I. Elmi idarəetmə məktəbi, təqribən 1885-1920 -ci illəri
əhatə edir.
Elmi idarəetmə F.U.Teylor, Frenk və Liliya Qilbretlər və Henri
Hanttın işləri ilə daha çox bağlıdır. Bu məktəbin yaradıcıları hesab
edirdilər ki, müşahidə, ölçmə, məntiq və təhlildən istifadə etməklə bir
çox əl əməyini təkmilləşdirmək olar və elə etmək olar ki, bu işlər
daha səmərəli görülsünlər.
Fredirik və Lilian Qilbretlər, işin icrası zamanı nəzarətə imkan
verən cihaz kəşf etdilər və onu mikroxronometr adlandırdılar. Onlar,
bu cihaz vasitəsilə müəyyən əməliyyatlarda hansı hərəkətlər yerinə
yetirildiyini və onların hər birinin nə qədər vaxt apardığını qeyd
edirdilər. Alınan məlumatlara əsaslanaraq, onlar qeyri-effektiv
hərəkətləri aradan qaldırmaq üçün iş əməliyyatlarını dəyişir və
standart qaydalar və avadanlıqlardan istifadə edərək işin səmərəsini
yüksəltməyə çalışırdılar. Əvvəlki sistemlərlə və iş rejimləri ilə
müqayisədə, bu, fenomenal fayda gətirirdi.
Elmi idarəetmə məktəbi insan faktorunu rədd etmirdi. İşçiləri
istehsalın yüksəldilməsində və hazır məhsulun həcminin
artırılmasında maraqlandırmaq üçün sistematik olaraq
motivləşdirmədən - stimullaşdırmadan istifadə edilirdi. Bu, elmi
idarəetmə məktəbinin çox vacib töhfələrindən biri idi.
17
Bundan başqa, qısa istirahət etmə imkanları və istehsalda zəruri
olan fasilələr nəzərdə tutulurdu. Belə ki, müəyyən işi görmək üçün
ayrılan vaxtın miqdarı real və ədalətli idi. Bu, rəhbərliyə yerinə
yetirilməsi mümkün olan istehsal normalarını müəyyən etməyə,
həmçinin təyin olunmuş minimumu keçən işçilərə əlavə əmək haqqı
ödəməyə imkan verirdi. Beləliklə də, bu məktəb tərəfindən
motivləşdirmə amillərinin tətbiqinin əsası qoyulurdu.
Belə yanaşmada, əsas element bu idi ki, daha çox məhsul
istehsal edən adamlar, digər işçilərə nisbətən çox da mükafat alırdılar.
Elmi idarəetmə məktəbinin baniləri, görüləcək işi yerinə yetirmək
üçün fiziki və intellektual səviyyələri uyğun gələn adamları seçməyi
lazım bilirdilər. Onlar həmçinin təcrübəli işçilərdən öyrənməyin
böyük əhəmiyyəti olduğunu qeyd edirdilər.
F.Teylorun və onun ardıcıllarının ilk dəfə irəli sürdükləri fikirlər
bu məktəblə əlaqədar olmuşdur. Onlar, insanların fiziki əməklərinin
yüngülləşdirilməsinin mümkün və vacib olduğunu sübut etməyə
çalışmışlar. Onlar elmi yolla sübut edirdilər ki, hər bir işçi insan, bir
sutkada gördüyü işi 8 saat ərzində normal yerinə yetirə bilər. Norma
və normativlərin yaranması bu məktəblə əlaqədardır.
Bu məktəb, menecmentin (idarəetmənin) bir elm sahəsi
olduğunu isbat etmiş və sübut etmişdir ki, fiziki əməklə idarəetmə
əməyi (zehni əmək) biri-birindən ayrılmalıdır.
Digər tərəfdən, elmi idarəetmə məktəbi sübut etdi ki,
cəmiyyətin bütün üzvləri, o cümlədən, fəhlələr də müəyyən hörmətə
layiqdirlər. Onların fiziki əməyini yüngülləşdirmək üçün, elmi yolla
yeni-yeni mexanizimlər hazırlamaq və onları tətbiq etməklə bunu
həyata keçirmək olar.
Elmi idarəetmə məktəbi əllə görülən işlərin icrasını
yüngülləşdirmək üçün müxtəlif üsullar tapılmasına, işin tələbinə görə
adamların seçilməsinə, işçilərin xammal və avadanlıqlarla vaxtında
18
təmin edilmələrinə, onların maraqlarını artırmaq üçün maddi
həvəsləndirmədən istifadə olunmasına rəvac verdi, planlaşdırmanı və
idarəçiliyi texnoloji proseslərdən ayırdı. Bu məktəb:
-əl əməyinin yüngülləşdirilməsi;
-qısa fasilələr verilməsi;
-iş və vaxt normaları qoyulması;
-artıq iş üçün mükafat verilməsi;
-idarəetmə əməyinin fiziki əməkdən ayrılması - proseslərini
bərqərar etdi.
Dostları ilə paylaş: |