Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər


XƏZƏR  UNİVERSİTETİ  KAMERA  ORKESTRİNİN  ÇIXIŞI



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə16/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   12   13   14   15   16   17   18   19   ...   70
XƏZƏR  UNİVERSİTETİ  KAMERA  ORKESTRİNİN  ÇIXIŞI  

Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Elmin  İnkişafı  Fondunun  xaricdə  elmi  tədbirlərdə  və 

qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi 

layihələrin  maliyyələşdirilməsi  məqsədi  ilə  qrantların 

verilməsi  üzrə  2014-cü  ildə  keçirilmiş  “Mobillik 

qrantı” müsabiqəsinin nəticələri elan olunmuşdur.

Qeyd olunmuşdur ki,   müsabiqəyə 35 layihə daxil 

olmuş,  bu  layihələrin  ekspertizası  işi  təşkil  olunmuş, 

müsabiqə  qaydaları  və  tələblərinə  cavab  verməyən  6 

layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 29 

layihə  isə  elmi  ekspertiza  mərhələsinə  buraxılmışdır. 

Onların arasından 11 qalib layihə müəyyənləşdirilmiş 

və Elmin İnkişafı Fondunun 2014-cü il 11 iyun tarixli 

Qərarı ilə təsdiq olunmuşdur. 

Əməkdaşımız - Siyasi elm və beynəlxalq münasi-

bətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar 

Hacızadənin “Geniş Qara Dəniz bölgəsində təhlükəsiz-

lik imperativləri və təhlükəsizlik cəmiyyəti üçün fürsət-

lər” adlı layihəsi də həmin 11 qalib layihədən biridir. M.  

Hacızadə bu il iyulun 30-dan avqustun 30-dək Böyük 

Britaniyanın  Bath  şəhərindəki  Bath  Universitetində 

elmi  tədqiqat  işi  aparmaq  üçün  İngiltərəyə  ezam 

olunacaq.

Əməkdaşımızı  bu  nailiyyəti  münasibətilə  təbrik 

edir, ona yeni uğurlar arzulayırıq.




Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin