Allergiya, yaranma səbəbləri. Dərman və qida allergiyası. Allergiya



Yüklə 120,1 Kb.
səhifə2/2
tarix25.12.2016
ölçüsü120,1 Kb.
#3096
1   2
  orqanizmə lazım olan xeyirli qida maddələrinin kifayət qədər daxil olmaması fikridir. Bizim orqanizmimiz çox böyük bir "biokimyəvi laboratoriyadır" ki, bu da hər dəqiqə ərzində orqanizmə ən müxtəlif qida maddələrinin daxil olmasını tələb edir. Bu qida maddələrindən təkcə birinin uzun müddət ərzində çatışmaması da allergik reaksiyanın inkişaf etməsinə səbəb ola bilər. Xüsusən də bu, vitaminlərə və mikroelementlərə aiddir.

Bunlar ancaq allergiyanın səbəblərinin ən çox yayılmış və tanınmış nəzəriyyələridir. Əlbəttə, allergiyanın yaranmasında onların hər birinin öz yeri vardır. Məsələn, allergik xəstəliklərə irsi meyilliliyi olan şəxs ekoloji vəziyyəti pis olan şəhərdə yaşayır və daim stresslərə məruz qalır. Bu halda, böyük əminliklə demək olar ki, bu adamın immun sisteminin fəaliyyətində müxtəlif pozulmalar, həmçinin allergiya meydana çıxa bilər.

Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü biruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır.

Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Bu, immun sisteminin patalogiyasıdır. Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir. Pollinoz bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi özünü göstərir. Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır.

Qida məhsullarına və dərmanlara qarşı olan allergiyalar daha qorxulu hesab olunur. Orqanizmə mədə-bağırsaq traktı vasitəsi ilə daxil olan bu allergenlər, ürəkbulanma, qusma, dilin, qırtlağın şişkinləşməsi, diareya (ishal), qarında ağrılar kimi əlamətlərlə müşayiət olunurlar. Bəzi hallarda bir müddət sonra isə dəridə də allergik əlamətlər (səpkilər, şişkinlik) yarana bilər.


Qida allergiyası zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Meyvə-tərəvəz, bostan bitkilərindən, sitrus meyvələrindən, süd, bal, bişmiş yeməklərdən, şirniyyat məhsullarından və digər qida məhsullarından bu xəstəliyə tutulmaq mümkündür.

Allergik aktivliyi dərəcəsinə görə qida maddələri üç qrupa bölünür: 


- Yüksək allergik aktivlik: inək südü, balıq, yumurta, sitrus meyvələri, qoz-findıq, bal, göbələklər, toyuq əti, çiyələk, moruq, ananas, yemiş, xurma, nar, qara qarağat, böyürtkən, şokolad, kofe, xardal, tomatlar, kök, çuğundur, kərəviz, buğda, çovdar, üzüm.
- Orta allergik aktivlik: şaftalı, ərik, qırmızı qarağat, quş üzümü, düyü, qarğıdalı, qarabaşaq, yaşıl bibər, kartof, noxud, donuz əti, hinduşka əti və dovşan əti.
- Zəif allergik aktivlik: yunan qabağı, patisson, turp, balqabaq (açıq rəngdə olanlar), turş-şirin almalar, banan, badam, ağ qarağat, motmotu (“krıjovnik”), qara gavalı, gavalı, qarpız, kahı, qoyun əti.

Bəzi hallarda allergiyanın səbəbi insanın qəbul etdiyi qida yox, onun tərkibində olan müxtəlif qida əlavələri olur (rəngvericilər, aromatizatorlar, emulqatorlar və ya konservləşdirmədə istifadə olunan müxtəlif maddələr).

Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər.

Dərman allergiyasını yaradan bir səbəb də əhalinin həddindən artıq dərman qəbul etməsidir. Uzun illərin allerqoloqu kimi məsləhətim odur ki, əhali imkan daxilində dərmanlardan uzaq olsun.



Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü daha qabarıq göstərir. Qida allergiyasına tutulmalar meyvə-tərəvəzin bol olduğu yay aylarında daha çox olur. Hər kəs hansı meyvənin, tərəvəz, bostan bitkisinin ona allergiya verdiyini bilməli və onu qəbul etməməlidir. Bəzən əhali müxtəlif səbəblərdən dəridə baş verən hər hansı şişmə, səpmə və qızarmanı allergiya hesab edir. Bu, allergiyanı həddindən artıq şişirtməkdir. Dəri xəstəliklərinin 90 faizi, o cümlədən qoturluq, fotodermatoz da qaşınma verir. Məsələn, yayda günün ultrabənövşəyi şüaları bədənin açıq yerlərinə dəyərək onu qıcıqlandırır və bu zaman səpki, qızarma və qaşınma baş verir. Bu, allergiya deyil, dəri xəstəliyi olan fotodermatozdur. Belə hallar baş verərkən özbaşına dərman qəbul etməkdən uzaq olmaq və həkimə müraciət etmək lazımdır. Yalnız həkimin qoyduğu düzgün diaqnoz və ona münasib təyin etdiyi müalicə nəticəsində sağlamlığınızı bərpa edə bilərsiniz.

Allergiya- orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara ( kimyəvi maddələrə, mikroblara və onların həyat fəaliyyətinin məhsullarına, qida məhsullarına) qarşı yüksək həssaslığıdır. Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir. Bu immun sisteminin patologiyasıdır. Bu termini ilk dəfə 1906-cı ildə Avstrialı pediatr Pirke işlətmişdir. Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası, və dərman allergiyası aiddir. Pollinoz- bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi özünü göstərir. Bu xəstəlik əsasən yaz, yay, və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən başlayır. Allergik xəstəliklərin digər növü il boyu davam edən allergik rinitdir. Onun törədiciləri məişət allergenləri- ev tozu, kitab tozu, məişət gənəcikləri və digərləridir. Bu, sifətin, burnun qaşınması, asqırma, burun tutulması və axması əlamətləri ilə müşayiət olunur. Bronxial astma kimi ağır xəstəliyin əsasında da allergiya dayanır. Lakin bronxial astmanın bütün növləri allergik xəstəlik deyil. Onun yalnız bir forması- atopik bronxial astma allergik bronxial astmadır. Onun törədiciləri bitki, məişət tozları, epidermal allergenlər, yəni heyvan tükü, kəpəyi, yunu, təbii iqlim şəraiti, insanın işlədiyi və ya düşdüyü qorxulu mühitdir. Atopik bronxial astmanı törədən allergenlərdən uzaqlaşdıqda xəstəlik də yox olub gedir. Bütün allergik xəstəliklər üçün ən xarakter bir əlamət var: allergenlərlə təmasda olanda xəstəlik baş qaldırır onlardan uzaq olduqda xəstəliyin əlamətləri də keçib gedir. Qida allergiyası zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Meyvə-tərəvəz, bostan bitkilərindən, sitrus meyvələrindən, süd, bal, bişmiş yeməklərdən şirniyyat məhsullarından, və digər qida məhsullarından bu xəstəliyə tutulmaq mümkündür. Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər. Dərman allergiyasını yaradan bir səbəb də əhalinin həddindən artıq dərman qəbul etməsidir. Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü daha qabarıq göstərir. Qida allergiyasına tutulmalar meyvə-tərəvəzin bol olduğu yay aylarında daha çox olur. Hər kəs, hansı meyvənin, tərəvəz, bostan bitkisinin, ona allergiya verdiyini bilməli və onu qəbul etməməlidir. Bəzən əhali müxtəlif səbəblərdən dəridə baş verən hər hansı şişmə, səpmə, və qızarmanı allergiya hesab edir. Bu allergiyanı həddindən artıq şişirtməkdir. Dəri xəstəliklərinin 90 faizi, o cümlədən qoturluq, fotodermatoz da qaşınma verir. Məsələn, yayda günün ultrabənövşəyi şüaları bədənin aşıq yerlərinə dəyərək onu qıcıqlandırır və bu zaman səpki, qızarma və qaşınma baş verir. Bu, allergiya deyil, dəri xəstəliyi olan fotodermatozdur. Belə hallar baş verərkən, özbaşına dərman qəbul etməkdən uzaq olmaq və həkimə müraciət etmək lazımdır. Allergiyanın əmələ gəlməsinin və ondan qurtulmağın bir çox yolları var. Bunlara aiddir: İmmunitetin səhvi: İmmun sistemi, orqanizmi ətraf mühitin təsirindən və orqanizmdə əmələ gələn yad nəsilli maddə və hüceyrələrdən qoruyaraq ən mühüm vəzifəni yerinə yetirir. İmmunitetin qoruyucu mexanizmi çox mürəkkəbdir. O, orqanizmin "qoruyucusu" olan antitel istehsal edir. Antitelin vəzifəsi orqanizmə soxulan yad cisimləri neytrallaşdırmaqdır. Teoretik olaraq hər bir immun reaksiya uğurlu nəticələnməlidir. Amma bəzən immun sistemi öz səlahiyyətlərini artıraraq idarəni itirir. Bu zaman o tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Allergik xəstəliklər orqanizmin xarici mühit amillərinə qarşı hiperreaksiyasıdır. Psixoloji moment: Psixoloqlar belə bir fikir irəli sürürlər ki, immun sistemi sinir və endokrin sistemlə sıx əlaqədardır. Onlar fikirləri və fizioloji reaksiyaları daşıyaraq birgə təsir göstərir. Psixoloqların dediyinə görə allergiya səbəbsiz qorxudur. Normada immunitet ancaq orqanizmin düşmənlərinə məsələn, virus və bakteriyalara qarşı mübarizə aparmalıdır. Amma immun sistemin işi pozularsa o orqanizm üçün tam zərərsiz maddələrə belə kəskin reaksiya verir. Hər hansı bir stressdən sonra immun sistemin işi pozula bilər. Hətta Amerikan psixoloqları sübut etmişlər ki, gələcək ana hamiləlik zamanı emosional gərginlik altında olursa, 80% uşaq allergik olur. Böyük yaşlarda stresə qarşı reaksiya olaraq tez-tez allergiyaya rast gəlinir. Bəzi tibb işçiləri allergiyanın və bronxial astmanın belə geniş yayılmasının səbəbini ekologiyanın bu dərəcədə korlanmasında görür. Vitaminlərin çatışmamazlığı: Orqanizmin yetərincə xeyirli qidalandırıcı məhsullar qəbul etməməsi də allergik reaksiyalara səbəb ola bilər. Bunlara əsas vitaminlər və mikroelementlər aiddir. Vitamin A- immuniteti möhkəmləndirərək, infeksion xəstəliklərə qarşı həmçinin qrip, angina, bronxitə qarşı davamlılığını artırır. Aparılan təcrübələrdən məkum olmuşdur ki, vitamin A-nın istifadəsi hətta ağır allergik reaksiyalarda kömək edir. Vitamin B6- Əhalinin böyük hissəsində bu vitaminə tələbat normaya normaya uyğun deyil. Bu vitamin antitel əmələ gətirən fermentləri aktivləşdirir. Vitamin B5- Autoimmun proseslər zamanı iltihab əleyhinə təsir göstərir. Onu dəridə təzahür edən allergiyalar zamanı, həssas dərilər üçün kremlerin və məlhəmlərin tərkibində istifadə edirlər. Vitamin C- Digər antioksidantların təsirini gücləndirən antioksidantdır. Alimlərin rəyinə görə bu vitamini qəbul edən insanlar vitamin C defisitlilərə nisbətən daha uzun ömürlü olurlar. Vitamin E- Qida allergiyaları zamanı immun funksiyanın pozulmasında məsləhət görülür. Bronxial astmalı uşaqlarda tutmalar zamanı qanda E, A və C vitaminlərinin miqdarı azalır. Bu zaman vitamin E-nin qəbulu immun göstəriciləri normallaşdırır. Nikotin turşusu- Bu vitaminin defisiti zamanı orqanizmin infeksiyalara qarşı davamlılığı aşağı düşür. Sübut olunmuşdur ki, nikotinamid autoimmun reaksiya mərhələsində 1-ci tip şəkərli diabetin inkişafını ləngidir. Göründüyü kimi, allergiya müxtəlif səbəblərdən meydana gələ bilər. Düzdür allergiyanı həkim müalicə etsə də xəstəliyin əmələ gəlmə səbəbini anlamaq, onun müalicəsində kömək edə bilər.
Yüklə 120,1 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin