7.6.6. NGN şəbəkəsi obyektləri arasında rabitənin təşkili sxeminin işlənməsi
NGN şəbəkəsinin obyektləri arasında rabitənin təşkili sxeminin
işlənməsi bir neçə mərhələdə aparılır:
NGN şəbəkəsinin tətbiqi səviyyəsinin reallaşdırılması məsə-
ləsinin həlli (təqdim edilən informasiya xidmətlərinin siyahısının təyini);
NGN şəbəkəsinin idarəetmə səviyyəsinin reallaşdırılması məsələsinin həlli (idarəetmə funksiyasını reallaşdıran qurğuların seçilməsi, idarəetmə səviyyəsinin avadanlıqlarının hesablanması);
NGN şəbəkəsinə daxilolma səviyyəsinin reallaşdırması məsə-ləsinin həlli (qoşulan abonentlərin kateqoriyalarının və abonentlərin sayının təyin edilməsi, daxilolma səviyyəsinin avadanlıqlarının seç-ilməsi, avadanlıqların həcminin hesablanması);
NGN şəbəkəsinin nəqliyyat səviyyəsinin reallaşdırması məsə-ləsinin həlli (paket şəbəkəsinin topologiyasının seçilməsi, paket şəbəkəsinin avadanlıqlarının seçilməsi).