A. N. Abbasbəyli, S. Z. Yusifzadə


VIII Mövzu  Ərəb xilafəti diplomatiyası



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə29/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

VIII Mövzu 
Ərəb xilafəti diplomatiyası 
 
Məlum olduğu kimi Sasanilər imperiyasının feodallaşma dövrünə  qədəm qoyması imperiyanın 
hüdudlarının genişləndirilməsi ilə paralel baş vermişdir. Bizim eranın V-VI əsrlərində imperiyanın sərhədləri 
şimalda Mərkəzi Asiyanın ortalarına, Qafqaz dağlarının ətəklərinə, qərbdə Aralıq dənizinin sahillərinə, cənubda 
Səudiyyə Ərəbistanının ərazisi də daxil olmaqla Asiyanın cənubuna, şərqdə Çinə qədər uzanırdı. Eramızın 570-
ci ilində Sasani qoşunları Həbəşləri Yəsrib və Məkkədən qovaraq buranı öz hakimiyyəti altına aldı. Həmin ildə 
də Məhəmməd peyğəmbər anadan olmuşdur. 
Sasanilər imperiyasının qüdrəti uzun sürmədi. Hələ qədimdən ticarət karvanlarının yönəldiyi bu yerlər 
Bizans imperiyasının da diqqətində idi. I Xosrovun Hicazda ağalığı uzun sürmədi. Eramızın 575-579-cu 
illərində hərbi əməliyyatlar nəticəsində Səudiyyə  Ərəbistanının ərazisi bölündü.  
Ərəblərdə  nəsli qəbilə quruluşu və bir sıra adətlər aradan qalxmaqda idi. Ərəb qəbilələrinin 
birləşdirilməsi müəyyən ideya hazırlıq mərhələsi keçməmişdi. Bu proses yalnız xarici hərbi təhlükənin 
mövcudluğu və təsiri şəraitində reallaşmışdı. Ərəb qəbilələri tərkibcə yekcins deyildi. 
Məlum olduğu kimi, ərəblər quldarlıq quruluşunu yaşamayıb və bu onların sonrakı ictimai inkişafına öz 
təsirini göstərmişdi.  Ərəb dövlətçiliyi öz başlanğıcını VII əsrin  əvvəllərindən götürür. Lakin bu dövlətçilik 
ictimai inkişafın hərbi demokratiya dövrünə uyğundur. Tədricən qəbilə  və tayfalararası münasibətlər erkən 
ittifaqların yaranmasını  şərtləndirmiş,  Ərəb xilafəti bu zəmində  təşəkkül tapmışdır.  Ərəb dövlətçiliyi 610-cu 
ildən etibarən islamı yeni din kimi təbliğ etməyə başlamış  Məhəmməd peyğəmbərin adı ilə bağlıdır.  Ərəb 
xilafəti 630-cu ildən tarix səhnəsinə  qədəm qoymuşdu. Məhəmməd peyğəmbər üç daxili və xarici qüvvəni 
neytrallaşdırmaq və ya kənarlaşdırmaq məcburiyyətində qalmışdı: 
 I qüvvə-Sasanilər imperiyası, 
 II qüvvə-Bizans imperiyası,  
III qüvvə-özünün içərisindən çıxdığı Qüreyşilər nəsli. 
İslamın təbliği gedişində müsəlman icması  və ya ümmənin böyük rolu olmuşdu. Peyğəmbərin  anası 
Mədinə qızı Əminə, atası Abdulla isə məkkəli idi. Məkkə və Yəsrib şəhərləri ticarət birinciliyi uğrunda rəqib 
idilər və  yəsriblilər islamın təbliğinə  Məkkənin nüfuzuna zərbə endirmək üçün vasitə kimi baxırdılar. Qəbilə 
qanunlarını yaxşı bilən Məhəmməd peyğəmbər bu faktorun təsiri ilə 622-ci ilin 20 sentyabrında Mədinəyə hicrət 
edir və Mədinə icmasının- ümmənin başçısı kimi qəbul olunur. 
Quranın surələrinin təhlili göstərir ki, onu iki və ya üç qrupa bölmək olar. Məkkə surələri loyallığı, 
Mədinə surələri dramatizmi və dinamizmi ilə  səciyyələnir.Tədqiqatçılar göstərirlər ki, peyğəmbərin həyatının 
Mədinə dövrü olmasaydı,  Ərəb xilafəti də yaranmazdı. Məhəmməd hələ 620-622-ci illərdə gizli şəkildə 
Mədinədə olan aus və  həzrəc qəbilələrinin başçıları ilə görüşmüş, Mədinədə islamın qəbulu  şərtləri 
müəyyənləşmişdi.  
Mədinəyə köçdükdən sonra Məhəmməd 624 –cü il Bədr, 627-ci il Mədinə döyüşlərində  məkkəliləri 
məğlub etmiş, sonra hakimiyyətini Məkkəyə qədər ərazilərə yaymağa müvəffəq olmuşdu.  Məlum olduğu kimi, 
Kəbə  qədim zamanlardan ziyarət yeri idi. Bütpərəstlik dövründə burada 360 büt saxlanılmışdı.  Ərəblərlə  hər 
günün öz allahı mövcud idi.  628-ci ildə peyğəmbər 1500 əsabəsi ilə birlikdə  zəvvar adı altında Məkkəyə 
yaxınlaşdı, lakin şəhər başçısı Əbu Sufyan onu güclü qoşunla qarşıladı. Yaranmış şəraitdə peyğəmbərin əmisi 
Abbas müharibənin başlanmasına imkan vermədi.  Aparılmış danışıqlar nəticəsində  şərtləri iki ildən sonra 
məlum olan Xudeybə müqaviləsi imzalandı.  
Məlum olduğu kimi, Məhəmmədin peyğəmbərliyi ilk vaxtlar nəinki məkkəlilər, hətta qohumları 
tərəfindən də  qəbul edilmirdi. Təsadüfi deyildi ki, Xudeybə müqaviləsində  də  Məhəmmədin peyğəmbərliyi 
tanınmırdı. Lakin bu müqavilə hüquqi baxımdan  mədinəlilərin üstünlüyünü göstərirdi. Çünki müqavilənin 
ruhuna görə, Məhəmməd tərəf-müqabil kimi tanınırdı.  
Müqavilənin şərtinə görə, Mədinə ilə Məkkə arasında hərbi əməliyyatlar dayandırılır və onillik barışıq 
elan olunurdu. Müsəlmanlara silahsız  şəkildə  Kəbəni ziyarət etməyə imkan verildi. Müqavilənin sonuncu 
bəndinə görə, Məhəmməd Məkkə karvanlarına hücum etməmək öhdəliyi götürürdü.  
Müqavilə hüquqi sənəd olduğu üçün Məhəmmədin tanınması Məkkə tərəfindən etiraf olunurdu. Əslində 
Məhəmməd bununla iki məqsədə nail olmuşdu: həm vaxt qazanmış və öz qüvvələrini möhkəmləndirmiş, həm 
də  İslam dininin dinc yolla yayılması imkanı  əldə etmişdi. Təsadüfi deyil ki, sonrakı iki il ərzində  Məkkəyə 
düşmən ərəb qəbilələri Məhəmmədlə müqavilə bağlayaraq İslam dinini qəbul etmişdilər.  
Məhəmməd peyğəmbər ciddi hazırlıqdan sonra 630-cu ilin yanvarında on minlik Mədinə ordusu ilə 
Məkkəni mühasirəyə aldı. Lakin əmisi  Abbasın vasitəsilə Əbu Sufyanla Məhəmməd arasında barışıq imzalanır. 
Məkkə Məhəmməd peyğəmbərə təslim olur. Müqavilənin şərtləri açağıdakılardan ibarət idi: 
- Müqavimət göstərməyən məkkəlilərin təhlükəsizliyinə təminat və aman verilir; 
- Ümmənin olmasına baxmayaraq, məkkəlilər hamılıqla islamı qəbul etməli idilər; 
- Kəbədəki bütün bütlər məhv olunmalı idi; 


 
44
- Məkkəyə verilən aministiya islamın 10 qəddar düşməninə tətbiq olunmurdu. 
    Müqavilə imzalandıqdan sonra Məhəmməd peyğəmbər Məkkəyə daxil olur, Kəbədəki bütlər məhv edilərək 
Əl-Həram məscidinə çevrilir. Məhəmməd peyğəmbərin apardığı siyasət nəticəsində 630-631-ci illərdə bütün 
Ərəbistan yarmadası islamı qəbul etdi və vahid dövlətdə birləşdi.  
Peyğəmbərdən sonrakı 4 qanuni xəlifənin və  Əməvilərin dövründə (632-750) Afrikanın  şimalından 
Avropanın cənubuna qədər nəhəng  ərazilər işğal edildi. 630-651-ci illər arasında aparılan hərbi  əməliyyatlar 
nəticəsində Sasanilər dövləti süqut etdi və və onun ərazisi vahid  Ərəb dövlətinin tərkibinə qatıldı. Sasanilərin 
paytaxtı Ktesifon şəhəri tutuldu. Ərəblər 900 mln dirhəm hərbi gəlir əldə etdilər.  
İslam dininin yayılmasında  istifadə olunan  amillər iki qrupa bölünür: güc və inandırma. Dahi 
N.Gəncəvi «Xosrov və Şirin» əsərinin əvvəlində Ktesifon (Mədain) şəhərinin tutulması, Ə.Xaqani isə «Mədain 
xərabələri» əsərlərində sasanilər imperiyasının süqutu ilə bağlı məsələləri bədii şəkildə işıqlandırmışlar. 
Ərəb orduları Tariqin başçılığı altında 696-cı ildə Karfagen şəhərini, sonra isə Cəbbəllütariq boğazından 
keçərək İspaniyanın cənubunu tutdular və 711-ci il üçün Priney yarmadası işğal olundu. 755-ci ildə isə burada 
Kordova xilafəti təşəkkül tapdı. Qanuni xəlifələrin və  Əməvilərin dövründə  ərəblər Sasanilərin idarə 
sistemindən istifadə etsələr də, güclü idarəçilik  aparatı sonralar, xüsusilə Harun Ər-Rəşidin dövründə yarandı. 
Məlum olduğu kimi, Ərəb xilafətinin ərazisi əvvəlcə 5, sonra isə 14 Ktesifon (Sasanilərin dövründəki 
mərzbanlıqların  əvəzinə)  bölünmüşdü.  Əmirlər xəlifəyə tabe idilər, lakin müstəqil daxili siyasət yeritmək 
hüququna malik olmuşdular. Ucqar əmirliklərin hamısı Böyük Karlın makqraflıqlarında olduğu kimi, Xilafətin 
ucqar sərhəddi funksiyasını daşıyır, xarici qonaqlar buradan qəbul olunur, gedənlər buradan yola salınırdı. 
Tədricən poçt-yam xidməti yaradılırdı. Sonralar Abbasilərin dövründə bu xidmət  kəşfiyyat, polis və rabitə 
funksiyalarını özündə birləşdirirdi. Xilafətdə poçt xidmətini həyata keçirmək üçün təlim görmüş göyərçinlərdən 
istifadə olunurdu. 
Abbasilərin dövründə daxili və xarici siyasət məsələlərinin həyata keçirilməsi üçün divanxana yaradıldı 
və baş  vəzir postu təsis olundu.Əslində baş  vəzir xəlifə divanxanasına başçılıq edirdi. Lakin onun  maarif və 
məhkəmə  səlahiyyətləri yox idi. Baş  vəzir həm də xarici siyasət  məsələləri sahəsində  həm də  hökumdarın 
məsləhətçisi hesab  olunurdu. Bağdad xəlifələri qonşu ölkələrdə  vəziyyətin necəliyi  və islamın  yayılması 
məsələlərinə xüsusi diqqət verir, İslamın dinc yollarla yayılması üçün bütün vasitələrdən istifadə edirdilər.  Bu 
məqsədlə  göndərilən elçilər xəlifənin hədiyyələri ilə birlikdə, göndərildikləri dövlətin sarayında  olur və  
islamın qəbulu  şərtlərini həmin ölkəyə çatdırırdılar. 
 Təsadüfi deyil ki, oğuz türkləri  məhz  bu yolla  islamı  qəbul etmişdilər. Türk  tayfalarından  olan  
xəzərlər  hərbi əməliyyatların gedişində  məğlub oldular, lakin VIII əsrin sonlarından etibarən böyük bir hissəsi  
İslamı qəbul etdilər. Lakin xəzərlərlə qonşu olan  türk  tayfaları  İslama  könüllü olaraq  tapınmışdılar. İslamın 
yayıldığı  ərazilər  qədim  sivilizasiyanın vətəni olduğuna görə, çox tezliklə yüksək mədəni inkişaf səviyyəsinə 
yüksəlmişdilər. Buna görə IX-XII əsrlər İslamın intibah mədəniyyəti dövrü adlanır. 
Türk-islam  amili  şərqin  səlib yürüşündən qorunmasında mühüm  rol oynamışdı. 1071-ci  Malazgird  
döyüşü və 1099-1100-cü illər  Əyyubilərlə baş verən döyüşlərdə  səlibçilər ağır məğlubiyyətə    uğrayaraq   
şərqdən   çəkilmək   məcburiyyətində qaldılar. Abbasilər  xilafətinin  dövlətçilik  ənənələri  Hülakülər  
dövlətinin  idarə sisteminin  formalaşmasında mühüm rol oynamışdı.  

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin