AKİf aşirli


Əsir türklər Qafqaz İslam Ordusunda



Yüklə 3.81 Mb.
Pdf просмотр
səhifə5/7
tarix16.07.2017
ölçüsü3.81 Mb.
1   2   3   4   5   6   7

Əsir türklər Qafqaz İslam Ordusunda 

 

Nargin  adası  əsirlərinin  Qafqaz  İslam  Ordusu  tərkibində  Azərbaycan 

xalqının milli azadlıq hərəkatında iştirakı geniş şəkildə tədqiqata cəlb olunmayıb. 

Hərbi  memuar  ədəbiyyatlarında  bu  barədə  məlumatlara  rast  gəlinsə  də, 

araşdırmaçıların əlində kifayət qədər faktların olmaması görünür ki, bu işi bir qədər 

kölgədə saxlayıb. Nəinki Nargindən, Sibirin müxtəlif həbs düşərgələrindən qaçıb, 

yaxud  Azərbaycan  vətənpərvərləri,  milli  qüvvələri  tərəfindən  qaçırılan  əsirlərin 

xalqımızın  istiqlal  savaşında  öz  qardaşlıq  borcunu  ödəməyə  çalışmaları  faktdır. 

Sadəcə, biz bu faktlara yenilərinin  əlavə olunmasına çalışıb, Azərbaycanı "başsız 

bədən"ə  çevirmək  istəyən  rus-erməni  birləşmələrinə  qarşı  döyüşlərə  atılan  əsir 

zabit və əsgərlərin fədakarlığını tarixin səhifələrinə bərpa etməliyik. 

1918-ci  ilin  may  ayının  25-də  ətrafında  olan  kiçik  hərbi  zabit  heyəti  ilə 

Azərbaycana  gələn,  iyun  ayının  ilk  ongünlüyündə  6  min  nizami  türk  ordusunun 

Gəncəyə  gəlişi  ilə  mübarizəyə  başlayan  Qafqaz  İslam  Ordusu  komandanı  Nuru 

Paşa  Azərbaycanın  mövcud  hərbi  imkanı,  əsgəri  gücü  ilə  bağlı  hərbiyyə  naziri 

Ənvər  Paşaya  yazırdı:  "Gözlədiyimiz hərbi  qüvvə  yoxdur. Milli hərbi  qüvvələrin 

sayı 1000 nəfərdir ki, onun da yarısını əsir osmanlı əsgər və zabitləri təşkil edir". 

Əlbəttə,  Azərbaycan  Müsəlman  Milli  Korpusunun  şəxsi  heyətinin  sayı  barəsində 

Nuru  Paşa  bilərəkdən  bir  qədər  səhvə  yol  verirdi.  Çünki  Şaumyanın  rəhbərlik 

etdiyi bolşevik və erməni qüvvələrinin sayı 18 min nəfərdən çox idi. Qafqaz İslam 

Ordusunun  7-8  min  qüvvə  ilə  geniş  imkanlara  sahib  qırmızı  ordu  ilə  mübarizə 

aparması,  Azərbaycanın  işğal  olunmuş  ərazilərinin  geri  qaytarılması mümkünsüz 

idi və çıxış yolu kimi Türkiyədən yeni hərbi qüvvələrin gəlişinin təmin olunması 

lazım idi. Məhz ona görə Nuru Paşa əsgəri sayını bir qədər azaldırdı ki, Ənvər Paşa 

onun tələbini yerinə yetirsin. Bu məlumatda əhəmiyyətli fakt isə ondan ibarətdir ki, 

Gəncədə  olan  milli  hərbi  qüvvələrin  tərkibində  Osmanlı  əsir  və  zabitlərinin  sayı 

kifayət qədər nəzərə çarpırdı. Məhz bu əsirlərin içərisində Nargin adasından, ölüm 

düşərgəsindən qaçırılmış zabitlər, əsgərlər də vardı. 

Sibirin  müxtəlif  həbs  düşərgələrindən  qaçanların  məhz  Gəncədə 

toplanmasının  səbəbləri  də  maraqlıdır.  Qeyd  etmək  yerinə  düşər  ki,  Sarıqamış 

ətrafında  və  bütünlüklə  Birinci  Dünya  müharibəsi  gedişində  Qafqaz  cəbhəsində 

əsir  alınmış  türk  əsirlərinin  böyük  hissəsi  Azərbaycandan  keçməklə  Rusiyanın 

müxtəlif tərəflərinə aparılırdı. Bu daşınmalar zamanı əsirlərlə dolu qatarlar Gəncə 

stansiyasında  saxlanılır,  ölənlər  stansiyada  olan  və  bu  işə  məsul  edilmiş  şəxslərə 

verilirdi. Milli istiqlal mücadiləsinin əsas simalarından olan Nağı bəy Şeyxzamanlı 


48 

 

"Azərbaycan İstiqlal mücadiləsi xatirələri" memuarında bu barədə yazır: "Bir gün 



stansiyadan  keçən  bir  qatardan  4  cəsəd  boşaldıldığını  gördük.  Tez  yığışıb  əziz 

şəhidlərimizə  cənazə  mərasimi  düzəltdik.  Göz  yaşları  içərisində  söylənən 

nitqlərdən  sonra  onları  əbədi  istirahətgahlarına  qoyduq.  Anadoluda  doğulan  türk 

əsgəri türklük uğrunda vuruşur, ölür, yenə türk torpağı olan Azərbaycanda torpağa 

verilirdi". 

Gəncə  stansiyasında  dayanan  qatarlardakı  türk  əsirlərinə  yardım  etmək, 

xəstələrin  dava-dərmanla  təmin  olunması  işini  həyata  keçirmək  üçün  "Gənclik" 

adlı  təşkilatın  qurulduğunu  yazan  Nağı  bəy  Şeyxzamanlı  bu  işdə  Xəlil  bəy 

Xasməmmədovun, Ələkbər bəy Rəfibəylinin, Nəsib bəy Yusifbəylinin böyük əmək 

sərf  etdiklərini  nəql  edir.  Bu  böyük  mücahidlərin  səyi  ilə  Gəncədən  keçən  türk 

hərbi  əsirlərinə  pal-paltar,  ərzaq,  dava-dərman  vermək  üçün  xüsusi  qruplar 

hazırlanmışdı.  Qatar  dayanan  zaman  bu  qrup  sürətlə  hazırladıqları  bağlamaları 

əsirlərə paylayırdılar. 

Gəncə  dəmiryolu  stansiyasının  yaxınlığında  əsirlər  üçün  xüsusi  xəstəxana 

da  fəaliyyətə  başlamışdı.  Bu  xəstəxananın  açılmasında  Gəncənin  bələdiyyə  rəisi, 

milli  mücahid  Xəlil  bəy  Xasməmmədov  çox  böyük  zəhmətin  hesabına  Gəncə 

qubernatorunu razı salmışdı. Nağı bəy Şeyxzamanlı o günü belə xatırlayır: "Ertəsi 

gün stansiyada böyük bir bina boşaldıldı və döşənildi. Daha sonra ətrafı məftil ilə 

hörüldü.  Əsirləri  qarşılayacaq  heyətdə  3  həkim,  mərkəz  komandirinin  yavəri  və 

tərcüməçi olaraq mən də vardım". 

Gəncədə  fəaliyyət  göstərən  Milli  Müsəlman  Komitəsinin, Bakı  Müsəlman 

Xeyriyyə  Cəmiyyətinin  Gəncə  şöbəsi  və  vətənpərvərlər  türk  əsirlərinə  hər  cür 

qayğı  göstərir,  onların  ehtiyaclarını  qismən  də  olsa  ödəməyə  çalışırdılar.  Hətta 

xəstəxanada  müalicə  alanlara  Azərbaycanla  əlaqəli  məlumatlar  verir,  "Açıq  söz" 

qəzeti  ilə  təmin  edirdilər.  Zəruri  olan  maliyyə  vəsaiti  şəxsi  ianələr  və  xeyriyyə 

tədbirləri  hesabına  toplanırdı.  Gəncədə  gördükləri  qardaş  köməyini  Sibirin  həbs 

düşərgələrində  unutmayan  əsirlər  Rus  imperatorluğunun  çöküşü  ərəfəsində, 

münasib vəziyyətdən istifadə edib geri dönəndə Gəncəyə gəlir, vaxtilə mərhəmətini 

onlardan  əskik  etməmiş  qardaşlarına  təşəkkür  borclarını  verirdilər.  O  dövrü  Nağı 

bəy  Şeyxzamanlı  belə  xatırlayır:  "Rusiyanın  bir  çox  yerləri  özbaşına  qalmış, 

Sibirdən  Qafqaza  köç  başlamışdı.  Bir  tərəfdən  vaxtilə  katorqa  cəzasına  məhkum 

olub  Sibirə  göndərilənlər,  digər  tərəfdən  Sarıqamışda  əsir olub  Sibirə  göndərilən 

türk  əsgər  və  zabitləri  axın-axın  Qafqaza  doğru  yola  çıxmışdılar.  Bunlar 

gələcəkləri  yeri  də  müəyyən  etmişdilər  -  Gəncə.  Vaxtilə  Gəncədəki  düşərgə  və 

xəstəxanada gördükləri münasib şərait onları maqnit kimi bu şəhərə çəkməkdə idi". 

Gəncə  Milli  Komitəsi  və  Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  Gəncə 

şöbəsi  əsir  türklərin  böyük  əksəriyyətinin  Yevlax-Qarabağ  yolu  ilə  Xudafərin 

körpüsünə, oradan isə İran vasitəsilə Türkiyəyə  yola salırdı. Türkiyəyə dönməyib 

Azərbaycana kömək etmək istəyənlər də yox deyildi və xeyli sayda əsir Gəncədə 

qalaraq  Azərbaycanın  istiqlalı  uğrunda  Qafqaz  İslam  Ordusunun  tərkibində 


49 

 

döyüşlərə  qatılmağa  qərar  verdilər.  Sibir  həbs  düşərgəsindən  qaçaraq  Gəncəyə 



gələn  Hüsaməddin  Tuğacın  "Bir  nəslin  dramı"  memuarında  hadisələrin  gedişi, 

Nargin  adasındakı  əsirlərlə  Azərbaycanın  ictimai  təşkilatlarının,  milli  düşüncəli 

ziyalıların,  vətənpərvər  oğulların  əlaqələrinə  toxunulmuşdu.  Memuarın  "Gəncədə 

təşkilatlanma"  bölümündə  Nəsib  bəy  Yusifbəylinin  Hüsaməddin  bəyi  Türkiyəyə 

hərbi  müəllimlər  dalınca  göndərməyə  çalışması  öz  əksini  tapır,  həmçinin  Gəncə 

xəstəxanalarında müalicə olunan əsir türklər içərisindən zabitlərin seçilməsi işinin 

də  paralel  aparıldığı  məlum  olur.  Hüsaməddin  Tuğac  yazır:  "Əvvəlcə 

xəstəxanalarda  müalicə  görmüş  8-10  əsir  türk  zabiti  tapdıq.  İçərilərində 

mükəmməl hərbi təhsil görmüş ankaralı Xəlil Onbaşı da vardı". 

Əsirlərin  hərbi  bilik  və  bacarığından  Azərbaycanın  milli  ordusunun 

yaradılması  işində  istifadə  olunması  müxtəlif  tarixi  mənbələr  tərəfindən  də 

təsdiqlənir. Hüsaməddin Tuğac memuarının "Ordu ilə əlaqə" bölümündə Osmanlı 

ordusunun  yüksəkçinli  zabitləri  ilə  Azərbaycan  mücahidlərinin  əlaqələrinə  də 

toxunur: "Gəncəyə gəldiyim günlərdən bu  yana 3-cü ordu ilə əlaqə qurmaq üçün 

bir  çarə  tapa  bilməmişdik.  Ancaq  Sarı  Ələkbərin  İran  üzərindən  göndərdiyi 

adamlar  6-cı  ordu  ilə  əlaqə  qurmuşdu.  Bir  qədər  sonra  orduda  topçu  Muzaffər 

(mərhum  or-general  Müzəffər  Tuqsavul)  ilə  Tehmin  Mihat  Gəncəyə  gəldilər". 

Nağı  bəy  Şeyxzamanlı  türk  ordusu  zabitlərinin  Gəncəyə  gəlişini  belə  xatırlayır: 

"Gəncədən bir gün bir otel sahibi mənə üç türk zabitinin otelə gəldiklərini söylədi. 

Tez  otelə  gedib  zabitlərlə  görüşdüm.  Vəzifələri  də  Qafqazda  vəziyyəti  öyrənib, 

türk  ordusuna  çatdırmaq  idi".  Bu  üç  zabitin  sərbəst  şəkildə  fəaliyyət 

göstərdiklərini, Türkiyəyə dönən əsirlərə şifrəli məlumatlar verildiyini yazıya alan 

Nağı bəy Müzəffər Tuğsuval haqda da məlumat verir. Müzəffər Azərbaycana gələn 

zaman leytenant rütbəsində olub, müharibədən sonra türk ordusu Baş Qərargahında 

çalışmış,  general  rütbəsinə  qədər  yüksəlmişdi.  Bir  müddət  isə  Baş  Qərargahda 

ikinci başqan olaraq çalışmış, istefaya çıxdıqdan sonra İzmir valisi olmuşdur. 

Türkiyə  Baş  Qərargah  İdarəsi  hərbi  tarix  komissiyasına  ünvanladığı 

raportda  Nuru  Paşa  Azərbaycanın  şimal  bölgələrindəki  vəziyyətə  də  toxunurdu: 

"Nuxa  və  Zaqatala  kimi  bölgələrdə  Dağıstandan  əsirlikdən  qaçan  zabit  və 

əsgərlərimiz tərəfindən bəzi hərbi təşkilatlar da fəaliyyət göstərirdi". 

Doktor Mustafa Görüryılmazın "Türk Qafqaz İslam Ordusu və ermənilər  - 

1918" kitabında da əsirlərin Azərbaycanda qalaraq erməni-bolşevik ordusuna qarşı 

mübarizə  aparmalarına  da  toxunub.  Müəllif  Anadolu  və  Qafqazda  savaşların 

davam  etdiyini  öyrənən  gənc  əsgərlər  və  zabitlərin  Azərbaycan  türklərinin 

müqavimət  hərəkatında  iştirak  etdiyini  yazır  və  qeyd  edir  ki,  öz  biliklərini, 

təcrübəsini  qardaşlarından  əsirgəməyən  əsirlər  təşkilatlanma  işinə  də  böyük 

töhfələr verirdilər. 

Bəhs  etdiyimiz  bu  hadisələr  Qafqaz  İslam  Ordusu  hələ  formalaşmadığı, 

Türkiyə ilə Azərbaycan arasında 1918-ci ilin 4 iyununda "Dostluq və Əməkdaşlıq" 

müqaviləsinin bağlanmadığı dönəmləri əhatə edir. 



50 

 

4  iyun  1918-ci  ildə  bağlanmış  müqaviləyə  uyğun  olaraq  Türkiyənin 



hərbiyyə naziri, baş komandan vəkili Ənvər Paşanın əmri ilə Qafqaz İslam Ordusu 

formalaşdırıldı  və  mayın  sonları  ordu  birləşmələri  iki  istiqamətdə  Azərbaycana 

daxil  oldu.  "Xalq  Nuru  Paşanı  göydən  enmiş  mələk  kimi  qarşıladı". 

M.Ə.Rəsulzadənin  "Azərbaycan  Xalq  Cümhuriyyəti"  əsərində  xatırladığı  bu 

məqam Vətən tariximizin ən unudulmaz günüdür. Nağı bəy Şeyxzamanlı ordunun 

Gəncəyə  gəlişi  zamanı  Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  Qars,  Ərdəhan, 

Ərzurumda topladığı kimsəsiz qalmış türk cocuqlarının da küçələrə çıxdığını yazır: 

"Meydanın ətrafını bürümüş qadınlı-kişili xalq əsgərlərə baxırdılar. Sevincdən hər 

kəsin  gözü  yaşlıydı.  Uşaq  evlərindən  gələn  uşaqlar  əsgərlərə  yanaşır,  əllərinə 

sarılır, haralı olduqlarını anladırdılar. Əsgərlər də hər birini öpür və sığallayırdılar. 

Bu  vaxt  bir  qışqırıq  qopdu.  Doqquz  yaşında  bir  uşaq  atasını  tanıdı.  Bir-birilə 

qucaqlaşdılar. Ətrafdakılar bu mənzərəyə dözməyib ağladılar". 

Hələ iyun ayının 11-də Gəncəyə yetişən Qafqaz İslam Ordusunun tərkibinə 

Borçalı, Qazax, Ağstafa, Tovuz və Şəmkirdən xeyli sayda könüllü ordu sıralarına 

qatılmışdı. Şəki və Zaqatala bölgələrində də əsirlikdən qaçırılmış türk hərbçilərinin 

və  yerli  əhalinin  formalaşdırdığı  könüllü  süvari  dəstələri  fəaliyyət  göstərirdi. 

Şəkidə  təşkil  edilən  könüllü  birliklərə  əsir  türklərdən  olan  Bədri  və  Sıtkı  bəylər 

rəhbərlik  edir,  bolşevik-erməni  birləşmələrinə  qarşı  müqavimət  göstərirdi.  Əsir 

türklərin  onlarla  çiyin-çiyinə  döyüşmələri  əhalinin  ruh  yüksəkliyini  artırır, 

ümumtürk həmrəyliyinin  daha  da  geniş  vüsət  almasına  səbəb  olurdu.  Zaqatalada 

könüllü  birliklərə  Haqqı  və  Ələddin  bəylər  rəhbərlik  edirdilər.  Hər  ikisi  əsir 

düşərgələrindən  qaçmış,  yerli  əhalinin  köməkliyi  ilə  bir  müddət  özlərini 

təhlükələrdən  qorumuşdular.  Zamanı  yetişəndə  isə  onlar  qardaş  borcunu  yerinə 

yetirmək üçün Azərbaycan türkü ilə bir səngərdə islam və türkçülük naminə savaşa 

başlamış, istiqlal hərəkatının fəallarına çevrilmişdilər. 

Nuru  Paşa  Gəncədə  Qafqaz  İslam  Ordusunun  Qərargahını  formalaşdıran 

zaman  könüllü  birliklərə  rəhbərlik  edən  bu  keçmiş  əsirləri  həmin  bölgələrin 

komandirləri  kimi  təsdiq  etmiş,  onların  rəhbərlik  etdiyi  dəstələrin  hərbi 

imkanlarının artırılmasına göstəriş vermişdi. 

Hüsaməddin Tuğacın Azərbaycana Türkiyənin hərbi yardımını təmin etmək 

üçün  Türkiyəyə  göndərilən  nümayəndə  heyətinin  tərkibində  olması,  aparılan 

müzakirələrdə  fəallıq  göstərməsi  də  tarixi  faktdır.  Türkiyə  Baş  Qərargah  İdarəsi, 

hərbi  tarix  komissiyasının  müraciəti  əsasında  1930-cu  ildə  Qafqaz  İslam  Ordusu 

komandanı Nuru Paşanın raportunda da Hüsaməddin Tuğacın əsirlikdən qaçdıqdan 

sonra  Azərbaycanda  fəaliyyət  göstərməsinə  də  toxunulub.  Nuru  Paşa  "Mudros 

barışığı"ndan sonra Sovet Rusiyasının Azərbaycanı işğal  edən dövrə qədər Güney 

Qafqazdakı  vəziyyətlə  bağlı  raportunda  yazır:  "Təkcə  Gəncənin  tərkibində  olan 

Zəyəm  bölgəsini  türk  kəndləri  əsirlikdən  qaçan  zabitlərimizin  rəhbərliyi  ilə 

dəmiryolunu  ələ  keçirərək  rus  alaylarının  silahlarını  əllərindən  alıb  bu  şəkildə 

silahlana  bilmişdilər".  Raportun  yazıldığı  tarixdə  Tehranda  hərbi  atteşe  olan 



51 

 

Hüsaməddin Tuğacın rus alaylarının tərksilah olunmasındakı fəaliyyətinə toxunan 



Nuru  Paşa  çox  güman  ki,  Zaqafqaziya  komissarlığının  qərarı  ilə  Qafqazda  olan 

Rusiyanın  silah-sursatının  Ermənistan,  Gürcüstan  və  Azərbaycan  arasında 

bölüşdürülməsi  qərarını  nəzərdə  tutur.  Ermənistan  və  Gürcüstan  öz  qoşunlarını 

hazırlamaq  üçün  kifayət  qədər  hərbi  texnikaya  yiyələnsələr  də,  Qafqazdan  geri 

çəkilən  ruslar  Azərbaycanın  payına  düşəcək  silahları  vermək  istəmirdilər. 

Zaqafqaziya komissarlığının tələbinin yerinə yetirilmədiyini və sülh danışıqlarının 

nəticə  vermədiyini  görən  Müsəlman  Milli  Komitəsinin  fəalları,  Zaqafqaziya 

komissarlığının  100  nəfərlik  hərbçisi  1918-ci  ilin  yanvar  ayının  8-10-da  hərbi 

əməliyyat keçirdi və hərbi eşalonlardan 20 ədəd top, 70 ədəd pulemyot və 15 min 

tüfəng  götürüldü.  Nuru  Paşa  Azərbaycan  ordusunun  silahlanması  əməliyyatı 

deyəndə  məhz  bu  hadisələri  nəzərdə  tutur  və  bu  əməliyyatlarda  əsir  türklərin  də 

iştirakını diqqətə çatdırırdı.

12

 

Faktlardan  bəlli  olduğu  kimi  əsir  türklərin  də  tərkibində  iştirak  etdiyi 



Qafqaz İslam Ordusu Azərbaycanın azadlığı uğrunda 6 ay savaş apardı, ingilis-rus 

hərbi  birləşmələrinə,  erməni  silahlılarına  qarşı  mərdliklə  döyüşərək  Azərbaycan 

türklərini qətliamlardan xilas etdi. Göyçay ətrafında iki günlük döyüş nəticəsində 

böyük itkilər verən milli hərbi qüvvələrimiz iyunun 30-da Qaraməryəmi, Göyçayı 

azad etdilər. Döyüşlərə ara verməyərək iyulun 6-da Ağsu, iyulun 10-da Kürdəmir, 

iyulun  12-də  Salyan  daşnak-bolşevik  birləşmələrindən  təmizləndi,  çarəsiz  qalan 

qırmızı ordu hissələri Şamaxı istiqamətində geri çəkildi. 

Azərbaycan  türkü  Həbib  bəy  Səlimovun  rəhbərliyi  ilə  üç  günlük  qanlı 

çarpışma nəticəsində bolşevik qoşunları böyük məğlubiyyətlə üzləşdi, iyulun 20-də 

Şamaxı  azad  edildi.  Məğlubiyyətin  ağır  nəticələri  ilə  üz-üzə  qalan  Şaumyan 

ümidini Rusiyadan göndəriləcək əlavə hərbi qüvvələrə dikmişdi. Gözlənildiyi kimi 

Leninin göstərişi və tapşırığı ilə Petrovun 780 nəfərlik dəstəsi Bakıya gəldi.

13

 

Bu  əlavə  qüvvələrin  gəlişinə  baxmayaraq  bolşevik  hökuməti  Şamaxı 



uğursuzluğundan  sonra  özünün  növbəti  məğlubiyyətlər  seriyasını  yaşamalı  oldu. 

Qan tökülməsini və insan itkilərini nəzərə alan Milli Azərbaycan hökuməti çalışırdı 

ki,  Bakını  dinc  yolla,  danışıqlar  nəticəsində  azad  etsin.  İyul  ayının  24-də  xarici 

işlər naziri M.H.Hacınski İstanbulda olan M.Ə.Rəsulzadəyə yazırdı ki, sabah mən 

Bakı cəbhəsinə gedirəm, çalışacağam ki, bolşeviklərlə şəhəri təslim etmək haqda 

sülh danışıqlarına başlayım. 

Qafqaz İslam Ordusu Bakının azad olunması üçün ilk cəhdi avqustun 5-də 

göstərdi. Lakin general Denestrevski komandanlığı altında avqustun 2-dən etibarən 

Bakıya gəlmiş ingilis hərbi hissələri ilə möhkəmləndirilmiş "Mərkəzi Xəzər" Hərbi 

Qüvvələri, habelə onların köməyilə yetişən Bakı kommunasının hərbi birləşmələri 

Qafqaz  İslam  Ordusunun  hücumunun  qarşısını  ala  bildi.  Bu  müvəqqəti  uğursuz 

                                                        

12

 Azərbaycan Xalq Cümhuriyyətin ensiklopediyası. səh. 367 



13

 "Bakinskiy raboçi" qəzeti. 1918-ci il 21 iyul 



52 

 

cəhddən  sonra  yerli  əhalinin  silaha  sarılması,  ordu  birləşmələrimiz  ilə  vahid 



cinahda mübarizə aparmaları düşməni sarsıtdı. 

Bakıya  qəti  hücum  sentyabrın  11-nə  planlaşdırıldı.  Bunun  üçün  ordu  ilə 

könüllü dəstələrin komplektləşdirilməsi, cinah xətlərində yerləşdirilməsi müzakirə 

olundu, hərəkət  xətləri  müəyyənləşdirildi.  Azərbaycan  ziyalılarının,  ictimaiyyətin 

nümayəndələrinin Bakı qapılarında dayanan əsgərlərimizə müraciəti çap olundu və 

paylanıldı.  Həmin müraciətdə  deyilir:  Əgər  siz  bu  şəhəri  azad  etməsəniz,  sevgili 

Vətənimizə qiymətli bir hədiyyə təqdim etmək fürsətini qaçırmış olacaqsınız. Əgər 

siz  bu  yaşıl  dənizin  bu  məşhur  şəhərini  azad  etməsəniz,  Qafqaz  türkləri  və 

Türküstan müsəlmanlarının qəlbinə səpilmiş olacaq zəhərli xəncərin üzərinə "Eh-

vay! Türklər gəlmədi" cümləsi yazılacaqdır. 

Şəhərin  imkanlı  şəxsləri,  əli  silah  tutanları  Qafqaz  İslam  Ordusu ilə  birgə 

düşmənə  qarşı  sərt  mübarizə  yolu  seçdiyindən  sentyabrın  15-i  Bakı  düşməndən 

azad  edildi.  Bakının  azad  olunması  xəbərini  ilk  dəfə  sentyabrın  15-də  Gəncədə 

Yelizavetpol  qubernatorunun mətbəəsində  çap  olunan  "Azərbaycan"  qəzeti  verdi. 

Güzdəkdə müharibənin gedişini izləyən Şərq orduları qrup komandanı Xəlil Paşa, 

Qafqaz  İslam  Ordusu  komandanı  Nuru  Paşa,  əlahiddə  Azərbaycan  korpusunun 

komandanı  Əliağa  Şıxlınski,  polkovnik  Həbib  bəy  Səlimov,  Azərbaycan  milli 

hökuməti üzvləri sentyabrın 16-da hərbi birliklərlə birgə şəhərə daxil oldular. Türk 

dünyasının ikinci İstanbulu olan Bakının azad olunması uğrunda Nargin adasından 

qardaş  köməyi  ilə  qaçırılmış  əsir  türklərin  də  fədakarlıqla  döyüşməsi  artıq  türk 

tarixi  üçün  şərəfli  bir  səhifədir.  Cümhuriyyət  dövrü  tədqiqatlarında  bu  fədakarlıq 

geniş tədqiq olunmalı, gələcək nəslə çatdırılmalıdır. 



 

Göz yaşı tökdürən Cəzirə 

 

Kaş  mən  bu  cəzirəyə  getməyəydim.  Kaş  bir  dəri,  bir  sümük  bədənləri, 



sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. Kaş "əfəndim su!", "əfəndim 

yemək!",  "əfəndim  paltar!"  sözlərini  eşitməyəydim.  Kaş  çılpaq,  dodaqları 

soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balaca balalarla söyləşməyəydim. 

Kaş xəstəxanada başları kərpic üstə can verən igidlərə rast gəlməyəydim! 

Min iki yüz insan balası hazır ölüm növbəsində durubdur. Altı min də bu 

növbəyə  hazırlaşır.  Tifmi,  vəbamı  və  ya  bir  qeyri-sirayətedici  mərəzmi  bunları 

cəzirəyə qurban edəcəkdir? 

Yox, yox! 

Aclıq! Susuzluq və soyuq! 

Müsəlmanlar:  əfəndim  su!..  Ü  deyib  gözlərinizə  baxdıqda  guya  demək 

istəyirlər:  Siz  insanmısınız?  İnsaniyyətə  dair  qanunlarınız  varmı?  Siz  millət 

balasısınızmı? Zavallı millət balalarına cavabınız nədir? 

Sizə  baxan,  sizi  mühakiməyə  çağıran  bu  gözlərdə  siz  bu  sözləri 

oxuyursunuz? Oxuyub da ürəyiniz sıxılır, gözləriniz ixtiyarsız yaşarır. 



53 

 

Mən ağladım. Mən gündə mərəzlər arasında gün keçirən, gündə dürlü-dürlü 



xəstələrin  ah-naləsini  eşidən,  onların  axır  dəqiqələrinə  öyrənmiş,  tab  gətirə 

bilməyib ixtiyarsız ağladım... 

Ağlamamaq mümkündürmü? Vaxtında ata-ananın göz işığı və sonra uşaqlar 

pərəstdarı və daha sonra vətən qəhrəmanı bir insan indi planlar məskəni olan susuz 

bir  cəzirədə  can  verirkən,  quru,  partlamış  dilini  çıxarıb  deyir:  "əfəndim,  su!", 

"əfəndim,  yemək!".  İndi  mən  də  qulaqları  eşidənlərə,  vicdanları  oyanmışlara 

üzümü tutub da o zavallı cəzirə əsirlərinin sözlərini təkrar edirəm: "Əfəndim, su!", 

"əfəndim, yemək!", "paltar!". Bu göz yaşı tökdürən cəzirə sizi gözləyir, sizə ümid 

bağlayır.  Əmin  olunuz  siz  də  mən  gördüyümü  görsə  idiniz  və  bir  şey  əlinizdən 

gəlməməyini  düşünsəydiniz,  siz  də  mənim  kimi  deyərdiniz:  kaş  bu  cəzirəyə 

getməyəydim! 

N.Nərimanov 

"Hümmət" qəzeti, № 21, 28 noyabr 1917-ci il. 

 

 



54 

 

 



 

Nargin cəzirəsi 

 

Yoldaşımız doktor Nərimanov əsirlər işlərinə dair təşkil olunmuş komitədə 



əsirlərin  hallarına  dair  mükəmməl  məlumat  verib  öz  təəssüratını  söylədi. 

Komissiya üzvləri bütün təklifləri qəbul edib Tiflisə teleqram göndərdilər. 

Yoldaşımız N.Nərimanovun təsvirincə: 

1.

 



Bu cəzirəyə daha əsir göndərməmək gərəkdir; 

2.

 



Qocaları və müharibədə iştirak etməyən əhalini və uşaqları vətənlərinə 

göndərmək və yainki uşaqları cəmiyyəti xeyriyyəyə vermək: 

3.

 

Tezliklə xəstələri cəzirədən şəhərə köçürmək; 



4.

 

Yemək-içməklərini artırıb alt və üst paltarlar fikrində olmaq. 



Bu təkliflərdən bir neçəsinə əməl olunmaqdadır: 

Üç  yüzə kimi naxoş əsirlər hazır şəhərdə 16-cı lazaretdə yatırlar. Cəzirədə 

qalan əsirlərin halları əvvəlkinə nisbətən indi yaxşıdır.  

"Hümmət" qəzeti, № 22, 5 dekabr 1917-ci il. 

 

 

 



55 

 

 



Bir az da utanmaq lazım 

 

Bir  neçə  yalançı  pəhləvanlar  indi  araya  düşüb  cürbəcür  sözlər  danışmağa 



görə biz özümüzə borc  bilib  bunu  yazırız: əsirlərin halı həm cəmiyyəti-xeyriyyə, 

həm qeyri-müsəlman təşkilatlarına və həm də Tiflisdə oturan müsəlman vəkillərinə 

çoxdan  məlum  idi.  Fəqət  bu  vaxtadək  bir  iş  də  görə  bilməmişlər  və  ya  görmək 

istəməmişlər.  İndi  bu  işləri  açan  və  bu  yolda  qorxmayıb  açıq-açığına  əsirlərin 

hallarını camaata bildirən kim oldu? 

Hansı firqə oldu? 

Ancaq bolşeviklər və ancaq bunlar həm icra komitetində və həm Dumada 

bu məsələni açıb sözlərinin üstə davam etdilər və edirlər. 





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə