A. B. Dolxanov



Yüklə 1.85 Mb.
Pdf просмотр
səhifə1/7
tarix27.06.2017
ölçüsü1.85 Mb.
  1   2   3   4   5   6   7

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 



A.B. DOLXANOV 



 

Bakı Dövlət Universiteti 

 

ABŞERON YARIMADASININ TORPAQ VƏ IQLIM ŞƏRAITINƏ UYĞUN 

NEFTLƏ ÇIRKLƏNMIŞ ƏRAZILƏRDƏ FITOKULTIVASIYA 

TƏDBIRLƏRININ BIOEKOLOJI ƏSASLARI 

 

Azərbaycanın görkəmli xalq şairi

 təbiət vurğunu Məmməd Arazın 

80 illik yubileyinə ithaf edirəm 

 

 

 

 

Məmməd Araz BDU-nun ekoloq tələbələri ilə  



 

 

Ölkə  əhalisinin  təqribən  40%-i  və  sənaye  potensialının  70%-i  Abşeron 



yarımadasında  cəmləşdiyindən  Respublikada  həlli  vacib  olan  ekoloji  problemlərin 

əksər hissəsi bu ərazidə mövcuddur.  

 

Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə 



bağlıdır. Ümumi  sahəsi  222  min  hektar  olan  Abşeron  yarımadasının  yararsız 

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

torpaqlarının ümumi sahəsi – 33,3 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların 



sahəsi - 10 min ha qədər təşkil edir. 

 

Ekoloji problemləri yaradan əsas səbəblər uzun illər ərzində neft-qaz hasilatı və 



qazma  işləri  zamanı  torpaqların  neft  və  lay  suları  ilə  çirkləndirilməsi,  lay  sularının 

idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin əmələ 

gəlməsi,  neft  emalı  zamanı  əmələ  gələn  tullantların  ərazilərdə  toplanmasından 

ibarətdir. 

 

Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı 



şəhəri  ərazisində   2008-ci  il  ərzində  təqribən  536  mln  m

3

   həcmində  tullantı  suları 



formalaşmışdır ki, bundan da 144,5 mln m

3

  tullantı suları təmizlənmədən dənizə və 



daxili  su  hövzələrinə  axıdılıb.  Tullantı  suları  ilə  birlikdə  su  hövzələrinə  neft 

məhsulları,  asılı  maddələr,  sulfat  birləşmələri,  xlorid  duzları,  səthi  aktiv  maddələr, 

fenol və müxtəlif ağır metallar  atılır.  

 

 



          Bibiheybət neft mədənlərində neftlə çirklənmiş ərazidə fitokultivasiyadan  görünüş. 

 

 



Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də 

bərk  tullantıların  idarə  olunması  ilə  bağlıdır.  Yarımadada  olan  5  məişət  tullantıları 

poliqonunun  ümumi  sahəsi  232,5  ha-dırQeyri-qanuni  zibilliklərin  sahəsi  isə  448,6 

ha-dır ki, bunların da sayı 128-dir. 

 

Rəsmi  fəaliyyət  göstərən  poliqonlar ekoloji  norma  və  standartlara  cavab 



vermir.  Belə  ki,  poliqonların  əraziləri  hasara  alınmamış  və  nəzarət  təşkil 

olunmamışdır,  tullantılar  boşaldılandan  sonra  torpaq  qatı  ilə  örtülərək  basdırılmır. 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

Çeşidlənmə  aparılmadığından  təhlükəli  və  bir  sıra  sənaye  tullantıları  məişət 



tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.  

 

Civə  üsulu  ilə  kaustik  soda  və  xlor  istehsalı  zamanı  əmələ  gələn  təhlükəli 



tullantılar Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji 

problemlər  yaradan  amillərdən  biri  idi.  Lakin  son  zamanlar  görülmüş  tədbirlər 

nəticəsində bu problemin həllinə nail olunmuşdur.     

 

Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji problemlərdən biridir. 



Son  illər  əsasən  köhnə  avtomobillərin  hesabına  nəqliyyat  vasitələrinin  sayının 

artması,  poliqonlarda  tullantıların  yandırılması  səbəbindən  atmosfer  havasına  atılan 

zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf mühit 

və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.  

 

Abşeron  yarımadasında  ümumi  sahəsi  3325  ha  qədər  olan  200-dən  artıq  göl 



mövcuddur. Bu  göllərə il ərzində 41,5 mln. m

3

 çirkab sular axıdılır. Bu göllərin ətraf 



mühitə  təsiri  torpaqların  deqradasiyaya  uğraması  və  şoranlaşmasından,  səviyyənin 

qalxması  nəticəsində  əlavə  torpaq  sahələrinin  su  altında  qalmasından,  buxarlanma 

nəticəsində 

karbohidrogenlər 

və 

digər 


zərərli 

maddələrin 

atmosferə 

atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya 

xətlərinə xələl yetirilməsindən ibarətdir. Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən 

və Çuxurdərə gölləri daha çox çirklənməyə məruz qalmışdır.  

 

Abşeron  yarımadasının  digər  gərgin  ekoloji  sahəsi Bakı  buxtasıdır.  Ümumi 



sahəsi  50  km

2

,  sahil  xəttininin  uzunluğu  20  km  olan  buxtanın  çirklənməsi  öz 



növbəsində dənizin çirklənməsi, biomüxtəlifliyinin azalması və antisanitar vəziyyətin 

yaranması ilə nəticələnir. 

 

Suraxanı  rayonundakı  Bakı  Yod  Zavodunun  ərazisində  yığılaraq  qalaqlanmış 



tullantılar  daş  hasar  vasitəsilə  ətraf  mühitdən  təcrid  olunmuş  və   onların 

zərərsizləşdirilməsi  istiqamətində  müvafiq  qurumlar  tərəfindən  tədbirlər  həyata 

keçirilir. Abşeronun digər əraziləri isə ekoloji cəhətdən qənaətbəxş hesab edilir. 

 

Bakı  və  Abşeron  yarımadasında  ekoloji  vəziyyətin  yaxşılaşdırılması 

sahəsində  görülmüş  işlər:  Regiondakı  mövcud  ekoloji  problemlərin  planlı  surətdə 


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

həll  edilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  28 



sentyabr  tarixində  “Azərbaycan  Respublikasında  ekoloji  vəziyyətin  yaxşılaş-

dırılmasına  dair  2006-2010-cu  illər  üçün  Kompleks  Tədbirlər  Planı”  təsdiq 

olunmuşdur. 

Bakı 


və 

Abşeron 


yarımadasının 

ekoloji 


durumunun 

sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyyəti vardır.  

 

Neftlə çirklənmiş ərazi təmizləndikdən sonra həmişəyaşıl sərv ağaclarının əkin sahəsi. 



 

 

Kompleks  Tədbirlər  Planında  ətraf  mühitin  mövcud  vəziyyətinin  bərpasına 



yönəldilmiş  bütün  əsas  fəaliyyət  istiqamətləri  öz  əksini  tapmışdır.  Belə  ki,  Bakı 

Buxtasının,  Bibi-Heybət  zonasının,  H.Əliyev  adına  Beynəlxalq  Hava  Limanının 

ətrafının,  Abşeron  yarımadasının  göllərinin,  neftlə  çirklənmiş  torpaqların,  lay  suları 

altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji 

vəziyyətinin  yaxşılaşdırılması,  bərk  məişət  tullantılarının  idarə  olunması  sxeminə 

uyğun  Bakı  və  Sumqayıt  şəhərlərində  formalaşan  tullantıların  idarə  olunmasının 

təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunmuşdur.  

 

Bakı  şəhərinin  və  Abşeron  yarımadasındakı  yaşayış  massivlərinin 



kanalizasiyalaşdırılması,  mövcüd  təmizləyici  qurğuların  yenidən  qurulması  və  yeni 

təmizləyici qurğuların  tikilməsi istiqamətində müvafiq təşkilatlar tərəfindən tədbirlər 

görülür. 2009-cu ilin sonunda Hövsan aerasiya stansiyasının  rekonstrusiyasının başa 

çatdırılması  və  buxtaya  axıdılan  kanalizasiya  sularının  qarşısı  alınaraq  aerasiya 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

stansiyasına  yönəldilməsi  Bakı  buxtasının  tədricən  təmizlənməsinə  müsbət   təsir 



edəcəkdir. 

 

Xəzərin    ekoloji    vəziyyətinin    yaxşılaşdırılması    məqsədilə     Azərbaycan 



Respublikası  Prezidentinin  “Xəzər  dənizinin  çirklənmədən  qorunması  üzrə  bəzi 

tədbirlər  haqqında”  Sərəncamlarından irəli gələn  məsələlərin həlli  istiqamətində 

beynəlxalq  standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular  

quraşdırılmışdır.  Həmin  qurğular  İtaliya,  ABŞ,  Almaniya,  Tayvan,  Türkiyə,  Fransa 

istehsalı 

olan 


avadanlıqlardan 

ibarətdir 

və 

Türkiyədə 



modulda 

komplektləşdirilmişdir. 

  

Bu istiqamətdə 2009-cu ildə gündə 2325 m



3

 çirkab su təmizləmə gücünə malik 

7  stansiya,  ümumilikdə  isə  2008-2009-cu  illər ərzində  gündə  6140  m

3

 çirkab 

sutəmizləmə gücünə malik 16 stansiya istismara verilmişdir. Bunun sayəsində çirkab 

sular  ətraf  mühit  və  insan  sağlamlığına  mənfi  təsir  göstərən  inqrediyentlərdən  (o 

cümlədən  bəzi  hallarda  hər  litrdə  2,3  milyon  ədəd  olan  bağırsaq  çöpü 

bakteriyalarından  və  normanı  100  dəfə  üstələyən  üzvi  çirkləndiricilərdən) 

təmizlənərək  250-300  metrədək  dənizin  dərinliyinə  axıdılır.  Nəticədə  aparılan 

monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı 

düşdüyünü göstərir.  

    


Modul tipli çirkab su təmizləyici qurğulardan ibarət olaraq yaradılmış “Xəzər 

dənizinin  ekoloji  mühitinin  mühafizəsi  sistemi”nin  fəaliyyəti  nəticəsində  Abşeron 

yarımadasının  şimal  hissəsini  əhatə  edən  Bilgəh,  Buzovna,  Mərdəkan,  Pirşağı, 

Nardaran,  Novxanı  və  Sumqayıt  sahilboyu  86  km-lik  ərazilərində  bataqlaşmış 

sahələrin  və  çirkab  gölməçələrin  80%-i  qurudularaq  ekoloji  tarazlıq  bərpa 

olunmuşdur. 

  

Azərbaycan   Respublikası   Xəzəryanı   dövlətlər   arasında   yeganə   ölkədir  ki, 



dənizin   və   onun   akvatoriyasının    çirklənmədən    təmizlənməsi    üzrə   

kompleks tədbirləri   həyata  keçirir.  Bu  tədbirlərin  növbəti  illərdə  də  davam 

etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron 


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

yarımadasının  Xəzər  dənizini  çirkləndirən  mənbələr  sırasından  çıxarılmasına  nail 



olunacaqdır. 

  

Sumqayıt  şəhərinin  ətraf  mühitinin  ciddi  çirklənməsinə  səbəb  olan  56422  



kubmetr  civə  tərkibli  toksiki  tullantılar  2007-2009-cu  illərdə,  o  cümlədən  2009-cu 

ildə   23,5  min  m

3

-i  görülmüş  tədbirlər  nəticəsində  Təhlükəli  Tullantılar  Poliqonuna 



daşınaraq  zərərsizləşdirilmiş  və  bu  proses  hesabat  ilinin  ortalarında  tamamilə  başa 

çatdırılmışdır.  

  

Abşeron  yarımadasının  ekoloji  durumunun  sağlamlaşdırılması  məqsədilə  



çirklənmiş  və  sıradan  çıxmış  torpaqların  bərpası  ilə  əlaqədar  ETSN  tərəfindən 

“Abşeron  yarımadasının  ekoloji  vəziyyəti  və  onun  yaxşılaşdırılması  üçün  zəruri 

Tədbirlər  Proqramı”  və  “Bibiheybət  zonasının  ekoloji  vəziyyəti  və  onun 

yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı” hazırlanmışdır və nəzərdə tutulmuş 

tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür.  

  

Azərbaycan  Dövlət  Neft  Şirkəti  tərəfindən  neftlə  çirklənmiş  torpaqların 



təmizlənməsi istiqamətində pilot layihələr həyata keçirilir. Köhnə neft mədəni olan və 

neft  tullantıları  ilə  çirklənmiş  Bibiheybət  ərazisində  aparılmış  rekultivasiya  işləri 

nəticəsində  torpaqlar  təmizlənmiş  və  ərazinin  yaşıllaşdırılması  tədbirləri  həyata 

keçirilmişdir. 

  

Heydər  Əliyev  adına  Beynəlxalq  Hava  Limanı  ətrafının  ekoloji  vəziyyətinin 



yaxşılaşdırılması məqsədi ilə Texniki İqtisadi Əsaslandırma hazırlanmış, Sədərək və 

Binə ticarət mərkəzləri köçürüldükdən sonra həmin ərazilərin yaşıllaşdırılması, təbii 

landşaftın bərpası və istirahət parkının salınması istiqamətində işlərə başlanmışdır.  

  

Belə  ki,  keçmiş  Binə  Ticarət  Mərkəzinin  ərazisində  2009-cu  ilin  24  dekabr 



tarixində  ETSN-in 600-ə yaxın əməkdaşının iştirakı ilə keçirilmiş iməcilik zamanı 5 

hektar sahədə  5000 ədəd ağac əkilmişdir. Fərəhli haldır ki, bu tədbirdə Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İ.Əliyev  xanımı  ilə  birgə  iştirak  etmişlər.  Bu 

iməciliyn  əks–sədası  olaraq  Respublikamızın  digər  şəhər  və  qəsəbələrində  də  hər 

şənbə-bazar günləri ağac əkini tədbirlərləri keçirilir.   


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

 



“Magistral  avtomobil  yollarının  mühafizə  zolaqlarının  yaşıllaşdırılması 

haqqında”  və  “Bakı  şəhərinin  yaşıllaşdırılması  sahəsində  əlavə  tədbirlər  haqqında” 

Sərəncamların  icrası  ilə  əlaqədar  olaraq  yolların  estetik  görünüşünün 

yaxşılaşdırılması  və  mühafizə  zolaqlarının  eroziyadan  mühafizəsi  məqsədilə  Ələt-

Hacıqabul  istiqamətində  magistral  yolu  ətrafında  əvvəlki  illərdə  əkilmiş  172  min 

ədəd  ağac-kollara  hesabat ilində  göstərilən  daimi  qulluq nəticədə 90  faiz bitişə nail 

olunmuşdur.  

  

Oxşar nəticələr Bakının Heydər Əliyev Hava Limanı ilə birləşdirən yollarda da 



əldə  edilmişdir.  Zığ-Heydər  Əliyev  Hava  Limanı  yolu  boyu  196  hektar  ərazidə 

mürəkkəb meşəbitmə şəraitində, neft məhsulları, yod, bromla çirklənmiş torpaqlarda 

salınmış  əkinlərə  lazımi  xidmətin  təmin  edilməsi  hesabına  80  faiz  bitişə  nail 

olunmuşdur.  

  

Eyni  zamanda  2009-cu  ilin  ötən  dövrü  ərzində  Əzizbəyov  dairəsi  -  Heydər 



Əliyev Hava Limanı yolu boyu 60 min ədədə qədər müxtəlif növ ağaclar əkilmiş, 50 

min m


2

 sahədə qazon döşənmiş və qazon toxumu səpini aparılmışdır.  

 

Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın 



əkilməsi  barədə  təşəbbüsü  ilə  əlaqədar  genişmiqyaslı  işlər  aparılmaqdadır.  Bununla 

bağlı  Abşeron  yarımadasının  müxtəlif  ərazilərində  yaşıllaşdırma  məqsədilə  yerlər 

müəyyənləşdirilmiş, Bayıl yamacı- 20-ci sahə arası, Zığ gölü - Heydər Əliyev Limanı 

arası  ərazilərin,  Zığ  gölü  və  ətrafının,  həmçinin  Səngəçal  ətrafının  yaşıllaşdırılması 

layihələri hazırlanmışdır. 

  

Bunlarla yanaşı, qeyd olunmalıdır ki, 2003-cü ildə Azərbaycan Respublikasının 



Prezidenti  tərəfindən  “Ekoloji  cəhətdən  dayanıqlı  sosial-iqtisadi  inkişafa  dair»  və 

«Meşələrin  bərpa  edilməsi  və  artırılmasına  dair”  2  milli  proqram,  2003-2004-cü 

illərdə  “Yay-qış  otlaqlarının,  biçənəklərin  səmərəli  istifadə  olunması  və 

səhralaşmanın  qarşısının  alınmasına  dair”  və  “Azərbaycan  Respublikasında 

Hidrometeorologiyanın  inkişafı”na  dair   Dövlət  Proqramları   həyata  keçirilir.  

Bir çox dövlət qurumlarının cəlb olunduğu yuxarıda qeyd olunmuş Dövlət və Milli 

proqramlarda,  kompleks  tədbirlər  planında  nəzərdə  tutulmuş  tədbirlər  həyata 


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

10 


keçirildikcə,  yaxın  gələcəkdə  Bakı  və  Abşeron  yarımadasında  ekoloji  durumun 

yaxşılaşdırlmasına nail olunacaqdır. 

 

Abşero


n  yarımadasının  iqlimi,  əsasən,  mülayim  isti  və  quru  subtropikdir.  İl 

ərzindəki  günəş  parıltısının  miqdarı  2200-2400  saatdır.  Ən  soyuq  ayın  orta 

temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0; -5

0

C), çox yumşaq (2.5-



0

0

C) və həddən çox yumşaq (5-2.5



0

C) şəraitdə kecir. Ölkəmizin ən az yağıntılı (200-

400  mm)  və  ən  küləkli  ərazilərindəndir.  İsti  dövrlərdəki  (aprel-oktyabr)  mümkün 

buxarlanma 1000 mm tərtibindədir. İyun-sentyabr aylarında quraqlıq keçən günlərin 

sayı  5-25  gün  ətrafında  tərəddüd  edir.  Küləyin  orta  illik  sürəti  4-6  m/san  və  daha 

yüksək olur. 

 

Göründüyü  kimi,  ərazi  yüksək  külək  enerjisi  potensialına  malikdir.  Güclü 



küləkli  günlərin  sayına  görə  Respublika  üzrə  birincilik  bu  ərazilərdədir.  İl  ərzində 

sürəti 21 m/san-ə qədər olan küləkli günlərin sayı Şubanıda 227 gün, Butada 140 gün, 

Sumqayıtda  95  gün,  Maştağada  40  gün,  Pirallahı  adasında  37  gün,  Bakıda  35  gün 

təşkil edir. Bu baxımdan yüksək alternativ enerji külək elektrik enerjisi potensialına 

malikdir.  İqlim  kontinentallığı  mülayim  və  orta  kontinentallıq  intervalında 

səciyyələnir.  İl  ərzində  şaxtasız  dövrün  davamiyyəti  250  gün  və  daha  çox,  havanın 

temperaturunun 0ºC-dən aşağı olan günlərin sayı isə Abşeronda 10-20 gün təşkil edir. 

İl  ərzində  qar  örtüyü  olan  günlərin  sayı  10  və  daha  az  olur.  ərazinin  bioiqlim 

potensialı çox aşağı və aşağı göstəricilərə malikdir. 

 

 



Ərazi  rəngarəng  landşaft  müxtəlifliyinə  malikdir.  Belə  ki,  ərazidə  səhra, 

yarımsəhra,  bozqır  və  dağ-çəmən  landşaftları  vardır.  Yüksək  kurort-rekreasiya 

potensialına  (dənizkənarı  iqlim  kurortları,  balneoloji  kurortlar,  dənizkənarı  iqlim 

müalicə və rekreasiya yerləri) malikdir.  

 

Ərazinin iqlim şəraiti (yağıntının illik miqdarının aşağı olması, qeyri münbit və 



şoran  torpaq,  güclü  küləklər)  yarımadada  meşə  örtüyünün  yaranması  üçün  əlverişli 

deyildir. 

        Abşeronun  əsas  torpaq  öıtüyü  cavan  olub  dəniz  altından  çıxmışdır.  Çox  yerdə 

plitə  qatı  (daş)  səthə  çıxır  və  ya  torpaq  içərisində  yerləşir.  Münbit  torpaq  örtüyü 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

11 


əsasən  yuxadır,  humus  və  qida  elementləri  ilə  zəif  təmin  olunmuşdur.  Mexaniki 

tərkibcə  əsasən  yüngüldür  (qumlu,  qumsal  və  gillicəli),  torpağın  mühiti  pH-normal, 

zəif  və  orta  qələvilidir.  Təbii  bitki  örtüyü  yovşan,  dəvə  tikanı  və  efemer  ot 

bitkilərindən  ibarətdir.  Şoranlıqlarda  və  dəniz  kənarlarında  duza  davamlı  bitkilər 

yayılmışdır.  

 

Abşeron  yarımadasında  torpaqların  neft  və  onun  tullantıları  ilə  çirklənməsi 



əsasən  1870-ci  illərdən  başlayır.  İlk  vaxtlar  əl  ilə  5-10  metr  dərinliyində  alçaq 

yüksəkliklərini  bel və yamac hissələrində (Balaxam, Kirmaki, Binəqədi, Fatmayı və 

Sulutəpədə) qazılan quyulardan neft çıxarılmış və torpaqlar dərinliyə görə zəif 10-15 

sm  çirklənmişdir.  Hal-hazırda  uçub  dağılmayan  quyularda  neft  və  neft  tullantıları 

vardır.  Quyu  ətrafında  qazılıb  tökülmüş  torpaqlarda  və  çirklənmələrdə  təbii 

rekultivasiya prosesi getmişdir. 

 

Mexaniki  üsulla  neft  buruqlarının  qazma  yerlərinə  də  torpağa  neft  və  onun 



tullantıları ilə çirklənmələr qalın və geniş olmuş, lay suları ilə təkrar şorlaşmalar  baş 

vermiş, bəzi yerlərdə ağır metallarla çirklənmələr olmuşdur. Neftlə çirklənmələr neft 

buruqlarının  ətraflarında,  süni  yaradılmış  torpaq-qrunt  anbarlarında  və  qəza 

nəticələrində  axaraq  mikro  çökəkliklərdə  toplanması,  xüsusən  də  bu  prosesin  neftin 

qazılması,  nəqli  və  istismarı  ilə  əlaqədar  torpaqların  çirklənməsi  ləkə  halında  baş 

vermişdir (0,3 ha-dan 2-3 ha-ya qədər). Abşeronun neft və neft məhsulları ilə ən çox 

çirklənmiş  torpaq   sahələri  Qaradağ,  Binəqədi,  Sabunçu,  Suraxanı,  Əzizbəyov  və 

Səbail rayonlarının ərazilərindədir. 

 

Neft və neft tullantıları ilə çirklənmiş torpaqlar bərpa olunmağa başlarkən onun 



hansı  məqsədlər  üçün  istifadə  olunacağı  (əkinə,  yaşıllaşdırmaya,  örüşə,  istirahət 

zonası yaratmağa rekrasiya, balıqçılıq və heyvandarlıq təsərrüfatlan yaratmağa, şəhər 

salmağa və s.) mütəxəssislər tərəfındən relyefə uyğun yoxlanılır, öyrənilir, bəyənilir 

və təsdiq edilir. 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

12 


 

Bibiheybət neft ərazisində təmizlənmə işlərindən sonra salınan yaşıllıq. 

 

Rekultivasiya  əsasən  mühəndis  texniki,  aqrotexniki  aqronomik,  meliorativ, 



heliotermik,  termik,  aqromeliorativ,  bioloji,  mikrobioloji  və  kimyəvi  üsullarla 

aparılır.  

 

Qeyd  olunan  üsulların  ayrılıqda  və  kompleks  həyata  keçirilməsi  Abşeronda 



mümkündür, xüsusən texnikanm işləməsi üçün hər hansı maneə olmadığına görə hər 

cür tədbirlərin aparılmasına şərait vardır. 

 

Abşeronun  torpaq-iqlim  şəraitini  nəzərə  alaraq  hər  texnogen  pozulmuş  və 



neftlə  çirklənmiş  torpaqların  bərpasma  fərdi  (xüsusi)  yanaşmaq  tələb  olunur. 

Yarımadada neftlə çirklənmiş ərazilərdə fitokultivasiya işlərinin aparılması öz müsbət 

nəticələrini göstərmişdir. 

 

Neft  və  neft  tullantıları  ilə  çirklənmiş  torpaqların  bərpası  iki  mərhələdə 



aparılmalıdır: 

 

Texniki  rekultivasiyada  neft  istismarı  qurtardıqdan  sonra  ərazidən  buruqlar, 

onun  beton  əsasları,  buruqarası  zibil  töküntüləri,  tikililər  və  bütün  kommunikasiya 

sistemləri  tam  yığışdırılmalıdır.  Çirklənmə  maili  yamaclarda  olmuşsa,  sahəni 

hamarlamalı, örüş altında, meşəsalmada və tikintidə istifadə etmək olar. 

 

0-50 sm-dən dərin maye və bərk halda çirklənmiş sahələrdə təkrar şorlaşmalara 



da  təsadüf  edilir,  səthində  bəzi  yerdə  su  toplanmış  olur  neftli,  gilli,  qumlu,  maye 

halda su qarışıq çirklənmələri mexaniki yolla yığışdırmaq,  ərazidən çıxarmaq və ya 



Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

13 


hərəkət  edən  qurğu  ilə  yerindəcə  termik  və  kimyəvi  üsulla  təmizləmək  lazımdır. 

Təmizlənmiş torpaq-qrunt qalığını öz yerinə qaytarmalı. Sahəyə kənardan gətirilən və 

çirklənmənin  ətrafında  olan, təmiz  torpaq  -  qrunt,  duzlu, şorakətli,  radiasiya  və  ağır 

metallarla  çirklənmiş  olmamalıdır.  Texniki  rekultivasiyadan  sonra  bərpa  olunan 

sahələri suvarmaq məqsədi üçün irriqasiya sistemi yaradılmalıdır. 

         Bioloji  rekultivasiya.  Abşeron  yarımadasında  yayılmış  boz-qonur  torpaqlar 

yüngül qranulometrik tərkibi, çox yerdə nazik torpaq qatı və qida elementləri ilə zəif 

təmin  olunduğuna  görə  rekultivasiya  olunmuş  torpaqlarda  bioloji  rekultivasiyaya 

başlamazdan  əvvəl  zonal  aqronomik  qaydalara  uyğun  üzvi,  mineral  və  yerli 

gübrələrdən istifadə olunmalıdır. 

 

Rekultivasiya  olunan  torpaqlar  texniki  rekultivasiyadan  sonra  əkin  altında 



istifadə  edilərsə,  ilk  növbədə  həmin  sahə  qarışıq  otlar  altında  istifadə  olunmalıdır. 

Dənli bitkilərdən arpa, vələmir və qarğıdalı səpilir. Sonra yonca altında istifadə edilir. 

Bütün  bitkilərin  aqrotexnikası  Abşerona  xas  olan  aqronomik  qaydalara  uyğun 

aparılır. 

 

Rekultivasiya  olunan  torpaqlar  meşə  və  park  salmağa  ayrılarsa,  onda  planlı 



surətdə  suvarma  tətbiq  etməklə  yaşıllaşdırma  aparılır.  Abşeronda  təkrar  şorlaşmış 

torpaqları meliorasiya etmək üçün vertikal drenaj sistemindən istifadə etməklə yuma 

aparmaq 

məqsədyönlüdür. 

Rekultivasiya 

prosesindən 

sonra 

torpaqlar 



mənimsənilərkən  torpaqda  gedən  fıziki-kimyəvi  və  bioloji  proseslərin  monitorinqi 

məqsədilə torpaq tədqiqatlarının dövri davam etdirilməsi məsləhətdir.  

 


Каталог: external -> ckfinder -> userfiles -> files -> etuser -> files
files -> Azərbaycan Memarlıq və İnşaat Universiteti «Ictimai fənlər» kafedrası «Azərbaycan tarixi» fənni üzrə imtahan testləri
files -> 644a Peşə etikası
files -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti
files -> Г. И. Али-заде, А. Р. Джалилова, Х. Х. Магеррамова, И. И. Алиев
files -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti elmi ƏSƏRLƏR
files -> N. R. Namazov
files -> Еколоэиа вя ятраф мцщитин мцщафизяси
files -> Ekologġya və Ətraf müHĠTĠn mühafġZƏSĠ uot: 631. 616. 013. 004
files -> Memarlıq Elmi əsərlər
files -> Uot 631. 445. 4 Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə