TĠKMƏ SƏNƏTĠ
Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca
zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii
materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar iĢlədilir. Lakin
keçmiĢdə bu məqsədlə qızıl və gümüĢdən kəsilmiĢ incə tellərdən, ağac qabığı və fil
sümüyündən hazırlanmıĢ lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daĢ-qaĢdan
da geniĢ istifadə edilmiĢdir.
Tikmə sənəti əsrlər boyu qadınların sevimli məĢğuliyyəti olmuĢdur. Yalnız xırda
əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kiĢilər də məĢğul olmağa
baĢlamıĢdır.
Azərbaycan tikmələri barədə məlumata IX-XI əsr ərəb müəlliflərinin [244] və
klassik Ģairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
471
XIV-XVII əsr Təbriz miniatürlərində təsvir olunan personajların geyimində və
bəzi məiĢət Ģeylərinin üzərində ornamental təsvirli tikmə nümunələrinə də təsadüf
olunur.
XVI-XVII əsr Azərbaycan tikmə sənətinin bəzi nümunələri Moskva Dövlət
Silah Palatasında, [245] Moskva ġərq Xalqları Muzeyində [246] və baĢqa yerlərdə
mühafizə olunur.
Orta əsr bədii tikmə sənətinin istehsal mərkəzləri arasında Təbriz, Ərdəbil,
Gəncə, ġamaxı və s. Ģəhərlər mühüm yer tuturdu. Təbrizdə XVI əsrdə Səfəvi Ģahlarının
xüsusi karxanaları var idi. 1530-cu ildə ġah Təhmasibin kənizlərindən 20 nəfərinə
Təbrizdəki xüsusi toxuculuq karxanasında güləbətin tikmə öyrədilmiĢdi [247].
XVII əsrdə bədii parça istehsalının ġamaxı əhalisinin əsas peĢələrindən birinə
çevrildiyini Avropa səyyahı Adam Oleari də xəbər verir [248].
XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini itirir, güləbətin, pilək,
zərənduz və s. tikmə növləri tədricən aradan çıxmağa baĢlayır. Bunun müqabilində
təkəlduz tikmə ənənələri hələ də davam edirdi. XIX əsrin birinci rübündə ġəkidə
mahud parça üzərində müxtəlif rəngli ipək saplarla təkəlduz tikmə digər sənət növlərini
kölgədə qoymuĢdu. Bu zaman burada təkcə yəhər üzü bəzəyən 22, baĢmaq üzü
bəzəyən 50, püĢtü üzü tikən 16 dükan fəaliyyət göstərirdi [249].
PeĢəkar tikmə ustalarından baĢqa, həvəskar qadınlar da öz bacarıq və qabiliy-
yətlərini bu sənətdə sınamıĢlar. XIX əsrdə görkəmli Ģairə X. Natəvan bu sahədə xüsusi
fəaliyyət göstərmiĢdir. X.Natəvanın müasiri Həsənbəy YüzbaĢı onun əl iĢlərini belə
səciyyələndirir: "Bunu nəinki adi bir insan, hətta ġərqin məĢhur rəssamlarından olan
Mani və Behzad da yarada bilməzdi" [250].
XIX əsrdə tikmə ustaları qanovuz, mahud, məxmər üzərində iĢləyirdilər. Parça-
lar əsasən tünd qırmızı, qara, yaĢıl, sürməyi, zoğalı rəngdə olurdu. Çəhrayı və
bənövĢəyi rəngli məxmər parçalardan güləbətin tikmə üçün "yerlik" götürülürdü.
Varlılar isə misqalı tirmə üzərində güləbətin sapla naxıĢ tökürdülər.
XIX əsrdə Azərbaycan tikmə sənəti əsasən ġamaxı, Bakı, Naxçıvan, ġəki,
ġuĢa Ģəhərlərində cəmləĢirdi. Lənkəran, Gəncə, Qazax Ģəhərlərində tikmə ilə
qismən məĢğul olurdular. Hər Ģəhər, qəsəbə özünəməxsus tikmə dəst-xəttinə, bədii
üslubuna malik idi. Lakin XIX əsrdə Azərbaycan bədii tikmə sənəti baĢlıca olaraq
iki istiqamətdə: ġəkidə - qüllabduzluq, Bakı və ġamaxıda isə güləbətin tikmə üzrə
inkiĢaf edirdi [251].
XIX əsrdə bədii tikmənin müxtəlif növləri ilə evlərdə kənd və Ģəhər
qadınları, dükanlarda isə kiĢilər məĢğul olurdu. Təkəlduz dükanlarında peĢəkar
ustalar (tikməbəndlər) yalnız "təkəlduz‖la; evlərdə isə qadınlar bədii tikmənin
qalan növləri (güləbətin, xanduz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə
və s.) ilə məĢğul olurdu.
XIX əsr Azərbaycan bədii tikmələri içərisində təkəlduz iĢi xüsusi yer
tuturdu. Təkəlduz (burma ilmə) tikmə orta əsrlərdə ġəkidə geniĢ yayılmıĢdı.
Təkəlduz tikmədən naxıĢlar "gözmə və ya doldurma" üsulu ilə icra olunurdu.
472
Bəzən bu üsullar birgə tətbiq edilirdi. Təkəlduz tikmə üsulunda qarmaq və ya
"qüllab" vasitəsilə parçadan xırda dairəciklər, halqalar əmələ gətirilirdi. Bu növ
tikmə bəzən "qüllabduzluq" da adlanırdı.
Təkəlduz tikmədə iki sadə alətdən - qasnaq və qarmaqdan (qüllab) istifadə
edilir. Hər hansı bir məmulata naxıĢ saldıqda əvvəlcə parçanı qasnağa tarım çəkib
onun üzərinə ikinci bir qasnağı kip otuzdururdular. Sonra parçanın üzərinə naxıĢ
konturları iynə ilə deĢilmiĢ kağız qoyub, tabaĢir tozu ilə naxıĢın rəddini məmulat
və ya parçaya köçürürlər.
Bu əməliyyat qurtardıqdan sonra usta sağ əli ilə sapı üstdən qarmağa
iliĢdirib, alta verir və qasnağın altından sol əli ilə sapı çəkir. Beləliklə, alınan
zəncirəbənzər ilmələr qeyd olunan istiqamətdə gedir və müəyyən olunmuĢ naxıĢ
kompozisiyasını əmələ gətirir.
Güləbətin tikmə üsulu ġamaxı, ġuĢa və qismən Naxçıvan Ģəhərlərində
inkiĢaf etmiĢdi. ġuĢa, Gəncə, Lənkəran qəzalarında da güləbətinli iĢləmələrə
təsadüf edilirdi.
Güləbətin iĢləmə hamar və qabarıq olmaqla iki cür hazırlanırdı.
"Zəminduzi" adlanan hamar tikmə texnikası ilə məmulatı bəzəmək üçün
düzbucaqlı çərçivəyə bənzər taxta kargah (dəzgah) və iynədən istifadə edirlər.
Müvafiq parça kargaha tarım çəkildikdən sonra, onun üzərinə kağızdan kəsilmiĢ
naxıĢ motivləri- (eskiz) qoyub əvvəlcə adi sapla, sonra isə zərli və ya gümüĢü
(güləbətin) saplarla paralel surətdə bənd edilirdi.
"Məlihəduz" adlanan qabarıq tikmə növü "örtmə" tikiĢ üsulu ilə icra
olunurdu. Burada saplar bir-birinin yanına paralel və çox sıx bəndlənir. Güləbətin
tikmənin bu üsulu haĢiyə bəzəyində daha geniĢ tətbiq edilir. NaxıĢların parça üzərində
bir qədər qabarıq çıxması üçün qalın sap və qaytandan da istifadə edirlər.
Güləbətin tikmədə iĢlənən qızılı və gümüĢü tellər ya xalis halda, ya da ipək,
yaxud iplik sapa sarınıb istifadə olunurdu. Saplar metal tellərin rənginə uyğun seçilirdi.
Zəruri elastikliyi əldə etmək məqsədilə, tellər xüsusi simkeĢlər tərəfindən yüksək əyarlı
gümüĢdən hazırlanırdı. Qızıl tel almaq üçün gümüĢü qızıl suyuna salırdılar. Güləbətin
tikmələrin parlaqlığını, naxıĢların qabarıqlığını artırmaq məqsədilə tünd yerlikdən
istifadə olunurdu.
Müxtəlif rəngli xırda muncuqlarla bəzədilən muncuqlu tikmə növündən ġuĢa,
Gəncə, ġamaxı və qismən Bakı Ģəhərlərində geyim, xırda məiĢət əĢyalının zinətində
istifadə edilirdi. Muncuqlu tikmə məxmər, qanovuz, Ģal və qismən kətan parçalar
üzərində iĢlənirdi. Ġstənilən bir naxıĢ motivini parça üzərinə keçirmək üçün ilk növbədə
onun ümumi mühit xətti qeyd edilir, sonra düzülmüĢ hazır saylı muncuqları götürüb,
lazımi yerə bənd edirlər. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra
ilə parça üzərinə bənd edilirdi.
Pilək tikmə üsulu ilə taxça, buxarı, güzgü və bəzi məiĢət örtüklərinin və xırda
əĢyaların, məsələn, araqçın, yelpik, pul kisəsi, tütün kisəsi və s. bəzəyində tətbiq
edilirdi (XXXV tablo).
474
Pilək nazik, yastı və dairəvi formada əlvan metal lövhəciklərdən hazırlanırdı.
Pilək düzümləri romb, üçbucaq, dairə Ģəklində müxtəlif həndəsi formalar əmələ
gətirirdi. Pilək məmulatı, adətən, iki cür: ya baĢdan-baĢa naxıĢ ünsürlərini doldurmaqla,
ya da onları yalnız mühit xətləri üzərinə düzməklə hazırlanırdı. Pilək tikmə əsasən parça
üzərində (Ģal, mahud) tətbiq edilirdi.
Milli tikmələrin məhəlli növü olan xanduz baĢlıca olaraq Lənkəran bölgəsində
geniĢ yayılmıĢdı. Xanduz tikmə üsulunda iynə, Ģəbəkəli parça, iki ədəd qasnaq və
müxtəlif rəngli ipək, iplik, yun sapdan istifadə olunur. ġəbəkəli parça çox vaxt tikici
həvəskarların özləri tərəfindən hazırlanırdı. Bunun üçün kətan parçanın əriĢ-arğacı sayca
təkəmseyrək çıxarılıb Ģəbəkə halına salınır. Sonra həmin Ģəbəkəli parça vasitəsilə
məmulat üzərində naxıĢ salınır. Bunun üçün usta əvvəl Ģəbəkəli parçanı qasnağa kip
keçirilmiĢ məxmər, atlaz, ağ, kətan və s. növ parça üzərinə qoyur və əlində olan hazır
naxıĢlı nümunəyə baxaraq rəngli saplarla say hesabı iĢləməyə baĢlayır. Tikici yeni ilmə
əldə etmək istədikdə iynəni say üzrə Ģəbəkəli sapdan eninə və bir də uzununa götürür.
Çox vaxt iynə Ģəbəkəyə çəpəki keçirilir.
Örtmə üsulu ilə tikmə texnikası mürəkkəb quruluĢa malik kompozisiyalar qur-
maq, real üslubda təsvirlər əldə etmək məqsədilə tətbiq edilirdi. Örtmə üsulunda
müxtəlif növ saplardan istifadə edilir və bu üsul müxtəlif növ parçalara (Ģal, mahud,
ipək, kətan) tətbiq olunur. XIX əsr Azərbaycan bədii tikmə nümunələri arasında bir və
ikiüzlü örtmə üsuluna rast gəlirik. Bu üsulla iriölçülü məiĢət əĢyaları bəzədilirdi.
Oturtma bəzək üsulu ilə ağ və qara yunu bir-birinə oturdub müəyyən təsvir əldə
edilmiĢdir. KeçmiĢdə saray çadırlarının əsas bəzəyində oturtma tikmə üsulundan geniĢ
istifadə edirdilər. Oturtma əvvəllər keçə, dəri, sonralar müxtəlif rəngli parçaların kəsilib
quraĢdırılması yolu ilə inkiĢaf etdirilmiĢdir. XIX əsrdə bu üsulla yüküzü, buxarı pərdəsi,
süfrə, yaxud tapança qoburu, qılınc qını, yəhəraltı və s. əĢyalar bəzədilirdi.
Azərbaycanın bədii tikmə növlərindən biri olan zərənduz (çaxma pilək) zər-
gərlik sənəti ilə üzvi surətdə əlaqədar olmuĢdur. Zərənduz tikmənin təsvir vasitələrini
döymə və basma (qəlibkarlıq) üsulu ilə hazırlanmıĢ müxtəlif naxıĢ formaları təĢkil
edirlər. Bu üsulla naxıĢ kompozisiyası metal lövhəcikləri müəyyən olunmuĢ naxıĢ sxemi
üzrə parçaya bənd etməklə əldə edilir. Üzəri qabarıq naxıĢlı metal lövhəciklər vəzn
etibarilə bir qədər "ağır" olduğundan bu tikmə üsulu üçün məxmər, tirmə, xara və s. kimi
ağır parçalar yerlik məqsədilə istifadə edilir. Belə tikməli əĢyalar məiĢətdə taxça, güzgü,
buxarı, yük və s. örtüyü kimi istifadə edilir. XIX əsrdə zərənduz tikmə ilə daha çox
ġəki, ġamaxı və Lahıcda məĢğul olurmuĢlar. Zərənduz metal lövhəcikləri müxtəlif
formalı buta, paxlava, üçbucaq, dördkünc, dairə, quĢ, balıq və s. Ģəklində hazırlanırdı.
XIX əsrdə zərənduz üsulunu qadın üst paltarlarının ətək və yaxalarına qaytanla bərabər
tətbiq edirdilər. Buta, gülbuta, gülbənd və s. Ģəkilli piləkləri paltar yaxasına düzdükdə
ona "düymə", "həbbaf‖ da deyilirdi.
|