Ad: Aysel Soyad: Zenalova Fakültə


C.Midin universialist etikası



Yüklə 41,24 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü41,24 Kb.
#38963
1   2
Sosiologiya tarixi. Zenalova Aysel. Sərbəst iş

2.C.Midin universialist etikası.
Sosiologiyanın klassiki kimi şübhəsiz haqlı olaraq indi də bu cür qabul olunan Corc Herbert Mid özünəməxsus yer tutur . Bütün ömrü boyu bir kitab belə çap etdirməmiş , özünün bilavasitə şagirdlərinin və həmkarlarının dairəsindən kənarda praktik olaraq tanınmamış olan bir şəxsi klassik hesab etmək olarmı ? İxtisas məşğuliyyəti sahəsinin fizioloji psixologiyadan və fəlsəfədan ibarət olan bir mütəfəkkiri sosiologiyanın klassiki hesab etmək olarmı ? Bütün bu yerli suallara baxmayaraq Midin ölümqabağı nəsr olunmuş kitablarının və çoxsaylı jurnal maqalələrinin əsasında yaradılan sosial psixologiyanın əsaslandırılmasına çalışmasının əhəmiyyati biza haqq verir ki , onu klassiklər kateqoriyasına aid edək . Bundan əlavə nəzərə alsaq ki , onun asaslı ideyaları demək olar , müstəsna daracadə sosioloqlar arasında daha da inkişaf etdirilmişdir ; bu dairadə Mid daha tez - tez sitat gətirilən nüfuz olmuşdur , onun formula etdiyi anlayışlar isa professional deyimlərinin ayrılmaz hissasina çevrilmişdir ; tasccüblənməmək olar ki , onu on tanınmış sosioloqlar cərgəsinə daxil edirlər . Midin təsirinin tarixçəsi hər şeydən avval bundan ibarətdir ki , o sosiologiya məktəblərindən biri olan , ictimai strukturların açıqlığına və fəaliyyətdə olan şəxslərin subyektiv şüuruna xüsusi diqqət yetirən simvolik interaksionizmin banisi olmuşdur , uzun müddət kölgədə qalmış məhz bu məktəb özünə yaxın olan fenomenoloji sosiologiya ilə birlikdə funksionalizmin aradan qaldırılması dövründə daha böyük nüfuz qazanmağa başlamışdır Mid üçün spesifik olan praqmatizm versiyası şübhasiz obyektiv olaraq Pirsin , Raytın , Ceymsin və Düinin aid edilə biləcayi ənənəvi xətlə uyğun gəlir və məhz bu angnavi xatta söykənilərək şərh olunur . Lakin , agar diqqət Midin alman idealizminə münasibəti və onun başlıca olaraq Diltey , Berqson və Uaythed təmsil olunan həyat fəlsəfəsi ilə daimi polematikası Üzərində cəmləşdirilməsə, həmin ənənəvi xəttin özünəməxsusluğu başa düşülməyəcəkdir . Həmçinin başa düşmək zəruridir ki . Mid məsələnin Kant tərəfindən qoyuluşuna tərəfdardır , lakin onun cavabını qanaətləndirici hesab etmir . Əgar hər cür təcrübəyə qədər subyektdə obyektiv idrak şəraiti mövcuddursa , onda , deməli , bu şərait hər hansı bir birliyin hüdudlarından kənarda mövcuddur və hər cür inkişafdan əvvəl gəlir . Mid fəaliyyət göstərən və ünsiyyətdə olan şəxslərin birliyini Kantin transsendent subyektina əks qoyur . Beləlikla , idrak elmi tədqiqatın eksperiment və təfsir ümumiliyində daha dəqiq təzahür edən kooperasiyaya və kommunikasiyaya əsaslanır.
Onun əldə edilməsində iştirak edənlərin hamısının birləşməsi prosesində , təcrübənin ayrıca bir insan tərəfindən mənimsənilməsi prosesində və onun əsaslarının subyektlərdə təbii - tarixi formalaşmasında inkişaf etməlidir . Mid Kantdan sonra alman idealizminin Fixtenin Sellinqin və Hegelin əsərlərində inkişaf etdirildiyini məhz bu nöqteyi - nəzərdən göstərir . Həmin üç filosofda « Mənwin « Qeyri - Mən vasitəsilə reallaşdırılması və özinikas problemi mərkəzi yer tutsa da , bununla bela onların hamısı fundamental transsendental - fəlsəfi struktura tərəfdar olaraq qalırlar və ayrıca subyektdən çıxış edirlər.
   Universialist etikası Midin etikasını onun bir sıra mühüm məqalələrinin əsasında, həmçinin elementar etika üzrə onun xüsusi kursunu dinləmiş tələbələrin ətraflı qeydlərinə əsaslanaraq bərpa etmək olar . Bu etika , bir tərəfdən , Midin nəzəri və sosial - psixoloji müddəalarına əsaslanır , digər tərəfdan , ayrı - ayrı elmi sahələr üzrə Midin əsərlərinə nə isə ümumi bir görünüş verir . Mid etikasının çıxış nöqtəsini utilitarist va Kant etikasının tənqidi araşdırılması təşkil edir . Nə fəaliyyətin nəticələrinə sadə istiqamətlənmə , nə fəaliyyətdə olan şəxsin fikir tərzi Midin fikrincə problemi lazımınca həll etmir . Əksinə , Mid üçün başlıca cəhət utilitarist etik yanaşmanın aradan qaldırılmasıdır . Məlumdur ki , utilitarist etikasi motivlər məsələsini irəli sürmürdü , eynilə də fikir tərzinin fəaliyyətin məqsədləri ilə və Kantda olduğu kimi , onun obyektiv nəticəsi ilə kifayət qədər əlaqələndirmirdi . Bunun yolunu Mid hər iki etik təlimin ümumi psixoloji bazisinin tənqidində görürdü . Mid arzunun motivi və obyektinin bir birindən ayrılmasını empirik təcrübə anlayışından istifadə edilməsinin nəticəsi kimi şərh edir və əlavə edir ki , bu anlayış üstüörtülü şəkildə Kantin meyl anlayışını səciyyələndirir . Mid etikaya obyektlərin sosial konstitusiyası nəzəriyyəsini daxil edir ; bununla da o , arzu formasının universallığının Kant tərəfindən əsaslandırılması hüdudlarından kənarə çıxmağa çalışır . Indiki diskussiya baxımından Midin etikasına nüfuz etmək asan deyil , belə ki , Middə bütün qarşılıqlı əlaqəyə tamamilə özünəməxsus yanaşma mövcuddur . Hər şeydən əvvəl Mid dəyərlilik anlayışını fəaliyyət anlayışına orijinal bir şəkildə tətbiq edərək borcluluğun varlıqdan hasil olması barədə diskussiyanın ziddiyyətlərindan kənar durur dəyərlilik öhdəlik və yaxud arzu kimi qavranılır Mid göstərmək istayir ki , dəyərlilik anlayışında ifadə olunmuş münasibət subyektiv qiymətləndirmə və yaxud özlüyündə götürülmüş obyektiv dəyərlilik keyfiyyəti ilə məhdudlaşdırıla bilməz ; bu münasibət subyekt və obyekt arasında mövcud olan və idrak münasibəti kimi nəzərdən keçirilə bilməyən münasibətdən irəli gəlir . Beləliklə , dəyərlilik münasibəti subyekt və obyektin obyektiv surətdə mövcud olan münasibətidir . Bu münasibət isə ilkin va yaxud təkrar keyfiyyətlərin qavrayış strukturundan subyektiv özbaşınalığın yüksək səviyyəsi ilə deyil , manipulyasiya və yaxud qavrayış fazaları ilə deyil , onun yalnız tələbatların ödənilməsi fazası ilə əlaqəsinə görə fərqlənir . Manipulyasiya və qavrayışla bağlı olan elmi biliyin obyektivliyi ilə bağlı iddialar buna görə də Mid üçün təbii şəkildə əxlaqi fəaliyyətə də şamil edilir . Bu o demək deyildir ki , Midin etikası adi elmə müncər oluna bilər . Onun fikrinə görə elm məqsadlərin və vasitələrin münasibətlərini , etika isə məqsədlərin özlərinin münasibətlərini tədqiq edir . Mid üçün çıxış nöqtəsini belə bir fikir təşkil edir ki , etik davranış üçün nə bioloji köklər mövcuddur , nə də fəaliyyət prosesində həmişə istiqamətlənməli oluna biləcək möhkəm dəyərlər sistemi mövcuddur . Bioloji cəhətdən determinasiya olunmuş ( o cümlədən qayğı göstərilməsi ilə bağlı olan əxlaqi davranışla analogiya təşkil edən ) və yaxud normativ olaraq müəyyən edilmiş davranış əslində əxlaqi situasiyadan əvvəl gəlir , əxlaqi situasiya isə o zaman yaranır ki , fəaliyyət göstərən şəxslərin müxtəlif motivləri və dəyərləri münaqişə vəziyyəti alır və antisipasiya edilmiş nəticələr baxımından qiymətləndirilir . Midin etikasında mərkəzi yeri əxlaqi situasiyanın təhlili tutur . Midə görə əxlaqi situasiya şəxsiyyətin özünəməxsus böhranıdır . Əxlaqi situasiya şəxsiyyəti öz xüsusi dəyərləri ilə digar tərəfmüqabillərin dayarləri arasında “böyüdülmüş başqası”nın dəyərləri ilə və yaxud öz impulsları arasındaki münaqişə vəziyyətinə salır . Bu münaqişə fəaliyyəti iflic halına salır ; qəfildən yaranmış problem əvvəlki identikliyin pozulması meylinə gətirib çıxarır Əvvəlki identiklik yalnız şəxsi səylər yolu ilə yaradıcı və həm də daha riskli şəkildə aradan qaldırıla bilər Buna görə də Midin etikası əxlaqi davranış üçün qayda vermir , lakin « əxlaqi kəşflərin zəruriliyi situasiyanı aydınlaş dırmağa çalışır . Gözləmələr və impulslar yenidən strukturlaşdırılmalıdır ki , identikliyin və bununla da konkret situasiyaya cavab verən müəyyən layihənin , real əxlaqi situasiyanın yenidən inteqrasiya olunması imkanı təmin edilsin . Əgər bu mümkün olarsa , identiklik daha yüksək pilləyə qalxar , belə ki onun davranışına indi əlavə maraqların nəzərə alınması daxil edilmişdir . Mid identikliyin formalaşması pillələrini əxlaqi inkişafın pillələri kimi və eyni zamanda da cəmiyyətin hökmranlıqdan azadlığa doğru inkişafinin pillələri kimi təsvir etməyə çalışır Mütəşəkkil başqalarına , müəyyən qrupa istiqamətlənmə konkret olan başqasına istiqamətlənmənin nəticəsidir . Bunun vasitəsilə və müxtəlif « böyüdülmüş başqaları arasındakı münaqişələr vasitəsilə daha böyük və eyni zamanda daha mükəmməl sosial vahidlərə və nəhayət , bəşər nəslinin hərtərəfli öyrənilməsi idealının universialist perspektivinə istiqamətlənmə baş verir . Bu universialist perspektiva biz meydana gələn dəyərləri anlamağa çalışmaqla , lakin onlara qiymət vermədən relyativistcə bir - birinin ardınca yerləşdirməklə , amma onların düzgünlüyünü müəyyən etməklə və universal kommunikasiya və kooperativ birliyinin yaradılması üçün faydalı nası baxımından qiymətləndirməklə nail oluruq . Əxlaqi situasiyada tərəf müqabillərlə hərtərəfli qarşılıqlı anlaşma və ideal birliyin reallaşması üçün əhəmiyyətə istiqamətlənmə kimi rasional davranış - əxlaqi problemlərin həlli zamanı təsir göstərən iki qayda bunlardır . Bu cür perspektiv bizi hər cür konkret birliyin dairəsindən kənara çıxarır və buna gətirib çıxarır ki , fəaliyyət göstərən bütün standartları onların legitimliyin müəyyən etmək üçün çox sərt şəkildə təhlil edilsin Hər bir əxlaqi qərarda nə isə hər hansı daha mükəmməl cəmiyyətlə qarşılıqlı əlaqə gizlənmişdir.
Müəyyən cəmiyyətin əxlaqi dəyəri bunda özünü göstərir ki , bu cəmiyyətdə üzvləri arasında konsensus əldə etməyin ağıllı metodu və kommunikativ dəyişiklik üçün bütün institutların açıqlığı mövcuddur . Bu cür cəmiyyəti Mid demokratiya adlandırır . Onun üçün demokratiya institutlaşdırılmış inqilabdır . Fərdlər bu demokratiyanın çərçivəsi daxilində öz identikliyinə daxili və yaxud xarici düşmənlərə qarşı mübarizədə qrupla , cəmiyyətlə identikləşmənin hesabına nail olmurlar . Mid öz əsərlərində , bir tərəfdən , cəzaverici yustisiyanın hakimiyyat sistemini sabitləşdirən , amma bu sistemi müalicə etməyən funksiyalarını təhlil etmiş , digər tərəfdən isə , vətənpərvərliyi etik və psixoloji problem kimi tədqiq etmişdir . Bunların hər ikisini da Mid cəmiyyətin funksional zərurəti kimi nəzərdən keçirir . Bu cəmiyyətdə isə heç də hamı öz maraqlarını açıq şəkildə bəyan etmir və buna görə də həmin cəmiyyət süni birliyə möhtacdır . Bu halda Mid özünə bunda hesabat verir ki , milli vətənpərvərlik pərakəndə qrup meyllərinin aradan qaldırılmasında mütərəqqi funksiyalara malik ola bilər . Hansısa bir universal birliyin yaradılması Mid üçün heç də adi əxlaqi tələb xarakteri daşımır ; o , bu birliyin maddi əsaslarını görür və deyir ki , bu maddi əsaslar yalnız bütün insanların gerçək qarşılıqlı təsirinin taşəkkül tapdığı halda , yəni dünya bazarı yollarında realllaşa bilər . Bu müddəa Marksın bu fikrinə yaxındır ki , ümumiyyətlə demokratiyanın etik əsaslandırılması mükəmməl demokratiya kimi kommunizm haqqında gənc hegelçi və erkən marksist təsəvvürlərlə uyğun gəlir . Beləliklə , biz universalist əxlaqının siyasiləşdirilməsinin həlledici nöqtəsinə yaxınlaşdıq . Mid də birmənalı şəkildə bu yolu seçir . O dönə - dönə yenidən sadə mücərrəd etikaya qarşı çevrilir və qeyd edir ki , ən zəif filantropiya , xeyriyyəçilik ictimai qaydada təşkil olunmuş yardım aksiyaları ilə müqayisədə az əhəmiyyətlidir . Mid elə bir şəraitin formalaşmasını əxlaqi tələb hesab edir ki , yalnız , bu şəraitdə əxlaqi qərarın yüksək pilləsinə çatılmasına qədər an ümumi identikliyin formalaşması , həmçinin hər hansı məhdudiyyətlərin və ədalətsizliklərin aradan qaldırılması məqsədilə bütün institutların daim dəyişməsi mümkün olur Identikliyin aşkara çıxarılması özlüyündə institutların yenidən qurulması ilə bağlıdır . Dünya bizim səylərimiz sayəsində əxlaqi nizama gəlib çıxmalıdır və bu da cəmiyyətin adi dərkedilməsi nəticəsində deyil , praktik olaraq dəyişdirilməsi vasitəsilə baş verəcəkdir Midin diapazonu belədir və bununla belə onun əsərlərində əksər hallarda siniflər arasında kompromislərə , ictimaiyyət və dövlət tərəfindən islahatlara hazırlığın gücləndirilməsinə həmçinin bütün insanların sülhə hazır olmalarına ümidlər öz əksini tapmışdır . Şübhəsiz ki , bu , islahatların imkanın yalnız qiymətləndirilməsilə bağlıdır . Lakin bizi burada belə məsələ maraqlandırır ki , bu hal Mid etikasının əhəmiyyətini azaldırmı Mən güman edirəm ki , Midin etikasının əsas zəifliyi bundan ibarətdir ki , bu etika müstəsna şəkildə barış , sülh modelinə istiqamətlənir . O zaman bütün maraqların nəzərə alınması sual altında qalır , çünki birinin marağı , hətta əxlaqi cəhətdən əsaslandırılmış olmasa da , başqalarının maraqlarını məhv edir . Əxlaqi vəzifə zülmə və istismara qarşı barışmaz mübarizə aparmaqdan ibarət ola bilər . Bu , nə qədər də mövcud vəziyyətin dəyişməsinin qeyri - müəyyən bir vaxta uzadıl masının yalnız nəticəsi olsa da , qarşılıqlı anlaşılmanın kəsilməsi deməkdir . Mənə belə gəlir ki , Midin universialist etikası « proletariatin maraqları » na ruhlandırıcı isnaddan yüksəkdir ; eynilə də bu , güc tətbiq edilməsi barədə bayağı qərardan yüksəkdir ; bununla belə Mid ideal birliyə maraq necə nə şəkildə mövcud cəmiyyətin xüsusi , özəl maraqlarında təzahür edir və münaqişənin hansı formaları burada əxlaqi cəhətdən yol verilən hesab oluna bilməsi problemi axıra qədər həll edə bilmədi .
Yüklə 41,24 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin