24
Cəmiyyətdə mövcud olan hər bir fərdin özünün müəyyən
qabiliyyəti vardır. Müxtəlif insanlar eyni bir işi, eyni bir alətlə, eyni
səviyyədə yerinə yetirə bilmirlər. Ona görə də hər bir fərdin
tələbatını, qabiliyyətini, səriştəsini və psixologiyasını nəzərə almaq
lazımdır. Deməli, insani münasibətlər məktəbində adamların fərdi
xüsusiyyətləri - hər bir fərdin qabiliyyəti, təlabatı, səriştəsi
psixologiyası və göstərdiyi cəhdlər nəzərə alınır.
İnsani münasibətlər məktəbi
əmək məhsuldarlığının
yüksəldilməsi və son nəticə əldə edilməsi üçün fərdi (şəxsi)
münasibətlərin idarə olunmasını, onların sosial və psixoloji
vəziyyətlərinin nəzərə alınmasını, rəhbərlərin işçilərə qayğı ilə
yanaşması faktorlarını aşkar etdi. Bu məktəb:
- psixologiya;
- ictimai münasibətlər;
- insan amili;
- hakimiyyət və nüfuz;
- motivləşdirmə (həvəsləndirmə);
- işin məzmunu və iş şəraiti;
- rəftar (qarşılıqlı münasibət) və səriştə amillərini menecmentə
gətirdi və onların nəzərə alınmasını zəruri etdi.
Dostları ilə paylaş: