Amazan ayını oruc tutmaq və bu ayda ibadət etməyin fəziləti (savabı)


Namaz qılmaqda tənbəllik edib, oruc tutanın hökmü



Yüklə 0,51 Mb.
səhifə3/5
tarix28.01.2017
ölçüsü0,51 Mb.
#6667
1   2   3   4   5

Namaz qılmaqda tənbəllik edib, oruc tutanın hökmü.

  1. Sual: Bəzi cavanlar (Allah onlara hidayət versin!) Ramazan ayında və qeyri vaxtlar namaz qılmaqda tənbəllik edir, lakin orucu isə necə lazımdır elə də tuturlar. Susuzluq və aclığa davam gətirirlər. Siz onlara nə tövsiyə edərdiniz və onların oruclarının hökmü nədir?

Cavab: Mənim onlara tövsiyəm o olar ki, qoy onlar öz-özlərində düşünsünlər və bilsinlər ki, namaz şəhadətdən sonra islamın ən əhəmiyyətli əsasıdır. Kim namaz qılmır və laqeydlik üzündən onu tərk edirsə mənim qane olduğum iki rəydən birinə görə o küfr etmiş olur. Ona görə də qoy həmin insanlar Allahdan qorxsunlar və namazlarını qorusunlar. Onları vaxtlı-vaxtında müsəlman camaatla qılsınlar. Allahın köməkliyi ilə mən zamin dururam ki, əgər onlar belə etsələr onda Ramazan ayında və ondan sonra da daima qəlblərində həqiqi namaz istəyinə nail olacaqlar. Əgər bir insan öz Rəbbinə qayıdar, sığınar və Ona həqiqi tövbə edərsə, tövbəsi onun üçün əvvəlkindən daha da xeyirli ola bilər. Belə bir hadisə haqda Allah təalə Adəmi nümunə olaraq xatırlatmışdır. Adəm qadağan olunmuş ağacdan yedikdən sonra tövbə edib buna nail olmuşdu: "sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi." (Taha: 122).

(Şeyx: İbn Useymin).
Ramazan ayı oruclu halda qadınla danışmağın və əlindən tutmağın hökmü.

  1. Sual: Ramazan ayı oruclu halda qadınla danışmağın və əlindən tutmağın hökmü nədir? Xüsusən bəzi ictimai yerlərdə bu kimi hadisələr daha çox baş verir?

Cavab: Əgər kişinin qadınla söhbətindən məqsəd ləzzət və şəhvət deyilsə və Ramazan ayında oruclu halda bilmədən əli ilə qadına toxunarsa bunun oruca təsiri yoxdur. Yox əgər qadınla söhbətdən məqsəd ləzzət almaqdırsa bu həm Ramazan həm də qeyri vaxtlarda qadağandır.

(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).
Ramazan ayı gecə vaxtı içki içənin orucunun hökmü.

  1. Sual: Bir nəfər içki bəlasına düşmüş, hətta Ramazan ayı gecə vaxtı da içki içir. O gecə içki içir bəs onun gündüz vaxtı tutduğu orucun hökmü nədir?

Cavab: Allah təalənin buyurduğuna görə içki içmək ən böyük günahlardandır. "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-Maidə: 91).

Içki həm Ramazanda həm də digər vaxtlarda haramdır. Lakin Ramazanda içmək daha çox haramdır. Onu içən kimsə tez bir zamanda içkidən əl çəkməli, etdiyinə peşman olub, bir daha o günaha qayıtmayacağına söz verməli və Allaha tövbə etməlidir. Amma Ramazan ayı gecə vaxtı içki içib, gündüzlər oruc niyəti ilə yemək içmək və digər iftar etdirən amillərdən çəkinib oruc tutan adamın orucu doğrudur.



(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).
Oruclu olarkən gündüz vaxtını yatmaqla keçirmək.

  1. Sual: Oruclu halda gündüz vaxtını yatmaqla keçirməyin və belə orucun hökmü nədir? Yaxud, fərz namazlarını qılmaq üçün oyanır sonra yenidən yatmağa davam edirsə onun hökmü nədir?

Cavab: Bu sual iki məna daşıyır:

Birinci adam bütün gününü yatmaqla keçirir və heç oyanmır. Şək yoxdur ki, belə etmək günahdır və namazları vaxtından sonraya saxlamaq Allaha asilikdir. Əgər həmin adam camaat namazına getməlidirsə onda getmədiyinə görə əlavə günah da qazanır. Belə adamın orucu naqis olur və onun əməli, bir şəhəri məhv edib yerində qəsr tikən adamın timsalındadır. O, Allaha tövbə etməli və qalxıb namazlarını vaxtında qılmalıdır.

Ikinci adam oyanıb fərz namazlarını vaxtında camaatla qılırsa ona günah yoxdur. Lakin o özünü çoxlu xeyirdən məhrum etmiş sayılır. Çünki oruc tutan adam namaz qılmalı, zikr, dua etməli və ya Quran oxumalıdır ki, oruc ilə bərabər müxtəlif ibadətləri cəm etsin. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırsa bu onun üçün başqa vaxtlarda daha rahat və asan olar. Əgər o öz nəfsini tənbəlliyə, halsızlığa və rahatlığa öyrəşdirsə onda başqa əməllər və ibadətlər ona çətin gələr. Ona görə mən belə adama tövsiyə edirəm ki, oruclu vaxtını yatmağa deyil, ibadətə sərf etsin. Allaha şükrlər olsun ki, O bizə günümüzdə orucun məşəqqətini azaldan: kondisioner və s. - nemətlər vermişdir.

(Şeyx: İbn Useymin).

Ramazanda iftar və ya sühur (imsak) etmək.

Azan vaxtı və ya azandan sonra az müddət yemək yeməyin hökmü.

  1. Sual: Allah təalə buyurur: "sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için;..." (əl-Bəqərə: 187).

Sübh azanı verilən vaxt və ya azandan sonra on beş dəqiqə ərzində sühur yeməyini yeyib, su içənin hökmü nədir?

Cavab: Əgər həmin adam bunun sübhün vaxtından öncə olduğunu bilirsə onda orucu qəza etməli deyil. Əgər sübhün vaxtı daxil olandan sonra edibsə həmin günün əvəzinə bir gün qəza etməlidir. Əgər yeməyinin sübhün vaxtı girdikdən sonra və ya əvvəl olduğunu bilmədikdə onun boynuna qəza düşmür. Lakin mömin insan gərək orucunda ehtiyatlı olsun. Sübh azanını eşidən kimi yemək içməkdən əl çəksin.

(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).
Sübh azanı verilən vaxt yeyib içənin orucunun hökmü.

  1. Sual: Sübh azanını eşidə-eşidə yeyib içən adamın orucunun hökmü nədir?

Cavab: Orucun, Ramazan, nəzir və ya kəffarə orucu olmasından asılı olmayaraq sübhün vaxtı daxil olduqdan sonra yeyib içməkdən və digər iftar etdirən amillərdən əl çəkmək lazımdır. Bu haqda Allah təalə buyurur: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın;..." (əl-Bəqərə: 187).

Əgər müəzzin azanı vaxtında verirsə onda azanı eşidən kimi yemək içməyi dayandırmaq lazımdır. Yox əgər müəzzin azanı vaxtından əvvəl verirsə onda azanı eşidərkən yemək içməyi saxlamaq vacib deyil. Belə halda o, sübhün vaxtı daxil olana qədər yeyib içə bilər. Əgər müəzzinin vaxtında və ya vaxtından əvvəl azan verdiyini bilmirsə onda ehtiyat üçün azanı eşidən kimi yemək içməkdən imtina etsin.



Hamıya məlumdur ki, şəhər daxilində yaşayanların işıqların çoxluğundan sübh vaxtının daxil olmasını öz gözləri ilə görmələri mümkün deyildir. Ona görə ehtiyat üçün təyin edilmiş təqvimlərdən və azandan istifadə etmək daha yaxşıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Şübhələndiyin işi şübhəli olmayanı ilə əvəz et!" digər hədisdə isə buyurmuşdur: "Kim şübhələrdən uzaqlaşarsa öz dinini və namusunu qorumuş olar". Doğru yola yönəldən yalnız Allahdır!

(Şeyx: Əbdül Əziz İbn Bəzz).
Orucu batil edən əməllər.!!!

  1. Sual: Ramazan ayı gündüz vaxtı edilən onanizm (əl ilə sperma çıxarmaq) haqda soruşmaq istəyirəm. Onanizmin qadağan olmasını bilirəm, lakin bilmək istəyirəm ki, onun kəffarəsi nədir?

Cavab: Onanizm Ramazanda və digər vaxtlarda qadağandır. Və bu əməli edən adam mütləq günah qazanır. Onun bağışlanması üçün tövbə etmək, əvəzində yaxşı və saleh əməlləri çoxaltmaq lazımdır. Əgər bu əməl oruclu halda edilsə onda onun günahı daha da böyük sayılır. Həmin adam böyük tövbə etməlidir. Sonra o günün əvəzinə qəza tutmalıdır. Allah bəndələrinin tövbələrini qəbul edən və günahlarını bağışlayandır.

(Şeyx: Ibn Cibrin).
Diş fırçası işlətmək və bu zaman dişlərin qanaması.

  1. Sual: Sühurdan (imsakdan) sonra dişləri diş məcunu ilə fırçalamaq olar? Əgər olarsa bəs bu zaman az miqdarda çıxan qan orucu pozurmu?

Cavab: Oruc tutduqdan sonra dişləri su ilə yaxalamaq, misvak və ya diş fırçası ilə təmizləmək olar. Amma diş məcunundan istifadə etmək isə məkruhdur (yaxşı deyil). Çünki həmin məcunun tamı olur və bu da ağız suyu ilə bərabər oructutanın mədəsinə gedə bilər. Əgər istifadə etməyə məcbur olarsa onda məcunu mədəsinə getməkdən qorumalıdır. Dişləri təmizləyərkən az miqdarda çıxan qanın isə heç bir təsiri yoxdur.

(Şeyx: Ibn Cibrin).
Oruclu olarkən yağ və kremlərdən istifadə etmək.

  1. Sual: Dərini nəmləndirən yağ və ya kremlərin istifadəsi oruca təsir edirmi?

Cavab: Oruclu halda ehtiyac olduqda bədəni kremləmək olar. Çünki həmin maddə dərinin üstünü nəmləndirir və bədənin içərisinə daxil olmur.

(Şeyx: Ibn Cibrin).
Oruclu halda qan verməyin hökmü.

  1. Sual: Ramazan ayı gündüz vaxtı qan vermək olarmı və bu orucu batil edirmi?

Cavab: Alimlərin daha doğru olan rəylərinə görə qan aldırmaq və ya qan vermək orucu pozmur.

(Şeyx: Ibn Bəzz).
Ramazan ayı gündüz vaxtı iynə vurdurmaq haqda.

  1. Sual: Oruc olarkən müalicə üçün vurulan iynələr oruca təsir edirmi?

Cavab: Müalicə üçün vurulan iynələr iki növdür: Birinci növ, yemək və içməyi əvəz edən qidalandırıcı iynələr. Bu növ iynələr yemək-içmək mənasında olduğu üçün onları qəbul etmək orucu batil edir. Ikinci növ, yemək içməyi əvəz etməyən qeyri qidalı iynələr. Belə iynələr yemək içməyi əvəz etmədiyi üçün onların qəbulu orucu batil etmir.

(Şeyx: İbn Useymin).
Oruclu halda ətirlərdən istifadə etmək.

  1. Sual: Oruclu halda müxtəlif qoxulu ətirlərdən istifadə etmək nə dərəcədə doğrudur?

Cavab: Oruclu halda belə ətirləri istifadə etmək və iyləmək olar.

(Şeyx: İbn Useymin).
Göz damlası haqda.

  1. Sual: Oruclu halda göz damlasından istifadə etmək orucu batil edirmi?

Cavab: Daha doğrusu göz damlası orucu batil etmir. Düzdür bu rəy haqda alimlər arasında fikir müxtəlifliyi vardır. Bəziləri deyirlər ki, əgər o damlanın tamı boğaza yetişərsə orucu batil edir. Amma daha doğru rəyə görə gözə tökülən damla orucu batil etmir. Çünki göz bədən boşluqlarından sayılmır. Beləliklə səhih rəyə əsasən gözə və qulağa tökülən damlalar orucu batil etmir.

(Şeyx: Əbdül Əziz Ibn Bəzz).
Oruc tutanın xına qoyması.

  1. Sual: Oruclu halda başa xına qoymaq olarmı? Mənim eşitdiyimə görə xına orucu batil edir!?

Cavab: Bu təmamilə səhv fikirdir. Sürmə, qulaq və göz damlası kimi xına da oruca təsir etmir.

(Şeyx: İbn Useymin).
Unudaraq yemək.

  1. Sual: Oruclu olduğunu unudaraq yeyən və içənin hökmü nədir? Həmin adamın yemək yediyini gördükdə ona oruclu olduğunu xəbərdarlıq etmək lazımdırmı?

Cavab: Oruclu halda unudaraq yeyib içənin orucu doğrudur. Lakin yadına düşən kimi yeyib içdiyindən dərhal imtina etməlidir. Hətta ağzında olan tikəni və ya suyu geri çıxartmalıdır. Belə halda orucun doğru olmasına dəlil Əbu Hureyrənin (Allah ondan razı olsun) Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdir: "Kim oruclu olduğunu unudaraq yeyər və ya içərsə orucunu tamamlasın. Onu Allah yedizdirib içizdirmişdir". Həmçinin insan unudaraq etdiyi işlərə görə Allah yanında günah qazanmır. Allah təalə buyurur: "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!" (əl-Bəqərə: 186) və bunun müqabilində isə Allah təalə buyurmuşdur: "Mən bunu (sizin duanızı) qəbul etdim!".

Onu görən adam isə mütləq xəbərdarlıq etməlidir. Çünki onun xəbərdarlığı pis işlərdən çəkindirməkdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim pis işin şahidi olarsa onu əli ilə dəyişsin, əgər bacarmasa onda dili ilə dəyişsin və onu da bacarmasa onda qəlbi ilə dəyişsin". Heç şübhəsiz ki, oruc tutan adamın oruclu vaxt yeyib içməsi pis və münkər əməllərdəndir. Amma unutduğuna görə bu əməl bağışlanandır. Lakin yeyib içən adamı görənə isə heç bir üzr yoxdur və ona görə də xəbərdarlıq etməsi vacibdir.



(Şeyx: İbn Useymin).
Oruclu olarkən çimmək.

  1. Sual: Oruclu olarkən bir dəfədən artıq çimməyin və ya kondisionerin qarşısında uzun müddət oturmağın hökmü nədir?

Cavab: Belə etmək olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) oruclu olarkən istinin və ya susuzluğun şiddətindən başına su tökərdi. Həmçinin Abdullah İbn Ömər (Allah ondan razı olsun) adlı səhabə də istinin qarşısını almaq üçün oruclu olarkən paltarını su ilə isladardı.

(Şeyx: İbn Useymin).
Məzinin (şəhvətli halda övrət yerindən ifraz edilən duru maye) çıxması haqda.

  1. Sual: Bir nəfər, öz həyat yoldaşı ilə oynayanda və ya onu öpəndə paltarında övrət yerindən ifraz edilmiş nəm hiss etdiyni deyir. Indi o, bunun oruca necə təsir etməsini bilmək istəyir?

Cavab: Sual verən adam həmin nəmliyin məni (sperma) və ya məzi olmasını qeyd etməyib. Lakin görsənir ki, onun demək istədiyi məzidir. Əgər belə halda məzi ifraz edilmişsə bunun oruca təsiri yoxdur. Amma məni (sperma) ifraz edilsə oruc batil olur. Ümumiyyətlə oruclu adam belə hallardan uzaq olmağa çalışmalıdır.

(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).
Oruclu halda həyat yoldaşı ilə cinsi əlaqədə olmaq.

  1. Sual: Oruclu halda həyat yoldaşı ilə cinsi əlaqədə olmağın hökmü nədir?

Cavab: Oruclu halda qadınla cinsi əlaqədə olan adam Allaha və Rəsuluna asilik etmiş günahkardır. O orucunu qəza etməli və kəffarə verməlidir. Kəffarəsi isə, bir kölə azad etməkdir. Əgər tapmasa iki ay ardıcıl oruc tutmaqdır. Bunları da bacarmasa onda altmış nəfər kasıbı yedizdirməlidir. Hər kasıba ölkəsinin qida məhsulu sayılan nemətlərdən yarım saa, yəni təxminən 1,3 kq (qarın dolusu) yemək verməlidir.

(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).

  1. Sual: Əgər bir kişi oruclu halda öz yoldaşını məcbur edərək onunla cinsi yaxınlıq edibsə nə etməlidir?

Cavab: Əgər kişi qadını cinsi əlaqəyə məcbur edibsə qadının orucu doğru kişinin orucu isə batildir. Kişi etdiyi cinsi yaxınlığa görə kəffarə ödəməlidir. Kəffarə ya bir kölə azad etmək, olmasa iki ay ardıcıl oruc tutmaq, əgər onu da bacarmasa altmış kasıbı yedizdirməli və həmin gününü qəza etməlidir.

(Şeyx: İbn Useymin).
Oruclu olarkən yuxuda cənabət olmaq (xülyaya dalıb sperma ifraz etmək).

  1. Sual: Oruclu adam yuxuda cənabət olmuşdur (xülyaya dalıb sperma ifraz etmişdir). Onun orucu batildirmi? O dərhal qüsl almalıdırmı (çimməlidirmi)?

Cavab: Yhuxuda cənabətli olmaq orucu batil etmir. Çünki bu həmin adamın ixtiyarında deyildir. Bu adam cənabət qüslü almalıdır. Əgər Sübh namazından sonra yuxuda cənabət olubsa onda qüslü Zöhr namazına qədər gecikdirmək olar. Həmçinin gecə arvadı ilə yaxınlıq edib sonra sübhün vaxtı daxil olandan sonra çimmək də olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə cənabət olardı sonra sübhün vaxtı daxil olandan sonra qalxıb çimər və oruc tutardı. Heyzli (aybaşı) və nifaslı (doğuşdan sonrakı qanaxma) olan qadınlar da belədir. Əgər onlar gecə təmizlənib sübhdən sonra çimərlərsə onların tutduqları oruc doğru sayılır. Amma qüslü namazın vaxtı çıxana qədər gecikdir­mək olmaz. Əksinə tez qüsl alıb namazı vaxtında qılmaq lazımdır.

(Şeyx: Əbdül Əziz Ibn Bəzz).
Oruclu olarkən bədəndən qan çıxmaq və qaytarmaq (qüsmaq) haqda.

  1. Sual: Bir dəfə oruclu olarkən başıma daş dəydi və çoxlu qan axdı. Buna görə orucun batildirmi? Birdə, qaytarmaq orucu pozurmu?

Cavab: Başına dəymiş daş nəticəsində çıxan qan sənin orucunu pozmur. Amma qaytarmaq isə sənin ixtiyarında deyilsə onda sənin orucunu pozmur. Amma qəsdən qaytarmaq isə orucu pozur. Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim istəmədən qaytararsa orucunu qəza etməsin, kim bilərəkdən özünü qusdurarsa orucunu qəza etsin".

(Şeyx: Əbdül Əziz Ibn Bəzz).
Oruclu halda qan almaq.

  1. Sual: Oruclu olarkən müayinə üçün qan verən adamın orucu nə dərəcə doğrudur?

Cavab: Belə miqdarda qan çıxarmaq orucu batil etmir. Çünki bunlar ehtiyac üzündən edilir. Həmçinin bu cür əməl orucu pozan əməllərdən deyil.

(Şeyx: Əbdül Əziz Ibn Bəzz).
Oruc tutmaq iqtidarında olmayan xəstə.

  1. Sual: Vərəm xəstəliyinə yoluxmuş adama oruc tutmaq çox çətindir. O ötən Ramazan ayında oruc tutmayıbsa kəffarə olaraq kasıbları yedizdirməlidirmi? Onu da bilmək lazımdır ki, bu xəstəliyin sağalmaq ehtimalı yoxdur?

Cavab: Əgər deyilən adam həmin xəstəlik üzündən oruc tuta bilmirsə və onun sağalması da imkansızdırsa onda oruc tutmaya bilər. Bunun əvəzində oruc tutmadığı hər bir günün əvəzinə imkanı varsa bir nəfər kasıbı təxminən 1,3 kq xurma, düyü və s. öz ölkəsində adət edilən bu kimi yeməklərlə yedizdirməlidir.

(Daimi elmi araşdırmalar mərkəzi).

  1. Sual: Mən şiddətli xəstə idim. Qardaşım məni Məkkə şəhərində bir xəstəxanaya yerləşdirdi və bir müddət sonra Ramazan ayı daxil oldu mən isə hələ də xəstəxanada idim. Bu hadisə iki il davam etdi. Sonra mən Riyad şəhərinə başqa xəstəxanaya köçürüldüm. Bu dəfə özümü əvvəlkindən yaxşı hiss etdiyim üçün Ramazan ayını tam oruc tutdum. Indi mənim boynumda əvvəlki iki ilin orucu qalmaqdadır. Mən onları qəza etməliyəm yoxsa nə isə sədəqə verməliyəm? Onu da deyim ki, mən hər ay üç gün nafilə orucu tuturam. Xahiş edirəm mənə məsləhət verin!

Cavab: Siz ötən iki ilin orucunu mütləq qəza etməlisiniz (əvəzini tutmalısınız). Çünki Allah təalə Qurani Kərimdə buyurur: "(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar..." (əl-Bəqərə: 184). Amma sizin hər ay üç gün oruc tutmağınız isə niyətinizdən asılıdır. Əgər niyət fərz orucu qəza etməkdirsə fərz orucu tutmuş sayılarsınız. Yox əgər niyət nafilə orucu tutmaqdırsa onda bu oruc fərz orucu əvəz etməz. Həmçinin oruc tutmaq iqtidarında olan adam əvəzində yemək yedizdirə bilməz. Mütləq oruc tutmalıdır.

(Daimi elmi araşdırmalar mərkəzi).
Oruc tutmaqda əziyyət çəkən xəstə.

  1. Sual: Mən xəstə qadınam. Ötən ramazan ayında xəstəliyimlə əlaqədar bəzi günləri oruc tutmamışam və həmin günlərin əvəzini də ödəməmişəm. Bunun kəffarəsi nədir? Həmçinin mən bu ilin Ramazan ayını da oruc tuta bilməyəcəyəm. Bu necə olmaldır? Allah sizi xeyirlə mükafatlandırsın!!!

Cavab: Oruc tutmaqda əziyyət çəkən xəstələr sağalana qədər oruclarını aça bilərlər. Lakin sağaldıqdan sonra oruclarını qəza etməlidirlər. Bu haqda Allah təalə buyurur: "(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar..." (əl-Bəqərə: 184). Ona görə xəstə adamın bu ayda oruc tutmaması heç də sıxıntı yaratmamalıdır. Çünki Allah təalə xəstə və müsafirlər üçün həmin müddət oruc tutmamağı rüxsət (rahatlıq) etmişdir. Amma sağalandan sonra tutmadığın günlərin əvəzini oruc tutmalısan.

(Əbdül Əziz İbn Bəzz).
Xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməmək.

  1. Sual: Anam çox yaşlı qadındır. O, Ramazan ayı daxil olmamış bir neçə gün əvvəl bərk xəstələndi və xəstəliyi onu çox taqətdən saldı. Buna baxmayaraq o Ramazanın on beş gününü oruc tutdu qalan günləri isə oruc tuta bilmədi. Onların qəzasını etmək üçün taqəti də yoxdur. Belə halda o sədəqə verə bilərmi? Sədəqə nə qədər verilməlidir? Onu da deyim ki, ona mən baxıram və əgər onun sədəqə verməyə imkanı olmasa mən onun əvəzinə sədəqə verə bilərəmmi?.

Cavab: Sağalmayan xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməyən adam orucunu açmalı və hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir. Allah təalə buyurur: "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər...." (əl-Bəqərə: 184). Ibn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində deyir: "Ayə, oruc tuta bilməyən qoca kişi və qadınlar haqda nazil olmuşdur. Onlar hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidirlər" (Buxari rəvayət etmişdir). Ona görə də anan hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Yeməyin miqdarı isə təxminən 1,3 kq yeyinti məhsulundan ibarət olmalıdır. Əgər yedizdirməyə imkanı yoxdursa onda ona günah yoxdur. Sən onun əvəzinə yedizdirə bilərsən. Bu əməlin yaxşılıqdandır və Allah təalə yaxşılıq edənləri sevir!

(Daimi elmi araşdırmalar mərkəzi).
Ağlını itirən adamın orucu haqda.

  1. Sual: Mənim qızımın otuz yaşı var. Onun bir neçə övladı mövcuddur. On dörd ildir ki, o ağıldankəm xəstəliyinə tutulub. Əvvələr ağılı bir müddət istirdisə sonradan özünə gəlirdi və normal hərəkət edirdi. Amma indi artıq demək olar ki, üç aydır ardıcıl olaraq ağılı kəm vəziyyətdə davam edir. Namazını və dəstəmazını təkbaşına etməyi bacarmır. Mütləq onun yanında kiminsə olub ona göstəriş verməsi lazımdır. Indi isə artıq Ramazan ayı daxil olub və o yalnız bir gün oruc tuta bilib. Digər günləri oruc tuta bilməyib. Xahiş edirəm mənə bu haqda tövsiyə edin?! Mənim və onun boynuna düşənləri bəyan edin?! Çünki onun himayədarı mənəm.

Cavab: Əgər o qızın vəziyyəti həqiqətən də sizin dediyiniz kimidirsə ona namaz və oruc vacib deyil. Orucunu da qəza etməməlidir. Siz isə ona himayədarlıq etməkdə davam etməlisiniz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Hər biriniz məsuliyyətlisiniz və tabeçiliyinizdə olan adamlara görə də məsuliyyət daşıyırsınız...". Əgər bəzi hallarda ağlı başında olarsa həmin vaxtlarda olan namazları qılması vacibdir. Həmçinin Ramazan ayında da bir neçə gün özündə olsa onda yalnız həmin günləri oruc tutmalıdır.

(Daimi elmi araşdırmalar mərkəzi).
Işçi adamın oruc tutması haqda.

  1. Sual: Bir məscid imamı xütbə zamanı dedi ki, işində ciddi məşəqqət yaranan və başqa işə sahib olmayan fəhlə orucunu aça bilər. Lakin bunun müqabilində hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Quran və hədislərdə bu fikrin əsası varmı?

Cavab: Sadəcə bir işə görə orucu pozmaq olmaz. Əgər ciddi məşəqqət yaranıb onu iftar etməyə məcbur edərsə, onda məşəqqəti dəf edən miqdarda iftar edib günün qalan hissəsini günbatana qədər yemək yeməməlidir. Gün batandan sonra camaatla iftar edib həmin günü qəza etməlidir. Amma sənin dediyin fətva səhvdir.

(Daimi elmi araşdırmalar mərkəzi).
Heyzli və nifaslı qadınlar

Ramazan ayının istənilən günü sübh namazından sonra təmizlənərsə yemək və içməkdən imtina edib sonra həmin günün qəzasını etməlidirlər.

  1. Sual: Əgər qadın sübh namazından dərhal sonra təmizlənibsə oruc tutmalıdırmı? Əgər oruc tutarsa bu gün onun üçün sayılacaq, yoxsa qəzasını etməlidir?

Cavab: Əgər qan sübhün vaxtı daxil olarkən və ya ondan bir az öncə kəsilibsə tutduğu oruc doğrudur və fərz orucu əvəz edir. Çimməyini gecikdirsə də orucu doğrudur. Amma qan sübhün vaxtı daxil olandan sonra kəsilərsə onda həmin gün yemək və içməkdən imtina etməli və o günün qəzasını etməlidir. Allah təalə daha yaxşı biləndir!

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin