Ad: Kənan Soyad: Cəfərov Universitet: Baki Mühəndislik universiteti İxtisas: Biznesin idarə edilməsi Qrup: 2096a fənin adı: Koporativ idarəetmə


Koporativ idarəetmə sistemi nədir



Yüklə 264,34 Kb.
səhifə2/7
tarix02.01.2022
ölçüsü264,34 Kb.
#46442
1   2   3   4   5   6   7
Koporativ idarəetmə

Koporativ idarəetmə sistemi nədir




Korporativ idarəetmə müəssisələrin idarəetmə və yoxlama sistemidir. Korporativ idarəetmənin mükəmməl olması önəmlidir, çünki əsasən böyük şirkətlərdə və müəssisələrdə sahibkarlarla menecerlər eyni olmurlar, səhmdarların və digər tərəflərin maraqlarının nəzərə alınması və tarazlaşdırılması isə mühüm məsələdir. Müəssisənin fəaliyyətində maraqlı olan şəxslər əsasən üç qrupa ayrılır:

• Direktorlar (menecerlər)

• Səhmdarlar (müəssisənin səhmlərinə sahib olan şəxslər)

• Digər şəxslər (işçilər, təchizatçılar, sifarişçilər, müştərilər və s.)

Bəzi müəssisələrdə səhmdarlar müəssisənin fəaliyyətindən bütövlükdə xəbərdar olurlar, çünki onlar eyni zamanda həmin müəssisənin menecerləridirlər. Baxmayaraq ki, bəzi müəssisələrdə səhmdarların menecerlərin idarəetmə fəaliyyəti ilə  yalnız “səhmdarların ümumi yığıncağında” tanış olmaq şansları olur. Bu da menecerlər və səhmdarlar arasında informasiyanın azlığı ucbatından maraqların toqquşmasına gətirib çixarır.Korporativ idarəetmə ona görə vacibdir ki, o, bütün tərəflərin maraqlarını nəzərə alır və audit komitəsi vasitəsi ilə müəssisənin fəaliyyətinə nəzarət edir. Korporativ idarəetmə şirkətin yoxlama və idarəetmə sisteminin qaydalar, təcrübə və fəaliyyət hissəsini əhatə edir. Bu sistem müəssisənin bütün tərəflərinin - səhmdarlar, direktorlar, müştərilər, təchizatçılar, maliyyəçilər, hökumət və s.nin maraqlarını balanslaşdırır. Bütün bunlar müəssisələrdə korporativ idarəetmənin mövcudluğunu vacibləşdirir.





Yüklə 264,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin