XII Mövzu
Avropa diplomatiyası XVII əsrdə
Avropa ölkələri və Türkiyə XVII əsr üçün feodal monarxiyası mərhələsinin ən yüksək fazasına daxil
olmuşdu. Formalaşmış mütləq monarxiyalar konkret xarici siyasət strategiyasına və taktikasına malik olurdu ki,
biz bunu hazırda dövlət marağı adlandırırıq. XVII əsr üçün Avropa dövlətinin marağı və bunu həyata keçirmək
üçün vasitələr öz rəngarəngliyi ilə seçilirdi. Bir tərəfdən bu sahə ilə bağlı nəzəri hüquqi baza formalaşır, digər
tərəfdən isə Avropa monarxları sülalə nigahlarının geniş tətbiq olunduğu şəraitdə bu maraqlar daxilində çıxış
edirdilər.
Fransa qarşısında Dövrün siyasi nəzəriyyəçilərindən və dövlət xadimlərindən sayılan Syulli ”Dövlət
təsərrüfatının prinsipləri” əsərində aşağıdakı üç vəzifəni konkretləşdirirdi:
-dövlətin fəaliyyət mexanizmini müəyyənləşdirir;
-Fransanın ətrafında yaranmış siyasi tarazlığı qiymətləndirir,
-Fransanın xarici siyasəti qarşısında duran başlıca vəzifələrə diqqəti cəlb edirdi.
Bu dövrdə artıq Fransa kralı IV Henrixin hakimiyyəti illərində Fransa Avropa siyasətində liderliyi
həyata keçirməyə müvəffəq olmuşdur.
1589-1610-cu ildə hakimiyyətdə olmuş IV Henrixin baş köməkçisi və strategi olan Syülli fəlsəfi -
hüquqi traktadında belə bir məqama toxunurdu ki, Fransa Böyük Karl imperiyasının varisidir və buna görə də
Avropa siyasətində liderliyi əldən verməməlidir. Lakin Syülli müşahidılərinə əsasən belə bir fikrə gəlirdi ki,
ərazi iddiasında olmasından asılı olmayaraq Fransa öz ərazilərinin həddindən artıq genişlənməsi kimi təhlükəli
risqə getməməlidir. Müəllifə görə, Əgər dövlətin qüdrəti müəyyən sərhəd daxilindən çıxarsa, düşmən
dövlətlərinin koalisiyası ilə üzbəüz gələ bilər. Fransanın qüdrəti artıqca, onun Avropada hegemonluq mübarizəsi
gücləndikcə problemin nəzəri-fəlsəfi cəhətləri müzakirə obyektinə çevrilirdi. Düşmən dövlətlərinin
koalisiyasından ehtiyat edən Syülli “Böyük düşüncə”əsərində yazırdı ki, Avropa müharibələrdən,sarsıntılardan
qurtulmaq istəyirsə, Fransanın bayrağı altında birləşməlidir. Bu ideya Fransa kral sarayının prokuroru Pyer
Dübuanın irsindən bəhrələnirdi. Vaxtilə Dübua Avropada 12 dövlətin yaranmasını, bunların 6-nın respublika, 6-
nın monarxiya olmasını arzu edirdi. O, həm də Avropa monarxlarının Fransa monarxının hakimiyyətini qəbul
etməsini vacib şərt kimi göstərirdi.
Bu dövrdən etibarən “dövlət” marağı anlayışının konkret məzmunu formalaşmağa başlayırdı. “Dövlət
marağı” dedikdə, elə bir ideya nəzərdə tutulur ki, bu ideyaya görə dövlətin sərhədləri xaricində elə bir şərait
təmin olunmalıdır ki, bu həmin dövlətin mövcudluğu üçün təhlükə yaratmasın.
Fransa krallarından IV Henrix “dövlət marağını” son dərəcə ciddi şəkildə reallaşdıran hökmdarlardan
biri kimi tarixdə qalmışdır.Onun xarici siyasət xəttində iki məqsəd güdülürdü:
- birincisi, Habsburqların qüdrətini sarsıtmaq.
- ikincisi, Fransanın ətrafında siyasi müvazinəti bərpa etmək və saxlamaq.
IV Henrix “siyasi müvazinət” dedikdə, “dövlət marağına” təhlükə törədən, sərhədlərə təhlükə törədən
faktorların olmamasını nəzərdə tutmuşdur. Bu dövrdə Avropanı siyasi sarsıntılarla müşayət edən başlıca
hadisələr: İspaniya vərəsəliyi və 30 illik müharibə ilə bağlı olmuşdur. Təsadüfi deyildir ki, fransız krallarının
sonrakı nəsilləri də IV Henrixin siyasətini davam etdirmiş, lakin xarici siyasətdə Avropa və şərq istiqamətini
ayırmışlar.
Fransız krallarından biri 1535-ci ildə Türkiyə ilə imzalanmış müqaviləni 1604-cü ildə təzələmiş və ona
xüsusi bənd əlavə olunmuşdu.Həmin bəndə görə, Fransanın ticarət gəmiləri Qara dəniz boğazından keçə bilər və
gömrük xərcləri ödənilərkən müəyyən imtiyazlar əldə edə bilər. Analoji müqavilə dörd il əvvəl İngiltərə ilə
imzalansa da, lakin İngiltərəyə icarəyə götürdükləri ölkələrin gəmiləri ilə bağlı bu imtiyazlardan istifadə şamil
edilməmişdi.
Fransanın xarici siyasəti öz klassik məzmununa kardinal Rişelyenin hakimiyyəti dövründə malik oldu.
Rişelye öz dövrün müasirləri kimi kilsə təhsili almış, müxtəlif kilsə vəzifələrini yerinə yetirmiş və 1614-cü ildə
Baş ştatlara nümayəndə seçildikdən sonra siyasi karyerası başlamışdı. Rişelye “Siyasi vəsiyyətnamə” əsərində
hakimiyyətə gəlişinin məqsədlərini izah edərək yazırdı:”Mənim əsas məqsədim qədim Qalliya torpaqlarında
yeni Qalliyanın, yəni Fransanın siyasi yüksəlişinə nail olmaqdı.” Öz məqsədlərini iki hissəyə bölən Rişelye
yazırdı.“Mənim birinci məqsədim kralı yüksəltmək, ikinci məqsədim krallığı əzəmətli etməkdir.”
Artıq XVII əsrin əvvəlləri üçün fransız mütləqiyyətinin daxili və xarici siyasət məsələləri iki orqanın
vasitəsilə həyata keçirilirdi. Başlıca orqan Kral Şurası idi.Kral buraya hər 3 təbəqənin seçilmiş adlı-sanlı
nümayəndələrini daxil etmişdi. Ikinci orqan gizli Kral Şurası idi.Bu orqan müxtəlif vaxtlarda 5,7,9 nəfərdən
ibarət olmuş, lakin onun üzvlərini heç kəs tanımırdı. Dövlətin daxili və xarici siyasəti ilə bağlı strategiya və
taktika məsələləri gizli Kral Şurasının prereqativi idi. Bu orqan müttəfiqləri və rəqibləri müəyyənləşdirərək
konkret fəaliyyət diapazonunu müəyyənləşdirirdi.
Yeddi illik müharibə dövrünə aid “diplomatik inqilab” Rişelyenin dövründə başladı. XVII əsrin I
yarısımda Fransanın hərbi və siyasi uğurları Rişelyenin adı ilə bağlıdır. 1618-də hakimiyyət elitasına daxil olan
71
və gənc kralın regentinə hamilik edən Rişelye 1630 -cu ildən etibarən Birinci nazir postunu əlində cəmləşdirmiş
və 1642-ci ilə qədər bu vəzifəni davam etdirmişdir. Rişelye Fransanın ərazi bütövlüyü uğrunda amansız
mübarizəsi ilə məşhur idi.
Hələ XIV əsrdə Fransanın cənub əyalətlərinə Roma papasının təşkil etdiyi xaç yürüşlərindən sonra
burada öz fəaliyyətini bərpa etmiş və tarixə Hugenot respublikası adı ilə daxil olan dövlət yaranmışdı.
Hugenotların iqamətgahı okean sahilindəki Tulon şəhəri ingilis hərbi mütəxəsislərinin köməyi ilə alınmaz
qalaya çevrilmişdi. Rişelye artıq mövcudluğu yüz ili keçmiş Hugenot respublikası ilə mübarizəyə bütün
Fransanın qüvvələrini cəlb etmiş və özü 13 ilə yaxın bu ərazi uğrunda mübarizə aparmışdı. Rişelye siyasi
“Vəsiyyətnamə”əsərində yazırdı:” Hugenont respublikası dövlət içərisində dövlət olub Fransanın ərazi
bütövlüyünü parçalayır və onun dövlət maraqlarına təhlükə yaradır.”
Dənizdən və qurudan alınmaz olan Tulon şəhərinin 1629 –cu ildə tutulması ona səbəb oldu ki, gizli Kral
Şurası Rişelyeyə “generalisisimus” hərbi dərəcəsini verdi .
Rişelye Fransada duelin ən məşhur pərəstişkarlarından biri və eyni zamanda onu qanunla qadağan edən
şəxs idi. Rişelye yazırdı ki, fransız zadəganları mütləqiyyətin şah damarıdır. Onlar müharibə meydanlarında qan
tökməlidir. Dueli qadağan etdikdən sonra münasibəti müəyyənləşdirmək üçün yenidən həmin üsula müraciət
edən öz yaxın dostu Butvili Paris meydanında yeddi metr hündürlükdə dar ağacından asdırmışdır.
Rişelyenin Fransanın mədəniyyətində və mətbuatında əvəzsiz xidmətləri olmuşdur. Onun dövründə
”Fransa xəbərləri” adlı Avropada ilk qəzet çap olunub.Rişelyenin diplomatik yüksəlişində onun yaratdığı
ənənələrin ,məktəbin çox böyük rolu olub .Rişelye diplomatik məktəbinin yetirmələri olan Fankan, Jozef Ata
Şarnasse kimi diplomatlar bütün Avropada məşhur idilər.
İspan kralı V Karla məxsus olan diplomatik üslubdan istifadə edən Rişelye xüsusilə İngiltərə ilə
münasibətlərdə kifayət qədər ehtiyatlı və ardıcıl idi. Onun diplomatik fəaliyyəti 30 illik müharibə dövründə
xüsusi əhəmiyyətə malik olmuşdu. Mövcud tədqiqatlarda 1618- 1648-ci illəri əhatə edən 30 illik müharibə 5
dövrə bölünür.
1.1618-1624-cü illər
2.1624-1628-ci illər
3.1628-1631-ci illər. (İtalyan dövrü)
4.1631-1635-ci ilər.
5.1648-ci ilə qədər.
Rişelyinin diplomatik ustalığı nəticəsində bütün Avropanın bir-birinə qarşı vuruşduğu dövrdə Fransa
hərbi əməliyyatların iştirakçısı olmamış, öz siyasətini hərbi sahədə İsveç vasitəsilə həyata keçirirmişdi. Yalnız
IV mərhələnin sonlarına doğru vəziyyət dəyişmiş, Fransa daha çox dividend götürmək üçün hadisələrə müdaxilə
etməyə başlasa da, hərbi əməliyyatlara yalnız 1640-cı ildən etibarən qoşulmuşdu. Rişelye bir strateq kimi,
Fransanın ətrafında yaranmış siyasi müvazinətin taleyinin parçalanmış alman knyazlıqları ilə bağlı olduğunu
görürdü və buna görə də həmin parçalanmanın saxlanmasında ondan istifadə etdi. Otuz illik müharibə
dövründən etibarən Rişelye Avropadakı siyasi vəziyyəti öyrənmiş və dəqiq müəyyən etmişdi.
Rişelyenin İsveç kralı Qustav Adolfla siyasi ittifaqı təsadüfi olmamışdı.Müharibənin hər ili üçün Fransa
İsveçə 1mln.livrə yaxın pul vermiş, üstəlik Hollandiyadakı silah emalatxanadan Fransa vasitəsilə alınmış
silahlar İsveçə daşınmışdı. Müharibənin Rişelye dövrü diplomatik kombinasiyaların mürəkkəbliyi ilə
xarakterizə olunurdu.Belə ki. Rişelyenin yeritdiyi siyasi xətt nəticəsində təkcə hərbi əməliyyatlardakı nəticələr
müəyyənləşmirdi.Habelə siyasi müvazinət üzərində bərqərar olacaq gələcək Avropa yaradılırdı.
Otuz illik müharibə hələ dini müharibə dövründə ərazi dəyişiklikləri ilə müəyyənləşən Avropanın siyasi
xəritəsini cızmışdı.Məlum olduğu kimi, Frank imperiyasının yerində yaranmış dövlətlərin ikisi - Almaniya və
İtaliya feodal parçalanmaları dövrünü yaşayırdı. Rişelyenin əsas məqsədi Prusiyanın Almaniyanı birləşdirmək
siyasətini dəfn etməkdən ibarət olmuş və buna da nail olmuşdu.
Müasir geosiyasətdə “Vestfaliya sistemi
Ⅶ anlayışından geniş istifadə olunur. Haushoferdən - Frans
Mandolfa qədər siyasi realizm nəzəriyyəçilərinə görə, Vestfaliya sistemi müasir dünya qaydasının beşiyi
başında durur. 1644-cü ilin iyulundan etibarən başlanmış danışıqlar - Vestfaliya müqaviləsi iki müqavilədən
ibarətdir. 1644-cü ildən 1648-ci ilə qədər davam etmiş danışıqlar nəticəsində Osna Bruyk və Vestminister
şəhərlərində III Ferdinandla onun rəqibləri arasında iki müqavilə imzalandı.
Müqavilənin şərtlərinə görə, Prussiya bir sıra ərazilərdən imtina edir, Fransa dini müharibələr dövründə
əldə etdiyi şəhərlərlə yanaşı Almaniyanın qərb ərazilərindəki yeni torpaqlara sahiblənir, Şərqi və Qərbi
Pomeraniyanın bir sıra ərazilərini ələ keçirir, bununla da Avropanın şimalında bütün su yollarına nəzarət etdirdi.
Fransa Strasburqla yanaşı, Mets, Tul, Verden qalalarını tutdu ki, bununlada Lotaringiyada həmişəlik
möhkəmləndi.
Vestfaliya sisteminin qurulması Vyana konqresi çağırılana qədər beynəlxalq münasibətlərdə başlıca
qayda hesab olunurdu. Vestfaliya sistemi 3 dəfə-Vyana konqresi dövründə, 1918-20-ci il Versal sistemi
dövründə və Yalta sisteminə uyğun dəyişmişdi.
72
XVII əsrin II yarısı fransız mütləqiyyətinin apardığı və ona uğur gəyirməyən 4 müharibə ilə
səciyyələnir. Bütövlükdə yüzillikdə Avropanın siyasi xəritəsində yeni burjua respublikalarının yaranmasını
şərtləndirən Hollandiya və İngiltərə burjua inqilabları baş vermiş və bunun nəticəsində Avropanın siyasi həyatı
dəyişmişdi.
Dostları ilə paylaş: |