Ödəmə qabiliyyəti prinsipi vergilərin insanlar üzərinə bu yükü daşımaq qabiliyyətlərinə uyğun qoyulmasını nəzərdə tutan fikirdir.
Ödəmə qabiliyyəti prinsipi ədalətliliklə bağlı iki əlavə anlayışı meydana gətirir.
Şaquli ədalətlilik
Üfüqi ədalətlilik
Ödəmə Qabiliyyəti Prinsipi
Şaquli ədalətlilik daha çox vergi ödəmək qabiliyyətinə malik vergi ödəyicilərinin daha böyük məbləğ ödəməli olduqlarını nəzərdə tutan fikirdir.
Məsələn, yüksək gəlirli vergi ödəyiciləri az gəlirli vergi ödəyicilərindən daha çox ödəyir.
Ödəmə Qabiliyyəti Prinsipi
Şaquli Ədalətlilik və Alternativ Vergi Sistemləri
Proporsional vergi yüksək gəlirli və aşağı gəlirli vergi ödəyicilərinin gəlirlərin eyni hissəsini ödəməli olduqları vergidir.
Reqressiv vergi yüksək gəlirli vergi ödəyicilərinin aşağı gəlirli vergi ödəyicilərinə nisbətən gəlirlərinin daha az hissəsini ödəməli olduqları vergidir.
Proqressiv vergi yüksək gəlirli vergi ödəyicilərinin aşağı gəlirli vergi ödəyicilərinə nisbətən gəlirlərinin daha böyük hissəsini ödəməli olduqları vergidir.