzimzadə  və  Tokayev
8
 onların  fəaliyyəti 
barədə  geniş  məlumatı  sizə  təqdim  edəcəklər.  Mən  vəzifə  bor-
cunu yerinə yetirən bir kommunist kimi, verdiyim hesabata əla-
və olaraq bildirirəm ki, əksinqilabçıların bu nümayəndələri Şəki 
rayonuna  geri  dönəcəkləri  təqdirdə  fəaliyyət  imkanları  xeyli 
genişlənəcək,  öz  axtarış  və  təbliğatlarında  daha  da  cəsarətli 
olacaqlar
.  (Həyasızlığın,  vicdansızlığın  həddi-hüdudu 
olmazmış! Günahsız insanları şərləyib həbsxana küncünə 
                                                 
8
 Fövqəladə üçlüyün üçüncü üzvü Tokayev haqqında Azərbaycan 
tarixşünaslığında  heç  bir  bilgi  yoxdur.  Milliyyətcə  çeçen  olan 
D.Tokayev
  o  zaman  Azərbaycan  KP  mərkəzi  komitəsinin  üzvüydü. 
Üçlük  üzvü  olması  onun  da  Azərbaycanda  axıdılan  haqsız  qanlarda 
iştirakını göstərir. 

 
32 
atmaları  bəs  deyilmiş,  onları  orada  saxlamağa,  doğma 
yurddan didərgin salmağa da çalışıblar). 
Rüstəmov Azərbaycan FK-nın sədri Mircəfər Bağırova 
2 may 1921-də yazdığı 482 saylı raportunda şərlənib həbs 
olunan  daha  bir  seçki  qurbanının,  ixtisasca  müəllim  olan 
Zahid  İbrahimxəlil  oğlu’nun  adını  çəkir.  Rüstəmov  onu 
gizli  Müsavat  təşkilatının  ən  qatı  üzvü  kimi  təqdim 
edərək  bildirir:  Zahid  İbrahimxəlil  oğlu  zəhmətkeşlər  və 
yoxsullar  arasında  kommunist  partiyasını  nüfuzdan  salmağı 
qarşısına  məqsəd  qoymuşdur.  O,  Şəkidə  İcraiyyə  Komitəsinə 
seçkilər  zamanı  Müsavat  Partiyasının  xeyrinə  güclü  təbliğat 
aparmışdır.  Zahid  İbrahimxəlil  oğlu  476  saylı  raportumda 
haqqında sizə məlumat verdiyim həkim Qədimovun məsləkdaş-
larındandır.  Zahid  İbrahimxəlil  oğlu  özünün  məsuliyyətsiz 
davranışı ilə Şəki qəzasında ictimai həyatı daim qarışdırır. 
Bir qədər də Rüstəmovun özü haqqında. Azərbaycan 
çekistləri içərisində o, öz amansızlığı ilə daha çox seçilirdi. 
Onun  inzibati-ərazi  baxımdan  Şəkiyə  tabe  olan  Xaçmaz 
kəndində
9
 apardığı  kütləvi  həbslər  1921-ci  ilin  yazında 
üsyana  səbəb  oldu.  Kənddəki  milis  işçilərinin  bir  hissəsi 
öldürüldü,  qalanları  isə  canlarını  birtəhər  qurtararaq 
Vartaşen  (indiki  Oğuz)  kəndinə  sığındılar.  Xaçmaz 
kəndinə tərkibində topçu birliyinin də olduğu hərbi hissə 
yeridildi.  Ancaq  üsyançılar  bu  hücumu  dəf  etdilər. 
Xaçmaz  kəndinə  ikinci  hücum  26  may  1921-ci  ildə  gecə 
vaxtı başlandı. Əməliyyata 2-ci topçu alayının komandiri 
Dobrexetov 
rəhbərlik  edirdi.  Bu  hücuma  Atakişiyev’in 
                                                 
9
  ndi Oğuz rayonundadır. 

 
33 
başçılıq  etdiyi  Zaqatala  alayı  da  qatılmışdı.  Döyüşdə 
üsyançıların  rəhbəri  Hüseyn  əfəndi  həlak  oldu.  Bolşevik-
lərin  xeyli  üstün  hərbi  qüvvəsi  qarşısında  duruş  gətirə 
bilməyən üsyançılar Xaçmazı tərk edərək dağ kəndlərinə, 
o sıradan Filfilli’yə toplandılar. 
Xaçmaz  üsyanının  başlıca  səbəbi  kimi  Rüstəmovun 
amansızlığı,  qəddar  əməlləri  göstərilir.  Şəki  şəhərində 
başda  Əliabbas  Qədimov  olmaqla  yerli  sovetin  deputat-
larının  həbs  olunması  haqqında  göstərişi  də  məhz  Rüs-
təmov vermişdi. Bununla da o, Xaçmaz kəndində olduğu 
kimi Şəkidə də gərginlik yaratmışdı. 
* * * 
Bu  həbsin  yalnız  Əliabbas  Qədimov  və  başqa  fəal 
insanları  seçkidən  uzaqlaşdırmaq  üçün  qurulmuş  oyun 
olduğunu əslində Fövqəladə Komissiyanın özü təsdiqlədi. 
Belə ki, dustaqları dindirərək onlardan izahat almış Azərb. 
FK-nın  məsul  müstəntiqi,  müvəkkil  Potreba  Müsavat 
Partiyasına  mənsubluğa  görə  açılmış  2687  saylı  cinayət 
işini  gözdən  keçirərək  12  may  1921-də  özünün  rəsmi 
rəyini  verdi.  Məhbusların  ad-soyadlarını  və  yaşlarını 
sadaladıqdan sonra o bildirdi: “... onların Müsavat Partiya-
sının  gizli  təşkilatına  mənsubluğu  haqqında  heç  nə  sübut 
olunmayıb. İşdəki məlumatlar, əksinqilabda ittiham edən mate-
riallar yalnız gümanlardan ibarətdir, ona görə də təklif edərdim 
ki,  adıkeçən  yeddi  vətəndaş  zindandan  buraxılsın,  ASSR-dən 
çıxmamaq haqqında dillərindən iltizam alınsın, həbs edildikləri 
zaman götürülmüş pulları geri qaytarılsın”


 
34 
Azərb.  FK  Rəyasət  Heyəti  bu  rəyə  əsaslanaraq  elə 
həmin gün – 12 may 1921-də hökm verdi: “İşi xətm etməli 
və arxivə verməli. İttiham edilənləri ASSR-dən çıxmamaq haq-
qında  iltizam  almaqla  həbsdən  azad  etməli.  Həbs  zamanı 
götürülmüş pulları geri qaytarmalı”
.  
Adamdan  soruşarlar  ki,  bu  kişilərin  suçu  yoxdusa 
onları  niyə  martdan  mayadək  zindanda  saxlayırdınız? 
Deməli, bu qanunsuzluq kommunistlərə seçkiləri onlarsız 
keçirmək  üçün  lazımmış,  çünki  bolşeviklər  savad  və 
ağılca  özlərindən  üstün  adamlara  bütün  hakimiyyətləri 
boyunca yalnız belə cinayətlərlə “üstün gələ” biliblər.   
POTREBAYA İZAHAT 
O  zaman  Şəki  Səhiyyə  Şöbəsinin  müdiri  işləyən 
Əliabbas Qədimov da yerdə qalan altı dustaq yoldaşı kimi 
11  may  1921-də  Azərbaycan  Fövqəladə  Komissiyasının 
müvəkkili Potreba’ya izahat yazmışdı. Bu sənəd “Əliabbas 
Qədimov  kimdir?”  sualına  cavab  verən  ən  geniş  və  ən 
inanmalı qaynaqdır. 
Sənəd  belə  başlanır:  “Babam Şəkidə nalbənd idi”.  Ancaq 
sonrakı  bilgilər  bu  fikrin  doğru  olmadığını,  Əliabbas 
həkimin zəngin ailədən çıxdığını göstərir. Bəs onu “tarixi 
saxtalaşdırmağa” vadar edən nəydi?  
Nəzərə  alınmalıdır  ki,  həm  çar,  həm  də  sovet 
dönəmlərində  insanlara  sinfi  mənsubiyyətinə  görə  dəyər 
verilirdi.  Çar  hakimiyyəti  yalnız  zadəganları  və  dövlət-
liləri, kommunistlərsə yalnız fəhlə və kəndliləri, onlardan 
törəyənləri dövlətin tamhüquqlu vətəndaşı sayırdı. Allah-

 
35 
sızlıqlarına görə çar məmurlarından qat-qat ədalətsiz olan 
kommunistlər  “istismarçı  sinifləri”:  xan-bəy,  sahibkar-
tacir,  ruhani  və  yüksək  savadlı  ziyalıları,  onların  övlad-
larını  rəsmən  “sinfi  düşmən”  adlandıraraq  onları  bütün 
vətəndaş hüquqlarından (səsvermə,  işləmə,  oxuma və b.) 
məhrum  edir  və  güllələmə,  Sibirə  sürgünə  göndərmə, 
yaxud  uzunmüddətli  həbs  yoluyla  cismən  məhv 
edilirdilər.  Buna  görə  də  vaxtilə  ali  təbəqədən  çıxmış 
insanlar  (o  sıradan  Ə.Qədimov)  öz  sinfi  mənsubluğunu 
gizlətməyə,  “proletar”  –  fəhlə-kəndli  övladı  olduğunu 
deməyə məcburdu. 
İzahatda  daha  sonra  oxuyuruq:  “Atam  yetmiş  yaşlı 
qocadır.  İndi  Şəki  Səhiyyə  Şöbəsində  təchizat  agentidir.  Mən 
işçi təbəqəsindənəm. 
1896-cı  ildən  1905-ci  ilədək  Asxabad
10
gimnaziyasında 
oxumuşam. 1904-cü ildə VII sinif şagirdiykən eserlərin
11
 şagird 
təşkilatına girmişəm. Bir il sonra VIII sinifdə oxuyarkən siyasi 
iş  üstündə  7  yoldaşımla  birgə  gimnaziyadan  çıxarılmışam. 
1906-da  ekstern  yolu  ilə  Gəncə  gimnaziyasını  bitirərək  Qazan 
Universitetinin  tibb  fakültəsinə  girmişəm.  Universitetdə 
tələbələr arasında 2 ilə yaxın fəal inqilabçı kimi güclü işləmişəm. 
1907-nin  sonunda  Qazandan  Asxabada  qaçmışam.  Burada  2 
dəfə  vilayət  dustaqxanasında  həbsdə  olmuşam.  1908-də 
Türküstan diyarından sürgün edilmişəm. Həmin il Bakıda Bibi-
                                                 
10
 Aşqabad. 
11
 Rusca “социалисты-революционеры” (“sosialist inqilabçılar”) 
sözündəndir.  Eser  partiyası  XX  yüzilin  başlanğıcında  çox  güclü  bir 
siyasi təşkilatdı. 1917-ci ildə Rusiyada onun 1 milyon üzvü vardı.  

 
36 
Heybət  zavodlarında  işləmişəm. 
Gizli  şəkildə  Türküstana  getmi-
şəm  və  1908-in  sonunda  eser 
partiyasından  çıxmışam.  Asxa-
badda  5-6  ay  gizli  yaşayaraq 
1909-da  İrana  –  Məşhədə  keç-
mişəm və burada 2 ilə yaxın İran 
inqilabçıları  ilə  işləmişəm.  1911-
də Məşhəddə Rusiya Baş konsulu 
məni  həbs  edib.  Konsulluqdan 
qaçmışam  və  Məşhəddəki  İran 
hakimiyyət  dairələrinin  yardı-
mıyla  oradan  Tehrana,  Tehran-
dan Bağdada, Bağdaddan da İstanbula qaçmışam. 
İstanbulda 1911-də indi Dağıstan İnqilab Komitəsinin sədri 
işləyən  yol. 
Qorxmazov’un  yardımı,  tövsiyəsi  ilə  indi  Şərqdə 
Təbliğat Şurasının üzvü olan yoldaş professor 
Bəhaəddin məni 
İstanbul  Universitetinin  tibb  fakültəsinə  götürüb  və  buranı 
1916-da bitirmişəm”. 
AYDINLATMA.  Son  cümlədə  adı  keçən  Cəlaləddin 
Əsildar  oğlu  Qorxmazov  (1877-1937)  Rusiya  və 
Dağıstanın  sovet  dönəmi  tarixində  mühüm  rol 
oynamış  görkəmli  dövlət  və  partiya  xadimi,  diplo-
mat,  alim  və  publisistdir.  Milliyyətcə  Türk  (Qumuq) 
olan  C.Qorxmazov  1877-ci  ildə  Dağıstanda  ata-
babalarının Kurtomqala kəndində doğulub. Onun ata 
babası Şeyx Şamil’in tərəfində çara qarşı vuruşduğuna 
görə  sonra  Sibirə  göndərilmiş  və  edam  edilmiş,  ana 
babası  isə  Şamillə  bir  yerdə  oxumuşdu.  Atası  Əsildar 
 
 
Ъялаляддин
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə