9 sentyabr 2016-cı il, cümə 9



Yüklə 378.28 Kb.
Pdf просмотр
tarix19.07.2017
ölçüsü378.28 Kb.

9 sentyabr 2016-cı il, cümə

9

 

ˆ

 Azərbaycanın elmi- tibbi və mədəni ictimaiyyəti ölkə 



səhiyyəsinin və təhsilinin görkəmli nümayəndəsi, AMEA- nın 

həqiqi üzvü, vətənpərvər ziyalı Ədilə Əvəz qızı Namazovanın 

anadan olmasının 90 illiyini təntənə və qədirbilənliklə qeyd edir. 

Bu günlərdə yubilyarın "Azərbaycan Respublikası Prezidentinin 

fəxri diplomu" ilə təltif edilməsi bu nüfuzlu alimin, təbibin və pe-

daqoqun 60 ildən artıq bir dövr ərzindəki çoxşaxəli və məhsuldar 

fəaliyyətinə, səmərəli xidmətlərinə verilən növbəti  ali qiymət 

olmuşdur. 

Ədilə Namazova 1926-cı ilin sent-

yabr ayında gözəl Qarabağın dilbər guşəsi 

olan Ağdam rayonunun Seyidli kəndində 

həyata göz açmışdır. Gələcəyin tanın-

mış ziyalısı  hələ uşaq yaşlarından ağıllı, 

zirək və fərasətli olması ilə yaşıdların-

dan fərqlənmişdir. Onun Ağdam rayon 1 

saylı məktəbində oxuduğu ötən əsrin 40-cı 

illəri İkinci dünya müharibəsi, xalqın ağır 

güzəranı, aclıq, məhdudiyyətlər, bir sıra 

xəstəliklər tüğyan etdiyi bir dövrə düş-

müşdür. Yeniyetmə Ədilə dərsdənkənar 

vaxtlarda və tətillərdə kolxozda kənd 

əməkçilərinə məhsul yığımında kömək üzrə  

şagirdlərarası yarışda birinci yerə çıxmış 

və 1944-cü ildə yüksək göstəricilərinə görə 

SSRİ gənclər təşkilatı mərkəzi komitəsinin 

fəxri fərmanı ilə təltif olunmuşdur.

  Gələcəyin həkimi və orta təhsili əla 

qiymətlərlə 1944-cü ildə Azərbaycan Dövlət 

Tibb İnstitutunun pediatriya fakültəsinə 

daxil olmuşdur. 1949-cu ildə Tibb İnstitu-

tunu müvəffəqiyyətlə bitirən Ədilə Nama-

zova doğma Ağdama qayıdıb rayon uşaq 

məsləhətxanasının müdiri işləmişdir. Uşaq 

səhiyyəsi sahəsində fədakarlıqla, ləyaqətlə 

çalışaraq yaxşı nəticələrə, uşaq ölümünün 

azalmasına nail olduğuna görə gənc həkim 

dəfələrlə rayon səhiyyə şöbəsinin, Səhiyyə 

Nazirliyinin tərifnamə və təşəkkürlərinə 

layiq görülmüşdür. 

 Diqqətli həkim, qayğıkeş, xoş 

xasiyyətli insan olduğuna görə az müddət 

ərzində Ədilə Namazova tək Ağdam ra-

yonunda deyil, bütün Qarabağ bölgəsində 

– Şuşa, Laçın, Tərtər, Ağcabədi, Füzuli 

rayonlarında da böyük şöhrət qazanmışdır. 

Lakin o, bununla kifayətlənməmiş, bilik və 

bacarığını daha da artırmaq, səhiyyənin in-

kişafına öz töhfəsini vermək üçün təhsilini 

davam etdirmək, elmi axtarışlara qoşulmaq 

arzusu ilə yaşamışdır. 

Uşaqlarda ürək, qan-damar sistemi 

xəstəliklərinin öyrənilməsi, profilaktikası və 

səmərəli müalicə üsullarının tapılması ilə 

dərindən maraqlanan Ədilə xanım gərgin 

müsabiqədə yüksək bal toplayaraq aspiran-

turaya qəbul olunmuşdur. O, 1954-1957-ci 

illərdə Moskva şəhərində sovet pediatriya 

elminin dünya şöhrətli patriarxı, SSRİ Tibb 

Elmləri Akademiyasının akademiki, Sosi-

alist Əməyi Qəhrəmanı G.N.Speranskinin 

rəhbərliyi ilə  elmi iş üzərində çalışmaqla 

yanaşı, onun başçılıq etdiyi uşaq xəstəlikləri 

kafedrasında işləmişdir.

 Azərbaycanlı aspirant qız öz 

tədqiqatında yeni kompleks elektrofizioloji 

üsullardan (oksigemometriya, pnevmota-

xometriya, venoqrafiya, pletizmoqrafiya 

və s.) istifadə edərək ilk dəfə uşaqlarda 

revmatizmin fəal mərhələsində ürək və qan-

damar sisteminin funksional vəziyyətini, 

ürək əzələsində baş vermiş, o dövrə qədər 

öyrənilməmiş patoloji dəyişikliklərin 

mərhələsini, dərəcəsini aydınlaşdırmış, 

şərhini vermiş, rasional müalicə üsullarını 

təklif etmişdir. Həmyerlimiz Moskvanın 

dünya şöhrətli elm mərkəzində xəstə uşaq-

ların gələcəkdə sağlam, cəmiyyətə yararlı 

olması üçün fərdi həyat şəraitini qurması, 

davranışı, ixtisas, sənət seçməsi haqqında 

tədbirlər kompleksi tərtib etmiş, səmərəli 

təkliflər vermişdir.

 Bu tədqiqatların yekunlarını 

ümumiləşdirən Ədilə Namazova SSRİ 

Səhiyyə Nazirliyinin Moskva Mərkəzi 

Həkimləri Təkmilləşdirmə İnstitutunun 

Elmi Şurasında tibb elmləri namizədi alim-

lik dərəcəsi almaq üçün elmi işini uğurla 

müdafiə etmişdir. Dünyanın görkəmli 

alimləri həmin dissertasiya işini yüksək 

qiymətləndirmişlər.

 1957-ci ildə Ə.Namazova Bakıya 

qayıdaraq Tibb İnstitutunun Pediatriya 

kafedrasında assistent işləməyə başlamış, 

tezliklə bu nüfuzlu ali məktəbin professor-

müəllim heyətinin və tələbələrinin rəğbətini 

qazanmışdır. Pediatr-alim saysız-hesabsız 

xəstə uşaqları sağaltmış, vaxtaşırı  tele-

radio efirində, qəzet-jurnal səhifələrində 

valideynlərə gərəkli məsləhətlər vermiş, 

ölkə əhalisinin diqqətini cəlb etmişdir.

 Əldə etdiyi nailiyyətləri artırmağa, 

elmin yüksək zirvələrinə can atan alim yeni 

axtarışlar aparmaq üçün təzədən Moskvaya 

getmiş, SSRİ Tibb Elmləri Akademiyasında 

məşhur cərrah, akademik B.V.Petrovskinin 

klinikasında doktorluq dissertasiyası 

üzərində çalışmağa başlamışdır. Ədilə 

Namazova XX əsrin altmışıncı illərinə 

qədər hələ də öyrənilməmiş və tam ümidsiz 

hesab olunan anadangəlmə ürək qüsurları-

nın araşdırılmasında ümidverici tədqiqatlar 

aparmışdır. Azərbaycanın pediatrı alimi bu 

axtarışları ilə dünyada, ilk olaraq, uşaqlarda 

vektorkardioqrafiya, rentgen-elektrokimoq-

rafiya tətbiq edərək, ürəkdaxili və böyük 

damarların zondlaşmasından, angio-

kardioqrafiyadan istifadə edərək ürəyin 

ayrı-ayrı boşluqlarında qan təzyiqinin 

səviyyəsini, oksigen, karbon qazının tutu-

munu öyrənməklə ağ ciyər damarlarının 

müqavimətini müəyyənləşdirmişdir. Elmdə 

bu yeniliklərə görə Ədilə Namazovaya 

SSRİ Dövlət İxtira Komitəsindən 5 vəsiqə 

verilmişdir. 

Elmi araşdırma əsasında anadangəlmə 

ürək qüsurlarının düzgün topik diaqnozu-

nu dəqiqləşdirərək Ədilə xanım kiçik qan 

dövranında durğunluğun dərəcəsini, qan 

təzyiqinin səviyyəsini müəyyənləşdirmiş, 

ilk dəfə olaraq ürək cərrahlarına və pedi-

atrlara gündəlik işlərində istifadə etmələri 

üçün öz təsnifatını, konsepsiyasını tərtib 

etmişdir. Bütün bunlara əsaslanaraq yeni-

likçi alim ürək üzərində cərrahi əməliyyatın 

aparılmasına göstəriş və əks göstərişi təyin 

etmiş, cərrahiyyədə isə hansı əməliyyat 

üsulunun uşaq orqanizmi və ürək üçün 

zərərsiz aparılmasını və əlverişli olduğunu 

sübut etmişdir. 

Ədilə Namazova dünyada ilk və yeganə 

pediatr idi ki, uşaqlarda anadangəlmə ürək 

qüsurları zamanı belə sanballı, çoxtərəfli, 

dərin elmi tədqiqatlar aparıb konservativ və 

cərrahi müalicə üsullarını işləmiş, fəsadların 

qarşısını almaq tədbirlərini təklif etmiş

ürək üzərində aparılası cərrahi əməliyyatın 

proqnozunu vermiş, cərrahi əməliyyatdan 

sonrakı yaxın və uzaq dövrlərdə (1 ilə 

qədər, 5 ildən sonra) olan müsbət və mənfi 

dəyişiklikləri ətraflı, bütün dəqiqliyi ilə 

öyrənmişdir. 

Belə elmi tədqiqatlardan alınan 

məlumatların əsasında ürək 

üzərində uğurlu cərrahi 

əməliyyatların aparılması-

na görə 1965-ci ildə Ədilə 

Namazova Seçenov adına I 

Moskva Tibb İnstitutunda 

doktorluq elmi dərəcəsi almaq 

üçün dissertasiyanı da bö-

yük uğurla müdafiə etmişdir. 

Bununla o, pediatriya üzrə tibb 

elmləri doktoru adı alan ilk 

azərbaycanlı qadın olmuşdur.

Beləliklə, Ədilə Namazova dünyanın 

məşhur, aparıcı alimlərinin məktəbini 

keçərək həkim- klinisist, pediatr- alim kimi 

püxtələşərək Bakıya qayıtmış, Azərbaycan 

Tibb İnstitutunda kafedra müdiri seçilmiş, 

1966-cı ildə ona professor elmi adı veril-

mişdir. 


Ə.Namazova onu həmişə narahat edən 

respublikada pediatriya elmi məktəbinin 

olmaması problemini həll etmək üçün 

də əməli işlərə başlamışdır. Azərbaycan 

elmini zənginləşdirmək, müasirləşdirmək 

məqsədilə alim respublikada ilk dəfə 

Bakı şəhəri E.Əfəndiyev adına 2 saylı 

şəhər xəstəxanasında incə, dəqiq xü-

susi biokimyəvi laboratoriya və ürək, 

tənəffüs sisteminin funksional fəaliyyətini 

müəyyənləşdirən elektrofizioloji elmi 

mərkəz təşkil etmişdir. Bu mərkəzdə müasir 

səviyyədə təbabət üçün çox aktual olan 

müxtəlif hormonlar, bioloji aminlər, lipidlər, 

zülalla birləşmiş yod, kallikrein kinin siste-

mi, enzimlər və s. müayinə olunmağa baş-

lanmış, ilk dəfə olaraq sağlam və xəstə uşaq 

orqanizminin bioloji ritmi öyrənilmişdir. 

Bu müayinələr vasitəsilə müxtəlif uşaq 

xəstəliklərinin inkişaf mexanizmi, xəstəlik 

zamanı baş vermiş incə dəyişikliklər araş-

dırılıb aydınlaşdırılmışdır. Həmin araşdır-

maları aparmaq üçün Ədilə xanım istedadlı 

gənc həkimləri, yuxarı kurs tələbələrini 

elmi  işə cəlb etmişdir. Alimin yetirmələri 

onun rəhbərliyi altında böyük həvəslə 

çalışmış, bir-birinin ardınca namizədlik, 

doktorluq dissertasiyaları müdafiə etmişlər. 

Beləliklə, Azərbaycanda ilk dəfə olaraq 

Ədilə Namazova pediatriya elmi məktəbini 

yaratmışdır. 

Təbabətdə aktual elmi problemləri 

araşdırdığına, yeni elmi nailiyyətlər əldə 

etdiyinə, yüksəkixtisaslı alimlər hazır-

ladığına görə Ədilə Namazova 1971-ci 

ildə SSRİ Tibb Elmləri Akademiyasının 

müxbir üzvü seçilmişdir. Bu, Azərbaycan 

elminin növbəti ciddi uğuru olmuşdur. O, 

ilk azərbaycanlı qadın olaraq, belə yüksək 

elmi ada layiq görülmüşdü. SSRİ-nin 

süqutundan sonra da soydaşımızın elmi 

nailiyyətləri yüksək qiymətləndirilmiş, o, 

Rusiya Tibb Elmləri Akademiyasına da 

üzv seçilmişdir.

 Görkəmli pediatr 1972-ci ildə 

azərbaycan dilində ilk "Uşaq xəstəlikləri" 

dərsliyini yazıb nəşr etdirmişdir. O, 1972-ci 

ildə Azərbaycan Pediatrlar qurultayında 

Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, 

1973-cü ildə isə SSRİ Uşaq Həkimləri 

Cəmiyyəti İdarə Heyətinin üzvü seçilmişdir.  

Azərbaycan pediatriya elminin inkişa-

fına ciddi töhfələr vermiş Ədilə Namazova 

1982-ci ildə Azərbaycan Dövlət mükafatına 

layiq görülmüşdür. Respublikada pediatriya 

sahəsində elmi kadrların hazırlanmasın-

da alimin xüsusi rolu olmuşdur. Alimin 

rəhbərliyi ilə 62 namizədlik və doktorluq 

dissertasiyaları müdafiə olunmuşdur. Hazır-

da onun yetişdirdiyi tibb elmləri doktorları, 

professorlar Namazovanın davamçısı kimi 

özləri də ardıcıllarını hazırlayırlar. Ədilə 

xanım dünyanın müxtəlif ölkələrində çap 

olunmuş 350-dən çox məqalənin, 30-dan 

çox monoqrafiya, dərslik, dərs vəsaitinin 

müəllifidir. O, MDB ölkələrində "Tibbi eti-

ka" adlı ilk dərsliyin də müəllifidir. Soyda-

şımızın tərtib edib çap etdirdiyi "Tibbi etik 

qanunları" vəsaiti rus və ingilis dillərinə 

də tərcümə olunmuşdur. Bunları nəzərə 

alaraq o, UNESCO-nun bioetika, elm və 

texnologiyaların etikası üzrə Azərbaycan 

milli, MDB ölkələri komitələrinin üzvü 

seçilmişdir. 

Tibb elmini inkişaf etdirməkdə və 

yüksək ixtisaslı kadrlar hazırlanmasın-

da xidmətləri yüksək qiymətləndirilərək 

1981-ci ildə Ədilə Namazovaya 

Azərbaycanın "Əməkdar elm xadimi" 

fəxri adı verilmişdir. 1983-cü ildə alim 

Azərbaycan Elmlər Akademiyasının həqiqi 

üzvü seçilmişdir. O, Azərbaycanda, keçmiş 

Sovetlər İttifaqında və bütün Şərqdə 

hələlik ilk və yeganə azərbaycanlı qadın-

dır ki, iki dövlətin akademiyasının həqiqi 

üzvüdür.


Alim 20 il Azərbaycan Səhiyyə 

Nazirliyinin Elmi Tibbi Şurasının sədri 

olmuşdur. Uzun illər o, respublika qa-

dınlar cəmiyyətinin və Sovet Qadınları 

Komitəsinin Rəyasət Heyətinin üzvü 

olmuşdur. Azərbaycan qadınlarını təmsil 

edərək onalrın problemləri haqqında Mosk-

vada, Litvada, Sankt-Peterburqda, Hindis-

tanda, Türkiyədə keçirilən konfranslarda 

çıxışlar etmişdir.

1989-cu ildə Ədilə Namazova SSRİ 

xalq deputatı, SSRİ Ali Sovetinin, 

Millətlər Şurasının üzvi seçilmişdir. O, 

SSRİ Ali Sovetində Azərbaycan, Qaza-

xıstan, Orta Asiya Respublikaları qadın-

ları komitəsinə rəhbərlik etmişdir. Ədilə 

xanımın Ermənistanın Azərbaycana qarşı 

təcavüzünun ilk günlərindən mübarizəyə 

fəal qoşulmasını, çıxışlarında onları ifşa 

etməsini xüsusi qeyd etmək lazımdır.

1994-cü ildən indiyə qədər Azərbaycan 

Respublikası Ağsaqqallar Şurasının 

İdarə Heyətinin üzvüdür. 2002-ci ildə 

Ə.Namazovanın uşaqlara olan böyük 

məhəbbətini, onlara olan daimi qayğısı-

nı, təşkilatçılıq fəaliyyətini nəzərə alaraq 

Azərbaycan Respublikası Uşaq Fondunun 

həmsədri seçilmişdir. 

Elmi ictimai fəaliyyətlərinə, 

Azərbaycan səhiyyəsində olan boyük 

xidmətlərinə görə Azərbaycan Respublika-

sının Prezidenti Heydər Əliyevin fərmanı 

ilə 1996-cı ildə Ə.Namazova ölkənin 

yüksək "Şöhrət" ordeni ilə təltif edilmişdir. 

2011-ci ildə isə Prezident İlham Əliyevin 

sərəncamı ilə alim "Şərəf" ordeninə layiq 

görülmüşdür.

Ə.Namazova çox mənalı, maraqlı, 

fədakar həyat yaşamışdır. O, həyatda az 

təsadüf edilən elə insanlar sırasına daxildir 

ki, onlar məqsədyönlü olaraq öz istedad, 

bilik və bacarığını xalqın, cəmiyyətin 

xeyrinə sərf edirlər. Bu gün akademik 

Ədilə Əvəz qızı Namazova ömrünün 

müdrik, yaradıcılığının səmərəli dövrünü 

yaşayır. Arzumuz budur yüz yaşını da belə 

fəal, ona xas olan yüksək mənəviyyat, 

insanpərvərliklə başa vursun. 



Habil QURBANOV,  

hüquq elmləri doktoru,  

professor  

Ədilə Namazova  – 90 

Milli pediatriyamızın fəxri

Dünya çempionuna qalib gələn maliyyə naziri:

  

Bakıda Olimpiadada özünü çox rahat hiss edirsən

 

ˆ

Azərbaycan paytaxtında 180-ə qədər ölkənin komandalarını 



öz bayrağı altına toplayan 42-ci Ümumdünya Şahmat Olimpiadasında 

bir günlük istirahətdən sonra dünən növbəti, altıncı turun matçlarına 

start verilmişdir. Bu görüşlərlə Olimpiada həlledici mərhələyə qədəm 

qoymuşdur. Deməli, indi həm kişi, həm də qadın komandalarının 

turnirinə maraq ikiqat artacaq. Axı turlar bir-birini əvəz etdikcə lider-

lik və medallar uğrunda mübarizə daha kəskin şəkil alır. 

İlk beş turdan sonra kişi şahmatçıların 

yarışında birinci beşliyi hərəyə 10 xalla 

Hollandiya, Ukrayna, Hindistan və onlardan 

1 xal geri qalan Çexiya, ABŞ yığmaları, 

qadınların turnirində isə Rusiya, Ukrayna 

(10 xal), Rumıniya , Çin və Azərbaycan-1 

(9 xal) komandaları təşkil etmişlər. Bizim 

qızları bu siyahıda görmək, əlbəttə ki, 

onların pərəstişkarları üçün çox xoş haldır. 

İlk müvəffəqiyyətdən ruhlanan komandamı-

zın lideri Zeynəb Məmmədyarova və onun 

rəfiqələri  Olimpiadanın ikinci yarısında 

da inamlı çıxışlarını davam etdirmək 

əzmindədirlər. 

Qəzetimizin dünənki sayında Rusi-

yanın chesspro saytına istinadla Olim-

piadanın dördüncü turunda Latviya və 

Çinin qadınlardan ibarət komandalarının 

matçında Baltikyanı ölkə şahmatçılarının 

lideri, Latviyanın maliyyə naziri Dana 

Reyzniese-Ozolanın Çin komandasının 

1-ci nömrəsi, dünya çempionu Hou İfana 

qalib gəldiyini və bununla da başçılıq 

etdiyi nazirliyin tarixinə parlaq bir səhifə 

yazdığını diqqətinizə çatdırmışdıq. Həmin 

xəbərlə tanışlıqdan bir qədər sonra onu 

da öyrəndik ki, xanım Reyzniese-Ozola 

"Kristal Zal"da mətbuat konfransının 

qonağı olub. Olimpiadanın saytından əldə 

etdiyimiz məlumatlar əsasında bu barədə 

ətraflı danışmaq istərdik. 

Latviyalı nazirin dediklərindən: 

Dünya çempionu üzərində qələbə mənim 

üçün əsl bayrama çevrildi. Latviyadan 

çoxlu təbriklər aldım, çox gözəl duyğular 

yaşadım. Mən təkcə nəticədən yox, həm də 

göstərdiyim oyundan razıyam. Sizə deyim 

ki, hər görüş kiçik bir həyatdır. Və sən bu 

həyatı yaşayırsan. 

Latviya Olimpiadada reytinqə görə 

iyirmincidir. Biz yarışa ardıcıl üç qələbə ilə 

başladıq. Bakıya səfər ərəfəsində təlim-

məşq toplanışları keçirmişdik. Toplanışlarda 

təkcə nəzəri və praktiki məşğələlərə vaxt 

ayırmır, həm də birlikdə hazırlaşırdıq. Bö-

yük bir ailə kimi yaşayırdıq. 

Bununla yanaşı, D. Reyzniese-Ozola 

şahmat məşğələlərinin mühüm əhəmiyyətini 

də qeyd etmişdir: Şahmat oynamaq bacarığı 

fəaliyyətin hər hansı bir sahəsində köməyə 

gələ bilər. Xüsusən də siyasətdə. Bu sahədə 

də bir neçə gedişi əvvəlcədən görmək, dəqiq 

müəyyənləşdirmək lazımdır. Mənim uşaq-

larım hələlik bu oyunu yenicə öyrənirlər. 

Məsələn, böyük qızımın 13 yaşı var, o, bas-

ketbol və futbola daha çox maraq göstərir...

Latviyalı qonağımız Bakıda Olim-

piadanın yüksək səviyyədə keçdiyini də 

xüsusi qeyd edərək  bildirib ki, bu mənim 

səkkizinci Olimpiadamdır və deyərdim ki, 

ən yaxşısıdır. Hər şey əladır, burada özünü 

çox rahat hiss edirsən. Təşkilatçılar çox 

yaxşı çalışmışlar. 

Bakıda Olimpiada iştirakçıları üçün əla 

şərait haqqında digər qonaqlarımız da yüksək 

fikirdədirlər. Məsələn, ABŞ-ın qadınlardan 

ibarət komandasının üzvü Katerina Nemt-

sova paytaxtımıza gəldiyi elə ilk günlərdə 

bildirmişdir ki, hava limanında Olimpiadanın 

könüllüləri bizi hərarətlə qarşıladılar, otelə 

çox rahat çatdıq. Olimpiada səyahəti üçün 

gözəl başlanğıcdır. 

Katerinanın komanda yoldaşı macar 

əsilli Susan Polgar isə Bakı haqqında ilk 

təəssüratını belə ifadə etmişdir: Bakı gözəl 

şəhərdir. Mən inanılmaz müasir arxitek-

turaya malik şəhərə gəlmişəm. Şəhərin 

hər yerində şahmat Olimpiadası barədə 

məlumatları əks etdirən avtobus, taksi və 

qatarlar var. Qaldığımız otelə də məhz xüsu-

si şahmat fotoları əks olunmuş avtobusla 

gəldim. Həmçinin şəhərin bir çox yerlərində 

banner və posterlər də görmək mümkündür. 

42-cı Ümumdünya Şahmat Olimpiadasının 

oyun məkanı olan "Kristal Zal" geniş, işıqlı 

və müasirdir. Bu yer çox gözəl Olimpiada 

məkanıdır.

Hollandiya komandasının lideri Aniş 

Giri əvvəllər də paytaxımızda olmuş, bir 

neçə yarışda iştirak etmişdir. O, hər dəfə 

Azərbaycana səfərindən xoş təəssüratla 

qayıdıb. İndi də Olimpiadanın təşkili barədə 

yüksək fikirdədir. Mətbuat konfransında 

demişdir ki, ötən il Bakıda Dünya kuboku 

turnirində yarışmışdım. O zaman şəhərlə ta-

nış olmaq üçün kifayət qədər vaxtım var idi. 

Müasir binaların İçəri Şəhərlə harmoniyası 

məni valeh edir. Azərbaycanda ənənələrə, 

tarixə hörmətlə yanaşılması sevindirici 

haldır. Piyada gəzintini sevdiyimdən məni 

ilk növbədə Bakı Bulvarı cəlb etdi. Orada 

dəfələrlə olmuşam. 

Yəqin bunu da qeyd etmək maraqlı olar 

ki, Aniş Girinin həyat yoldaşı gürcüstanlı 

şahmatçı Sofiko Quramişvilidir. 

Bizim üçün çox fərəhli haldır ki, Olim-

piada haqqında fikir söyləyənlərin hamısı, 

xüsusən də neçə-neçə Ümumdünya Şahmat 

Olimpiadasının şahidi olmuş məşhur 

mütəxəssislər Bakıda Olimpiadanı ən yaxşı 

Olimpiada hesab edirlər. 

Azərbaycan Şahmat Federasiyasının 

vitse-prezidenti, beynəlxalq dərəcəli hakim, 

42-ci Ümumdünya Şahmat Olimpiadası-

nın baş hakimi Faiq Həsənov da keçirdiyi 

mətbuat konfransında bu barədə fəxrlə da-

nışıb: --Mən 1984-cü ildən olimpiadalarda 

iştirak edirəm. Əminliklə söyləyə bilərəm 

ki, bu cür yaddaqalan Olimpiada olmayıb. 

Bakıda Şahmat Olimpiadası tarixə düşəcək. 

Bu təkcə mənim fikrim deyil, hər kəs bu 

faktı dəstəkləyir. 

Həqiqətən, Azərbaycan paytaxtında 

Ümumdünya Şahmat Olimpiadası böyük 

müvəffəqiyyətlə davam edir. Bu günlər 

dünyanın hər yerindən onlarla, yüzlərlə 

şahmat mütəxəssisi Olimpiadanın yüksək 

səviyyədə təşkilindən, dünya şahmat 

elitası nümayəndələrinin maraqlı və gərgin 

görüşlərindən, Azərbaycan paytaxtı ilə 

tanışlıqdan zövq almaq üçün ölkəmizə 

gəlir.  Bu isə o deməkdir ki, FİDE üzvləri 

dörd il əvvəl Olimpiada-2016-nın Bakıda 

keçirilməsinə yekdilliklə səs verməklə 

düzgün qərar qəbul etmişlər. Azərbaycan 

onların etimadını şərəflə doğruldur. 

Bu arada respublikamızın gənclər 

və idman naziri Azad Rəhimov "Kristal 

Zal"da Birləşmiş Ərəb Əmirlikləri Şahmat 

Federasiyasının rəsmisi Rəşid Musabah bin 

Keşaiş ilə görüşüb. Görüş zamanı qonaq 

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat 

Olimpiadası haqqında fikrini söyləyib, 

onun yüksək səviyyədə təşkil olunduğunu 

bildirib. O, həmçinin turnirin qonaq və işti-

rakçıları üçün yaradılan şəraitdən məmnun 

olduğunu bildirib. 

Onu da qeyd edək ki, sentyabrın 11-də 

Bakıda Beynəlxalq Şahmat Federasiyasının 

növbəti Baş Assambleyası öz işinə başla-

yacaq. Assambleyada 183 ölkənin şahmat 

federasiyalarının rəsmi şəxsləri iştirak 

edəcəklər. 

* * *

Dünən altıncı turda komandaları-

mızın iştirakı ilə keçirilən matçlar belə 

nəticələnmişdir: 

Kişilər.

 Azərbaycan-1-Yunanıstan-2-2

Azərbaycan-2-Rumıniya-1.5-2.5

Azərbaycan-3-Qana-4-0

Qadınlar. 

Azərbaycan-1-Gürcüstan-2-2

Azərbaycan-2-Çexiya-2-2

Azərbaycan-3-Çili-3-1

Oqtay BAYRAMOV, 

Əfsanə BAYRAMQIZI,                    

"Xalq qəzeti"           

Rio-de-Janeyroda  

XV Yay Paralimpiya Oyunlarının möhtəşəm 

açılış mərasimi keçirilib 

 

ˆ

Sentyabrın 8-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki 



“Marakana” stadionunda XV Yay Paralimpiya Oyunlarının 

möhtəşəm açılış mərasimi keçirilib.

XV Yay Paralimpiya Oyunlarında 

idmanın 22 növü üzrə 528 dəst medal 

uğrunda yarışlar keçiriləcək. Bu, “Lon-

don-2012” Yay Paralimpiya Oyunları ilə 

müqayisədə 25 dəst çoxdur. Medal sayı-

nın artırılması yarışlarda qadın idmançı-

larının geniş heyətlə çıxışı ilə əlaqədardır.

Paralimpiadada ümumilikdə 4350 id-

mançı medallar uğrunda mübarizə aparır. 

Onların 1650-si qadındır. Bu “London-

2012”dən 9,9 faiz, “Atlanta-1996”dan isə 

iki dəfə çoxdur. Qadınlar 224 dəst medal 

uğrunda yarışır. Bu isə medalların 43 

faizini təşkil edir.

Azərbaycan XV Yay Paralimpiya 

Oyunlarında 24 idmançı ilə təmsil olunur. 

Paralimpiyaçılarımız “Rio-2016”ya 

idmanın 6 növü üzrə 41 lisenziya qa-

zanıblar. İdmançılarımız cüdo, atletika, 

pauerliftinq, üzgüçülük, güllə atıcılığı və 

kamandan oxatma yarışlarında mübarizə 

aparacaqlar.

Maestro Joao Karlos Martinsin diri-

jorluğu ilə Braziliyanın dövlət himninin 

səsləndirilməsindən sonra yığma koman-

daların təntənəli keçidi olub.

İlk olaraq Müstəqil Paralimpiyaçı 

Atletlər Komandası arenaya daxil olub. 

Bu komandanın tərkibində iki qaçqın 

atlet var.

Açılış mərasimində Azərbaycanın 

paralimpiya yığmasının keçidi zamanı 

bayrağımızı ikiqat Paralimpiya çempio-

nu, “Bakı-2015” birinci Avropa Oyunla-

rının qalibi və komandamızın kapitanı, 

milli geyimdə olan İlham Zəkiyev aparıb. 

Komandamızın bayraqdarının geyimini 

Azərbaycan Milli Geyim Mərkəzinin 

rəhbəri, sənətşünaslıq 

üzrə fəlsəfə doktoru, 

modelyer-dizayner 

Gülnarə Xəlilova 

hazırlayıb.

İdmançıların pa-

radı ev sahibi ölkənin 

– Braziliya paralimpi-

yaçılarının keçidi ilə 

başa çatıb.

Komandaların 

paradından son-

ra Braziliya Milli 

Olimpiya Komitəsinin 

prezidenti, “Rio-

2016” Olimpiya 

Oyunlarının Təşkilat 

Komitəsinin sədri 

Karlos Artur Nuzman 

çıxış edərək Rio-de-Janeyronun daha bir 

möhtəşəm tarix yazmağa – XV Para-

limpiya Oyunlarına ev sahibliyi etməyə 

tam hazır olduğunu bildirib. “Siz bizim 

qəhrəmanlarımızsınız”, - deyən Karlos 

Artur Nuzman paralimpiyaçıları təbrik 

edib, onlara uğurlar arzulayıb.

Beynəlxalq Paralimpiya Komitəsinin 

prezidenti Filip Kraven isə çıxışında 

paralimpiyaçıların tükənməz qələbə 

əzmi ilə bütün maneələri, o cümlədən öz 

fiziki imkanlarının məhdudluğunu aşaraq 

parlaq nailiyyətlər qazanacaqlarına 

əminliyini bildirib.

Çıxışlardan sonra Braziliya Preziden-

ti Mişel Temer XV Paralimpiya Oyunları-

nı açıq elan edib.

Sonra görmə qüsurlu rəqqaslar 

Renata və Oskar minlərlə kiçik projektor 

vasitəsilə işıqlandırılan səhnədə balet 

rəqsini ifa ediblər.

Daha sonra səhnəyə Paralimpiya 

bayrağı gətirilib və Paralimpiya himninin 

müşayiəti ilə ucaldılıb. İdmançıların, 

hakimlərin və məşqçilərin adından Para-

limpiya andı içilib.

Nəhayət, uzun səyahətdən sonra Pa-

ralimpiya məşəli “Marakana” stadionuna 

gətirilib. Braziliya millisinin heyətində 

ən çox medal qazanan idmançı (6 qızıl, 

4 gümüş, 2 bürünc), üzgüçü Klodoaldo 

Silva XV Yay Paralimpiya Oyunlarının 

məşəlini alovlandırıb. Açılış mərasimi 

möhtəşəm atəşfəşanlıqla başa çatıb.

XV Yay Olimpiya Oyunlarına sent-

yabrın 18-də yekun vurulacaq.



AZƏRTAC



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə