Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər


KEYT  UİNSLET  VƏ MARK  UOLBERG UYDURMA



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə58/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   54   55   56   57   58   59   60   61   ...   70
KEYT  UİNSLET  VƏ MARK  UOLBERG UYDURMA 

 “ERMƏNİ  SOYQIRIMI”NI  İNKAR  EDƏN 

 FİLMDƏ  BAŞ  ROLLARDA  OYNAYACAQLAR 

İyunun  23-də  Şəki  şəhərində Azərbaycan  Milli 

Elmlər  Akademiyasının  (AMEA)  A.A.Bakıxanov 

adına  Tarix  İnstitutunun  və  Türkiyə  Cümhuriyyəti 

Atatürk  Araşdırma  Mərkəzinin  alimlərindən  ibarət 

“Ortaq  Türk  tarixinin  yazılması”  məsələsi  üzrə 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb 

Tayyib Ərdoğanın 2012-ci ildə verdikləri tapşırıqlar 

əsasında  yaradılmış  Təşkilat  Komitəsinin  növbəti 

iclası keçirilmişdir. 

AMEA-nın  Tarix  İnstitutundan  AzərTAc-a 

bildirmişlər  ki,  iclasda  bu  elm  müəssisəsinin 

direktoru,  Milli  Məclisin  deputatı,  AMEA-nın 

müxbir  üzvü  Yaqub  Mahmudov,  Türkiyə 

Cümhuriyyəti  Atatürk  Araşdırma  Mərkəzinin 

rəhbəri,  professor  Mehmet  Əli  Beyhan  və  hər  iki 

ölkədən  digər  tarixçi  alimlər  iştirak  etmişlər. 

İclasda  AMEA  Tarix  İnstitutunun  direktoru  Yaqub 

Mahmudov  keçən  dövr  ərzində  ortaq  türk  tarixinin 

yazılması üzrə müəyyən edilmiş iki əsas məsələnin - 

“Türk  dövlətlərinin  tarixi”  və  “Türk  dünyasının 

məşhur dövlət xadimləri və şəxsiyyətləri” mövzuları 

ilə  bağlı  görülən  işlərin  hazırkı  vəziyyətinin 

müzakirə  edilməsini  və  dəyərləndirilməsini  təklif 

etmişdir. 

Fikir  mübadiləsi  zamanı  qərara  alınmışdır  ki, 

“Türk  dünyasının  məşhur  dövlət  xadimləri  və 

şəxsiyyətləri” mövzusu üzrə aparılan tədqiqatlar türk 

dünyasını  daha  da  sıx  birləşdirməli  və  bu  birliyin 

möhkəmləndirilməsi  işinə  xidmət  etməlidir. 

İclasda hər iki tərəfdən bu mövzular üzrə hazırlanmış 

mətnlərin  beş  ay  müddətində  yenidən  işlənilərək 

Təşkilat  Komitəsinə  təqdim  edilməsi  və  yazılmış 

materialların  ekspertizadan  keçirilməsi  haqqında 

qərar qəbul olunmuşdur. 

Eyni zamanda, Rusiya Federasiyasının Dağıstan 

Respublikasından olan görkəmli türkoloq alim, tarix 

üzrə  fəlsəfə  doktoru  Kamil  Əliyevin  Təşkilat 

Komitəsinə  üzv  seçilməsi  haqqında  qərar  qəbul 

edilmişdir.

-

Ortaq türk tarixinin yazılması məsələsi üzrə Təşkilat Komitəsinin növbəti iclası olmuşdur


Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin