Akif Musayev, Azərbaycan Respublikası Vergilər Nazirliyinin



Yüklə 11.54 Kb.
Pdf просмотр
tarix16.06.2017
ölçüsü11.54 Kb.

Rakurs 

 

Akif Musayev,  



Azərbaycan Respublikası Vergilər Nazirliyinin 

Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi 

 

Mikroiqtisadi səviyyədə vergi siyasəti 



 

Qeyri-diskriminasiya xarakterli vergi siyasətinin həyata keçirilməsi bir tərəfdən  makroiqtisadi 

sabitliyin təmin edilməsi məqsədi daşıyırsa, digər tərəfdən də mikroiqtisadi səviyyədə fəaliyyət 

göstərən  müxtəlif sahibkarlıq subyektlərinin fəaliyyətinin aktivliyinin stimullaşdırılmasına şərait 

yaradır. Qeyri-diskriminasiya xarakterli vergi siyasəti makroiqtisadi səviyyədə vergi yükünün 

formalaşmasına, mikroiqtisadi səviyyədə isə müəssisələrin iqtisadi göstəricilərinə vergilərin təsir 

dərəcəsini ifadə edir. 

Mikroiqtisadi səviyyədə vergilər sahibkarlıq subyektlərinin fəaliyyətinə, onların iradələrindən asılı 

olmayaraq, kənar amil kimi təsir edir. Ona görə də mikroiqtisadi səviyyədə vergi siyasətinin əsas 

məqsədi həm sahibkarlıq subyektlərinə vergi təzyiqini azaltmaq və sahibkarlıq fəaliyyətini 

genişləndirmələri üçün zəruri olan dövriyyə vəsaitlərinin çox hissəsinin onların öz sərəncamlarında 

qalmasını təmin etmək, həm də sahibkarlıq subyektlərinin öz öhdəliklərini yerinə yetirmələri üçün 

maksimum münbit  mühit yaratmaqdır.  

Makro səviyyədəki iqtisadiyyatın vergi yükündən fərqli olaraq burada sahibkarlıq subyektlərinə 

vergi təzyiqi onların mənfəətində faizlə ümumi vergi dərəcəsi şəklində müəyyən edilir. Bu halda fərz 

edilir ki, həmin dərəcə mənfəət, ƏDV, sosial sığorta ayırmaları, əmlak, torpaq və yol vergilərini əvəz 

edir.  

Ən sadə vergi mexanizmlərindən biri sabit vergi dərəcələrinə əsaslanan mexanizmdir. Bu vergi 



mexanizmlərinə əsasən, istehsalçının sərəncamında qalan gəlir onun iqtisadi fəaliyyətindən birbaşa 

asılı olur. Bu halda istehsalçı sərəncamda qalan mənfəəti artırmaq məqsədilə  xərcləri azaltmağa, 

gəliri isə artırmağa çalışır. Yəni istehsalçı ucuz qiymətə istehsal edib baha qiymətə satmağa çalışır. 

Bu zaman «ucuz-baha» prinsipi fəaliyyət göstərir. Məhsulun baha satılmasının qarşısının alınması 

üçün  müəssisənin rentabelliyinə məhdudiyyət qoyula bilər. Bu halda müəssisə həmin son hədd 

rentabelliyini keçirsə, ona cərimə sanksiyaları tətbiq edilir və müəssisə son hədd rentabelliyini  

keçməmək üçün xərclərini artırmalı olur. Xərclərin artması məhsulun keyfiyyətini yüksəltməklə  

yanaşı, onun bahalaşmasına gətirir və «baha-baha»  prinsipi meydana gəlir. Bu vergi 

mexanizmlərindən hansının daha səmərəli olmasını demək o qədər də asan deyildir. Belə ki,  

«ucuz-baha» mexanizmində müəssisələr xərclərini azaltmağa çalışır. Bu, bir tərəfdən əməkhaqqı 

fondunu məhdudlaşdırır və son nəticədə sahibkarlar  işçilərin əməkhaqqının artmasında maraqlı 

olmurlar, digər tərəfdənsə müəssisələrin sərəncamında qalan gəlirləri, pul vəsaitlərini artırmaqla 

rəqabətqabiliyyətli mühitin zəif olduğu şəraitdə inflyasiya mənbələri yaradır. «Baha-baha» vergi 

mexanizmi  müəssisələrin gəlir və xərcləri arasındakı fərqləri azaldır və son nəticədə əhalinin 

gəlirlərindəki sosial-iqtisadi diferensiasiyanı aşağı salır. Sosial baxımdan bu vergi mexanizmi qəbul 

edilən olsa da, iqtisadi baxımdan səmərəsiz olur və şirkətlərin yüksək gəlir əldə etmək 

motivasiyasını  məhdudlaşdırır.  

Göründüyü kimi, hər iki vergi mexanizminin müsbət və mənfi cəhətləri var və bunlardan hansının 

tətbiq edilməsinin məqsədəuyğun olduğunu demək çətindir. Lakin istər sosial, istərsə də iqtisadi 

baxımdan cəmiyyət üçün ən əlverişli vergi mexanizmi  «ucuz- ucuz» prinsipinə əsaslanan 

mexanizmdir. Bu vergi mexanizmi bir tərəfdən ucuz istehsalı stimullaşdırmaqla müəssisələrin 

xərclərini azaldır, digər tərəfdən əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla istehlak qabiliyyətli 

tələbi artırır. Lakin bu vergi mexanizminin tətbiqini rentabelliyin son hədd meylinin sabit yox

dəyişən olduğu halda həyata keçirmək mümkündür. Lakin bu zaman vergi mexanizmlərinin 

texnologiyaları çətinləşir, bəzi hallarda isə onu həyata keçirmək mümkün olmur.  

Göründüyü kimi, vergi mexanizmlərini dəyişdirməklə müxtəlif tipli inkişaf modellərini 

stimullaşdırmaq mümkündür. 

 


 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə