AĞlin ziRVƏSİNDƏ



Yüklə 3.01 Kb.
Pdf просмотр
səhifə1/13
tarix23.12.2016
ölçüsü3.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

Bakı ‑ 2015
Ağlın işığından ölüm qorxaraq,
Əbədi hökmünü dandı təzədən.
Ağlın zirvəsində sönən bir çıraq
Min‑min ürəklərdə yandı təzədən.
AĞLIN ZİRVƏSİNDƏ 
SÖNƏN BİR ÇIRAQ

REDAKTOR, ÖN SÖZÜN 
MÜƏLLİFİ VƏ TƏRTİBÇİ:
Buludxan XƏLİLOV,
filologiya üzrə elmlər doktoru, professor
TƏRTİBATIN İDEYA RƏHBƏRİ:
Elnarə ÖMƏROVA
“Ağlın zirvəsində sönən bir çıraq”. 
Bakı, “Bakı Çap Evi”, 2015, 252 səh.
Kitabda tanınmış jurnalist, gözəl insan, sədaqətli dost, mahir təşki ‑
latçı, etibarlı sirdaş, mehriban və qayğıkeş ailə başçısı İbrahim
Ömərovun həyat və fəaliyyətinin xarakterik məqamları öz əksini
tapır. Həmçinin dostlarının, doğmalarının, yaxınlarının və
tanışlarının bir qisminin ürək sözləri, xatirələri özünə yer alır. 
© Б.Хялилов, 2015

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
3
ÖN SÖZ:
İnsan sığınacaqlara doğru tələsir
“Mənim başlanğıcım mənim sonumdur, 
mənim sonum mənim başlanğıcımdır”. 
Tomas Eliot, 
Ədəbiyyat üzrə Nobel mükafatçısı
İ
nsanın bu dünyaya gəlişindən başlamış, bu dünyadan ge‑
dişi də daxil olmaqla – hamısı sığınacaq axtarmaqdır.
Hələ ana bətnində olan uşaq ana bətnini sığınacaq kimi qəbul
edir. Ana bətnində sığınacaq tapmış uşaq burada qala bilmir,
bu heç mümkün də deyil. Buradakı sığınacaq müddəti qurtar‑
dıqdan sonra uşaq dünyaya gəlir, ömrünün sonuna qədər bu
dünyada sığınacaq axtarır. Bağçaya gedir, burada sığınacaq ax‑
tarır. Məktəbə gedir, burada sığınacaq axtarır. Ali təhsil alır,
burada sığınacaq axtarır. Ailə qurur, yenə də sığınacaq axtarır.
Ev alır, yenə də sığınacaq axtarır. Nəhayət, insan ölür, yenə də
sığınacaq axtarır. Ölmüş insanı tabuta qoyur və qəbiristanlığa
aparırlar. Tabut da, qəbiristanlıq da sığınacaqdır. Ölən insan
dəfn olunur. Ən son sığınacaq budur. İstəsə də, istəməsə də,
sığınacaq axtaran insan son mənzili – torpağı sığınacaq kimi
qəbul edir. Beləliklə, insan üçün həyat başdan‑başa sığınacaq‑
lardan ibarət olur. Bu işin bir tərəfi. İkinci tərəfi odur ki, insan
həyatı boyu sığınacaqlara doğru tələsir. Heç özü bu barədə dü‑
şünmədən çalışır, vuruşur və nəhayət, torpaq adlı sığınacaqda
rahatlanır...

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
4
Sığınacaq deyəndə ədəbiyyat üzrə Nobel mükafatı laureatı
Herman Hessenin “Sığınacaq” essesindən bir məqam yada
düşür: “Mən yenə də nəyin dalınca gedəcəyimi, nəyi rəhbər
tutacağımı, öz qanımı nəyə verəcəyimi tapdım, anladım. Bu nə
istəkdi, nə də arzu, bu – məqsəddir. 
Bu məqsəd – yenə də sığınacaqdır. Ancaq nə mağaradır, nə
də gəmi. Mən o sığınacağı öz içimdə axtarıram, dağlardan, ma‑
ğaralardan etibarlı, tabutdan, qəbir çalasından etibarlı və rahat,
tək qaldığım, dünyanın əli yetmədiyi məkan, yaxud nöqtə ax‑
tarıram. Budur mənim məqsədim. Ora heç nə keçə bilməz,
çünki ora mənimlə yoğrulub. 
Qoy orada lap boran və ağrılar olsun, qoy orada lap qan da
tökülsün. 
Mən hələ bu məqsədimdən çox uzaqdayam, mən hələ yolun
lap başlanğıcındayam, ancaq indi bu, əsl mənim yolumdur.
Adi arzu deyil. 
Ey dərin sığınacaq! Sənə heç bir tufan yetməz, səni alov yan‑
dıra bilməz, səni heç bir müharibə dağıda bilməz. Öz cismimin
dərinliyində balaca yuva! Daxma, balaca tabut, balaca beşik,
mən sənə can atıram”. (Herman Hesse. Seçilmiş əsərləri. –
Bakı: “Şərq – Qərb”, 2010, s.532‑533).
Bu dünyada hərəyə bir şey lazımdır: kimiyə gecə, kimiyə
gündüz, kimiyə mərdlik, kimiyə namərdlik, kimiyə məğrur‑
luq, kimiyə mütilik, kimiyə qayğı, kimiyə etinasızlıq, kimiyə
haqq‑ədalət, kimiyə ədalətsizlik, kimiyə nə isə... Ancaq hamıya –
hər bir kəsə sığınacaq mütləq lazımdır. Bütün ömrü boyu sığı‑
nacaqlar uğrunda çarpışan insanı daha çətin sınaqlar, həm də
uğurlar, nailiyyətlər gözləyir. Ancaq insanın sonu yenə də sı‑
ğınacaqdır. Axtara‑axtara, özümüz də bilmədən və hərəmiz
bir yolla sığınacağımızı tapırıq. Deməli, son məqsədimiz sığı‑
nacağımızı tapmaqdır. Biz insanlar son məqsəd kimi dünyaya

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
5
sığınacaq axtarışına gəlmişik və hələ də sığınacaq axtarışında‑
yıq. Bir sözlə, insan ömrü boyu sığınacaqlara doğru tələsir. Son
sığınacaq hər bir kəsin qismətinə alın taleyi kimi yazılıbdır.
Kimsə son sığınacaqdan qaça bilərmi?! Kimsə son sığınacağı
haqqında düşünürmü?! Dünyanın qəribə işləri var. Bir atanın,
bir ananın övladlarının son sığınacağı bir olmur! Məncə, hər
bir şeyin fəlsəfəsinə varmaq lazımdır. Görün ədəbiyyat üzrə
Nobel mükafatçısı Ernest Heminquey necə deyib: “Hər insanın
ölümü mənim ömrümü gödəldir, çünki mən Bəşəriyyətin ay‑
rılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin hara‑
yını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən;
Sənsən dünyadan köçən”. (bax: Ernest Heminquey. Seçilmiş
əsərləri. Bakı, “Şərq‑Qərb”, 2010, s.7)
Ancaq insanın ölməsi, son sığınacağını tapması məğlubiy‑
yət deyil. Ədəbiyyat üzrə Nobel mükafatçısı Uilyam Folkner
demişkən: “Mən insanın ölümü fikrini rədd edir, buna inan‑
mıram; insan nəinki duruş gətirəcək, mən qəti əminəm ki, o –
qalib gələcək”. Ernest Heminqueyin sözləri ilə desək: “İnsan
övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar,
lakin onu məğlub etmək mümkünsüzdür”. Bir azərbaycanlı
şairin dediyi kimi: “Ölüm ölmək deyil ki, Vətənə qayıdışdır”.
Ədəbiyyat üzrə Nobel mükafatçısı Tomas Eliotun belə fikri var:
“Mənim başlanğıcım mənim sonumdur, mənim sonum mənim
başlanğıcımdır”. Bu mənada hələ bilmək olmaz ki, kimin baş‑
lanğıcıdır, kimin isə sonudur. Ancaq bu da bir həqiqətdir ki,
dünya yaranandan indiyə qədər insan məğlubolmazdır. Nəsil‑
lər dəyişir, bir‑birini əvəz edir. İnsanlar isə qurub‑yaradır və
fəaliyyət göstərirlər. Deməli, insan məğlubedilməzdir. 
Buludxan Xəlilov, 
filologiya üzrə elmlər doktoru, professor

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
6
SƏNİN YERİN GÖRÜNÜR,
QAYIT GƏL
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, 
professor
Əziz dost, nə vaxt qayıdıb gələcəksən?!
14
mart 2014‑cü il... Sübh tezdən işə gedirdim. İşə pi‑
yada gedirdim. Birdən əl telefonuma zəng gəldi. Bax‑
dım ki, zəng vuran dostumuz Seyiddir. Onun adı Cavanşirdir,
ancaq əsil‑nəcabətli seyid nəslindən olduğu üçün ona bütün
dostlar belə (Seyid) deyirlər. Fikirləşdim ki, bu vaxt nə zəngdir,
görəsən. Heç ağlıma gəlmədi ki, onun mənə verdiyi xəbər bu
qədər acı olarmış. Seyid telefonda mənə dedi ki, Suraxanıya
gəl. Dedim nə olub. Dedi ki, gəl, bilərsən. Əl çəkmədim, dedim
ki, nə olub. Gördü ki, əl çəkmirəm. Dedi ki, dostumuz İbrahim
yoxdur. Dedim ki, necə yəni yoxdur?! O dedi ki, yoxdur da...
İnfarkt oldu, dünyasını dəyişdi. Qolumdakı saat səhər tezdən
6:37 dəqiqəni göstərirdi. Yer‑göy başıma fırlandı. Özümün
özümlə söhbətim belə oldu:

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
7
Soyuqmuş bu qara torpağın üzü
Ay Seyid, sən bunu hardan bilirsən?!
Günbəgün, aybaay üyüdür bizi
Ay Seyid, sən bunu hardan bilirsən?!
Bunları babamız, nənəmiz deyib,
Bunları atamız, anamız deyib,
Kim deyib, düz deyib, çox təmiz deyib,
Ay Seyid, sən bunu hardan bilirsən?!
Ay Seyid, bu nə dərd, bu nə xəbərdi,
Ömrümün bu çağı qəddimi gərdi.
Bəlkə bir yalandı, ya kimsə gördü?!
Ay Seyid, sən bunu hardan bilirsən?!
İbrahim dostu Buludxanla

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
8
* * *
Bu bəd xəbərdən 3‑4 gün əvvəl bazar günü görüşmüşdük.
Mənə zəng vurmuşdu ki, sizə gəlirəm. Dedim ki, gözləyirəm,
gəl. Gəldi xeyli söhbət etdik. Həmişə olduğu kimi ruhlu idi,
həyat eşqi güclü idi. O qədər sevinirdi ki, hərəkətlərində də se‑
vincini gizlətmirdi. Hə a pianinoda öz bildiyi kimi, özünə‑
məxsus şəkildə bir mahnı da ifa etdi. Planlarımızdan,
görəcəyimiz işlərdən danışdıq. Bir‑birimiz barədə xoş sözlər
dedik. Həmişə olduğu kimi zarafatımızdan da qalmadıq. Mən‑
dən ayrılanda həyətə qədər birlikdə çıxdıq. Həyətdə də xeyli
söhbət etdik.  Məndən ayrılanda dedi ki, üzümüzə gələn hə ə‑
nin ya altıncı, ya da bazar günü dostlarla birlikdə görüşəcəyik.
Bu görüşümüzün olacağına arxayın oldum və onunla nə zəng ‑
ləşə bildim, nə də görüşə bildim. Hərdən özümü qınayıram ki,
bəlkə zəngləşərdik, bəlkə görüşərdik. Bəlkə zəngləşsək, bəlkə
görüşsək, bu hadisə baş verməzdi. Açığı deyim ki, bu bəlkələr
də məni yaman yorur. Nə isə... Artıq bu bəlkələrdən keçib.
Artıq ağlıma gəlməyən, yatsam belə, yuxuma girməyən hadisə
baş verib. Artıq İbrahim onu tanıyanların hər birindən ayrı
düşüb. O, hər gün, hər an onu tanıyanları, onun dostlarını,
onun əzizlərini, doğmalarını ağladır. Onda insanı hisslər, duy‑
ğular o qədər güclü idi ki, onun fiziki yoxluğu ağlatmaya bil‑
mir. Bu ağrı hamını – dostu, tanışı, qohumu, qardaşı, bu
hadisəni eşidən hər bir kəsi ağlatdı, ağladır və ağladacaqdır. 
Ağladı
Ürəyin qəflətən susdu həmin gün
Göy üzü buluddan qara bağladı
Dost‑aşna matəmə büründü bütün,
Adını eşidən bəndə ağladı.

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
9
Çatanda xəbərin yaxına, yada,
Hamını bir anda qaladı oda.
Son anda dayın da yetmədi dada,
Çalışıb‑vuruşub gendə ağladı.
Əzəldən bağlıydın ölümsüzlüyə
Bu qədər vədəsiz köç etdin niyə?
Ömrünü xərclədin dost‑tanış deyə,
Dostların hamıdan öndə ağladı.
Dostların gözündə yaş gilələndi
Ananın gözündən leysan ələndi,
Matəmə bürüdün şəhəri, kəndi,
Güc‑qüvvət qalmadı, can da ağladı.
Qanrılıb baxanda qardaşlarına,
Ürəyim dözmədi, göz yaşlarına,
Bu dərdi duymayan uşaqlarına,
Baxanda hərə bir yanda ağladı.
Bu necə qismətdi, bu necə paydı,
Əzrayıl vədəsiz ömrünə qıydı,
İbrahim, ölümün dəli haraydı,
Qəhərdən Buludlu xan da ağladı. 
* * *
Həyatda insanın aciz olduğu məqamlar var... Belə məqam‑
larda insanın əlindən heç nə gəlmir. İnsanın heç nəyə gücü çat‑
mır. Yadımdadır ki, dostum İbrahimin qəfildən ölümü dostları,
qohumları, tanışları – hamını aciz bir vəziyyətə salmışdı: 14 mart

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
10
2014‑cü il dəfn mərasimi, yas yeri İbrahimin özünün yaşadığı
evdə deyil, atası evində  –  Suraxanıda təşkil olunmuşdu. Dəfn
mərasiminə İbrahimin iki balaca övladını – oğullarını da gətir‑
mişdilər: Alını və Nizamini. Uşaqlar məni görüb üstümə qaçdılar: 
‑Buludxan  əmi, nə olub?! 
Çaşıb qaldım. Bir anlıq özümü  itirdim. Bilmədim ki, nə
deyim:
‑Sizi kim gətirib bura? 
Uşaqlar bir ağızdan:
‑Dayımız İlqar. 
Onlar nə olduğunu, nə baş verdiyini başa düşmürdülər.
Mən isə onlara nə baş verdiyini, nə olduğunu deyə bilmirdim.
Deməyə çox aciz idim. Heç demədim də. Dostumuz, şərqşünas
alim Məsiağa Məhəmmədi üzümə baxırdı və mənim nə çək‑
diyimi yaxşı başa düşürdü. Dostumuz Mahir isə kənara çəkil‑
mişdi. Özünü elə aparırdı ki, guya aciz deyil. Amma belə
deyildi. Acizdən də aciz idi. O, bizdən ayrıldı və İbrahimlə vi‑
dalaşmaq üçün içəri daxil oldu, beş‑altı dəqiqədən sonra çölə
çıxdı: 
‑Buludxan, mən İbrahimlə vidalaşdım, görüşdüm.
Heç bilmirdim ki, nə edim. Çaşıb qalmışdım. Hər şey mənə
yuxu kimi gəlirdi. Birdən elə bil yuxudan ayıldım: 
‑Mən görüşə bilmərəm, mən vidalaşa bilmərəm. O, diridir,
canlıdır, ölməyibdir. Sən nə danışırsan?! 
Qəfildən elə hönkürdüm ki, Məsiağa məni qucaqlayıb ağ‑
lamaq məcburiyyətində qaldı. Mən onda çox aciz idim. Aciz‑
liyin nə olduğunu dərk edirdim. Acizlik bizim hər birimiz
üçün sınaqdır. Anamı itirəndə də, atamı itirəndə də aciz idim.
Belə aciz olduğum məqamlar olub...
Özünü guya aciz aparmayan Mahir sonda aciz olduğunu
təsdiq etdi. Belə ki, dəfndən sonra məzarı qucaqlayıb hönkür‑

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
11
hönkür ağlayırdı. Biz onu qəbiristanlıqdan birtəhər çıxardıq,
zorla çıxardıq. Acizlik onu da yükləmişdi. Dünyada aciz olma‑
yan insan yoxdur. Biz kiməsə ruh, can verə bilərik?! Yox! Əsla!
Bu Allahın işidir. Deməli, acizik. Bu acizlikdir ki, biz İbrahimə
də ruh, can verə bilmədik. 
Həyatda nə qazanmışamsa, alın tərimlə, zəhmətimlə, bir də
istedadımın gücünə qazanmışam. Xeyirxahlarım da olub...
Bədxahlarım da olub... Xeyirxahlarıma minnətdaram. Heç
kəsin xeyirxahlığını unutmamışam və unutmaram da. Əgər
hansısa bir xeyirxahımın xeyirxahlığının əvəzini qaytara bil‑
məmişəmsə, bu məndən asılı olmayan, gücümdə olmayan bir

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
12
iş olubdur. Ancaq bütün xeyirxahlarıma etdikləri xeyirxahlığa
görə həmişə özümü borclu saymışam və belə də olacaqdır.
İnsan olan hər bir kəs borclu olduqlarını unutmamalıdır.
Ancaq bununla belə, bədxahlarım da sağ olsunlar. Onlar ol‑
masaydı, xeyirxahların qədir‑qiyməti azalardı. Nə isə...
Mən dostu da elə‑belə qazanmamışam. Min cür sınaqlardan
keçirmişəm. Açığı deyim ki, yoxlamışam, imtahana çəkmişəm,
bəzən də ərk etmişəm. Necə ki, mən İbrahimi bu cür qazan‑
mışdım. Qazandıqlarımın hər biri zəhmət hesabına olduğu
üçün onun qədirini bilirəm. Dostum İbrahimin də qədirini bi‑
lirdim. Axı onu sınaqlardan keçirmişdim, axı onu qazanmış‑
dım. Ona görə də onu itirmək mənə çox ağırdır. Onun itkisi ilə
bağlı keçirdiklərimi sözlə ifadə etmək də çətindir. Kiməsə bağ‑
lanıramsa, dost kimi qəbul edirəmsə, ondan ayrılmaq, onu itir‑
mək mənə ağır başa gəlir. Sədaqətim və sadiqliyim imkan
vermir ki, belə hadisələri adi qəbul edəm. Axı qazandığım o
qədər çox da deyil ki, itirəndə adi qəbul edəm. İbrahim qazan‑
dıqlarım içərisində ən qiymətlisi və dəyərlisi idi. Bunu heç nə
ilə müqayisə etmək olmaz. 
Dostluğun vacib şərtləri var. İnam, etibar, sədaqət və s.
Məncə, dostluğun birinci şərti etibardır. Bu etibarı İbrahimdən
həmişə görmüşdüm. Yeganə adam idi ki, mən onunla hər şeyi
bölüşürdüm. O, bu etibarı qazanmışdı. Saatlarla oturub bölü‑
şərdik. Bir‑birimizi səbirlə dinləyər, bir‑birimizə səbirlə qulaq
asardıq. Adətən işin çoxluğundan əksər vaxt gecə – saat 8‑dən,
9‑dan sonra görüşərdik. Bəzən isə bazar və bayram günləri bir‑
birimizi axtarırdıq. Demək olar ki, hər gün görüşürdük. Bunu
mənəvi tələbata çevirmişdik. Bizim hər gün bir‑birimizlə gö‑
rüşməyimiz gündəlik işlərimizdən biri idi. Bir yerdə saysız‑he‑
sabsız söhbətlərimiz, taleyüklü məsələlərin həlli ilə bağlı
qarşılıqlı anlaşmamız indi xatirəyə çevrilibdir. Mən nə qədər

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
13
varamsa, o xatirələri zaman‑zaman vərəqlərə köçürəcəyəm.
Dost sədaqətinin, dost etibarının nə olduğunu anladacağam.
Bir dəfə gəldən‑getdən danışdıq, eyni zamanda mənim bir ki‑
tabımın üz qabığını işlədik. Yeri gəlmişkən, İbrahimin kitabın
içini və üz qabığını hazırlamaqda zövqü, istedadı əvəzsiz idi.
Nə isə... Başımız o qədər işə qarışdı ki, bir də gördük ki, gecə
saat 12‑dir. Birdən mənim yadıma düşdü ki, atam üçün baş‑
ayaq almalıyam. O vaxt atamın ayağı sınmışdı, həkim xaş ye‑
məsini məsləhət bilmişdi. Mən xaşı axşamdan hazırladıb səhər
tezdən atama aparmalıydım. Onda 4‑cü mikrorayonda olur‑
dum. Xaşı isə hazırladıb hal‑hazırda yaşadığım atamın einə gə‑
tirməliydim. Bunu İbrahimə dedim. Onun maşınına oturub
şəhəri ələk‑vələk elədik. Hər yer bağlı idi. Baş‑ayaq tapa bil‑
mədik. Qanım çox qaraldı. Gecə saat 12‑ni çoxdan keçmişdi.
İbrahim məni maşını ilə gətirib 4‑cü mikrorayonda olduğum
evimizin qabağında saldı. Evə qalxdım. Evdəkilər niyə gec gəl‑
diyimi bilirdilər. Bilirdilər ki, işdən sonra çap etdirəcəyim ki‑
tabların əyər‑əskiyini qaydasına salıram. Ancaq əliboş
gəlməyimin səbəbini soruşdular. Hadisəni onlara olduğu kimi
danışdım. Birdən əl telefonuma zəng gəldi. Gördüm ki, İbra‑
himdir. Mənə dedi ki, aşağı düş, baş‑ayaq gətirmişəm. Gecə
vaxtı – hər yerin bağlı olduğuna baxmayaraq, o, bunu necə
tapdı, hardan tapdı, bilmədim. Heç soruşmağa vaxtım da ol‑
madı. Ancaq bildim ki, o, bunu nəyin bahasına olursa‑olsun
etdi. Ona görə etdi ki, təki mən qayğılı olmayım. Eşitsəydi ki,
dişim ağrayıb, başım ağrayıb ona deməmişəm, məndən inci‑
yərdi. Niyə mənə deməmisən, ay professor, ‑ deyərdi. Mənim
üçün əlindən nə gəlirdisə, onu da edərdi. Təki mənim proble‑
mim, qayğım olmasın. 
Əziz dost, əziz ruh qardaşım, əziz mənəvi qardaşım, bütün
məqamlarda dopdolu qardaşım, həyatı və insanları sevən,

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
14
məhz səmimi və təbii sevən qardaşım, sənin yerin boşdur! Bu
boşluğu hər an, hər dəqiqə, hər saat, hər gün hiss edirəm. Əl
telefonuma əl atıram. Sənə zəng vurub görüşmək istəyirəm.
Ancaq... Ancaq yadıma düşür ki, sən Allahın dərgahındasan.
Ehtiyat edirəm. Dəhşətli dərəcədə ehtiyat edirəm. Ehtiyat edi‑
rəm telefonumun yaddaşında olan nömrənə zəng vurmağı. Bi‑
lirsənmi, mənə nə qədər ağır gələr ki, o biri başdan
te le fonumda bu sözlər səslənsin: telefon söndürülüb, ya da ki
əhatə dairəsindən kənardadır, yaxud da telefonun nömrəsi
müəyyən olunmayıb, ya da ki cavab verilməyə və sair, və ilaxır.
Sənin nömrələrin mənim telefonumun yaddaşında əbədi qa‑
lacaqdır. Ancaq zəng etməyə cəsarət etməyəcəyəm. Ona görə
ki, eşidəcəyim söz məni sarsıda bilər. Səndə həyat eşqi o qədər
güclü idi ki, elə bilirəm ki, harasa qonaq getmisən, qayıdıb gə‑
ləcəksən. Bəzən isə düşünürəm ki, xarici ölkələrin hansınasa
ezamiyyətə getmisən, tezliklə qayıdacaqsan. Axı sən son vaxt‑
lar Londona, Kiyevə, Tbilisə, Ankaraya, Karsa və digər yerlərə
gedərdin, biz sənin yolunu gözləyərdik. Bu ümid və inamla
yenə də səni gözləyirik. 
Gələrsən
Gözləyirəm, gözüm üstə yerin var,
Günəş doğub qızaranda, qayıt gəl.
Qış ötüşüb yetişməmiş ilk bahar
Boz ay gülüb bozaranda, qayıt gəl.
Qışın çəni qar gətirir – bilirəm,
Yazın çəni bar gətirir – bilirəm,
Nar ağacı nar gətirir – bilirəm,
Lalə çıxıb qızaranda, qayıt gəl.

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
15
Çox istədin, çox bağlandın, sən mənə
Görünmədin bir an gəldi gün mənə,
Necə getdin eləcə də dön yenə,
Nə qədər var ürək canda, qayıt gəl.
Sənsiz mən tək dərd görməyib kölə də,
Arzu, ümid deyən qalıb tələdə.
Sən yandırıb döndərirsən külə də,
Çaylar daşıb, coşan anda, qayıt gəl. 
Ruhun hər an mənimlədir – bir yerdə 
Vallah, billah heç kəs dözməz bu dərdə
Nədir axı aramızda bu pərdə?!
Geciksən də, son gümanda, qayıt gəl. 
İmkan yoxsa son ünvanda gələrsən 
Namərd çoxdur, axı mərdsən, qayıt gəl
Yandırırsan, öldürürsən, qayıt gəl
Bil ki, mənə ağır dərdsən, qayıt gəl.
Dağ başını duman alıb, çən alıb
Buludxanın heyva kimi saralıb
Kimlər gəlib, kimlər gedib, kim qalıb?! 
Həsrətimə inananda, qayıt gəl.  

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
16
Qənirə Paşayeva
bacın, millət vəkili
SƏN GEDƏNDƏ GÖRÜŞMƏDİN...
MƏN GƏLƏRƏM GÖRÜŞƏRİK...
İbrahim Nizamioğlu!..  
Gülərüzlülüyü, ciddiyyəti ilə harmoniya içində – “təkcan”
olan bir yeni nəsil aydını, bir intellektual və  bir dost‑qardaşdı
o..! Məni onunla işgüzar, yaradıcı mühit tanış etmişdi və biz
bu mühitdə  bir‑birimizi yaxından tanıdıqca, ona sayğım gün‑
bəgün art dı. İbrahim işinin peşəkarı idi. İbrahim eşqli, ruhlu
adam idi. Bilirsiz, peşəkarlıqla, sözün ən yaxşı anlamında hə‑
vəskarlığı – daha dəqiq desək, işinə həvəsli, eşqli yanaşmanı
yanaşı sürdürmək heç də hər adama nəsib olmur. 
İbrahim çox işləyirdi – ona görə yox ki, işini yaxşı planlaş‑
dıra bilmirdi – ona görə ki, işini də, öz ailəsini də çox sevirdi...
Və mən onun vəfatı xəbərini eşidərkən düşündüm ki, rəhmət‑
lik təhtəlşüurla ömrünün qısalığını duyur muş ca sına çox çalı‑
şırmış, sanki... – Gələcəyə işləyirmiş hər “bugün”ünü...
İs tə yirmiş, ondan sonra ailəsi korluq çəkməsin!..
İbrahim mənimlə, demək olar, həmyaşıd idi – fəaliyyət,
yaxud maraq sa həmiz də aşağı‑yuxarı yaxın sahələrdi: jurna‑
listlik, elmi araşdırma, bir sözlə, yazı‑pozu... və təndaş cəmiy‑

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
17
yəti quruculuğu, ictimai fəallıq və s. Ancaq onu mənə ən
doğma olan yönü YAXŞI İNSAN olması idi!.. Yuxarıda da vur‑
ğuladığım kimi, o öz sözünü gizlətmədən, öz səmimiyyəti və
açıqsözlülüyü ilə hər cür sayğını, məhəbbəti haqq edirdi. Ona
sayğı bəsləməmək, ona məhəbbətlə yanaşmamaq, sadəcə ola‑
raq, mümkün deyildi... İbrahim millətinə dərindən bağlı, döv‑
lətimizi canı qədər sevən, sevinci ilə sevinən, kədəri, acısı,
ağrısı ilə ağrıyan dəyərli bir ziyalı idi. Ermənistanda qalan ta‑
rixi torpaqlarımız, oradakı tarixi, dini, mədəni abidələrimizin,
qəbristanlıqlarımızın dağıdılması, Qarabağ ağrı‑acısı, köçkün‑
lərimizin bitməyən yurd həsrəti onu hər gün deyil, hər saat,
hər dəqiqə düşündürərdi. Çox söhbətlər etmişdik bu barədə
onunla. Torpaqlarımızın azad olunacağı günü və xəbəri səbir‑
sizliklə gözləyənlərdən biri idi və bu istiqamətdə əlindən gələn
hər şeyi etməyə hazır bir ziyalı idi.      
Dediyimiz kimi, onu adətən gərgin işləyən görmüşdüm...
Bununla belə ailəsi ilə yaxından tanış olduqca, bir həqiqət üzə
çıxdı: o, ailəsinin qayğılarına, istək və arzu larına da sanki
“vaxtı genişləndirərək” vaxt içində vaxt ayırırmış, vaxt kimi
vaxt ayırırmış...
* * *
İbrahim!
Dəyərli soydaşım!
Yerin görünür! – Elə bilirsən, bu hər haqq dünyasında olana nəsib
olan aqibətdir?.. 
Aqibətin xeyirdir, qardaş! 
Qardaş, ruhun şad olsun – qardaş ruhun..! 
Burda vidalaşmadan getdin, neynək, orda salama gələrsən... 
Görüşəcəyik!
Mənə hər zaman bacı deyə müraciət edərdin. Bu kiçik yazını da
elə bir bacı kimi yazdım. Nur içində yat, əziz qardaşımız.

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
18



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə