AKİf aşirli



Yüklə 3.81 Mb.
Pdf просмотр
səhifə1/7
tarix16.07.2017
ölçüsü3.81 Mb.
  1   2   3   4   5   6   7

 

AKİF AŞIRLI 



 

 

 

 

 

 

 

 

 

 

 

NARGİN ADASINDA 



TÜRK ƏSİRLƏRİ 

 

 

 

 

 

 

 

 

"Elm və təhsil"  

Bakı – 2011 

 


 

Rəyçilər:  Prof.Dr. Bingür Sönmez 



                 Sarıkamış Dayanışma Gurubu Başkanı  

                 Musa Qasımlı  

                 Tarix elmləri doktoru, professor 

 

 



 

 

 

 

 

 

 

Akif Aşırlı. Nargin adasında Türk əsirləri.  

Bakı, "Elm və təhsil", 2011. 112 səh. 

 

 



 

 

 



 

 

4702000000  

    N - 098-2011 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



©"Elm və təhsil", 2011 

 

Nargin adasının görüntüsü 

 

 

 



 

Takdim 



 

Nargin: 1915-1917 arasında her an 10-15000 esirin bulunduğu cehennem. 

Nargin: 40-45000 esirin gelib geçtigi yer. 

Nargin: Hala şehit kemiklerinin ortalıkta bulunduğu ada. 

Nargin:  Binlerce  esirin  yaşamını  yitirdigi  ve  bugün  onların  ruhlarının 

dolaştığı ada. 

 

Bugün Baküden Nargin Adasına bakanlar bunların hiçbirisini bilmiyor. 

 

Muhterem Akif Aşırlıya bir dönemin dramını genc nesillere hatırlattığı için 

teşekkür  ediyorum.  Degerli  yazar  bize  binlerce  -  on  binlerce  insanın  ruhlarının 

hala  dolaştığı  Nargin  Adasını  detayları  ile  ögretiyor.  Bu  eserde  bütün  Bakü 

halkının,  Müslüman  kardeşlerine  yardım  etmek  için  biri  birleri  ile  nasıl 

yarıştıklarını,  yeri  gelince  kendi  hayatlarını  bile  nasıl  riske  ettiklerini,  bu 

yardımları yapanların başlarına neler geldigini öğreniyoruz. 

Hürmetli okuyucular; bu degerli esere bir kıymet katmak için, men özümün 

adımnan, Sarıkamış Cemiyeti adından, tüm Sarıkamış Esirleri Hatıraları için Bakü 

Halkına  onlara  yaptıkları  kömehlige  minnetdarlığımızı  bir  anıt  ile  pekiştirmek 

istiyorum.  Üzerine  bu  kilaptan  çıkardığım  mübarek  yardımsever  insanların 

isimlerini, kurdukları cemiyetlerin isimlerini yazarak anıtın ismini "SARIKAMIŞ 

ESİRLERİNİN  BAKÜ  HALKINA  BİR  ŞÜKRAN  MEMORİALI"  koymak 

istiyorum. Bunun için yöneticilerden Nargin Adasına giden iskele civarından küçük 

bir yer verilmesini xahiş edirem. 

Nargin  adasında  şehit  olan  veya  memleketine  dönmelerine  rağmen  bugün 

hayatta olmayan tüm kardeşlerimizin ruhları şad olsun. 

Prof.Dr. Bingür Sönmez 

Sarıkamış Dayanışma Gurubu Başkanı 

 

Giriş 

 

Eyni soy-kökə, milli-mənəvi dəyərlərə sahib olan Türkiyə və Azərbaycanın 



münasibətləri dövlətlərarası hüquqa söykənmədiyi çağlarda da möhkəm  təməllərə 

əsaslanırdı.  Belə  ki,  tarixin  müxtəlif  dönəmlərində  bu  iki  xalq  arasında 

həmrəyliyin, əməkdaşlığın, yardımlaşmaların ən gözəl örnəkləri mövcud idi. Türk 

millətinin  qardaşlıq  duyğularına  əsaslanan  bu  münasibətlər  XX  əsrin  əvvəlində 

artıq  dövlətlərarası  əməkdaşlığa  əsas  olmuş,  siyasi-hərbi  əlaqələrin  bünövrəsi 

qoyulmuşdur. 

Balkan savaşlarında, I Dünya müharibəsində Türkiyənin iştirakı qoyulmuş 

qadağalara, təzyiqlərə baxmayaraq Azərbaycan türklərini hərəkətə gətirdi, milli və 

dini  hisslərin  təsirindən  xalqımız  öz  qan  və  din  qardaşlarına  mümkün  köməyi 

etməyə çalışdı. 

1912-1913-cü  illərdə  Azərbaycanda  türk  ordusuna  yardım  üçün  ianələr 

toplanılır, gənclər çar çinovniklərinin nəzarətindən qaçaraq İstanbula gedir, Qafqaz 

könüllü hissələrinə yazılırdılar. Bu gənclərdən biri də milli şairimiz Əhməd Cavad 

idi.  Hüseyn  Baykaranın  qələmə  aldığı  "Azərbaycan  istiqlal  mücadiləsi  tarixi" 

kitabında bu barədə kifayət qədər məlumatlar var. 

1937-ci  ilin  repressiyasından  yaxa  qurtara  bilməyən  Əhməd  Cavada 

ünvanlanan suallardan biri də onun Türkiyəyə gedərək müharibədə iştirak etməsi 

ilə  bağlı  idi.  Ona  bu  barədə  ünvanlanan  suala  Əhməd  Cavad  belə  cavab  verirdi: 

"Bəli, mən 1912-ci ildə Türkiyədə oldum. Mən oraya onun üçün getdim ki, türk-

balkan  savaşında  türk  ordusunda  könüllü  iştirak  edim.  Mən  Türkiyəyə  Batumda 

pasport  alış-veriş  ilə  məşğul  olan  bir  yunandan  aldığım  fars  pasportu  ilə  getdim. 

Mənimlə birlikdə türk ordusunda iştirak etmək üçün İdris Axundzadə, Əli (soyadı 

yadımda deyil) və İsa Əlizadə getdi. Biz hamımız könüllü hissələrə qatıldıq. 1913-

cü ilin yazında mən Rusiyaya döndüm".

1

 

Balkan  savaşında  Türkiyəyə  ilk  siyasi  dəstəyi  1912-ci  ildə  Müsavat 



Partiyası verdi və türk həmrəyliyindən doğan ilk bəyanatını müsəlman dünyasına 

ünvanladı.  İstanbulun  "Səbilür-Rəşad"  məcmuəsində  dərc  olunan  bəyanatda 

deyilirdi:  "Dindaşlar!  Bilin  və  agah  olun  ki,  yeganə  ümidimiz  və  nicat  çarəmiz 

Türkiyənin  istiqlal  və  tərəqqisindədir.  Cəmi  aləm  bilir  ki,  islam  xilafətinə  sahib 

olan  Türkiyəyə  qarşı  bu  müharibəni  Balkanın  ufaq  və  kiçik  hökumətləri  elan 

etməmişlər.  Çünki  şir  nə  qədər  zəif  olsa  da,  çaqqallar  və  tülkülər  ona  yaxın 

gəlməyə cürət etməzlər. Bu işləri işləyən, insaniyyət düşməni və "dünya jandarmı" 

ləqəbi ilə məşhur olan şimal ayısı Rusiya hökumətidir ki, hər gün tibb ləvazimatı, 

həkimlər və könüllülər adı altında bölük-bölük nizamilər göndərir". 

Müharibənin  dəhşətlərindən  yaxa  qurtarıb,  məcburi  köçkünlük  halı 

yaşamağa  məcbur  olmuş,  üzünü  Güney  Qafqaza  tutan  türklərə  ilk  maddi-mənəvi 

                                                        

1

 C.Qasımov. "Əsrin qiyamət çağı". Bakı. 1997. səh.76. 



 

yardımı  da  azərbaycanlı  messenat  Hacı  Zeynalabdin  Tağıyev  etdi.  Balkan 



türklərinin  ev-eşiksizliyini,  maddi  ehtiyaclarını  ödəmək  üçün  edilən  müraciətlərə 

Hacı Zeynalabdin Tağıyev müsbət cavab verdi, maddi kömək göstərdi. 

Hələ  1913-cü  ilin  sonlarında  Hacı  Zeynalabdin  Tağıyev  təmsilçilərindən 

birini Türkiyəyə göndərərək fabrikində istehsal olunan parçaları Türkiyə ordusuna 

satmaq  üçün  danışıqlar  aparmışdı.  Bu  ticari  əlaqədə  iştirak  edən  Trabzon  valisi 

Türkiyə Hərbiyyə Nazirliyinə danışıqların sərfəli şərtlərlə aparıldığını, əgər razılıq 

əldə  olunarsa,  bunun həm  orduya, həm də  "əcnəbiyyədə  yaşayan  dindaşlarımızın 

mənfəəti" üçün xeyirli olacağını yazırdı.

2

 

Hacı  Zeynalabdin  Tağıyevin  bu  əlaqələri  çar  çinovniklərinin,  xəfiyyə 



İdarəsinin  diqqətindən  yayınmamış,  "Türk  şpionu"  kimi  nəzarətə  götürülmüş, 

Türkiyə ilə əlaqəli şəxslərin cinayət işlərində adı hallandırılmışdı. Türkiyənin 1-ci 

Dünya  müharibəsinə qatılması  Azərbaycan  ziyalıları tərəfindən  qəbul  edilmir,  bu 

savaşın  türk  xalqına  faciələr  gətirəcəyi  düşünülürdü.  Avropada  müharibənin  ilk 

günlərində,  1914-cü  ilin  9  avqust  tarixli  sayında  "Bəsirət"  qəzetində  kommunist 

Mustafa  Sübhinin  "Türkiyənin  daxili  işləri"  başlıqlı  məqaləsində  Türkiyənin 

üzərində savaş ruzigarının əsdiyi barədə xəbər verilirdi. Bu yazısında M.Sübhi bu 

türk  qəzetlərinin  müharibəni  təbliğ  etdiyini  yazırdı.  M.Sübhinin  bu  məqaləsinə 

cavab olaraq "İqbal" qəzeti həmin günün səhərisi "Türkiyə və Avropa müharibəsi" 

başlığı ilə məqalə dərc etdi. Məqalə müəllifi M.Sübhinin yazdıqlarının əksini sübut 

etməyə çalışır, İstanbul mətbuatının sülhü təbliğ etdiyini əsaslandırmağa çalışırdı. 

Ancaq  Türkiyə  sonu  bəlli  olmayan  bu  savaşa,  müttəfiqi  Almaniya 

tərəfindən sürükləndi. 

Təəssüf ki, bu savaş Türkiyəyə daha çox hərbi-siyasi uğursuzluqlar gətirdi, 

dünyanın müxtəlif cinahlarında savaşan türk əsgərləri tək şəhid olmadı, əsir həyatı 

yaşadılar. 

1914-cü ilin dekabrından başlayaraq Qafqaz cəbhəsində Rusiya ilə döyüşən 

türk ordusunun əsir alınan əsgər və zabitləri olduqca ağır şəraitdə yaşamaq uğrunda 

mübarizə aparmalı  oldular.  Əsir  alınanları  Rusiyanın  müxtəlif həbs  düşərgələrinə 

aparmaqla  yanaşı,  mülki  türk  vətəndaşlarını  Bakının  müsəlman  əhalisinin  gözü 

qarşısında  nümayişkaranə  şəkildə  Xəzər  dənizindəki  Nargin  adasına  daşıyırdılar. 

Nargində tək hərbi əsirlər deyil, Şərqi Anadolunun rus işğalına məruz qalmış Qars, 

Ərzurum,  Ərdəhan  bölgələrində  yaşayan  mülki  əhali  də  yerləşdirildi.  Onların 

arasında  qocalar,  qadın  və  uşaqlar  da  vardı.  Hərbi  düşərgədə  almanlardan, 

avstriyalılardan, bolqarlardan olan çeşidli millətlərin nümayəndələri ilə yanaşı, 10 

minə yaxın türk vətəndaşı da öz talelərini yaşayırdı. İçərilərində qoca, qadın, uşaq 

olan  türk  əsirlərinin  şəhər  əhalisinin  gözü  qarşısında  keçidini  təşkil  edən  çar 

Rusiyası  çinovniklərinin  hərəkətləri  milli  düşüncəli  ziyalıların,  ruhanilərin, 

sahibkarların  çox  ciddi  narazılığına  səbəb  olurdu.  Ərzurumun  işğalına  "kafirlər" 

                                                        

2

 Betül Aslan. "Qardaş köməyi və Bakı müsəlman cəmiyyəti xeyriyyəsi". 2000. səh.67 



 

tərəfindən  dualar  oxuyan  ruhani  təbəqənin  də  dini  hisslərinə  toxunan  bu  cür 



hərəkətlərin  qarşısının  alınması  üçün  gizli  müzakirələr  keçirilməyə  başlanıldı  və 

Bakıda  "Qardaş  köməyi",  "Möhtaclara  kömək",  "Türk  əsirlərinə  yardım 



komitəsi" və bu kimi bir neçə cəmiyyətlər yaradıldı. 

Əsası  1905-ci  ildə  qurulmuş  Bakı  Müsəlman  Xeyriyyə  Cəmiyyəti  öz 

fəaliyyət  istiqamətini  dəyişərək  Güney  Qafqazdan  Şərqi  Anadoluya  yönəltdi, 

kimsəsiz  uşaqların  Bakıya,  Şəkiyə,  Gəncəyə,  Şuşaya  gətirilməsi  işini  təşkil  etdi. 

Xosrov  Paşa  Sultanovun  rəhbərlik  etdiyi,  mərkəzi  Tiflisdə  qərarlaşan  komitənin 

1916-1917-ci  ili  əhatə  edən  fəaliyyəti  nəticəsində  yüzlərlə  Anadolu  körpəsi  uşaq 

evlərinə  verildi,  onların  təhsili,  sağlamlığı,  normalara  uyğun  qidalanması  həyata 

keçirildi.  Təkcə  körpələr  deyil,  rus-erməni  vəhşiliyindən  əziyyət  çəkən  ahıllar, 

xəstələr də qayğı ilə əhatə olundular. Bu barədə həm Türkiyə, həm də Azərbaycan 

arxivlərində  kifayət  qədər  sənədlər  saxlanılır.  Mərkəzi  Tarix  Arxivinin  335-ci 

fondundakı  iki  qovluqda  Azərbaycan  türklərinin  Anadoluya  etdikləri  yardımlar, 

kimsəsiz  körpələrin  axtarışları,  onların  toplanılması  işini  və  ölkəyə  gətirilib 

yerləşdirilməsini özündə ehtiva edən 200-dən artıq sənəd mövcuddur. 

Xeyriyyə  Cəmiyyətinin  ən  ümdə  məramlarından  biri  də  Nargin  adasında 

məhkumluq  həyatı  yaşayan  türk  əsgər  və  zabitlərini  qaçırıb,  onları  müxtəlif 

bölgələrdə  təhlükəsiz  şəraitdə  yerləşdirməkdən  ibarət  idi.  Azərbaycanın 

vətənpərvər  övladlarının  Nargindən  türk  əsirlərinin  qaçırılması  faktları  barəsində 

açdıqları  cinayət  işləri,  xəfiyyə  məlumatları  da  bu  tədqiqatda  konkret  arxiv 

məlumatları əsasında qələmə alınıb. 

Nargin  adasından  qaçırılan  əsirlərin  bir  çoxu  Osmanlı  ordusunda  mühüm 

hərbi  işləri  həyata  keçirdiklərindən,  onların  döyüş  təcrübəsindən  yararlanmaq, 

erməni-rus birləşmələrinə qarşı müqavimət təşkil etmək də planlara daxil idi. 

Həmçinin  Azərbaycanın  milli  mövqedə  dayanan  siyasətçiləri,  ziyalıları, 

sahibkarları,  xalqımızın  milli  dövlət  qurmaq  arzusunun  gerçəkləşməsinin  yaxın 

zamanlarda  reallaşacağına  inanır,  geniş  fəaliyyət  planları  həyata  keçirirdilər. 

Yuxarıda qeyd olunduğu kimi bu cür fəaliyyət planlarına Türkiyə ilə geniş spektrli 

siyasi hərbi əməkdaşlığın qurulması da daxil idi. 1914-cü ilin əvvəlində Fətəli xan 

Xoyskinin  qardaşı  Aslan  bəy  Xoyski  Türkiyəyə  gedərək,  Cənubi  Qafqazda 

Azərbaycan  türklərinin  yaradacaqları  müstəqil  cümhuriyyətə  dəstək  istəmişdir. 

Rusiya  hüdudlarında  yaşayan  müsəlman  türklərin  öz  dövlətlərini  qurmaq  planları 

Türkiyənin siyasi-hərbi dairələrində müzakirə mövzusu idi. I Dünya Savaşının ilk 

illərində Türkiyənin İttihad və Tərəqqi Komitəsinin baş məsləhətçisi Ömər Nacinin 

təşəbbüsü  ilə  Cənubi  və  Şimali  Azərbaycanın  vahid  dövlətdə  birləşdirilməsi 

ideyası  müzakirəyə  çıxarıldı  və  qərar  qəbul  olundu.  Bu  bir  çox  sovet  və  Qərb 

müəlliflərinin  iddia  etdiklərinin  əksinə  olaraq  pantürkizm  və  panislamizm 

məsləyindən  uzaq  bir  ideya  idi.  Burada  məqsəd  bir-birindən  ayrı  düşmüş 

Azərbaycan  türklərinin  tarixi  haqlarının  bərpası  idi  ki,  bu  ideyanı  reallaşdırmaq 

işində Türkiyə öz qardaş mövqeyini ortaya qoyurdu. 



 

1918-ci  ildə  Azərbaycan  tarixində  çox  böyük  ictimai-siyasi  hadisələr  baş 



verdi,  Azərbaycanın  mövcud  coğrafi  məkanlarında,  onun  paytaxtı  olan  Bakıda 

bolşevik-erməni  birləşmələri  31  mart  soyqırımı  törətdilər,  30  min  Azərbaycan 

türkü  qətlə  yetirildi.  Milli  təsisatlar  sıradan  çıxarıldı,  xalqa  qarşı  törədilən  bu 

cinayətin  mahiyyətində  Azərbaycanda  milli  dövlət  qurulmasının  qarşısının 

alınması və Rusiya bolşeviklərinin Bakı neftinə şəriksiz sahiblik iddiası dayanırdı. 

1918-ci  ilin  mayın  28-də  İstiqlal  Bəyannaməsini  elan  edən  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  qarşısında  həlli  müşkülə  çevrilən  çox  məsələlər  var  idi. 

Onlardan  ən  önəmlisi  Cümhuriyyətin  paytaxtı  Bakının  bolşevik-daşnak 

birləşmələrinin  nəzarətində  olması  idi.  Bir  tərəfdən  Stepan  Şaumyanın  başçılıq 

etdiyi  Bakı Xalq Komissarları Sovetinin "Qırmızı Qvardiya"sı  yaranmış şəraitdən 

istifadə edərək Bakı, Şamaxı, Quba, Salyan, Kürdəmir kimi yaşayış məntəqələrini 

dağıdıb  Gəncəyə  doğru  hərəkət  edir,  digər  tərəfdən  isə  Zəngəzuru  işğal  edib 

Qarabağa hücum edən Andranik eyni istiqamətdə irəliləməyə hazırlaşırdı. Bununla 

bağlı  M.Ə.Rəsulzadə  yazırdı:  "Bu  müşkül  vəziyyətdən  milləti  qurtaracaq  yeganə 

çarə vardır - Türkiyə. Ümidlər oraya dikilmişdir". 

1918-ci  ildə  Azərbaycanı  erməni-bolşevik  istilasından,  qətliamlardan 

qurtarmaq  üçün  beynəlxalq  təzyiqlərə  baxmayaraq  türk  ordusu  sərhədləri  aşaraq 

Azərbaycana  gəldi.  Türkiyənin  hərbiyyə  naziri,  baş  komandan  vəkili  Ənvər 

Paşanın  səyi  ilə  yaradılan,  Nuru  Paşanın  rəhbərlik  etdiyi  Qafqaz  İslam  Ordusu 

bolşevik-daşnak və ingilis hərbi birləşmələri ilə aparılan yarımillik savaşda böyük 

fədakarlıqlar  göstərdi.  Vaxtilə  Azərbaycan  xalqının  qəhrəman  oğulları  tərəfindən 

Nargindən  və  Rusiyanın  başqa  həbs  düşərgələrindən  qurtardıqları  əsir  türklər  də 

Qafqaz  İslam  Ordusu  tərkibində  döyüşlərdə  iştirak  etdilər.  Müxtəlif  tarixi 

sənədlərdən  bəlli  olur  ki,  əsirlikdən  qaçırılmış  300  nəfər  türk  əsgər  və  zabiti 

Azərbaycanın  istiqlal  savaşında  qardaş  köməyi  göstərmişlər.  Azərbaycanın  milli-

hərbi  qüvvələri,  çoxsaylı  könüllüləri  ilə  bir  səngərdə  döyüşən,  eyni  dildə  döyüş 

komandası alan Qafqaz İslam Ordusunun tərkibində vuruşan türk ordusunun 1140 

nəfəri  şəhid  oldu.  Anadolu əsgəri  və  zabitinin  tökülən  qanları indi  və  bu  gün  də 

Azərbaycanın çeşidli bölgələrində yaşayır, "Türkün qəbri sarmaşıqlı məzarlar" 

kimi  xalqın  yaddaşındadır.  Bakını  Azərbaycandan  ayırıb,  onu  "müttəfiqlərin 

neytral  vilayəti"  kimi  görən,  Azərbaycanı  başsız  bədənə  çevirmək  planını həyata 

keçirmək  istəyənlər  Azərbaycan-türk  ordusu  qarşısında  yenildilər.  Türkiyənin  və 

Azərbaycanın  qəhrəman  oğulları  şərəfli  tarix  yazdılar  və  1918-ci  ilin  sentyabrın 

15-i  Bakı  işğaldan  azad  olundu.  Qafqaz  İslam  Ordusunun  müstəqilliyimizin  əldə 

olunmasında iştirakı Azərbaycan və Türkiyə arasında ilk hərbi əməkdaşlıq tarixinin 

əsasını qoydu. 

Əsəri yazan zaman müəllif kimi qarşıma qoyduğum ən mühüm məqsəd də 

1914-1918-ci  illərdə  Türkiyə  və  Azərbaycanın  ortaq  tarixi  üçün  şərəfli  səhifələri 

qələmə  alıb,  qardaş  yardımlaşmalarını  tədqiq  etmək  olub.  Türk  əsirlərinin 

Azərbaycan  türkləri  tərəfindən  qaçırılması,  onları  himayə  edərək  bölgələrdə 



 

yerləşdirilməsi  mövzusuna  Azərbaycan  tarixşünaslığında  demək  olar  ki,  geniş 



toxunulmayıb,  ayrı-ayrı  tarixçi  alimlərimizin  tədqiqatında  hadisələrə  epizodik 

şəkildə yer verilib. Nargin adasında türk əsirləri, onların ağır vəziyyəti barəsində 

ilk  dəfə  mətbuat  tariximizin  sanballı  tədqiqatçısı,  ağsaqqal  jurnalistimiz 

Şirməmməd Hüseynov Nəriman Nərimanovun "Hümmət" qəzetində dərc etdirdiyi 



"Nargin  cəzirəsi"  məqaləsini  çap  edərək  toxunub.  Məhsuldar  tədqiqatçımız, 

professor  Musa  Qasımlı  "I  Dünya  müharibəsində  Böyük  dövlətlərin 



Azərbaycan siyasəti" monoqrafiyasında əsirlər və bu əsirlərə Azərbaycan xalqının 

göstərdikləri kömək barəsində faktoloji elmi məlumatlar əksini tapmışdır. Mərhum 

yazıçımız  Qılman  İlkin  "Türk  ordusu  Bakıda"  xatirə  kitabında  çox  maraqlı 

faktlara,  dəlillərə  toxunaraq  o  dövrün  şahidlərinə,  mətbu  orqanlarda  dərc  olunan 

yazılara  istinadən  türk  əsirlərinə  göstərilən  köməkdən,  kimsəsiz  uşaqların  yetim 

evlərində  yerləşdirilməsindən,  onların  təhsilləri  ilə  bağlı  görülən  işləri  yazıya 

almışdır. 

Professor  Firdovsiyyə  Əhmədovanın  müsahibələrində  də  bu  mövzuya 

toxunulub,  bu  fakta  Türkiyə-Azərbaycan  arasında  qardaşlıq,  milli  həmrəylik 

elementi kimi dəyər verilib. 

Müxtəlif  arxivlərdə  1918-1920-ci  illər  mətbuatını  tədqiq  etdiyim  zaman 

Anadoluya  Azərbaycan  köməyi  barəsində  və  Nargin  adasında  saxlanılan  türk 

əsirləri  ilə  bağlı  aram-aram  əldə  etdiyim,  qarşıma  çıxan  faktları,  publisistik 

qeydləri  toplayıb,  geniş  həcmdə  işləməyə  qərar  verdim.  Araşdırmam  zamanı 

Türkiyə  tarixçilərinin  də  bu  mövzu  ilə  əlaqəli  bəzi  təhqiqatlarını  da  əldə  etdim. 

Çox təəssüf ki, Türkiyə mətbuatının bu mövzu ilə bağlı çap etdirdiyi məqalələr real 

tarixi  faktlarla  zəngin  deyil.  Səbəbi  isə  geniş  şəkildə  tarixçilərin  bu  məsələni  öz 

araşdırmalarına  daxil  etməməsidir.  Durdu  Mehmet  Burakın  "Kostamonu" 

dərgisində  çap  etdirdiyi  "Kostamonu  millət  vəkili  Xalit  bəyin  Rusiya  və  digər 

ölkələrdə qalan türk əsirləri ilə əlaqəli çalışması" məqaləsində Nargin adasındakı 

əsirlərin sayı, vəziyyəti və onların bir qisminin Azərbaycanın vətənpərvər oğulları 

tərəfindən  qaçırılması  yazıya  alınıb.  Qutlu  Cəmilin  1999-cu  ildən  Ərzurumda 

doktorluq işi üzrə hazırladığı "I Dünya savaşındakı türk savaş əsirləri və  bunların 

yurda dönmələri, fəaliyyətləri" elmi araşdırması təəssüf ki, nəşr olunmayıb. Yusif 

Akçuranın  Rusiyaya  səfər  edərək  türk  əsirlərinin  yerləşməsi,  onların  sayı,  azad 

olunması  barəsindəki  fəaliyyəti  də  Türkiyə  tarixçiləri  tərəfindən  araşdırılmışdı. 

Çapa  Məsudun  1989-cu  ildə  nəşr  etdiyi  "Qızıl  Ay"  (Hilali-Əhmər)  kitabı  Yusif 

Akçuranın fəaliyyətinin bu istiqamətini əhatə edir. 

Doktor  Betül  Aslanın  geniş,  əhatəli  araşdırmalarının  nəticəsi  olaraq  çap 

etdirdiyi "Qardaş köməyi" kitabı 1-ci Dünya Savaşı boyunca Azərbaycan xalqının 

Anadolu  insanına  etdiyi  yardımlar,  müxtəlif  təşkilatların,  xeyriyyə  cəmiyyətlərin 

bu yoldakı fəaliyyətlərini özündə əks etdirir. Üç bölümdən ibarət olan kitab 1905-

ci  ildən  sonra  Azərbaycan  türklərinin  milli  oyanış  dönəmi  başlayır,  Balkan  və 

Çanaqqala  savaşlarında  Azərbaycan  xalqının  könüllü  dəstələr  yaradaraq  türk 



10 

 

əsgərləri  ilə  çiyin-çiyinə  döyüşlərə  qatılması  xatırlanır,  sonra  Birinci  Dünya 



Müharibəsi  dönəmi  tədqiq  olunur.  Savaşdan  əziyyət  çəkən,  öz  yurd-yuvasından 

olan  köçkünlərə,  ata-anasız  qalmış  körpələrə,  Nargin  adasındakı  əsirlərə  edilən 

qardaş köməyi arxiv sənədləri ilə oxucuya çatdırılır və yeni faktlar elmi dövriyyəyə 

gətirilir. Qars, Ərzurum, Van, Həsənqala, Bəyazid, Muş bölgələrində ermənilərin 

Anadolu  türklərinə  qarşı  törətdikləri  qanlı  olayların  qarşısını  almaq  üçün 

Azərbaycan  türklərinin  gizlin  təşkilat  yaradaraq  mübarizə  aparmaları  da  əsərdə 

əksini tapıb. 

Türkiyə tarixçisi, professor Cəmaləddin Taşkıranın qələmə aldığı "Birinci 



Dünya  Savaşında  türk  əsirləri"  kitabı  da  problemin  işıqlandırılması  üçün 

əhəmiyyətlidir.  Kitabda  müxtəlif  ölkələrin  arxiv  sənədlərinə,  Qızıl  Xaç 

Cəmiyyətinin raportlarına, əsirlərin ailə üzvlərinə yazdıqları məktublara istinadlar 

var  və  bu  əsərin  elmi  dəyərini  artırır.  Əsərin  Azərbaycan  oxucusu,  elmi 

araşdırmalarla məşğul olanlar üçün əhəmiyyəti Nargin adasına edilən səyahətdir. 

Səlcuq  Qızıldağın  2007-ci  ildə  çap  etdirdiyi  "Sarıqamışdan  Sibirə  qədər 

Nargin"  kitabı  Alptəkinin  timsalında  bir  Anadolu  ailəsinin  Nargində  yaşadığı 

iztirablar,  çətinlikləri  əhatə  edir.  Məhz  bu  Anadolu  ailəsi Azərbaycan  türklərinin 

köməyi  ilə  əsirlikdən  azad  olmuşdur.  Lakin  Bakının  xəfiyyə  polisi  onların  izinə 

düşür,  yenidən  onlar  məhbus  həyatı  yaşamalı  olurlar.  Bu  dəfə  cəzalandırılanlar 

İrkutska, oradan isə Vladivastoka göndərilir. 

Tuğ-general  Ziya  Yerkökün  yazdığı  1850  səhifəlik  "Cəhənnəm  adası 

Nargin"  xatirəsi  əsasında  sənədli  film  hazırlayan  Türkiyənin  Turizm  və 

Mədəniyyət Nazirliyi Azərbaycan və Türkiyə arasında qardaşlığın, dostluğun tarixi 

kökləri barəsində kifayət  qədər gərəkli bir iş ortaya qoyub. Filmdə Nargində əsir 

həyatı  sürmüş  11  əsirin  xatirələri  də  lentə  alınıb  və  görkəmli  tarixçilərin 

açıqlamaları əksini tapıb. Türkiyə, İngiltərə, Rusiya dövlət arxivində olan sənədlər 

də filmin gedişində izlənilir. Nurullah Yerkök atası tuğ-general Ziya Yerkökün əsir 

həyatından söylədiklərini dilə gətirir, əsirlərin çətin durumunu anladır. 

Türkiyə  mətbuatı  Nargin  adasında  türk  əsirləri  barəsində  xeyli  sayda 

məqalələr çap  etmiş, bu mövzunun gündəmdə qalması, araşdırılması üçün fəallıq 

nümayiş  etdirmişdir.  "İstiqlal"  qəzeti  3  aprel  2007-ci  ildə Betül  Vergülün  "İlanlı 

Nargin",  "Hürriyyət"  qəzeti  27  yanvar  2008-ci  ildə,  "Nargin  şəhitlik  olsun" 

məqalə-araşdırmalarını,  "Xəbər-3",  "Xəbər-7  son"  saytları  isə  müxtəlif  səpkili 

informasiyalar  dərc  etmiş,  problemə  toxunmuşlar.  Sarıqamış  Dayanışma  Qrupu 

üzvlərinin  Azərbaycandan  aldıqları  məlumatlar  əsasında  Nargində  təhqiqat 

aparmalarını da bu sıraya daxil etmək olar. 

Mövzunun təhqiqatı  üçün mətbuatda  dərc  olunan  yazılardan  geniş  şəkildə 

istifadə  etməyi  qarşıya  məqsəd  qoyduğumdan  araşdırmaları  gələcəkdə  də  davam 

etdirmək  niyyətindəyəm.  Hesab  edirəm  ki,  Nargin  adasındakı  türk  əsirlərinin, 

yaralılarının,  qoca  və  uşaqlarının  qaçırılmasını  həyata  keçirən,  təhlükədən 

çəkinməyən  Azərbaycanın  milli  düşüncəli  övladlarının  fəaliyyəti  Türkiyə-



11 

 

Azərbaycan  dostluğunun,  qardaşlığının  real  tarixi  faktıdır.  Bu  real  tarixi  hadisə 



geniş təhqiqata cəlb olunmalı, Türkiyə və Azərbaycan insanı təqribən bir əsr öncə 

türk  millətinin  bir-birinə  çiyin  verərək  necə  məşəqqətlərdən  gəlib  keçdiyini,  bu 

qardaşlığın tarixi köklərini bilməlidir. 

Mövzu  üzərində  işləyən  zaman  Mərkəzi  Dövlət  Arxivinin  müxtəlif 

fondlarında,  köməkçi  fondlarda  saxlanılan  sənədlərdə  Nargin  adasından  qaçan, 

qaçırılan  əsirlərin  taleyi  ilə  bağlı  məlumatları  ümumiləşdirməyə  çalışmışam. 

Müxtəlif  vaxtlarda  qaçan  hərbi  əsirlərin  siyahısını  da  həmin  sənədlər  əsasında 

hazırlayaraq  araşdırmaya  əlavə  etməyi  məqsədəuyğun  hesab  etdim.  Həmçinin  o 

dövrün mətbu orqanlarında, məxsusi olaraq "Bəsirət", "İqdam", "Hümmət", "Açıq 

"söz" qəzetlərində çap olunan publisistik yazıların, informasiyaların təhqiqata daxil 

olunmasını  həyata  keçirməklə,  əsirlərin  taleyi  ətrafında  daha  geniş  məlumat 

bazasının  yaradılmasına  çalışmışdım.  Hesab  edirəm  ki,  ilk  dəfə  olaraq  geniş 

təhqiqata  cəlb  olunan  bu  mövzu  gələcəkdə  yeni  fakt  və  sənədlərlə 

zənginləşdiriləcək, daha dolğun əsərlər yazılacaqdır. 



12 

 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə