9 elbrus əLİzadə, NƏRMİNƏ seyfullayeva iRKƏn aktoprak, yelena şabanova ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün “Coğrafiya” fənni üzrə DƏrsliK



Yüklə 5.92 Mb.
Pdf просмотр
səhifə1/19
tarix29.05.2017
ölçüsü5.92 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

9
ELBRUS ƏLİZADƏ, NƏRMİNƏ SEYFULLAYEVA 
İRKƏN AKTOPRAK, YELENA ŞABANOVA 
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün 
“Coğrafiya” fənni üzrə 
DƏRSLİK 
Dərsliklə bağlı rəy, irad və təkliflərin 
və 
derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur. 
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
03.06.2016-cı il tarixli  369 №-li 
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və 
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, 
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Bakı” nəşriyyatı
bn@bakineshr.az 

HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
AZƏRBAYCAN RESPUBLİKASININ 
DÖVLƏT HİMNİ
Üzeyir Hacıbəylinin,
 Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan! 
Musiqisi 
sözləri

HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
AZƏRBAYCAN RESPUBLİKASININ 
DÖVLƏT HİMNİ
Üzeyir Hacıbəylinin,
 Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan! 
Musiqisi 
sözləri

B a ş l ı q l a r
1. Coğrafi informasiyanın təqdimolunma üsulları . . . . . . . . . . . . 7
2. 
Relyef və onun təsərrüfata təsiri 
3. Avropanın relyefi  . . . . . . . . . . . . . . . . . . . . . 16
4. Asiyanın relyefi  . . . . . . . . . . . . . . . . . . . . . 20
5. Şimali Amerikanın relyefi . . . . . . . . . . . . . . . . . . 26
6. Cənubi Amerikanın relyefi
. . . . . . . . . . . . . . . . . 29
7. Afrikanın relyefi
. . . . . . . . . . . . . . . . . . . . . 32
8. Avstraliyanın relyefi  . . . . . . . . . . . . . . . . . . . . 37
9. Azərbaycanın relyefi. . . . . . . . . . . . . . . . . . . . 40
İqlim və onun təsərrüfatda rolu
10. Günəş işığı və istiliyinin Yer kürəsində paylanması  . . . . . . . 44
11. Günəşli saatlardan istifadə 
. . . . . . . . . . . . . . . . 48
12. Praktik dərs. Saat qurşaqları  . . . . . . . . . . . . . . . . 51
13. Günəş radiasiyası və iqlim 
. . . . . . . . . . . . . . . . 54 
14. Avropanın iqlimi . . . . . . . . . . . . . . . . . . . . . 57
15. Asiyanın iqlimi
. . . . . . . . . . . . . . . . . . . . . 61
16. Şimali Amerikanın iqlimi . . . . . . . . . . . . . . . . . . 64
17. Cənubi Amerikanın iqlimi . . . . . . . . . . . . . . . . . 67
18. Afrikanın iqlimi . . . . . . . . . . . . . . . . . . . . . 69
19. Avstraliyanın iqlimi . . . . . . . . . . . . . . . . . . . . 72
20. Praktik dərs.  Azərbaycanın iqlimi . . . . . . . . . . . . . . 74
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
21. Avropanın daxili suları
. . . . . . . . . . . . . . . . . . 80
22. Asiyanın daxili suları . . . . . . . . . . . . . . . . . . . 83
23. Şimali Amerikanın daxili suları . . . . . . . . . . . . . . . 86
24. Cənubi Amerikanın daxili suları . . . . . . . . . . . . . . . 89
25. Afrikanın daxili suları . . . . . . . . . . . . . . . . . . . 92
26. Avstraliyanın daxili suları . . . . . . . . . . . . . . . . . 95
27. Dünya okeanından istifadə. . . . . . . . . . . . . . . . . 98
28. Azərbaycanın su anbarları və kanalları  . . . . . . . . . . . 102
Topoqrafik xəritələri necə oxumalı . . . . . . . . . . . . . . . . 11
I bölmə
 
YER KÜRƏSİNİN TƏBİƏTİ VƏ 
ONUN TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
I. 
II.   
III. 
· Ümumiləşdirici tapşırıqlar . . . . . . . . . . . . . . . . . 43
· Ümumiləşdirici tapşırıqlar
. . . . . . . . . . . . . . . . 78
· Ümumiləşdirici tapşırıqlar . . . . . . . . . . . . . . . . 105
9
Coğrafiya
5

B a ş l ı q l a r
1. Coğrafi informasiyanın təqdimolunma üsulları . . . . . . . . . . . . 7
2. 
Relyef və onun təsərrüfata təsiri 
3. Avropanın relyefi  . . . . . . . . . . . . . . . . . . . . . 16
4. Asiyanın relyefi  . . . . . . . . . . . . . . . . . . . . . 20
5. Şimali Amerikanın relyefi . . . . . . . . . . . . . . . . . . 26
6. Cənubi Amerikanın relyefi
. . . . . . . . . . . . . . . . . 29
7. Afrikanın relyefi
. . . . . . . . . . . . . . . . . . . . . 32
8. Avstraliyanın relyefi  . . . . . . . . . . . . . . . . . . . . 37
9. Azərbaycanın relyefi. . . . . . . . . . . . . . . . . . . . 40
İqlim və onun təsərrüfatda rolu
10. Günəş işığı və istiliyinin Yer kürəsində paylanması  . . . . . . . 44
11. Günəşli saatlardan istifadə 
. . . . . . . . . . . . . . . . 48
12. Praktik dərs. Saat qurşaqları  . . . . . . . . . . . . . . . . 51
13. Günəş radiasiyası və iqlim 
. . . . . . . . . . . . . . . . 54 
14. Avropanın iqlimi . . . . . . . . . . . . . . . . . . . . . 57
15. Asiyanın iqlimi
. . . . . . . . . . . . . . . . . . . . . 61
16. Şimali Amerikanın iqlimi . . . . . . . . . . . . . . . . . . 64
17. Cənubi Amerikanın iqlimi . . . . . . . . . . . . . . . . . 67
18. Afrikanın iqlimi . . . . . . . . . . . . . . . . . . . . . 69
19. Avstraliyanın iqlimi . . . . . . . . . . . . . . . . . . . . 72
20. Praktik dərs.  Azərbaycanın iqlimi . . . . . . . . . . . . . . 74
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti
21. Avropanın daxili suları
. . . . . . . . . . . . . . . . . . 80
22. Asiyanın daxili suları . . . . . . . . . . . . . . . . . . . 83
23. Şimali Amerikanın daxili suları . . . . . . . . . . . . . . . 86
24. Cənubi Amerikanın daxili suları . . . . . . . . . . . . . . . 89
25. Afrikanın daxili suları . . . . . . . . . . . . . . . . . . . 92
26. Avstraliyanın daxili suları . . . . . . . . . . . . . . . . . 95
27. Dünya okeanından istifadə. . . . . . . . . . . . . . . . . 98
28. Azərbaycanın su anbarları və kanalları  . . . . . . . . . . . 102
Topoqrafik xəritələri necə oxumalı . . . . . . . . . . . . . . . . 11
I bölmə
 
YER KÜRƏSİNİN TƏBİƏTİ VƏ 
ONUN TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ
I. 
II.   
III. 
· Ümumiləşdirici tapşırıqlar . . . . . . . . . . . . . . . . . 43
· Ümumiləşdirici tapşırıqlar
. . . . . . . . . . . . . . . . 78
· Ümumiləşdirici tapşırıqlar . . . . . . . . . . . . . . . . 105
9
Coğrafiya
5

IV. 
V.  
VI.  
VII.  
Bioehtiyatların müxtəlifliyi və ondan istifadə 
29. Şimal materiklərinin bioehtiyatları və ölkələrin iqtisadi inkişafında                  
onların rolu . . . . . . . . . . . . . . . . . . . . . . 106
30. Cənub materiklərinin bioehtiyatlarından istifadənin xüsusiyyətləri . 110
31. Praktik dərs. Antarktida – bioloji ehtiyatlarla zəif təmin olunmuş                  
materikdir . . . . . . . . . . . . . . . . . . . . . . . 114
32. Azərbaycanın landşaftı bioehtiyatların mənbəyidir . . . . . . . 116
33. “Ekoloji siyasət”
. . . . . . . . . . . . . . . . . . . . 119
34. Ekoloji monitorinq . . . . . . . . . . . . . . . . . . . . 123
35. Təbiətə ekskursiya  . . . . . . . . . . . . . . . . . . . 125
Qədim və müasir sivilizasiyalar
36. Sivilizasiyaların tarixi-coğrafi inkişafı . . . . . . . . . . . . 128
37. Türk dünyasının sivilizasiyalararası əlaqələrdə rolu. . . . . . . 132
38. Azərbaycanın sivilizasiyalararası mövqeyi . . . . . . . . . . 136
39. Debat dərs. Azərbaycan: Avropa, yoxsa Asiya? . . . . . . . . 140
40. Tarixi-coğrafi regionların müasir vəziyyəti
. . . . . . . . . . 142
41. Müasir dünyanın “iqtisadi gücləri”
. . . . . . . . . . . . . 146
42. Yer kürəsinin mənimsənilməsi . . . . . . . . . . . . . . . 149
Dünya əhalisinin müxtəlifliyi
43. Əhalinin sayının artımı və onun tənzimlənməsi . . . . . . . . 153
44. Dünya əhalisinin yaş-cins  tərkibi. Əmək ehtiyatları . . . . . . . 156
45. Praktik dərs. Yaş-cins piramidasının qurulması . . . . . . . . 160
46. Asiya, Afrika və Latın Amerikasının əhalisi . . . . . . . . . . 162
47. Avropa, Şimali Amerikanın və Avstraliyanın əhalisi . . . . . . . 165
48. Praktik  dərs. Azərbaycanda demoqrafik vəziyyət  . . . . . . . 169
İqtisadi-sosial həyat və onun inkişaf yolları
49. Təsərrüfatın sahə quruluşu . . . . . . . . . . . . . . . . 173
50. Maddi və qeyri-maddi istehsal sahələri
. . . . . . . . . . . 178
51. Sənaye sahələri necə yerləşdirilir? . . . . . . . . . . . . . 181
52. Kənd təsərrüfatı sahələrinin yerləşdirilmə prinsipləri  . . . . . . 186
53. Bazar iqtisadiyyatı
. . . . . . . . . . . . . . . . . . . 190
54. Mülkiyyət formaları . . . . . . . . . . . . . . . . . . . 193
55.  Azərbaycanın iqtisadi inkişafı . . . . . . . . . . . . . . . 196
56. “Tüstüsüz sənaye” – turizm  . . . . . . . . . . . . . . . . 199
· Ümumiləşdirici tapşırıqlar . . . . . . . . . . . . . . . . 126
· Ümumiləşdirici tapşırıqlar . . . . . . . . . . . . . . . . 152
· Ümumiləşdirici tapşırıqlar . . . . . . . . . . . . . . . . 171
· Ümumiləşdirici tapşırıqlar . . . . . . . . . . . . . . . . 202
II bölmə
 
CƏMİYYƏT VƏ İQTİSADİYYAT
6

 
 
7
 
 
 
•   Giriş  •
 
 
 
 
 
 
 
C
OĞRAFİ İNFORMASİYANIN TƏQDİMOLUNMA ÜSULLARI  
 
Yerin  bir  planet  kimi  yaranması,  onun  təbəqələrinin  formalaşması  və  həyatın 
əmələ  gəlməsi  üçün  milyard  illər  lazım  gəlmişdir.  Qeyri-üzvi  aləm  üzvi  aləmdən 
daha əvvəl yaranmış, insanın əmələ gəlməsi isə yaxın vaxtlarda baş vermişdir. Yer 
planetinin yaşı milyard illərlə, ona təsir edən, dəyişə bilən canlı orqanizmlərin yaşı 
7milyon illərlə hesablanır. Bəşəriyyətin tarixi isə min illərlə ölçülür. İnsanların tə-
sərrüfat fəaliyyətinin (sənaye, kənd təsərrüfatı və qeyri-istehsal sahələri) təbiətə daha 
güclü təsiri isə yüz illərlə hesablanır.   
 
 
 
1. Mətn və şəkillər arasında əlaqəni müəyyən edin. 
Kainatın yaranması 
 
Yerdə bitkilər aləminin 
yaranması 
Yerin planet kimi formalaşması 
 
Buzlaşma dövrü 
Elektrik stansiyalarının inşası 
 
İlk insan qəbilələrinin 
formalaşması 
Kosmosun fəthi Göydələnlərin inşası 
 
Kənd təsərrüfatının inkişafı 

 
Şəkil üzrə iş
Giriş 

2
3

5
6

8
9

 
 
 
 

 
2. Təsvirlərə uyğun gələn dövrləri müəyyən edib cədvəli dəftərinizdə tamamlayın: 
Dövr 
Dövrlərə uyğun hadisələr 
Yüz illər  
 
Min illər 
 
Milyon illər 
 
Milyard illər 
 
 
Yer planeti, onun təbiəti və bəşəriyyətin inkişaf prosesi başa çatmamışdır. Təbiət 
və əhali bir-birinə təsir göstərməklə daim dəyişir və inkişaf edir.  
Təbiət və cəmiyyətdə baş verən bir çox hadisə və prosesləri coğrafiya elmi öy-
rənir.  Öyrənmə  prosesi  informasiyanın  toplanmasından  başlayır.  İnformasiyalar 
peyklər vasitəsilə, çöl tədqiqatları zamanı meteoroloji stansiyalardakı cihazlarla əldə 
edilir və müxtəlif laboratoriyalarda, eləcə də statistika idarələrində toplanır. Məlu-
matlar  xüsusi  laboratoriya  avadanlıqlarının,  kompüter  proqramlarının  köməyi  ilə 
alimlər tərəfindən təhlil olunur. İnformasiya yalnız mətn, qrafik, cədvəl və şəkillər 
formasında deyil, həmçinin digər üsullarla da təqdim edilir. Ən geniş yayılmış və 
daha çox istifadə olunan təqdimetmə üsulu – kartoqrafik təsvirlər, eləcə də coğrafi 
xəritələrdir.  
Keçmiş  zamanlarda  xəritələr  səyyah,  dənizçi  və  tacirlərin  danışıqları  əsasında 
tərtib olunurdusa, hazırda bu işlə coğrafiyanın bir sahəsi olan, ciddi riyazi prinsiplərə 
əsaslanan kartoqrafiya və ya xəritəşünaslıq elmi məşğul olur. Təsvir olunan ərazi 
haqqında məlumatlar ərazinin aero və kosmik fotoçəkilişləri vasitəsilə əldə edilir və 
bunun əsasında topoqrafik xəritə tərtib olunur.  
 
  
 
Müzakirə edin:  
1. Göstərilən təsvirlərdən hansı ərazini daha dəqiq əks etdirir? 
2. Hansı təsvirlər daha böyük ərazini əhatə edir? 
3. Ərazini daha ətraflı öyrənmək üçün hansı təsvirdən istifadə edərdiniz?
 
 
Xəritə ilə yanaşı, coğrafiyaçılar başqa təsvir vasitələrindən – xəritə-sxem, karto-
qram və kartodiaqramlardan da istifadə edirlər.  
3. Təqdim olunan təsvirlərdən hansılar  diaqramdakı I, II, III 
və IV rəqəmlərinə uygun gəlir?  
Müzakirə edin:  
– Yuxarıdakı mətn və tapşırıqlarda Yerin və cəmiyyətin yaşı 
haqqında informasiya hansı dörd üsulla təqdim olunub? 
                   Xəritə 
 
                         Aerofotoşəkil                                      Kosmik şəkil 
 
Şəkil üzrə iş
I    II   III  IV 
Milyard illər
Milyon illər
Min illər
Yüz illər

 
 
9
 
 
 
•   Giriş  •
Xəritə-sxem coğrafi məlumatların əyani və anlaşılan üsulla göstərildiyi, sadələş-
dirilmiş və ümumiləşdirilmiş şərti işarəli coğrafi təsvirdir. Xəritə-sxemlərdə əl qra-
fikasından istifadə edilir.  
 
Xəritə-sxem. “İçərişəhər”   
1. Qız qalası.  2. Cümə məscidi.  3. Hamam.  4. Qala divarı. 
 
Kartoqram – coğrafi xəritədə hər hansı bir göstəricinin ərazi daxilində dəyişmə-
sini vizual əks etdirən təsviridir. Kartoqramda məlumatlar müxtəlif  ştrixlər, rənglər 
və nöqtələrlə ifadə olunur.  
 
Kartoqram.  “Dənli bitkilərin məhsuldarlığı” 
 
Kartodiaqram  coğrafiya  xəritəsi  ilə  diaqramın  birləşməsidir.  Burada  məlumatlar 
həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri xəritədə 
təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, təqdim edilən 
xəritədəki diaqramda dairənin böyüklüyü bu şəhərdə sənayenin daha güclü olduğunu 
bildirir.  
 
Kartodiaqram. “Sənaye sahələri”  
1. Yeyinti sənayesi.   2. Yüngül sənaye. 3. Maşınqayırma. 
 
– 40–50 s/ha 
– 30–40 s/ha 
– 20–30 s/ha 

 
 
 
 
10 
 
Beləliklə, xəritə, xəritə-sxem, kartoqram  kartodiaqram təbii, iqtisadi göstəri-
ciləri, eləcə də baş verən prosesləri əks etdirmək məqsədilə tərtib olunur. Onlar yeni 
yaşayış məntəqələrinin planlaşdırılması, müəssisələrin tikilməsi, müəyyən ərazilər-
də əhali və təsərrüfatın səmərəli yerləşdirilməsi zamanı istifadə edilir.  
 
 
 
1. Göstərilən coğrafi informasiyaların təqdimolunma formalarını dəftərinizə yazın və 
mövzudakı məlumatlardan istifadə edərək onların daha dörd üsulunu əlavə edin: 
 
1. Mətn. 2. Şəkil. 3. Cədvəl.  4. Qrafik.  5. ... .  6. ... . 7. ... .  8. ... . 
 
  2. Şəkildəki uşaqların rastlaşdığı təsvir üsulu hansıdır? 
 
Nəbatat bağına ekskursiya zamanı 
 
3. Mövzuda verilən kartodiaqramdan istifadə edərək göstərilən dairələrin ölçülərini 
nəzərə almaqla suallara cavab verin. 
 
a)  Hansı sənaye sahələri hər iki şəhərdə inkişaf etmişdir? 
b)  Şəhərlərdən hansı yüngül sənaye üzrə ixtisaslaşmışdır? 
c)  Xaçmazda, yoxsa Qusarda sənaye sahələri daha güclü inkişaf etmişdir? 
 
4. Sxemi dəftərinizə çəkin. Şərti işarələrə uyğun olaraq kartoqramı tərtib edin, əraziləri 
ştrixləyin. Daha hansı təbii və iqtisadi coğrafi göstəriciləri kartoqram üsulu ilə təsvir 
etmək olar? 
A –  əhalinin sıxlığı 10–50 nəfər/km

B – əhalinin sıxlığı 50–100 nəfər/km
2
 
C – əhalinin sıxlığı 100 nəfər/km
2
-dən çox 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 

 
 
11
 
 
 
•   Giriş  •
  
T
OPOQRAFİK XƏRİTƏLƏRİ NECƏ OXUMALI 
 
 
 
Hər bir xəritənin şərti işarələri olur. Bütün şərti işarələr xəritələrin legendasında 
göstərilir.  Şərti  işarələrə  əsasən  xəritədə  siz  nəyin  təsvir  edildiyini  başa  düşürsü-
nüzsə, deməli, onu “oxuya bilirsiniz”.  
Topoqrafik  xəritələri  oxumaq,  əlbəttə,  hər  şeydən 
əvvəl diqqət tələb edir.  
Topoqrafik xəritədə rənglərin mənası fiziki xəritədə-
kindən fərqlənə bilər. Çaylar, göllər və digər su obyekt-
ləri  hər  iki  xəritədə  göy  rənglə  verildiyi  halda,  yaşıl 
rənglə fiziki xəritələrdə ovalıqlar, topoqrafik xəritələrdə 
isə bitki örtüyü göstərilir. Bitki örtüyünün tiplərini fərq-
ləndirmək üçün müxtəlif şərti işarələrdən istifadə edilir.  
Topoqrafik xəritədə təsvir olunan relyef formalarını 
təsəvvür etmək üçün bir neçə qaydanı bilmək lazımdır: 
1. Topoqrafik xəritələrdəki horizontallar eyni mütləq 
hündürlüklərə malik olan nöqtələri birləşdirir və qəhvəyi 
xətlərlə  çəkilir.  Ərazinin  relyef  xüsusiyyətləri  onlara 
əsasən müəyyən edilir. 
2. Adətən, dairə formasında olan qapalı horizontallar 
təpə və ya çökəkliyi göstərir.
  
          
 

Təpə
Çökəklik 
 
Şəkil üzrə iş
Müzakirə edin: 
1.  Xəritəni “oxumaq” olarmı?  
2.  Bunun üçün hansı bilik və bacarıqlara 
malik olmaq lazımdır? 
 
 
– Burada ki heç nə yazılmayıb, 
ancaq şəkil çəkilib...  
– Sən burada nə yazıldığını 
oxuya bilərsənmi?  
1. Enliyarpaqlı meşə
 
2. İynəyarpaqlı 
meşə  
 
3. Kolluq 
Topoqrafik işarələr 
Horizontallar   
Horizontalların seyrək 
yerləşməsi səthin azmeyilli 
olmasını əks etdirir.
Sıx horizontallar yamacların 
dik olmasını göstərir.

 
 
 
 
12 
 
3. Ərazinin hündürlüyünü horizontallar üzərində olan rəqəmlərə görə müəyyən 
etmək olar: 
 
 
 
4. Horizontallar üzərində, təpələrin və çökəkliklərin mərkəzində yazılan rəqəm 
müvafiq olaraq həmin nöqtənin mütləq hündürlüyünü göstərir:  
 
 
 
 
5. Horizontalların arasındakı məsafə yamacın dikliyini göstərir: 
 
 
 
 
 
nöqtəsinin hündürlüyü = 20 m 
В nöqtəsinin hündürlüyü = 50 m 
С nöqtəsinin hündürlüyü – 30 m-dən çox, 40 m-dən azdır             
                                            (30< С < 40) 
 
Dik yamac – 
horizontallar 
sıx yerləşir.
 
Azmeyilli yamac – 
horizontallar bir-
birindən aralı 
yerləşir. 

 
 
13
 
 
 
•   Giriş  •
6. Ərazinin hündürlüyünü müəyyənləşdirməklə səth sularının axın istiqamətini 
təyin etmək mümkündür.  
Nümunə:  
a) Çay B nöqtəsindən A nöqtəsinə axır. Çünki B nöqtəsi A-dan yüksəkdə yerləşir. Çay şimal-qərbə, 
dik yamacla və böyük sürətlə axır. 
 
 
b)  Çay C nöqtəsindən D nöqtəsinə axır. Çünki C nöqtəsi D-dən yüksəkdə yerləşir. Çay cənub-
şərqə doğru az meyilli yamacla və aşağı sürətlə axır. 
 
 
c) Məktəblilərin yolu.  Tətil günlərində IX sinif şagirdləri ekskursiyaya getdilər. Onlar məktəbdən 
(A məntəqəsi) çıxdılar və  yamacdakı B məntəqəsinə qalxmaq istədilər. Uşaqlar bulaq başında 
istirahət etməyi planlaşdırdılar. Məktəblilərin getdiyi yolu aşağıdakı kimi təsvir etmək olar. 
1.  Məktəblilər A məntəqəsindən 315°-lik azimutla, şimal-qərb istiqamətində kolluqdan keçərək 
hərəkət etdilər.  
2.  Təqribən 25 m hündürlükdə yerləşən körpüyə 
çatdılar.  
3.  Körpü şimal-şərqdən cənub-qərbə doğru axan 
Ağçayın üzərində idi.  
4.  Təqribən 30 m hündürlükdə yerləşən bulağa çatdılar. 
5.  Sonra onlar şimala doğru 0°(360°)-lik azimutla get-
dilər. 
6.  Yamacda 50 m hündürlükdən yuxarıda enliyarpaqlı 
meşə vardır. 
7.  Məktəblilərin çatdığı B məntəqəsi 70 m hündürlükdə 
olan kiçik gölün kənarındadır. 
• Topoqrafik xəritənin miqyasına əsasən məsafəni 
təyin etmək mümkündür. Verilən topoqrafik 
xəritədə 1 sm 500 m-ə bərabərdir. Xəritədə ölç-
düyümüz yol 7 sm-ə bərabərdir.  
 
Deməli, uşaqlar 7 
500 = 3500 m və ya 3 km 
500 m yol getmişlər. 
 
 
 
 
C 
D 
A 
B 

 
 
 
 

Каталог: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə