6 yanvar 2017-ci il, cümə 6 Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 84.21 Kb.
Pdf просмотр
tarix13.06.2017
ölçüsü84.21 Kb.

6 yanvar 2017-ci il, cümə

6

Azərbaycan Respublikasının 

 Mədəniyyət və Turizm Nazirliyi 

AÇIQ  TENDER  ELAN  EDİR

Tender 11 lot üzrə keçirilir:

Lot-1. Beynəlxalq Muğam Festivalının təşkilinin satınalınması. 

Lot-2. Üzeyir Hacıbəyli Beynəlxalq Festivalının təşkilinin 

satınalınması. 

Lot-3. Caz Beynəlxalq Festivalının təşkilinin satınalınması. 

Lot-4. Görkəmli  incəsənət xadimlərinin yubiley tədbirlərinin 

təşkilinin satınalınması. 

Lot-5. M.Rostropoviç Beynəlxalq Musiqi Festivalının  

təşkilinin satınalınması. 

Lot-6. Novruz bayramının təşkilinin satınalınması. 

Lot-7. İşıq, səs və texniki avadanlıqların  icarəsinin   

satınalınması.

Lot-8. İnformasiya daşıyıcı tumbalara xidmət işlərinin  

satınalınması.

Lot-9. Səhnə geyimi və pərdələrin hazırlanmasının  

satınalınması. 

Lot-10. Mədəniyyət günlərinin və tədbirlərinin təşkilinin 

satınalınması. 

Lot-11.İnformasiya daşıyıcısı  məhsullarının hazırlanmasının  

satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini 

möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə 

təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları 

lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat   

iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan 

dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Telefon: (99412) 4930204

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri,  

AZ 1000, Hökumət evi, III mərtəbə

VÖEN: 1700015381

H/h: AZ  78 CTRE 00000000000002178501

Bank rekvizitləri:

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN: 1401555071

SWİFT: CTREAZ22

M/h: AZ 41 NABZ 01360100000000003944

Kod:210005

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri  

təqdim etməlidirlər:



- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı  30 bank günü 

qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı 

(zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə 

olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və  digər icbari 

ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin  

olmaması haqqında müvafiq vergi orqanından arayış;

- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən 

təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank 

arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi,  

qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafıq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib 

olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə 

tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən 

sənədləri (tender təklifı və bank zəmanəti istisna olmaqla) 13 fevral 

2017-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə 

möhürlənmiş ikiqat zərflərdə 20 fevral 2017-ci il saat 17.00-a qədər 

təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri 

qaytarılacaqdır.

Təklif zərfləri 21 fevral 2017-ci il  saat 11.00-da yuxarıda qeyd 

olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı 

prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Arye QUT: 

Tarix göstərir ki, azərbaycanlılar heç zaman 

yəhudilərə, yəhudilər də azərbaycanlılara xəyanət etməyiblər

 

ˆ

Bu gün Azərbaycan-İsrail münasibətləri özünün  inkişaf 



mərhələsini yaşayır.  Bu prosesdə yəhudi və Azərbaycan xalqlarının 

arasında olan tarixi mehribanlıq və səmimi münasibətlər də mühüm 

rol oynayır. İsraildə  Azərbaycandan getmiş çoxsaylı yəhudi yaşayır və 

onlar Azərbaycan diasporunu təşkil edirlər. Bu insanlar həm İsrailin, 

həm də Azərbaycanın inkişafına töhfə verirlər. Onların arasında xüsusi 

fəallığı ilə seçilən diaspor nümayəndələrimizdən biri də Arye Qutdur.  

Arye Qut 1975-ci ildə Bakıda doğulmuşdur. 1999-cu ildə Bakı Dövlət 

Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirmişdir. 2000-ci 

ildə İsrailə köçən Qut İsrail televiziya və radiolarında Cənubi Qafqaz 

və Türkiyə mövzularında siyasi şərhçi olaraq tanınır. Hazırda Bakı 

Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin 

rəhbəridir.  Beynəlxalq münaqişələr üzrə ekspert  

Arye Qut “Xalq qəzeti”nin suallarını cavablandırmışdır:

– Bu yaxınlarda  İsrailin Baş naziri 

Benyamin Netanyahunun Azərbaycana 

səfəri baş tutdu. Səfərin yüksək səviyyədə 

reallaşması İsrail cəmiyyəti və dövləti 

tərəfindən necə qarşılandı? 

– Hesab edirəm ki, Benyamin Ne-

tanyahunun Azərbaycana ilk rəsmi səfəri 

iki ölkə arasında olan 25 illik diploma-

tiya tarixininin ən parlaq hadisəsidir. 

Bu səfər həm İsrail cəmiyyətində, həm 

də İsrail dövləti və hökuməti tərəfindən 

yüksək səviyyədə qarşılanıb. B. Netan-

yahu həm səfəri zamanı, həm səfərdən 

sonra bir neçə dəfə özünün “Facebo-

ok”  səhifəsində Azərbaycanda keçirdiyi 

görüşləri, apardığı danışıqları  çox yüksək 

qiymətləndirdi. Səfərin lap əvvəlindən 

liderlər bir-birinə səmimi münasibət 

nümayiş etdirdilər. B. Netanyahu da-

nışıqların əvvəlində Azərbaycanın və 

şəxsən İlham Əliyevin multikultura-

lizm və tolerantlıq sahəsində siyasətini 

yüksək qiymətləndirərək, Azərbaycan 

rəhbərliyinin və Azərbaycan xalqının 

yəhudi icmasına səmimi münasibətinə 

heyran olduğunu bildirdi. Prezident İlham 

Əliyev bu yüksək qiymətin cavabında 

bildirdi ki, Azərbaycandakı yəhudi icması 

ölkənin ictimai-siyasi həyatında fəal iştirak 

edir. Bakıdakı bu görüş bir daha təsdiq 

etdi ki, iki ölkə arasında siyasi dialoq ən 

yüksək səviyyədədir, bu münasibətlərin 

iqtisadi tərkib hissəsi və ticarət dövriyyəsi 

daim genişlənir. Azərbaycan-İsrail 

əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir, iki 

ölkə arasında ticarət dövriyyəsinin həcmi 

3,5 milyard dollara yaxındır. Əvvəllər 

bu ticarət dövriyyəsi əsasən neft və qaz 

sənayesində cəmləşirdisə, indi qarşılıqlı 

münasibətlərin inkişafı şaxələndirilərək iq-

tisadiyyatın digər sektorlarını da əhatə edir. 

Hərbi-texniki tərəfdaşlıq fəal inkişaf edir.  

Baş nazir Netanyahunun  səfər müddəti 

qısa – cəmi 8 saat olmasına baxmayaraq, 

onu çox uğurlu, Azərbaycan-İsrail qar-

şılıqlı münasibətlərinin möhkəmlənməsi 

üçün səmərəli hesab etmək olar. Səfər 

çərçivəsində “Azərbaycan Respublikasının 

hökuməti ilə İsrail Dövlətinin hökuməti 

arasında standartlaşdırma, uyğunlu-

ğun qiymətləndirilməsi və metrologiya 

sahələrində əməkdaşlıq haqqında” Saziş, 

“Azərbaycan Respublikasının hökuməti ilə 

İsrail Dövlətinin hökuməti arasında kənd 

təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” 

Saziş, “Azərbaycan Respublikası ilə İsrail 

Dövləti arasında gəlirlərə görə vergilərə 

münasibətdə ikiqat vergitutmanın ara-

dan qaldırılması və vergidən yayınmanın 

qarşısının alınması haqqında” Konvensiya, 

“Azərbaycan Respublikasının hökuməti 

ilə İsrail Dövlətinin hökuməti arasında 

Birgə Komissiyanın yaradılması haqqında” 

Anlaşma Memorandumu imzalanıb. 



– Azərbaycan-İsrail əməkdaşlığının 

yüksək səviyyədə olması və günü-gündən 

inkişaf etməsi bir sıra ölkələrdə, o 

cümlədən işğalçı Ermənistanda nara-

hatlıqla qarşılanır. Sizcə, bunun səbəbi 

nədir?

– İsrail dövləti Azərbaycanın ədalətli 

mövqeyini müdafiə edir, ərazi bütövlüyü-

nü fəal şəkildə dəstəkləyir və Ermənistan-

Azərbaycan münaqişəsini Azərbaycanın 

ərazi bütövlüyü çərçivəsində həll 

etməyə çağırır. Azərbaycan ərazilərinin 

Ermənistan tərəfindən işğalı 24 ildən 

çoxdur ki, davam edir. Bu təcavüz 

nəticəsində ölkədə bir milyon qaçqın 

var.  İndiki mürəkkəb geosiyasi şəraitdə 

Azərbaycanın haqlı mövqeyinin Yaxın 

Şərqdə İsrail dövləti kimi mühüm stra-

teji tərəfdaş və güclü geosiyasi aktor 

tərəfindən dəstəklənməsi rəsmi Bakı  üçün 

çox zəruridir. 

Hamıya yaxşı məlumdur ki, 

Ermənistan ən monoetnik ölkədir, burada 

şovinizm, millətçilik, habelə faşistlərin 

və antisemitlərin müxtəlif yollarla 

dəstəklənməsi, onlara heykəllər qoyulma-

sı Sarkisyan rejiminin dövlət siyasətinin 

ayrılmaz tərkib hissəsidir. Vurğulamaq 

lazımdır ki, bu qaniçən faşistlərə pərəstiş 

hansısa marginal siyasi qruplaşmala-

rın gücü ilə yaradılmır, bu hərəkətlərin 

arxasında dövlət, daha dəqiq desək, 

Ermənistan Respublikasının rəhbərliyi 

dayanır. General Njdenin abidəsinin açılış 

mərasimində Ermənistan prezidenti Serj 

Sarkisyanın və müdafiə naziri Seyran 

Ohanyanın iştirak etmələri faktı təsdiq edir 

ki, onlar özlərini erməni faşisti və antise-

mit Njdenin həqiqi və əsl varisləri hesab 

edirlər. 

Avrasiya ərazisində heç bir ölkənin 

İsraillə Azərbaycan Respublikası qədər 

yaxın və mehriban münasibətləri yox-

dur. Heç şübhəsiz, İsrail-Azərbaycan 

münasibətləri strateji tərəfdaşlıq xarak-

teri daşıyır. Azərbaycan ilə İsrail dost və 

tərəfdaşlarını özləri seçirlər, hərbi-texniki 

sahədə strateji əməkdaşlığın səviyyəsini də 

özləri müəyyən edirlər. İsrailin Baş naziri 

Netanyahunun Azərbaycana səfəri bir daha 

onu göstərdi ki, Ermənistan bu səfərdən və 

onun nəticələrindən çox narahatdır. 

– Azərbaycanla İsrailin münasibətləri 

Yaxın Şərqə və bütövlükdə dünyaya 

nümunə ola bilərmi?

– Azərbaycan Prezidenti İlham 

Əliyev daim bəyan edir ki, biz çoxmillətli 

və çoxkonfessiyalı ölkədə yaşamağı-

mızla, bir çox xalqların və millətlərin 

nümayəndələrinin Azərbaycanda sülh və 

əmin-amanlıq şəraitində yaşamaları ilə 

qürur duyuruq. Biz əslən Azərbaycandan 

olan yəhudilərlə fəxr edirik. Ermənistanla 

ağır və qanlı ərazi münaqişəsinə baxmaya-

raq, Azərbaycan Cənubi Qafqazın şəksiz 

regional lideri, əsl sivilizasiyalararası və 

konfessiyalararası dialoq örnəyidir. Tole-

rantlıq və multikulturalizm Azərbaycan 

cəmiyyətinin mühüm əsaslarıdır. Bu 

baxımdan Azərbaycan İslam dünyasının 

inkişaf mayakı, Qərb praqmatizminin 

Şərq qonaqpərvərliyi və ənənələri ilə 

sıx çulğalaşdığı unikal dünyəvi ölkədir. 

Azərbaycan  bir çox dinlərin və xalq-

ların nümayəndələrinin vətəni olub və 

indi də belədir. Azərbaycan, sözün əsl 

mənasında, sivilizasiyalararası dialoqun 

bariz nümunəsidir. İnsanların təkcə eyni 

dinin başqa bir cərəyanına məxsus olma-

ları səbəbindən məhv edildiyi bu zalım 

və qanlı-qadalı dünyamızda biz İsraildə 

müasir, sivil və güclü, İslam dünyası 

ölkələrinin çoxuna bir növ tərəqqi və in-

kişaf mayakı olan Azərbaycanın həqiqi və 

keyfiyyətli nümunəsini müşahidə edir və 

dəyərləndiririk. Burada İsrail Baş nazirinin 

sözləri yadıma düşür : "İsrail bir yəhudi 

dövlətidir. Azərbaycan müsəlman ölkəsidir 

və əhalisinin əksəriyyəti müsəlmandır. 

Burada hər iki ölkənin daha parlaq 

gələcəyini təmin etmək üçün yəhudilərlə 

müsəlmanların birgə işləməsinin şahidi 

oluruq. Bu, indiki dövrdə tolerantlığın, 

qarşılıqlı hörmətin olmaması fonun-

da çox parlaq bir nümunədir. İsraildə 

Azərbaycandan olan 70 min yəhudi, 

“insan körpüsü” yaşayır. Bundan başqa, 

dünyaya göstərə biləcəyimiz başqa bir 

şey var. Dünya çoxlu dözümsüzlük, çoxlu 

zülmət görür. Burada isə müsəlmanlar 

ilə yəhudilərin arasında əlaqələrin necə 

ola biləcəyinin, necə qurulmasının bir 

nümunəsi var. İllər boyunca Azərbaycanda 

yəhudilərə qarşı göstərmiş olduğunuz qar-

şılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, 

Azərbaycana olan rəğbətimizi və heyranlı-

ğımızı daha da gücləndirir.” 

– Yəhudi diasporu və lobbisi-

nin Azərbaycan həqiqətlərinin dün-

yada tanıdılmasında rolunu necə 

qiymətləndirirsiniz? 

– Hesab edirəm ki, dünyada olan 

güclü və effektiv yəhudi diasporu ilə 

çalışma mexanizmləri müəyyən olun-

malıdır. Sizə bir misal çəkim: Ötən ilin 

sentyabr ayında Azərbaycan Respublikası-

nın Prezidentinin ictimai-siyasi məsələlər 

üzrə köməkçisi, professor Əli Həsənovun 

mənəvi dəstəyi ilə dünya yəhudi diaspo-

runun liderləri, o cümlədən Ümumdünya 

Yəhudi Konqresinin (ÜYK) prezidenti 

Ronald Lauder, baş icraçı direktoru 

Robert Zinger, Konqresin vitse-prezidenti 

Qod Nisanov, Avrasiya Yəhudi Konq-

resinin prezidenti Yulius Maynl, Rusiya 

Yəhudi Konqresinin (RYK) prezidenti 

Yuri Kanner, vitse-prezidenti German Za-

xaryayevin Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevlə görüşü zamanı 

Azərbaycan həqiqətlərinin dünyada tanı-

dılması mövzusunu müzakirə etmişdilər. 

Bu görüş Azərbaycan və yəhudi xalq-

ları arasında münasibətlərin inkişafı 

baxımından mühüm tarixi əhəmiyyət 

daşıyırdı. Bu, bir daha sübut etdi 

ki, Azərbaycan multikulturalizm və 

tolerantlıq “adası”dır. Tarix göstərir ki, 

azərbaycanlılar heç vaxt yəhudilərə, 

yəhudilər də  azərbaycanlılara xəyanət 

etməyiblər. Ümumdünya Yəhudi 

Konqresinin nümayəndə heyətinin 

səfərinin əsas məqsədi dünya yəhudi 

diasporu ilə Azərbaycan arasında 

sıx münasibətlər yaratmaq, digər 

tərəfdən Azərbaycan yəhudi icma-

sının həyatı ilə tanış olmaq idi. Qürurla 

demək istəyirəm ki, Azərbaycan rəhbərliyi 

ölkənin yəhudi icmasına dünyada pre-

sedenti olmayan qayğıkeş və səmimi 

münasibət göstərir. Prezidentin himayəsi 

ilə iki sinaqoq və Cənubi Qafqazda ən 

böyük Yəhudi Təhsil Mərkəzi tikilib. 

Azərbaycanda yəhudi muzeyinin yara-

dılması planlaşdırılır. Bu, Cənubi Qaf-

qazda ilk yəhudi muzeyi olacaq. Əgər 

kimdəsə əhalisinin əksəriyyəti müsəlman 

olan Azərbaycan kimi ölkənin İsraillə 

yüksək səviyyədə dialoq, əməkdaşlıq 

və tərəfdaşlığı necə qurmasına dair sual 

yaransa, o zaman yəhudilərin məşhur Qır-

mızı Qəsəbəsinə baxmaq kifayət edər.

– Bu günlərdə sizin atanızla birlikdə 

yazdığınız “Xocalı” ilə bağlı yeni kitabı-

nızın təqdimatı keçirildi və yetərincə ciddi 

əks-səda doğurdu. Romanın süjet xətti 

barədə nə deyə bilərsiniz?

– Yəhudi diasporunun Azərbaycan 

həqiqətlərinin dünyada tanıdılmasında 

mənim rəhbərlik etdiyim "Cəmiyyət 

üçün beynəlxalq layihələr" İsrail qeyri 

hökümət təşkilatı çərçivəsində atamla 

bərabər yazdığımız və Xocalı qətliamı ilə 

bağlı bədii sənədli romanın İsraildə çap 

olunması mühüm rol oynayır. Romanın 

yazılmasında da əsas güc Azərbaycan 

Dövlət Televiziyasında 40 il rejissor və 

ssenarist işləmiş atamın – Əhməd Abdul-

layevin böyük və əvəzolunmaz rolu oldu. 

Mən romanın daha çox sənədli hissəsini 

işləmişəm. Əsərin lirik, ədəbi hissəsini 

isə atam işləyib. İkimizin birgə hazırla-

dığınız kitab inanıram ki, iş baxımından 

çox uğurlu alınıb. Bu, bir tərəfdən də 

Azərbaycanla İsrail arasında, yəhudi 

xalqı arasında multikulturalizm və 

tolerantlığı əks etdirir. Əsərin qəhrəmanı 

milliyətcə azərbaycanlı olan  Röya Pol 

adlı israilli bir gəncə vurulur. Röya özü 

isə Xocalıdan olur. O, hələ uşaq ikən 

erməni faşistləri tərəfindən Azərbaycanın 

Xocalı şəhərinin dinc sakinlərinə qarşı 

törədilmiş amansız qırğının dəhşətlərini 

görür. Əsərdə Xocalı qətliamının bütün 

ağırlığı, əziyyəti Röyanın həyatında 

göstərilir. Həm ədəbi hissəsi, həm siyasi 

hissəsi açılır. Düşündüm ki, bu kitab 

Azərbaycan yox, məhz rus dilində yazıl-

malıdır ki, bütün postsovet ölkələrində 

yayılsın. Çalışıram ki, bu kitab ingilis 

dilində də çapdan çıxsın. Bu yaxınlarda 

Dünya Yəhudi Konqresinin rəhbəri Ro-

nald Lauderlə görüşdüm. Kitab haqqında 

ona danışanda dedi ki, kitabın ingilis dili 

variantının Nyu-Yorkda, Vaşinqtonda 

və digər şəhərlərdə çapını istəyirsinizsə, 

biz sizə yardımçı ola bilərik. Əsas ideya 

da elə budur, Xocalı qətliamını dün-

yaya tanıtmaq. Bildiyiniz kimi, Xocalı 

faciəsi ilə bağlı İsraildə də bir çox işlər 

görmüşəm. Komandam da bu baxımdan 

böyük işlər görüb. Bu kitab isə gördüyü-

müz işlərdən daha önəmlisi oldu. 

– Siz Azərbaycanı, milli 

həqiqətlərimizi İsraildə tanıdırsınız, buna 

görə sizi qınayanlar və yaxud hər hansı 

antisemit və ya antiazərbaycan qruplar 

tərəfindən üzərinizə təzyiqlər olurmu? 

– Mən artıq 8 ilə yaxındır ki 

Azərbaycanımızı İsraildə və dünyada 

tanıtmaqla məşğulam. Aydındır ki, bu 

fəalliyyətlə mən antiazərbaycan qrupları 

tərəfindən təzyiqlərlə qarşılaşıram. Açığını 

deyim ki, bu fəalliyyətim mənə daha çox 

Azərbaycanı sevən dostları qazandırır. İs-

rail televiziyası və radiosunda şərhçi kimi 

çıxış edərkən heç vaxt Azərbaycan adını 

deməyi unutmuram. Məhz bu İsraildə olan 

Azərbaycan dostlarının köməyilə İsrail 

TV və radiosunda  “Odlar yurdu” haqqın-

da televiziya sujetləri və müsahibələrim 

və radioda bir saatlıq verilişlərlə ərsəyə 

gəlir. Bildiyiniz kimi, iki həftə öncə 

ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi 

mənşəli tələbələrini birləşdirən KIVUNIM 

Amerika-İsrail Akademik Təşkilatının 

nümayəndə heyətini  “Azərbaycan dünya 

üçün əsl multikulturalizm və tolerant-

lıq modelidir” layihəsi çərçivəsində 

Azərbaycana gətirdim. Müasir və müstəqil 

Azərbaycan haqqında bu həqiqətləri 

yəhudi mənşəli amerikalı tələbələrə çatdır-

maq mənim üçün vacib məsələ idi, çünki 

Amerika yəhudi diasporunun gələcək real 

və bacarıqlı liderləri bu tələbələr ola-

caqlar. Mühazirəm böyük uğur qazandı, 

mən tələbələrin gözündə Azərbaycana 

maraq gördüm və “Azərbaycan dünya-

nın əsl multikulturalizm və tolerantlıq 

modelidir” layihəsini həyata keçirməyi 

onlara təklif etdim. Çox şadam ki, 

buna nail oldum. Tanınmış KIVUNIM 

Amerika-İsrail Akademik Təşkilatının 

50 tələbədən ibarət nümayəndə heyəti 

ilk dəfə Azərbaycana səfər etdi. Onlar 

siyasi və ictimai xadimlərlə görüşdü, 

Azərbaycan Respublikası Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyasında 

mütəxəssislərin Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqı-

rımı, Ermənistanın Azərbaycana təcavüzü 

haqqında mühazirələrini dinlədilər. Bakı 

Beynəlxalq Multikulturalizm Mərkəzində  

Azərbaycanın müsəlman, yəhudi və 

xristian icmalarının liderləri ilə görüşdülər. 

Amerikanın yəhudi diasporunun tələbə 

və gənc liderlərdən ibarət nümayəndə 

heyətində ABŞ-ın Miçiqan, Emori, Meri-

lend, Vaşinqton, İllinois, Kolumbiya, Kali-

forniya-Berkley və digər ali məktəblərinin 

tələbələri təmsil olunmuşdular. 



– Bir neçə gün əvvəl Dünya 

Azərbaycanlılarının Həmrəyliyi Gü-

nünü qeyd etdik. Bu günlə bağlı hansı 

təklifləriniz və istəkləriniz var? 

– Azərbaycan xalqının ümummilli 

lideri Heydər Əliyevin təşəbbüsü ilə hər il 

dekabrın 31-i Dünya Azərbaycanlılarının 

Həmrəyliyi Günü kimi qeyd edilir. 

Ermənistanla gərgin və qanlı ərazi 

münaqişəsinə, Azərbaycan ərazisinin 20 

faizinin işğal edilməsinə, ikili standartlar-

dan əziyyət çəkməsinə və çox mürəkkəb 

geosiyasi məkanda yerləşməsinə bax-

mayaraq, bu ölkə, eyni zamanda, əsl 

sivilizasiyalararası və dinlərarası dialoq 

nümunəsidir. Prezident İlham Əliyevin 

rəhbərliyi ilə Azərbaycan dövlətinin 

tolerantlığın və multikulturalizmin qoru-

nub saxlanmasına yönəlmiş siyasətinin 

səmərəsi müasir və güclü Azərbaycan 

modeli nümunəsində aşkar görünür. 

Bu gün Azərbaycan multikulturaliz-

mi İsrail dövlətində də öz əksini tapır. 

Burada biz Dünya Azərbaycanlılarının 

Həmrəyliyi Gününü və yəhudi xalqı-

nın müqəddəs Xanuka bayramını eyni 

vaxtda qeyd edəcəyik. Bu bayram ayrı-

ayrı ölkələrdə yaşayan soydaşlarımızın 

və həmvətənlərimizin respublikamızla 

əlaqələrinin daha da möhkəmləndirilməsi, 

dünya azərbaycanlıları arasında birliyin və 

həmrəyliyin yaradılması işində mühüm rol 

oynamaqdadır. Dünya Azərbaycanlılarının 

Həmrəyliyi Gününün qeyd edilməsi isə 

bütün dünya azərbaycanlıları tərəfindən 

artıq bir zərurətə və mənəvi ehtiyaca çev-

rilmişdir. Azərbaycanlıların həmrəyliyinin 

həm Azərbaycan üçün, həm də dünyanın 

müxtəlif ölkələrində yaşayan soydaş-

larımız üçün xüsusi əhəmiyyət kəsb 

etdiyini düzgün dəyərləndirən Heydər 

Əliyev xaricdəki azərbaycanlıların birliyi 

və təşkilatlanması məsələlərini diqqət 

mərkəzində saxlayırdı. Ulu öndər Heydər 

Əliyev xarici ölkələrə etdiyi səfərlər zama-

nı Azərbaycan diasporunun nümayəndələri 

ilə görüşlər keçirər, onların problem 

və qayğıları ilə yaxından maraqlanar, 

daha sıx təşkilatlanmalarına dair dəyərli 

tövsiyələr verərdi: "Harada olursa-olsun 

azərbaycanlıların birlikdə, bərabər olması 

əsas şərtlərdən biridir. Azərbaycandan 

kənarda yaşayan azərbaycanlılar da öz 

qüvvələrini toplamalıdırlar. Ayrı-ay-

rı qüvvələrin, qrupların arasında fikir 

müxtəlifliyi ola bilər. Bu təbii haldır. 

Ancaq Azərbaycanın müstəqilliyini 

qorumaq, ərazi bütövlüyünü saxlamaq 

üçün hamı bütün başqa fikirləri kənara 

qoyub birləşməli, bir hədəfə vurmalı, bir 

məqsədə xidmət etməlidir".

Dünyanın dörd bir yanına səpələnmiş 

on milyonlarla azərbaycanlı gücün 

birlikdə olması həqiqətini getdikcə daha 

aydın dərk edir. Azərbaycan diaspor və 

icmaları arasında bağlar möhkəmlənir, 

soydaşlarımız milli hüquqların müdafiəsi 

işində bir-birinə dayaq durur, tarixi 

Vətənlə əlaqələrini gücləndirirlər. On-

lar yaxşı başa düşürlər ki, milli-mənəvi 

bütövlüyün möhkəm təməli üzərində 

qurulan Azərbaycan bütün soydaşları-

mızın və həmvətənlərimizin güvənc yeri 

olan qüdrətli bir dövlətə çevriləcəkdir. 

Azərbaycan Respublikası bütün dünya 

azərbaycanlılarının və Azərbaycanda ya-

şayan xalqların doğma ata-baba yurdudur. 

Fürsətdən istifadə edərək, dünyada yaşa-

yan bütün azərbaycanlıları salamlayıram, 

onlara ən xoş arzularımı çatdırıram. Bütün 

dünya azərbaycanlıları bilirlər ki, bu gün 

Azərbaycan müstəqillik və inkişaf yolu 

ilə gedir. Bu gün müstəqil Azərbaycan 

güclü dövlətdir. Mən bütün Azərbaycan 

vətəndaşlarını, dünya azərbaycanlılarını 

Dünya Azərbaycanlarının Həmrəyliyi 

Günü və ilk günlərini yaşadığımız 2017-ci 

il  münasibətilə ürəkdən təbrik edirəm, 

hər bir Azərbaycan ailəsinə yeni uğurlar, 

xoşbəxtlik arzulayıram. Müsahibəyə görə 

milli mətbuatımızda müstəsna xidmətləri 

olan “Xalq qəzeti”nə səmimi təşəkkürümü 

bildirirəm. Müsahibəmi böyük şairimiz 

Səməd Vurğunun sözləri ilə bitirmək 

istərdim:



El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma Vətənimsən.

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!!!

Müsahibəni qələmə aldı:  

Anar TURAN,  

“Xalq qəzeti”

Azərbaycanda Turizm Şurası fəaliyyətə başladı

 

ˆ

Ötən il Azərbaycanda Turizm Şurasının yaradılması 



haqqında Prezident fərmanından sonra  bu istiqamətdə  müəyyən işlər 

görülmüşdür.  Ölkə rəhbərinin  digər  fərmanı ilə Turizm Şurasının 

tərkibi təsdiq olunmuşdur.

  Bu yaxınlarda şuranın ilk iclası keçi-

rilmişdir. İclasda çıxış edən şuranın sədri, 

mədəniyyət və turizm naziri Əbülfəs Qa-

rayev Prezident İlham Əliyevin 2016-cı il 

27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş 

“Turizm Şurası haqqında Əsasnamə”də 

qarşıya qoyulmuş məqsədlər və onların 

həlli yolları barədə məlumat vermiş-

dir. Bildirmişdir ki, dövlət başçısının 1 

sentyabr 2016-cı il tarixli “Azərbaycan 

Respublikasında turizmin inkişafı ilə bağlı 

əlavə tədbirlər haqqında” sərəncamına 

əsasən, ölkəmizin turizm sektorunun 

inkişafını təmin etmək məqsədilə bir sıra 

mühüm işlər görülməsi nəzərdə tutulur. 

“Yeni yaradılmış Turizm Şurası ölkəmizin 

turizm sənayesinin inkişafına müsbət təsir 

göstərəcək. Turizm Şurasının yaradılma-

sında əsas məqsəd Azərbaycanda turizm 

sahəsində mövcud vəziyyətin təhlil 

edilməsi, bu sahədə olan problemlərin ara-

dan qaldırılması üçün müvafiq tədbirlərin 

görülməsi, turizm sahəsində dövlət orqan-

larına həvalə edilmiş vəzifələrin icrasının 

əlaqələndirilməsindən ibarətdir. Şuranın 

yaradılması və fəaliyyəti Azərbaycan tu-

rizminin inkişafına böyük töhfə verəcək”.

Nazir turizmin ölkəmizdə qeyri-neft 

sektorunun prioritet istiqamətlərindən 

biri olduğunu və milli iqtisadiyyatın 

inkişafı üzrə yol xəritəsində mühüm yer 

tutduğunu diqqətə çatdırmışdır. Qeyd  

etmişdir  ki, turizmin qeyri-neft sektorun-

da özünəməxsus yer tutması bu sahədə 

yeni nailiyyətlər əldə edilməsinə gətirib 

çıxarmışdır: “Turizm özlüyündə bir sıra 

sahələri əhatə edir və bu sahələrin inkişafı 

üçün əlaqədar strukturlar birgə çalışma-

lıdır. Biz artıq dövlət başçısının müvafiq 

sərəncamlarından irəli gələn məsələlərin 

icrasına başlamışıq. “Azərbaycan Respub-

likasında ixtisaslaşmış turizm sənayesinin 

inkişafına dair Strateji Yol Xəritəsi” bu 

sahədə dönüş yaradacaq və ölkəmizdə 

turizmin inkişafı üçün yeni bir mərhələ 

olacaq”.

Nazir, həmçinin indiyədək dövlət 

qurumları tərəfindən Azərbaycanın tanı-

dılması üçün müxtəlif layihələrin həyata 

keçirildiyini də diqqətə çatdırmışdır. 

Bildirmişdir ki, Turizm Şurası  

Azərbaycanda  bu sahənin inkişafına yeni 

impuls verəcək, ölkəmizə  turistlərin  axı-



nının daha da artmasını təmin edəcəkdir.

M.MÜKƏRRƏMOĞLU,  

 “Xalq qəzeti”



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə