164
Sahibkar işçini tənqid etməyi bacardığı kimi, tənqidə dözməli,
təmkinli olmalıdır. İşçini tənbeh etdiyi kimi, onları mənəvi cəhətdən
həvəsləndirməyi də bacarmalı və bunun üçün hər cür motivləşdirmə
amillərindən istifadə etməlidir.
Rəhbər işçi həm də diqqətli və müşahidəçi qabiliyyətinə malik
bir adam olmalıdır. Doğrudan da elə işçi vardır ki, müdiriyyətin onun
ünvanına deyilmiş hər hansı tənbehedici sözünü çox dərin həyəcanla,
dərin emosiya halında qəbul edir. Eləsi də vardır ki, rəhbərliyin
təriflərini və iradlarını soyuqqanlıqla qarşılayır və onlara mənasız,
əhəmiyyətsiz bir şey kimi yanaşır. Ona görə də rəhbər işçi hər bir
kollektiv üzvünə fərdi halda yanaşmalı, onların hansı ilə rəsmi
səviyyədə, hansı ilə ikilikdə danışmağı müəyyənləşdirməyi
bacarmalıdır.
Rəhbər işçi istehsala, firmaya, idarə aparatına necə müsbət
münasibətlə yanaşırsa, o qədər də öz işçilərinə qayğı göstərməlidir.
Cədvəl 5.
Dostları ilə paylaş: