Afse a fəLSƏFƏ



Yüklə 2.19 Mb.
Pdf просмотр
səhifə1/23
tarix22.07.2017
ölçüsü2.19 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23

AZƏRBAYCAN FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ  
ELMLƏR ASSOSİASİYASI 
(A F S E A) 
 
 
 
 
FƏLSƏFƏ  
və  
sosial-siyasi elmlər  
 
 
 
- 1 -
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
elmi-nəzəri jurnal
 
 
Bakı - 2011 
 
 
PHILOSOPHY 
and 
ФИЛОСОФИЯ 
и 
SOCIAL- 
СОЦИАЛЬНО-
ПОЛИТИЧЕСКИЕ 
POLITICAL 
SCIENCES 
НАУКИ 

 
 
Redaksiya Şurası:  
Akademik Ramiz Mehdiyev (Sədr), 
 
Prof.  Əli Həsənov, prof. Anna-Tereza Timinieçka (ABŞ), prof. 
Kənan Gürsoy (Türkiyə), prof. Korkut Tuna (Türkiyə), prof. Ş.Teoman 
Duralı (Türkiyə), akademik V.A.Lektorski (Rusiya), prof. David Evans 
(İngiltərə), prof. Əbdümalik Nısanbayev (Qazaxstan), prof. Rəbiyyət 
Aslanova, prof. İlham Məmmədzadə, prof. A.N.Çumakov (Rusiya), f.e.d. 
Könül Bünyadzadə (məsul katib), 
  
Prof. Səlahəddin Xəlilov (Baş redaktor). 
 
 
 
 
 
 
 
 
 
ISSN 1810-9047 
 
 
 
AFSEA-nın və Redaksiyanın ünvanı:
 
 
Bakı AZ1014, Bülbül prospekti, 33 
Tel.: (994-12) 498-17-45; Faks: (994-12) 598-13-01 
E-mail: 
jurnal@felsefedunyasi.org
 
 
 
 
©AFSEA, 2011 
©Azərbaycan Universiteti, 2011
 
 
 
 
- 2 -
 

 
- 3 -
 
 
 
 
 
M Ü N D Ə R İ C A T  
 
 
REDAKSİYA ŞURASINDAN 
  
Ramiz MEHDİYEV – Ön söz əvəziDemokratikləşdirmənin sosial-siyasi 
rakursdan mədəni-mənəvi rakursa transferi haqqında ...........5
 
 
FƏLSƏFƏ TARİXİ 
 
A.N.NISANBAYEV, Q.K.KURMANQALIYEVA (Qazaxstan ) – Müasir türk 
fəlsəfəsi......................................................................................9
 
Könül BÜNYADZADƏ – XVIII-XIX əsrlər fəlsəfə tarixində insan fenomeni ......20
 
Mətanət ABDULLAYEVA – Dünyanın dərkində ezoterik biliklərin rolu ............39
 
İlyas ALTUNER (Türkiyə ) – Transandantal Diyalektik: Gazâlî ve Kant 
Felsefelerinde Metafizik Eleştirisi..........................................49
 
 
ELM FƏLSƏFƏSİ 
 
Səlahəddin XƏLİLOV  – Elmi biliyin genezisinə dair..........................................58
 
 
SİYASİ ELMLƏR 
 
Əli HƏSƏNOV – Xəzərin hüquqi statusu məsələsi və Azərbaycanın geoiqtisadi 
maraqları .................................................................................77
 
Füzuli MƏCİDLİ – Birqütblü dünya sisteminin təhlükəsizlilk və stabillik 
baxımından təhlili .................................................................110
 
 
ELMİ-FƏLSƏFİ HƏYAT 
 
"Ümumdünya Mədəniyyətlərarası Dialoq” Forumu: “Müasir dünyada 
mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” .................127
 
“Kamillik” mövzusunda elmi-fəlsəfi seminar.......................................................129
 
“Eşq − ağıl və ehtiras kontekstində” mövzusunda elmi-fəlsəfi seminar .............131
 
“Fərd və toplum”  mövzusunda elmi-fəlsəfi seminar..........................................132
 
“Mənliyin hüdudları və azadlıq” mövzusunda elmi-fəlsəfi seminar....................133
 
“Fəlsəfədə subyektivlik və obyektivlik” mövzusunda elmi-fəlsəfi seminar..........135
 

TEDxBakı Women-də “Ən yeni İslam fəlsəfəsi” ..................................................138
 
“İnsanın özünə qayıdışı” mövzusunda elmi-fəlsəfi seminar ................................139
 
Fəlsəfə Dünyasında tanınmış filosoflar “Elmiliyin meyarları”nı                 
müzakirə etdilər! ...................................................................141
 
 
FƏLSƏFİ DİSKURS........................................................................150
 
 
FƏLSƏFİ ETÜDLƏR......................................................................187 
 
FƏLSƏFİ ESSELƏR.......................................................................211
 
 
RƏYLƏR VƏ MÜLAHİZƏLƏR 
 
Səlahəddin XƏLİLOV  – Dünyanın coğrafi-siyasi mənzərəsinə sistemli         
yanaşma.............................................................................216 
 
Arif MEHDİYEV  – Elmşünaslıq və elmlərin təsnifatı........................................222
 
 
YENİ NƏŞRLƏR..............................................................................225
 
 
Table of contents..............................................................................228
 
С о д е р ж а н и е............................................................................230
 
İ ç i n d e k i l e r ..............................................................................232
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
- 4 -

 
 
- 5 -
 
 
 
 
 
Redaksiya Şurasından  
 
 
 
Ön söz əvəzi
  
Demokratikləşdirmənin sosial-siyasi rakursdan  
mədəni-mənəvi rakursa transferi haqqında 
 
XX əsrin böyük filosofları belə bir sual qoyurlar ki, “ilahiyyatın qul-
luqçusu olmuş fəlsəfə siyasətə qulluq edə bilərmi?”
1
 XXI əsr bu suala “hə” 
deyə cavab verir. Əlbəttə,  əgər siyasət özünü dərk etməyə çalışsa və ali 
məqsədinin məhz insanlara qulluq etmək olduğunu nəzərə alsa, onda fəlsə-
fənin xidmətindən istifadə etmək bir zərurətə çevrilir. Həm də  fəlsəfənin 
metafizik problemlərlə məşğul olması, ilahiyyatın tematikasına müraciət et-
məsi heç də o demək deyil ki, o, cəmiyyət və dövlətçilik problemlərinə tət-
biq oluna bilməz. 
Necə ki, tarix fəlsəfəsinin, eləcə də siyasətşünaslığın təməl prinsipləri 
Platon və Aristotel tərəfindən, məhz fəlsəfi dünyagörüşü müstəvisində işlə-
nib-hazırlanmışdır. Ona görə də bu gün siyasətin yenidən fəlsəfəyə üz tut-
ması tamamilə qanunauyğundur. Həm də biz bunu heç də “yolunu azmış öv-
ladın dönüşü” (F.Dostoyevski) kimi təqdim etmək istəmirik. Əlbəttə, siyasət 
tarixində yolunu azmaq hallarına çox misallar gətirmək olar. Amma bunlar 
əsasən tarixin uğursuz səhifələrinə aiddir. Uğurlu siyasət, bəşəri tərəqqiyə 
xidmət edən siyasi kurslar həmişə fəlsəfəyə söykənmişdir. 
                                                 
1
  Левинас  Э.  Смысл  истории // "Избранное:  Трудная  свобода",  Москва, 
РОССПЭН, 2004, с. 516.  

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 6 -
Nəzərə alınmalıdır ki, hər bir dövr təkcə cismani dünyada baş verən 
dəyişikliklərlə deyil, həm də düşüncə  tərzindəki yeniliklərlə  səciyyələnir. 
Yeni metodlarla silahlanmış idrak ənənəvi hadisələrə də fərqli mövqelərdən 
yanaşır və bu da öz növbəsində dünyanın yeni mənzərəsinin formalaşmasına 
səbəb olur. 
Elmin öz tədqiqat metodları vardır və zaman keçdikcə onlar da yeni 
keyfiyyət kəsb edir və zənginləşir. Fəlsəfə isə elmə nəzərən daha ətalətlidir 
və ona görə də fəlsəfi dünyagörüşünün dəyişilməsi üçün təkcə maddi dünya-
da deyil, həm də onun inikası olan elmdə və incəsənətdə yeni keyfiyyət mər-
hələsinə keçidlərin baş verməsi tələb olunur. 
Yaşadığımız təbii mühitlə yanaşı, həm də sosial mühitin, siyasi reallı-
ğın nisbi müstəqil inkişaf qanunauyğunluqları  aşkar edilərkən onların öz 
arasında da müəyyən daxili rabitə olduğu məlum olur. İnsanın özü də həm 
bioloji, həm sosial, həm də mənəvi varlığın üzvi surətdə birləşdiyi sinkretik 
reallıqdır. Buna görə  də biz insanla dünya arasında münasibətdən danışar-
kən, bir tərəfdən dünyanın, digər tərəfdən də insanın fərqli rakurslarını nəzə-
rə almağa borcluyuq. Əlbəttə, insanın sosial varlıq kimi məhz sosial mühit-
lə, bioloji varlıq kimi təbii mühitlə və ruhi-mənəvi varlıq kimi mədəni-mə-
nəvi mühitlə əks-əlaqədə öyrənilməsi daha məqsədəuyğundur. Lakin bu tə-
rəflər arasında çarpaz münasibətlər də mümkündür. Məsələn, sosial-mənəvi 
mühit insanın psixikasına və  nəticə etibarilə bioloji varlığına təsir edərək 
onun sağlamlığını  şərtləndirən  əsas amillərdən biri kimi çıxış edir. Yaxud 
tərsinə, təbii mühitin ahəngdarlığı ekoloji cəhətdən təmizliyi və ya təbii-es-
tetik gözəllik insanın həm sağlamlığı üçün, həm də  mənəvi durumu və 
yaradıcı fəaliyyəti üçün önəmli şərtlər sırasındadır. 
Cəmiyyətin mənəvi həyatı nisbi müstəqil bir hadisə olsa da, o, siyasi-
hüquqi durumla sıx surətdə  əlaqədardır. Hüquq sistemi təkmilləşdirilməsə, 
insanın mənəvi-intellektual tələbatını ödəyən vasitələrə  nəzarət etmək və 
onları yönləndirmək mümkün olmaz. Belə ki, istər fikir azadlığının, söz 
azadlığının təmin edilməsi, istərsə də yaradıcı fəaliyyətin məhsullarının tən-
zimlənməsi və müəlliflik hüququnun təmin edilməsi bu sahədə müvafiq qa-
nunvericilik aktlarının olmasını tələb edir. Yəni mənəvi-intellektual proses-
lər siyasi-hüquqi gerçəklikdən müəyyən mənada asılı olur. Məhz buna görə-

Redaksiya Şurasından  
 
 
- 7 -
dir ki, sosial və siyasi müstəvilərdə azadlığın bərqərar olması elm və sənət 
sahələrində yaradıcı mühitin təmin edilməsi, habelə fikir plüralizminə mey-
dan açılması üçün şərt olur. 
Cəmiyyətin demokratikləşdirilməsi heç də ancaq siyasi proseslərə aid 
olmayıb ictimai həyatın bütün sahələrinə və rakurslarına aiddir. Eynilə azad 
rəqabət prinsipi də  təkcə iqtisadiyyata aid olmayıb, yaradıcı  fəaliyyət 
sahələri üçün də mühüm şərtdir. İstər siyasi və ideoloji sahələrdə, istərsə də 
elmi fəaliyyət sahəsində yeni fikrin söylənməsi, nəşr olunması  və  əhaliyə 
çatdırılması müəyyən müqavimətlə qarşılanır. Rəsmi qadağalar qoyulmasa 
da, ictimai rəyin mövqeyindən çox şey asılıdır. Demokratik ölkələrdə senzu-
ranı bir növ ictimai rəy əvəz edir. Onun yaratdığı baryerləri keçmək çətin ol-
duğundan, əksər hallarda ictimai şüurun ideya səviyyəsinə qaldırılması əvə-
zinə, ideyanın bayağılaşması, bəsitləşməsi və ictimai şüur səviyyəsinə endi-
rilməsi müşahidə olunur. Müasir kapitalizm cəmiyyətində “kütləvi mədəniy-
yətin” geniş yayılması  və  məhz aşağı  səviyyəli təbəqə üçün nəzərdə tutul-
muş əsərlərin geniş yayılması bir növ əksəriyyəti təmin etməklə, zahirən de-
mokratizm prinsipinə  bənzəsə  də, dərin qatda demokratikləşməyə ziddir. 
Belə ki, demokratiya heç də kütləviləşmə və bayağılaşma kimi başa düşülə 
bilməz. Demokratik quruluşlu ölkələrdə sosial-siyasi həyatla mədəni-mənə-
vi həyat arasında çarpaz münasibətin belə bir xüsusiyyəti də nəzərə alınma-
lıdır ki, burada məqsəd elitar şüurun kütləvi şüura tabe etdirilməsi olmayıb, 
əksinə, kütlənin önəmli bir hissəsini yüksək mənəvi-intellektual səviyyəyə 
qaldırmaq istiqamətində məqsədyönlü bir ictimai prosesi həyata keçirmək-
dir. 
İctimai quruluşun elə formaları optimal hesab olunur ki, burada hər bir 
zaman kəsiyində ictimai rəy nəzərə alınmaqla yanaşı onun məqsədyönlü su-
rətdə dəyişdirilməsi və azlıqda qalan yaradıcı təfəkkür sahiblərinin mövqe-
yinin müxtəlif vasitələrlə  cəmiyyətə  təlqin olunması  həyata keçirilir. Belə 
ki, istər təhsilin məzmunu, istər kütləvi informasiya vasitələrinin oriyentasi-
yası, televiziya proqramlarının tematikası və ideya istiqaməti elitar azlıq tə-
rəfindən, ictimai maraqları, dövlətçilik mövqeyini nəzərə almaqla müəyyən 
edilir; amma bu amillər bütövlükdə  cəmiyyətin düşüncə  tərzinə, zövqünə, 

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 8 -
mövqeyinə  aşkar və qeyri-aşkar  şəkildə  təsir etməklə növbəti zaman kəsi-
yində ictimai rəyin artıq yeni səviyyəyə qalxmasını təmin edir. 
Fəlsəfi fikir nə qədər mücərrəd olsa da, son nəticədə insanların və cə-
miyyətin mənafeyinə xidmət etməlidir. Ona görə də insanın həyat idealının, 
estetik zövqün, əxlaqi prinsiplərin, intellektual hədəflərin düzgün seçilmə-
sində fəlsəfənin rolunu artırmaq və onun qalxmış olduğu mücərrəd fikir sə-
viyyəsindən konkret problemlərin elmi-nəzəri təhlilinə keçid mexanizmləri 
işləyib-hazırlamaq tələb olunur. Fəlsəfə bir növ ideologiya üçün təməl rolu-
nu oynayır. Lakin hansı  fəlsəfəyə istinad edilməsi, hansı dünyagörüşünün 
rəhbər tutulması bu məsələlərdə çox önəmlidir. 
Öncə hədəflər düzgün seçilməlidir və ancaq bundan sonra bu hədəflə-
rə çatmaq üçün məqsədyönlü ictimai fəaliyyətin optimal metodları işlənib-
hazırlanmalı və dövlətin bütün potensial resursları bu məqsədlərin realizasi-
yasına yönəldilməlidir. Təsadüfi deyildir ki, son vaxtlarda Azərbaycanın 
ideya məkanında aktual olan məsələlər sırasında demokratik dövlət qurucu-
luğunun Azərbaycan modelinin işlənib-hazırlanması, yeni iqtisadi inkişaf 
modelinin əsas prinsiplərinin müəyyən edilməsi, neft kapitalının intellektual 
kapitala  çevrilməsinin sosial mexanizmlərinin işə salınması, milli ideya və 
ideologiyanın formalaşdırılması və s. bu kimi problemlər başlıca yer tutur. 
Bununla yanaşı, milli mədəniyyətin ümumbəşəri mədəniyyət kontekstində 
identifikasiyası, sivilizasiyalararası və dinlərarası dialoq məsələləri də xüsu-
si aktuallığa malikdir. 
Tam qanunauyğun haldır ki, “Fəlsəfə  və sosial-siyasi elmlər” jur-
nalının tematikası da günün tələblərinə uyğun olaraq müəyyən edilmiş  və 
müasir tələblər baxımından aktual saydığımız məsələlərə daha çox yer veril-
mişdir. Jurnalın bu nömrəsində  fəlsəfə tarixi ilə bağlı  məsələlərlə yanaşı, 
müasir dövrdə elmin inkişaf qanunauyğunluqlarını əks etdirən tədqiqatlara, 
habelə Azərbaycanın siyasi reallıqlarının elmi-nəzəri müstəvidə araşdırılma-
sına dair məqalələr dərc olunur. 
 
Ramiz MEHDİYEV 
AFSEA-nın prezidenti,  
Redaksiya Şurasının sədri, akademik 

 
 
 
 
 
Fəlsəfə tarixi 
 
 
 
Müasir türk fəlsəfəsi 
 
 
A.N.Nısanbayev, Q.K.Kurmanqaliyeva

  
(Q
azaxstan
) 
 
 
Müasir türk tədqiqatçılarının fəlsəfi düşüncələri sözün əsl mənasında 
dünya fəlsəfi fikir xəzinəsinin tərkib hissəsidir. Dünya fəlsəfi fikrin inkişa-
fında xüsusi bir mərhələni ifadə edən türk fəlsəfəsi türkdilli dövlət və xalq-
ların mənəvi mədəniyyətinin inkişafında böyük rol oynayır. Dünya fəlsəfəsi-
nə həsr olunmuş layihənin yerinə yetirilməsi, habelə türk xalqlarının mədəni 
irsinə müraciət edilməsi, türk fəlsəfəsinin mahiyyəti və təyini, tarixi rolu və 
mənəvi mədəniyyətdə yeri, onun müstəqil statusu və s. yeni və olduqca ak-
tual məsələlərdəndir.  
 Yaxın keçmişdə postsovet məkanında yaşayan bir sıra türkdilli xalq-
lar müstəqillik  əldə etdi. Tarixi baxımdan misilsiz olan bu hadisə özü ilə 
təkcə identikliyin axtarılması deyil, həm də dünya qlobal məkanına inteqra-
siyaya aid olan bir sıra  əhəmiyyətli problemlər də  gətirdi. Özünüidentifik-
ləşdirmə məsələləri ilə sıx bağlı olan müasir inteqrasiya prosesləri türkdilli 
dövlətlərdən dünyanın bugünkü strukturunda, bugünkü dünya siyasətində və 
dünya mədəniyyətində öz yerini təyin etməyi tələb edir. 
                                                 

 A.N.Nısanbayev –fəlsəfə elmləri doktoru, akademik, Qazaxstan Elmlər Akademiyası-
nın Fəlsəfə Institutunun direktoru; 
 
- 9 -
Q.K.Kurmanqaliyeva – fəlsəfə elmləri doktoru. 

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 10 -
 Bu  prosesdə  fəlsəfə xüsusi rol oynayır. Buna görə  də  fəlsəfənin xa-
rakteri və məzmunu, onun özündə daşıdığı dəyərlər ideoloji əhəmiyyət kəsb 
edir və ictimai inkişafda xüsusi rol oynamağa başlayır. Cəmiyyətdəki mədə-
ni-mənəvi iqlim, onun xaricdən gələn intellektual-mənəvi təsirlərə qarşı da-
vamlılığı bu cəmiyyətin hansı fəlsəfə aşılamasından, fəlsəfədə hansı dəyər-
lərin əks olunmasından asılı olacaqdır.  
 Deyilənlər milli dövlətləri təhlükə altına qoyan qloballaşma proseslə-
rinin vüsət aldığı bir şəraitdə müstəqillik  əldə etmiş türkdilli xalqlar üçün 
böyük əhəmiyyət kəsb edir. İctimai sistemin kökündən dəyişildiyi, ənənəvi 
həyat tərzindən miras qalmış mədəni təsirlərin müasir həyatın demokratiya 
və bazar münasibətləri mədəniyyəti ilə toqquşduğu bir dövrdə öz xüsusi in-
kişaf yolunu seçmək zərurəti yaranır. Bu isə adətən cəmiyyətdə əsaslı dəyi-
şikliklərin baş verdiyi dövrlərdə yaranan aşağıdakı məsələləri yenidən aktu-
allaşdırır: keçmişin mədəni irsinə necə münasibət bəsləməliyik? Onu qəbul 
etməli, yoxsa ondan imtina etməliyik? Müasir dünyanın fəlsəfəsi necə olma-
lıdır? 
 Strateji  inkişaf yolunun seçimində tarixi yanaşmanı  rəhbər tutaraq 
hesab edirik ki, keçmişin mədəni irsi xalqın yaddaşından silinməməlidir. O, 
bizim bu günümüzün və  gələcəyimizin mütərəqqi tərkib hissəsi olmalıdır. 
Buna görə  də türk fəlsəfəsinin tarixi və bu gününün öyrənilməsi türkdilli 
ölkələrin müasir fəlsəfəsinin inkişafı üçün müstəsna  əhəmiyyət kəsb edir. 
İlk növbədə ona görə ki, dünya fəlsəfi fikir tarixində yaxın keçmişə  qədər 
“türk fəlsəfəsi” anlayışı ümumiyyətlə mövcud deyildi. Avrasiya qitəsində 
nəhəng bir ərazi tutan və zəngin tarixə və mədəni ənənələrə malik olan bu 
xalqların intellektual dünyagörüşü və düşüncə formasına etinasız münasibət 
var idi.  
 Türkdilli  xalqların fəlsəfəsinin hərtərəfli öyrənilməsi fəlsəfədə  gələ-
cək tədqiqatlar üçün böyük imkanlar açır. “Türk fəlsəfəsi” anlayışının olma-
masının, bu mövzunun həm fəlsəfə tarixində, həm də müasir fəlsəfədə kifa-
yət qədər işlənməməsinin ideoloji və siyasi səbəbləri var idi. Türkdilli “so-
vet Şərqi” xalqlarının müstəmləkədə olduğu illərdə ideoloji bünövrədə belə 
bir tezis dururdu ki, guya geridə qalan xalqların həqiqi tarixi və mədəniyyəti 
Oktyabr inqilabından sonra başlamışdır.  Əvvəllər tarixdə rast gəlinməyən 

Fəlsəfə tarixi 
 
 
- 11 -
                                                
bir quruluşa türkdilli xalqların zəngin keçmişindən, nailiyyətlərindən, onla-
rın tarixi prosesə, ictimai şüura təsirindən bəhs edən tarix də lazım deyildi. 
Kütləvi şüura belə bir fikir yeridilirdi ki, kapitalizmin yanından ötərək bir-
başa sosializmə keçid etmiş xalqların nəinki dövlətçiliyi, heç mədəniyyəti 
də olmamışdır. Milyonlarla insanlar buna inanırdı.  
 Tam yeni bir bünövrəyə söykənən yeni ictimai quruluşa istiqamət 
alan sosialist ideologiyası şüurlu olaraq keçmişin irsindən qalıq kimi imtina 
edirdi. Türkdilli xalqların mənəvi mədəniyyət məhsulları “mülkədar-bəy 
qalıqları” kimi qiymətləndirilirdi.  
 Deyilənlər həmçinin başqa bir səbəblə də izah olunur. Uzun illər hu-
manitar elmlərdə avroposentrist meylləri hökm sürürdü. Avroposentrist ba-
xışlara görə, mənəvi mədəniyyətin yüksək nümunələri sivil adlandırılan 
xalqların ruhunun yaradıcı fəaliyyətinin məhsullarıdır. Belə bir fikir yürüdü-
lürdü ki, sivil inkişafdan məhrum olan xalqlar yüksək intellektual fəaliyyətə 
qadir olmadıqlarına görə onların mədəniyyətinin dərin fəlsəfi mənası ol-
mamışdır.  
 Filosoflar çox yaxşı bilirlər ki, bu fikri konseptual baxımdan daha 
aydın formada özünün “Fəlsəfə tarixindən mühazirələr”ində Hegel ifadə et-
mişdir. Onun “Öz xüsusi mənasında fəlsəfə Qərbdən başlayır”, “Şərq fikrini 
biz fəlsəfə tarixindən çıxarmalıyıq”, “...burada fəlsəfi idraka yer yoxdur”
1
 
kimi fikirləri bunun əyani sübutudur.  
 Fəlsəfə  və onun tarixinə bu cür qiymət iki əsr bundan əvvəl verilsə 
də, belə bir mövqe hələ indi də qalmaqdadır. Ancaq deyilənlər bu gün artıq 
sosial və ideoloji səbəblərlə yox, fəlsəfənin təyini, onun məna və məzmunu-
nu, fəlsəfənin elmlə, incəsənətlə, poeziya ilə, dinlə  və s. qarşılıqlı nisbəti 
məsələlərinin bu gün də aktual olması ilə izah olunur.  
 Fəlsəfə mədəni-tarixi, sosial-siyasi kontekstlə əlaqələndiriləndə, coğ-
rafi şəraitlə, xalqın sosial-psixoloji xüsusiyyətləri ilə əlaqədə nəzərdən keçi-
riləndə fəlsəfə fenomeni xüsusilə diskussiyalara səbəb olur. Bu cür koqnitiv 
situasiyanın nəticəsidir ki, fəlsəfənin yaranması, onun universal fenomen 
olub-olmaması və s. ilə bağlı fikir eyniliyi yoxdur.  
 
1
 Гегель Г.В. Лекции по истории философии. Кн.1. СПб: Наука, 1993. c. 146, 147. 

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə